Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1312/2024 11.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: işıq borcunun silinməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Tahirov Zamin Cəbrayıl oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 2 sentyabr 2024-cü il tarixli, 2(014)-1050/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. "xxxx" ASC-nin Ağdaş EŞ-nin əməkdaşları tərəfindən Ağdaş rayonunda yaşayan elektrik enerjisi istehlakçıları tərəfindən X1ydalarına riayət edilməsi vəziyyətini yoxlayarkən İddiaçı da yaşadığı Pirkəkə kəndində yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilən zaman məlum olmuşdur ki, abonent sayğacın altqapaq hissəsinin giriş faza xəttini zədələyərək çıxış xəttinə birbaşa qoşmaqla elektrik enerjisindən “kənar xətt” vasitəsi ilə istifadə edirdi. Bu barədə xx.xx.2024-cü il tarixli R № 342635 saylı Akt tərtib edilmişdir. Akt iddiaçı tərəfindən imzalanmamışdır. Qanunsuz istifadə nəticəsində itirilmiş elektrik enerjisi 6456 kvt saat miqdarında - 797,28 manat hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailə üzvləri ilə birlikdə Ağdaş rayonu, Pirkəkə kəndi ünvanında özünə məxsus fərdi yaşayış evində yaşayır. Yaşayış evi elektrik sayğacı həyətin küçə tərəfində quraşdırılmışdır. Yaşadığı evə quraşdırılımış elektrik sayğacı üzrə sərf etdiyi elektrik enerjisinə görə borcunu vaxtlı-vaxtında ödəmişdir. Quraşdırılmış elektrik sayğacına ayda bir dəfə həmin ərazinin nəzarətçisi tərəfindən mütəmadi baxış keçirilmiş, istifadə olunan elektrik enerjisinə görə hesabat-bildirişi ona təqdim etmişdir və sayğacda hər hansı nasazlıığın olması barədə ona məlumat verilməmişdir. 19 iyun 2024-cü il tarixdə cavabdeh “X9 Cəmiyyətinin əməkdaşları elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, sayğacın alt qapaq hissəsindən giriş faza xətinin zədələnərək çıxış xəttinin birbaşa qoşularaq kənar xəttən istifadə edilməsini aşkar etmişlər. Bildirir ki, 18 iyun 2024-cü il tarixdə gecə saat 24:00 radələrində işıqları sönmüşdür. O, həyətə düşəndə görmüş ki, ondan başqa hamının işıqları yanır. Fənər vasitəsi ilə sayğaca baxanda görmüş ki, sayğacın alt hissəsindən xəttə yanğın var. O, dərhal avtomatı söndürərək xətti ayırmış və evində xəstə və körpə uşaqlar olduğuna görə xətti qarmaq formasında digər giriş xəttinə qoşmüşdur. Bundan sonra işıqları yanmışdır. Onun başı çıxmadığına görə qarmağı çıxış xəttinə yox, giriş xəttinə qoşmuşdur. Çöl torpaq sahədə çəltik bitkisi əkdiyi sahəyə su gəlmədiyinə görə fikirləşmiş ki, sahəyə su açıb rayon Elektrik Şəbəkəsinə gedib, hadisə barədə məlumat versin. 19 iyul 2024-cüil tarixdə saat 12:00 radələrində ona sahədə olarkən evdən zəng etdilər ki, işıq işçiləri gəlib onu axtarırlar. O, dərhal evə gələndə qapıda bir neçə nəfər əməkdaşları görmüşdür. Onlar sayğaca müdaxilə etdiyini bildirəndə demişdir ki, başı çıxmadığına görə evə gecə vaxtə gedən xətti çıxış xəttinə yox, giriş xəttinə birləşdirmişdir. Əməkdaşlar onunla razılaşmayaraq bu barədə akt tərtib etmişlər. O, həmin aktı imza etməkdən imtina etmişdir. 03 iyul 2024-cü il tarixdə elektrik sərfiyyatına görə bildirişi alanda ona məlum olmuşdur ki, sayğacdan kənar xətt çəkərək elektrik enerjisindən qanunsuz istifadə etməyi nəticəsində 798.86 manat elektrik enerjisi itirildiyindən həmin məbləğ onun **********00003 saylı abunə koduna vurulmuşdur. O, bütün bunlara aydılıq gətirmək məqsədi ilə cavabdeh orqanın X4rkən oradan ona 19 iyun 2024- cü il tarixli 342635 nömrəli məişət abonenti (əhali) istehlakçılar qrupu barədə aktın surəti verməklə kifayətlənmişlər. O, cavabdeh orqanın X5 abonent saldosunu tələb edəndə onu verməkdən imtina etmişlər və məhkəmə istədiyi halda veriləcəyi bildirildi. Bir daha bildirir ki, çəkilmiş elektrik xətti 18 iyun 2024-cü il tarixdən 19 iyun 2024-cü il tarixə keçən gecə bilməyərəkdən tərəfindən birləşdirilmişdir. Ona görə də hesab edir ki, cavabdeh orqan tərəfindən 798.86 manat itirilmiş enerjisinin dəyəri qanunsuz olaraq hesablanaraq onun abunə koduna vurulmuşdur. Bu da istehlakçı kimi onun qanunla qorunan hüquqlarını pozmuşdur.
4. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı Ağdaş rayonu, Pirkəkə kəndində yaşayan İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı xx.xx.2024-cü il tarixdə tərtib edilmiş AKT R serialı 342635 saylı Akta əsasən hesablanmış 798 manat borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə Ağdaş rayon Məhkəməsinə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açiq Səhmdar Cəmiyyəti tərəfindən borcun silinməsi tələbinə dair” iddiasını aşağıdakı səbəblərdən qanunsuz və əsassız hesab edir. Belə ki, İddiaçı Ağdaş EŞ-nin proqram bazasında **********00003 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla Ağdaş rayonu, Pirkəkə kəndində yerləşən fərdi yaşayış evində elektrik enerjisindən xx.xx.2019-cu il tarixdən quraşdırılmış Luna-lun 10 tipli zavod nömrəsi № 20490945 olan elektrik hesablama sayğacı vasitəsi ilə hal-hazıra kimi istifadə edir. “EEİQ"nin tələbləri pozulduğuna görə xx.xx.2024-cü il tarixli AKT R № 342635 saylı akt İddiaçı barəsində tərtib edilmişdir. xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin Ağdaş EŞ-nin əməkdaşları E.Müzəffərov, R.Muxtarov və S.Kazımov tərəfindən Ağdaş rayonunda yaşayan elektrik enerjisi istehlakçıları (məişət abonentləri) tərəfindən X1ydalarına riayət edilməsi vəziyyətini yoxlayarkən İddiaçı da yaşadığı Pirkəkə kəndində yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirmişlər. Baxış keçirilən zamanı məlum oldu ki, abonent sayğacın altqapaq hissəsinin giriş faza xəttini zədələyərək çıxış xəttinə birbaşa qoşmaqla elektrik enerjisindən “kənar xətt” vasitəsi ilə istifadə edirdi. Sayğacdan keçən yük xüsusi ölçmə vasitəsi olan "ampermaşa” ilə ölçüldükdə xəttdən keçən cərəyanın yükünün J=0.4 A, P=0.088 kvt olduğu müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Ağdaş EŞ-nin “Poroqram bazası"nda **********00003 saylı istehlakçı kodu ilə qeydiyyatda olan İddiaçı barəsində “X1ydalarının pozulması haqqında AKT R № 342635 nömrəli akt tərtib edilmişdir. Aktın tələb hissəsində sayğacın giriş xətti bərpa edilməsi və sayğac yenidən möhürlənməsi tələbi qoyulmuşdur. İddiaçı məxsus elektrik hesablama sayğacına baxış keçirİməsindeəvə pozuntu faktı ilə əlaqədar akt tərtib edilməsində iştirak etməsinə baxmayaraq aktı imza etməkdən imtina etmişdir. İddiaçı tərəfindən elektrik enerjisindən "kənar xətt’ vasitəsi ilə qanunsuz istifadə edilməsi aktının mobil telefon vasitəsi ilə video çəkilişi aparılmışdır. xx.xx.2024-cü il tarixli 814462 saylı məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında Protokoldan görünür ki, İddiaçı yaşadığı fərdi yaşayış evinin elektrik sayğacında qüsur aradan qaldırılmış, sxem bərpa olunmuş və sayğac yenidən möhürlənmişdir. İddiaçı məhkəməyə müraciət etdiyi iddia ərizəsində xx.xx.2024-cü il tarixdə gecə saat 24:00 radələrində yaşadığı evin işıqları keçdiyinə görə həyətə çıxmış sayğacın alt hissəsində yanğın baş verdiyini görərək sayğacı avtomatdan söndürüb öz başına sayğacın alt qapaq hissəsindən giriş faza xəttini çıxış xəttinə bir başa qoşmaqla X3 etdiyini bildirmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, pozuntu faktı mobil telefon vasitəsi ilə aparılmış video çəkilişdə sayğacın giriş faza xəttində yanğın olmasına xarakterik hər hansı bir zədənin (termiki ərimə) olması müəyyən edilmir. “Mərkəzi Aran" RETSİ-də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən sutkanın 24 saatı nəzərə alınmaqla 90 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 797,28 manat təşkil edən 6456 kvt saat miqdarında qanunsuz istifadə nəticəsində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Hesabat aşağıdakı qaydada aparılmışdır: P = 4,27 kvt, W= 4,27 kvt x 90 gün x 0,07= 6456 kvt saat, 600 kvt x 0.08 = 48 manat, 300 kvt x 0.09 = 27 manat, 5556 kvt x 0.13 = 722,28 manat, Cəmi: = 797,28 manatdır. İddiaçı barəsində aşkar edilmiş eneji pozuntularına görə akt tərtib edilərək müvafiq sənədləşdirmə aparılarkən ona qarşı hər hansı bir hüquqa zidd və ya qərəzli hərəkətlərə yol verilməmişdir. Aktlar və onlara əsasən aparılmış hesabatlar “Qaydalar”ın tələblərinə uyğun olaraq düzgün tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş X1ydalarında dəyişiklik edilmişdir. Həmin Qərarla “Qaydalar”ın 8.32 və 8.33-cü bəndləri çıxarılaraq 8.17-ci bəndi yeni redaksiyada verilmişdir. Dəyişikliyə görə. X1ydalarının 8.17-ci bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğaclan zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablan. 8.17-1. bəndinə əsasən “İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yanmbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2 bəndinə əsasən “ İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göstərilənlərə əsasən hesab edir ki, İddiaçı iddia tələbi əsassızdır və buna görə də tamamilə rədd olunmalıdır. İddiaçi Ağdaş rayonu, Pirkəkə kəndində yaşayan İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı xx.xx.2024-cü il tarixdə tərtib edilmiş AKT R serialı 342635 saylı Akta əsasən hesablanmış 798 manat borcun silinməsi tələbinə dair iddia tələbi əsassız və qanunsuz olduğuna görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur.
5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin Ağdaş EŞ-nin əməkdaşları E.Müzəffərov, R.Muxtarov və S.Kazımov tərəfindən Ağdaş rayonunda yaşayan elektrik enerjisi istehlakçıları (məişət abonentləri) tərəfindən X1ydalarına riayət edilməsi vəziyyətini yoxlayarkən İddiaçı da yaşadığı Pirkəkə kəndində yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirmişlər. Baxış keçirilən zamanı məlum olmuşdur ki, abonent sayğacın altqapaq hissəsinin giriş faza xəttini zədələyərək çıxış xəttinə birbaşa qoşmaqla elektrik enerjisindən kənar xətt vasitəsi ilə istifadə edirdi. Sayğacdan keçən yük xüsusi ölçmə vasitəsi olan ampermaşa ilə ölçüldükdə xəttdən keçən cərəyanın yükünün J=0.4 A, P=0.088 kvt olduğu müəyyən edilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixli məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 814462 nömrəli protokola əsasən İddiaçı yaşadığı fərdi yaşayış evinin elektrik sayğacında qüsur aradan qaldırılmış, sxem bərpa olunmuş və sayğac yenidən möhürlənmişdir. Bundan sonra “Mərkəzi Aran” RETSİdə fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən sutkanın 24 saatı nəzərə alınmaqla 90 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 797,28 manat təşkil edən 6456 kvt saat miqdarında qanunsuz istifadə nəticəsində itirilmiş elektrik enerjisi bərpa edilmişdir.
6. Belə olan halda isə abonentə nöqsanın aşkar olunduğu tarixdən 90 (doxsan) gün əvvələ borc hesablanması qanunsuz olmuş və yalnız sonuncu baxışdan faktın aşkar olunduğu tarixədək cərimə hesablana bilərdi. Belə ki, Qaydaların 8.15-ci bəndində də hesablaşmanın 90 gün üçün aparılması deyil, üç aydan çox olmayan müddətdə yenidən hesablanması nəzərə tutulmuşdur. Həmçinin, hesablaşma aparılarkən "xxxx" ASC nəzərə almalı idi ki, Qaydaların 8.2-ci bəndinə əsasən hesablaşma dövrü 1 ay qəbul olunduğundan, onların əməkdaşları bir vəzifə olaraq hər ay sayğaca baxış keçirməlidir. Mülki işin materiallarından müəyyən edilir ki, sayğaca sonuncu baxış xx.xx.2024-cü il tarixdə olmuş, həmin tarixdə heç bir pozuntu müəyyən edilməmiş və yalnız qanunsuz qoşulma halı xx.xx.2024-cü il tarixdə aşkar edilmişdir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən abonentə 797,28 manat borc hesablanmasına baxmayaraq, abonentin üzərində yalnız son 15 günün borcu saxlanılmalı, qalan borc əsassız olduğundan silinməlidir. Bundan başqa, cavabdeh təşkilat
7. Bundan başqa, cavabdeh təşkilat iddia ərizəsinə etirazda hesablaşmanı ümumiyyətlə düzgün tərtib etməmişdir və özləri tərəfindən tərtib edilmiş icra vərəqəsi ilə ziddiyyət təşkil edir. İcra vərəqəsində olan düstur əsasında hesablaşma aparılarsa (yalnız aktın əsaslı olduğu günlərin sayının sonuncu baxışdan nöqsan aşkar olunan günə qədər hesablanmaqla 15 gün olması nəzərə alınaraq), iddiaçıya akt üzrə hesablana biləcək cərimə məbləği 97,89 manat ola bilərdi. Hesablama isə aşağıdakı qaydada aparılmalı idi: W = 4,27 kVt x 15 gün x 24 saat x 0,7 manat = 1076,04 kVt 600 kVts x 0,08 manat = 48 manat 300 kVts x 0,09 manat = 27 manat Yerdə qalan 1176,04 kVts x 0,13 manat = 22,89 manat 48 manat + 27 manat + 22,89 manat = 97,89 manat Beləliklə akt üzrə hesablanmış borc 97,89 manat hissədə əsaslı olmuşdur. Qalan hissədə, yəni 699,39 (797,28-97,89=699,39) manat hissəsində isə borc əsassız hesablanmışdır.
8. Bundan başqa, iddiaçı iddia ərizəsində akt üzrə ona hesablanmış 798,86 manat borcun silinməsini xahiş etsə də, işin materialları ilə müəyyən edilir ki, akt üzrə hesablanmış borc 798,86 manat deyil, 797,28 (abonentin saldosu üzrə 48+27+722,28) manatdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC tərəfindən İddiaçı **********00003 saylı abonent hesabına 19 iyun 2024-cü il tarixli, AKT R 342635 saylı akt əsasında hesablanmış 699,39 (altı yüz doxsan doqquz manat otuz doqquz qəpik) manat borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir.
9. Ağdaş Rayon Məhkəməsinin 2 sentyabr 2024-cü il tarixli, 2(014)-1050/2024 nömrəli qətnaməsi ilə (hakim Cavid Sultanov) iddia qismən təmin olunmuş, "xxxx" ASC tərəfindən İddiaçı **********00003 saylı abonent hesabına 19 iyun 2024-cü il tarixli, AKT R 342635 saylı akt əsasında hesablanmış 699,39 (altı yüz doxsan doqquz manat otuz doqquz qəpik) manat borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “X1ydaları”nın 8.2, 8.4, 8.17 və 8.17-1-ci bəndlərinə istinad etmişdir.
11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli AKT R № 342635 saylı akt xx.xx.2024-cü il tarixli məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 814462 nömrəli protokol İddiaçı adına olan cavabdeh təşkilat tərəfindən verilmiş **********00003 saylı kod üzrə abunə haqqında 342635 nömrəli icra vərəqi
12. Qətnаmədən nаrаzı qаlаn cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə baxış iclası zamanı “Qaydalar” ın 8.17-1-ci bəndinin tələblərinin mahiyyətinə varmadan iddiaçının yaşadığı evi elektrik enerjisi ilə təchiz edən elektrik hesablama sayğacının “pozuntu faktı” aşkar edilən vaxtdan, yəni sayğaca sonuncu baxış xx.xx.2024-cü il tarixdən 15 gün əvvəl xx.xx.2024-cü il tarixdə nəzarətçi mühəndis tərəfindən elektrik hesablama sayğacının enerji sərfiyyatı göstəricilərinin oxunmasını əsas götürərək hesabatın 15 gün müddətinə aparılması qənaətinə gələrək səhv və qanunsuz qərar qəbil etmişdir. Qeyd olunan maddi hüquq normasının tələbinə görə elektrik enerjisindən "kənar xətt” vasitəsi ilə istifadə edilməsi faktının aşkar olunması istehlakçı barəsində "kənar xətt" in (naqilin) en kəsiyinə əsasən 12 aydan çox olmayan müddətə hesablama apanlmastna yol verilir. Həmin hüquq normasında "kənar xətt" vasitəsi ilə enerjidən hansı müddətdə istifadə edilməsi nəzərdə tutulmamışdır. “Kənar xətt"ın mövcudluğu göstərilən maddi hüquq normasının pozulması deməkdir. Enerji təchizatı müəssisəsinin əməkdaşı (nəzarətçi mühəndis) tərəfindən hər ay istehlakçıları elektrik enerjisi ilə təchiz edən elekrtik hesablama sayğaclarını enerji sərfiyyatı göstəriciləri məsafədən "mini kompüter" vasitəsi ilə oxunur və istehlakçıya ay ərzində istehlak edilmiş elektrik enerjisinin miqdarı və dəyəri göstərilən “bildiriş-xəbərdarlıq” təqdim edilir. Məqsəd sayğacın ay ərzində istehlakını qeyd etdiyi elektrik enerjisinin miqdan və dəyərini müəyyən etmekdən ibarətdir.
14. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 2 sentyabr 2024-cü il tarixli, 2(014)- 1050/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin 2 sentyabr 2024cü il tarixli, 2(014)-1050/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
17. 01 yanvar 2024-cü il tarixində qüvvəyə minmiş “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanunu:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “X1ydaları”nın: 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.17-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
19. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
20. Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 2 sentyabr 2024-cü il tarixli, 2(014)- 1050/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın təmin edilməmiş hissəsində qətnamə nə üçün ləğv edilməli olduğu göstərilmədiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, 11 aprel 2023-cü il tarixində yeni “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilmişdir. Həmin Qanununun 19.16-cı maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Qanun 01 yanvar 2024-cü il tarixində qüvvəyə minmişdir. R № 342635 saylı Akt xx.xx.2024-cü il tarixdə tərtib edildiyindən həmin akta əsasən cərimənin hesablanması qeyd edilən yeni qanuna uyğun həll edilməlidir. Hazırki iş üzrə isə xx.xx.2024-cü il tarixli R № 342635 saylı Aktın inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün aidiyyəti quruma, və ya cinayət tərkibinin əlamətləri olduqda cinayət təqibi orqanına təqdim edilməsi barədə iş materiallarında heç bir sübut mövcud deyildir. Cavabdeh tərəf də bu barədə kollegiyaya heç bir sübut və ya dəlil təqdim etməmişdir. Göstərilənlərə əsasən, MPM-in 81-ci maddəsinə görə, hazırki halda cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin həmin cərimə məbləğini istehlakçıdan tələb etmək hüququ yaranmamışdır. Bununla belə, birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və qanunsuz qoşulma nəticəsində dəyən zərər 15 günlük müddətə hesablanmaqla qalan hissə abonent kodundan silinmiş, iddiaçı isə qətnamənin iddianın rədd edilmiş hissəsindən apellyasiya şikayəti verməməklə onu mübahisələndirməmişdir. Əgər istehlakçı məhkəmə icraatı zamanı sayğaca müdaxilə etməsini və ya elektrik xəttinə qanunsuz qoşulmasını etiraf edirsə, o zaman iddianın istahlakçının təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması əsası ilə rədd olunması prosessual qanunvericiliyin tələbləri ilə də uzlaşmır. Belə olan halda, iddia tələbinə müvafiq akta əsasən hesablanmış əlavə sərfiyyatın məbləğinin qanunvericiliyin tələblərinə uyğunluğu baxımından hüquqi qiymət verilə bilər. Hazırki halda, iddiaçının qətnaməni mübahisələndirməməsi 15 günlük qanunsuz qoşulmanın etirafı kimi nəzərədən keçirilə bilər. Bundan başqa apellyasiya baxışının hədləri baxımından da, apellyasiya məhkəməsinin qətnaməni həmin hissədə yoxlama səlahiyyəti olmadığından həmin hissə ilə bağlı qətnamə qəbul edilməmişdir.
23. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin 2 sentyabr 2024-cü il tarixli, 2(014)-1050/2024 nömrəli qətnaməsi iddianın təmin edilmiş mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 2 sentyabr 2024-cü il tarixli, 2(014)-1050/2024 nömrəli qətnaməsi iddianın təmin edilmiş mübahisələndirilən hissəsində dəyişdirilmədən sаxlаnılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.