Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1325/2020 18.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), X6 və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X4 iclas katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Balakən rayon Dövlət Notariat Kontoruna qarşı beh müqaviləsinə xitam verilməsi və satıcı tərəfindən behin alıcıya qaytarılması tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(019)-1542/2018 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikаyətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Balakən rayon Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 ilə aralarında bağlanmış xx xxxxxx 2016-cı il tarixli 3M-64 nömrəli beh müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 müqaviləyə əsasən ödənilmiş behin iki misli 20000 (iyirmi min) manatın, 2000 manat çəkdiyi təmir xərcinin və dövlət rüsumuna görə ödənmiş 30 (otuz) manatın, cəmi 22030 (iyirmi iki min otuz) manatın tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(019)-1542/2018 nömrəli qətnaməsi ilə (hakim H.Səlimov) iddia qismən təmin edilmiş, Cavabdeh1 müqaviləyə əsasən ödənilmiş behin iki misli-20000 (iyirmi min) manat, yaxşılaşdırmaya görə 750 manat və dövlət rüsumuna görə ödənmiş 30 (otuz) manat, cəmi 20780 (iyirmi min yeddi yüz səksən) manatın alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 аpelyаsiyа şikаyəti verərək Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(019)-1542/2018 nömrəli qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xаhiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(107)-2066/2019 nömrəli (sədrlik edən Ə.Məcidov, M.Əsədli, İ.Quliyev) qətnaməsinə əsasən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsi, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(019)-1542/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 və Balakən rayon Dövlət Notariat Kontoruna qarşı İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli 3M-64 nömrəli beh müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 müqaviləyə əsasən ödənilmiş behin iki misli 20000 (iyirmi min) manat, 2000 manat çəkdiyi təmir xərci və dövlət rüsumuna görə ödənmiş 30 (otuz) manat, cəmi 22030 (iyirmi iki min otuz) manatın tutulub ona ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı kassasiya şikаyəti verərək Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(107)-2066/2019 nömrəli qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xаhiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-1249/2020 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(107)-2066/2019 nömrəli qətnaməsi ləğv edilib, iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşin halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Şambul kəndində yaşayır. Mövsümi işlərlə əlaqədar Rusiya Federasiyasına işləməyə gedir. Cavabdeh1 ünvan 1 mənzil 12 ünvanında ümumi sahəsi 38.1 kv/m olan 1 otaqlı mənzili olduğunu və Bakı şəhərində yaşadığı üçün onu satmaq istədiyini bildirmişdir. Onlar evi 23000 (iyirmi üç min) manata razılaşmışlar. Həmin vaxt yetərincə pulu olmadığına görə Cavabdeh1 ilə beh müqaviləsi bağlamağa razılaşmış, Cavabdeh1 beh olaraq 10000 manat vermişdir. Bununla bağlı onlar xx xxxxxx 2016-cı ildə Cavabdeh2na gedərək bu məzmunda beh müqaviləsi bağlamışlar. Beh müqaviləsinə əsasən xx xxxx 2018-ci il tarixə kimi onlar alqı-satqını rəsmiləşdirməyi və icrasını təmin etməyi öhdələrinə götürmüşlər. Cavabdeh ondan 10000 manat behi aldıqdan sonra mənzilin açarlarını ona təqdim etmişdir. O da həmin mənzilə köçmüşdür. Bir müddət sonra mənzilin təmirə ehtiyacı olduğuna görə mənzili təmir etmiş, 750 manat verərək pəncərələri dəyişib plastik pəncərələr qoymuş, hamamda təmir işləri aparmışdır. Hamamda işlərin görülməsinə 1250 manat pul xərcləmişdir. O, həmçinin televizor, paltaryuyan, soyuducu alaraq həmin evə qoymuşdur. Beh müqaviləsində göstərilən müddət başa çatmamış 2017-ci ilin noyabr ayında o cavabdehə geridə qalan 13000 manatın hazır olduğunu bildirərək alqı-satqı müqaviləsinin bağlanılması üçün onu Cavabdeh2na dəvət etmişdir. Lakin Cavabdeh1 səhhəti ilə bağlı gələ bilməyəcəyini, narahat olmamasını bildirib notariat kontoruna gəlməmişdir. Bundan sonra da o bir neçə dəfə ödəyəcəyi pulun hazır olduğunu bildirməklə cavabdehi alqı-satqının bağlanması üçün notariat kontoruna dəvət etmiş, lakin cavabdeh hər dəfə bir bəhanə ilə ora gəlməkdən imtina etmişdir. Bir neçə ay bundan əvvəl isə cavabdeh onunla alqı-satqı müqaviləsi bağlamayacağını bildirmişdir. Cavabdeh bildirmişdir ki, mənzili satmasına peşiman olmuşdur, çünki mənzili ona ucuz satmışdır. Bundan sonra cavabdeh həmin mənzilin açarlarını dəyişərək ümumiyyətlə onu ora buraxmır. İndi isə nə behi qaytarır, nə də alqı-satqı müqaviləsini bağlayır. Cavabdehlə aralarında bağlanmış beh müqaviləsinin 4.3-cü maddəsində göstərilmişdir ki, müqavilənin təsdiqi və ya icra edilməsi beh almış tərəf məsuliyyət daşıdığı halda, o digər tərəfə aldığı behin iki mislini ödəməlidir. Eyni zamanda apardığı tikinti təmir işlərinin dəyəri ona ödənməlidir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(019)-1542/2018 nömrəli qətnaməsi əsassız və qanunsuzdur. Belə ki, məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, o, məhkəmənin yeri və vaxtı barədə lazimi qaydada xəbərdar olunmuşdur. Məhkəmə tərəfindən belə bir iddia ilə bagli işin baxılmasından xəbəri olmamışdır. Belə ki, uzun müddətdir ki, Bakı şəhərində yaşayır. Yalnız Balakən rayon İcra Şöbəsi tərəfindən Şöbəyə dəvət olunduğu 2019-cu ilin aprel ayının əvvəlində ona məlum olmuşdur ki, belə bir qətnamə var. Bundan sonra o, məhkəmə qətnaməsini əldə etmişdir. İddiaçı iddia ərizəsində qeyd etdikləri, həmçinin məhkəməyə verdiyi izahat tam yalandır. 2016-cı ilin dekabr ayının 14-də iddiaci Elşən Doşanov və qohumu X8 səhərinə ona zəng edərək Balakən şəhərində olan satmaq istədiyi mənzili almaq istədiyini bildirmişdir. Balakən rayonuna gəlməyə maddi imkanı olmadığından Elsad ona 500 manat pul göndərməklə tez gəlməyini xahis etmişdir. xx xxxxxx 2016 ci il tarixdə sifarişli maşınla 2 qızı ilə birlikdə Balakən rayonuna gəlmişdir. Evin qiymətini Elşadla əvvəlcə 25 min manata danışmişlar. Elsad mənzilin pəncərələrini dəyişəcəyi müqavilənin bağlanması ilə bağlı rüsumları ödəyəcəyi və əvvəlcədən ona pul verdiyi üçün son qiymət olaraq 23 min manata razılaşmışlar. Elşad ona pulun hamısını verə bilməyəcəyini, evi isə almağının vacib olduğunu bildirdi. Belə ki, həmin vaxt onun həyat yoldaşı ondan ayrılaraq uşaqları ilə birlikdə öz ata evində yaşayırdı.Qaynatası ona deyibmiş ki qızımın adına ev almasan qızımın səninlə barışaraq Rusiyaya getməsinə icazə verməyəcəm. Buna gorə də iddiaçı Elsad Doşanov belə bir dələduzluğa əl atmalı olubmuş. Onun Elşadın ona qarşı dələduzluq etməsindən xəbəri olmayıb. Tezliklə evini sataraq Bakı şəhərində ev almaq fikrində olmuşdur. xx xxxxxx 2016cı il tarixdə Balakən rayon Dövlət notariat kontorunda İddiaçıla razılıqla beh müqaviləsi baglamışlar. O ona 10000 beh pul vermişdir. Beh müqaviləsinin vaxti xx xxxxxx 2017-ci il tarixdə qurtarsa da Elşadın xahişi ilə ona 2 ay da artıq müddət vermişdir. O pulu bəlkə də tez ödəyəcəyini bildirərək ondan adına hesab açmaği xahiş etmişdir. Onun xahişi ilə qızı Muslimat Saramanovanın adına bank hesabı açdırmışdır. Lakin bu günə qədər Elsad Doşanov nə hesaba pul köçürməmiş nə də ki, ona qalan pulu verməmişdir. 2017-ci ilin yay ayında Elşadın qaynatası Ramazan Anqbazov ona zəng edərək nə üçün qızına məxsus o, mənzildən əşyalarını götürmədiyini soruşmuşdur. O, da ona evin pulunun Elşad tərəfindən tam ödənilmədiyini bildirmişdir. Bundan 2 gün sonra Elşad ona zəng edərək nə üçün qaynatasına pulun tam ödənilmədiyini ona deməyini irad tutmuşdu. O, isə ondan pulunu vaxtında verməsini xahiş etmişdir. O, isə pulu ödəməmişdir. xx xxxx 2018-ci il tarixdə Balakən rayon Dövlət Notariat Kontoruna gələrək notarius Gülbahar İsmayilovaya beh müqaviləsinin vaxtının bitdiyini Elşadın isə qalan pulu ödəmədiyini bildirmişdir. Notarius ona gecə saat 12:00-da müqavilənin vaxtının bitdiyini, onun heç bir təqsiri olmadığını bildirmişdir. Bundan sonra o, Balkakən Rayon Məhkəməsinə də gedərək məsləhət almışdır. Orada da ona müqavilənin şərtlərinin onun tərəfindən pozulmadığı bildirilib. Həmin vaxt yanında qohumu Ruslan Kaltayev də olmuşdur. O, bu barədə aralarında beh müqaviləsinin bağlanmasının şahidi olmuş Elşadın dostlarına da bildirmişdir. İsmayıl Heydərov həmin vaxt ona demişdir ki, “Elşad mənim 200 manat pulumu vermir, özü də deyir ki Xuramandan 2 qat pul da alacağam, evi də baha qiymətə satacağam”. Bundan sonra o, İsmayılın telefonu ilə Elşadın qaynatası Ramazan Anqbazova zəng etmiş, Elşadın nə üçün pulunu vermədiyini soruşmuş, ona xəbər etməsini xahiş etmişdir. O isə Elşadın hal-hazırda çörək almağa pulu olmadığını, evi də almışdır deyərək onu da aldatdığını bildirmişdir. Ondan bir müddət vaxt verməyini xahiş edərək Elşadın ona verməli olduğu 13000 manat pulu özü yaxın müddətə toplayaraq verəcəyini bildirmişdir. O, 2018-ci ilin iyun ayına qədər gözləsə də pulu ödənmədi, iyun ayının 4-də yenidən İsmayıla zəng edərək Elşaddan nə xəbər olduğunu soruşmuşdur. O isə ona Elşadın hal-hazırda ona verəcək pulu olmadığını və onun beh müqaviləsi bağladığı zaman həyat yoldaşı ilə barışaraq onu və uşaqlarını Rusiyaya aparmalı olduğu üçün belə bir firıldaq işlətdiyini bildirmişdi. Məhkəmə iclasında dindirilmiş şahidlər İsmayıl Heydərov və Ramil Kahayevin dedikləri də məhkəmənin iş üzrə nəticəyə gəlməsi üçün əsas ola bilməz. Belə ki, onlar məhkəməyə yalan izahat vermişdirlər. Onların müqavilənin şərtlərinin İddiaçı tərəfindən pozulmasından xəbərləri olmuşdur. Lakin, buna baxmayaraq iddiaçı Doşanovun dediklərini Məhkəmədə təkrar etmişdirlər. Hesab edir ki, qətnamə iş üzrə araşdırılmalı olan bütün faktiki hallar araşdırılmadan və lazımi sübutlar tədqiq edilmədən qəbul edilmişdir. Məhkəmədə həm onun, həm də Notariusun iştirakı qəsdən təmin etməmiş məhkəmə təxirə salınaraq məktublar onlara çatdırılmamışdır. Belə bir qətnamə əsassızdır və ləğv edilməlidir. Ona görə də, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(019)-1542/2018 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, həqiqətən də ünvan 1 mənzil 12 ilə bağlı onunla iddiaçı arasında xx.xx.2016-cı il tarixli beh müqaviləsi bağlanmış və iddiaçı ona beh olaraq 10.000 manat məbləğində pul ödəmişdir. Müqavilə şərtinə görə alıcı (iddiaçı) xx.xx.2018-ci il tarixədək onun qalan 13000 manat məbləğində pulunu ödəməli, bundan sonra alqı-satqı müqaviləsi rəsmiləşdirməli idi. Beh müqaviləsi bağlanandan sonra mənzilin açarlarını iddiaçıya vermişdir. Aralarındakı razılığa əsasən iddiaçı evdə təmir işləri, yəni pəncərələri dəyişməli, təmirə çəkilmiş xərc də ümumi puldan çıxılmalı idi. İddiaçı da mənzilin yalnız pəncərələrini dəyişmiş, ümumilikdə 750 manata yaxın xərc çəkmişdir. Lakin sonradan müddətin çatmasına baxmayaraq iddiaçı mənzilin qalan pulunu ödəməmiş, hətta dəfələrlə xəbərdar etməsinə baxmayaraq alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsində iddiaçı özü maraqlı olmamışdır. Əslində sonradan bilmişdir ki, iddiaçı həmin behi verməklə, guya mənzilə sahib olduğunu sübut etmək və ailəsinin bərpasına çalışmışdır. İddiaçı mənzilin qalan pulunu vaxtında ödəmədiyindən artıq onun həmin mənzili iddiaçıya satmaq və ya pulu qaytarmaq niyyəti yoxdur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkil) X2 apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, alqı-satqı müqaviləsinin vaxtında rəsmiləşdirilməməsinin əsas səbəbkarı məhz iddiaçı özü olmuşdur. Belə ki, cavabdeh tərəfindən dəfələrlə xəbərdar olunmasına baxmayaraq iddiaçı özü müqaviləni bağlamaqdan və mənzilin qalan pulunun ödənilməsindən yayınmışdır. Onlar bu barədə X7 və Balakən notariat ofisinə müraciət etmiş, lakin hər iki təşkilat iddiaçı tərəfindən müraciət daxil olmadığını, cavabdehin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsindən yayınması barədə məlumatın olmamasını bildirmişdir. Hesab edir ki, beh müqaviləsində nəzərdə tutulmuş müddət ərzində alqı-satqı müqaviləsinin rəsmiləşməsindən iddiaçı özü imtina etdiyindən onun tərəfindən verilmiş iddia tələbi də tam əsassızdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, şikayətin heç bir hüquqi əsası yoxdur. Belə ki, beh müqaviləsindən sonra alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsindən yayınan cavabdeh olmuşdur. Beh müqaviləsindən sonra cavabdeh sözügedən mənzilin açarını iddiaçıya vermiş, iddiaçı da həmin mənzildə təmir işləri aparmış, hətta mənzilin sənədləri də iddiaçıda olmuşdur. Lakin alqı-satqı vaxtı çatanda cavabdeh mənzilin uçuz qiymətləndirdiyini bildirərək, müqaviləni bağlamaqdan yayınmışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Cavabdeh2 nümayəndəsi məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, məhkəmə kollegiyasının iclaslarına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: İş materialları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməmiş və işə onların iştirakları olmadan baxılıb nəticə verilmişdir. Belə ki, mülki işə əlavə edilmiş məhkəmə bildirişindən aydın olur ki, cavabdeh tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilsə də, həmin məhkəmə bildirişlərinin cavabdehə çatdırılmasını təsdiq edən müvafiq poçt sənədi iş materiallarında mövcud deyildir, əksinə iş materiallarının 21, 32 və 52-ci səhifələrindəki poçt zərflərindən müəyyən edilir ki, sonuncuya göndərilmiş bildirişlər həmin ünvanda yaşamaması səbəbindən geri qaytarılmışdır. 33-cü səhifədəki “akt” dan isə müəyyən edilir ki, cavabdeh qeyd olunan ünvanda yaşamadığından ona məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsi mümkün olmamışdır. İş materiallarının 34-cü səhifəsindəki “AKT”a münasibətdə isə cavabdehin istifadəsində olan 051 ***-**-** mobil telefon nömrəsinə zəng edilərək xəbərdar edildiyi bildirilsə də, cavabdeh məhkəmə kollegiyasının iclasında bunu tamamilə inkar etmiş, birinci instansiya məhkəməsi tərəfindən ona zəng edilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə görə, məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Həmin Məcəllənin 138.2-ci maddəsinə görə, işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar edilir, şahidlər, ekspertlər, mütəxəssislər və tərcüməçilər isə məhkəmə bildirişi vasitəsilə məhkəməyə çağırılırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. İşə hərtərəfli baxılması məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması, tərəflərin prosesdə fəallığı, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini rədd etməsi üçün geniş imkanlara malik olması ilə təmin olunur. Çəkişmə prinsipi tərəflərin prosessual hüquq bərabərliyi prinsipindən ayrılmazdır. Belə ki, məhz bərabər hüquq və vəzifələr onlara məhkəmə qarşısında çəkişmək imkanı verir. Tərəflərin prosessual hüquq bərabərliyi o deməkdir ki, onlar öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malik olurlar və bərabər səviyyədə konkret prosessual hüquqlarla təmin edilirlər. Tərəflərin prosessual hüquq bərabərliyi prinsipi prosesin bütün mərhələlərində mühüm əhəmiyyət daşımaqla prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Bu prinsipin mahiyyəti əslində ondan ibarətdir ki, prosesin istənilən mərhələsində hər bir tərəfə bərabər prosessual imkanlar yaradılmalı, tərəflər prosesdə tam bərabər olmalı, onların hüquqları bir-birinə uyğun olmalı və uzlaşmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1. maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.2-ci maddəsiə görə işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi işə baxılmasının vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada məlumat vermədən işə baxmışdır ki, bu da nəticə etibarı ilə tərəflərin çəkişmə, hüquq bərabərliyi prinsipinin pozulmasına səbəb olmuşdur və bu hal qətnamənin ləğvi üçün əsasdır. İddia tələbi ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verərək hesab edir ki, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(019)-1542/2018 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan və kollegiya tərəfindən tədqiq edilmiş; Cavabdeh2 tərəfindən təsdiq edilmiş xx xxxxxx 2016-cı il tarixli beh müqaviləsinin surətindən görünür ki, beh verən İddiaçı beh alan Cavabdeh1 məxsus olan ünvan 3 mənzil 12 ünvanında ümumi sahəsi 38.1 kv/m olan 1 otaqlı mənzilin 23000 manata satılmasına dair alqı-satqı müqaviləsinin xx xxxx 2018-ci ilədək notariat qaydasında təsdiq edilməsi icrasını təmin etmək məqsədi ilə cavabdehə beh olaraq 10000 manat vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 mən 12 ünvanında ümumi sahəsi 38.1 kvm olan 1 otaqlı mənzil Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)- 1249/2020 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(107)-2066/2019 nömrəli qətnaməsi ləğv edilib, iş yeni apelyasiya baxışına qaytarılarkən, işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Apelyasiya məhkəməsinin sorğusu əsasında alınmış AR DSX-n xx.xx.2020-ci il tarixli, 33/2648 nömrəli məktubunun məzmunundan görünür ki, İddiaçı dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş Balakən RPŞ-n xx.xx.2020-ci il tarixli, Balakən rayon notariat ofisinin xx xxxx 2020-ci ilı tarixli məktublarının məzmunundan müəyyən edilir ki, Cavabdeh1 alqı-satqı müqaviləsinin yayınması barədə həmin orqanlara müraciət edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də Ali Məhkəmənin yuxarıda göstərilən tövsiyyə və göstərişlərini nəzərə alan apelyasiya məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Bu halda xüsusi ilə qeyd edilməlidir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən işə yenidən baxılarkən apelyasiya şikayətinin dəlilləri ilə yanaşı, yuxarı instansiya məhkəməsinin ləğv edib, yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilən hissəsində də araşdırma aparılmalı və həmin qərarda qeyd olunan tövsiyyə və göstərişlərə xüsusi diqqət yetirilməlidir. Ali Məhkəmənin yuxarıda göstərilən Qərarının göstərişi baxımından məhkəmə hazırki iddianın əsaslı olub-olmamasını müəyyən etmək üçün alqı-satqı müqaviləsinin bağlanmamasına görə məsuliyyət daşıyan tərəfi müəyyən etməli idi. Beləliklə, işə yenidən baxan məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında sonuncuya məxsus ünvan 5 mənzil 12 ünvanında birotaqlı mənzilin iddiaçı tərəfindən alınmasına dair razılaşma olmuş, nəticədə xx xxxxxx 2016-cı il tarixdə tərəflər arasında notarial qaydada təsdiqlənməklə beh müqaviləsi bağlanmışdır. Tərəflər mənzilin dəyərini 23.000 manat məbləğində razılaşdırılmış, iddiaçı həmin məbləğin yarısına yaxın hissəsini beh qismində cavabdehə ödəmişdir. Həmin müqavilədə alqı-satqı müqaviləsinin xx xxxx 2018-ci ilədək bağlanması nəzərdə tutulmuşdur. Beh müqaviləsi bağlandıqdan sonra, cavabdehin razılığı ilə iddiaçı həmin mənzildə təmir işləri aparmışdır, işin qeyd edilən halı cavabdeh tərəfindən də təsdiq edilmişdir, belə ki, cavabdeh apellyasiya şikayətində mənzilini 25.000 manata satdığını, lakin sonradan iddiaçı mənzilin pəncərələrini dəyişəcəyi, müqavilənin bağlanması ilə bağlı rüsumları ödəyəcəyi və beh müqaviləsini bağlamaq üçün Bakı şəhərindən Balakən rayonuna getmək üçün yol xərci kimi 500 manat pul verdiyi üçün mənzilin son qiyməti kimi 23.000 manata razılaşdıqlarını göstərmişdir. Qeyd olunan bu dəlillər işin mübahisələndirilməyən hallarıdır. Bundan əlavə məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, iddiaçı tərəfindən mənzilin dəyərinin yarısına yaxın məbləğdə beh ödənilməsi ilə bərabər, sonuncu tərəfindən əlavə məbləğlər də (mənzilin təmiri ) xərcləməsi, bir müddət evin açarının, eləcə də mənzilə məxsus hüquq müəyyənedici sənədin iddiaçı tərəfdə olması cavabdeh tərəfindən də təsdiq edilir. İşin əsas mübahisəli halı ondan ibarətdir ki, iddiaçı tərəf cavabdehin mənzili ona ucuz qiymətə satdığını bəhanə gətirərək alqı-satqı müqaviləsinin bağlanmasından yayınmasını, eyni zamanda təhvil verdiyi mənzilin açarlarını dəyişərək onu həmin mənzilə buraxmamasını, cavabdeh isə iddiaçının mənzilin alqı-satqısı ilə bağlı ona zəng etməməsini, ümumiyyətlə cavabdehin həmin müqaviləni bağlamaqda maraqlı olmamaqla Rusiyada yaşadığını, Azərbaycan Respublikasına gəlmədiyini və iddiaçının qalan məbləği ödəməməklə alqı-satqının baş tutmamasına görə məsuliyyət daşıyan tərəf olmasını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin beh anlayışını müəyyən edən 492-ci maddəsinin tələblərinə görə, müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin behlə təmin edilmiş öhdəliyə xitam verilməsinin və onun icra edilməməsinin nəticələrini müəyyən edən 492-ci maddəsinin tələblərinə görə, öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Sadalanan normaların məzmunundan göründüyü kimi, beh müqaviləsi müstəqil xarakter daşımamaqla, gələcəkdə müqavilənin bağlanmasının təsdiqi və icrasının təmini üsuludur. Tərəflər arasında bağlanması nəzərdə tutulmuş əsas müqavilənin bağlanmasından hər iki tərəfin razılığı ilə imtina edilərsə və ya müqavilənin bağlanması və ya icrası tərəflərin iradəsindən asılı olmayan səbəblərdən qeyri-mümkün olarsa, müqavilə üzrə beh qismində verilmiş məbləğ qaytarılmalıdır. Bununla bərabər, tərəflərdən birinin razılaşdırılmış əsas müqaviləni bağlamaq və icra etməyi arzu etdiyi halda və bunun əksi onun heç bir hərəkət və ya hərəkətsizliyi ilə inkar edilmədiyi halda, digər tərəfin həmin müqavilənin bağlanması və icrasından birtərəfli qaydada səbəbsiz olaraq imtina etməsi mülki məsuliyyətə səbəb olur. Belə ki, əgər müqavilənin icra edilməməsi beh vermiş tərəfin təqsiri ucbatından baş vermişdirsə, beh digər tərəfdə qalmaqla, o həmin məbləği beh alan tərəfdən tələb etmək hüququnu itirir. Əgər müqavilənin icrası beh almış tərəfin təqsirinə görə mümkün olmamışdırsa, beh verənin verdiyi məbləğin iki mislini tələb etmək hüququ yaranır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 399.4-cü maddəsinə görə müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsaslı olsa da, iddia tələbinin tamamilə rədd olunması üçün əsaslı deyildir. Əvvəla ona görə ki, yuxarıda qeyd olunduğu kimi işin faktini halları ilə müəyyən olunur ki, İddiaçı Cavabdeh1 ilə sonuncunun mülkiyyətində olan, ünvan 3 mənzil 12 ünvanında ümumi sahəsi 38.1 kv/m olan 1 otaqlı mənzilin alqı - satışı ilə bağlı razılığa gəlmişdir. Mübahisəli mənzili 23000 (iyirmi üç min) manata qiymətləndirilmişdir. Tərəflər mənzilin alqı-satqı müqaviləsinin xx xxxx 2018-ciilədək notariat qaydasında təsdiq edilməsinin icrasını təmin etmək məqsədi ilə razılaşmış və iddiaçı cavabdehə 10000 manat beh vermişdir. Bununla bağlı onlar xx xxxxxx 2016cı ildə Cavabdeh2na gedərək bu məzmunda beh müqaviləsi bağlamışlar. Həmin vaxt cavabdeh iddiaçıdan behi aldıqdan sonra mənzilin açarlarını ona təqdim etmiş, iddiaçı da sözügedən mənzilə köçərək təmir işləri aparmış, 750 manat verərək pəncərələri plastik pəncərələrlə əvəz etmişdir. İşin bu halı cavabdeh tərəfindən mübahisələndirilmir. İkincisi, məhkəmə kollegiyasının arşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən mübаhisəsi gedən mənzildə təmir işlərinin aparılması heç də özbаşınа bаş verməmiş, cavabdeh tərəfin irаdəsinə uyğun оlmuşdur. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, Cavabdeh1 mənzillə bağlı mülkiyyət hüququna malik olsa da, iddiaçı tərəfindən aparılmış təmir xərcinə münasibətdə heç bir subyektiv hüququn sahibi deyil. Buradan da göründüyü kimi iddiaçı cavabdehlə öz aralarındakı danışığı və beh müqaviləsini etimad kimi qiymətləndirərək, mənzili artıq özününki zənn etmiş və orada yuxarıda qeyd olunduğu kimi, zəhmət və xərc tələb edən təmir işləri görmüş və sonda həmin mənzili yaşamaq üçün mövcud yararlı vəziyyətə gətirib çıxara bilmişdir. Üçüncüsü, məhkəmə kollegiyası Ali Məhkəmənin göstərişi baxımından qeyd edir ki, hazırki iddianın əsaslı olub-olmamasını müəyyən etmək üçün birinci növbədə alqı-satqı müqaviləsinin bağlanmamasına görə məsuliyyət daşıyan tərəf müəyyən edilməlidir. Lakin məhkəmə araşdırması zamanı hazırki iş üzrə kimin haqlı, kimin haqsız olmasını, eləcə də müqavilənin bağlanmamasına məsuliyyət daşıyan şəxsi yalnız izahatlarla müəyyən etmək mümkün deyildir. Çünki, hər iki tərəf öz mənafeyindən çıxış etməklə bu işdə özünün haqlı olmasını israr edir. Belə olan halda kollegiya sözügedən alqı-satqı müqaviləsinin bağlanmaması üçün hər iki tərəfin məsuliyyət daşıması kimi qiymətləndirir. Belə ki, müqavilənin birinci bəndindən göründüyü kimi tərəflərin hər ikisi xx.xx.2018-ci il tarixədək alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsində maraqlı olmalı idi. Lakin tərəflərin özünün izahatından belə qənaətə gəlinir ki, tərəflər özləri məsələnin uzanmasında maraqlı olmuşlar. Çünki belə bir cəhdin olunması nə iddiaçı, nə də ki, cavabdeh tərəfindən sübut olunur. Dördüncüsü, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, cavabdeh artıq həmin mənzili iddiaçıya satmaq və ya verilmiş pulu qaytarmaq niyyətində deyil, iddiaçı tərəf isə əvvəliki müqavilə şərtləri daxilində mənzili almaq istəyindədir. Belə olan halda sual yaranır. Nəyə görə cavabdeh mənzili satmaq niyyətində olduğu və bununla bağlı 10.000 manat məbləğində beh aldığı, eləcə də mənzilində təmir-bərpa işləri aparıldığı bir halda, indi alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsindən və mənzili iddiaçıya satmaqdan imtina edir və ya müəyyənləşdirilmiş müddətdən bir neçə ayın keçməsi mənzili satmaqdan imtina üçün əsasdırmı? Buradan belə nəticəyə gəlmək olur ki, cavabdeh özü də sözügedəbn müqavilənin rəsmiləşdirilməsində o qədər də maraqlı olmamışdır. Odur ki, kollegiya sonda belə qənaətə gəlir ki, iddiaçı mənzilin dəyərinin yarısından bir az aşağı beh verməklə həqiqətən də səbəbindən asılı olmayaraq mübahisəli mənzili almaq istəmişdir. Sadəcə görünür ki, hansısa səbəbdən vaxtında alqı-satqı müqaviləsini rəsmiləşdirməmişdir Göründüyü kimi iddiaçı həm öz səhlənkarlığı, həm də cavabdeh tərəfin inadkarlığı nəticəsində bağlanması baş tutmayan alqı-satqı müqaviləsinə görə birdən-birə öz iradəsindən asılı olmayan səbəbdən xeyli məbləğdə maddi ziyan çəkir, cavabdeh isə iddiaçının hesabına bəhərlənmiş olur. Ona görə də kollegiya belə qənaətə gəlir ki, tərəflər arasında bağlanması nəzərdə tutulmuş əsas müqavilənin bağlanmamasında hər iki tərəf məsuliyyət daşıdığından və müqavilənin bağlanması və ya icrası tərəfləin iradəsindən asılı olmayan səbəblərdən qeyri-mümkün olduğundan müqavilə üzrə iddiaçı tərəfindən beh qismində cavabdehə verilmiş məbləğ qaytarılmalıdır. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 386.3-cü maddəsinin tələbinə görə danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. Həmin Məcəllənin 443-cü maddəsinə görə, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə kollegiyası təmir-bərpa xərcləri ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı həmin xərclərlə bağlı mötəbər sübutlar təqdim etməsə də, cavabdeh xərcin 750 manat hissəsini etiraf etmişdir. Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası sonda qeyd edir ki, beh müqaviləsinin müddəti başa çatdığından həmin müqavilənin ləğv edilməsinə ehtiyac yoxdur. Odur ki, iddia tələbi bu hissədə də əsassız olmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(019)- 1542/2018 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384- 385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(019)-1542/2018 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilsin. Yeni qətnamə ilə, Cavabdeh1 müqaviləyə əsasən ödənilmiş 10.000 (on min) manat pul, mənzilin yaxşılaşdırılmasına görə 750 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1325/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1325/2020
18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver