Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-132/2022 26.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X7, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz fəaliyyət göstərən çörək sexinin fəaliyyətinin dayadırılması və həmin sexin sökülməsinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(039)-71/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(039)-71/2021 nömrəli qətnaməsi ilə (hakim Günay Cavadova) İddiaçı Cavabdeh qarşı qanunsuz fəaliyyət göstərən çörək sexinin fəaliyyətinin dayandırılması və həmin sexin sökülməsinə dair iddiasının təmin edilməsi, Yevlax şəhəri ünvan 1 ünvanda yerləşən 0,0402 ha torpaq sahəsində yerləşən çörəkbişirmə sexinin fəaliyyətinin dayandırılması və çörəkbişirmə sexinin Cavabdeh tərəfindən sökülməsi, ekspertiza tədqiqatının dəyəri 100 manatın Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax şəhəri ünvan 1 ünvanında yerləşən, cavabdehin mülkiyyətində olan fərdi yaşayış evində qanunsuz tikilmiş çörək sexinin fəaliyyətinin dayandırılması, həmin qanunsuz tikilinin sökülməsi barədə qətnaməı çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, hazırda Yevlax şəhəri Füzuli küçəsində yerləşən 68 saylı evin mülkiyyətçisdir. Cavabdeh, onunla qonşuluqda yaşayan Cavabdeh yaşadığı evə bitişik olaraq çörəkbişirmə sexi tikmiş və orada çörək istehsalı ilə məşğuldur. Cavabdehin yaşayış binasına bitişik şəkildə çörəkbişirmə sexi tikməsi nəticəsində qıcqıran drojun iyindən, qazın, buxarın, tüstünün, səs-küyün, istiliyin və titrəyişlərin təsirindən öz evində rahat yaşaya bilmir. Çörək sexi qanunsuz fəaliyyət göstərməklə bərabər, onun əmlakı və ailəsinin, uşaqların səhhəti üçün ciddi təhlükədir. Bu səbəbdən də onun fəaliyyətinin dayandırılmasını, evinə bitişik bu qanunsuz tikilinin tikinti qaydalarına uyğun olmadığını nəzərə alaraq sökülməsini istəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkil Nümayəndə iddia tələbini qəbul etmədiyini, çörək sexinin demək olar ki, Yevlax rayonunun yarısını çörəklə təmin etdiyini bildirərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Həmin qətnаmədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, İddiaçı Talib oğlu hazırkı iddianı qaldırarkən özünə aid olmayan səlahiyyət həddini aşmışdır. Şəxs iddiasında bildirir ki, çörəkxana qanuni əsaslarla fəaliyyət göstərmir. Bu barədə Fövqəlada Hallar Nazirliyinin razılığı olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeyd olunan çörək sexi rəsmi olaraq qeydiyyatdan keçməyib, çörək sexi qanunsuz fəaliyyət göstərir və bu şəxsin sağlamlığı və fəaliyyəti üçün təhlükə vardır. Məhkəmə qətnamə qəbul edərkən çıxarmış olduğu qətnamədə hesab etmişdir ki, iddiaçı cavabdehə məxsus çörəkbışırmə sexinin fəaliyyətinin dayandırılmasını və sökülməsini tələt etməklə haqlıdır. Çünki, Mülki Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikint normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasından sökülə bilər. Məhkəmənin digər əsaslandığı hall 02.07.2021 -ci il tarixli ekspert rəyidir. Həmin rəydə qeyd olunur ki, binanın şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşidirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyeklənndə dəyişiklikləri edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq İcra Hakimiyyəti orqanları ilə razılaşdırılması qaydalarının 4.1 və 4.2 bəndlərinin tələblərinə uyğun olmadığı qeyd edilir. O, qeyd edilən halları tamamilə rədd edir. Qeyd olunan əmlak yəni, Yevlax şəhəri, ünvan 2 ünvanında yerləşən 0,0402 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 2.36,07 kvm olan fərdi yaşayış evi onun və digər qardaşlarının mülkiyyətindədir. Bundan başqa Yevlax şəhər İcra Hakimiyyətinin Başçısının 41 nömrəli 18.04.2016-cı il tarixli sərəncamına əsasən onun mülkiyyətində olan 0,0402 ha torpaq sahəsinin 49,0 kv. metrində tikilmiş mövcud binada sanitariya qaydalarına və mühafizə haqqında müvafiq normativ hüquqi aktlara uyğun olaraq onun çörək sexi ilə bağlı sahibkarlıqla məşğul olmağına razılıq verilmişdir. O, Yevlax şəhərində ən keyfiyyətli çörəkbişirrnə sexlərindən birini işlədir. Əhalinin santariya və gigiyenaya uyğun qaydada çörək tələbatını ödəyir. Mülkiyyətində olan torpaq sahəsində olan çörək sexini rəsmi icazə və razılıq olmadan o necə işlədə bilər. Buraya epidemiya və sanitariya idarələrindən tutmuş bütün aidiyyatı müəssisələr əhali üçün xüsusi önəm daşıyan çörəyin tam və keyfiyyətlə əhaliyə satılmasına nəzarət edir. Bundan başqa çörək sexinə məhkəmə baxışı edilməsini, burada baş verən halların canlı olaraq görülməsini istəyir. O, heç bir halda qanunsuz fəaliyyət göstərmir. Ən azı Yevlax şəhərində yaşayan əhalinin 25%-nin çörəyə olan etiyacını təmin edir. Bu böyük bir göstəricidir. Tam normal səviyyəli, gigiyena qaydalarına əməl edən bir sex kimi fəaliyyət göstərir. Onun qanunsuz fəaliyyət göstərməyilə bağlı nə sanitar gigiyena idarələri, nə Fövqəladə Hallar Nazirliyi, nə ərzağa nəzarət edən inzibati idarələr, nə də yerli İcra Hakimiyyəti bu məsələ ilə bağlı heç bir narahatçılıq yaradacaq qərarlar qəbul etməmişdir. Bu şəxsin hazırkı tələblə bağlı çıxış etməsi hesab edir ki, onun subyektiv hüququ deyildir. Bu tələblə çıxış etməkdə haqlı deyildir. Burada texniki avadanlıq elə qurulub ki, bu şəxsin sağlamlığına və həyatına təsir edə biləcək heç bir əsaslar mövcud deyildir. Yevlax şəhər İcra Hakimiyyətinin Başçısının 21 nömrəli 18.02.2019-cu il tarixli sərəncamına əsasən Yevlax şəhəri, Füzuli küçəsi 66 ünvanında sahibkarlıq fəaliyyəti ilə istifadə olunmasına razılıq verilmişdir. Bu fakt rəsmi sərəncamla verilib. Bundan başqa onun tərəfindən Azərbaycan Respublikası Standartlaşdırma institutu Publik hüquqi Şəxsin uyğunluğun Qiymətlərdimə Departamentinin əla növ buğda unundan bişirilmiş qəlipli çörəyin rəsmi setrifikatı alınmışdır. Eləcə də X9 Xidmətinin Aran Regional X11 İdarəsinin çörək sexi ilə bağlı tövsiyyə qərarı rəsmi olaraq ona təqdim edilmişdir. Şahin çörək sexi sığorta obyekti olaraq Daşınmaz Əmlakın İcbari Sığortasında rəsmi qeydiyyatdan keçirilmişdır. Çörək sexinin enerjidən istifadə ilə bağlı qarşılıqlı müqaviləsi bağlanmışdır. Sex texniki şərtin tələblərinə müvafiq olaraq öz faəliyyətini həyata keçirmişdir. Maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı ilə əlaqədar 073283 saylı möhürlü lisenziya alınmışdır. Çörək sexinin qaz kəmərinin istismara qəbulu aktı qəbul edilmişdir. Çörək sexinin üzərində aparılan yoxlamaların vahid reyestrindən 26.04.2021-ci ildə tərtib edilmiş rəsmi çıxarış əldə edilmişdir. Burada çörək sexinin fəaliyyət şəraiti yoxlanılmışdır. 18.04.2016-cı il tarixində 41 saylı sərəncamla Yevlax şəhəri, ünvan 3 ünvanda yaşayan Cavabdeh mülkiyyətində olan torpaq sahəsində tikilmiş mövcud binada sahibkarlıqla məşğul olmasına razılıq verilməsi barədə İcra Hakimiyyətinin sərəncamı qəbul edilmişdir. Azərbaycan Respublikasının Qida X4 Məhsulları sahəsində X2 Dövlət reyestrinin ********** saylı, 11.06.2019-cu il tarixli çıxarışı əldə edilmişdir. Burada sexin çörək istehsalı ilə bağlı tədbirləri qeyd edilmişdir. Bundan başqa Gigiyena və X1 Gigiyena və epidemiologiya Mərkəzinin 25 nömrəli müqaviləsi ilə fəaliyyət göstərən çörək sexi daima GEM-in nəzarətində olmuşdur. Obyektin qanuni çıxarışı vardır. Müntəzəm olaraq bələdiyyə vergiləri və qaz, su, işıq vergiləri ödənilib. Qaz paylayıcısı və sənaye qaz qurğusundan istifadəsi ilə bağlı, qarşılıqlı rəsmi müqavilə imzalanıb. Əmlakın yanğından və digər əlavə risklərdən sığorta şəhadətnaməsi işlənib və qarşılıqlı qaydada imzalanıb. Bütün bunlar qanunvericliyin tələblərinə müvafiq olaraq aidiyyatı dövlət idarələri tərəfindən təsdiq edilib. Onlar qanuni əsaslarla fəaliyyət göstərərək heç kəsin maraqlarına toxunmamışlar. Müəssisənin, sexin bağlanılmasını, hansısa bir şəkildə faəlıyyətinin dayandırılmasını dövlət subyektləri edə bilər. Bu səbəbdən də tələbin qanunsuz, əsassız olduğunu nəzərə alaraq subyektiv hüquqi olamayan şəxsin əsassız iddiasının rədd edilməsini xahiş edir. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(039)- 71/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları , Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili X10 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(039)-71/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Yevlax Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(039)-71/2021 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı qanunsuz fəaliyyət göstərən çörək sexinin fəaliyyətinin dayadırılması və həmin sexin sökülməsinə dair iddiası rədd edilməlidir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Yevlax şəhəri Məhəmməd ünvan 4 ünvanda yerləşən 0,0366 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 128,8 kvm olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Yevlax şəhəri ünvan 1 ünvanda yerləşən 0,0402 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 236,07 kvm olan fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh, X8, X5 və X6 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Yevlax şəhəri İcra Hakimiyyəti Başçının tərəfindən verilmiş 41 №-li, 18 aprel 2016-cı il sərəncamdan görünür ki, Cavabdeh mülkiyyətində olan 0.0402 ha torpaq sahəsinin 49.0 kv.metrində tikilmiş mövcud binada sanitariya qaydalarına, təbiətin mühafizəsi haqqında müvafiq normativ hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə sahibkarlıqla məşğul olmasına razılıq verilmişdir. İş materiallarına əlavə edilmiş “məhkəmə tikinti-texniki ekspertizasının” 10/293 saylı, 02.07.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Yevlax şəhəri ünvan 5 ünvanda aparılmış tikinti işlərinə dair icazə sənədi olduğu, lakin aparılmış tikinti işləri layihə sənədlərinə uyğun olmadığı üçün, həmin tikinti işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarının 4.Y və 4.2. bəndlərinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilmişdir. Həmin ekspert rəyinin təsviri hissəsində göstərilmişdir ki, "xxxx" MMC tərəfindən tərtib olunmuş və baş memar tərəfindən razılaşdırılmış layihədə çörək sexinin 2 otaqdan ibarət olmaqla, tikinti sahəsi 49,0 kv.m göstərilsə də, həmin çörəkbişirmə sexinin otaqları faktiki olaraq ümumi sahəsi 154,0 kv.m olmaqla layihəyə uyğun inşa olunmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 165 və 180.4-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh Yevlax şəhəri Füzuli küçəsində qonşuluqda yaşayırlar. Cavabdeh özünə məxsus torpaq sahəsində fərdi yaşayış evi və mövcud şəhərsalma qaydalarına uyğun olmayan çörəkbişirmə sexi mövcuddur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdehə məxsus çörəkbişirmə sexinin fəaliyyətinin dayandırılmasını və sökülməsini tələb etməkdə haqlıdır. Çünki Mülki Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, ekspertiza tədqiqatını dəyəri 100 manat məbləğində pul Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Qida X3 Regional Bölməsi tərəfindən verilmiş 20 dekabr 2021-ci il tarixli 29/1-3951 nömrəli rəydə göstərilmişdir ki, Agentliyin Bərdə regional bölməsinin əməkdaşları tərəfindən Yevlax rayonu, Yevlax şəhəri, ünvan 1 ünvanında fəaliyyət göstərən fiziki şəxs Cavabdeh məxsus “Çörək sexi’’nə baxış həyata keçirilmişdir. Keçirilən baxış zamanı məlum olmuşdur ki, çörək bişirilməsi üçün əsas 4 (dörd) avadanlıqdan - qarışdırıcı, kündəkəsən, kündəvuran və sobadan istifadə edilir. Baxış zamanı yuxanda qeyd olunan ünvanda fəaliyyət göstərən “Çörək sexi”ndə hər hansı üfunət iyi və yad qoxu aşkar edilməmişdir. "Çörək sexi”dəki əsas soba qonşu divardan əks istiqamətdəki divarda yerləşdirilmişdir. Soba çalışarkən qonşuluqda yaşayan insanlara təsir edəcək hərarət müşahidə edilməmişdir. “Çörək sexi”ndə tərəfimizdən sanitar-norma qaydalara riayət olunması, işçiiərin tibbi qoruyucu vasitə olan maskadan, əlcəkdən və bonedən istifadə etməsi müəyyən edilmişdir. Əlavə olaraq, sexdə istifadə olunan taxta rəflərin, işçi masaların üzərinin gigiyenik səthə malik olması tərəfimizdən müəyyən edilmişdir. Beləliklə ətrafda yaşayan insanların evində rahat yaşamalarına ciddi maneə aşkar edilməmişdir. Göstərilən mütəxəssis rəyi ilə müəyyən olunur ki, mübahisəli Yevlax rayonu, Yevlax şəhəri, ünvan 1 ünvanında yerləşən çörək sexi qonşuluğundakı Yevlax rayonu, Yevlax şəhəri, ünvan 1 ünvanında yerləşən yaşayış evində insanların rahat yaşamalarına ciddi maneə törətmir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən istinad etdiyi 10/293 saylı, 02.07.2021-ci il tarixli ekspert rəyinin “tədqiqat prosesinin təsviri” hissəsində göstərilmişdir ki, iddiaçının tikilisi ilə çörək sexinin arasında olan məsafə 9,2m uzunluğunda olan hissədə 0,8m, qalan hissədə 0,95m təşkil edir. Eyni zamanda iddiaçının yaşayış evində tikinti aparılan hissədə hər-hansı bir ziyan dəyməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura komitəsinin layihələndirən Təşkilat "xxxx" MMC tərəfindən tərtib olunmuş və baş memar tərəfindən razılaşdırılmış layihəyədə çörək sexinin 2 otaqdan ibarət olaraq ümumi tikinti sahəsi 49,0m göstərilsə də, həmin çörək bişirmə sexinin otaqları faktiki ümumi sahəsi 154,0 kv.m olmaqla layihəyə uyğun inşa olunmamışdır. Göründüyü kimi, həmin ekspert rəyində də mübahisəli çörək sexinin qonşuluqdakı yaşayış evinə hər hansı zərər vurmadığı təsdiq olunur. Çörək sexinin layihəyə uyğun inşa olunmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin məsələ müvafiq dövlət orqanları tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 171.1ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 171.2.-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Göstərilən normaların tələbi baxımından məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən çörək sexinin fəaliyyəti ətrafda yaşayan insanların rahat yaşamalarına maneə törətmədiyindən, qonşuluqdakı evlərə hər hansı mənfi təsiri olmadığından, həmçinin, iddiaçının maraqlarına zidd olmadığından, iddia tələbi təmin edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Yevlax Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(039)-71/2021 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı qanunsuz fəaliyyət göstərən çörək sexinin fəaliyyətinin dayadırılması və həmin sexin sökülməsinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Yevlax Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(039)-71/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı Yevlax şəhəri ünvan 1 ünvanında yerləşən, cavabdehin mülkiyyətində olan fərdi yaşayış evində qanunsuz tikilmiş çörək sexinin fəaliyyətinin dayadırılması və həmin sexin sökülməsinə dair iddiası rədd edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-132/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-132/2022
26.01.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver