Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1284/2023 21.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı sərhəd divarı üzərində inşa edilmiş fərdi yaşayış evinin bir hissəsinin sökülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: divarı üzərində inşa edilmiş tikilinin sökülməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı sərhəd divarı üzərində inşa edilmiş fərdi yaşayış evinin bir hissəsinin sökülməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli 2(075)-8/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı mülkiyyətində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 07 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəki şəhəri 123-cü kvartalda sahəsi 600 kv.metr olan həyətyanı torpaq sahəsi vardır. 22 aprel 2021-ci il tarixli, **********58-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçı ilə qonşu olan Cavabdeh mülkiyyətinə isə 0.06 hektar torpaq sahəsi verilmiş və cavabdeh həmin torpaq sahəsində ümumi sahəsi 119.4 kvadratmetr fərdi yaşayış evi inşa etmişdir. Cavabdeh ona məxsus torpaq sahəsində inşa edilmiş hasarın kənarında dayaqlar qoyulmaqla onun üzərində talvar tikilisi inşa edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ara masəfəsi gözlənilmədən sərhəd divarı üzərində inşa edilmiş fərdi yaşayış evinin ara məsafəsinə düşən hissəsinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 07 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən şəhərin 123-cü kvartalında sahəsi 600 kv.metr olan həyətyanı torpaq sahəsi vardır. Cabahdeh Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla sərhəd divarının üzərində fərdi yaşayış evi inşa edilmişdir. Yəni fərdi yaşayış evinin dam örtüyü sərhəd divarının üzərinə qoyulmuş və su axıdan novlarla gələn su suaxıdıcı qıflar vasitəsilə onun həyətinə yönləndilmişdir. Cavabdeh ona verilmiş təsdiq edilmiş layihənin baş plan bölməsində göstərilmiş vəziyyətdə fərdi yaşayış evini yerləşdirmədiyindən Şəki şəhər İcra Hakimiyyəti tərəfindən ünvanlanmış 02 noyabr 2020-ci il tarixli ara məsafəsi gözlənilməklə dam örtüyünün kəsilib götürülməsinin təmin edilməsinə dair tapşırığına bu vaxta qədər məhəl qoymamışdır. Bu da Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın tələblərinin pozulması deməkdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir.
5. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçının mülkiyyətində həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsin üzərində heç bir tikinti işləri aparılmamışdır. Lakin yaxın gələcəkdə həmin torpaq sahəsində müəyən tikinti işləri aparılacaqdır. 2020-ci ilin ortalarında Cavabdeh tərəfindən həmin həyətyanı torpaq sahəsinin sərhəd divarının üzərində heç bir ara məsafəsi gözlənilmədən fərdi yaşayış evi inşa edilmişdir. Yəni Cavabdeh fərdi yaşayış evinin dam örtüyünü sərhəd divarının üzərinə qoymuş və suaxıdan novlarla gələn suyu suaxıdıcı qıflar vasitəsiilə nümyəndəsi olduğu şəxsin həyətinə yönləndirmişdir. Bu səbəbdən də iddianın təmin edilərək, qonşuluqda yerləşən Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin dam örtüyünü 1,5,-2 metr məsafə aralığında sökülərək gtürülməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, mübahisəli divar onun öz torpağında olmaqla onun tərəfindən inşa edilmişdir. Sökülməsi tələb olunan tikili isə ev deyil, talvardır. Hasarın kənarında dayaqlar inşa edərək onun üzərinə dam örtüyü çəkmişdir. Talvar tikildikdən sonra iddiaçı onun sökülməsini tələb etmişdir. Odur ki, iddianın təmin edilməməsini xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, hüquqlarin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 07 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəki şəhərinin 123-cü kvartalında yerləşən 0.06 hektar torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. 22 aprel 2021-ci il tarixli, **********58-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçı ilə qonşu olan Cavabdeh mülkiyyətinə isə 0.06 hektar torpaq sahəsi verilmiş və cavabdeh həmin torpaq sahəsində ümumi sahəsi 119.4 kvadratmetr fərdi yaşayış evi inşa etmişdir. İddiaçı onun mülkiyyətində olan torpaq sahəsi ilə cavavdehin mülkiyyətində olan torpaq sahəsini ayıran sərhəd divarının üzərində cabahdeh Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla fərdi yaşayış evi inşa edildiyini iddia edərək həmin tikilinin sökülməsini tələb etmiş, cavabdeh isə mübahisəli divarın onun tərəfindən, özünə məxsus torpaq sahəsinə inşa edildiyini qeyd edərək iddia tələbini qəbul etməmişdir.
8. Məhkəmə qeyd edir ki, ilkin ekspertizanın rəyində tikilinin faktiki olaraq qonşu hasara bitişik olduğu əsas götürülərək Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5-ci maddəsinin tələblərinin pozulduğu müəyyən olunmuşdur. Lakin məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən sökülməsi tələb edilən cavabdehin fərdi yaşayış evinin dam örtüyü cavabdeh tərəfindən inşa edilməklə, onun öz mülkiyyətində olan torpaq sahəsinin daxilində yerləşir. Bu hal iş üzrə verilmiş əlavə ekspert rəyi ilə də, təsdiq olunur. Yəni sökülməsi tələb edilən fərdi yaşayış evinin dam örtüyünün hissəsi məhz qonşular arasında olan sərhəd divarının üzərində yerləşmir. Belə ki, mübahisəli tikili qonşular arasında sərhəd hasarı kimi nəzərdə tutulsa da, mövcud vəziyətdə sərhəd hasarı deyil, cavabdehə məxsus torpaq sahəsində inşa edilmiş tikilidir. İddiaçının ərizədə fərdi yaşayış evinin dam örtüyü sərhəd divarının üzərinə qoyulduğundan və su axıdan novlarla gələn su suaxıdıcı qıflar vasitəsilə onun həyətinə yönləndilməsinə dair göstərdiklərinə münasibətdə məhkəmə qeyd edir ki, sərhəd hasarı (ortaq divar) tikildikdən sonra bu hal müəyən oluna bilər. Odur ki, iddia əsaslı hesab oluna bilməz.
9. Şəki Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli 2(075)-8/2023 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) İddiaçı Cavabdeh qarşı ara masəfəsi gözlənilmədən sərhəd divarı üzərində inşa edilmiş fərdi yaşayış evinin ara məsafəsinə düşən hissəsinin sökülməsi tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iş üzrə məhkəmə xərci olan məhkəmə tikintitexniki ekspertrizaları ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pulun İddiaçı tutulması və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 158, 170 və 180-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
11. İş materiallarına əlavə edilmiş **********34 reyestr nömrəli torpaq sahəsinin planə və ölçü sənədinin surətindən görünür ki, Şəki şəhəri, 123-cü kvartalda yerləşən 0.06 hektar torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir.
12. İş materiallarına əlavə edilmiş 07 noyabr 2019-cu il tarixli, **********34 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəki şəhəri, 123-cü kvartalda yerləşən 0.06 hektar torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.
13. İş materiallarına əlavə edilmiş 22 aprel 2021-ci il tarixli, **********58-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəki şəhəri, 123-cü kvartalda yerləşən 0.06 hektar torpaq sahəsində inşa edilmiş 119.4 kvadratmetr fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir.
14. İş materiallarına əlavə edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 04 oktyabr 2021-ci il tarixli, 10/3725 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Şəki şəhəri, 123-cü kvartalda yerləşən, Cavabdeh tərəfindən inşa edilmiş tikilinin, həmin tikilinin sərhəd hasarının 15 metrlik hissəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5 bəndinin tələbinin pozulduğu müəyyən olunur
15. İş materiallarına əlavə edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 11 iyul 2023-cü il tarixli, 10/2014 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan Şəki şəhəri 123-cü kvartalda yerləşən 0.06 hektar torpaq sahəsi ilə qonşu torpaq sahəsini ayıran hasar **********58-10301 nömrəli texniki pasporta əsasən cavabdehin mülkiyyətində olan torpaq sahəsi daxilində yerləşir. Tərəflərin mülkiyyətində olan torpaq sahələrini ayıran daş hasar **********58-10301 nömrəli texniki pasporta əsaən cavabdehin torpaq sahəsi üzərində inşa edilmişdir.
16. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
17. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, işin faktiki hallarından göründyü kimi onun mülkiyyətində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 07 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən şəhərin 123-cü kvartalında sahəsi 600 kv.metr olan həyətyanı torpaq sahəsi vardır. Cabahdeh Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla sərhəd divarının üzərində fərdi yaşayış evi inşa edilmişdir. Yəni fərdi yaşayışevinin dam örtüyü sərhəd divarının üzərinə qoyulmuş və su axıdan novlarla gələn su suaxıdıcı qıflar vasitəsilə onun həyətinə yönləndilmişdir. Cavabdeh ona verilmiş təsdiq edilmiş layihənin baş plan bölməsində göstərilmiş vəziyyətdə fərdi yaşayış evini yerləşdirmədiyindən Şəki şəhər İcra Hakimiyyəti tərəfindən ünvanlanmış 02 noyabr2020-ci il tarixli ara məsafəsi gözlənilməklə dam örtüyünün kəsilib götürülməsinin təmin edilməsinə dair tapşırığına bu vaxta qədər məhəl qoymamışdır. Bu da Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın tələblərinin pozulması deməkdir. İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə tikinti ekspertizaları təyin edilmiş və AzərbаycаnRespublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 04 oktyabr 2021-ci il tarixli, 10/3725 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Şəki şəhəri, 123-cü kvartalda yerləşən, Cavabdeh tərəfindən inşa edilmiş tikilinin, həmin tikilinin sərhəd hasarının 15 metrlik hissəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5 bəndinin tələbinin pozulduğu müəyyən olunur. Lakin qeyd edilən ekspert rəyi mövcud olmasına və həmin elspert rəyi ilə də cavabdehin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5-ci maddəsinin tələbinin pozulduğu müəyyən olunsa da işə baxan birinci instansiya məhkəməsi cavabdehin qanunsuzluqlarına don geyindirmək üçün yenidən tikinti texniki ekspertizası təyin etmiş və həmin saxta və qanunsuz ekspert rəyinə istinad etməklə iddia tələbini təmin etməmişdir. Belə ki, Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 11 iyul 2023-cü il tarixli, 10/2014 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan Şəki şəhəri 123-cü kvartalda yerləşən 0.06 hektar torpaq sahəsi ilə qonşu torpaq sahəsini ayıran hasar **********58- 10301 nömrəli texniki pasporta əsasən cavabdehin mülkiyyətində olan torpaq sahəsi daxilində yerləşir. Tərəflərin mülkiyyətində olan torpaq sahələrini ayıran daş hasar **********58-10301 nömrəli texniki pasporta əsasən cavabdehin torpaq sahəsi üzərində inşa edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi həmin saxta ekspert rəyinə istinad etməklə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5-ci maddəsinin tələbini kobud şəkildə pozaraq mövcud tikilinin cavabdehin öz mülkiyyətində olan torpaq sahəsinin daxilində yerləşməsini əsas gətirərək qonşu hasarı olmamasını qeyd etməklə, cavabdehin öz mülkiyyətində olan torpaq sahəsinin daxilində yerləşməsini əsas gətirərək iddia tələbini təmin etməmişdir. Lakin Azərbaycan Respublikasının Şəhərsalmavə Tikinti Məcəlləsinin 69.5-ci maddəsinə əsasən ara məsafəsi divar hündürlüyünün 0,6 hissəsi, həmçinin xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi ilə müəyyən olunur. Qonşu torpaqlar arasında hüdürlüyü 2.2 metrdən çox olmamaqla hasar inşa edilə bilər və həmin hasarın hündürlüyünün 0.6 hissəsi ölçüsündü yəni 1.32 m məsafədə hər iki qonşu tərəfindən hər hansı tikilinin inşa edilməsi qadağandır. Yəni qanunverici mülkiyyətçiyə tikili inşa ediləcək torpaq sahəsi onun mülkiyyətində olmasına baxmayaraq torpaq shaəsinin kənarından yəni qonşu ilə sərhəddən 1.32 m məsafədə hər hansı tikilinin inşa edilməsini qadağan edib. Sadəcə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1.1 və 69.1.2-ci maddələrdə qeyd edilən hallarda buna icazə verilmişdir. Lakin işin faktiki hallarından da göründüyü kimi cavabdeh tərəfindən ara məsafəsi saxlanılmadan onun mülkiyyətində olan torpaq sahəsinə bitişik inşa edilmiş tikili müfəssəl planda nəzərdə tutulmamış və tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkün deyil. Göründyü kimi, işə baxan birinci instansiya məhkəməsi cavabdeh tərəfindən ara məsafəsi saxlamadan qanunsuz olaraq inşa etdiyi kimi onun mülkiyyətində olan torpaq sahəsində inşaedilməsi əsası ilə haqq qazandırılmağa çalışsa da bu hazırda qüvvədə olan və mövcud qanunvericiliyə ziddir.
18. Ona görə də, Şəki Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli 2(075)- 8/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli 2(075)-8/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 158.1.2-ci maddəsinə görə, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də, mənsub ola bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən və qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
23. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: 69.5-ci maddəsinə əsasən ara məsafəsi divar hündürlüyünün 0,6 hissəsi, həmçinin xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi ilə müəyyən olunur. 71.1-ci maddəsinə əsasən ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. 72.1-ci maddəsinə əsasən qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
26. Cavabdeh Şəki Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli 2(075)-8/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbi və iddiaçının apellyasiya şikayəti ilə bağlı hazırki qətnamənin 7-8-ci bəndlərində əks edilən dəyərləndirməsini və gəldiyi nəticəni əsaslı hesab edir və bu səbəbdən həmin bəndlərdə əks edilənləri təkrar etməyə zərurət görmür. Cavabdeh apellyasiya şikayətində Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 11 iyul 2023-cü il tarixli, 10/2014 nömrəli ekspert rəyinin saxta olduğu bildirsə də, həmin ekspert rəyinin mötəbərliyini şübhə altına alacaq hər hansı sübut və ya dəlili məhkəməyə təqdim etməmişdir.
31. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli 2(075)-8/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli 2(075)-8/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.