Məhkəmə qərarları › İş №2(107)-1315/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1315/2023

16.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1315/2023 16.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X5 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, Kərimli Tunar Mübariz oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(075)-2021/2023 saylı qərardadından mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X2 miras qalmış “VAZ 2106” markalı **-MS-*** dövlət nömrə nişanlı avtomobildən ona və övladlarına düşən miras payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 24 avqust 2023-cü il tarixdə məhkəmənin icraatına qəbul edilmişdir. 07 oktyabr 2023-cü il tarixdə Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum oğlu X2 açıq miras qalmış “VAZ 2106” markalı **-MS-*** dövlət nömrə nişanlı avtomobil üzrə qanun üzrə vərəsələr İddiaçı, X6 və X3 pay almaq hüququnun itirilmiş hesab edilməsi və payın digər vərəsələr Cavabdeh2 və X1 barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(075)-2021/2023 saylı qərardadı ilə İddiaçı cavabdeh Şəki Regional «Asan xidmət» mərkəzində Notairat ofisinə qarşı “mirasın qəbul edilmə faktının müəyyən edilməsi və miras payının ayrılması” tələbinə dair Cavabdeh2 İddiaçı qarşı “mirasın digər vərəsələrə keçirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmədən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Cavabdeh2 tərəfindən Şəki Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(075)- 2021/2023 saylı qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, e-2(075)-2021/2023 saylı qərardadını qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə qanunsuz və əsassız qərardad qəbul etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hallar birinci instansiya məhkəməsi tərəfindən sübut edilmə bilməmişdir. Odur ki, Şəki Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, e-2(075)-2021/2023 saylı qərardadının ləğv edilməsi və onun tərəfindən verilmiş iddia ərizəsinin icraata götürülməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(075)-2021/2023 saylı qərardadı ilə Şəki Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(075)-2021/2023 saylı qərаrdаdındаn Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməməsi və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(075)-2021/2023 saylı saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 35.3-cü maddəsinə əsasən qarşılıqlı iddia, aidiyyətindən asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Göründüyü kimi iş üzrə məhkəmə hazırlıq iclası, məhkəmə baxışı iclası və bundan sonra digər məhkəmə iclasları keçirilmişdir. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməli olduğu halda qarşılqlı iddiaçı Cavabdeh2 qarşılıqlı iddia ərizəsi işin baxılmasına başlanandan sonra verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(075)-2021/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Qarşılqlı iddiaçı Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(075)-2021/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar