Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1336/2021 21.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, Oğuz Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(054)-170/2021 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı, Cavabdeh4 cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şəki rayonu Bideyiz kəndində yerləşən, Cavabdeh2 məxsus olmuş 1.292 hektar əkin, 1.614 hektar əkin, 8.1656 hektar əkin, 3.54 hektar əkin, 1.615 hektar əkin, 4.199 hektar əkin, 3.7225 hektar əkin, 0.7174 hektar əkin təyinatlı torpaq sahələrinın alqısatqısına dair Cavabdeh2 ilə Qəbələ regional “ASAN xidmət” mərkəzinin notariat kontorunda bağlanmış 16.10.2018-ci il tarixli alqı-satqı müqavilələrinin tam, Şəki rayonu Bideyiz kəndində yerləşən, əvvəllər Cavabdeh4 və X1 məxsus olmuş 1.29 hektar əkin, 1.61 hektar əkin təyinatlı torpaq sahələrinın alqı-satqısına dair Cavabdeh2 ilə Qəbələ regional “ASAN xidmət” mərkəzinin notariat kontorunda bağlanmış 05.10.2018-ci il tarixli alqı-satqı müqavilələrinin Cavabdeh4 aid paya münasibətdə qismən, Şəki rayonu Çapağan kəndində yerləşən, əvvəllər Cavabdeh4 və X1 məxsus olmuş 0.40 hektar həyətyanı torpaq sahəsinın alqı-satqısına dair Cavabdeh3 ilə Qəbələ regional “ASAN xidmət” mərkəzinin notariat kontorunda bağlanmış 06.10.2018-ci il tarixli alqı-satqı müqaviləsinin Cavabdeh4 aid paya münasibətdə qismən etibarsız hesab edilməsi və həmin müqavilələrin Cavabdeh4 münasibətdə doğurduğu nəticələrin ləğv edilərək əmlakların onun mülkiyyətinə qaytarılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 100.000 manat məbləğində pulun müştərək qaydada tutularaq İddiaçı və Cavabdeh4 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı təmin etmək üçün tədbir görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Şəki rayonu Bideyiz kəndində yerləşən, Cavabdeh2 adına qeydiyyata alınmış 1.292 hektar əkin, 1.614 hektar əkin, 8.1656 hektar əkin, 3.54 hektar əkin, 1.615 hektar əkin, 4.199 hektar əkin, 3.7225 hektar əkin, 0.7174 hektar əkin təyinatlı torpaq sahələrinın və Cavabdeh3 adına qeydiyyata alınmış 0.40 hektar həyətyanı torpaq sahəsinin üzərinə məhdudiyyət qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(054)-170/2021 saylı qərardadı ilə İddiaçı, Cavabdeh4 cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əqdin etibarsız hesab edilməsi və pul tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı təmin etmək üçün tədbir görülməsi barədə vəsatəti təmin edilmiş, Şəki rayonu Bideyiz kəndində yerləşən, Cavabdeh2 adına qeydiyyata alınmış 1.292 hektar əkin, 1.614 hektar əkin, 8.1656 hektar əkin, 3.54 hektar əkin, 1.615 hektar əkin, 4.199 hektar əkin, 3.7225 hektar əkin, 0.7174 hektar əkin təyinatlı torpaq sahələrinın və Cavabdeh3 adına qeydiyyata alınmış 0.40 hektar həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulması, qeyd olunan torpaq sahələrinin özgəninkiləşdirilməsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qadağan edilməsi qət edilmişdir. Qərardadın icrasını təmin etmək Oğuz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. Cavabdeh2 məhkəmənin sözügedən qərardadından şikayətlə məhkəməyə müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, ərizənin təmini, MPM-in 157.2-ci maddəsinə birbaşa ziddir. Bundan əlavə, İddiaçı əri Cavabdeh4 ona qarşı eyni müqavilələri etibarsızlığı tələbi ilə daha əvvəl Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş və iddia təmin edilmişdir. Lakin, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 29 iyul 2020-ci tarixli, 2(103)-3316/2020 saylı qətnaməsi ilə onun tərəfindən verilmiş apellyasiya şikayətini təmin edərək Nizami Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğvi və iddia tələbinin rəddi haqqında yeni qətnamənin qəbul edilməsini qət etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-441/2021 saylı, 02 fevral 2021-ci il tarixli qərarı ilə Cavabdeh4 kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Cavabdeh4 və arvadı İddiaçı ona qarşı olan iddia tələbləri eyni məzmunludur. Hətta hər iki iddia ərizəsi də eyni məzmunludur, bir-birilərini təkrarlayır. Belə ki, o, Oğuz Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(054)-170/2021 saylı qərardadının ləğv edilməsini, İddiaçı iddanın təmin tədbiri barədə ərizəsinin rədd edilməsini xahiş edir. Oğuz Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2-(054)-170/2021 saylı qərardadı ilə şikayət baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh2 şikayətin təmin olunmasını, Oğuz Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(054)-170/2021 saylı qərardadının ləğv edilməsini, İddiaçı iddanın təmin tədbiri barədə ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(054)-170/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qanunun mənasına görə iddianı təmin tədbiri çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə kollegiyası, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Həmin Qərarda məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardadı müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1, 158.1.2, 158.1.3-cü mаddələrinə əsаsən iddiаnı təmin etmək üçün cаvаbdehdə və yа digər şəxslərdə olаn cаvаbdehə məxsus əmlаk üzərinə həbs qoyulа, müəyyən hərəkətləri etməyi cаvаbdehə qаdаğаn edə, mübаhisə predmetinə аid olаn müəyyən hərəkətləri etmək bаşqа şəxslərə qаdаğаn edilə bilər. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən, iddianı təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən, hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. Məhkəmə kollegiyası şikayətə münasibət bildirərək qeyd edir ki, şikayət əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, sözügedən qərarlar iddiaya baxılmasını istisna etmir. Odur ki, kollegiya şikayətin dəlillərinin formal mülahizələrlə əsaslandırılması qənaətinə gələrək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün kifayətedici əsaslar mövcud deyildir. Şikayətin dəlilləri birinci instansiya məhkəməsinin mülki iş üzrə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Eyni zamanda kollegiya qeyd etməyi lazım bilir ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardadı müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Oğuz Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(054)-170/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157, 159, 160, 264, 268, 398, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(054)-170/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1336/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1336/2021
21.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver