Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1298/2021 07.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili X10 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(033)-117/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(033)-117/2021 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) iddia təmin olunmuş, Cavabdeh torpaq sahəsinin icarəsi ilə bağlı 2018-ci ildə iddiaçı tərəfindən ona verilmiş 1630 (bir min altı yüz otuz) manat məbləğində pul, 5 (beş) ton 400 (dörd yüz) kq arpa və ya onun dəyəri olan 1890 (bir min səkkiz yüz doxsan) manat pul vəsaitinin alınaraq İddiaçı verilməsi, İddiaçı dövlət büdcəsinə ödədiyi 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1630 manat məbləğində pulun, 5 ton 400 kq. arpanın və ya onun dəyərinin, iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını və Zaqatala RİHBnın Car kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini X6 barəsində xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehdən 1630 manat məbləğində pulun, 5 ton 400 kq. arpanın və ya dəyəri olan 1890 manat pulun və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2018-ci il tarixdə özünü fermer kimi tanıdan Zaqatala rayonu Axaxdərə kənd sakini Cavabdeh 1630 manat məbləğində pul və 5 ton 400 kq arpa vermişdir. O, səbəbdən ki aralarında razılıq olmuşdur ki, Cavabdeh 06 iyul 2018, 17 iyul 2018, 14 dekabr 2018 və 15 aprel 2019-cu il tarixli müqavilələrə əsasən ona icarəyə torpaq vermişdir. Həmin müqavilələr Danaçı kənd icra nümayəndəliyində bağlanmışdır. 1 il müddətində o, torpaqların müəyyən hissəsindən istifadə etmişdir. İndi ona məlum olmuşdur ki, həmin torpaqları başqasına icarəyə vermişdir. O, hüquqi savadı olmayan sadə kənd adamı olduğundan Cavabdeh inanmışdır. İndi ona məlum olmuşdur ki, Abdusalam onu aldatmış və ona maddi ziyan vurmuşdur. Dediklərini təsdiqləyəcək əsas sənəd Zaqatala rayon Məhkəməsinin 07.08.2020-ci il tarixli 2(033)-600/2020 saylı qətnaməsidir. Belə ki, həmin qətnamədə Cavabdeh ondan 1630 manat məbləğində pul və 5 ton 400 kq arpanı torpaq sahələrini onun icarəsinə vermək üçün ondan götürdüyü təsdiq olunur. Cavabdeh guya pulu və arpanı vətandaşlara verdiyini qeyd etsə də, bu hal məhkəmədə öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsinin iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclası zamanı İddiaçı vəkili X7 çıxış edərək iddia əsaslı olduğundan iddianın təmin edilərək Cavabdeh 1630 manat məbləğində pulun, 5 ton 400 kq. arpanın və ya dəyəri olan 1890 manat pulun və 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin baxış iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, uzun müddətdir ki, kənddə fermer təsərrüfatı ilə məşğul olur. O, əvvəllər Danaçı və Car kəndinin ərazisində olan torpaq sahələrini kənd camaatından icarəyə götürərək istifadə etmişdir. İddiaçı ilə aralarında olan razılaşmaya əsasən ondan 1630 manat məbləğində pul və 5 ton 400 kiloqram arpa almışdır ki, torpaq sahələrini onun icarəsinə versin. O, həmin pulları və 5 ton 400 kq. arpanı satıb əldə etdiyi pulu da torpaq sahələrinin sahiblərinə vermişdir. Kimə nə qədər verdiyini xatırlamır. Bundan sonra isə həmin torpaq sahələrinin sahibləri ilə İddiaçı arasında icarə müqaviləsi bağlanılmasını təşkil etmişdir. Belə ki, Car kənd icra nümayəndəliyinə bununla bağlı müraciət etmiş, həm torpaq sahələrinin sahibləri, həm də İddiaçı tərəfindən icarə müqaviləsi bağlanılmışdır. O, torpaq sahələrinin sahiblərinə müqaviləyə imza etdirdikdən sonra müqaviləni İddiaçı imzalatmış, sonra isə həmin müqavilələri nümayəndəlikdə təsdiq etdirmişdir. Sonradan məlumatı olmuşdur ki, torpaq sahələrinin sahibləri Əziz Yumuxov adlı şəxslə razılaşmışdır. Həmin torpaq sahələrindən Əziz Yumuxov istifadə edir. İddiaçının tələb etdiyi pullar iddiaçı tərəfindən ona verilsə də, o həmin pulları torpaq sahələrinin sahiblərinə vermişdir. O, həmin pulları özünə götürməmişdir. İddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə qətnamədə məhkəmə iclası zamanı onun verdiyi ifadəni düzgün qeyd etməmiş və əsassız olaraq iddianı təmin etmişdir. Hazırda onun 85 yaşı var, qulaqları zəif eşidir, məhkəmə zalında verilən ifadələri və sualları yaxşı eşitməmiş, başa düşməkdə çətinlik çəkmişdir. Məhkəmə zalında işin necə nəticələndiyini belə başa düşməmişdir. Qətnaməni 10.04.2021-ci il tarixdə aldıqdan sonra məhkəmənin ondan 1890 manat pulun alınaraq Yumuxova verilməsini qət etdiyini başa düşmüşdür. Hazırda qeyd olunan qətnamədən narazıdır. Məhkəmə iclasında o ifadəsində qeyd etmişdi ki, uzun müddətdir ki, kənddə fermer təsərrüfatı ilə məşğul olur. O, əvvəllər Danaçı və Car kəndinin ərazisində olan torpaq sahələrini kənd camaatından icarəyə götürüb istifadə etmişdir. Buna görə də, yaşadığı kəndin sakinləri yəni bəzi Axaxdərə kənd sakinləri ona inanaraq və etibar edərək onların torpaqlarını icarəyə verilməsini ondan xahiş etmişdirlər. Bununla bağlı olaraq o da İddiaçı ilə bir neçə kənd sakininin torpaq sahəsinin icarəyə verilməsində köməklik göstərmişdir. Həmin kənd sakinləri ilə İddiaçı arasında olan razılaşmaya əsasən ondan 1630 manat məbləğində pul və 5 ton 400 kiloqram arpa verilmiş torpaq sahələrinin icarə haqqı kimi almışdır. Həmin pulları və 5 ton 400 kq. arpanı satıb əldə etdiyi pulu da torpaq sahələrinin sahiblərinə vermişdir. Kimə nə qədər verdiyini xatırlamır. Bundan sonra isə həmin torpaq sahələrinin sahibləri ilə İddiaçı arasında icarə müqaviləsi bağlanılmasını təşkil etmişdir. Belə ki, Car kənd icra nümayəndəliyinə bununla bağlı müraciət edərək, Car kənd icra nümayəndəliyində torpaq sahələri ilə İddiaçı arasında icarə müqaviləsi bağlanılmışdır. O, torpaq sahələrinin sahiblərinə müqaviləyə imza etdirdikdən sonra müqaviləni İddiaçı imzalatmış, sonra isə həmin müqavilələri nümayəndəlikdə təsdiq etdirmişdir. Sonradan məlumatı olmuşdur ki, torpaq sahələrinin sahibləri Əziz Yumuxov adlı şəxslə razılaşmışlar. Həmin torpaq sahələrindən Əziz Yumuxov istifadə edir. İddiaçının tələb etdiyi pullar iddiaçı tərəfindən mənə verilsə də, o, həmin pulları torpaq sahələrinin sahiblərinə vermişdir. O, həmin pulları özünə götürməmişdir. İddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Həmçinin məhkəməyə İddiaçıla icarə müqaviləsi bağlamış bəzi kənd sakinlərinin ərizələrini təqdim etmişdi. Həmin ərizələrdə kənd sakinləri bildirmişdirlər ki, İddiaçı ona verdiyi 1630 manat məbləğində pul və 5 ton 400 kiloqram arpanın dəyəri onlara icarə haqqı kimi təhvil verilmişdir. Halbuki məhkəmə qətnamədə həmin ərizələri sübut kimi göstərməmişdir. Bildirir ki, o, bu günə kimi heç kimin pulunu aldadaraq mənimsəməmişdir. İddiaçı həmin pulları ondan deyil icarə müqaviləsi bağladığı şəxslərdən tələb etməlidir. Çünki o, həmin pulları icarə müqaviləsində göstərilən şəxslərə təhvil vermişdir. Buna sübut kimi, 15 aprel 2021-ci il tarixdə Car kənd bələdiyyəsində tərtib olunmuş aktı göstərə bilər. Həmin akt İddiaçıla pay torpaqlarının icarə müqaviləsi bağlayan Axaxdərə kənd sakinləri X8, X11, X1, X2, X13, X3, X5, X14, X4, X9 və Car Bələdiyyəsinin sədri Abdulla Boroyevin iştirakı ilə tərtib olunmuşdur ondan ötrü ki, İddiaçı ona verdiyi icarə haqqı olan 1630 manat nəğd pul və 5 ton 400 kq arpanın dəyəri onlara bərabər şəkildə təhvil verməyini öz imzaları ilə təsdiq edirlər. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(033)- 117/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və İddiaçı iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili X16 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 29 mart 2021ci il tarixli 2(033)-117/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(033)-117/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 2(033)-600/2020 nömrəli, 07 avqust 2020ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı və Cavabdeh X17 qarşı torpaq sahəsindən çıxarılma və istifadə hüququnun təmin edilməsi tələbinə dair iddiasının rədd edilməsi, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) manatın özünə aid edilməsi qət edilmişdir. İşdə olan Zaqatala-Bazar Açıq Səhmdar Cəmiyyətinin 11 nömrəli, 12 mart 20201-ci il tarixli məktubundan görünür ki, bazar ərazisində 1 kiloqram arpanın orta satış qiyməti 2017-ci il üçün 0,37 manat, 2018-ci il üçün 0,35 manat, 2021-ci ilin iki ayı üçün isə 0,45 manat təşkil etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1, 1092.2, 1092.3 və 1093.1-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin məcəllənin 1091.2-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Həmin məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin məcəllənin 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Həmin məcəllənin 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya əvəzində 1630 manat məbləğində pul və 5 ton 400 kq arpa alaraq icarəyə verdiyi torpaq sahələrinin mülkiyyətçisi cavabdeh deyildir. Cavabdehin həmin torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədləri yoxdur. Qeyd olunan hal, yəni 1630 manat məbləğində pul və 5 ton 400 kq arpanı İddiaçı Cavabdeh verməsi həm iddiaçının, həm də cavabdehin izahatları öz təsdiqini tapmışdır. Hazırda iddiaçı torpaq sahələrindən istifadə edə bilmədiyindən cavabdehə verdiyi pulun ona qaytarılmasını xahiş edir. Cavabdeh isə iddianı qəbul etmir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəf əsassız varlanmış şəxs olduğundan iddia təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Cavabdeh iddiaçıdan 1630 manat məbləğində pulu və 5 ton 400 kq arpanı alması və həmin pulu qaytarmaması öz təsdiqini tapdığından iddiaçı həmin pulun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilərək Cavabdeh torpaq sahəsinin icarəsi ilə bağlı 2018-ci ildə iddiaçı tərəfindən ona verilmiş 1630 manat məbləğində pul, 5 ton 400 kq arpa və ya onun dəyəri olan 1890 manat pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Cavabdehin apellyasiya şikayətində onun birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının düzgün yazılmaması ilə bağlı göstərdiklərinə münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 273-cü mаddəsinə görə o, məhkəmə iclas protokoluna qeydlər verməklə təhrif edilmiş izahatının düzəldilməsini xahiş edə bilərdi. Cavabdehin bunu etməməsi birinci instansiya məhkəməsinin onun izahatını olduğu kimi göstərməsi qənaətinə gəlməyə əsas verir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(033)-117/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(033)-117/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1298/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1298/2021
07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver