Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1265/2020 23.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və X2 ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, cavabdeh X1 iştirakı ilə, İddiaçı Mustafayev İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxaılma» tələbinə dair mülkiiş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-221/2020 nömrəli qətnaməsindən Cavabdehtərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(033)-221/2020 saylı (sədrlik edən hakim E.Məmmədov) qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən iddiaçı Mustafayev İddiaçı xüsusi mülkiyyətində olan evdən 7000 manat kompensasiya verilməklə evdən istifadə hüququna xitam verilməsi və o, evdən çıxarılması qət edilmişdir. İşin halları: İddiaçı Mustafayev İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 RX seriyalı ******* nömrəli HDQH DƏDRX-dən Çıxarışa əsasən onun mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən fərdi yaşayış evində olan istifadə hüququna 3000 manat kompensasiya verilməklə xitam verilməsi və onun həmin evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Mustafayev İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbinin həcminin artırılması barədə ərizə verərək cavabdeh X1 RX seriyalı ******* nömrəli HDQH DƏDRX-dən Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən fərdi yaşayış evində olan istifadə hüququna 7000 manat kompensasiya verilməklə xitam verilməsi və onun həmin evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdehtərəfindən apelyаsiyа şikаyəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)- 221/2020 is nömrəli qətnaməsini aşağıda qeyd olunan səbəblərdən qanunsuz və əsassız hesab edir. Belə ki, Zaqatala Rayon Məhkəməsi hansı meyralara əsasən mənim 7000 manat kompensasiya verilməklə RX seriyalı ******* nömrəli HDQH DƏDRX-dən Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən fərdi yaşayış evində olan istifadə hüququna xitam verilməsi və onun həmin evdən çıxarılmağımı öz qətnaməsində əsaslandırmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsində qeyd olunur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Lakin, iş materiallarmdan da göründüyü kimi, Zaqatala Rayon Məhkəməsi verilməli olan kompensasiyanın hesablanması üçün zəruri olan bazar qiymətini müəyyən etmədən, yalnız iddiaçının ərizəsinə istinad etməklə iddianı təmin etmişdir. Halbuki, RX seriyalı ******* nömrəli HDQH DƏDRX-dən Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən fərdi yaşayış evində olan istifadə hüququna xitam verilməsi və onun həmin evdən çıxarılması üçün ödənilməli olan minimum kompensasiyanın miqdarı 12000-15000 manat arasıdır. İddiaçı isə həmin məbləği ona ödəmək istəmir. Odur ki, qeyd edilənlər nəzərə alınaraq Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(033)-221/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları: İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndəMPM-in) 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin məzmununa uyğun izahat verdi, həmçinin əlavə olaraq bildirdi ki, iddiaçı evi 30000 manata satır. Lakin ona 7000 manat pul verir. Ona verilən kompensasiya ilə razı deyil. İddiaçı uşaqları ilə maraqlanmır, həmçinin 4000 manat aliment borcunu da indiyə qədər ödəməyib.12000-15000 manat kompensasiya verilərsə mənzildən çıxmağa razıdır. Daha sonra iddiaçı tərəfindən məhkəmə kollegiyasına ünvanlanmış xx xxxx 2020-ci il tarixli ərizə elan olunduqdan sonra Cavabdeh ərizədə göstərilən 9000 manat kompensasiya qarşılığında həmin mənzildən çıxmağa etiraz etmədiyini bildirdi. Hüquqi məsələlər: MPM-in 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apelyasiya şikayəti qətnamənin tamamilə ləğv edilməsinə yönəldiyindən kollegiya hesab edir ki, qətnamə tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(033)-221/2020 saylıqətnaməsi dəyişdirilərək iddiaçı Mustafayev İddiaçı tərəfindən Cavabdeh ödənilməli olan kompensasiya 9000 (doqquz min) manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin qiymətləndirməsi: Belə ki, mülki işin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş gerçək vəziyyətindən bəlli olur ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən fərdi yaşayış evi iddiaçı Mustafayev İddiaçının xüsusi mülkiyyətindədir, cavabdehin isə həmin evə istifadə hüquqlu vardır. İddiaçı 7.000 manat kompensasiya ödəməsi şərtilə cavabdehin həmin evdən istifadə hüququna xitam verilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Sonradan iddiaçı mülki iş apelyasiya məhkəməsinin icraatında olarkən bu məbləğin az olduğu qənaətinə gəlmiş və buna görə də həmin məbləği artıraraq qarşı tərəfə 9000 manat kompensasiya təklif etmişdir. Hazırda öyrənilən işdən aydın olur ki, iddia tələbinin təmin edilməsinin mümkünlüyü ilə bağlı aydınlaşdırılmalı ilkin hal iddiaçının hazırki tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub-olmadığının müəyyənləşdirilməsidir. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra mətndə MM-in) 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən hazırki iş üzrə iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməkdə haqlıdır. Təklif olunan 9000 manat kompensasiya məbləğinə münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu xx xxxxxxxx 2007-ci il tarixli qərarında MM-in 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Kompensasiyanın məbləği qeyd olunan meyarlara əsasən müəyyənləşdirilmir. MM-in 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə yuxarıda göstərilənləri və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının təklif etdiyi kompensasiya cavabdehə davamlı surətdə və müəyyən müddət ərzində başqa yerdə oxşar şəraitdə yaşamaq imkanı verir. Məhkəmə kollegiyası hazırkı icraat zamanı təklif olunmuş yeni kompensasiya məbləğinin müzakirə olunması təmin olunduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanması mümkün hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. Məhkəmə kollegiyası həmçinin, apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti qismən əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi kompensasiya məbləğini 7000 manat olaraq müəyyən edərkən cavabdehin hazırki yaşayış şəraitinə uyğun yaşayış yeri əldə etməli olduğunu nəzərə almamışdır. Ona görə də kompensasiya məbləği 9000 manat həcmində müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qalan hissədə təmin edilə bilməz. Çünki, bir qədər əvvəl yuxarıda qeyd edildiyi kimi təklif edilən kompensasiyanın məbləği apelyasiya şikayətində qeyd edilmiş meyarlara əsasən müəyyənləşdirilmir. Həmçinin, apelyasiya şikayətində qeyd edilmiş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, cavabdehin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Hazırda mübahisəli fərdi yaşayış evinin tam təmirli olmamaqla, iki otaqdan ibarət olması, həmin yerdə eyni komunal şəraitə məxsus evlərin kirayə haqqının 60 manat olması (bu məsələlər birinci instansiya məhkəməsinin qətnaməsində təsvir olunaraq, şərh edildiyindən, məhkəmə kollegiyası bu sübutları yenidən təsvir etməklə şərh edilməsinə zəruriət görmür), eləcədə cavabdehin ilikin olaraq istifadə hüququnun qarşılığında 12000-15000 manat kompensasiya tələb etməsi, daha sonra təklif edilən 9000 manat kompensasiya məbləği ilə razılaşması mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olduğuna dəlalət edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(033)-221/2020 saylıqətnaməsi dəyişdirilərək iddiaçı Mustafayev İddiaçı tərəfindən evdən olan istofadə hüququnun qarşılığında Cavabdeh ödənilməli olan kompensasiya 9000 (doqquz min) məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və MPM-in 382, 384, 385, 387, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(033)-221/2020 saylıqətnaməsi təklif edilən kompensasiyanın məbləğinə münasibətdə dəyişdirilsin. Cavabdeh Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən iddiaçı Mustafayev İddiaçı xüsusi mülkiyyətində olan evdən 9000 (doqquz min) manat kompensasiya verilməklə evdən istifadə hüququna xitam verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1265/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1265/2020
23.07.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver