Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1315/2020 13.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-161/2020 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 adına verilmiş 0,12 hektar torpaq sahəsi ilə əlaqədar vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması və Şəki rayonu, Baş Göynük kəndində yerləşən mərhum ataları X19 məxsus olan ümumi sahəsi 80 kvadrat metr, yaşayış sahəsi 50 kvadrat metr olan birmərtəbəli 3 otaqlı evin və 0,12 hektar torpaq sahəsinin onların-vərəsələr arasında atalarının vəsiyyətnaməsinə uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2 və onların nümayəndəsi (vəkili) Vəkil xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin artırılması və dəqiqdirilməsi barədə ərizələrində Cavabdeh2 adına verilmiş 0,25 hektar həyətyanı torpaq sahəsi barədə “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 829B saylı şəhadətnamənin etibarsız hesab edilməsi, Şəki rayonu, Baş Göynük kəndində yerləşən mərhum ataları X19 məxsus olan 0,25 hektar həyətyanı torpaq sahəsinin üzərində tikilmiş, ümumi sahəsi 80 kvadrat metr, yaşayış sahəsi 50 kvadrat metr olan birmərtəbəli 3 otaqlı evin vərəsələr olaraq onların arasında atalarının vəsiyyətnaməsinə uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2 və onların nümayəndəsi (vəkili) Vəkil xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin artırılması və dəqiqdirilməsi barədə ərizələri məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və nümayəndəsi (vəkili) Vəkil xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinə əlavədə texniki olaraq səhvən göstərilmiş “0,25 hektar” sözünün “0,13 hektar” kimi, “JN-829B” sözünün isə “JN-829A” kimi oxunmasını xahiş etmişlər. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-161/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən apelyаsiyа şikаyəti verilmişdir. Apelyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-161/2020 saylı qətnaməsi ilə MPM-nin 9, 14, 76, 77, 78, 79, 88, 106, 184, 192, 193, 218 və sair maddələrin tələbləri kobud şəkildə pozulmuşdur. Göstərilənləri nəzərə alaraq apelyasiya şikayətinin təmin edilməsini, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-161/2020 saylıqətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətinin təmin edilməsini xahiş etmişlər. Cavabdeh2 məhkəmə kollegiyasına ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, proses iştirakçılarının izahatlarını dinləyərək, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)- 161/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirimiş Şahid ifadəsində göstərmişdir ki, iş üzrə iddiaçılar və cavabdeh onun qardaşlarıdır. Onun iddiaçılarla münasibətləri normaldır. Lakin, Cavabdeh2 ilə 1996-cı ildən münasibətləri yaxşı deyildir. Onların atası 1996-cı ildə vəfat etmişdir. Atalarının vəfatından sonra onun vərəsələri kimi 5 qardaş və 4 bacıları qalmışdır. Onun anası 1986-cı ildə vəfat etmişdir. Anasının vəfatından sonra atası bir neçə il subay qalmış və sonradan atası başqa bir qadınla ikinci dəfə ailə qurmuşdur. Atası həmin qadınla da 10 ilə yaxın yaşamışdır. Atasının vəfatından 1 il əvvəl Cavabdeh2 kəndə gəlmiş və orada yaşamağa başlamışdır. Onun bacılarının hamısı ərdədir. Qardaşları İddiaçı1 və İddiaçı2 Bakı şəhərində yaşayırlar. Atası sağlığında eyni həyətdə bir ev tikib, onu həmin evə köçürmüşdür. Hazırda o, ailəsi ilə birlikdə həmin evdə yaşayır və Cavabdeh2 ilə qonşudur. Qardaşı Cavabdeh2 həyəti ilə onun həyətinin sərhədləri çəpərlə ayrılmışdır. Atasının dəfn xərclərini qardaşları Cavabdeh2, İddiaçı1 və İddiaçı2 qarşılamışlar. Atasının bütün vərəsələri onun yas mərasimlərində yaxından iştirak etmişlər. O, əvvəllər ata evində yaşamışdır. 1992-i ildən isə ayrılmışlar. Atasının sağlığında iddiaçılar atasına dərman alıb göndərmişlər, imkan daxilində atasını görməyə gəlmişlər. Atasının vəfatından təxminən 1 il sonra analığı oradan çıxarılmışdır. Analığı həmin evdən çıxarılandan sonra Cavabdeh2 bir müddət həmin evdə yaşamış və sonra yaşamaq üçün Sumqayıt şəhərinə getmişdir. Hacıyev X18 şəhərində qeydiyyatdadır və Cavabdeh2 ailə üzvləri Sumqayıt şəhərində yaşayırlar. Cavabdeh2 atasının vəfatından 3 il sonra kəndə gəlmişdir. Atasından qalmış evin inşasında bütün vərəsələrin əziyyəti vardır. Həmin ev 3 otaqdan, 2 otağın qarşısında yerləşən aynabənddən və böyük seyvandan ibarətdir. Sonradan Cavabdeh2 həmin evin damını dəyişmiş və həyətdə başqa tikililər inşa etdirmişdir. Onun nənəsinin adına ev qeydə alınmamışdır. Cavabdeh2 təsərrüfatda nənəsinin üstündə qeydiyyatda olmuşdur. Əslində, Cavabdeh2 atasına baxmamışdır. Buna görə də atası başqa ünvanda olan torpaq sahəsini sataraq əldə etdiyi pulla özünə dərman almışdır. Atası onun özünə də 4 sot torpaq sahəsi vermişdir. İşdə olan X12 əlyazma vəsiyyətnamə adlı sənəddə yazdıqlarından görünür ki, o, sağ ikən oturduğu binanı oğlanları Xanlar, Əhməd, İbrahim və həyat yoldaşı X20 arasında aşağıdakı qaydada bölür. Cavabdeh2 binanın şimal-yuxarı başda zal və onun gündoğana seyvanı öz sərhəddi, məhləsi binanın dalında olan torpaq və kənd başında olan torpaq ona verilməklə yolunu məhlənin (yəni ümumi yola açmalı, mal tövləsindən istifadə edəcək, məhlədə olan təndirxanadan yuxarıda göstərdikləri istifadə etməlidir. İddiaçı2 evin aşağı başında ev bir göz, kiçik kuxna və aşağı öz sərhəddindən seyvan və evin altında olan padval və öz sərhəddindən təndirxananın dalında olan sahə. İddiaçı1 kiçik qardaş olmaqla anası Elmiraya binanın orta hissəsində bir göz ev, bir göz şüşəbənd, hazırda Elmira ilə onun oturduğu yer olmaqla seyvanı və onun üstündə olan torpaq sahəsini Əhməd və İbrahimin istifadəsinə verilsin. Əhməd və İbrahimin yolu hazırda onun işlədiyi darvaza olmalıdır. Lakin, həmin əlyazma imzalanmamaqla yanaşı, onun hər hansı qaydada təsdiqidə mövcud deyildir. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı X58 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, **********36 nömrəli məktubda göstərilmişdir ki, Xidmətin 12 saylı X44 elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına əsasən X12 və Cavabdeh2 adlarına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Ləğv edilmiş DTXK-nın Şəki rayon şöbəsi tərəfindən təhvil verilmiş arxiv materiallarına əsasən Cavabdeh2 adına paylı mülkiyyətdə (5 nəfər ailə üzvü olmaqla) Şəki rayonu, Baş Göynük kəndində JN-829A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə sənədinə əsasən 0,13 hektar həyətyanı, JN-829B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə sənədinə əsasən 0,25 hektar həyətyanı, A-048082 saylı torpaq sahəsinin plan və ölçü sənədinə əsasən 0,2887 hektar əkin, A-048081 saylı torpaq sahəsinin plan və ölçü sənədinə əsasən 0.2198 ha əkin, A-064679 saylı torpaq sahəsinin plan və ölçü sənədinə əsasən 0.0431 ha əkin, A-064691 saylı torpaq sahəsinin plan və ölçü sənədinə əsasən 0.0368 ha əkin torpaq sahələrinin olduğu aşkar edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-829B, KOD 40406018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Şəki rayonu X9 xx xxxx 2002-ci il tarixli, 05 saylı qərarına əsasən Cavabdeh2, X21, X22, X27 və X13 Şəki rayonu, Baş Göynük kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 0 , 25 hektar torpaq sahəsi ayrılmışdır. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-829A, KOD 40406018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Şəki rayonu X9 xx xxxx 2002-ci il tarixli, 05 saylı qərarına əsasən Cavabdeh2, X21, X22, X27 və X13 Şəki rayonu, Baş Göynük kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 0 , 13 hektar torpaq sahəsi ayrılmışdır. İşdə olan Respublika Dövlət Arxivinin Şəki filialı tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 08 nömrəli arxiv arayışından görünür ki, Şəki İHB-nın Baş Göynük kəndi üzrə İcra Nümayəndəliyinin 1990- 1995-ci illərin təsərrüfatbaşına kitabına əsasən X12 təsərrüfatında ailə başçısı olduğu, təsərrüfatın tərkibindən tamamilə çıxan təsərrüfat üzvləri haqqında qeyd qrafasında” ölub akt 43, 4.Xİİ.96” yazılmış, təsərrüfat arvadı X7 adına qeyd edilmiş və təsərrüfatında aşağıdakı ailə üzvləri qeyd edilmişdir. X33a.b.-4.12.96 vəfat edib. İddiaçı2 Saleh oğlu-oğlu-təsərrüfatın tərkibindən tamamilə çıxan təsərrüfat üzvləri haqqında qeyd qrafasında -Bakıda yaşayır qeyd edilib. İddiaçı1-oğlu-getmişdir qrafasında 1987- Leninqradda, qayıdıb qrafasında Polşada hərbi qulluqda qeyd edilmişdir. X20-arvadı X23-gəlinitəsərrüfatın tərkibindən tamamilə çıxan təsərrüfat üzvləri haqqında qeyd qrafasında-16.11.92-ci ildə Bakıya getdi qeyd edilmişdir. Təsərrüfatında torpağının cəmi 1990-1994-cü illərdə 0,12, o cümlədən tikililərin, kolluqların, meşəliyin, yarğanların, qobuların və ictimai yolların altında 001 olması qeyd edilmişdir. İşdə olan Nuxa rayonu, Baş Göynük kənd Soveti tərəfindən xx xxxx 1959-cu il tarixdə verilmiş evlənmək haqqında şəhadətnamədən görünür ki, X33 ilə X4 arasında xx xxxx 1959-cu il tarixdə bağlanmış nikah nikahın bağlanması haqqında akt qeydləri kitabında 41 nömrə ilə qeyd edilmişdir. İşdə olan Nuxa rayonu, Baş Göynük kənd Soveti tərəfindən xx xxxxxx 1986-cı il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxxxx 1986-cı il tarixdə vəfat etmişdir İşdə olan Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X33 xx xxxxxx 1996-cı il tarixdə vəfat etmişdir. İşdə olan X14 tərəfindən Şəki şəhər İHB-nin Baş Göynük kənd İcra Nümayəndəsinə yazılmış xx xxxxxx 2006-cı il tarixli ərizədən görünür ki, o, həmin ərizəsi ilə Baş Göynük kəndində ata yurdunda yaşayan və hal-hazırda da yaşamaqda olan qardaşı Cavabdeh2 həmin yurddan ona düşən əmlak payını pay şəklində verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İşdə olan İsmayılova Zöhrə Saleh qızı tərəfindən Şəki şəhər İHB-nin Baş Göynük kənd İcra Nümayəndəsinə yazılmış və həmin icra nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx xxxxxx 2006-cı il tarixli ərizədən görünür ki, o, həmin ərizəsi ilə Baş Göynük kəndində ata yurdunda yaşayan və halhazırda da yaşamaqda olan qardaşı Cavabdeh2 həmin yurddan ona düşən əmlak payını pay şəklində verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İşdə olan X15 tərəfindən Şəki şəhər İHB-nin Baş Göynük kənd İcra Nümayəndəsinə yazılmış və həmin icra nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx xxxxxx 2006-cı il tarixli ərizədən görünür ki, o, həmin ərizəsi ilə Baş Göynük kəndində ata yurdunda yaşayan və hal-hazırda da yaşamaqda olan qardaşı Cavabdeh2 həmin yurddan ona düşən əmlak payını pay şəklində verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İşdə olan X28 tərəfindən Şəki şəhər İHB-nin Baş Göynük kənd İcra Nümayəndəsinə yazılmış və həmin icra nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx xxxxxx 2006-cı il tarixli ərizədən görünür ki, o, həmin ərizəsi ilə Baş Göynük kəndində ata yurdunda yaşayan və hal-hazırda da yaşamaqda olan qardaşı Cavabdeh2 həmin yurddan ona düşən əmlak payını pay şəklində verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İşdə olan Respublika Dövlət Arxivinin Şəki filialı tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli, 1291 nömrəli arxiv arayışından görünür ki, Şəki şəhər İHB-nin Baş Göynük kənd İcra Nümayəndəliyinin 1991-1995-ci illərin təsərrüfatbaşına kitabına əsasən X1 təsərrüfatında ailə başçısı olduğu, xx.xx.1992ci il tarixdə vəfat etməsi, təsərrüfat nəvəsi Cavabdeh2 adına keçirilməsi və təsərrüfatında torpağının cəmi 1990-1994-cü illərdə 0,12, o cümlədən tikililərin, kolluqların, meşəliyin, yarğanların, qobuların və ictimai yolların altında 1990-1994-cü illərdə 001 olması qeyd edilmişdir. İşdə olan Baş Göynük Bələdiyyəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş 123 nömrəli arayışdan görünür ki, Cavabdeh2 özünə məxsus olan qanuni həyətyanı torpaq sahəsinə görə bələdiyyəyə olan vergi borcunu tam olaraq ödəmişdir. İşdə olan Şəki şəhər İHB-nin Baş Göynük kənd İcra Nümayəndəsi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli, 1505 nömrəli arayışdan görünür ki, 1996-cı il tarixdə vəfat etmiş X6 rayonu, Baş Göynük kəndində yaşamışdır. X3 vəfat etdiyi günədək onunla birlikdə (və ya miras tərkibinə daxil olan əmlakda) qeydiyyatda olan və ya yaşayan, vəfatından sonra da həmin ünvanda qeydiyyatda qalan və ya faktiki yaşayan vərəsələri kimi arvadı X16 (vəfat etmişdir), uşaqları X29, Hacıyeva Zöhrə Saleh qızı, Şahid, X28, Cavabdeh2, X24, İddiaçı2 Saleh oğlu, İddiaçı1 və X11 qalmışlar. İşdə olan Şəki Regional “Asan Xidmət” X26 tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli, 3071 nömrəli məktubdan görünür ki, Şəki şəhər İHB-nin Baş Göynük kənd İcra Nümayəndəsi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli, 1505 nömrəli arayışa əsasən xx xxxxxx 1996-cı il tarixdə vəfat etmiş X12 vərəsələri kimi arvadı X16 (vəfat etmişdir), uşaqları X29, Hacıyeva Zöhrə Saleh qızı, Şahid, X28, Cavabdeh2, X24, İddiaçı2 Saleh oğlu, İddiaçı1 və X11 qalmışlar. İşdə olan Şəki şəhər İHB-nin Baş Göynük kənd İcra Nümayəndəsi tərəfindən verilmiş xx xxxxxxx 2018-ci il tarixli, 51 nömrəli arayışdan görünür ki, Cavabdeh2 Şəki rayonu, Baş Göynük kəndində qeydiyyatda deyildir və yaşadığı ev mərhum atası X8r. Həmin evin heç bir hüquqi sənədi yoxdur. Evin ümumi sahəsi 80 kvadrat metr, yaşayış sahəsi 50 kvadrat metrdir, birmərtəbəli, 3 otaqlıdır, həyətyanı torpaq sahəsi 0,12 hektardır. Ev 07 nömrəli təsərrüfat başına kitabda 81-ci səhifədə Xanların qardaşı İddiaçı1 təsərrüfatında qeyd olunmuşdur. Həmin evdə qeydiyyatda İddiaçı1, Hacıyeva Könül Saleh qızı, X17, Cavabdeh2 ailəsi-X21, X30, X31, X36, X32 vardır. Həyətyanı torpağın şəhadətnaməsi Xanların adınadır. Həmin şəhadətnamə onun özündədir. Həmin həyətdə tövlə olmuşdur. Xanlar tövləni söküb yerində 24 kvadrat metr sahəsi olan altıaçıq tikmişdir. Bundan əlavə həmin həyətdə 12 kvadrat metr sahəsi olan təndirxana vardır. Xanların atası mərhum X2 həmin evin bir otağını Xanlara, bir otağını oğlu İbrahimə və bir otağını oğlu Əhmədə vəsiyyət etmişdir. Mərhumun 8 vərəsəsi vardır. Onlardan üçü Xanlar, İbrahim və Əhməd həmin evə iddialıdırlar. Həmin evə dair heç bir hüquqi sənəd yoxdur, yalnız təsərrüfatbaşına kitabdan qeydlər edilmişdir. İşdə olan Respublika Dövlət Arxivinin Şəki filialı tərəfindən Vəkil ünvanlanmış xx xxxxxxx 2018-ci il tarixli, 150 nömrəli arxiv arayışından görünür ki, Vəkil Respublika Dövlət Arxivinin Şəki filialına ünvanladığı xx.xx.2018-ci il məktubda Şəki rayonunun Baş Göynük kəndində qeydiyyatda olmuş X12, xx xxxxxx 1986-cı il tarixdə vəfat etmiş həyat yoldaşı Hacıyeva (Mustafayeva) Qələm Mustafa qızının, hazırda qeydiyyatda olan və yaşayan Cavabdeh2, İddiaçı1 həmin evlə, tikililərlə, həyətyanı torpaq sahəsi ilə əlaqədar hüquqmüəyyənedici sənədlərin təsdiq olunmuş surətlərinin göndərilməsi, həmin yaşayış sahəsində qeydiyyatda olması və yaşaması barədə, həmçinin həmin ünvanda yerləşən qeyriyaşayış sahələri barədə ətraflı məlumat verməsini xahiş etdiyi, Dövlət Arxivi olaraq Respublika Dövlət Arxivinin Şəki filialında Baş Göynük kənd əhalisinə məxsus həyətyanı torpaqlar, tikililər, hər bir ailə başçısına aid olan, eləcədə həmin evdə (təsərrüfatda) yaşayan hər bir ailə üzvünün adı və atasının adı yazılmaqla, hər beş ildən bir dəyişilən “Təsərrüfatbaşına kitablar”-da qeyd olunur. Məktubunda adlarını qeyd etdiyi şəxslər, onların qeydiyyatda olması və onlara aid olunan tikililər, həyətyanı torpaq sahəsi, təsərrüfatında kimlərin olması barədə qeydiyyatı digər hüquqmüəyyən edici sənədlər Baş Göynük kənd İcra Nümayəndəliyinin 1986-1990,19911995,1996-2000, 2001-2005, 2006-2010-cu illərin təsərrüfatbaşına kitablarında qeyd edilmişdir. Eləcə də Baş Göynük kənd sakini olmuş X12 da 1986- 2010-cu illər ərzində ailə başçısı kimi təsərrüfatında olan hər hansı bir dəyişikliklər ona göndərilmiş 22 vərəqədən ibarət kserosurətlərdə öz əksini tapmışdır. Məktubda adı qeyd olunan Cavabdeh2 təsərrüfatı 1996-2000-ci ilin kitabında ayrıca qeyd edilmiş adına torpaq sahəsi göstərilməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh2 qardaş olmaqla, onlar X12 uşaqlarıdırlar. X33 xx xxxxxx 1996-cı il tarixdə vəfat etmişdir. X3 vəfatından sonra onun faktiki yaşayan vərəsələri kimi uşaqları X29, Hacıyeva Zöhrə Saleh qızı, Şahid, X28, Cavabdeh2, X24, İddiaçı2 Saleh oğlu, İddiaçı1 və X11 qalmışlar. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından belə halda vərəsəliyin özü tərəfindən qəbul etməsini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Başqa sözlə iddiaçı cavabdehin vərəsəliyi qəbul etməməsini deyil, özünün vərəsəliyi qəbul etməsini sübut etməlidir. Lakin iddiaçı X25 özü tərəfindən vərəsəliyin qəbul edilməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddiaçıların və cavabdehin atası X33 xx xxxxxx 1996cı il tarixdə vəfat etdiyindən onlar arasındakı mübahisəyə baxılarkən 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin (1965-ci il redaksiyası) müvafiq müddəaları da nəzərə alınmalıdır. Həmin Məcəllənin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 545-ci maddəsinə vəsiyyətnamə, onun tərtib edilmə yeri və vaxtı göstərilməklə yazılı formada tərtib edilməli, vəsiyyət edən tərəfindən imzalanmalı və notariatda təsdiq edilməlidir. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən miras açılan gündən altı ay müddətində vərəsə miras əmlakı faktiki idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə mirası qəbul etmiş hesab olunur. 2000-ci ilin sentyabr ayının 1-dən sonra qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1166-ci maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Həmin Məcəllənin 1170.2-ci maddəsinə əsasən əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə, lakin vəsiyyətnamədə yalnız bir vərəsənin payı müəyyənləşdirilmişdirsə, digər vərəsələr qalan əmlakı bərabər alırlar. Həmin Məcəllənin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Həmin Məcəllənin 1179.2-ci maddəsinə əsasən notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Həmin Məcəllənin 1180.1-ci maddəsinə əsasən vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Həmin Məcəllənin 1180.2-ci maddəsinə əsasən vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki iddiaçılar İddiaçı1 və İddiaçı2 iddialarının əsası kimi məhkəməyə X33 tərəfindən yazıldığını bildirdikləri əlyazma vəsiyyətnaməni təqdim etsələr də, ƏMDK yanında DƏDRX-nin 12 saylı X58 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, **********36 nömrəli məktubda müəyyən edilmişdir ki, Xidmətin 12 saylı X44 elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına əsasən X12 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Həmçinin, iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddialarında atalarından qalmış və vəsiyyətnamə üzrə göstərdikləri əmlakların vərəsələr arasında paylarına uyğun bölünməsini tələb etsələrdə, onlar iddia ərizəsinə əlavə etmədikləri kimi, məhkəmə iclasları zamanı da atalarından miras əmlakın, yəni Şəki rayonu, Baş Göynük kəndində yerləşən 0,13 hektar həyətyanı torpaq sahəsinin üzərində tikilmiş, ümumi sahəsi 80 kvadrat metr, yaşayış sahəsi 50 kvadrat metr olan birmərtəbəli 3 otaqlı evin qaldığını sübut edəcək hər hansı bir sənədi məhkəməyə təqdim etməmişlər. Belə olduğu halda X3 əlyazma olaraq yazması kimi iddiaçıların məhkəməyə təqdim etdikləri imzasız vəsiyyətnamədə hansı və kimin mülkiyyətində olan əmlakın vəsiyyət edildiyini müəyyən etmək mümkün deyildir. Ümumiyyətlə, iddiaçıların məhkəməyə təqdim etdikləri “Vəsiyyətnamə” başlıqlı imzasız əlyazmanın sənəd kimi qəbul edilməsi və ona bir sənəd kimi istinad edilməsi qanunvericiliyin rələblərinə uyğun hesab edilə bilməz. İddia tələbindən görünür ki, iddiaçılar iddia tələblərində miras əmlaka dair vərəsəliyin müəyyən edilməsini deyil, Şəki rayonu, Baş Göynük kəndində yerləşən mərhum ataları X19 məxsus olan ümumi sahəsi 80 kvadrat metr, yaşayış sahəsi 50 kvadrat metr olan birmərtəbəli 3 otaqlı evin və 0,12 hektar torpaq sahəsinin onların-vərəsələr arasında atalarının vəsiyyətnaməsinə uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bundan əlavə iddiaçılar Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-161/2020 saylı qətnaməsi ilə MPM-nin 9, 14, 76, 77, 78, 79, 88, 106, 184, 192, 193, 218 və sair maddələrinin tələblərinin kobud şəkildə pozulduğunu qeyd etsələr də həmin pozuntuların konkret nədən ibarət olduğunu bə bunu təsdiq edən hər hansı bir mötəbər dəlili məhkəmə kollegiyasına təqdim etməmişlər. Sübutetmə vəzifəsinin bölgüsü baxımından belə halda vərəsəliyin özü tərəfindən qəbul etməsini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-161/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-161/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov VəzirxanMəlikov
Məhkəmə qərarları › İş №2(107)-1315/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1315/2020
13.08.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver