Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1361/2022 16.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh Sracəddin oğluna qarşı tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması, ləğv) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh Sracəddin oğluna qarşı tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(075)-86/2022 saylı qətnaməsindən İddiaçı İB-nin verdiyi apellyasiya şikayətinin qaytarılsı barədə Şəki Rayon Məhkəməsinin 5 oktyabr 2022-ci il tarixli, 2(075)-86/2022 saylı qərardadından İddiaçı İB tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 tərəfindən ünvan 1 ünvanından keçən d-114 mm diametri olan orta təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında inşa etdiyi tikilinin, cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı: İddiaçı İB-nin nümayəndəsi X5 iddia tələbinin dəqiqləşdirilməsi (dəyişdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh X3 tərəfindən ünvan 2 ünvanından keçən d-114 mm diametri olan orta təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında inşa etdiyi tikilinin (qeyri yaşayış binasının) cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(075)-86/2022 saylı qətnaməsi ilə (hakim Cahid İmanov) İddiaçı İB-nin cavabdeh X2 qarşı onun tərəfindən ünvan 2 ünvanından keçən d-114 mm diametri olan orta təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında inşa etdiyi tikilinin (qeyri yaşayış binasının) cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılması tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş 10.40 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, iş üzrə 150 manat ekspertiza xərcinin İddiaçı İB-dən alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********, X4 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməsi qət edilmişdir. İddiaçı İB həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Şəki Rayon Məhkəməsinin 5 oktyabr 2022-ci il tarixli, 2(075)-86/2022 saylı qərardadı ilə İddiaçı İB-nin Cavabdeh Sracəddin oğluna qarşı “tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə Şəki Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(075)-86/2022 saylı qətnaməsindən İddiaçı İB-nin verdiyi apellyasiya şikayətinin qaytarılması qərara alınmışdır. Həmin qərаrdаddаn İddiaçı İB şikаyət vermişdir. Şəki Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(075)-86/2022 saylı qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Şəki Rayon Məhkəməsinin 5 oktyabr 2022-ci il tarixli, 2(075)- 86/2022 saylı qərardadı ləğv edilməli, mülki iş apellyasiya şiakyətinin uyğunluğunun digər məsələlərinin yoxlanılması və növbəti prosessual hərəkətlərin edilməsi üçün Şəki Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi apellyasiya şiakyətinin geri qaytarılması qərarını belə əsaslandırmışdır ki, mülki işə 30 avqust 2022-ci il tarixdə baxılaraq qətnamə çıxarılmış, qətnamənin surəti poçt vasitəsi ilə tərəflərə göndərilmişdir. Həmçinin iş materiallarında olan 31 avqust 2022- ci il tarixli elektron məhkəmə informasiya sisteminin çıxarışından görünür ki, Şəki Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli 2(075)-86/2022 saylı qətnaməsi “Azemis” elektron məhkəmə informasiya sistemi vasitəsilə elektron təsdiq edilməklə 31 avqust 2022-ci il tarixdə saat 10:52-də İddiaçı İB-nə məxsus şəxsi elektron kabinetinə yerləşdirilmişdir. İş üzrə İddiaçı İB-nin Şəki Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli 2(075)- 86/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti 03 oktyabr 2022-ci il tarixdə Şəki Rayon Məhkəməsinə daxil olmuşdur Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, mülki işin materiallarından görünür ki, Şəki Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli 2(075)-86/2022 saylı qətnaməsi “Azemis” elektron məhkəmə informasiya sistemi vasitəsilə elektron təsdiq edilməklə 31 avqust 2022-ci il tarixdə İddiaçı İB-nə məxsus şəxsi elektron kabinetinə yerləşdirilmişdir. Beləliklə, iddiaçının apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq müddətin son günü 1 oktyabr 2022-ci il tarixinə təsadüf edir. 2022-ci ilin oktyabr ayı üzrə təqvimdən görünür ki, 1 oktyabr 2022-ci il tarixi həftənin şənbə gününə təsadüf edir və iş günü deyildir. Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəllənin 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. 1 oktyabr 2022-ci il tarixdən sonrakı ilk iş günü 3 oktyabr 2022-ci il tarixə təsadüf edir və göründüyü kimi, İddiaçı İB-nin Şəki Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli 2(075)-86/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti 03 oktyabr 2022-ci il tarixdə Şəki Rayon Məhkəməsinə daxil olmuşdur. “O.Hüseynovun şikаyəti üzrə məhkəməyə mürаciət hüququnun pozulmаsınа dаir” iş üzrə 29 iyun 2007-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsinin Plenumunu göstərmişdir ki, mülki prosessuаl qаnunvericilik məhkəmə qətnаməsindən verilən şikаyətlər üçün müddətin məhz məhkəmə аktının tərəfə təqdim olunduğu gündən hesаblаndığını nəzərdə tutur. "X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarında göstərilir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Şəki Rayon Məhkəməsinin 5 oktyabr 2022-ci il tarixli, 2(075)-86/2022 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar mövcuddur. Ona görə də, şikayət təmin edilməli, Şəki Rayon Məhkəməsinin 5 oktyabr 2022-ci il tarixli, 2(075)-86/2022 saylı qərardadı ləğv edilməli, mülki iş apellyasiya şiakyətinin uyğunluğunun digər məsələlərinin yoxlanılması və növbəti prosessual hərəkətlərin edilməsi üçün Şəki Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəllənin 398.0.2-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyа məhkəməsi şikаyətə bаxıb qərаrdаdı tаm və yа qismən ləğv edib, yаxud dəyişib işi birinci instаnsiyа məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İB tərəfindən verilmiş şikayət təmin edilsin. Şəki Rayon Məhkəməsinin 5 oktyabr 2022-ci il tarixli, 2(075)-86/2022 saylı qərardadı ləğv edilsin. Mülki iş apellyasiya şiakyətinin uyğunluğunun digər məsələlərinin yoxlanılması və növbəti prosessual hərəkətlərin edilməsi üçün Şəki Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1361/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1361/2022
16.11.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver