Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1310/2023 16.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, Kərimli Tunar Mübariz oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2(075)-697/2023 saylı qərardadından Cavabdeh verdiyi şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 14 mart 2022-ci il tarixli **********28- 10301 reyestr nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarışında göstərilən 133,20 kv.m-dən əlavə Şəki şəhəri, X4 küçəsi 37 ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz olaraq Cavabdeh tərəfindən əlavə edilmiş tikilinin Cavabdeh hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(075)-697/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi, iş üzrə rəy alınanadək mülki işin icraatının dayandırılması qərara alınmışdır. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının 14 avqust 2023-cü il tarixli, 10/2583 saylı ekspert rəyi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(075)-697/2023 saylı qərardadı ilə işin icraatının təzələnməsi və mülki işin məhkəmə iclasının 13 oktyabr 2023cü il tarixə saat 09:00-a təyin olunması qərara alınmışdır Birinci instansiya məhkəməsinin məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının artıq qüvvədə olmayan texniki pasportu məhkəməyə təqdim etdiyini və rəy də, həmin texniki pasport əsasında verildiyini bildirmiş, yenidən ekspertizanın keçirilməsini məhkəmədən xahiş etmişdir. Bu səbəbdən də, məhkəmə sorğu verərək yenidən mübahisəli evə dair mülkiyət sənədlərini almış və müəyyən olunmuşdur ki, mübahisəli evə xx.xx.2022-ci il tarixdə texniki pasport tərtib olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməli və tədqiqat zamanı xx.xx.2022-ci il tarixli texniki pasport nəzərə alınmalıdır. Şəki Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2(075)-697/2023 saylı qərardaı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi, iş üzrə rəy alınanadək mülki işin icraatının dayandırılması qərara alınmışdır. Cavabdeh 13 oktyabr 2023-cü il tarixli, 2(075)-697/2023 saylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il, e-2(075)-697/2023 qərardadını iş üzrə icraatın dayandırılması hissəsində qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə əsassız olaraq iş üzrə icraatı dayandırmışdır. Belə ki, ekspertizanın təyin edilərək işin rəy alınanadək dayandırılması məhkəmə prosesinin əsassız yerə uzanmasına və süründürməçiliyə gətirib çıxarır və nəticədə ədalət məhkəməsinin səmərəliliyini azaldır. İşə baxan birinci instansiya məhkəməsi iş üzrə icraatı dayandırarkən eyni zamanda məhkəmə iclasının əsassız yerə uzanacağından və iş üzrə müvəqqəti təminat tədbiri tətbiq edildiyindən onun mülkiyyət hüququmun pozulmasını aydınlaşdırmamışdır. Odur ki, Şəki Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il, e-2(075)- 697/2023 qərardadını iş üzrə icraatın dayandırılması hissəsində ləğv edilməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(075)-697/2023 saylı qərardadı ilə 13 oktyabr 2023-cü il tarixli, 2(075)-697/2023 saylı qərаrdаdındаn Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2(075)- 697/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nın 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 97.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ekspertiza təyin edilməsi haqqında məhkəmə qərardad qəbul edir. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 254.2-ci mаddəsinə əsаsən məhkəmə qаnundа nəzərdə tutulаn digər hаllаrdа dа iş üzrə icrааtı dаyаnıdırır. Həmin Məcəllənin 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertizа təyin olunduqdа hаkim işdə iştirаk edən şəxslərin ərizəsi üzrə və yа öz təşəbbüsü ilə iş üzrə icrааtı dаyаndırа bilər. Məhkəmə kollegiyası hesab edir ki, Şəki Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2(075)-697/2023 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2(075)-697/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2(075)-697/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1310/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1310/2023
16.11.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver