Məhkəmə qərarları › İş №2(107)-1302/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1302/2021

24.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1302/2021 24.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Ağsu rayon Çaparlı Bələdiyyəsinə, Cavabdeh3, Ağsu rayon Notariat Ofisinə, üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X2rşı “icarə müqavilələrinin etibarsız hesab edilməsi və torpaq sahəsinin bələdiyyənin ehtiyat torpaq fonduna qaytarılması tələbinə” dair mülki iş üzrə (Açar sözlər: iddia- icarə müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinin bələdiyyə ehtiyat fonduna qaytarılması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı1 və cavabdehlər Cavabdeh3 və Ağsu rayon Çaparlı Bələdiyyəsinin nümayəndəsi X3 iştirakı ilə, Ağsu Rayon Məhkəməsinin 19 mart 2021-ci il tаrixli, 2(016)-106/2021 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə, Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1 və qeyriləri cavabdehlər Ağsu rayon Çaparlı Bələdiyyəsinə, Cavabdeh3, Ağsu rayon Notariat Ofisinə, üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X2rşı - cavabdehlər Ağsu rayonu Çaparlı Bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanılmış Ağsu rayonu Qiyaslı kəndi ərazisindən sahəsi 27 hektar və 6 hektar olan örüş torpaq sahələrinin Cavabdeh3 icarəsinə verilməsi barədə 12 yanvar 2020-ci il tarixli, 3M-3 reyestr nömrəli və 12 yanvar 2020-ci il tarixli, 3M-4 reyestr nömrəli icarə müqavilələrinin etibarsız hesab edilməsi, həmin torpaq sahələrinin Cavabdeh3 geri alınaraq Ağsu rayonu Çaparlı Bələdiyyəsinin ehtiyat torpaq fonduna qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Birinci instansiya məhkəməsində icraat Ağsu Rayon Məhkəməsinin 19 mart 2021-ci il tаrixli, 2(016)-106/2021 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1 Ağamz oğlunun və qeyrilərinin cavabdehlər Ağsu rayon Çaparlı Bələdiyyəsinə, Cavabdeh3, Ağsu rayon Notariat Ofisinə, üçüncü şəxs Azərbaycan Respublikas Ədliyyə Nazirliyinin X2rşı icarə müqavilələrinin etibarsız hesab edilmiş və torpaq sahəsinin bələdiyyənin ehtiyyat torpaq fonduna qaytarılması tələbi barədə iddiaları rədd edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Ağsu rayonu Çaparlı Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahələrinin icarəyə verilməsi üzrə müqavilə bağlamaq hüququ ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən 09.01.2020-ci il tarixdə hərrac keçirilərək 27 ha və 6.0 ha torpaq sahələrinə ən yüksək qiyməti təklif etmiş Cavabdeh3 auksionda hərracı udmuş sayılmışdır. Bundan sonra onunla Ağsu rayonu Çaparlı Bələdiyyəsi arasında 6.00 ha və 27 ha olan torpaq sahələrinin 12.01.2035-ci il tarixədək ona icarəyə verilməsi barədə, reyestrdə müvafiq olaraq 3M-3 və 3M-4 sayla qeydə alınmış 12.01.2020-ci il tarixli icarə müqavilələri bağlanmışdır. Cavabdeh3 tərəfindən bələdiyyə mülkiyyətinin icarəsinə görə 688 manat və 153 manat ödəniş edilmişdir. Ağsu rayonu, Qiyaslı kəndində yerləşən ümumi sahəsi 27 ha olan torpaq sahəsi Cavabdeh3 12.01,2035ci ilə kimi icarəyə vermiş, reyestrdə 3M-4 nömrə ilə, 6.00 ha olan torpaq sahəsi isə 3M-3 nömrə ilə qeydə alınmışdır. Ağsu rayonu, Çaparlı Bələdiyyəsi- mülkiyyətində olan Ağsu rayonu, Qiyaslı kəndində yerləşən 6 ha kənd təsərrüfatlı torpaq sahəsi və 27 ha kənd təsərrüfatı torpaq sahəsi 15 il müddətinə, 12.01.2020-12.01.2035-ci illər ərzində Cavabdeh3 icarəyə verilmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İcarə müqavilələrinin bağlanılmasına əsas olmuş 09.01.2020-ci il tarixli hərracın nəticələri haqqında protokollar qüvvədə olduğundan, cavabdehlər Ağsu rayonu Çaparlı Bələdiyyəsi ilə Cavabdeh3 arasında 6.00 ha və 27 ha olan torpaq sahələrinin 12.01.2035-ci il tarixədək icarəyə verilməsi barədə, reyestrdə müvafiq olaraq 3M-3 və 3M-4 sayla qeydə alınmış 12.01.2020-ci il tarixli müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtələrə uyğun bağlanmışdır və onların etibarsız sayılmaları üçün bu Məcəllənin 14-cü fəslində nəzərdə tutulmuş əsaslar yoxdur. Odur ki, torpaq sahələri icarə müddəti bitmədən Cavabdeh3 geri alınaraq Ağsu rayonu Çaparlı Bələdiyyəsinin ehtiyat fonduna qaytarıla bilməz. Bu xüsusatlara əsasən, icarə müqaviləsi etibarsız hesab edilə bilməz. Odur ki, iddia tələbi icarə müqaviləsinin etibarsız hesab edilməsinə dair hissədə əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.3-cü, 9.6-cı maddələri, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi, “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydalan”nın 18-ci bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1 –ci, 415.6-cı maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağsu Rayon Məhkəməsinin 19 mart 2021-ci il tаrixli, 2(016)-106/2021 saylı qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə, eləcə də iddia ərizəsində qeyd olunan bəzi məsələlərə qiymət verilmədən qəbul edilmişdir. Birincisi, kənd ərazisində sakinlərin öz mal-qarasını otarması üçün ərazi olmadığı halda, eləcə də bələdiyyənin bütün üzvlərinin razılığı olmadığı halda icarə müqaviləsi bağlanmışdır. Bundan əlavə, torpağın icarəyə verilməsi ilə bağlı hərracda kənd sakinləri iştirak etməmiş, onların marağı nəzərə alınmamışdır. Məhkəmə yalnız cavabdehin marağını nəzərə alaraq qətnamə çıxarmışdır. Odur ki, apelyator apellyasiya şikayətinin təmin edilməsini, Ağsu Rayon Məhkəməsinin 19 mart 2021-ci il tаrixli, 2(016)-106/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kollegiyanın iclasında iştirak edən İddiaçı1 Ağsu Rayon Məhkəməsinin 19 mart 2021-ci il tаrixli, 2(016)-106/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən cavabdehlər Ağsu rayon Çaparlı Bələdiyyəsinin nümayəndəsi X5 və Cavabdeh3 apellyasiya şikayətinin təmin edilməməsini və Ağsu Rayon Məhkəməsinin 19 mart 2021-ci il tаrixli, 2(016)-106/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Ağsu rayon Notariat Ofisi, üçüncü şəxs- Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin nümayəndələri heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.6-cı maddəsinə əsasən, əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar. Həmin Məcəllənin 337.1 -ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən, bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Həmin Qanunun 1.3-cü maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunu: “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət icarəsinə verilməsi istisna olmaqla, bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları: “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”nın 18-ci bəndinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində saxlanılan torpaqlar müsabiqə və ya hərrac vasitəsilə mülkiyyət və ya icarəyə verildikdə müsabiqə və ya hərracın qalibinə müsabiqə və ya hərrac komissiyası tərəfindən müvafiq şəhadətnamə verilir. Bu şəhadətnamə əsasında hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə torpaqlarına münasibətdə müvafiq bələdiyyə, dövlət torpaqlarına münasibətdə isə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyi arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanır. Hərracın və ya müsabiqənin keçirilməsi ilə bağlı bütün mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir, Ağsu Rayon Məhkəməsinin 19 mart 2021-ci il tаrixli, 2(016)-106/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Ağsu rayonu Çaparlı Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahələrinin icarəyə verilməsi üzrə müqavilə bağlamaq hüququ ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən 09.01.2020-ci il tarixdə hərrac keçirilərək 27 ha və 6.0 ha torpaq sahələrinə ən yüksək qiyməti təklif etmiş Cavabdeh3 auksionda hərracı udmuş sayılmışdır. Bundan sonra onunla Ağsu rayonu Çaparlı Bələdiyyəsi arasında 6.00 ha və 27 ha olan torpaq sahələrinin 12.01.2035-ci il tarixədək ona icarəyə verilməsi barədə, reyestrdə müvafiq olaraq 3M-3 və 3M-4 sayla qeydə alınmış 12.01.2020-ci il tarixli icarə müqavilələri bağlanmışdır. Cavabdeh3 tərəfindən bələdiyyə mülkiyyətinin icarəsinə görə 688 manat və 153 manat ödəniş edilmişdir. Ağsu rayonu, Qiyaslı kəndində yerləşən ümumi sahəsi 27 ha olan torpaq sahəsi Cavabdeh3 12.01,2035ci ilə kimi icarəyə vermiş, reyestrdə 3M-4 nömrə ilə, 6.00 ha olan torpaq sahəsi isə 3M-3 nömrə ilə qeydə alınmışdır. Ağsu rayonu, Çaparlı Bələdiyyəsi mülkiyyətində olan Ağsu rayonu, Qiyaslı kəndində yerləşən 6 ha kənd təsərrüfatlı torpaq sahəsi və 27 ha kənd təsərrüfatı torpaq sahəsi 15 il müddətinə, 12.01.2020-12.01.2035-ci illər ərzində Cavabdeh3 icarəyə verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Apelyator apellyasiya şikayətində bildirmişdir ki, kənd ərazisində sakinlərin öz malqarasını otarması üçün ərazi olmadığı halda, eləcə də bələdiyyənin bütün üzvlərinin razılığı olmadığı halda icarə müqaviləsi bağlanmışdır. Bundan əlavə, torpağın icarəyə verilməsi ilə bağlı hərracda kənd sakinləri iştirak etməmiş, onların marağı nəzərə alınmamışdır. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət icarəsinə verilməsi istisna olmaqla, bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”nın 18-ci bəndinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində saxlanılan torpaqlar müsabiqə və ya hərrac vasitəsilə mülkiyyət və ya icarəyə verildikdə müsabiqə və ya hərracın qalibinə müsabiqə və ya hərrac komissiyası tərəfindən müvafiq şəhadətnamə verilir. Bu şəhadətnamə əsasında hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə torpaqlarına münasibətdə müvafiq bələdiyyə, dövlət torpaqlarına münasibətdə isə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyi arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanır. Hərracın və ya müsabiqənin keçirilməsi ilə bağlı bütün mübahisələr məhkəmə qaydasında həll edilir. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Ağsu rayonu Çaparlı Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən 09.01.2020-ci il tarixdə hərrac keçirilmiş, 27 ha və 6.0 ha torpaq sahələrinə ən yüksək qiyməti təklif etmiş Cavabdeh3 auksionda hərracı udmuş sayılmışdır. Bundan sonra onunla Ağsu rayonu Çaparlı Bələdiyyəsi arasında 6.00 ha və 27 ha olan torpaq sahələrinin 12.01.2035-ci il tarixədək ona icarəyə verilməsi barədə, reyestrdə müvafiq olaraq 3M-3 və 3M-4 sayla qeydə alınmış 12.01.2020-ci il tarixli icarə müqavilələri bağlanmışdır. Cavabdeh3 tərəfindən bələdiyyə mülkiyyətinin icarəsinə görə 688 manat və 153 manat ödəniş edilmişdir. Ağsu rayonu, Qiyaslı kəndində yerləşən ümumi sahəsi 27 ha olan torpaq sahəsi Cavabdeh3 12.01,2035ci ilə kimi icarəyə vermiş, reyestrdə 3M-4 nömrə ilə, 6.00 ha olan torpaq sahəsi isə 3M-3 nömrə ilə qeydə alınmışdır. Ağsu rayonu, Çaparlı Bələdiyyəsi mülkiyyətində olan Ağsu rayonu, Qiyaslı kəndində yerləşən 6 ha kənd təsərrüfatlı torpaq sahəsi və 27 ha kənd təsərrüfatı torpaq sahəsi 15 il müddətinə, 12.01.2020-12.01.2035-ci illər ərzində Cavabdeh3 icarəyə verilmişdir. Göründüyü kimi, iddiaçıların etibarsız hesab edilməsini tələb etdiyi icarə müqavilələri 09.01.2020-ci il tarixdə keçirilmiş hərracın yekunlarına əsasən bağlanmışdır. Kollegiya qeyd edir ki, nə qədər ki, hərracın nəticələri etibarsız hesab edilməmiş və ya ləğv edilməmişdir, onun əsasında bağlanmış icarə müqavilələri etibarsız hesab edilə bilməz. Eyni zamanda cavabdehin Bələdiyyə ilə bağlanmış icarə müqaviləsinə əsasən, torpaq sahəsinə onun istifadə hüquqları yarandığından və icarə müqavilələri qüvvədə olduğundan cavabdehdən torpaq sahəsinin alınması tələbini təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuş və hüququn tətbiqində səhvə yol verməmişdir. Beləliklə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 19 mart 2021-ci il tаrixli, 2(016)-106/2021 saylı qətnaməsi İddiaçı1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin 19 mart 2021-ci il tаrixli, 2(016)-106/2021 saylı qətnaməsi İddiaçı1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar