Məhkəmə qərarları › İş №2(107)-1349/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1349/2021

15.12.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1349/2021 15.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, İddiaçı nümayəndəsi X12, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tаrixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tаrixli, 2(075)-1524/2019 saylı qətnaməsi ilə İddiaçı Qoxmuq kənd sakini olan qonşusu Cavabdeh tərəfindən sahibsiz torpaq sahəsində tikdiyi mal tövləsinin tikinti normalarına uyğun olmadığını və antisanitariya qaydalarının pozulduğunu nəzərə alaraq onun həmin sahibsiz torpaq sahəsində tikdirdiyi mal tövləsinin sökülməsi tələbinə dair iddiasının təmin edilməməsi və ödənilmiş 10 (on) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. işin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qoxmuq kənd sakini olan qonşusu Cavabdeh tərəfindən sahibsiz torpaq sahəsində tikdiyi mal tövləsinin tikinti normalarına uyğun olmadığını, antisanitariya qaydalarının pozulduğunu nəzərə alaraq həmin sahibsiz torpaq sahəsində tikdirdiyi mal tövləsinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, o, doğulduğu vaxtdan mərhum anası X13 məxsus Şəki rayonu, Qoxmuq kəndində 1113,42 kv.m torpaq sahəsində inşa edilmiş evdə yaşayır. Həmin ev dədə-baba evi olmaqla XX əsrin əvvəllərində tikilmişdir. Kəndlərində əksər vətəndaşlarda olduğu kimi o da həmin evi öz adına rəsmləşdirməmişdir. Buna görə də həmin yaşayış evinə faktiki olaraq sahiblik və istifadə etsə də hal-hazırda rəsmi olaraq onun mülkiyyətində deyildir. Bildirdi ki, üzun müddətdir ki, Cavabdeh ilə qonşudur. Həmin ev isə cavabehin atası X9 məxsus torpaq sahəsində tikilmişdir. Həmçinin sonradan həmin torpaq sahəsində digər yardımçı tikililər, o cümlədən tövlə də inşa edilmişdir. Qeyd edilən tövlə onun yaşadığı evin təxminən 1 metrliyində tikilmişdir. Cavabdeh mal tövləsini tikdikdə onlar öz etirazlarını bildirmişlər. Cavabehin tikintinin tikilməsi normalarını pozduğunu bildirdikdə cavabdeh onları eşitməmiş və «gedin haraya istəyirsiniz şikayət edin» sözlərini demişdir. Ailəsi, xüsusən də o, yaşlı bir insan kimi və azyaşlı nəvələri evdə yaşaya bilmirlər. Belə ki, həmin tövlədən kəskin üfunət iyi gəlir, mal-qaranın səsi, milçəklər və antisanitariya onların sağlamlıqlarına çox mənfi təsir göstərir. Bütün bunlar onları öz evlərində yaşamasına maneə olur. O, dəfələrlə Qoxmuq kənd İcra Nümayəndəliyinə şikayət etmişdir. O, bu məsələ haqqında 04.06.2019-cu il tarixdə Şəki şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş, ona qanunamüvafiq qaydada məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi X14 məhkəmə iclasında izahat verərək göstərdi ki, cavabdeh onun atasıdır. Mübahisə predmeti olan tövlə onun mərhum babası X9 məxsus olan torpaq sahəsində yerləşir. Onlar da həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində yaşayırlar. O və atası həmişədən həmin evdə yaşamışlar və iddiaçı uzun müddətdir ki, onların qonşusudur. Qonşu kimi əvvəllər münasibətləri yaxşı olmuşdur. Həmçinin sözügedən tövlədə mal-qaranın peyini saxlanılmır və müntəzəm olaraq nəzərdə tutulmuş yerə atılır. Buna görə də iddiaçını və onun ailə üzvlərini narahat edəcək dərəcədə kəskin üfunət iyi yarana bilməz. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnamədən narazı İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-181/2020 saylı, 15.10.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı nun apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tаrixli, 2(075)-1524/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(102)- 1871/2021 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-181/2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, o, doğulduğu vaxtdan mərhum anası X13 məxsus Şəki rayonu, Qoxmuq kəndində 1113,42 kv.m torpaq sahəsində inşa edilmiş evdə yaşayır. Həmin ev dədə-baba evi olmaqla XX əsrin əvvəllərində tikilmişdir. Kəndlərində əksər vətəndaşlarda olduğu kimi o da həmin evi öz adına rəsmləşdirməmişdir. Buna görə də həmin yaşayış evinə faktiki olaraq sahiblik və istifadə etsə də hal-hazırda rəsmi olaraq onun mülkiyyətində deyildir. Bildirdi ki, üzun müddətdir ki, Cavabdeh ilə qonşudur. Həmin ev isə cavabehin atası X9 məxsus torpaq sahəsində tikilmişdir. Həmçinin sonradan həmin torpaq sahəsində digər yardımçı tikililər, o cümlədən tövlə də inşa edilmişdir. Qeyd edilən tövlə onun yaşadığı evin təxminən 1 metrliyində tikilmişdir. Cavabdeh mal tövləsini tikdikdə onlar öz etirazlarını bildirmişlər. Cavabehin tikintinin tikilməsi normalarını pozduğunu bildirdikdə cavabdeh onları eşitməmiş və «gedin haraya istəyirsiniz şikayət edin» sözlərini demişdir. Ailəsi, xüsusən də o, yaşlı bir insan kimi və azyaşlı nəvələri evdə yaşaya bilmirlər. Belə ki, həmin tövlədən kəskin üfunət iyi gəlir, mal-qaranın səsi, milçəklər və antisanitariya onların sağlamlıqlarına çox mənfi təsir göstərir. Bütün bunlar onları öz evlərində yaşamasına maneə olur. O, dəfələrlə Qoxmuq kənd İcra Nümayəndəliyinə şikayət etmişdir. O, bu məsələ haqqında 04.06.2019-cu il tarixdə Şəki şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş, ona qanunamüvafiq qaydada məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Qeyd edilənlərə əsasən iddianı təmin edən yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. işdə iştirаk edən şəxslərin izаhаtlаrı: Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı nümayəndəsi X15 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tаrixli, 2(075)-1524/2019 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 apellyasiya şikayətinin təmin edilməməsini iş üzrə birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər tərəflər heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlmədiklərinə görə işə onların iştirakı olmadan baxıldı. hüquq məsələləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tаrixli qətnaməsi ləğv edilməli, ləğv edilmiş hissə üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(102)-1871/2021 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-181/2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilən zaman qərarında bır sıra göstərişlər şərh etmişdir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə və Ali Məhkəmənin göstərişlərinə əsasən hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. İşdə olan Şəki şəhər İHB-nin Qoxmuq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 avqust 2019-cu il tarixli arayışdan görünür ki, 6 nömrəli təsərrüfatbaşına kitabın 46-cı səhifəsində İddiaçı yaşadığı fərdi yaşayış evinin 10 sot həyətyanı torpaq sahəsində 1930-cu ildə tikildiyi qeyd edilmişdir. İşdə olan 15.06.2009-cu il tarixli, 1872 nömrəli torpaq sahəsinin planı və ölçüsünün təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon AİK-nın 16.12.1997-ci il tarixli, 41 saylı qərarına əsasən X13 Şəki rayonu, Qoxmuq kəndində fərdi yaşayış evi tikmək üçün 1113,42 kv.m torpaq sahəsi verilmişdir. İşdə olan 15.06.2009-cu il tarixli, 1589 nömrəli torpaq sahəsinin planı və ölçüsünün təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon AİK-nın 16.12.1997-ci il tarixli, 41 saylı qərarına əsasən X9 Şəki rayonu, Qoxmuq kəndində fərdi yaşayış evi tikmək üçün 1000 kv.m torpaq sahəsi verilmişdir. İşdə olan məhkəmənin sorğusuna ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 29 avqust 2019-cu il tarixli məktubdan görünür ki, Xidmətin 12 saylı Şəki Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına əsasən sorğuda qeyd olunan şəxslərin adlarına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Ləğv edilmiş DTXK-nın Şəki rayon şöbəsi tərəfindən təhvil verilmiş arxiv materiallarına əsasən X7 adına paylı mülkiyyətdə (2 nəfər ailə üzvü olmaqla) Şəki rayonu, Qoxmuq kəndində JN580 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı sənədinə əsasən 0.61 ha pay və A153983 saylı torpaq sahəsinin plan və ölçü sənədinə əsasən 0.10 ha həyətyanı torpaq sahələrinin olduğu aşkar edilmişdir. Ləğv edilmiş DTXK-nın Şəki rayon şöbəsi tərəfindən təhvil verilmiş arxiv materiallarına əsasən X10 və İddiaçı adlarına paylı mülkiyyətdə (6 nəfər ailə üzvü olmaqla) Şəki rayonu, Qoxmuq kəndində JN-953 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı sənədinə əsasən 1.23 ha pay və A-153524 saylı torpaq sahəsinin plan və ölçü sənədinə əsasən Q.1.113. həyətyani torpaq sahələrinin olduğu aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Şəki Gigiyena və Epidemologiya Mərkəzinin direktoru Ə.Hüseynovun 30 yanvar 2020-ci il tarixli, 20№-li məktubunda (i/v 103) aşağıdakılar qeyd olunmuşdur: “Şəki Gigiyena və Epidemologiya Mərkəzi 17 yanvar 2020-ci il tarixli, 2(107)181/2020 saylı məktubunuza cavab olaraq bildirir ki, GEM-in həkim gigiyenisti Ş.Fərzəliyev, rayon Baytarlıq idarəsinin həkimi, Qoxmuq kəndi YƏD-nin və Qoxmuq kənd Bələdiyyəsinin nümayəndələrinin iştirakı ilə məktubunuzda qeyd olunan X8 məxsus həyətyanı sahədə inşa edilmiş mal tövləsinə sanitar baxış keçirmişlər. Baxış zamanı vətəndaşın mal tövləsini qonşusu, İddiaçı yaşadığı evin pəncərəsindən 1.5 metr aralıda inşa etdiyi aşkar olundu. AZDTN-nın 2.6-1 maddəsinin 4.20-ci bəndinə əsasən yaşayış otaqlarının pəncərələrindən mal-qara və quşlar saxlanılan tikililərədək (bloklaradək) olan məsafə bir və ya iki tikili olarsa-15 metrdən az olmamalıdır. X2 inşa etdiyi mal tövləsi AZDTN-nın tələblərinə cavab verməməklə, sanitar-gigiyenik baxımdan İddiaçı ailəsinin sağlamlığına mənfi təsir göstərə bilər”. Həmin məktuba 29.01.2020-ci il tarixdə tərtib olunmuş “Akt” əlavə olunmuşdur. Həmin akta əsasən tövləyə sanitar baxışı keçirilərək aşağıdakılar göstərilmişdir: “X25 və Epidemologiya Mərkəzinin sanitar şöbə müdiri X11, Şəki rayon Baytarlıq İdarəsinin aparıcı baytar həkimi X1, Qoxmuq kənd İƏD-nin nümayəndəsi X17, Qoxmuq kənd Bələdiyyəsinin sədri X3 iştirakı ilə tərtin edirik aktı ondan ötrü ki, Şəki Apellyasiya Məhkəməsinin 17.01.2020-ci il tarixli, 2(107)181/2020 №-li məktubuna əsasən Cavabdeh məxsus həyətyanı torpaq sahəsində inşa olunmuş tövləyə sanitar baxış keçirərək aşağıdakıları aşkar edirik: Vətəndaş Cavabdeh inşa etdiyi tövlə qonşusu İddiaçı yaşadığı yaşayış evinin pəncərəsindən 1,5 metr aralıda inşa olunmuşdur. Tövlənin kanalizasiya xətti yoxdur”. Məhkəmə kollegiyasının 07 iyul 2021-ci il tarixli qərardadı ilə iş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizası üzrə 10/4070 saylı, 15 noyabr 2021-ci il tarixli rəyindən görünür ki, Şəki rayonu, Qoxmuq kəndi ərazisində yerləşən iş üzrə cavabehin istifadəsində olan tovlə tikilisinin inşaası zamanı AZDTN 2.6-1 “Dövlət şəhərsalma Norma və Qaydaları”nın 4.20-ci bəndinin tələbinin pozulduğu müəyyən olunur. Həmçinin mübahisə predmeti olan tövlə tikilisi AZDTN 2.6-1 “Dövlət şəhərsalma Norma və Qaydaları”nın və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə riayət edilməklə həyətyanı torpaq sahənin başqa hissəsində inşa edilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Kollegiya hazırki mübahisənin obyektiv həlli ilə bağlı ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5 və 152.6-cı maddələrinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. -164.1-ci maddəsinin tələblərinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyasının, istərsə də Mülki Məcəllənin tələbləri baxımından mülkiyyət toxunulmazdır və cavabdehin öz əmlakına öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquq vardır ki, bu hüquq da dövlət tərəfindən qorunur. Bu isə onu deməyə əsas verir ki, cavabdeh öz əmlakı olan torpaq sahəsi üzərində qanunveriliklə müəyyən edilmiş qaydada tikililər və qurğular inşa edə, o cümlədən qonşu torpaq sahələrindən torpaq sahəsini ayırmaq üçün hasara alaraq mərzlənmə işlərini həyata keçirə bilər. Eyni zamanda mülki qanunvericilik mülkiyyət hüququnun məhdudlaşdırılmasını da istisna etmir. Mülki Məcəllənin 169.1-ci maddəsinin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Qeyd olunan müddəa Məcəllənin 169.2, 170 və 172-ci maddələrində əksini tapmışdır. Məcəllənin 169.2-ci maddəsinə əsasən hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir. Məcəllənin 170.1-ci maddəsinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Məcəllənin 170.2-ci maddəsinə görə isə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. MM-nin 172.1-ci maddənin məzmununa görə qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin. 172.2-ci maddəyə görə torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər; - 180-cı maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Dövlət şəhərsalma norma və qaydaları şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Qaydalarının 4.20-ci bəndinə əsasən yaşayış otaqlarının pəncərələrindən mal-qara və quşlar saxlanılan tikililərədək (bloklaradək) olan məsafə: bir və ya iki tikili olarsa -15 m-dən, 8-dək tikili olarsa -25 m-dən, 30-dək tikili olarsa -50m-dən, 30-dan çox tikili olarsa -100 m-dən az olmamalıdır. Məskunlaşma ərazisində yerləşdirilən mal-qara və quşlar saxlanılan tikintilərin (blokların) sayı hər qrup üzrə 30-dan çox olmamalıdır. Mərtəbəliyi 2-dən çox olan binalarda yaşayan əhalinin mal-qara üçün nəzərdə tutulan təsərrüfat tikililəri məskunlaşma ərazisindən kənarda yerləşdirilməlidir. Həmin binaların zirzəmisində və ya onların yaxınlığında kənd təsərrüfat məhsulları saxlanılan yeraltı anbarlar yerləşdirilə bilər. Bu anbarların ölçüləri layihə tapşırığı ilə müəyyənləşdirilməlidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4, 69.5 və 69.5.1-ci bəndlərində göstərilir: 69.4. ara məsafəsi divar hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 69.5 bəndi-ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir. 69.5.1 divar hündürlüyünün 0,6.hissəsi. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsaslı olmaqla, şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparır.

1. İş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, iddiaçı və cavabdeh qonşuluq münasibətlərində olmasına baxmayaraq, mövcud tövlənin inşasından sonra münasibətləri pisləşmiş və mübahisəni məhkəmədənkənar qaydada həll edə bilməmişlər.

2. Kollegiyanın araşdırması zamanı müəyyən edilmişdir ki, Şəki rayonu, Qoxmuq kəndi ərazisində yerləşən iş üzrə cavabehin istifadəsində olan tovlə tikilisinin inşaası zamanı AZDTN 2.6-1 “Dövlət şəhərsalma Norma və Qaydaları”nın 4.20-ci bəndinin tələbinin pozulduğu müəyyən olunur. Həmçinin mübahisə predmeti olan tövlə tikilisi AZDTN 2.6-1 “Dövlət şəhərsalma Norma və Qaydaları”nın və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə riayət edilməklə həyətyanı torpaq sahənin başqa hissəsində inşa edilə bilər.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Şəki Gigiyena və Epidemologiya Mərkəzinin direktoru Ə.Hüseynovun 30 yanvar 2020-ci il tarixli, 20№-li məktubunda (i/v 103) aşağıdakılar qeyd olunmuşdur: “Şəki Gigiyena və Epidemologiya Mərkəzi 17 yanvar 2020-ci il tarixli, 2(107)181/2020 saylı məktubunuza cavab olaraq bildirir ki, GEM-in həkim gigiyenisti Ş.Fərzəliyev, rayon Baytarlıq idarəsinin həkimi, Qoxmuq kəndi YƏD-nin və Qoxmuq kənd Bələdiyyəsinin nümayəndələrinin iştirakı ilə məktubunuzda qeyd olunan X8 məxsus həyətyanı sahədə inşa edilmiş mal tövləsinə sanitar baxış keçirmişlər. Baxış zamanı vətəndaşın mal tövləsini qonşusu, İddiaçı yaşadığı evin pəncərəsindən 1.5 metr aralıda inşa etdiyi aşkar olundu. AZDTN-nın 2.6-1 maddəsinin 4.20-ci bəndinə əsasən yaşayış otaqlarının pəncərələrindən mal-qara və quşlar saxlanılan tikililərədək (bloklaradək) olan məsafə bir və ya iki tikili olarsa-15 metrdən az olmamalıdır. X2 inşa etdiyi mal tövləsi AZDTN-nın tələblərinə cavab verməməklə, sanitar-gigiyenik baxımdan İddiaçı ailəsinin sağlamlığına mənfi təsir göstərə bilər”. Həmin məktuba 29.01.2020-ci il tarixdə tərtib olunmuş “Akt” əlavə olunmuşdur. Həmin akta əsasən tövləyə sanitar baxışı keçirilərək aşağıdakılar göstərilmişdir: “X25 və Epidemologiya Mərkəzinin sanitar şöbə müdiri X11, Şəki rayon Baytarlıq İdarəsinin aparıcı baytar həkimi X1, Qoxmuq kənd İƏD-nin nümayəndəsi X17, Qoxmuq kənd Bələdiyyəsinin sədri X3 iştirakı ilə tərtin edirik aktı ondan ötrü ki, Şəki Apellyasiya Məhkəməsinin 17.01.2020-ci il tarixli, 2(107)181/2020 №-li məktubuna əsasən Cavabdeh məxsus həyətyanı torpaq sahəsində inşa olunmuş tövləyə sanitar baxış keçirərək aşağıdakıları aşkar edirik: Vətəndaş Cavabdeh inşa etdiyi tövlə qonşusu İddiaçı yaşadığı yaşayış evinin pəncərəsindən 1,5 metr aralıda inşa olunmuşdur. Tövlənin kanalizasiya xətti yoxdur”. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, iddiaçı israr edir ki, qarşı tərəfin inşa etdiyi mal tövləsi onun yaşayış evinə yaxın məsafədə tikilərək qanunvericiliklə müəyyən edilmiş ara məsafəsi saxlanmamış, mal tövləsindən gələn zərərli qoxular evinə daxil olur, bu səbəbdən o, öz evində rahat yaşaya bilmir. İddia tələbindən də göründüyü kimi iddiaçı yaşayış evinin yaxınlığındakı tövlənin sökülməsini tələb etmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəf istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya məhkəməsində iddia tələbini, eləcə də apellyasiya şikayətini təkzib edəcək hər hansı mötəbər sübütü məhkəməyə təqdim etməmişdir. Ona görə də kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi mülahizələr birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsasdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına, eyni zamanda iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ilə bağlı ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat pul Müstəqil Məhkəmə Ekspertizası MMC-nin (Kod 201025, VÖEN **********, SWİFT KOD AllBAZ2X, M/h AZ37NABZ********************, VÖEN **********, hesab AZ53AllB********************) hesаbınа Cavabdeh tutularaq ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tаrixli, 2(075)-1524/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilsin. Şəki Rayonu Qoxmuq kəndində yerləşən İddiaçı evinə yaxın inşa edilmiş Cavabdeh məxsus olan tövlə cavabdehin vəsaiti hesabına sökülsün. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına, eyni zamanda iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ilə bağlı ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat pul Müstəqil Məhkəmə Ekspertizası MMC-nin (Kod 201025, VÖEN **********, SWİFT KOD AllBAZ2X, M/h AZ37NABZ********************, VÖEN **********, hesab AZ53AllB********************) hesаbınа Cavabdeh tutularaq ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

iş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar