Məhkəmə qərarları › İş №2(107)-1304/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1304/2024

04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1304/2024 04.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: qazdan istifadəyə görə cərimə borcunun ödənilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(014)-866/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Cavabdeh Ağdaş rayonu, Dəhnəxəlil kəndində istifadə etdiyi qaz sayğacına baxış keçirilməklə 19 dekabr 2022-ci il tarixli ******* saylı akt əsasında sayğacdan kənar qeyriqanuni birləşmə ilə təbii qazdan istifadə edildiyi müəyyən edilmiş və 29 dekabr 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 32832 m3 (və ya 3939,84 manat) həcmində dəymiş ziyan hesablanmışdır. xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı və xx.xx.2023cü il tarixli ******* saylı aktlar əsasında sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edildiyi müəyyən edilmiş və müvafiq olaraq 886,44 manat, 711,36 manat və 1082,88 manat dəymiş ziyan hesablanmışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı “qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdaş rayonu, Dəhnəxəlil kəndində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 1121,49 (bir min bir yüz iyirmi bir manat, qırx doqquz qəpik) manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 6620,52 (altı min altı yüz iyirmi manat, əlli iki qəpik) manat, cəmi 7742,01 (yeddi min yeddi yüz qırx iki manat, bir qəpik) manat əsas borcun, əvvəlcədən ödənilmiş 97,43 (doxsan yeddi manat, qırx üç qəpik) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik bank xidmət haqqının, ümumilikdə isə 7839,84 (yeddi min səkkiz yüz otuz doqquz manat, səksən dörd qəpik) manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin Qəbələ xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş rayonu, Dəhnəxəlil kəndində Cavabdeh məxsus mənzilində alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********00840 saylı qaz hesabında ödənilməmiş 7742,01 manat borc vardır. Tələb olunan borcun 1121,49 manat hissəsi sayğac göstəricisinə və 6620,52 manat hissəsi isə (3939,84 m + 886,44 m + 711,36 m+ 1082,88 m = 6620,52 m) müxtəlif dövrlərdə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. Tələbdə göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 1121,49 manat həcmindəki borc Cavabdeh yaşadığı ünvanda xx.xx.2022-ci il tarixdə istismardan açılan G4T markalı **********6 nömrəli sayğacın göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbində göstərilən dörd dəfə akt əsasında qeyri qanuni qazdan istifadəyə görə aparılmış hesabata görə 6620,52 manat həcmində dəymiş ziyan müəyyən edilərək istehlakçının hesabında qeydiyyata alınmışdır. Birinci hal üzrə qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə yaranmış 3939,84 manat məbləğdəki borc Cavabdeh yaşadığı Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən mənzilində istismarda olan G-4 markalı, **********365 nömrəli qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə, təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2022-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı, **********365 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə, qaz sayğacından əvvəl, sayğaca qədər olan xətdən rezin boru vasitəsilə, sayğacdan kənar təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii X3nın pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Akt əsasında qaz işlədicilərindən PQ-3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3 , sutkalıq iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə, 28 kv kombinin maksimal saatlıq qaz sərfi 3 m3 , sutkalıq iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 32832 m3 (və ya 3939,84 manat) həcmində müəyyən edilmişdir İkinci hal üzrə qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə yaranmış 886,44 manat məbləğdəki borc Cavabdeh yaşadığı Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən mənzilində istismarda olan G-4 markalı, **********365 nömrəli qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə, təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2023-cü il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı, **********365 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə, qaz sayğacından əvvəl, sayğaca qədər olan xətdən rezin boru vasitəsilə, sayğacdan kənar təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii X3nın pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Akt əsasında qaz işlədicilərindən PQ-3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3 , sutkalıq iş rejimi 24 saat hesabat müddəti 81 gün qəbul edilməklə, 28 kv kombinin maksimal saatlıq qaz sərfi 3 m3 , sutkalıq iş rejimi 24 saat hesabat müddəti 81 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 7387 m3 (və ya 886,44 manat) həcmində müəyyən edilmişdir. Üçüncü hal üzrə qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə yaranmış 711,36 manat məbləğdəki borc Cavabdeh yaşadığı Ağdaş rayonu Dəhnəxəlil kəndində yerləşən mənzilində istismarda olan G-4 markalı, **********365 nömrəli qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə, təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2023-cü il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı, **********365 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə, qaz sayğacından əvvəl, sayğaca qədər olan xətdən rezin boru vasitəsilə, sayğacdan kənar təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii X3nın pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Akt əsasında qaz işlədicilərindən PQ-3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3 , sutkalıq iş rejimi 24 saat hesabat müddəti 65 gün qəbul edilməklə, 28 kvm kombinin maksimal saatlıq qaz sərfi 3 m3 , sutkalıq iş rejimi 24 saat hesabat müddəti 65 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 5928 m3 (və ya 711,36 manat) həcmində müəyyən edilmişdir. Dördüncü hal üzrə qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə yaranmış 1082,88 manat məbləğdəki borc Cavabdeh yaşadığı Ağdaş rayonu Dəhnəxəlil kəndində yerləşən mənzilində hazırda istismarda olan G-4 markalı, **********728 nömrəli qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə, təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2023-cü il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan G4 markalı, **********728 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə, qaz sayğacını istismardan açaraq rezin boru vasitəsilə, həmin qaz xəttindən sayğacdan kənar təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii X3nın pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4m3 orta günlük iş rejimi 12 saat hesabat müddəti 188 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 9024 m3 (və ya 1082,88 manat) həcmində müəyyən edilmişdir.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddia tələbində İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı 2022-ci ilin 19 dekabr tarixində istehlakçının iştirakı ilə qaz sayğacına baxış keçirilmiş, baxış zamanı sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edildiyi müəyyən edilmiş və bu barədə xx.xx.2022-ci il tarixli ******* saylı tərtib edilmişdir. 19 dekabr 2022-ci il tarixli akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 0.8 m3 orta günlük iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin 29 dekabr 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 32832 m3 (və ya 3939,84 manat) həcmində müəyyən edildiyi qeyd edilmişdir. Daha sonra İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı 2023-cü ilin 15 mart, 19 may və 30 noyabr tarixlərində istehlakçının iştirakı ilə qaz sayğacına baxış keçirilmiş, baxış zamanı sayğacın sayğacdan kənar qeyriqanuni birləşmə ilə təbii qazdan istifadə edildiyi müəyyən edilmiş və bu barədə xx.xx.2023cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı və xx.xx.2023- cü il tarixli ******* saylı aktlar tərtib edilmişdir. 14 mart 2023-cü il tarixli akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 0.8 m3 orta günlük iş rejimi 24 saat hesabat müddəti 81 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin 15 mart 2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 7387 m3 (və ya 886,44 manat) həcmində müəyyən edildiyi qeyd edilmişdir. 18 may 2023-cü il tarixli akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 0.8 m3 orta günlük iş rejimi 24 saat hesabat müddəti 65 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin 19 may 2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 5928 m3 (və ya 711,36 manat) həcmində müəyyən edildiyi qeyd edilmişdir. 22 noyabr 2023-cü il tarixli akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4 m3 orta günlük iş rejimi 12 saat hesabat müddəti 188 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin 30 noyabr 2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 9024 m3 (və ya 1082,88 manat) həcmində müəyyən edildiyi qeyd edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, 19 dekabr 2022-ci il tarixli akt əsasında itirilmiş qazın bərpası üçün hesablanmış 3939,84 manat, 14 mart 2023-cü il tarixli akt əsasında itirilmiş qazın bərpası üçün hesablanmış 886,44 manat, 19 may 2023-cü il tarixli akt əsasında itirilmiş qazın bərpası üçün hesablanmış 711,36 manat və 22 noyabr 2023-cü iltarixli akt əsasında itirilmiş qazın bərpası üçün hesablanmış 1082,88 manat məbləğində hesablanmış borc şişirdilmişdir. Belə ki, dəymiş ziyan hesablanarkən hesabat müddətləri 360, 81, 65 və 188 gün nəzərdə tutularaq cavabdehdən tələb edilən cərimə məbləği dəymiş ziyanın məbləğinə mütənasib deyildir. Dəymiş ziyan hesablanarkən hesabat müddəti 30 günə vurulmalıdır. Odur ki, məhkəmə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətlərin əhatə olunduğu ilin mövsümünü, əvvəlki dövrün orta gündəlik qaz sərfini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 1121,49 (bir min bir yüz iyirmi bir manat, qırx doqquz qəpik) manat borc, 12 dekabr 2022-ci il tarixli akt əsasında itirilmiş qazın bərpası üçün hesablanmış 328,32 manat, 14 mart 2023-cü il tarixli akt əsasında itirilmiş qazın bərpası üçün hesablanmış 328,32 manat, 18 may 2023-cü il tarixli akt əsasında itirilmiş qazın bərpası üçün ayrılmış hesabata görə 328,32 manat borc, 22 noyabr 2023-cü il tarixli akt əsasında itirilmiş qazın bərpası üçün hesablanmış 172,80 manat cavabdehdən tutularaq İddiaçınə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

9. Ağdaş Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(014)-866/2024 nömrəli qətnaməsi ilə (hakim Aygün Mürsəlova) iddia qismən təmin olunmuş, Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 1121,49 (bir min bir yüz iyirmi bir manat, qırx doqquz qəpik) borc, sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə itirilmiş qazın bərpası üçün xx.xx.2022-ci il tarixli ******* saylı akt akta əsasən 328,32 (üç yüz iyirmi səkkiz manat, otuz iki qəpik), xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 328,32 (üç yüz iyirmi səkkiz manat, otuz iki qəpik), xx.xx.2023-cü il tarixli ******* saylı akt akta əsasən 328,32 (üç yüz iyirmi səkkiz manat, otuz iki qəpik), xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 172,80 (bir yüz yetmiş iki manat, səksən qəpik), dörd akt üzrə ümumilikdə 1157,76 (bir min bir yüz əlli yeddi manat, yetmiş altı qəpik) borc və 42,80 (qırx iki manat, səksən qəpik) dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «X3»nın 4.2, 4.6, 4.7, 4.8, 4.9 və 5.2-ci bəndlərinə istinad etmişdir.

11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: xx.xx.2022-ci il tarixli müqavilə xx.xx.2022-ci il tarixli ******* saylı təbii X3nın pozulması haqqında akt İddiaçı xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsi İddiaçı xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə xx.xx.2023-cü il tarixli ******* saylı təbii X3nın pozulması haqqında akt xx.xx.2023-cü il tarixli ******* saylı təbii X3nın pozulması haqqında akt İddiaçı xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə xx.xx.2024-cü il tarixli, **********00840 saylı abonentin saldosu 01 mart 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar

12. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, mülki iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi X3nın pozulması faktı ilə əlaqədar iddiaçı tərəf toplanmış materialları Energetika Nazirliyinin Enerji X1 Şəki filialına təqdim etmiş, Energetika Nazirliyinin Enerji X1 Şəki filialı isə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilərək inzibati tənbeh vermə haqqında qərarala 100 manat həcmində inzibati cərimə etmiş və sözügedən qərar cavabdeh tərəfindən heç bir halda mübahisələndirilməmişdir. Həmçinin inzibati xəta haqqında icraat aparan orqan qaz paylayıcısından daxil olmuş materialları araşdırarkən istehlakçının təqsirli olması barədə sübutları qiymətləndirir və vurulmuş zərərin hesablanmasının qaydalara uyğun aparılmasını araşdırır, hər hansı kənarlaşma və sübut yetərsizliyi olduğu halda isə ya inzibati xəta haqqında iş üzrə icraatın aparılmasının rədd edilməsi haqqında qərar qəbul edir, ya da zərərin hesablanmsının qaydalara uyğunlaşdırılmasına dair icrası məcburi olan göstəriş verir. Hazırkı mübahisə üzrə isə inzibati orqan inzibati xəta haqqında iş üzrə icraatın aparılmasının rədd edilməsi haqqında qərar qəbul etməmiş və ya zərər hesablanarkən qaydalara uyğun olmaması ilə bağlı hər hansı irad bildirilməmişdir. Ona görə də inzibati tənbeh vermə haqqında qərarda göstərilənlər qaydalara uyğun olması faktı təsdiq edilmiş və sonrakı prossesual hərəkətlərdə mübahisələndirilə (dəymiş ziyanın hesabatının on iki ay aparılması) bilməz. Lakin bununla belə birinci instansiya məhkəməsi dəymiş ziyanın hesabatının dörd ay yox bir ay kimi götürməsi heç bir maddi norma ilə əsaslandırmamış və sonda əsassız qənaətə gəlmişdir. Bu qənaət isə cavabdeh tərəfindən gələcəkdə eyni pozuntulara yol verilməməsi üçün çəkindirici (xəbərdaredici) təsiri olmamasına şərait yaradır. Cavabdeh qazın talanmasında təqsirli olması və hesabatın on iki ay müddətində aparılması inzibati tənbeh vermə haqqında qərarla təsdiq olunduğundan İddiaçı cavabdehə qarşı dəymiş ziyanın ödənilməsi tələbi ilə çıxış etməsi qanuni və əsaslı olmuşdur.

14. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(014)- 866/2024 nömrəli qətnaməsinin qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək, İddiaçı iddia tələbinin tam təmin edilməsini və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçı nümaynədəsi və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

18. “Qaz təchizastı haqqında” Azərbaycan Respublikasının Qanunu: 13.8-1-ci maddə: Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X3 ilə tənzimlənir.

19. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3”: Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Bənd 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Bənd 2.12. İstehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 3.1.10. bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Bənd 3.4. İstehlakçılara aşağıdakılar qadağandır: Bənd 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; Bənd 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək. 4.2-ci bəndində əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.. 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır, istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2-ci bəndinə əsasən Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 5.4-cü bəndinə əsasən, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 25 iyun 2023-cü ildən qüvvədə olan 6.5-ci bənd. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. “X3”na 2 saylı əlavə olan “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3-cü bəndində, bu Müqavilənin və “X3”nın tələblərinə əməl etməsi, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməsi, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması, “X3”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsi cavabdehin müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir. Həmin müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii X3nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

21. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

22. İddiaçı Ağdaş Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(014)-866/2024 nömrəli qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddia tələbinin təmin edilməyən hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin mübahisələndirilən hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

24. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək, 19 dekabr 2022-ci il tarixli ******* saylı; xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı və xx.xx.2023-cü il tarixli ******* saylı təbii X3nın pozulması haqqında Aktlar və həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair Tələbnaməyə əsasən hesablanmış borcun saatlıq qaz sərfiyyatına uyğun qaydada hesablanmanın aparılmaqla müəyyən edilməsi ilə bağlı hissədə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa 13.8-1-ci maddə əlavə edilmişdir. (bax 18-ci bənd). Qeyd olunan maddə 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 218 saylı qərarı ilə “X3”na dəyişikliklər edilmiş, nəticədə Qaydaların 6.5-ci bəndi yeni redaksiyada verilmiş və 6.5-1-6.5-4-cü bəndlər əlavə edilmişdir. (bax 19-cu bənd). Hazırki halda, dörd aktın hər biri 2022-ci ilin mayın 1-dən sonra tərtib edildiyindən həmin aktlara əsasən cərimənin hesablanması qeyd edilən dəyişikliklərə uyğun həll edilməlidir.

25. Hazırki iş üzrə dörd aktın ilk üçü - 19 dekabr 2022-ci il tarixli ******* saylı; xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı “Təbii X3nın pozulması haqqında” Aktların inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, və ya cinayət tərkibinin əlamətləri olduqda cinayət təqibi orqanına təqdim edilməsi, o cümlədən 19 mart 2024-cü il tarixli Dəymiş ziyanın bərpasına dair Tələbnaməyə əsasən hesablanan cərimənin həmin Qaydaların 6.5-1 və 6.5-3-cü bəndlərinə uyğun hesablanması barədə iş materialalrında heç bir sübut mövcud deyildir. İddiaçı tərəf də bu barədə kollegiyaya heç bir sübut və ya dəlil təqdim etməmişdir. Göstərilənlərə əsasən, hazırki halda İddiaçı həmin cərimə məbləğini istehlakçıdan tələb etmək hüququ yaranmamışdır. Bununla belə, birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və qanunsuz qoşulma nəticəsində dəyən zərər 1 aylıq müddətə hesablanmış, cavabdeh isə qətnamənin iddianın təmin edilmiş hissəsindən apellyasiya şikayəti verməməklə onu mübahisələndirməmişdir. Əgər istehlakçı məhkəmə icraatı zamanı sayğaca müdaxilə etməsini və ya qaz xəttinə qanunsuz qoşulmasını etiraf edirsə, o zaman iddianın istahlakçının təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması əsası ilə rədd olunması prosessual qanunvericiliyin tələbləri ilə də uzlaşmır. Belə olan halda, iddia tələbinə müvafiq akta əsasən hesablanmış əlavə sərfiyyatın məbləğinin qanunvericiliyin tələblərinə uyğunluğu baxımından hüquqi qiymət verilə bilər. Hazırki halda, cavabdehin qətnaməni mübahisələndirməməsi 1 aylıq qanunsuz qoşulmanın etirafı kimi nəzərədən keçirilə bilər. Bundan başqa apelylasiya baxışının hədləri baxımından da, apellyasiya məhkəməsinin qətnaməni həmin hissədə yoxlama səlahiyyəti olmadığından həmin hissə ilə bağlı qətnamə qəbul edilməmişdir.

26. Sonuncu - xx.xx.2023-cü il tarixli ******* saylı “Təbii X3nın pozulması haqqında” aktla bağlı 01 mart 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar mövcuddur. Bununla belə, vurulmuş zərər hesablanarkən “X3”nın yeni dəyişikliklərlə 6.5-1-ci bəndinin tələblərinin nəzərə alınması müəyyən edilməmişdir. Belə ki, həmin bənddə göstərilir ki, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən istehlakçıya verilən qazın sərfiyyatı hər ay qaz paylayıcı tərəfindən qeydə alınmalı və istehlakçıya hesab verilməlidir. Hazırkı işdə göstərilən dövrdə cavabdehin evində quraşdırılmış sayğac üzrə aylıq hesabatın aparıb-aparılmaması, hesabatın nəticələri barədə iddiaçı təşkilat tərəfindən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Qeyd edilən pozuntunun da elə aşkar olunduğu ay törədilməsini, həmin aydan əvvəl törədilmiş olsaydı mütləq aşkar edilməli olmasını nəzərə alaraq cavabdehə əsassız olaraq 188 gün üçün itirilmiş təbii qazın dəyərinin hesablanması yolverilməzdir. Ona görə də, birinci instansiya məhkəməsi “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqaviləyə əsaslanmaqla 1 ay müddətə cərimənin hesablanmasını qət etməkdə haqlı olmuşdur.

27. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın rədd edilmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(014)-866/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(014)-866/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar