Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1303/2022 07.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X74 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X43, üçüncü şəxslər X32, X12, X22 və X16 qarşı vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair iddiası və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X27 və X49n cavabdeh X74 Xidmət Mərkəzində Notariat Ofisinə və İddiaçı qarşı miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizələri ilə bağlı mülki iş üzrə (Açar sözlər: vərəsəlik hüququnun müəyyən edilməsi, miras payının müəyyən edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8 və X17 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X74 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X43, üçüncü şəxslər X32, X12, X22 və X16 qarşı vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair iddiası və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X27 və X49n cavabdeh X74 Xidmət Mərkəzində Notariat Ofisinə və İddiaçı qarşı miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizələri ilə bağlı mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 2(019)-120/2022 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X44 və X49n nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən Yaqub Omarovun və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin valideynləri X18 və X58 26 yanvar 1957-ci il tarixdə rəsmi nikah bağlamışlar. X58 müstəqil tələb irəli sürən üçüncü şəxs X49 övladlığa götürmüşdür. X18 29 oktyabr 2006-cı il tarixdə, X65 isə xx.xx.2016-cı il tarixdə ölmüşlər. X1 birinci növbəli vərəsələri - X45, X28, X36, X37, X46 və X23r. X50 vərəsələri isə bu şəxslər, habelə onun övladlığa götürdüyü X51r. Balakən rayonu Talalar kəndində yerləşən ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsindən verilmiş 28 fevral 2009-cu il tarixli MN seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışda göstərilən 0.25 ha torpaq sahəsi və fərdi yaşayış evi X7 miras qalmışdır. X18 19 yanvar 2004-ci il tarixdə vəsiyyətnamə tərtib edərək ona məxsus olan bütün əmlaklarını, o cümlədən 0.25 ha həyətyanı torpaq sahəsini və evini İddiaçı vəsiyyət etmişdir. Hazırda, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X5ndan miras qalmış ünvan 1ində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi üzərində bütövlükdə vərəsəlik hüququnun müəyyən edilməsi barədə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X44 və X59 cavabdeh X74 Xidmət Mərkəzində Notariat Ofisinə və İddiaçı qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək 29 oktyabr 2006-cı ildə ölmüş X1 0.25 ha həyətyanı torpaq sahəsindən mirası qəbul etmiş mərhum arvadı X53 düşən hissəsindən mirası qəbul etmiş vərəsələr X59 və X27 2/3 hissə məcburi paylarının, X9 mirasından mirası qəbul etmiş X27 məcburi payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər.
Birinci instansiya məhkəməsində icraat:
4. Məhkəmə iclasında İddiaçı öz iddiasını müdafiə edərək, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iddiasını qəbul etməyərək izahatında göstərdi ki, atası X13 28 oktyabr 2006-cı iİ tarixdə ölmüşdür. Mərhum atası X4 ünvan 1ində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi miras qalmışdır. Mərhum atası X13 ondan miras qalmış bütün əmlakları 19 yanvar 2004-cü il tarixli vəsiyyətnaməyə əsasən ona vəsiyyət etmişdir. Mərhum atası X4 miras qalmış ünvan 1ində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi üzərində sonuncunun hüquqları 28 fevral 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, MH seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlarla rəsmiləşdirilmişdir. Mərhum atası X4 miras qalmış ünvan 1ində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evində atasının sağlığında və ölümündən sonra yalnız o yaşamış, bununla miras əmlakını şəksiz qəbul etdiyini nümayiş etdirmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 yanvar 2018-ci il tarixli 2(107)- 286/2018 nömrəli qətnaməsindən və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2018-ci il tarixli 2(107)-3349/2018 nömrəli qərarından da göründüyü kimi iş üzrə üçüncü şəxs X44 mərhum atası X4 miras qalmış ünvan 1ində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi üzərində vərəsəlik hüququnun müəyyən edilməsi məqsədi ilə məhkəməyə müraciət etmiş, lakin iddiası əsassız olduğundan təmin edilməmişdir. Həmçinin qeyd olunan məhkəmə qərarlarından müəyyən edilmişdir ki, atası X13 özünə məxsus bütün əmlakları, o cümlədən, ünvan 1ində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evini ona vəsiyyət etmiş və o, həmin miras əmlakları qəbul etmişdir. Atasından miras qalmış fərdi yaşayış evi hazırda mövcud deyildir, uçub dağılmışdır, torpaq sahəsi isə onun istifadəsindədir. Qeyd olunan miras əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün tərəfindən iş üzrə cavabdeh X74 Xidmət Mərkəzində Notariat Ofisinə müraciət olunmuş, lakin, notariat ofisinin xüsusi notariusu bundan imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iddiası isə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 yanvar 2018-ci il tarixli 2(107)-286/2018 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2018-ci il tarixli 2(107)-3349/2018 nömrəli qərarı ilə müəyyən edilmişdir ki, atasından miras qalmış 0,25 hektar həyətyanı torpaq sahəsini yalnız o qəbul etmişdir, Yaqub Omarov həmin miras əmlakı qəbul etməmişdir. Ona görə həmin şəxslərin iddiaları təmin edilə bilməz. Qeyd edilənləri nəzərə alıb öz iddiasının təmin edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X44 öz iddialarını müdafiə edib, İddiaçı iddiasını qismən etiraf edərək izahatında göstərdi ki, o, Balakən rayonu Talalar kəndində anadan olmuş və orada qeydiyyatdadır. Balakən rayonu Talalar kəndində 0,25 ha həyətyanı torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 41.3 kv.m. yaşayış, 55.5 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi X2 mülkiyyətində olmuşdur. Fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin mülkiyyətçisi X18 29 oktyabr 2006-cı il tarixdə vəfat etmiş, onun ölümü ilə sözügedən daşınmaz əmlaklar üzrə miras açılmışdır. Miras açılan zaman miras qoyanın qanun üzrə birinci növbədə vərəsələri olan arvadı- X65, qızı- X28,oğlanları- X33, X19, X46, İddiaçı, X44 və 1989-cu ildə anadan olmuş X59 qalmışlar. Özünü qanun üzrə birinci növbəli vərəsələrdən hesab edən cavabdeh İddiaçı miras əmlaka dair ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Balakən Rayon Dövlət Notariat Kontoruna xx.xx.2009-cu il tarixli ərizə ilə müraciət edəndə düzgün məlumat verməyərək, miras qoyanın öldüyü günədək ondan başqa yalnız dörd nəfər qanun üzrə birinci növbədə vərəsənin-mərhumun arvadı- X50, qızı- X15, oğlanları- X33 və oğlu X3 olduqlarını, başqa vərəsələrinin olmadıqlarını bildirmişdir. Halbuki, həmin vaxt miras qoyan X9 qanun üzrə birinci növbədə daha iki nəfər vərəsəsi - X59, oğlu X46 qalmışlar. Cavabdehlə yanaşı Balakən Rayon İcra Hakimiyyətinin Talalar ərazi üzrə nümayəndəliyi tərəfindən həmin vaxt notariusa düzgün olmayan məlumatı özündə əks etdirən mart 2009-cu il tarixli 373 nömrəli arayışda da X1 vərəsəsinin beş nəfərdən ibarət olduğu göstərilmişdir. Nəticədə qanun üzrə birinci növbədə vərəsələrdən olan iddiaçıların vərəsəlik hüquqları pozulmuşdur. Buna görə onlar cavabdehlər İddiaçı və Balakən Rayon Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən Rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş 19 mart 2009-cu il tarixli 2V-48 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Balakən Rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli 2(019)-1748/2017 nömrəli qətnaməsi ilə iddia ərizələri təmin edilmiş, Balakən Rayon Dövlət Notariat Kontoru tərəfindən cavabdeh İddiaçı adına verilmiş 19 mart 2009-cu il tarixli 2V-48 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. Həmin qətnamədən şikayət verilməmiş və hazırda qanuni qüvvəsini almışdır. Lakin ataları onları mirasdan məhrum etməmiş, heç vaxt onunla münasibətləri pis olmamışdır. İddiaçı notariat kontorunda vərəsəlik açdıranda bilərəkdən məlumat verməmiş və Talalar kənd icra nümayəndəsi ilə əlbir olub bilərəkdən notariusa vərəsələr barədə yanlış arayış təqdim etməklə mərhum atalarının varisi olmuş X35ndan onlara çatacaq miras payından onları məhrum etmişdir. X35 09 yanvar 2016-cı ildə ölmüşdür. Atası ilə anasının nikahları pozulmamışdır və buna görə də onlar bir-birinin birinci növbəli vərəsələri hesab olunurlar. X2 adına olan 0.25 ha həyətyanı torpaq sahəsi də ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlakdır. X5 ilə X35nın birgə nikah dövründə əldə etdikləri 0.25 ha həyətyanı torpaq sahəsindən anasına düşən hissəsindən mirasın qəbulu üçün müddətin uzadılması barədə ərizə ilə Balakən rayon Notariat Kontoruna müraciət etsələr də, mirasın bölüşdürülməsi ilə bağlı məhkəmədə iddia qaldırılması bildirilmişdir. X59 hal-hazırda Omarov Mahamarasul və Omarova Səfiyənin 07 iyun 2016-cı il tarixli 323 N-li təsərrüfatında qeydiyyatdadır. Omarova Təravət institut oxumuş və evlənmişdir. X10 və X50 Balakən rayonunun Talalar kəndində yerləşən 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki miras payları qəbul etmişlər. X10 0.25 ha həyətyanı torpaq sahəsi 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə bitişikdir. X10 miras əmlakının bir hissəsini qəbul etmişdir. Belə ki, Balakən Rayon Məhkəməsinin 2(019)-1553/2016 nömrəli 16 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçılar X49n iddialarının qismən təmin edilməsi, 29 oktyabr 2006-cı ildə ölmüş X10 Balakən rayonunun Talalar kəndində yerləşən, onun, X50 və X49n ümumi birgə mülkiyyətində olan 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki payının, mirası qəbul etmiş vərəsələr X45 və X38 arasında payları bərabər olmaqla bölünməsi və hər birinə 1/2 hissə vərəsəlik hüququ üzrə paylarının müəyyən edilməsi, 09 yanvar 2016-cı ildə ölmüş X50 Balakən rayonunun Talalar kəndində yerləşən X20 və X59 ilə ümumi birgə mülkiyyətdə olan 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki birgə mülkiyyətində olan 0.12 hektar həyətyanı torpaq sahəsindəki payının mirası qəbul edən vərəsələr aralarında bölünməsi, Səfiyə Omarovanın 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki və 0.12 hektar həyətyanı torpaq sahəsindəki payının 12/14 hissəsinə X24, 1/14 hissəsinə X49n vərəsəlik hüququ üzrə paylarının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şkayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 sentyabr 2016-cı il tarixli 2(107)- 1627/2016 saylı qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin 2(019)-1553/2016 nömrəli 16 sentyabr 2016cı il tarixli qətnaməsi qismən, 0.12 hektar həyətyanı torpaq sahəsinə dair hissədə ləğv edilmiş, həmin torpaq sahəsindəki payının 4/12 hissəsinə X24 və 7/12 hissəsinə X49n vərəsəlik hüququ üzrə paylarının müəyyən edilməsi qət edilmişdir. Sözügedən qətnamədən yeni açılmış hallar üzrə yenidən baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 aprel 2021-ci il tarixli 13(102)-4/2021 nömrəli qərardadı ilə iş üzrə qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin 2(019)-1553/2016 nömrəli 16 sentyabr 2016-cı il tarixli qətnaməsi və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 sentyabr 2016-cı il tarixli 2(107)-1627/2016 saylı qətnaməsi mərhum Səfiyə Omarovadan miras qalmış əmlakda vərəsələrin paylarının müəyyən edilməsi hissəsində ləğv edilmiş və mülki iş həmin hissədə mahiyyəti üzrə yenidən baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Balakən Rayon Məhkəməsində həmin iş üzrə icraat dayandırılmışdır. O və X59 cavabdeh Balakən rayon Notariat Kontoruna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək mərhum X5 ilə X35nın birgə nikah dövründə əldə etdikləri 0.25 ha həyətyanı torpaq sahəsindən anasına düşən hissəsindən mirasın qəbulu üçün müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Balakən Rayon Məhkəməsinin 2(019)-634/2019 nömrəli 24 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar X49n və onun cavabdeh Balakən rayon Notariat Kontoruna qarşı mirasın qəbulu müddətinin uzadılması tələbinə dair iddia ərizəsi miras onlar tərəfindən qəbul edildiyindən təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Qüvvədə olan mülki qanunvericiliyə görə vərəsənin mirasın bir hissəsini qəbul etməsi onun mirasın hamısının qəbul edilməsinə bərabərdir. X10 və X50 Balakən rayonunun Talalar kəndində yerləşən 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki miras paylarını yuxarıda qeyd edilən məhkəmə qətnamələri ilə qəbul etdiklərindən, yəni X14 məxsus miras əmlakın bir hissəsini qəbul etdiklərindən 29 oktyabr 2006-cı ildə ölmüş X1 0.25 ha həyətyanı torpaq sahəsindən mirası qəbul etmiş mərhum arvadı X53 düşən hissəsindən mirası qəbul etmiş vərəsələr X49n 2/3 hissə məcburi payları, X9 mirasından mirası qəbul etmiş X49n məcburi payı müəyyən edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Balakən rayonu Talalar kəndində yerləşən X49n torpaq sahəsinin 15/42 hissəsi, onun torpaq sahəsinin 8/42 hissəsi, İddiaçı torpaq sahəsinin 19/42 hissəsi ilə ümumi paylı mülkiyyətlərinə verilmiş 0.1424 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə payları müəyyən edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Balakən rayonu Talalar kəndində yerləşən X49n torpaq sahəsinin 15/42 hissəsi, ona da torpaq sahəsinin 8/42 hissəsi, İddiaçı torpaq sahəsinin 19/42 hissəsi ilə ümumi paylı mülkiyyətlərinə verilmiş 0.2014 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə payları müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti çıxarışları da Balakən Rayon Məhkəməsinin ləğv olunmuş 2(019)-1553/2016 nömrəli 16 sentyabr 2016-cı il tarixli qətnaməsinə əsasən ona verdiyindən və miras əmlakla və mülkiyyət payı ilə payı onlara düşən mülkiyyətləri azaldığından gələcəkdə çıxarışların etibarsız hesab edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət edəcəklər.Qeyd etdikləri nəzərə alınmaqla iddialarının təmin edilməsi, İddiaçı iddiasının qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
6. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X27 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X49n nümayəndəsi və vəkili Nümayəndə X27 izahatına uyğun eyni məzmunlu izahat verərək üçüncü şəxslərin iddialarının təmin edilməsi, İddiaçı iddiasının qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 izahatında göstərdi ki, atası həmişə qardaşı Hümbətin yanında yaşamışdır. Atasına Hümbət baxmış, onun yasını da Hümbət vermişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X27 və X49n iddiaları əsassızdır.İddiaçı iddiasının təmin edilməsi , mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X27 və X49n iddialarının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X33 izahatında göstərdi ki, atası həmişə qardaşı Hümbətin yanında yaşamışdır. Atasına Hümbət baxmış, onun yasını da Hümbət vermişdir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X27 və X49n iddiaları əsassızdır. İddiaçı iddiasının təmin edilməsi , mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X27 və X49n iddialarının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X28 izahatında göstərdi ki, atası həmişə qardaşı Hümbətin yanında yaşamışdır. Atasına Hümbət baxmış, onun yasını da Hümbət vermişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X27 və X49n iddiaları əsassızdır. İddiaçı iddiasının təmin edilməsi , mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X27 və X49n iddialarının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
10. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X74 Xidmət Mərkəzində Notariat ofisinin xüsusi notariusu X54 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X29 vərəsələri məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
11. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən Yaqub Omarovun və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin valideynləri X18 və X58 26 yanvar 1957-ci il tarixdə rəsmi nikah bağlamışlar, onların nikahı Balakən Rayon Qeydiyyat Şöbəsində 11 nömrə ilə qeydə alınmışdır. X58 müstəqil tələb irəli sürən üçüncü şəxs X49 övladlığa götürmüşdür. X18 29 oktyabr 2006-cı il tarixdə, X65 isə xx.xx.2016-cı il tarixdə ölmüşlər. X1 birinci növbəli vərəsələri - X45, X28, X36, X37, X46 və X23r. X50 vərəsələri isə bu şəxslər, habelə onun övladlığa götürdüyü X51r. Balakən rayonu Talalar kəndində yerləşən ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsindən verilmiş 28 fevral 2009-cu il tarixli MN seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışda göstərilən 0.25 ha torpaq sahəsi və fərdi yaşayış evi X7 miras qalmışdır. X18 19 yanvar 2004-ci il tarixdə vəsiyyətnamə tərtib edərək ona məxsus olan bütün əmlaklarını, o cümlədən 0.25 ha həyətyanı torpaq sahəsini və evini İddiaçı vəsiyyət etmişdir. İddiaçı 19 mart 2009-cu il tarixdə Balakən rayon Dövlət Notariat Kontorundan həmin əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. 2017-ci ildə iddiaçılar X59 və X44 cavabdeh İddiaçı və maraqlı şəxs Balakən rayon Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, mərhum X7, X47 miras qalmış Balakən rayonu Talalar kəndində yerləşən ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsindən verilmiş 28 fevral 2009-cu il tarixli MN seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışlarda göstərilən 0,25 hektar torpaq sahəsinin və orada tikilmiş fərdi yaşayış evindən mərhumlara aid hissəsindən onlara düşən hissə üzərində onlara qanun üzrə vərəsəlik hüququnun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı tərəfindən 19 mart 2009-cu il tarixdə Balakən rayon Dövlət Notariat Kontorundan həmin əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alındığından Balakən Rayon Məhkəməsinin 25 aprel 2017-ci il tarixli qətnaməsi ilə iddiaçılar X49n və X27 cavabdehlər İddiaçı və Balakən rayon Dövlət Notariat Kontoruna qarşı miras üzərində qanun üzrə vərəsəlik hüququnun verilməsi və ziyan tələbinə dair iddiaları təmin edilməmişdir. Balakən Rayon Məhkəməsinin 27 oktyabr 2017ci il tarixli qətnaməsi ilə İddiaçı verilmiş 19 mart 2009-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-286/2018 nömrəli 04 yanvar 2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar X44 və X59 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 25 aprel 2017-ci il tarixli 2(019)-53/2017 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddiaçılar X49n və X27 cavabdehlər İddiaçı və Balakən rayon Dövlət Notariat Kontoruna qarşı miras üzərində qanun üzrə vərəsəlik hüququnun verilməsi və ziyan tələbinə dair iddiaları miras əmlakın qəbul edilməməsi əsası ilə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3349/2018 nömrəli 21 may 2018-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-286/2018 nömrəli 04 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmışdır. Bundan sonra İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər.
12. Məhkəmə ilk öncə qeyd edir ki, iş materiallarından göründüyü kimi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X5ndan miras qalmış Balakən rayonu,Talalar kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi üzərində bütövlükdə vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, sözügedən torpaq sahəsi və fərdi yaşayış evi İddiaçı valideynləri tərəfindən birgə nikah dövründə əldə edilmişdir və adıçəkilən fərdi yaşayış evi məhv olmuşdur, mövcud deyildir.
13. Ər-arvadın ümumi birgə mülkiyyətinə: - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) - ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
14. Məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir.
15. Məhkəmə işin hallarını, İddiaçı miras əmlak olaraq qeyd etdiyi ünvan 1ində yerləşən fərdi yaşayış evinin məhv olmaqla hazırda mövcud olmamasını, 0,25 hektar həyətyanı torpaq sahəsi birgə əmlak olduğundan həmin torpaq sahəsinin yalnız ½ hissəsinin Mahamarasul Omarovun miras əmlakının kütləsinə daxil olmasını, İddiaçı atasından qalan mirası qəbul etməsinin qüvvədə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 yanvar 2018-ci il tarixli 2(107)- 286/2018 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2018-ci il tarixli 2(107)-3349/2018 nömrəli qərarı ilə müəyyən olunmasını, müstəqil tələb irəli sürən üçüncü şəxslərin anaları X50 Mahamarasul Omarovdan qalan mirası qəbul etməsinə dair heç bir sübut təqdim etməmələrini, Yaqub Omarovun miras əmlak olan 0,25 hektar torpaq sahəsi üzrə mirası qəbul etməməsinin qüvvədə olan məhkəmə qətnamələri ilə müəyyən olunmasını nəzərə alaraq hesab edir ki, İddiaçı iddiası ünvan 1ində yerləşən, 0,25 hektar həyətyanı torpaq sahəsinin mərhum atası Mahamarasul Omarova aid ½ hissəsi üzrə əsaslı olduğundan təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir.
16. Həmçinin mərhum Səfiyə Omarovanın mərhum əri Mahamarasul Omarovdan qalan mirasda qanun üzrə vərəsəlik qaydasında payının deyil, məcburi payının olmasını, müstəqil tələb irəli sürən üçüncü şəxslər X49n və X27 Səfiyə Omarovadan qalan mirasdan məcburi paylarının deyil, qanun üzrə vərəsəlik paylarının olmasını, müstəqil tələb irəli sürən üçüncü şəxslərin anaları X50 Mahamarasul Omarovdan qalan mirası qəbul etməsinə dair heç bir sübut təqdim etməmələrini, Yaqub Omarovun miras əmlak olan 0,25 hektar torpaq sahəsi üzrə mirası qəbul etməməsinin qüvvədə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 yanvar 2018-ci il tarixli 2(107)-286/2018 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2018-ci il tarixli 2(107)-3349/2018 nömrəli qərarı ilə müəyyən olunmasını nəzərə alaraq hesab edir ki, mübahisə predeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X49n və X27 iddiaları təmin edilməməlidir.
17. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, mərhum X5ndan miras qalmış, ünvan 1ində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinə vərəsəlik hüququ müəyyən edilməli, onun iddia tələbi qalan hissədə təmin edilməməli, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X27 və X49n cavabdeh X74 Xidmət Mərkəzində Notariat Ofisinə və İddiaçı qarşı miras payının müəyyən edilməsi tələbinə dair iddiaları təmin edilməməlidir.
18. Balakən Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 2(019)-120/2022 saylı qətnaməsi ilə (hakim Hümbət Səlimov) İddiaçı iddiası qismən təmin edilmiş, İddiaçı, mərhum X5ndan miras qalmış, ünvan 1ində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinə vərəsəlik hüququnun müəyyən edilməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X27 və X49n cavabdeh X74 Xidmət Mərkəzində Notariat Ofisinə və İddiaçı qarşı miras payının müəyyən edilməsi tələbinə dair iddialarının təmin edilməməsi qət edilmişdir.
19. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203, 225, 1133, 1145, 1151, 1159, 1166, 1167, 1193, 1196, 1243 və 1246-cı maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
20. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 31 avqust 2022-ci ildə Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 128 nömrəli arayışdan görünür ki, Omarov Məmmədrasul (Mahamarasul) Abdulməcid oğlu və X60 26 yanvar 1957-ci il tarixdə rəsmi nikah bağlamışlar, onların nikahı Balakən Rayon Qeydiyyat Şöbəsində 11 nömrə ilə qeydə alınmışdır.
21. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 28 oktyabr 2021-ci ildə Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx/xx-1058 nömrəli arayışdan görünür ki, İddiaçı xx xxxxxxxx 1958-ci ildə anadan olmuş, atası X21, anası X66 yazılmışdlır.
22. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X74 Xidmət Mərkəzində Notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış 12 oktyabr 2021-ci il tarixli 1344 nömrəli məktubda göstərilmişdir ki, “mərhum atanız X9 miras qalmış ünvan 1i ünvanında yerləşən 0.25 ha torpaq sahəsinə və üzərində yerləşən yaşayış sahəsi 41.3 kv.m, köməkçisi sahəsi 55.5 kv.m sahədən ibarət fərdi yaşayış evinə dair tam hissədə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün X74 xidmət mərkəzində notariat ofisinə müraciət etmişsiniz. Vərəsəlik işində saxlanılan sənədlərdən məlum olmuşdur ki, miras əmlakın bölüşdürülməsi ilə əlaqədar tərəflər arasında mübahisələr mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə əlaqədar ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Odur ki, məhkəməyə müraciət etməyiniz tövsiyə olunur”
23. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş MH seriyalı ******* №li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Balakən rayonu Talalar kəndində mülkiyyətində olan 0.25 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 41.3 kv.m , yaşayış ,55.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X9 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində qeydiyyata alınmışdır.
24. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 19 yanvar 2004-cü il tarixdə tərtib edilmiş vəsiyyətnamədən görünür ki, X20 ona 238 №li Dövlət Aktı ilə mülkiyyətə verilmiş 0,93 ha mülkiyyət torpağını və 0.25 ha həyətyanı torpağını və bütün əmlakını oğlu İddiaçı vəsiyyət etmişdir.
25. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Talalar kənd icra nümayəndəliyi tərəfindən 30 oktyabr 2006-cı ildə verilmiş AZ-İ seriyalı 216005 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki,X18 xx.xx.2006-cı ildə ölmüşdür.
26. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Talalar kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş 898 nömrəli arayışdan görünür ki, X18 vəfat etdiyi xx.xx.2006-cı il tarixdə Balakən rayonu Talalar kəndində qeydiyyatda olmuşdur. Mərhumun aşağıda qeyd edilən vərəsələri olmuşdur: X65, X25, X34,X19, X44, İddiaçı.
27. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 yanvar 2018-ci il tarixli 2(107)-286/2018 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar X45 və X59 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 25 aprel 2017-ci il tarixli 2(019)-53/2017 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçılar X49n və X30 cavabdehlər İddiaçı Məmmədrəsul oğluna və Balakən rayon Dövlət Notariat Kontoruna qarşı miras üzərində qanun üzrə vərəsəlik hüququnun verilməsi və ziyan tələbinə dair iddiaları əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.
28. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2018-ci il tarixli 2(102)-3349/18 nömrəli qərarından görünür ki,X49n kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 04 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
29. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli 2(019)-634/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddiaçılar X49n və X27 cavabdeh Balakən rayon Notariat Kontoruna qarşı mirasın qəbulu müddətinin uzadılması tələbinə dair iddia ərizəsi miras onlar tərəfindən qəbul edildiyindən təmin edilməmişdir.
30. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli 2(019)-1553/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, 29 oktyabr 2006-cı ildə ölmüş X10 Balakən rayonunun Talalar kəndində yerləşən, onun, X50 və X49n ümumi birgə mülkiyyətində olan 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki payı, mirası qəbul etmiş vərəsələr X45 və X38 arasında payları bərabər olmaqla bölünməsi və hər birinə ½ hissə vərəsəlik hüququ üzrə payların müəyyən edilməsi, 09 yanvar 2016-cı ildə ölmüş X50 Balakən rayonunun Talalar kəndində yerləşən, X20 və X59 ilə ümumi birgə mülkiyyətdə olan 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki və iddiaçı X59 ilə birgə mülkiyyətində olan 0.12 hektar həyətyanı torpaq sahəsindəki payının mirası qəbul edən vərəsələr X45, X38 və X59 arasında bölünməsi, Səfiyə Omarovanın 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki və 0.12 hektar həyətyanı torpaq sahəsindəki payının 12/14 hissəsinə X24, 1/14 hissəsinə X30 və 1/14 hissəsinə X49n vərəsəlik hüququ üzrə payları müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
31. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2016-cı il tarixli 2(107)-1627/2016 nömrəli qətnaməsinin surətindən görünür ki,iddiaçılar X59 və X44 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Balakən Rayon Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli qətnaməsi qismən, yəni «mərhum X50 Balakən rayonu Talalar kəndində yerləşməklə iddiaçı X59 ilə birgə mülkiyyətində olan 0.1 ha həyətyanı torpaq sahəsindəki payının 12/14 hissəsinə X26,1/4 hissəsinə X27 və 1/14 hissəsinə X49n vərəsəlik hüququnun müəyyən edilməsi» hissəsində ləğv edilmiş və həmin hissə üzrə yeni qətnamə qəbul edilmiş, Balakən rayonu Talalar kəndində yerləşən mərhum X65 ilə iddiaçı X49n birgə mülkiyyətində olmuş 0,12 ha həyətyanı torpaq sahəsində hal-hazırda iddiaçı X49n payı 7/12 hissə, iddiaçı X27 payı 1/12 hissə, cavabdeh X26 4/12 hissə müəyyən edilmiş,Balakən Rayon Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanmışdır
32. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli 13(102)-4/2021 nömrəli qərardadından görünür ki, iddiaçılar X59,X44 və onların vəkili Nümayəndə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizəsi təmin edilmiş, iş üzrə qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli 2(019)-1553/2016 nömrəli qətnaməsi ilə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2016-cı il tarixli 2(107)- 1627/2016 nömrəli qətnaməsi mərhum Səfiyə Omarovadan miras qalmış əmlakda vərəsələrin paylarının müəyyən edilməsi hissəsində ləğv edilmiş və mülki iş həmin hissədə mahiyyəti üzrə yenidən baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir.
33. Qətnаmədən nаrаzı qаlаn İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X44 və X49n nümayəndəsi və vəkili Nümayəndə аpellyаsiyа şikаyətləri vermişlər.
Apellyasiya şikayətinin dəlilləri
34. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, vərəsəliyin predmeti olan 0,25 ha torpaq sahəsi Balakən Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən miras qoyan X6 mülkiyyətinə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanunun 9- cu maddəsinə müvafiq olaraq əvəzsiz olaraq verilmişdir. Yəni qeyd olunan əmlak ər-arvadm ümumi gəlirləri hesabına əldə olunmuş əmlak deyil. Bununla belə, Balakən Rayon Məhkəməsi heç bir sübut olmadığı halda, qeyd olunan torpaq sahəsinin ər-arvadm ümumi gəlirləri hesabına əldə olunmuş əmlak kimi qiymətləndirmişdir. İşdən də göründüyü kimi, vərəsəliyin predmeti olan 0,25 ha torpaq sahəsi ər-arvadm ümumi gəlirləri hesabına əldə olunmuş əmlak olmamaqla yanaşı, iddiaçının anası X11, yəni, 09 yanvar 2016-cı il tarixinədək həmin, əmlakın bölünməsi (payının müəyyən edilməsi) ilə bağlı ümumiyyətlə nə məhkəməyə, nə də notariat kontoruna müraciət etməmişdir.
35. Ona görə də, Balakən Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 2(019)- 120/2022 saylı qətnaməsinin İddiaçı iddiasının təmin edilmədiyi hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
36. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X44 və X49n nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qüvvədə olan mülki qanunvericiliyə görə vərəsənin mirasın bir hissəsini qəbul etməsi onun mirasın hamısının qəbul edilməsinə bərabərdir. X10 Balakən rayonunun Talalar kəndində yerləşən 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki miras paylarını yuxarıda qeyd edilən məhkəmə qətnamələri ilə X44 və X36 qəbul etdiyindən, 29 oktyabr 2006-cı ildə ölmüş mərhum X18 öz payını oğlu İddiaçı vəsiyyət etdiyindən X9 0.25 ha həyətyanı torpaq sahəsindəki 1/2 miras payı üzrə mirası qəbul etmiş X30 həmin hissə üzrə məcburi payı müəyyən edilməli idi. Mülki Qanunvericiliyə görə mirasın qəbulu mülkihüquqi əqddir. Bu əqd isə bir sıra cəhətlərlə xarakterizə olunur. Bunlardan biri mirasın qəbul edilməsi aktı (əqdi) bölünməzdir. Bu xüsusiyyət vərəsəlik varisliyinin universal xarakterə malik olmasından irəli gəlir. Bölünməzlik onu ifadə edir ki, miras əmlakın yalnız müəyyən hissəsini (qismini) qəbul etmək olmaz, yəni miras əmlakın bir hissəsini qəbul edib, digər hissəsinin qəbulundan imtina etmək olmaz. Mirasın qəbul edilməsi aktı miras əmlakın hamısına (bütün mirasa) şamil edilir. Mirasın nədə ifadə edilməsinin və harada olmasının bu məsələyə aidiyyəti yoxdur. Mirasın qəbul edilməsi vərəsənin iradə ifadəsi deməkdir. İradə ifadəsi isə mirasın hamısının tam və bütöv halda əldə edilməsinə yönəlir. Qəbuletmə aktına əsasən vərəsə miras açıldığı yerdə olmayan və ya ümumiyyətlə hələ aşkar edilməyən əmlak növlərini də qəbul etmiş olur.
37. Belə ki, Balakən rayonu Talalar kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsini X9 və X50 birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunduğundan həmin əmlakın 1/2 hissəsi X9 payıdır.
38. Ona görə də, Balakən Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 2(019)- 120/2022 saylı qətnaməsinin ləğv edilməsi və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddialarının tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
40. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 özlərinin verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin verdiyi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.
41. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X19 və X33 iddiaçının verdiyi apellyasiya şikayətinin təmin edilməsini, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin verdiyi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.
42. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X44, X59 və onların nümayəndəsi və vəkili Nümayəndə işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
43. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir 1159-cu maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1166-cı maddəsinə görə fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1167-ci maddəsinə görə vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1196-cı maddəsinə görə vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. 1243.2 və 1243.3-cü maddələrinə görə vərəsə mirasın açıldığı yer üzrə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından aslı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1291-ci maddəsinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır.
44. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 32.1-32.2.2-ci maddələrinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
46. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
47. Hər iki tərəf apellyasiya şiakyəti verdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin İddiaçı iddiasını qismən təmin, üçüncü şəxslər X44 və X49n iddiasını rədd edərkən İddiaçı iddiasının təmin olunmamış hissəsində gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
49. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxslərin apellyasiya şikayətinin bu qətnamənin 37-ci bəndində göstərilmiş arqumentlərinə eyni zamanda münasibət bildirərək qeyd edir ki, bu qətnamənin 34-35-ci bəndlərində qeyd olunmuş iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslıdır.
50. Belə ki, mülki işin materiallarında olan JN-616F KOD 40113018 “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 4 fevral 1998-ci il tarixli 02 saylı qərarı əsasında ünvan 1ində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi, fərdi yaşayış evi, fərdi, kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı X10 mülkiyyətinə verilmişdir.
51. Göründüyü kimi, ünvan 1ində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi Balakən rayon Aqrar İslahat Komissiyasının 4 fevral 1998-ci il tarixli 02 saylı qərarı əsasında, həmçinin fərdi olaraq X10 adına verilmişdir. Beləliklə, həmin torpaq sahəsi (fərdi yaşayış evi artıq mövcud deyil) X10 və X50 birgə mülkiyyəti hesab edilə bilməz.
52. Məhkəmə kollegiyası müstəqil tələb irəli sürən üçüncü şəxslərin apellyasiya şikayətinin bu qətnamənin 36-cı bəndində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, Balakən Rayon Məhkəməsinin 25 aprel 2017-ci il tarixli qətnaməsi ilə iddiaçılar X49n və X27 cavabdehlər İddiaçı və Balakən rayon Dövlət Notariat Kontoruna qarşı miras üzərində qanun üzrə vərəsəlik hüququnun verilməsi və ziyan tələbinə dair iddiaları təmin edilməmişdir. Balakən Rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı verilmiş 19 mart 2009-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-286/2018 nömrəli 04 yanvar 2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar X44 və X59 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 25 aprel 2017-ci il tarixli 2(019)-53/2017 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddiaçılar X49n və X27 cavabdehlər İddiaçı və Balakən rayon Dövlət Notariat Kontoruna qarşı miras üzərində qanun üzrə vərəsəlik hüququnun verilməsi və ziyan tələbinə dair iddiaları miras əmlakın qəbul edilməməsi əsası ilə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3349/2018 nömrəli 21 may 2018-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-286/2018 nömrəli 04 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmışdır.
53. Göründüyü kimi, hal-hazırda qüvvədə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-286/2018 nömrəli 04 yanvar 2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar X49n və X27 miras əmlakı qəbul etmədikləri təsdiq olunmuşdur.
54. Bu qətnamənin 45-ci bəndində göstərilmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
55. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi İddiaçı iddiasını qismən təmin, üçüncü şəxslər X44 və X49n iddiasını rədd edilməsini qət etməklə İddiaçı iddiasının təmin olunmamış hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməli, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X44 və X49n nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 2(019)-120/2022 saylı qətnaməsi İddiaçı iddiasının təmin olunmamış hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X74 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X43, üçüncü şəxslər X32, X12, X22 və X16 qarşı vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair iddiası həmin hissədə də təmin edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
56. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X44 və X49n nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 2(019)-120/2022 saylı qətnaməsi İddiaçı iddiasının təmin olunmamış – İddiaçı mərhum X5ndan miras qalmış ünvan 1ində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin digər ½ hissəsinə vərəsəlik hüququnun müəyyən edilməməsi hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X74 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X43, üçüncü şəxslər X32, X12, X22 və X16 qarşı vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair iddiası iddianın rədd olunmuş hissəsində də təmin edilsin. İddiaçı mərhum X5ndan miras qalmış ünvan 1ində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin digər ½ hissəsinə də vərəsəlik hüququ müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Ayaz Mahmudov