Məhkəmə qərarları › İş №2(107)-1296/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1296/2025

28.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1296/2025 28.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Balakən Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinə və Cavabdeh1 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin,mirasın irsi transmissiya üzrə iddiaçılar tərəfindən qəbul etmə faktının müəyyən edilməsi, miras əmlakların irsi transmissiya üzrə onu qəbul etmiş vərəsələr arasında bərabər paylarla bölüşdürülməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: vərəsəlik hüququ, miras əmlaka payların müəyyən edilməsi) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X46 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X17 iclas katibliyi ilə, İddiaçının vəkili Nümayəndə, Cavabdehin vəkili Vəkil1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Çukayeva (Qistarova) Məryəm Səid qızı və Telekova (Qistarova) Sevil Səid qızının iştirakları ilə, Balakən Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, e-2(019)-16/2025 nömrəli qətnaməsindən İddiaçı2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X26 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 1066 nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 4ində yerləşən, ümumi sahəsi 59.1 kv/m, yaşayış sahəsi 46.5 kv/m olan iki otaqlı fərdi yaşayış evi X9 adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. JN-747.KOD 40100048 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki,Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarı ilə X10 və X32 ünvan 4i ərazisindən 0.53 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş,reyestr nömrəsi **********83 olan xx.xx.2023-cü il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki,ünvan 4ində yerləşən 0.1665 ha kənd təsərrüfatı təyinatlı torpaqları Cavabdeh1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, reyestr nömrəsi **********82 olan xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 4ində yerləşən 0.22 ha kənd təsərrüfatı təyinatlı torpaqları Cavabdeh1 və X9 adına ümumi birgə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş,reyestr nömrəsi **********81 olan xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 4ində yerləşən 0.1444 ha kənd təsərrüfatı təyinatlı torpaqları Cavabdeh1 və X9 adına ümumi birgə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, reyestr nömrəsi **********82 olan xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 4ində yerləşən 0.22 ha kənd təsərrüfatı təyinatlı torpaqları Cavabdeh1 və X9 adına ümumi birgə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 03 noyabr 2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 135195 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 20 dekabr 2002-ci il tarixdə ölmüşdür. Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 03 noyabr 2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 136194 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X47 25 sentyabr 1992-ci il tarixdə ölmüşdür. Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 24 fevral 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 162764 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X33 xx.xx.2021-ci il tarixdə ölmüşdür. xx.xx.2005-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətində göstərilmişdir: xx.xx.2002-ci il tarixdə vəfat etmiş-X9 vərəsəsi: ünvan 4ində yaşayan oğlu - Cavabdeh1dir. Şəhadətnamə verilən miras əmlak ünvan 4ində yerləşən, 1967-ci il də tikilən, divar, beton, üstü keramit, yaşayış sahəsi 46.5 kvm, ümumi sahəsi 59.1 kvm, torpaq sahəsi 2500 kvm, 2 otaqlı yaşayış evindən ibarətdir. 15 dekabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətində göstərilmişdir:xx.xx.2002-ci il tarixdə vəfat etmiş-X9 vərəsəsi: ünvan 1 ünvanında qeydiyyatda olan oğlu-Cavabdeh1dir (AZE0*******, xx.xx.2012 - Balakən RPŞ, FİN:xxxxxxx, d/t: xx.xx.1973) və o miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak - ƏMDK-nin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2022 tarixdə X10 verilmiş **********83 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2ində yerləşən ümumi sahəsi 0.22 ha olan torpaq sahəsinin mərhuma məxsus olan hissəsindən ibarətdir. - Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022 tarixli qeydiyyat nömrəsi **********DC34401 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 2i ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. 15 dekabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətində göstərilmişdir: ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş-X9 vərəsəsi: ünvan 1 ünvanında qeydiyyatda olan oğlu-Cavabdeh1dir (AZE0*******, xx.xx.2012 - Balakən RPŞ, FİN:xxxxxxx, d/t: xx.xx.1973) və o miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak - ƏMDK-nin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2022 tarixdə X10 verilmiş **********83 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2ində yerləşən ümumi sahəsi 0.1665 ha olan torpaq sahəsinin mərhuma məxsus olan hissəsindən ibarətdir. - Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022 tarixli qeydiyyat nömrəsi **********DC34401 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 2i ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. 15 dekabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş-X9 vərəsəsi: ünvan 1 ünvanında qeydiyyatda olan oğlu - Cavabdeh1-dir (AZE0*******, xx.xx.2012 - Balakən RPŞ, FİN:xxxxxxx, d/t: xx.xx.1973) və o miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak -ƏMDK-nin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2022 tarixdə X10 verilmiş **********81 reyestr nömrəli,********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2ində yerləşən ümumi sahəsi 0.1444 ha olan torpaq sahəsinin mərhuma məxsus olan hissəsindən ibarətdir. - Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022 tarixli qeydiyyat nömrəsi **********DC34401 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 2i ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Azərbaycan Respubilkası Ədliyyə Nazirliyi Balakən regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 05 oktyabr 2022-ci il tarixli 1543 nömrəli arayışda göstərilir ki, 05 oktyabr 2022-ci il tarixdə X13 20 dekabr 2002-ci il tarixdə vəfat etmiş X6 miras qalmış əmlaka dair 08 fevral 2021-ci il tarixdə vəfat edən X12 vasitəsilə (miras qoyanın oğlu) irsi transmissiya üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədilə müraciət etmişdir. Məlum olmuşdur ki, Balakən rayon dövlət notariat kontoru tərəfindən 10 noyabr 2005-ci il tarixdə X9 mirasından almalı olduğu irs tam hissə müəyyənləşdirilməklə oğlu Cavabdeh1 ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 2500 kv.m olan torpaq sahəsinə və 59.1 kv.m sahədən ibarət fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.Odur ki, mirasın qəbulu ilə əlaqədar,o cümlədən vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və payların yenidən müəyyənləşdirilməsi üçün məhkəməyə müraciət etmək zəruridir. Vəsiyyətnamədən görünür ki, ünvan 4ində yaşayan X2 rayonu Şərif kəndində yerləşən 0.75 ha torpaq sahəsi, 1967-ci ildə tikilən, divarı beton, üstü keramitlə örtülmüş mənzilini-evini X28 vəsiyyət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Balakən Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu X19 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayon dövlət notariat kontoru tərəfindən xx.xx.2005-ci il tarixdə 2V-182 nömrə ilə Cavabdeh1 verilmiş ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 2500 kv.m olan torpaq sahəsinə və 59.1 kv.m sahədən ibarət fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, 20 dekabr 2002-ci il tarixdə vəfat etmiş X6 miras qalmış əmlaklara-ünvan 4ində yerləşən 0.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/2 hissəsinə X33 vasitəsilə (miras qoyanın oğlu) irsi transmissiya üzrə iddiaçılar tərəfindən mirasın qəbulu faktının müəyyən edilməsi, irsi transmissiya tətbiq edilməklə miras əmlakları onu qəbul etmiş 08 fevral 2021-ci il tarixdə vəfat etmiş mərhum X14 vərəsələri olan iddiaçılar arasında bərabər paylarda vəsiyyət üzrə vərəsəlik qaydasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi-vəkili Nümayəndə işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Balakən rayon dövlət notariat kontoru tərəfindən xx.xx.2005-ci il tarixdə Cavabdeh1 verilmiş ünvan 4i ünvanında yerləşən,ümumi sahəsi 2500 kv/m olan torpaq sahəsinə və 59.1 kv.m sahədən ibarət fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Balakən Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu Gülbahar İsmayılova tərəfindən verilmiş 15 dekabr 2022-ci il tarixli reyestr nömrəsi 2M-1061,2V-1062,2V-1063 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında Cavabdeh1 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən verilmiş 12 yanvar 2023-cü il tarixli reyestr nömrəsi **********83 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, 20 dekabr 2002-ci il tarixdə vəfat etmiş X6 miras qalmış əmlaklara-ünvan 4ində yerləşən 0.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsinə X36 vasitəsi ilə (miras qoyanın oğlu) irsi transmissiya üzrə iddiaçılar tərəfindən mirasın qəbulu faktının müəyyən edilməsi, irsi transmissiya tətbiq edilməklə miras əmlakları onu qəbul etmiş 08 fevral 2021-ci il tarixdə vəfat etmiş mərhum X14 vərəsələri olan iddiaçılar arasında bərabər paylarla vəsiyyət üzrə vərəsəlik qaydasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 X33 ilə rəsmi nikahla evlənmişdir. Birgə nikahlarından xx xxxxxx 1985-ci il tarixdə X20 adında uşaqları olmuşdur. Evləndiyi vaxtdan hazıradək ünvan 4ində X12na məxsus olmuş 0.20 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamışdır. Yaşadıqları ev qəzalı vəziyyətdə olduğundan sonradan sökülərək yeni ev inşa edilmişdir. X12 08 fevral 2021-ci il tarixdə ölmüşdür.Onun ölümündən sonra ərindən miras qalmış 0.20 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi ilə bağlı vərəsəlik işi açılmış, xx.xx.2021-ci il tarixdə sözügedən əmlakların 1/2 hissədə İddiaçı1, 1/2 hissədə isə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********86 olan çıxarış almışdır.Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 saylı qərarı ilə X10 və Cavabdeh1 Səid oğluna 0.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi onlara məxsus olan torpaq sahəsinin arxa tərəfində yerləşir. Eyni zamanda həmin torpaq sahəsinə bitişik də Şərif bələdiyyəsinə məxsus olan 1.50 ha torpaq sahəsi vardır. Həmin torpaq sahələrini həmişə onlar istifadə etmiş və vergilərini ödəmişlər.X18 xx.xx.2002-ci ildə ölmüşdür.Onun dəfnini oğlu-X33 və o, yola salmışlar,onlara məxsus əmlak olan torpaq sahələrini faktiki qəbul edərək mirası idarə etmişlər. X18 25 may 2002-ci il tarixdə vəsiyyətnamə qoyaraq ona məxsus olan bütün əmlakını oğlu X21 vəsiyyət etmişdir. xx.xx.2021-ci ildə X12 ölmüş, onun ölümündən sonra həmin təsərrüfatı onun ailə üzvləri idarə etməklə hal-hazırda orada yaşayırlar.X3 vəfat edəndən sonra onların digər övladlarının hər biri təsərrüfatdan ayrılmaqla başqa ünvanlarda yaşayırlar. Cavabdeh1 isə anası X18 vəfat etdiyi vaxt Rusiya Federasiyasında olmuş və uzun müddət orada yaşamışdır. 05 oktyabr 2022-ci il tarixdə X13 20 dekabr 2002-ci il tarixdə vəfat etmiş X6 miras qalmış əmlaka dair 08 fevral 2021-ci il tarixdə vəfat edən X12 vasitəsilə (miras qoyanın oğlu) irsi transmissiya üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədilə X58 Xidmət mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Balakən Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisi xx.xx.2022-ci il tarixli 1543 saylı arayış təqdim edərək göstərmişdir ki, Balakən rayon dövlət notariat kontoru tərəfindən 10 noyabr 2005-ci il tarixdə X9 mirasından almalı olduğu irs tam hissə müəyyənləşdirilməklə oğlu Cavabdeh1 ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 2500 kv.m olan torpaq sahəsinə və 59.1 kv.m sahədən ibarət fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Buna görə də mirasın qəbulu ilə əlaqədar, o cümlədən vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və payların yenidən müəyyənləşdirilməsi üçün məhkəməyə müraciət etmək zəruridir. Hesab edir ki, notarius miras əmlaka dair vərəsəlik işi açarkən mirası qəbul etmiş vərəsələrin dairəsini müəyyən etməmiş,mirası qəbul etməyən vərəsəyə tam həcmdə miras payı verməklə Mülki Məcəllənin 1243-cü, 1252-ci, 1262-ci və 1263-cü, 1273-1-ci maddələrinin tələblərini pozmuş, miras qoyanın oğluna münasibətdə irsi transmissiya üzrə mirası yeganə qəbul etmiş vərəsələr olan iddiaçıları miras payından məhrum etmişdir. Belə ki, qanunvericiliyə görə fiziki şəxs öldükdən sonra onun əmlakı avtomatik olaraq vərəsənin əmlakına daxil olmur. Miras əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Qeyd etməlidir ki, 20 dekabr 2002-ci il tarixdə vəfat etmiş X6 miras qalmış əmlaklara vərəsəlik açılarkən notarius qanunvericiliyin yuxarıda qeyd edilən hallarını nəzərə almamış, nə formal üsulla, nə də ki, qeyri-formal üsulla mirası qəbul etməmiş Cavabdeh1 mirasdan tam həcmdə pay vermişdir.Cavabdeh1 isə X3nın öldüyü zaman mirasın qəbulunda,eləcə də mərhumun dəfnində iştirak etməmiş,onlardan qalan hər hansı bir mirası qəbul etməmişdir.Belə ki,Cavabdeh1 həmin müddətlərdə ölkə xaricində olmuşdur. 2005-ci ildə ölkəyə gəlmiş və həmin ildə Rusiyaya getmişdir. 2022-ci ildə Rusiyadan qayıtmışdır. Miras əmlaka faktiki sahiblik və idarə etmələri Şərif kənd İnzibati Ərazi Dairəsinin və Şərif Bələdiyyəsinin verdiyi arayışlarla təsdiq olunur. Mirası faktiki qəbul etdiklərinə və mərhuma məxsus torpaq sahələrini istifadə etdiklərinə və onlara məxsus evdə yaşadıqlarına görə vərəsəliklə bağlı notariat kontoruna müraciət etməmişlər. Eyni zamanda bildirmək istəyir ki, keçmiş Balakən rayon dövlət notariat kontoru mirası qəbul etmiş vərəsələrin dairəsini müəyyənləşdirməklə miras əmlakı vəsiyyət üzrə vərəsəlik qaydasında bölüşdürməli idi. Belə ki, vərəsələrin dairəsinin müəyyən edilməsi irsi transmissiya ilə bağlı məsələnin həllində mühüm əhəmiyyət kəsb edir. Balakən rayon dövlət notariat kontoru X3ndan miras qalmış əmlaklara vərəsəlik işi açarkən və mirası bölüşdürərkən səhvə yol verildiyinə-mərhumdan qalmış mirası qəbul etmiş vərəsələrin vərəsəliyə çağırılmadığına, mirası qəbul etmiş vərəsələrin dairəsi müəyyən edilmədiyinə, miras əmlaka faktiki sahiblik və faktiki idarəçiliyin hansı vərəsəyə məxsus olmağını müəyyən etmədiyinə, vəsiyyət üzrə vərəsəlik qaydasında mirası bölüşdürmədiyinə görə Balakən rayon dövlət notariat kontoru tərəfindən xx.xx.2005-ci il tarixdə Cavabdeh1 verilmiş ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 2500 kv.m olan torpaq sahəsinə və 59.1 kv.m sahədən ibarət fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməli, miras əmlakla bağlı irsi transmissiya tətbiq edilməklə miras əmlak onu qəbul etmiş mərhum X14 vərəsələri olan iddiaçılar arasında bərabər paylarda bölünməlidir. Eyni zamanda qeyd etmək istəyir ki, X9 öldüyü məqamda ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 2500 kv.m olan torpaq sahəsi və 59.1 kv.m sahədən ibarət fərdi yaşayış evi onun mülkiyyətində olmadığına görə miras kütləsinə daxil edilə bilməzdi və həm də buna görə Balakən rayon dövlət notariat kontoru tərəfindən xx.xx.2005-ci il tarixdə Cavabdeh1 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməlidir. X9 öldüyü məqamda ünvan 2i ünvanında yerləşən JN 747 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən verilmiş 0.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus hissəsi onun mülkiyyətində olduğuna görə 0.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/2 hissəsi üzrə miras əmlak bölüşdürülməlidir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2, onların nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil1 iddianı etiraf etməyərək izahatında göstərdi ki, X6 qalan miras əmlak X33 tərəfindən qəbul edilməmişdir.Belə olsa idi həmin əmlaklar mərhum X14 ölümünə qədər, yəni 20 dekabr 2002-ci il tarixdən-08 fevral 2021-ci il tarixə kimi təxmininən 19 il ərzində onun adına rəsmiləşdirilərdi. İş materiallarından məlum olur ki, X14 mirası qəbul etmək üçün kifayət qədər vaxtı olduğu halda qəbul etməmişdir. Miras qoyan X9 20 dekabr 2002- ci il tarixdə vəfatından sonra birinci növbə vərəsələrdən X33 anasından qalmış miras əmlakı nə qəbul etmiş nə də ki, onun qəbulundan imtina etmişdir. Bununla da mərhum X33 qanunvericiliyin tələblərinə uyğun olaraq susmuş vərəsə hesab edilir. Vərəsənin susması mirasdan imtina kimi qiymətləndirilir.İş üzrə iddiaçıların mövcud iddia tələbini irəli sürməyə subyektiv hüquqları yoxdur. Belə ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras açıldıqdan sonra vəsiyyət üzrə müvafiq vərəsələr vərəsəliyə çağırılırlar. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir. Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa,üç ayadək uzadılmalıdır. İddiaçılar X9 irsi transmissiya qaydasında vərəsələri deyildirlər.Anası bütün özünə məxsus əmlakını oğlu X21 yox, Cavabdeh1 vəsiyyət etmişdir.Bundan əlavə X3na məxsus evi mərhum X33 öləndən 1,5 il keçmiş həyat yoldaşı İddiaçı1 dağıtmışdır. Halbuki, Cavabdeh1 dəfələrlə mərhum qardaşının sağlığında ona zəng edib tapşırmışdır ki,evi söküb-dağıtmaq olmaz,ata yurdudur. Cavabdeh1 qardaşına bildirmişdir ki, o, Rusiyadan gələndə həmin evdə yaşamalıdır. Cavabdeh1 həmin təsərrüfatdadır və təsərrüfatdan ayrılmamışdır. Onun başqa yaşayış yeri yoxdur. Artıq 5 aydır ki, o, öz ata yurdunda qala bilmir. İddiaçı ona məxsus olan ata evini dağıdıb,onun qabağında ev tikmişdir.Onu həmin evə buraxmır.Mirasın iddiaçılar tərəfindən qəbul edilməsinə dair iddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyil. Cavabdeh1 Seyidoviç anasından miras qalmış əmlaklara Daşınmaz Əmlakın Dövlət Reyestrindən Hüquqların Dövlət Qeydiyyatından çıxarışlar almışdır.İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X41 izahatında göstərdi ki,atası Səid Qistarov, anası isə Mesed Qıstarovadır. Valideynlərinin Məryəm, Şaban, Ramazan, Həybullah, Sevil və İsmayıl adlı altı uşaqları olmuşlar. Atası Səid 23 may 1998-ci ildə, anası Mesed isə xx.xx.2002-ci ildə ölmüşlər. Anası öləndən sonra həmin evdə qardaşı Ramazan və onun arvadı Zenfirə yaşamışlar. X5 08 fevral 2021- ci ildə ölmüşdür. Cavabdeh1 Rusiyada olmuşdur.Anası öləndən sonra İsmayıl Rusiyadan gələndə həmin evdə yaşamışdır.O,anasından qalan miras əmlakdakı payından imtina etməsi barədə ərizə ilə notariat ofisinə müraciət etməmişdir. O,öz payını tələb edir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X48 izahatında göstərdi ki,onlar 2 bacı,4 qardaş olmuşlar. Atası Səid 23 may 1998-ci ildə, anası Mesed isə xx.xx.2002-ci ildə ölmüşlər. Qardaşlarından Ramazan ölmuş, digər qardaşları Şaban Qazaxıstanda, Heybullah və İsimayıl isə Rusiya Federasiyasındadırlar. Atasının ölümündən sonra evdə anası Mesed və qardaşı İsmayıl yaşamışlar. Anasının ölümündən sonra həmin evdə Ramazan ailəsi ilə yaşamışdır.O, nə miras əmlakdan pay alması üçün, nə də payından imtina etməsi üçün ərizə ilə notariat ofisinə müraciət etməmişdir. Balakən rayon icra Hakimiyyəti başçısının Şərif kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən 22 sentyabr 2022-ci il tarixdə verilmiş 511 nömrəli arayışdan görünür ki, xx.xx.2002-ci ildə vəfat edən X9 ölümündən sonra ona məxsus təsərrüfatı mərhum oğlu X33 idarə etmiş, mərhum anasının dəfnini yola salmış, Mesed Qıstarovaya məxsus torpaq sahəsini öz ölümünə qədər özü, sonra isə ailəsi xx.xx.2022-ci il tarixinə qədər mübahisəsiz istifadə etmişdir. Balakən rayon Şərif Bələdiyyəsi tərəfindən 22 sentyabr 2022-ci il tarixdə verilmiş 20 nömrəli arayışdan görünür ki, JN-747 saylı Dövlət Aktı ilə X10 məxsus olan 0.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və ona bitişik olan 1.5 ha bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsinin vergilX12 tərəfindən ödənilmişdir. X33 vəfat etdikdən sonra torpaq sahəsinin vergiləri həyat yoldaşı İddiaçı1 tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********86 olan xx.xx.2021-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 4ində yerləşən 0.2079 ha kənd təsərrüfatı təyinatlı torpaqlarının ½ hissəsi İddiaçı1, ½ hissəsi X7 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. ünvan 4 icra nümayəndəliyi tərəfindən 20 sentyabr 2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 165305 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X37 ilə X20 arasında 20 sentyabr 2005-ci ildə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Çerçiyeva soyadı verilmişdir. ünvan 4 soveti tərəfindən verilmiş X-JQ seriyalı 410506 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X20 xx.xx.1985-ci il tarixdə anadan olmuş, atası X36, anası İddiaçı1 göstərilmişdir. ünvan 4 soveti tərəfindən 2 fevral 1958-ci il tarixdə verilmiş İ-İE seriyalı 044882 nömrəli evlənmək haqqında şəhadətnamədən görünür ki, X49 ilə X22 arasında 02 fevral 1958-ci ildə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Qıstarova soyadı verilmişdir. ünvan 4 soveti tərəfindən 02 fevral 1984-cü il tarixdə verilmiş İİ-JQ seriyalı 333063 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X33 ilə X8 arasında 02 fevral 1984-cü ildə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Qıstarova soyadı verilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Balakən Rayon İcra Hakimiyyəti Balakən Rayon Dövlət Arxivi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Balakən rayon Vəkil bürosunun vəkili Vəkil1 ünvanladığı 08 avqust 2023-cü il tarixdə verilmiş 3-48-7RA/2-84/2023 nömrəli məktubda göstərilmişdir ki; Balakən rayon Şərif kənd İcra Nümayəndəliyinin 2010- cu illərə aid təsərrüfatbaşına kitablarda X34 təsərrüfatı barədə qeydiyyat aparılmamışdır. Şərif kənd icra nümayəndəliyinin 1996-2010-cu illərə aid təsərrüfatbaşına kitablarında X9 və Cavabdeh1 Səid oğlunun təsərrüfatı barədə qeydiyyat aparılmışdır. 1996-2000-ci illər üzrə: Birinci yazılan təsərrüfat üzvü---X51 1.X42—A/b(qadın,1938. Avar) 2.X50 (kişi ,4/İİİ-1960, avar) Müvəqqəti qaib olan təsərrüfat üzvləri haqqında qeyd-getmişdir—2/İİİ-81 “Şambul”--yazılıbı. 3.X60---oğlu (kişi,15/Xİİ-1973. Avar) Müvəqqəti qaib olan təsərrüfat üzvləri haqqında qeyd--- getmişdir—“15(V-92 ordu sırada” yazılıb. Evin tikildiyi il ---1967-ci il Damın tikildiyi il---1969-cu il Cəmi torpaq sahəsi ---1996-1997-ci illərdə ---0,25(hektarın yüzdə biri ilə) 1998-2000-ci illərdə torpaq sahəsi qeyd edilməyib. 2001-2005-ci illər üzrə 1.X42 ---A/b (qadın,1938,avar) Adın üstündən xətt çəkilib,”vəfat edib 26.Xİİ.2002” yazılıb. 2.Qıstarov İsmail ----oğlu (kişi,15.Xİİ.1973.avar) Müvəqqəti qaib olan təsərrüfat üzvləri haqqında qeyd---gedib—“rusiya” karandaşla yazılıb. Evin tikildiyi il ---1967-ci il Damın tikildiyi idl---1969-cu il Cəmi torpaq sahəsi ---2001-2004-cü illərdə ---0,78(hektarın yüzdə biri ilə) 2005-ci ildə torpaq sahəsi qeyd edilməyib. Xüsusi mülkiyyətdə---2001-2004-cü illərdə ---0,25 (hektarın yüzdə biri ilə) 2005-ci ildə torpaq sahəsi qeyd edilməyib. Qeyd əlavə məlumatla 10 noyabr 2005-ci ildə Balakən rayonu Dövlət Notariat Kontorununa Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən əmlak Cavabdeh1 Səid oğluna yazılmışdır. 2006-2010-cu illər üzrə 2.Cavabdeh1 Səid---A/b(kişi,xx.xx.1973,avar) Müvəqqəti qaib olan təsərrüfat üzvləri haqqında qeyd---gedib—“Rusiya” karandaşla yazılıb. Evin tikildiyi il ---1967-ci il Damın tikildiyi il---1969-cu il Təsərrüfatın mülkiyyətində və sahibliyində ---0,78 (hektarın yüzdə biri ilə) O cümlədən bələdiyyədən---1,50 (hektarın yüzdə biri ilə) Əsas:fond №41,siyahı №1/1,sax.vahidi №269,284,298,səhifəə №61,66,75. Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki pasportundan görünür ki, ünvan 4ində yerləşən fərdi yaşayış evi Cavabdeh1 Səid oğlunun adınadır. Balakən Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, e-2(019)-16/2025 nömrəli qətnaməsi (hakim: H.Səlimov) ilə, iddia tələbi qismən təmin edilərək, Balakən rayon dövlət notariat kontoru tərəfindən Cavabdeh1 20 dekabr 2002-ci il tarixdə ölmüş X6 miras qalmış ünvan 4i ünvanında yerləşən, ümumi sahəsi 2500 kv/m olan torpaq sahəsində 1967-ci ildə inşa olunmuş, divarı beton, üstü kirəmitli, yaşayış sahəsi 46,5 kv/m,ümumi sahəsi 59.1 kv.m sahədən ibarət iki otaqlı fərdi yaşayış evindən tam irs almasına dair xx.xx.2005-ci il tarixli, 2V-182 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, onun X6 miras qalmış, ünvan 4i ünvanında yerləşən,0,22 ha torpaq sahəsindəki payından tam irs almasına dair xx.xx.2022-ci il tarixli, 2V-1061 reyestr nömrəli, 0,1665 ha torpaq sahəsindəki payından tam irs almasına dair xx.xx.2022-ci il tarixli, 2V-1062 reyestr nömrəli və 0,1444 ha torpaq sahəsindəki payından tam irs almasına dair xx.xx.2022-ci il tarixli, 2V-1063 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, xx.xx.2022-ci il tarixli, 2V-1062 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 0.1665 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydə alınmasına dair, reyestr nömrəsi **********83 olan xx.xx.2023-cü il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış torpaq sahəsinin X10 aid ½ hissəsində ləğv edilsin; 20 dekabr 2002-ci il tarixdə ölmüş X9 miras əmlaklarının - ünvan 4i ünvanında yerləşən, 1967-ci ildə inşa olunmuş, divarı beton, üstü kirəmitli, yaşayış sahəsi 46,5 kv/m, ümumi sahəsi 59.1 kv.m sahədən ibarət iki otaqlı fərdi yaşayış evinin və ünvan 4i ünvanında yerləşən X18 ilə Cavabdeh1 ümumi birgə mülkiyyətlərində olan, 0,1444 ha, 0,22 ha və 0.1665 ha olmaqla, ümumilikdə 0,53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin mərhuma aid hissəsinin 7/12 hissəsinə X23 miras payı, 1/12 hissəsinə Cavabdeh1 məcburi miras payı müəyyən edilsin, mərhum X23 7/12 hissə payına 7/24 hissədə İddiaçı1 və 7/24 hissədə İddiaçı2 payları müəyyən edilsməsi, 20 dekabr 2002-ci il tarixdə ölmüş X9 miras əmlaklarınınünvan 4i ünvanında yerləşən,1967-ci ildə inşa olunmuş, divarı beton, üstü kirəmitli, yaşayış sahəsi 46,5 kv/m, ümumi sahəsi 59.1 kv.m sahədən ibarət iki otaqlı fərdi yaşayış evinin və ünvan 4i ünvanında yerləşən X18 ilə Cavabdeh1 ümumi birgə mülkiyyətlərində olan, 0,1444 ha, 0,22 ha və 0.1665 ha olmaqla, ümumilikdə 0,53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin ona aid hissəsinin 1/12 hissəsinə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Çukayeva (Qistarova) Məryəm Səid qızının, 1/12 hissəsinə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Telekova (Qistarova ) Sevil Səid qızının, 1/12 hissəsinə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11, 1/12 hissəsinə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X35 miras payları müəyyən olunması qət edilmişdir. Balakən Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, e-2(019)-16/2025 nömrəli qərardadı (hakim: H.Səlimov) ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Balakən Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu X19 və Cavabdeh1 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, mirasın irsi transmissiya üzrə iddiaçılar tərəfindən qəbul etmə faktının müəyyən edilməsi, miras əmlakların irsi transmissiya üzrə onu qəbul etmiş vərəsələr arasında bərabər paylarla bölüşdürülməsi tələbinə dair iş üzrə icraata “mirasın irsi transmissiya üzrə iddiaçılar tərəfindən qəbul etmə faktının müəyyən edilməsi”nə aid hissədə xitam verilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, əri və valideynləri öldüyündən miras qoyan X9 birinci növbəli vərəsələri onun uşaqları- Çukayeva(Qistarova) Məryəm Səid qızı, Telekova (Qistarova) Sevil Səid qızı, X29, X50, Cavabdeh1 və X24r. Bu vərəsələrdən Ramazan Qistarov ölmüş, digər vərəsələr sağdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edildiyinə və bu Qərarın qüvvəsi, bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edildiyinə, hazırkı mübahisə 2022-ci ildən məhkəmənin icraatında olduğuna və X9 birinci növbəli vərəsələri Çukayeva(Qistarova) Məryəm Səid qızı, Telekova (Qistarova) Sevil Səid qızı, X29, X50, Cavabdeh1 və X33 mirasdan imtina etmələrinə dair notariat ofisinə ərizə vermədiklərindən onlar tərəfindən miras qəbul edilmiş sayılır. Birinci növbəli vərəsələrin hamısı miras qəbul etdiklərindən miras əmlakdan tam irs almasına dair Cavabdeh1 adına verilmiş 10 noyabr 2005-ci il tarixli, 2V-182 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli, 2V-1061 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli, 2V-1062 reyestr nömrəli və xx.xx.2022-ci il tarixli,2V-1063 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, habelə xx.xx.2022-ci il tarixli, 2V-1062 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 0.1665 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə verilmiş reyestr nömrəsi **********83 olan xx.xx.2023-cü il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış qanuni və əsaslı hesab oluna bilməzlər,odur ki, ləğv edilməli, X6 miras qalmış əmlaklar onun birinci növbəli vərəsələri arasında bölünməlidir. Mesed Qistarova bütün əmlakını Ramazan Qistarova vəsiyyət etdiyindən onun miras əmlakdan vəsiyyət üzrə payı, digər vərəsələrin isə məcburi payları müəyyən olunmalıdır. Mesed Qistarovanın 6 nəfər brinci növbəli vərəsəsi olduğundan və MM-in 1193-cü maddəsinə əsasən məcburi pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etdiyindən,vərəsələr Çukayeva(Qistarova) Məryəm Səid qızı, Telekova (Qistarova )Sevil Səid qızı, X29, X50, Cavabdeh1 oğlunun hər birinin miras əmlakda 1/12 hissə, X14 isə 7/12 hissə payları vardır.X33 öldüyündən,iddiaçılar onun vərəsələri olduqlarından və onların hər biri öz paylarını tələb etdiklərindən miras əmlakın X21 aid 7/12 hissəsi iddiaçıların arasında bölünməli, hər birinin 7/24 hissə payları müəyyən edilməlidir. Məhkəmə daha sonra qeyd etmişdir ki, X9 mirasına gəldikdə məhkəmə hesab edir ki, onun mirasına öldüyü məqamadək mülkiyyətində olan ünvan 2i ünvanında 2500 kv.m olan torpaq sahəsində 1967-ci ildə inşa olunmuş, divarı beton, üstü kirəmitli, yaşayış sahəsi 46,5 kv/m, ümumi sahəsi 59.1 kv.m sahədən ibarət iki otaqlı fərdi yaşayış evi və onunla Cavabdeh1 ümumi birgə mülkiyyətində olan, ünvan 2ində yerləşən 0,1444 ha, 0,22 ha və 0.1665 ha olmaqla, ümumilikdə 0,53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X9 payı daxildir. Sözügedən fərdi yaşayış evinin hazırda sökülmüş olması onun mirasa daxil olmaması üçün əsas ola bilməz. Belə ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinin məzmunundan göründüyü kimi mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. İş materiallarından göründüyü kimi Mesed Qistarovanın mülkiyyətində olmuş iki otaqlı fərdi yaşayış evi o, ölərkən, hətta 2021-ci ilə kimi mövcud olmuşdur. 2021ci ildə həmin ev hazırkı iddiaçılar tərəfindən sökülmüşdür. Məhkəmə hesab edir ki, sözügedən evin miras əmlka daxil edilməməsi qanunvericiliyin tələblərinə ziddir və digər vərəsələrin hüquqlarının pozulmasına səbəb olar. Odur ki, vərəsələrin payları mirasa daxil olan ünvan 2i ünvanında 1967-ci ildə inşa olunmuş, divarı beton, üstü kirəmitli, yaşayış sahəsi 46,5 kv/m, ümumi sahəsi 59.1 kv.m sahədən ibarət iki otaqlı fərdi yaşayış evi və Mesed Qistarova ilə Cavabdeh1 ümumi birgə mülkiyyətində olan, ünvan 2ində yerləşən 0,1444 ha, 0,22 ha və 0.1665 ha olmaqla, ümumilikdə 0,53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki X9 payı üzrə müəyyən olunmalıdır. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1145, 1151.1, 1151.2, 1159.1.1, 1243.2, 1243.3, 1255, 1281, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin – 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı2 birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini xahiş etmişdir. Apellyasiya onunla əsaslandırılmışdır ki, 20 dekabr 2002-ci il tarixdə ölmüş X9 miras əmlaklarının ünvan 4i ünvanında yerləşən, 1967-ci ildə inşa olunmuş, divarı beton, üstü kirəmitli, yaşayış sahəsi 46,5 kv/m, ümumi sahəsi 59.1 kv.m sahədən ibarət iki otaqlı fərdi yaşayış evinə miras paylarının müəyyən edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsini, həmçinin 20 dekabr 2002-ci il tarixdə ölmüş X9 miras emlaklanın – ünvan 4i ünvanında yerləşən, 1967-ci ildə inşa olunmuş, divarı beton, üstü kirəmitli, yaşayış sahəsi 46.5 kv/m. ümumi sahəsi 59.1 kv.m sahədən ibarət iki otaqlı fərdi yaşayış evinə miras paylarının müəyyən edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi, eyni zamanda qətnamənin mərhum X23 7/12 hissə payına, 7/24 hissədə İddiaçı1 və 7/24 hlssədə İddiaçı2 paylarının müəyyən edilməsi hissəsində ləğv edilməklə miras əmlaklardan mərhum X23 7/12 hissə payına iddiaçılar İddiaçı1 qqızının və İddiaçı2 bərabər paylarının müəyyən edilməsi və apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya onunla əsaslandırılmışdır ki, məhkəmə mövcud olmayan əmlaka deyil, onun yerindətikilmişəmlakı vərəsələrarasında bölgüsünü aparmalı idi. Belə ki, mövcud olmayan tikilini nə bölmək olar, nədə ki, ona dair hüquqları reyestrdə qeyda almaq. Həmçinin vərəsələrin müəyyən edilməsi və miras qəbul edilməsi zamanı qüvvədə olan qanun normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə təqdim olunmuş subutlara deyil mülahizələrə uyğun qərar qəbul etmişdir. Belə ki, iddiaçı mövcud olmayan tikiliyə vərəsəlik hüququnu tanımışdır. Daha sonra qeyd edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübutedə bilməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Nümayəndə iddiaçı tərəfin verdiyi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh tərəfin verdiyi apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli ev köhnə tikili olduğundan, eyni zamanda qəzalı vəziyyətdə olduğundan qüsur aktı tərtib edilərək 2021-ci ildə sökülmüş və hal-hazırda mövcud deyildir. Mübahisəli ev 1967-ci ildə inşa edilmiş qüsur aktında isə səhvən 1965-ci il kimi qeyd edilmişdir. Həmin evdən təxminən 10-15 metr aralıda mərhum Ramazan öz hesabına fərdi yaşayış evi inşa etmişdir. Odur ki, həmin ev mövcud olmadığından miras predmetinə daxil ola bilməzdi. Yeni ev isə iddiaçıların hesabına tikildiyindən həmin evdə miras kütləsinə daxil ola bilməz. Miras qoyan 2002-ci il də vəfat etməmişdən əvvəl Ramazana vəsiyyətnamə vermiş və həmin vəsiyyətnamədə hal-hazırda qüvvədədir. Notarius həmin vəsiyyətnamə olduğu halda onu nəzərə almamışdır. Vəsiyyətnamənin etibarsızılığı barədə iş məhkəmələrdə baxılmış və vəsiyyətnamə etibarsız hesab edilməmişdir. Bir məqamıda qeyd edir ki, iddiaçılar arasında pay bərabər bölünməli olduğu halda məhkəmə qətnamədə həmin hissədə səhvə yol vermişdir. Hal-hazırda yalnız paya görə və evə dair hissədə müahisələndirir. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil1 cavabdeh tərəfin verdiyi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı tərəfin verdiyi apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh uzun illər Rusiya Federasiyasında yaşamış, lakin gəlib anasına baş çəkmişdir. Anasından miras əmlak olaraq ev və torpaq sahələri qalmışdır. Cavabdehin mərhum qardaşı qeyd edilən evi sökərək təxminən 5-10 metr aralıda yeni ev tikmişdir. Cavabdehin anasını yalnız bir evi olmuş, həmin evdə sökülmüşdür. Məhkəmə mövcud olmayan evdən pay vermişdir, əslində isə yeni tikilən evdən pay verilməli idi. Bundan başqa, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olan digər qardaşları Şaban və Heybullah hal-hazırda sağdırlar. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Çukayeva (Qistarova) Məryəm Səid qızı və Telekova (Qistarova) Sevil Səid qızı cavabdeh tərəfin verdiyi apellyasiya şikayətini təmin edilməsini, iddiaçı tərəfin verdiyi apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, onlar ailə həyatı quraraq mübahisəli evdən getmişlər. Lakin, buna baxmayaraq paylarını tələb edirlər. Mərhum qardaşı qeyd edilən evi sökərək təxminən 10 metr aralıda yeni ev tikmişdir. Bundan başqa, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olan digər qardaşları Şaban və Heybullah hal-hazırda sağdırlar. Odur ki, nəzərə alınmasını xahiş etdilər. Digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası M a d d ə 1 3 . Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. M a d d ə 2 9 . Mülkiyyət hüququ I. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (işə baxılan zaman qüvvədə olmuş). 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1273-1. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir (işə baxılan zaman qüvvədə olmuş). 1291. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. "Daşınmaz əmlakın dövlət reyestri" haqqında Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”

17. Hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

"İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın İ saylı Protokolu

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli qərarında qeyd edilmişdir ki: “....hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-385.1.4. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının həddi

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə tam olaraq düzgün nəticəyə gəlmədiyindən cavabdeh tərəfin apellyasiya şikayəti təmin edilməməli, iddiaçı tərəfin apellyasiya şikayəti təmin edilərək qətnamə qismən ləğv olunmalı və iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə vərəsəlik və miras əmlak ilə bağlıdır. Belə ki, İddiaçı1 və İddiaçı2 cavabdehlər Balakən Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu X19 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayon dövlət notariat kontoru tərəfindən xx.xx.2005-ci il tarixdə 2V-182 nömrə ilə Cavabdeh1 verilmiş ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 2500 kv.m olan torpaq sahəsinə və 59.1 kv.m sahədən ibarət fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, 20 dekabr 2002-ci il tarixdə vəfat etmiş X6 miras qalmış əmlaklara-ünvan 4ində yerləşən 0.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/2 hissəsinə X33 vasitəsilə (miras qoyanın oğlu) irsi transmissiya üzrə iddiaçılar tərəfindən mirasın qəbulu faktının müəyyən edilməsi, irsi transmissiya tətbiq edilməklə miras əmlakları onu qəbul etmiş 08 fevral 2021-ci il tarixdə vəfat etmiş mərhum X14 vərəsələri olan iddiaçılar arasında bərabər paylarda vəsiyyət üzrə vərəsəlik qaydasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi-vəkili Nümayəndə işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Balakən rayon dövlət notariat kontoru tərəfindən xx.xx.2005-ci il tarixdə Cavabdeh1 verilmiş ünvan 4i ünvanında yerləşən,ümumi sahəsi 2500 kv/m olan torpaq sahəsinə və 59.1 kv.m sahədən ibarət fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Balakən Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu Gülbahar İsmayılova tərəfindən verilmiş 15 dekabr 2022-ci il tarixli reyestr nömrəsi 2M-1061,2V-1062,2V-1063 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında Cavabdeh1 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən verilmiş 12 yanvar 2023-cü il tarixli reyestr nömrəsi **********83 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, 20 dekabr 2002-ci il tarixdə vəfat etmiş X6 miras qalmış əmlaklara-ünvan 4ində yerləşən 0.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsinə X36 vasitəsi ilə (miras qoyanın oğlu) irsi transmissiya üzrə iddiaçılar tərəfindən mirasın qəbulu faktının müəyyən edilməsi, irsi transmissiya tətbiq edilməklə miras əmlakları onu qəbul etmiş 08 fevral 2021-ci il tarixdə vəfat etmiş mərhum X14 vərəsələri olan iddiaçılar arasında bərabər paylarla vəsiyyət üzrə vərəsəlik qaydasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Apellyatordan iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini fərdi yaşayış evinin miras kütləsinə daxil edilməsi və iddiaçıların öz aralarında paylarının düzgün müəyyən edilməməsi hissəsində mübahisələndirmişdir. Apellyatordan cavabdeh isə birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilməsi hissəsində mübahisələndirmişdir. Ümumiyyətlə cavabdeh tərəf iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə qiymət verən zaman ilkin olaraq qeyd edir ki, konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Konstitusiyada vərəsəlik hüququ mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi müəyyən edildiyindən mülkiyyət və vərəsəlik hüquqları eyni maddədə konstitusiya təminatı altına alınmışdır. Mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır. Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Belə ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Yəni, vərəsəlik hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (yüklülüklər ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Bu iki element bir-birini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar. Özlüyündə isə vərəsəlik hüququ universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailətəminat, məcburi vərəsələrin hüquq və maraqlarının təmin olunması, vərəsəliyə çağırılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının və mənəviyyatın mühafizəsi prinsiplərinə əsaslanır və həmin prinsiplərin hər biri digərinin təmin edilməsinə yönəlir. Konstitusiyanın yuxarıda qeyd olunan norması vəsiyyət etmə hüququ ilə bərabər miras alma hüququna da təminat vermişdir. Çünki vərəsəlik hüququna təminat bir tərəfdən miras qoymağı, eləcə də vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirasa sahib olmanı nəzərdə tutur. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllə 1133). Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuşdur. Məcəllənin 1159.1.1-ci maddəsinə müvafiq olaraq, birinci növbədə olan vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir. Qanunverici bu cür növbəliliyi müəyyən edərkən vərəsə olan şəxslərin qohumluq dərəcəsini nəzərə almışdır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr qanunvericiliklə müəyyən edilmiş qaydada miras əmlakdan bərabər pay almaq hüququna malikdirlər. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanun üzrə vərəsəlik halında vərəsəliyin şərtləri və qaydası miras qoyan tərəfindən dəyişdirilə bilməz. Vəsiyyət üzrə vərəsəlik zamanı isə miras əmlak vəsiyyətnamədə göstərilən şəxslərə keçir. Bu zaman vərəsəliyin şərtləri və qaydası vərəsəlik hüququnun əsas prinsiplərindən olan vəsiyyət etmək azadlığına uyğun olaraq miras qoyanın iradəsi ilə müəyyən edilir. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətinin digər dəlillərinə münasibət bildirərkən qeyd edir ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki: - miras qoyan X1 Səid Şaban oğlu adlı şəxslə evli olmuş, onların birgə nikahlarından Məryəm, Şaban, Ramazan, Həybullah, Sevil və İsmayıl adlı altı uşaqları olmuşlar. Səid Qistarov 23 may 1998-ci ildə ölmüşdür. Mesed Qistarovanın mülkiyyətində ünvan 2i ünvanında yerləşən, 2500 kv.m olan torpaq sahəsində 1967-ci ildə inşa olunmuş, divarı beton, üstü kirəmitli, yaşayış sahəsi 46,5 kv/m, ümumi sahəsi 59.1 kv.m sahədən ibarət iki otaqlı fərdi yaşayış evi və həmin kənddə oğlu - Cavabdeh1lə ümumi birgə mülkiyyətlərində olan, 0,1444 ha, 0,22 ha və 0.1665 ha olmaqla, ümumilikdə 0,53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri olmuşdur. X18 25 may 2002-ci il tarixli vəsiyyətnamə ilə ünvan 4ində yaşayan X2 rayonu Şərif kəndində yerləşən 0.75 ha torpaq sahəsi, 1967-ci ildə tikilən, divarı beton, üstü keramitlə örtülmüş mənzilini - evini X28 vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə Cavabdeh1 tərəfindən mübahisələndirilmiş lakin, Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(019)-68/2024 nömrəli qətnaməsi ilə Cavabdeh1 “vəsiyyətnamənin etibarsız hesab edilməsinə” dair iddiası təmin edilməmişdir. Həmin qətnamə hal-hazırda qanuni qüvvəsini almışdır. X18 xx.xx.2002-ci ildə ölmüş,ondan miras olaraq qeyd edilən əmlaklar, yəni ünvan 2i ünvanında yerləşən, 2500 kv.m olan torpaq sahəsində 1967-ci ildə inşa olunmuş, yaşayış sahəsi 46,5 kv/m, ümumi sahəsi 59.1 kv.m sahədən ibarət iki otaqlı fərdi yaşayış evi və X31 ümumi birgə mülkiyyətlərində olan, 0,1444 ha, 0,22 ha və 0.1665 ha olmaqla, ümumilikdə 0,53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin ona aid hissəsi miras qalmışdır. İşdən daha sonra müəyyən edilmişdir ki, Cavabdeh1 2005-ci ildə anası X6 miras qalmış əmlaklarla bağlı Balakən Rayon Notariat kontoruna müraciət etmiş, 10 noyabr 2005-ci il tarixdə Cavabdeh1 adına xx.xx.2002- ci ildə ölmüş X9 vərəsəsi olaraq ondan miras qalmış, ünvan 2i ünvanında yerləşən, 2500 kv.m olan torpaq sahəsində 1967-ci ildə inşa olunmuş, divarı beton, üstü kirəmitli, yaşayış sahəsi 46,5 kv/m, ümumi sahəsi 59.1 kv.m sahədən ibarət iki otaqlı fərdi yaşayış evindən tam irs almasına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Sözügedən ev 2021-ci ildə iddiaçılar tərəfindən sökülmüş, həmin ünvanda yeni ev inşa olunmuşdur. Cavabdeh1 təkrarən 2022-ci ildə X6 miras qalmış əmlaklarla-0,1444 ha, 0,22 ha və 0.1665 ha olmaqla, ümumilikdə 0,53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən X9 payına aid hissəsi ilə bağlı Balakən Rayon notariat Ofisinə müraciət etmişdir. X4 0,22 ha torpaq sahəsindəki payından tam irs almasına dair xx.xx.2022-ci il tarixli, 2V-1061 reyestr nömrəli, 0,1665 ha torpaq sahəsindəki payından tam irs almasına dair xx.xx.2022-ci il tarixli, 2V-1062 reyestr nömrəli və 0,1444 ha torpaq sahəsindəki payından tam irs almasına dair xx.xx.2022-ci il tarixli, 2V-1063 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. İsmayıl Qistarov xx.xx.2022-ci il tarixli, 2V-1062 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 0.1665 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə öz adına qeydə aldırmış, ona bu barədə reyestr nömrəsi **********83 olan xx.xx.2023-cü il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. İş materiallarından eyni zamanda müəyyən edilir ki, İddiaçı1 X33 ilə rəsmi nikah bağlamaqla evlənmişdir. Birgə nikahlarından xx xxxxxx 1985-ci il tarixdə X20 adında uşaqları olmuşdur. X33 08 fevral 2021-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra ondan miras qalmış əmlakı ilə bağlı vərəsəlik işi açılmış, xx.xx.2021-ci il tarixdə sözügedən əmlakların 1/2 hissədə İddiaçı1, 1/2 hissədə isə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********86 olan çıxarış alınmışdır. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətinin vərəsələrin dairəsinin düzgün müəyyən edilməməsi, payların düzgün bölünməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayət həmin hissədə də əsassızdır. Belə ki, yuxarıdada qeyd edildiyi kimi miras qoyan X9 birinci növbəli vərəsələri onun uşaqları - Çukayeva (Qistarova) Məryəm Səid qızı, Telekova (Qistarova) Sevil Səid qızı, X29, X50, Cavabdeh1 və X24r. Həmin vərəsələrdən Ramazan Qistarov ölmüş, digər vərəsələr sağdırlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Yuxarıda qeyd edilənlər konteksində məhkəmə kollegiyası hesab edir ki, hazırki iş Konstitusiya Məhkəməsinin müvafiq qərarı qəbul edilən zaman birinci instansiya məhkəməsinin icraatında olduğundan və X9 birinci növbəli vərəsələri Çukayeva (Qistarova) Məryəm Səid qızı, Telekova (Qistarova) Sevil Səid qızı, X29, X50, Cavabdeh1 və X33 mirasdan imtina etmələrinə dair notariat ofisinə ərizə vermədiklərindən onlar tərəfindən miras qəbul edilmiş sayılır. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, X18 25 may 2002-ci il tarixli vəsiyyətnamə ilə ünvan 4ində yaşayan X2 rayonu Şərif kəndində yerləşən 0.75 ha torpaq sahəsi, 1967-ci ildə tikilən, divarı beton, üstü keramitlə örtülmüş mənzilini - evini X28 vəsiyyət etmişdir. Hazırki iş üzrə Cavabdeh1 tərəfindən həmin vəsiyyətnamə mübahisələndirilmiş lakin, Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(019)-68/2024 nömrəli qətnaməsi ilə Cavabdeh1 “vəsiyyətnamənin etibarsız hesab edilməsinə” dair iddiası təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Göründüyü kimi, X9 X28 verdiyi vəsiyyətnamə hal-hazırda qüvvədədir. Belə olan halda kollegiya hesab edir ki, Mesed Qistarova bütün əmlakını Ramazan Qistarova vəsiyyət etdiyindən onun miras əmlakdan vəsiyyət üzrə payı, digər vərəsələrin isə məcburi payları müəyyən olunmalıdır və birinci instansiya məhkəməsidə payları müəyyən edən zaman məhz həmin halı nəzərə almışdır. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətinin cavabdehin əmlakları qanuni əsasla əldə etməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayət həmin hissədə də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edildiyinə və bu Qərarın qüvvəsi, bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edildiyinə, hazırkı mübahisə 2022-ci ildən məhkəmənin icraatında olduğuna və X9 birinci növbəli vərəsələri Çukayeva (Qistarova) Məryəm Səid qızı, Telekova (Qistarova) Sevil Səid qızı, X29, X50, Cavabdeh1 və X33 mirasdan imtina etmələrinə dair notariat ofisinə ərizə vermədiklərindən onlar tərəfindən miras qəbul edilmiş sayılır. İş materiallarından görünür ki, notarius tərəfindən Cavabdeh1 vərəsəlik şəhadətnaməsi verilən zaman vərəsələrin dairəsi müəyyən edilməmişdir. Sadalananlara və Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı təcrübəyə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci növbəli vərəsələrin hamısı miras qəbul etdiklərindən, miras əmlakdan tam irs almasına dair Cavabdeh1 adına verilmiş 10 noyabr 2005-ci il tarixli, 2V-182 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli, 2V-1061 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli, 2V-1062 reyestr nömrəli və xx.xx.2022-ci il tarixli, 2V-1063 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, habelə xx.xx.2022-ci il tarixli, 2V-1062 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 0.1665 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə verilmiş reyestr nömrəsi **********83 olan xx.xx.2023-cü il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış qanuni və əsaslı hesab oluna bilməzlər. Məhkəmə kollegiyası hər iki tərəfin apellyasiya şikayətlərinin fərdi yaşayış evinin miras kütləsinə daxil edilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəf şikayətində fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğundan 2021-ci ildə sökülərək yeni ev tikildiyini, cavabdeh tərəf isə şikayətində məhkəmənin mövcud olmayan evi böldüynü, əslində isə yeni tikilmiş evin bölünməli (pay tanınmalı) olmasını bildirmişdir. Kollegiya hər iki apellyasiya şikayətinin həmin dəlillərinə münasibətdə ilkin olaraq qeyd edir ki, hazırki iş üzrə tərəflərin hamısı ünvan 4i ünvanında yerləşən, 1967-ci ildə inşa olunmuş, divarı beton, üstü kirəmitli, yaşayış sahəsi 46,5 kv.m, ümumi sahəsi 59.1 kv.m sahədən ibarət iki otaqlı fərdi yaşayış evinin söküldüyünü və hal-hazırda mövcud olmadığını bildirmişlər. Göründüyü kimi, birinci instansiya məhkəməsi mövcud olmayan əmlaka faktiki olaraq pay tanımışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən əsaslandırması ondan ibarət olmuşdur ki, mərhumun mirasına öldüyü məqamadək mülkiyyətində olan ünvan 2i ünvanında 2500 kv.m olan torpaq sahəsində 1967-ci ildə inşa olunmuş, divarı beton, üstü kirəmitli, yaşayış sahəsi 46,5 kv.m, ümumi sahəsi 59.1 kv.m sahədən ibarət iki otaqlı fərdi yaşayış evi daxil olmuşdur. Sözügüdən fərdi yaşayış evinin hazırda sökülmüş olması onun mirasa daxil olmaması üçün əsas ola bilməz. Belə ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinin məzmunundan göründüyü kimi mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. İş materiallarından göründüyü kimi Mesed Qistarovanın mülkiyyətində olmuş iki otaqlı fərdi yaşayış evi o, ölərkən, hətta 2021-ci ilə kimi mövcud olmuşdur. 2021ci ildə həmin ev hazırkı iddiaçılar tərəfindən sökülmüşdür. Odur ki, sözügedən evin miras əmlka daxil edilməməsi qanunvericiliyin tələblərinə ziddir və digər vərəsələrin hüquqlarının pozulmasına səbəb olar. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin əsaslandırması ilə razılaşmayaraq qeyd edir ki, qətnamə qəbul edilən zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, miras qoyan öldüyü məqamda ünvan 4i ünvanında yerləşən, 1967-ci ildə inşa olunmuş, divarı beton, üstü kirəmitli, yaşayış sahəsi 46,5 kv.m, ümumi sahəsi 59.1 kv.m sahədən ibarət iki otaqlı fərdi yaşayış evi mövcud olsada həmin əmlak hal-hazırda mövcud olmamaqdadır. Bundan başqa, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli “qüsur aktı”na görə, aktı tərtib etmiş şəxslər tərəfindən 1965-ci ildə inşa edilmiş evə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, tikilinin bbünövrəsi və divarları armatur istifadə edilmədən tikilmişdir. Uzunmüddətli istifadə olunduğundan və yağıntıların təsirindən şifer örtük və ağac materiallrı çürümüş, divarlar şaqülü çatlar vermişdir. Həmin akt Balakən rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin məsləhətçisi, ünvan 4 İcra Nümayəndəsi, Balakən rayonu Şərif bələdiyyəsinin sədri, DƏDRX-nin Zaqatala Ərazi İdarəsinin mühəndisi və X15 tərəfindən imzalanmış və müvafiq orqanlar tərəfindən möhürlənmişdir. Kollegiya aktda evin 1965-ci ildə inşa edilməsilə bağlıda qeyd edir ki, araşdırma zamanı tərəflər evin elə 1967-ci ildə tikildiyini, həmin terdə başqa ev olmadığını və aktda texniki yanlışlıq olduğunu bildirmişlər. Bundan başqa, iş materiallarına əlavə edilmiş vəsiyyətnamədən görünür ki, ünvan 4ində yaşayan X2 rayonu Şərif kəndində yerləşən 0.75 ha torpaq sahəsi, 1967-ci ildə tikilən, divarı beton, üstü keramitlə örtülmüş mənzilini-evini X28 vəsiyyət etmişdir. Göründüyü kimi, iddiaçı tərəf məhz həmin vəsiyyətnaməyə əsasən qəzalı evi söküb yerində yeni fərdi yaşayış evi tikmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, faktiki olaraq mövcud olmayan daşınmaz əmlaka qanunvericiliyə əsasən mülkiyyət hüququ tanına bilməz. Kollegiya bir məqamıda qeyd edir ki, əgər hal-hazırda mövcud olmyan əmlaka pay hüququ tanınsa həmin qətnamə icra edilə bilməyəcəkdir. Belə ki, faktiki olaraq mövcud olmayan daşınmaz əmlak dövlət orqanında qeydiyyata alına və həmin əmlaka hüquqmüəyyənedici sənəd verilə bilməz. Məhkəmə kollegiyası cavabdeh tərəfin yeni tikilmiş evin bölünməsi (həmin evə pay tanınması) ilə bağlı dəlilinədə münasibət bildiriərək qeyd edir ki, ünvan 4i ünvanında yerləşən, 1967-ci ildə inşa olunmuş, ümumi sahəsi 59.1 kv.m sahədən ibarət iki otaqlı fərdi yaşayış evi söküldükdən sonra inşa edilmiş yeni ev iddiaçılar (mərhum X36) tərəfindən inşa edilmişdir. İnşa edilən ev köhnə evdən təminən 10-15 metr aralıda tikilmiş və həmin ev iddiaçıların hesabına inşa edilmişdir. Bu halı iş üzrə tərəflər özləridə ümumiyyətlə mübahisələndirməmişlər. Belə olan halda isə yeni tikilmiş ev miras kütləsinə daxil olmadığından həmin evə miras payıda tanına bilməz. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, mübahisəli fərdi yaşayış evi hazırda sökülmüş olduğundan və bu səbəbdəndə paylar azaldığından, maraqlı tərəflər əgər əmlak mövcud olsaydı onlara düşməli olan payın dəyəri ilə bağlı tələb irəli sürə bilərlər. Məhkəmə kollegiyası iddiaçı tərəfin apellyasiya şikayətinin mərhum X23 7/12 hissə payına iddiaçıların hər birinin ½ hissədə miras paylarının müəyyən edilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayət həmin hissədə də əsaslıdır. İddia tələbindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə müraciət edərək digər tələblərlə yanaşı mərhum X28 düşən payın hər birinə ½ hissədə miras paylarının müəyyən edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsi isə tələbi həmin hissədə əsaslı hesab etsədə, yekunda düzgün olamayaraq 20 dekabr 2002-ci il tarixdə ölmüş X9 miras əmlaklarından mərhum X28 düşən 7/12 hissə payına 7/24 hissədə İddiaçı1 və 7/24 hissədə İddiaçı2 paylarını müəyyən etmişdir. Kollegiya hesab edir ki, miras əmlakdan mərhum X28 düşən hissə payına iddiaçıların payı bərabər olduğundan, həmin paya münasibətdə iddiaçıların hər birinin ½ hissədə miras payları müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qsmən yəni, ünvan 4i ünvanında yerləşən, 1967-ci ildə inşa olunmuş, divarı beton, üstü kirəmitli, yaşayış sahəsi 46,5 kv.m, ümumi sahəsi 59.1 kv.m sahədən ibarət iki otaqlı fərdi yaşayış evinə miras payların müəyyən edilməsi və mərhum X23 7/12 hissə payına 7/24 hissədə İddiaçı1 və 7/24 hissədə İddiaçı2 paylarının müəyyən edilməsi hissəsində ləğv edilməli və ləğv edilmiş hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorların ödədiyi dövlət rüsumu özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Balakən Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, e-2(019)-16/2025 nömrəli qətnaməsi qsmən yəni, ünvan 4i ünvanında yerləşən, 1967-ci ildə inşa olunmuş, divarı beton, üstü kirəmitli, yaşayış sahəsi 46,5 kv.m, ümumi sahəsi 59.1 kv.m sahədən ibarət iki otaqlı fərdi yaşayış evinə miras payların müəyyən edilməsi və mərhum X23 7/12 hissə payına 7/24 hissədə İddiaçı1 və 7/24 hissədə İddiaçı2 paylarının müəyyən edilməsi hissəsində ləğv edilsin və ləğv edilmiş hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi həmin hissədə qismən təmin edilsin. 20 dekabr 2002-ci il tarixdə ölmüş X9 miras əmlaklarından mərhum X28 düşən 7/12 hissə payına iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin 1/2 hissədə miras payları müəyyən edilsin. Ləğv edilmiş qalan hissədə iddia tələbi təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorlara aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar