Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1284/2020 17.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədоv İlyаs Səməd oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınümayəndəsi və vəkili X8, ilk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh və X9 nümayəndəsi və vəkili X2 iştirakıları ilə, İddiaçı Cavabdeh, üçüncü şəxslər X31, X12, X13 və Göyçay rayon notariat kontoruna qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaka qanuni üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı miras qəbul edilməsi faktının müəyyyən edilməsi, miras əmlaka qanun üzrə vərəsələlik hüququna uyğun olaraq mirasın bölünərək onlara çatası miras payın müəyyən edilməsi və naturada ayrılması tələbi, üçüncü şəxs X9 cavabdeh İddiaçı qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması, qanun üzrə vərəsəlik hüququna uyğun olaraq mirasın bölünərək onlara çatası miras payın müəyyən edilməsi və naturada ayrılması tələbi üzrə qarşılıqlı iddiasına dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh və X9 nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(046)-140/2020 nömrəli qətnaməsi ilə (hakim Zəfər Quliyev) İlkin iddia tələbinin təmin edilməsi, islkin İddiaçı mərhum X11ndan miras qalmış, Göyçay şəhəri M.F.Axundov küçəsi 30 saylı ünvanda yerləşən 604,54 kvm həyətyanı torpaq sahəsinin və 2 otaqlı fərdi yaşayış evinin, yəni mirasın mərhum anası X25 və mərhum qardaşı X46, anası X14 vəfatından sonra mərhum qardaşı X46, mərhum qardaşı X32 vəfatından sonra onun özü, yəni İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaklara qanun üzrə vərəsəlik hüququnun tanınması, Cavabdeh İddiaçı qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması, qanun üzrə vərəsəlik hüququna uyğun olaraq mirasın bölünərək onlara çatası miras payın müəyyən edilməsi və naturada ayrılması tələblərinə dair iddia ərizəsinin təmin olunmaması, müstəqil tələb irəli sürən üçüncü şəxs X9 cavabdeh İddiaçı qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması, qanun üzrə vərəsəlik hüququna uyğun olaraq mirasın bölünərək onlara çatası miras payın müəyyən edilməsi və naturada ayrılması tələblərinə dair iddia ərizəsinin təmin edilməməsi, ilkin iddia üzrə ödənilmiş 10 (on) manat rüsumu cavabdehdən alınıb iddiaçıya ödənilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu qarşılıqlı iddiaçıya, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu müstəqil tələb irəli sürən üçüncü şəxsə aid edilməsi qət edilmişdir. işin halları: İddiaçı Cavabdeh, müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X27, Musayeva (Əhmədova) Mehriban İsa qızına və Göyçay rayon notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X11ndan miras qalmış, Göyçay şəhəri M.F.Axundov küçəsi 30 saylı ünvanda yerləşən 604,54 kvm həyətyanı torpaq sahəsinin və 2 otaqlı fərdi yaşayış evinin, yəni mirasın mərhum anası X25 və mərhum qardaşı X46, anasının ölümündən sonra mərhum qardaşı X46, sonuncunun ölümündən sonra onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaka onun qanun üzrə vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia verərək babası X15 miras qalan Göyçay şəhəri M.F.Axundov küçəsi 30 saylı ünvanda yerləşən fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaka onun qanun üzrə vərəsəlik hüququnun tanınması və qanun üzrə vərəsəlik hüququna uyğun olaraq mirasın bölünərək ona çatası miras payın müəyyən edilməsi və naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X18 müstəqil tələb irəli sürən üçüncü şəxs kimi cavabdeh İddiaçı qarşı iddia qaldırmaqla işə qoşulmuş və babası X15 miras qalan Göyçay şəhəri M.F.Axundov küçəsi 30 saylı ünvanda yerləşən fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaka onun qanun üzrə vərəsəlik hüququnun tanınması və qanun üzrə vərəsəlik hüququna uyğun olaraq mirasın bölünərək ona çatası miras payın müəyyən edilməsi və naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsi iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, xx xxxxxx 1961-ci il tarixdə Göyçay şəhərində X33 ilə X14 xx xxxxxx 1955-ci il tarixli nikahından doğulmuşdur. Ondan başqa valideynlərinin 4 uşağı anadan olmuşdur: X28, X34, X43, X44, X46, X19. X11 xx xxxxxx 1989-cu il tarixdə, anası X25 xx xxxx 2013-cü il tarixdə vəfat etmişlər. Qanun üzrə birinci növbə vərəsələrdən Əhmədova (Məmmədova) Südabə İsa qızı xx xxxxxx 2015-ci il tarixdə, X34 xx xxxxx 1982-ci il tarixdə, X44 xx xxxxxx 2016-cı il tarixdə, X46 xx xxxx 2019-cu il tarixdə vəfat etmişlər. X34 və X46 ölərkən subay olmuşlar. Atası vəfat edərkən onun mülkiyyətində olan, Göyçay şəhəri M.F.Axundov küçəsi 30 saylı ünvanda 604,54 kvm həyətyanı torpaq sahəsi və 2 otaqlı fərdi yaşayış evi miras qalmışdır. Atasının vəfatından sonra ondan miras qalmış əmlakı mərhum anası və mərhum qardaşı X46 tərəfindən faktiki qəbul edib idarə etmişlər. Anasının ölümündən sonra isə mərhum qardaşı X46 tərəfindən faktiki qəbul edib idarə etmişdir. Mərhum qardaşı X32 ölümündən sonra miras əmlakı o, faktiki qəbul edib idarə etmiş, əmlakı qoruyub saxlamış, kommunal xərcləri və vergilərini ödəmişdir. X44 və onun övladları Cavabdeh və X18 miras əmlakı nə rəsmi, nə də faktiki qəbul etməmişlər. O, iddiasının təmin olunması, Cavabdeh və X9 iddialarının təmin edilməməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi, eyni zamanda vəkili X16 məhkəmə iclasında təmsil etdiyi şəxsin ərizəsində göstərilənlərə uyğun izahat vermiş və İddiaçı iddiasının təmin olunması, Cavabdeh və X9 iddialarının təmin edilməməsini xahiş etmişdir. X36 məhkəmə iclasında İddiaçı iddiasını qəbul etmiş və onun təmin olunmasını, Cavabdeh və X9 iddialarının təmin edilməməsini xahiş etmişdir. O, bildirmişdir ki, X11 xx xxxxxx 1989-cu il tarixdə, anası X25 xx xxxx 2013-cü il tarixdə vəfat etmişlər. Bacısı ƏhmədovaSüdabə İsa qızı xx xxxxxx 2015-ci il tarixdə, X3 xx xxxxx 1982-ci il tarixdə, X44 xx xxxxxx 2016-cı il tarixdə, X46 xx xxxx 2019-cu il tarixdə vəfat etmişlər. X3 və X46 vəfat edərkən subay olmuşlar. Atası vəfat edərkən onun mülkiyyətində olan, Göyçay şəhəri M.F.Axundov küçəsi 30 saylı ünvanda 604,54 kvm həyətyanı torpaq sahəsi və 2 otaqlı fərdi yaşayış evi miras qalmışdır. Atasının vəfatından sonra ondan miras qalmış əmlakı mərhum anası və mərhum qardaşı X46 tərəfindən faktiki qəbul edib idarə edilmişdir. Anasının ölümündən sonra isə mərhum qardaşı X46 faktiki qəbul edib idarə etmişdir. Mərhum qardaşı X32 ölümündən sonra miras əmlakı bacısı İddiaçı faktiki qəbul edib idarə etmişdir. Mərhum qardaşı X44 atasının vəfatından sonra miras əmlakı nə rəsmi, nə də faktiki qəbul etməmişdir. Belə ki, mərhum qardaşı X44 xx xxxxxx 1987-ci il tarixdə X20 ilə rəsmi nikah qeyd etdirməklə evlənmiş və atası öz torpaq sahəsini bölərək Abidin ailəsi üçün iki otaqlı fərdi yaşayış evi inşa edərək öz sağlığında Abidin ailəsini həmin evə köçürmüşdür. Abidin və ailəsinin yaşadığı həmin evə ayrıca ünvan da verilmişdir. Atasının sağlığında və onun ölümündən sonra Abid və ailəsi öz evində yaşamışdır. Təxminən 2002-2003cü illərdə Abid həmin evi sataraq Bakı şəhərinə köçmüşdür. Evini satıb Bakı şəhərində ev alana kimi ötən təxminən bir il müddət ərzində Abid və ailəsi onun Göyçay şəhəri M.Hüseynzadə küçəsi 31 A saylı binada yerləşən 51 saylı mənzilində yaşamışlar. X29 ömrünün son illərində bacısı Südayə baxmış və Abidin xx xxxxxx 2016-cı il tarixdə vəfatından sonra da onun Bakı şəhərində yaşayan ailəsi yalnız yas mərasiminə gəlmişlər. Mərhum qardaşı Əliyə də sağlığında bacısı Südayə baxmış, yeməyini bişirmiş, evini təmizləmiş, paltarını yumuşdur. X50 daim maddi köməklik etmişdir. X29 ailəsi Bakı şəhərində daimi yaşamış və anaları və qardaşlarının ölümündən sonra da miras evə yalnız yas mərasiminə gəlmişlər, miras əmlakı idarə etməmiş, qoruyub saxlamamışlar. Birinci instansiya məhkəməsi iclasında Cavabdeh və X9 nümayəndəsi və vəkili X6 təmsil etdiyi şəxslərin iddialarını müdafiə etmiş və bildirmişdir ki, miras əmlakı təmsil etdiyi şəxslərin babasının vəfatından sonra onların nənəsi Zərifə Əhmədova, ataları Abid Əhmədov, əmiləri Əli Əhmədov qəbul etmişlər. Təmsil etdiyi şəxslər miras əmlakda qeydiyyatdadırlar, nənələrinin və əmilərinin yas və dəfn mərasiminlərində iştirak etmişlər. Ona görə də miras əmlak İddiaçı, Cavabdeh və X18 aralarında bölünməlidir. Cavabdeh və X9 iddia ərizələrində göstərilmişdir ki, babalarının vəfatından sonra ondan qalana mirası nənələri və subay əmiləri İsa tərəfindən qəbul edilmişdir. Lakin əmiləri X46 xx xxxx 2019-cu il tarixdə vəfat edərkən ailə üzvləri hamılıqla onun dəfnində iştirak etmiş və hətta əmilərinin şifahi vəsiyyəti ilə ondan qalacaq əmlakı onlara verəcəyini bildirmişdir. Əsas səbəb isə atası X44 xx xxxxxx 2016-cı ildə vəfat etməsi eyni zamanda onların ailə olaraq yaşamağa yerlərinin omaması idi. Lakin İddiaçı əmiləri X32 vəfat etməsi ilə dərhal öz yaşadığı ünvandan miras qalan evə köçmüş və onların evdən istifadə və sahiblik hüquqlarını məhdudlaşdırmışdır. Hətta qanunvericilikdə mirasın qəbulu ilə bağlı verilən müddətlər və eyni zamanda mirasın qəbulu ilə bağlı veriləcək şəhadətnamənin əldə olunma müddətinin bitməsini gözləmədən məhkəməyə müraciət etmişdir. Onlar adı çəkilən mirasda qeydiyyatdadırlar. Mərhum əmisinə məxsus bir neçə şəxsi əşya da hal-hazırda onlardadır. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Musayeva (Əhmədova) Mehriban İsa qızına və Göyçay rayon notariat kontoruna məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, Musayeva (Əhmədova) Mehriban İsa gəlməmiş və Göyçay rayon notariat kontoru məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş, heç bir üzrlü səbəb təqdim etmədən birinci instansiya məhkəməsi iclasına gəlməmişlər. Birinci instansiya məhkəməsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə bu şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş X10 və X21 bildirmişlər ki, onların qonşuları olan X33 xx xxxxxx 1989-cu il tarixdə, X25 xx xxxx 2013-cü il tarixdə, X46 xx xxxx 2019-cu il tarixdə vəfat etmişlər. X46 vəfat edərkən subay olmuşdur. X22 vəfatından sonra ondan miras qalmış onun evini və torpaq sahəsini X25 və X46 faktiki qəbul edib idarə etmişlər. X14 ölümündən sonra isə X46 miras əmlakları faktiki qəbul edib idarə etmişdir. X32 ölümündən sonra miras əmlakı İddiaçı faktiki qəbul edib idarə etmişdir. X44 1987-ci il tarixdə X20 ilə evlənmişdir. Həmin vaxt X33 öz torpaq sahəsini bölərək Abidin ailəsi üçün fərdi yaşayış evi inşa edərək öz sağlığında Abidin ailəsini həmin evə köçürmüşdür. X1 və onun ölümündən sonra Abid və ailəsi orada yaşamışdır. Təxminən 2002-2003-cü illərdə Abid həmin evi sataraq Bakı şəhərinə köçmüşdür. X4 bacısı Südayə baxmış və qulluq etmişdir. X29 ailəsi daimi Bakı şəhərində yaşamış və miras evə yalnız yas mərasimlərinə gəlmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qalan ilk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh və X9 nümayəndəsi və vəkili X6 tərəfindən аpellyаsiyа şikаyəti vermişdir. apelyasiya şikayətinin dəlilləri: İlk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh və X9 nümayəndəsi və vəkili X7 verdiyi apellyasiya şikayətində İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(046)-140/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və onların iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bildirirlər ki, ata tərəfdən babaları, mirasqoyan X22 xx.xx.1989-cu ildə öldüyü vaxt ataları X44 özü ailəsi ilə birlikdə həmin ünvanda yaşamış, qeydiyyatda olmuş, babalarından miras qalmış evin və sərrüfatın üzvü kimi mirasın açıldığı gündən oraya faktiki sahiblik etməyə və əmlakı idarə etməyə başlamaqla miras əmlakı qəbul etmiş, özü isə xx.xx.2016-cı ildə ölmüşdür. Ata tərəfdən nənələri, mirasqoyan X14 xx.xx.2013-cü ildə öldüyü vaxt ataları X44 nənələrinin dəfnini və bütün yas mərasimlərini el adəti üzrə yola vermiş, həmin ünvanda yaşayan qardaşı olan əmiləri X46 ilə birlikdə mirasın açıldığı gündən oraya faktiki sahiblik etməyə və əmlakı idarə etməyə başlamaqla miras əmlakı qəbul etmiş, özü isə xx.xx.2016-cı ildə ölmüşdür. Cavabdeh xx.xx.1989-cu ildə həmin ünvanda, həmin miras evdə və təsərrüfatda anadan olmuş, nənəsi X14 xx.xx.2013-cü ildə və əmim X32 xx.xx.2016-cı ildə ölümündən əvvəllərdən həmin ünvanda daimi yaşayış yeri üzrə qeydiyyatda olmuş və yaşamış, hazırda da Göyçay şəhəri M.F.Axundov küçəsi 30 saylı ünvanda qeydiyyatdadır. X18 xx.xx.1990-cı ildə həmin ünvanda, həmin miras evdə və təsərrüfatda anadan olmuş, nənəsi X14 xx.xx.2013-cü ildə və əmisi X32 xx.xx.2016-cı ildə ölümündən əvvəllərdən həmin ünvanda daimi yaşayış yeri üzrə qeydiyyatda olmuş və yaşamış, hazırda da Göyçay şəhəri M.F.Axundov küçəsi 30 saylı ünvanda qeydiyyatdadır. Mirasqoyanların övladı olan ataları X44 hər iki valideyninin ölümündən sonra onlardan miras qalmış əmlakı vərəsə kimi qəbul etmiş, lakin qəbul etdiyi miras əmlakı özü sənədləşdirmədən xx.xx.2016-cı ildə ölmüşdür. İddiaçı iddia ərizəsində birmənalı şəkildə etiraf edir ki, atasının, yəni babalarının ölümündən sonra qalmış mirası anası olan nənələri Zərifə və qardaşı olan əmiləri Əli qəbul etmişdir, yəni o atasından və daha sonra isə anasından qalmış mirası qəbul etməmişdir. Bu zaman babalarıyla eyni evdə və ünvanda yaşayan atalarının mirası qəbul etməsini heç bir əsas olmadan “inkar etməyə çalışmışdır”. İddiaçı iddia ərizəsində qardaşı, xx.xx.2019-cu il tarixdə ölmüş əmiləri X32 ölümündən sonra onların mirası qəbul etmədiklərini iddia edir. Halbuki iddiaçı tərəfin özünün dəvət etdiyi şahidlər özləri də birmənalı şəkildə onların hər ikisinin onlara çox yaxın və əziz olan əmiləri Əlinin dəfn mərasimindən başlamış bütün mərasimlərində analarıyla birlikdə iştirak etdiklərini təsdiq etdilər. Bildiririk ki, xx.xx.1963-cü il doğumlu əmiləri Əliyə bütün digər vərəsələrdən ən çox yaxınlıq etdiyi qardaşı olan ataları Abid olmuş, ümumiyyətlə ailə qurmamış əmiləri Əli atalarının sağlığında, həmçinin də onun ölümündən sonra onlara doğma övladları kimi, onlar isə ona ata əvəzi kimi çox isti münasibət bəsləmişlər. Əmiləri Əli onların həmin ünvanda daimi qeydiyyatlarını istəmiş, baba yurdunu rəsmiləşdirərək Aqilin adına keçirəcəyini bildirmiş, baş vermiş avtoqəza nəticəsində qəflətən öldüyü səbəbindən bunu həyata keçirə bilməmişdir. İddiaçı tərəfin özünün dəvət etdiyi şahidlər də məhkəmədə təsdiq etdilər ki, onlar əmiləri Əlinin dəfni də daxil olmaqla bütün yas mərasimlərində şəxsən iştirak etmiş, orada əmilərini mirası onun adına keçirəcəyi ilə bağlı mövqeyini bir daha əks tərəfə bildirmiş, onlar başqa yaşayış yerlərinin və başqa evlərinin olmaması səbəbindən də miras kimi burada qalmaqla yaşamaq istədiklərini bildirmişlər. İddiaçı tərəfin əmilərinin qırx mərasimi çıxmadan mirasa bu qaydada “sahiblənməsindən” sonra onlar mirasdan paylarını tələb etdiklərinə dair mövqelərini bildirmişlər. xx xxxxxx 2019-cu il tarixdə mirasla əlaqədar hazırkı iddia tələbilə Göyçay rayon məhkəməsinə müraciət etmişlər. Hesab edirik ki, yuxarıda qeyd olunanlara və digər əsaslara görə Göyçay rayon məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. tərəflərin İzahatları: Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh və X9 nümayəndəsi və vəkili X5pelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınümayəndəsi və vəkili X16 apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsinə baxmayaraq digər proses iştirakçıları məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətlərində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətlərin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, tərəflərinizahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, ilk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh və X9 nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(046)-140/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İş materiallarında olan və baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X33 ilə X25 arasında nikah xx.xx.1955-ci ildə qeydə alınmış və onların X28, X34, X43, X44, X46, İddiaçı və X19 adlı ümumi uşaqları anadan olmuşdur (Göyçay rayon qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli, Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2019-cu il tarixli arayışları). X33 xx xxxxxx 1989-cu il tarixdə Göyçay şəhərində vəfat etmişdir (İİİ-JQ 462795 nömrəli ölüm haqqında şəhadətnamə). X25 xx xxxx 2013-cü il tarixdə Göyçay şəhərində vəfat etmişdir (AZ-İ 638607 nömrəli ölüm haqqında şəhadətnamə). Əhmədova (Məmmədova) Südabə İsa qızı xx xxxxxx 2015-ci il tarixdə Göyçay şəhərində vəfat etmişdir (Göyçay rayon qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli arayışı). X34 xx xxxxx 1982-ci il tarixdə Göyçay şəhərində vəfat etmişdir (Göyçay rayon qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli arayışı). X44 xx xxxxxx 2016-cı il tarixdə Göyçay şəhərində vəfat etmişdir (Göyçay rayon qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli arayışı). X46 xx xxxx 2019-cu il tarixdə Göyçay şəhərində vəfat etmişdir (AZ-İİ 013891 nömrəli ölüm haqqında şəhadətnamə). Bütün vətəndaşlıq vəziyyəti aktları üzrə aparılmış yoxlama nəticəsində X23 və X32 nikah akt qeydləri aşkar olunmamışdır (Göyçay rayon qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli arayışları). Göyçay şəhəri M.F.Axundov küçəsi 30 saylı ünvanda yerləşən 604,54 kvm həyətyanı torpaq sahəsi və 2 otaqlı fərdi yaşayış evi X22 xüsusi mülkiyyətindədir (Torpaq sahəsinin kadastrı, qeydiyyat vəsiqəsi). X43 xx.xx.1989-cu ildə vəfat etmiş X15 miras qalmış əmlakdan ona çatası payı qəbul etməmişdir və etmir (X30 xx.xx.2012-ci il tarixli ərizəsi). xx.xx.2013-cü ildə X14 və xx.xx.2019-cu ildə X32 vəfatları ilə əlaqədar mirasın qəbulu üçün qanun üzrə vərəsələr tərəfindən Göyçay rayon notariat ofisinə müraciət etmələri barədə məlumat aşkar olunmamışdır (Göyçay rayon notariat ofisinin xx.xx.2020-ci il tarixli məktubu). X44 ilə X20 arasında nikah xx.xx.1987-ci ildə qeydə alınmışdır (340 nömrəli nikah akt qeydi). Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə iddia ərizələri üzrə işin faktiki hallarını araşdıraraq, iclas iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh, müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X27, Musayeva (Əhmədova) Mehriban İsa qızına və Göyçay rayon notariat kontoruna qarşı ilkin iddiası təmin olunmalı, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası və müstəqil tələb irəli sürən üçüncü şəxs X9 cavabdeh İddiaçı qarşı iddiası təmin edilməməlidir. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldi hüquqi nəticə ilə razılaşaraq qeyd edir ki, mübahisəli əmlakın mülkiyyətçisi olan X33 1989-cu ildə vəfat etdiyi üçün mübahisə həmin mirasın qəbul etmə faktının müəyyən edilməsi hissəsində qeyd olunan dövrdə qüvvədə olmuş Mülki Məcəllənin, X25 isə 2013-cü ildə, X46 xx xxxx 2019-cu il tarixdə vəfat etdikləri üçün isə həmin hissədə Azərbaycan Respublikasının hazırda qüvvədə olan Mülki Məcəllənin müddəaları tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx xxxxxxxx 1964-cü il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası (Azərbaycan SSRin) Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüq atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Eyni Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir və vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Məcəllənin 563-cü maddəsinə görə miras əmlakının bölünməsi qanun üzrə və vəsiyyət üzrə vərəsələrin hər birinə düşən hissəyə müvafiq olaraq, mirası qəbul edən vərəsələrin razılığı ilə verilir. Razılıq olmadıqda bölgü, məhkəmə qaydasında aparılır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Bu Məcəllənin 1145 və 1146-cı maddələrinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məcəllənin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Məcəllənin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Azərbaycan Respublikası MM-in 1243.1-ci maddəsinə əasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2) Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə kollegiyası iclasında müəyyən edilmişdir ki, xx xxxxxx 1989-cu il tarixdə X22 vəfatından sonra ondan qalan miras əmlakları həyat yoldaşı X25 və oğlu X46 tərəfindən faktiki olaraq qəbul edilmişdir. Digər qanun üzrə birinci növbə vərəsələr olan X28, X43, X44, İddiaçı və X19 isə miras əmlakları nə faktiki qəbul etməmişlər, nə də mirasın qəbulu ilə bağlı notariat kontoruna ərizə də verməmişlər. Digər qanun üzrə birinci növbə vərəsə olan X34 isə miras açılan əvvəl, yəni xx xxxxx 1982-ci il tarixdə Göyçay şəhərində vəfat etmiş və onun nikah akt qeydi aşkar olunmamışdır. X44 isə xx.xx.1987-ci ailə qurmuş və mirasa daxil olan evdən və torpaqdan çıxaraq öz ailəsi ilə başqa ünvana köçmüşdür. Bu faktı X36 və məhkəmə iclasında dindirilmiş şahidlər təsdiq etmişdir. Cavabdeh və X9 nümayəndəsi və vəkili X6 məhkəmə iclasında təmsil etdiyi şəxslərin ataları X29 miras 1989-cu ildə qəbul etdiyini bildirsə də, həmin faktı təsdiqləyən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Bundan əlavə Cavabdeh və X18 öz iddia ərizələrində babaları X22 vəfatından sonra ondan qalana mirası nənələri X25və əmiləri X46 tərəfindən qəbul olunduğunu təsdiq etmişlər. xx xxxx 2013-cü il tarixdə X14 vəfatından sonra ondan qalan mirası oğlu X46 faktiki olaraq qəbul etmişdir. Digər qanun üzrə birinci növbə vərəsələr olan X28, X43, X44, İddiaçı və X19 isə miras əmlakları nə faktiki qəbul etməmişlər, nə də mirasın qəbulu ilə bağlı notariat kontoruna ərizə də verməmişlər. xx xxxx 2019-cu il tarixdə X32 vəfatından sonra isə ondan qalan mirası bacısı İddiaçı faktiki qəbul etmişdir. Həmin vaxt X32 qanun üzrə birinci növbə vərəsəsi olmamışdır. Ona görə də onun ikinci növbə vərəsəsi olan bacısı İddiaçı miras əmlaklara qanun üzrə vərəsəlik hüququ yaranmışdır. Digər qanun üzrə ikinci növbə vərəsələr miras əmlakları nə faktiki qəbul etməmişlər, nə də mirasın qəbulu ilə bağlı notariat kontoruna ərizə də verməmişlər. Bu faktı X36 və məhkəmə iclasında dindirilmiş şahidlər, Cavabdeh və X18 öz ərizələri ilə təsdiq etmişdir. X18 öz iddia ərizəsində mərhum əmisinə məxsus bir neçə şəxsi əşyanın hazırda onlarda olduğunu qeyd etsə də, həmin əşyaların nədən ibarət olması və onların bu əşyaları necə əldə etmələri barədə məlumat verməmiş, ümumiyyətlə əşyaları məhkəməyə təqdim etməmişlər. Cavabdeh və X9 miras əmlakda qeydiyyatda olmaları da, onların həmin mirası faktiki qəbul etmələrinin göstəricisi kimi qəbul olunmamalıdır. Belə ki, “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2013-c il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarına əsasən miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təqdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Bundan başqa Cavabdeh və X9 miras qoyanın dəfn və yas mərasimlərinin iştirak etmələri də miras əmlaka faktiki cəhətdən sahiblik etmə və ya onu idarə etmə kimi qiymətləndirilə bilməz. Belə ki, bu hərəkətlər ya qohumluq, ya da qonşuluq münasibətlərindən irəli gəlir, yas və dəfn mərasimlərində təkcə vərəsələr deyil, həm də vərəsə olmayan digər şəxslər iştirak edərək bu tədbirlərin təşkili ilə bağlı xərclərin ödənilməsində köməklik göstərirlər. Cavabdeh və X18 öz ərizələrində mərhum əmiləri X32 ondan qalan mirası onlara şifahi vəsiyyət etdiyini bildirmişlər. Bununla bağlı Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Cavabdeh və Məmmədova Şəlalə Abid qızı isə yazılı vəsiyyətnamə məhkəməyə təqdim etməmişlər. Ona görə də Cavabdeh İddiaçı qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiası, müstəqil tələb irəli sürən üçüncü şəxs X9 cavabdeh İddiaçı qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə iddiası təmin olunmamalıdır. Həmçinin, məhkəmə kollegiyasıhesab edir ki, Cavabdeh və X9 İddiaçı yönəltdiyi tələblərinin «mirasın onlar tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaka onun qanun üzrə vərəsəlik hüququnun tanınması» hissələri təmin edilmədiyindən müvafiq olaraq da tələblərin «qanun üzrə vərəsəlik hüququna uyğun olaraq mirasın bölünərək onlara çatası miras payın müəyyən edilməsi və naturada ayrılması» hissələri də təmin olunmamalıdır. Çünki həmin tələblər digər tələblərdən birbaşa asılıdır və məhz onların mövcudluğu halında məhkəmə tərəfindən qiymətləndirilərək münasibət bildirilə bilər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, “payın naturada ayrılması” barədə tələbə yalnız pay daşınmaz əmlakda müəyyən edildikdən və daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra baxılmalıdır. İddiaçı Cavabdeh, müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X27, Musayeva (Əhmədova) Mehriban İsa qızına və Göyçay rayon notariat kontoruna qarşı iddiası əsaslı olduğu üçün təmin edilməli, onun mərhum X11ndan miras qalmış, Göyçay şəhəri M.F.Axundov küçəsi 30 saylı ünvanda yerləşən 604,54 kvm həyətyanı torpaq sahəsinin və 2 otaqlı fərdi yaşayış evinin, yəni mirasın mərhum anası X25 və mərhum qardaşı X46, anası X14 vəfatından sonra mərhum qardaşı X46, mərhum qardaşı X32 vəfatından sonra onun özü, yəni İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli və miras əmlaka qanun üzrə vərəsəlik hüququ tanınmalıdır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi ilkin iddianı təmin etməklə, qarşılıqlı iddianı isə təmin etməməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyasıapelyasiya şikayətində qeyd edilən dəlillərə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh və üçüncü şəxs də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdeh və üçüncü şəxsin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi ilkin iddianı təmin edərkən, qarşılıqlı iddianı isə təmin etməyərək düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn ilk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh və X9 nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmədən, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli, 2(046)-140/2020 nömrəli qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh və X9 nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(046)-140/2020 nömrəli qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov.
Məhkəmə qərarları › İş №2(107)-1284/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1284/2020
17.06.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver