Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1283/2020 05.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, Cavabdeh2 nümayəndəsi X1, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil1 və vəkili X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və 3-cü şəxs Ağdaş rayon Notariat Kontoruna qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ağdaş Rayon Məhkəməsinin (hаkim Nizam Əliyev) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və 3-cü şəxs Ağdaş rayon Notariat Kontoruna qarşı müqavilənin etibarsız hesab edilməsi barədə tələbi təmin edilmişdir. Həmin qətnаməyə əsаsən Ağdaş rayon Notariat Ofisində bağlanılmış xx xxxxxx 2018-cı il tarixli 4Ə-614 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilməsi qət оlunmuşdur. işin hаllаrı: İddiaçı Cavabdeh1 və 3-cü şəxs Ağdaş rayon Notariat Kontorunaqarşı "daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi” tələbi ilə müraciət edərək, onun Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı vəsatətlə məhkəməyə müraciət edərək X2 digər cavabdeh kimi mülki işə cəlb edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə xx xxxxxxxx 2014-cü il tarixində ailə həyatı qurmuşlar. xx xxxxxx 2016-ci ildə Ağdaş rayon Qeydiyyat şöbəsində nikahlarını 46 saylı akt ilə qeydə aldırmışlar. Birgə nikahlarından xx xxxxxx 2016-ci ildə Qorxmaz adlı övladları anadan olmuşdur. Birgə yaşadıqları dövrdə birlikdə mehriban yaşamışlar, həmin dövrdə münasibətləri normal olub, aralarında heç bir problem olmamışdır. 2018-ci ilin iyul ayında cavabdeh ilə münasibətləri pozulmuş, ayrılacağını bildirərək onu valideynlərinin yanına aparıb qoymuşdur. Bir neçə gündən sonra gəlib valideynləri və onunla barışıq etmiş, hər şeydən ötrü ailə dağıtmazlar, övladları olduğunu, bir daha ayrılıq olmayacaq deyib onu və oğlunu götürüb evə qaytarmışdır. Təqribən bir ay sonra cavabdeh banka borcu olduğu söhbətini evdə problem olaraq dilləndirməyə başlamışdır. Təqribən avqust ayının 3-ü evlərinə cavabdehin dostu olduğu deyilən hüquqşünas gəlmişdir. O, bildirmişdir ki bank cavabdehi məhkəməyə verib, adına olan nə kimi əmlak varsa üzərinə həbs qoyulacaq. Həmin axşamı sabah evi xilas etmək üçün təcili bir şey etmək lazım olduğu qərarına gəlmişlərdir. Çünki bağışlanmayacağı təqdirdə evlərinin əllərindən çıxacağını, övladı ilə evsiz qalacağını bildirmişdilər. Ağdaş rayon Notariat Kontorunda cavabdehin adına olan birgə nikah dövründə əldə etdiyi əmlakını xilas etmək üçün ərizəyə imza atmışdır. Çünki evini və ailəsini xilas etmək üçün səy göstərdiyinə onu inandırmışdı. Buna görə də, nəyi nə üçün imzaladığından xəbərsiz olmuşdur. Həmin gün cavabdehin və ailəsinin sevinci yerə göyə sığmırdı. Bundan 2 gün sonra da cavabdeh təcili pula ehtiyacı olduğu üçün qızıllarını satmalı olduğunu bildirmiş, qızıllarını da imza atdırıb satmışdır. xx xxxxxx 2018ci il tarixində də ondan ayrıldığını bildirmiş və onu övladı ilə birgə valideynlərinin yanına tərk edib getmişdir. Cavabdehin bu qədər cəhdinin onu aldadaraq birgə nikah dövründə əldə etdikləri əmlakını və qızıllarını əlindən almaq üçün olduğunu, cavabdehin ona olan etibarından sui-istifadə etdiyini, bunun əsasında da onu aldatdığını anlamışdır. Hazırda cavabdehin onun etibarından sui-istifadə etməsi nəticəsində birgə nikah dövründə əldə olunmuş əmlakından məhrum olmuş və cavabdeh tərəfindən aldadıldığını anlaşmışdır. Cavabdehə dəfələrlə haqqı olan əmlakını könüllü şəkildə qaytarmasını bildirsək də qaytarmamışdır. Birgə nikah dövründə əldə olunmuş əmlakımı xilas etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. xx xxxxxx 2018-ci il tarixli razılaşma ərizəsinin surətini tərəf olmağına baxmayaraq Ağdaş rayon Notariat Kontoru tərəfindən ona təqdim edilməmişdir. Dəfələrlə Ağdaş rayon Notariat Kontorundan ərizənin surətini istəsə də, ona verilməyib, hazırda Ağdaş rayon Notariat Kontoruna rəsmi olaraq müraciət etmişdir, ancaq hələ də ərizənin surətini ala bilməmişdir. Buna görə də birgə nikah dövründə əldə olunmuş mülkiyyətinin müdafiəsinin məhkəmə tərəfindən təmin edilməsi məcburiyyətində qalmışdir. İddiaçı və onun nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiklərini bildirdilər, iddia tələbinin təmin olunmasını və bu barədə qətnamə çıxarılmasını xahiş etdilər. Birinci instansiya məhkəməsi iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının dediklərinin hamısı yalan və iftiradır. İddia ərizəsinin predmeti olan yaşayış evi onun atası tərəfindən qardaşı Cavabdeh2 adına şəxsən atası Qorxmaz Raufzadənin öz vəsaiti hesabına tikilmişdir. Faktiki olaraq həmin evin tikilməsində iştirak etməmişdir və hər hansı formada maddi köməyi olmamışdır. Sadəcə olaraq həmin vaxt qardaşı Orxan həqiqi hərbi xidmətdə olduğu üçün evin yerləşdiyi torpaq sahəsi onun adına alınmışdır və həmin ev tikildikdən sonra rəsmi qaydada qardaşına bağışlanması üçün ilk növbədə DƏDRX-də onun adına qeydə alınmalı olduğuna görə çıxarış onun adına verilmiş, sonradan qanuni yolla və şəxsən iddiaçının notariat kontorunda rəsmiləşdirilmiş razılıq ərizəsi əsasında həmin yaşayış evi tərəfindən qardaşına bağışlanması müqaviləsi bağlanmışdır. Göründüyü kimi iddiaçı iddia tələbini udmaq məqsədi ilə müxtəlif yalançı vasitələrə əl atır ki, bütün bunlar da yolverilməzdir. Birinci instansiya məhkəməsi iclasında iştirak edən Cavabdeh1 və vəkili Vəkil1 iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsi iclasında cavabdeh qismində iştirak edən Cavabdeh2 iddia tələbini rədd edərək bildirdi ki, həmin evi atası onun adına tikibdir. Həmin vaxtı özü əsgərlikdə olduğuna görə evi qardaşının adına almışlar. Evin tikilməsində pulu atası xərcləmişdir. Nə Romanın, nə də onun arvadı həmin evə pul xərcləməmişdir. 2012-ci ildə hərbi xidmətə çağırılmış, 2014-cü ildə isə hərbi xidmətdən tərxis olunmuşdur. Mübahisə predmeti olan ev onun üçün tikilmişdir, nişanlıdır, evlənib yoldaşını o evə gətirəcəkdir. Birinci instansiya məhkəməsi iclasında Cavabdeh2 iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsi iclasının xx.xx.2019-cu il tarixli iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək göstərdi ki, onun 2 övladı var. Böyüyü Roman, kiçiyi Orxandır. Torpağı 2013-cü ildə almışdır. Orxan əsgərlikdə olduğu üçün torpağı Romanın adına almışdır, lakin Orxana tikdirmişdir. Evi tikdirdiyi zaman ona heç kim köməklik göstərməmişdir. Həmin vaxt özü heç bir yerdə işləməmişdir. Birinci instansiya məhkəməsi iclasının xx.xx.2019-cu il tarixli iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək göstərmişdir ki, Cavabdeh1 yanına gəlibdir, ondan məsləhət alıbdır. O da, ona məsləhət vermişdir, onun məsləhətindən sonra barışmışdırlar. Sonra Roman onu evlərinə çağırmış, Romana məsləhət vermək üçün onların evinə getmişdir. Bankın pulunun alınması üçün evə qanuna müvafiq olaraq tutma yönələ biləcəyini bildirmişdir. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. apelyasiya şikаyətinin dəlilləri : Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikаyəti verərək birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xаhiş etmişdir. O, apelyasiya şikаyətini belə əsаslаndırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qanunsuz qətnamə qəbul edilmiş, maddi və prosessual hüquq normaları pozulmuşdur. işdə iştirаk edən şəxslərin izаhаtlаrı : Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi Nümayəndə apelyasiya şikayətinin əsassız olduğunu bildirərək onun təmin olunmamasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi X4, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil1 və vəkili X7 apellyasiya şikayətinin təmin edilməsini və iş üzrə birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdilər. hüquq məsələləri : Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, apelyasiya instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа apelyasiya şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, apelyasiya instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 2 –də ev Cavabdeh2 adına Daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli 4Ə-614 nömrəli Daşınmaz Əmlakın Bağışlama müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Ağdaş şəhər, Hüseyn Cavid küçəsi, 8 ünvanında yerləşən ümumi sahəsi 93.3 kv.m fərdi yaşayış evinin və ümumi sahəsi 500 kv/m olan torpaq sahəsini tam mülkiyyət hüququ üzrə Cavabdeh2 bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 500 kv/m olan torpaq sahəsi xx.xx.2013-cü il tarixdə Cavabdeh1 satılmışdır. İş materiallarında olan Ağdaş rayon notariat ofisində xx.xx.2018-ci il tarixdə, 4Ə-614 reyestr nömrəsi ilə təsdiq olunmuş Bağışlanma müqaviləsinin və müqavilənin bağlanmasına səbəb olmuş sənədlərin təsdiq edilmiş kserosurətindən görünür ki, xx.xx.2018-ci il tarixli 8İ 299 nörmrə ilə təsdiqlənmiş razılıq ərizəsinə əsasən mübahisə predmeti olan əmlakın bağışlanmasına birgə nikah dövründə əldə olunmuş əmlak olduğu üçün İddiaçı yazılı razılığını vermişdir. Cavabdeh tərəfindən təqdim edilmiş xx xxxxxxxx 2013-cü il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 “ X5” ilə Orxan Bilalov arasında olan kredit müqaviləsində irəli gələn öhdəliyin icrasının təminatı kimi kreditor qarşısında zamin durmuşdur. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni cavabdehlərə münаsibətdə düzgün həll etmişdir. Məhkəmə kollegiyası iclası zamanı tərəflərin izahatları, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, daşınmaz əmlakın bağışlama müqaviləsi aldatma yolu ilə bağlanmışdır, əgər iddiaçı cavabdeh tərəfindən aldadılmasa idi, adi şəraitdə həmin müqaviləni bağlamazdı. Bundan əlavə iddiaçı aldadılsa da, aldatma nəticəsində formalaşan iradə ifadəsi də, qüsurlu olmuşdur, həqiqi niyyət daşınmaz əmlakın özgəninkiləşdirilməsi deyil, görünüş üçün bağlanılan müqavilə ilə iddiaçı və cavabdehə məxsus olan daşınmaz əmlakın ehtimal edilən borcun tutulma predmeti olmaqdan çıxarmaq olmuşdur. Əmlakın birgə mülkiyyətdə olmaması cavabdehlər tərəfindən mübahisələndirilməmiş, əksinə həmin əmlak üzərində sərancam verilməsi üçün iddiaçın razılığı alınmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləyə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər (MM-in 153.3-cü maddəsi). Mülki Məcəllənin 14.1.-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4.-cü maddəsinin tələbunə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (MM-nin 325.1-ci maddəsi). Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-nin 390.1-ci maddəsi). Mülki Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir(MM-nin 390.4-cü maddəsi). Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-nin 404.2-ci maddəsi). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bağlanan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Mülki Məcəllənin 339.3-cü maddəsinə əsasən Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Mülki Məcəllənin 339.5-ci maddəsinə əsasən əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən suiistifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş müqavilələrin etibarsızlığı üçün əsas olan halları təsdiq edən sənədi təqdim etməlidir. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının və onun nümayəndəsinin öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçı tərəfin mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin olunmalıdır. “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2006-cı iltarixli qərarında “Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının və onun protokollarının təfsir və tətbiq məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıdığına görə Azərbaycan Respublikasının yurisdiksiyası altında olan insanların “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquqların təmin edilməsi” məhkəmələrə tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlak nikah dövründə əldə edildiyindən, iddiaçı və Cavabdeh1 Natiq oğlunun birgə mülkiyyətindədir. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı vaxtdan, sahiblik və istifadə hüquqları isə əqdin notarial qaydada təsdiq edildiyi vaxtdan yaranır. İş materiallarında olan çıxarışdan da görünür ki, daşınmaz əmlaka çıxarış İddiaçı və Cavabdeh1 Natiq oğlunun nikah dönəmində alınmışdır. Cavabdehlərin etirazının birinci dəlili ondan ibarət idi ki, daşınmaz əmlak birgə mülkiyyətdə deyil. Lakin məhkəmə qeyd edir ki, daşınmaz əmlakın birgə mülkiyyətdə əldə edilməsi işin mübahisəsiz halıdır. Daşınmaz əmlakın mülkiyyət formasının birgəliyini cavabdehlər də qəbul etmiş, lakin həmin halı ikinci dəlillə təkzib etməyə çalışmışlar. İkinci dəlillər isə ondan ibarət idi ki, torpaq sahəsinin və daşınmaz əmlakın əslində digər Cavabdeh2 adına rəsmiləşdirilməli olmalı olduğunu, lakin cavabdehin müddətli həqiqi hərbi xidmətdə olması ilə əlaqədar olaraq ona adına rəsmiləşdirilə bilinməməsini, buna görə də Romanın adına rəsmiləşdirildiyini bildirsələr də, nəyə görə cavabdehin hərbi xidmətdən tərxis olunduqdan sonra daşınmaz əmlakın bağışlama müqaviləsi bağlanılan ana qədər həmin əmlakın ona verilməsini həyata keçirə bilmədiklərini əsaslandıra bilməmişlər. Məhkəmə sübutlara qiymət verərkən nəyə görə bir sübutu qəbul etdiyini, digər sübutu isə qəbul etmədiyini əsaslandırmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının izahatı hadisələrin həqiqi təffərrüatını olduğu kimi çatdırır, daha inandırıcı və ardıcıldır. Belə ki, müqavilə bağlanmamışdan əvvəl iddiaçı və cavabdeh arasında ailə münaqişəsinin olması, sonradan barışması, müqavilənin imzalanması və iddiaçının evdən çıxarılması halları iddiaçının söylədiklərini daha ağlabatan edir. Mülki Məcəllə müqavilənin şərtlərini təfsir edərkən müqavilə tərəflərinin həqiqi iradəsini müəyyən etməyi başlıca şərt kimi irəli sürür. Bu zaman bir çox meyarlarla yanaşı, müqaviləyə qədərki, hadisələr zəncirini nəzərə almağı tələb edir. Aldatma yolu ilə bağlanılan əqdin etibarsızlığının əsas şərti odur ki, aldatma olmasa idi, müqavilə tərəflərindən biri həmin müqaviləni bağlamayacaqdı. İddiaçı onun əmlakın əlində çıxması qorxusu altında daşınmaz əmlak üzərində sərancam verilməsinə razı olmuşdur. Onun həqiqi iradə ifadəsi daşınmaz əmlakın özgəninkiləşdirilməsinə yönəlməmişdir. Müqavilə görünüş üçün bağlanılmış, hüquqi nəticələri yaratmaq niyyəti güdməmiş, özünün də qeyd etdiyi kimi və məhkəmə iclasında müəyyən edildiyi kimi, öz əmlaklarını xilas etmək olmuşdur. Cavabdeh tərəfdən cavabdehin banka borclu olduğunu, bankda zamin durduğunu təsdiq edən sənədləri məhkəməyə təqdim etmişdir. Lakin həmin müqavilə üzrə cavabdehin məhkəmədə tərəf olması və məhkəmə qətnaməsinin çıxaraq icraya yönəldilməsi ilə bağlı sübut təqdim edilməmişdir. Həmçinin iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə çağırılan şahid də, məhkəmə iclasında bankın pulun tutulması üçün onun əmlakına yönəldilə bilməsi ehtimalı ilə bağlı cavabdehin sualına müsbət cavab verdiyini bildirmişdir. Beləliklə apelyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, cavabdehlər apelyasiya şikayətinə dəlillərinin əsası kimi heç bir mötəbər sübut əlavə etməmiş, şikayətini əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununlа bаğlı məhkəmə kоllegiyаsı bildirir ki, maddi hüquq normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsi iddia təmin etməkdə haqlı olmuş, ona görə də Ağdaş rayon Notariat Ofisində bağlanılmış xx xxxxxx 2018-cı il tarixli 4Ə-614 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilməlidir. Beləliklə, məhkəmə kоllegiyаsı birinci instаnsiyа məhkəməsinin qətnаməsinin cavabdehlərə münаsibətdə ləğv edilməsi üçün əsаs müəyyən etmədi və bu qənаətə gəldi ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.1-ci mаddəsinə əsаsən, həmin qətnаmə оnа münаsibətdə dəyişdirilmədən, apelyasiya şikаyəti isə təmin edilmədən sаxlаnmаlıdır. Yuxаrıdа göstərilənlərə əsаsən, məhkəmə kollegiyаsı qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(014)-916/2019 saylı qətnaməsi baxılmış apelyasiya şikayətinə münаsibətdə dəyişdirilmədən sаxlаnsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №2(107)-1283/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1283/2020
05.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver