Məhkəmə qərarları › İş №2(107)-1278/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1278/2020

17.06.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1278/2020 17.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X4, Cavabdeh katibliyi ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) İddiaçı «mülkiyyətində olan Şəki şəhəri Teymur Xəlilov küçəsində yerləşən 16 saylı fərdi yaşayış evinin gediş-gəliş yolunda, qapısının qarşısında Cavabdeh tərəfindən qanunsuz çəkilmiş su kranının (daşı ilə inşa edilmiş bulağın) onun hesabına sökülərək 1-1.5 metr cavabdehin divarına tərəf yerinin dəyişdirilməsi və Şəki şəhəri Teymur Xəlilov küçəsində yerləşən 16 saylı fərdi yaşayış evininə gediş-gəliş yolunun açılması» tələbinə dair iddiasının təmin edilməməsi, 169.18 (bir yüz altmış doqquz manat on səkkiz qəpik) manat mütəxəssis xərci İddiaçı tutularaq Kadastr və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzi MMC-nin «xxxx» ASC-nin X15:200071, VÖEN **********, Müxbir hesab:AZ37NABZ********************, SWİFT:AİİBAZ2X, VÖEN **********, Hesab AZ23AİİB******************** hesaba ödənilməsi, 50 (əlli) manat ekspertiza xərcinin İddiaçı tutularaqAzərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilməsi və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid qət edilmişdir. işin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Şəki şəhəri, Teymur Xəlilov küçəsində yerləşən 16 saylı fərdi yaşayış evinin gediş-gəliş yolunda, qapısının qarşısında cavabdeh X9 tərəfindən qanunsuz tikilmiş bulağın cavabdehin hesabına sökülməsi və həmin fərdi yaşayış evinə gediş-gəliş yolunun açılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə birinci instansiya məhkəməsi zamanı baxılarkən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan Şəki şəhəri, Teymur Xəlilov küçəsində yerləşən16 saylı fərdi yaşayış evinin gediş-gəliş yolunda, qapısının qarşısında Cavabdeh tərəfindən qanunsuz tikilmiş bulağın cavabdehin hesabına sökülməsi və həmin fərdi yaşayış evinə gediş-gəliş yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin icraatına qəbul edilmişdir. Mülki işə birinci instansiya məhkəməsi zamanı baxılarkən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X3 iddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan Şəki şəhəri Teymur Xəlilov küçəsində yerləşən 16 saylı fərdi yaşayış evinin gediş-gəliş yolunda, qapısının qarşısında Cavabdeh tərəfindən qanunsuz çəkilmiş su kranının (daş ilə inşa edilmiş bulağın) iddiaçının hesabına sökülərək 1-1.5 metr cavabdehin divarına tərəf yerinin dəyişdirilməsi və Şəki şəhəri Teymur Xəlilov küçəsində yerləşən 16 saylı fərdi yaşayış evininə gediş-gəliş yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin icraatına qəbul edilmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Şəki şəhəri Teymur Xəlilov küçəsində yerləşən 16 saylı fərdi yaşayış evi uzun illər bundan əvvəl X5 ilə X1 paylı mülkiyyətində olmuşdur. Lakin sonradan vərəsəlik qaydasında həmin ev X6 və X2 adına qeydə alınmışdır. Hal-hazırda əri X2 payı bağışlanma yolu ilə onun adına qeydə alınmış və ona xx xxxx 2016-cı il tarixli, ******* nömrəli çıxarış verilmişdir. Onun adına olan ev uzun illər paylı mülkiyyətdə olduğu üçün hər iki tərəf üçün əsas yola iki giriş yolu olmuşdur. Bu, hal-hazırda olan fərdi yaşayış evinin texniki pasportunda və köhnə texniki pasportlarda öz əksini tapmışdır. Son dövrlərə kimi ona düşən pay hissəsinə girişdə köhnə taxta qapı mövcud olmuşdur. Sonradan o, həmin yerə yeni dəmir qapı qoydurmuşdur. Özü Bakı şəhərində yaşamaqla yalnız yay aylarında gəlir. Bu il Şəki şəhərinə gələrkən yaşayış evinə gedən yolda, qapısının 3-4 metrliyində cavabdeh tərəfindən daşdan hörülmüş balaca bir bulaq görmüşdür. Cavabdehə həmin bulağın onların gediş-gəlişinə maneə yaratdığını bildirərək öz hesablarına həmin bulağı 23 metr kənara çəkməsini xahiş etmişlər. Lakin cavabdeh tərəf qeyd olunanlarla razılaşmamışdır. Məhz buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsi iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq birinci instansiya məhkəməsi işəonun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-39/2020 saylı qətnaməsindən narazı qalan İddiaçı apellyаsiyа şikаyəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Cavabdeh əlavə olaraq izahatında göstərdi ki, iddia tələbini və аpelyаsiyа şikаyətini qəbul etmir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş edir. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədəİddiaçı lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmədi. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası Cavabdeh izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-39/2020 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X20 tərəfindən xx xxxxxx 2016-cı il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, Teymur Xəlilov küçəsində 0.218 ha torpaq sahəsində yerləşən 16 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı (0.113 ha torpaq sahəsi və B tikilisinin 2-ci mərtəbəsi, 1-ci mərtəbənin yerdə qalan hissəsi) və X7 (0.105 ha torpaq sahəsi, A tikilisində 18.1 kv.m, 18.0 kv.m, 19.05 kv.m və B tikilisində 17.5 kv.m 10.85 kv.m olan otaqlar) adlarına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, **********51 saylı mütəxəssis rəyindən görünür ki, Şəki şəhəri, Teymur Xəlilov küçəsində yerləşən bulaq ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli reyestrdən çıxarışla İddiaçı paylı mülkiyyətinə verilmiş Şəki şəhəri, Teymur Xəlilov küçəsi, ev 16 ünvanında yerləşən fərdi yaşayış evinin sərhədləri xaricindədir. Şəki şəhəri, Teymur Xəlilov küçəsində yerləşən bulağın ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli reyestrdən çıxarışla İddiaçı paylı mülkiyyətinə verilmiş Şəki şəhəri, Teymur Xəlilov küçəsi, ev 16 ünvanında yerləşən fərdi yaşayış evindən mülkiyyətçilərin istifadəsinə hər hansı maneələr yaradıb-yaratmamasını cavablandırmaq səlahiyyətləri xaricindədir. Tədqiqatın dəyəri 169.18 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Turizm Agentliyi “Yuxarı baş” Dövlət X14 tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, 90 nömrəli məktubdan görünür ki, hələ XVİİİ əsrdə saxsı borularla dağlardan çəkilmiş arxeoloji abidə olan (inventar №1741) «Köhnə su kəməri» saxsı borularla gələn “Taclıq suyu”dur. Sözügedən bulaq da XİX əsrin əvvəllərində tikilmiş məhəllə bulağıdır. XX əsrin sonuna kimi heç bir evdə bulaq olmadığından, məhəllə camaatı həmin bulağın suyundan istifadə etmişdir. Ta qədimdən həmin bulaq məhəllənin yaşlı sakinlərinin yığışdığı «Cimgə yeri» olmuşdur. Bu «El Bulaq» tarixi əhəmiyyət kəsb edir. Artıq bu ilin iyul ayının 7-də «Yuxarı Baş» Dövlət X14 YUNESKO-nun Ümumdünya İrs siyahısına salınmışdır. Ona görə də qoruq ərazisində tarixi əhəmiyyət kəsb edən hər bir abidə artıq YUNESKO tərəfindən qorunur. Sözügedən bulağın yerinin dəyişdirilməsi və ya sökülməsi qəti qadağandır. Çünki, Azərbaycan xalqının milli mənəvi dəyərləri artıq tək Azərbaycanın deyil, onlar artıq «X8»nin siyahısında qeydiyyatdadır. İddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilən, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi tərəfindən verilən xx xxx 2020-ci il tarixli məktubdan görünür ki, Sizin Şəki şəhəri, Teymur Xəlilov küç, ev 16 ünvanında yerləşən fərdi yaşayış evinizin iş qapısının qarşısında aparılmış tikinti işlərinə dair müraciətinizə Dövlət Turizm Agentliyində aidiyyəti üzrə baxılmışdır. Müraciət məktubunuzda qeyd etdiyiniz suallara cavab olaraq bildiririk ki, məktubun qoşmasında təsviri əlavə olunan bulaq formalı tikili “Yuxarı Baş” Milli Tarix-Memarlıq qoruğunun ərazisində Azərbaycan Respubükass ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədənyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında x xxxxxx 2001-ci il tarixli, 132 saylı Azərbaycan Respublikası Nazirlər kabinetinin Qərarı ilə əhəmiyyət dərəcəsi müəyyən edilmiş, ayrıca inventar nömrəsi olan tarix mədəniyyət abidəsi kimi qeydə alınmamışdır. Həmçinin qeyd olunan bulaq formalı tikili “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun balansında olan daşınmaz dövlət əmlakı deyildir. “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun xx xxxx 2019-cu il tarixli, 90 nömrəli aktubunda qeyd olunan 1741 inventar nömrəli “Köhnə su kəməri” Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında x xxxxxx 2001-ci il tarixli, 2 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “ölkə əhəmiyyətli arxeoloji abidə” kimi dövlət qeydiyyatına və mühafizəsinə götürülmüşdür. Lakin sözügedən Qərarı ilə təsdiq edilmiş siyahıda “El bulağı” adında tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Azərbaycan RespublikasıDövlət Turizm Agentliyi haqqında Əsasnamənin 3.0.43-cü bəndinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq, qoruqların ərazilərində dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarında tikintiyə icazə verilməsinə razılıq vermək Agentliyin vəzifələrindən biridir, Sözügedən tikinti obyektinin tikintisinə icazə verilməsinə razılıq verilməsinə dair Dövlət Turizm Agentliyinə heç bir müraciət daxil olmamışdır,Qeyd olunan bulağın tikinti işlərinin hansı zəmində və nə vaxt aparılmasına dair əfimizdən Şəki şəhər İcra Hakimiyyətinə müraciət edilmişdir. xx xxx 2020-ci il tarixində “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu tərəfindən sözügedən tikiliyə yerində baxış keçirilərək həmin tikilinin yerini dəyişməklə daha münasib yerdə və tarixi ənənələrə uyğun şəkildə bərpasının mümkünlüyünə dair Qoruğun memarı tərəfindən rəy verilmişdir. İddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilən Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi “Yuxarı Baş” dövlət tarix-memarlıq qoruğundan verilən xx xxx 2020-ci il tarixli, 46 saylı arayışdan görünür ki, Şəki “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində,Teymur Xəlilov küçəsində yeriəşən qədim saxsı borulu su xətti ehtimal olunan bulağa vətəndaş tərəfindən verilən şifahi məlumata əsasən müvafiq qaydada tərəfimizdən baxılaraq rəy hazırlanmışdır.Baxış zamanı Teymur Xəlilov küçəsində yerləşən bulağın xarici tikilişinin kiçik memarlıq formasi olaraq heç bir tarixi, estetik və memarlıq əhəmiyyəti daşımadığı müəyyən edilmişdir. Yuxarıda qevd olunanları nəzərə alaraq sözügedən bulağın daha münasib yerdə və tarixi ənənələrə uyğun şəkildə, su xettinə ziyan vurmadan bərpa olunmasının məqsədə uyğun olduğunu düşünürük. İddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilən Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi “Yuxarı Baş” dövlət tarix-memarlıq qoruğunun memarı Sehran Məmmədov tərəfindən verilən rəydən görünür ki, Şəki şəhər Teymur Xəlilov küçəsi ev 16 ünvamndakı həyətə giriş qapısının qarşısında yerləşmiş bulağa baxış keçirilərək müəyyən edildi: Qədim saxsı borulu su xətti ehtimal olunan bulağın xarici tikilisi kiçik memarlıq tikilisi olaraq heçbir Tarixi, estetik və memarlıq əhəmiyyəti daşımır. Su xəttinə ziyan vurmadan buliğin yerini dəyişməklə şikayətçi vətəndaşın həyətinə giriş sahəsini "Boşaltmaq mümkündür. Əlavə olaraq bildiririk ki, "Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində məhəllələri su ilə təmin etmək məqsədilə quraşdırılmış su kəməri sistemi qədimdən mövcuddur. Bu sistem “ana lülə”, ‘‘tapanca lülə” və “kolqıran” adlanan 3 hissədən ibarət idi. Bir neçə mənbədən qidalanan həmin kəmərin qalıqlarına Qoruğun ərazisində qazıntı işləri zamanı bir çox məhəllədə rast gəlinib. Həmin su kəmərinin salamat qalan sahəsindən bu gün də bəzi məhəllələrdə istifadə olunur. Sözügedən bulağın da həmin su kəmərinin salamat qalan hissələrindən biri olduğunu güman etmək olar. Lakin, bulağın sonralar zövqsüz tikilmiş tikili hissəsinin yerini dəyişməklə daha münasib yerdəvə tarixi ənənələrə uyğun şəkildə bərpa olunması məqsədəuyğundur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspetizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 21691 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz ƏmlakınKadastrı və Ünvan Reyestri Xidməti, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 12 saylı LTİ-nin rəisi İlkin Süleymanovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən Şəki şəhəri, Teymur Xəlilov küçəsində yerləşən bulaq ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli reyestrdən çıxarışla İddiaçı paylı mülkiyyətinə verilmiş Şəki şəhəri, Teymur Xəlilov küçəsi, ev 16 ünvanında yerləşən fərdi yaşayış evinin sərhədləri xaricindədir. Şəki şəhəri, Teymur Xəlilov küçəsində yerləşən bulağın ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli reyestrdən çıxarışla İddiaçı paylı mülkiyyətinə verilmiş Şəki şəhəri, Teymur Xəlilov küçəsi, ev 16 ünvanında yerləşən fərdi yaşayış evindən mülkiyyətçilərin istifadəsinə hər hansı maneələr yaradıb-yaratmamasını son nəticədə məhkəmə tərəfindən müəyyən oluna bilər. Tədqiqatın dəyəri 50 manat təşkil edir. Birinci instansiya məhkəməsi də iddianı əsaslı hesab etməyərək qeyd etmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X20 tərəfindən xx xxxxxx 2016-cı il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Şəki şəhəri, Teymur Xəlilov küçəsində 0.218 ha torpaq sahəsində yerləşən 16 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə İddiaçı və X7 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspetizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 21691 saylı ekspert rəyi ilə Şəki şəhəri, Teymur Xəlilov küçəsində yerləşən bulağın ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli reyestrdən çıxarışla İddiaçı paylı mülkiyyətinə verilmiş Şəki şəhəri, Teymur Xəlilov küçəsi, ev 16 ünvanında yerləşən fərdi yaşayış evinin sərhədləri xaricində olduğu müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan Şəki şəhəri Teymur Xəlilov küçəsində yerləşən 16 saylı fərdi yaşayış evinin gediş-gəliş yolunda, qapısının qarşısında Cavabdeh tərəfindən qanunsuz çəkilmiş su kranının (daş ilə inşa edilmiş bulağın) öz hesabına sökülərək 1-1.5 metr cavabdehin divarına tərəf yerinin dəyişdirilməsi və Şəki şəhəri Teymur Xəlilov küçəsində yerləşən 16 saylı fərdi yaşayış evininə gediş-gəliş yolunun açılması tələbi ilə məhkəməyə müraciət etmişlər. İddiaçının nümayəndəsi (vəkili) iddianı müdafiə edir. Cavabdeh isə əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddianı qəbul etməmişdir. Apelyasiya Məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşaraq qeyd edir ki, “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcələsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsas əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Beləliklə, məhkəmə kollegiyası iclasında araşdırılmış sübutlarla təsdiq olunur ki, Şəki şəhəri, Teymur Xəlilov küçəsində yerləşən bulaq ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli reyestrdən çıxarışla İddiaçı paylı mülkiyyətinə verilmiş Şəki şəhəri, Teymur Xəlilov küçəsi, ev 16 ünvanında yerləşən fərdi yaşayış evinin sərhədləri xaricindədir. Bundan başqa Şəki şəhəri, Teymur Xəlilov küçəsində yerləşən bulaqXİX əsrin əvvəllərində tikilmiş məhəllə bulağı olmaqla, onun yerləşdiyi «Yuxarı Baş» Dövlət X14 xx xxxx 2019-cu il tarixdə YUNESKO-nun Ümumdünya İrs siyahısına salınmışdır. Ona görə də iddia tələbi əsaslı deyildir. Şərh edilən maddələrə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəməkollegiyаsıiş üzrə toplаnmış sübutlаrıyuxаrıdаşərholunаnmаddivəprosessuаlhüquqnormаlаrıiləəlаqəlişəkildətədqiqedərəkhesаb edirki, birinciinstаnsiyаməhkəməsi hər iki iddianı təmin etməməklə düzgünnəticəyəgəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilmədən, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-39/2020 nörməli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. AzərbаycаnRespublikаsıMülki-ProsessuаlMəcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1cimаddəsinəgörəаpellyаsiyаinstаnsiyаsıməhkəməsiqətnаmənidəyişdirmədən, аpellyаsiyаşikаyətiniisətəminetmədənsаxlаyаbilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392,393 və 402- 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-39/2020 nörməli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikаyət verilmədiyi hаldа qəbul edildiyi gündən 2 (iki) аy keçdikdən sonrа qanuni qüvvəyə minir. Qətnamədən, işdə iştirаk edən şəxslərə rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar