Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1362/2022 20.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh4 Yunus oğlu, Cavabdeh1, Cavabdeh2 Həsən qızı və Cavabdeh3 qarşı “torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma” tələbi, İddiaçı Cavabdeh4 Yunus oğlunun cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsmayıllı rayon Notariat Ofisinə qarşı “miras əmlakın faktiki olaraq qəbul olunmasının müəyyən olunması, buna uyğun olaraq vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin İsmayıllı rayon Notariat Ofisinə həvalə edilməsi, cavabdehlərə verilmiş vərəsəlik haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma- miras əmlakın faktiki olaraq qəbul olunmasının müəyyən olunması, vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçılar (1-ci iddia üzrə) İddiaçı2, İddiaçı3 nümayəndəsi Nümayəndə1 Yunis oğlunun, İddiaçı1 və İddiaçı3 vəkili Vəkil Cavabdehlər (1-ci iddia üzrə) Cavabdeh4 Yunus oğlu və Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh4 Yunus oğlu, Cavabdeh1, Cavabdeh2 Həsən qızı və Cavabdeh3 qarşı “torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma” tələbi, iddiaçı Cavabdeh4 Yunus oğlunun cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsmayıllı rayon Notariat Ofisinə qarşı “miras əmlakın faktiki olaraq qəbul olunmasının müəyyən olunması, buna uyğun olaraq vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin İsmayıllı rayon Notariat Ofisinə həvalə edilməsi, cavabdehlərə verilmiş vərəsəlik haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2(037)-373/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh4 Yunus oğlu və Cavabdeh1 nümayəndəsi, həmçinin vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.1988-ci ilin oktyabr ayında tərtib edilmiş, İsmayıllı RİH-nin 13 fevral 1998-ci il 45 saylı qərarına uyğun rəsmləşdirilmiş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun” surətindən müəyyən edilir ki, İsmayıllı rayonun Soltankənd kəndində yerləşən inventar nömrəsi 173 olan 1 mərtəbəli, 2 otaqlı ümumi sahəsi 127.2 kv.metr olan fərdi yaşayış evinin sahibi İddiaçı3dur.
2. JN 085F KOD 40710028 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən müəyyən edilir ki, İsmayıllı rayon Aqrar İslahatı Komissiyasının 29 iyul 1999-cu il tarixli 64 saylı qərarı ilə İsmayıllı rayonun Soltankənd kəndi ərazisindən 0,16 hektar həyətyanı torpaq sahəsi X11, İddiaçı1, X8, İddiaçı3 mülkiyyətinə verilmişdir.
3. AZ-İ 542645 nömrəli 28 yanvar 2013-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X12 23 yanvar 2013-cü il tarixdə vəfat etmişdir.
4. İsmayıllı rayonun İHB-nın Soltankənd kənd təsərrüfatbaşı kitabının 80-ci səhvəsinin surətindən müəyyən edilir ki, İsmayıllı rayonun Soltankənd kəndində fərdi yaşayış evində ailə başçısı kimi İddiaçı1 qeyd edilmişdir.
5. İsmayıllı rayonunda ziyan dəymiş yaşayış evləri və sosial obyektlərə baxışın nəticələrinə dair 15 fevral 2019-cu il tarixli baxışın surətindən müəyyən edilir ki, İsmayıllı rayonun Soltankənd kəndində ziyan dəymiş evə baxış keçirilərkən Cavabdeh4 yaşadığı evin bir mərtəbəli 3 otaqlı ümumi sahəsi 120 kv.metr, ailə üzvünün sayının 5 nəfər olduğu qeyd edilmişdir.
6. 05 fevral 2019-cu il tarixdə İsmayıllı rayonunda baş vermiş zəlzələ nəticəində ziyan dəymiş və Fövqaladə Hallar Nazirliyinin müvafiq komissiyasının qərarına əsasən qəzalı olduğu təsdiqini tapmış yaşayış evləri barədə məlumatların surətindən müəyyən edilir ki, İsmayıllı rayonun Soltankənd kəndində olan Cavabdeh4 yaşadığı evin bir mərtəbəli 4 otaqlı ümumi sahəsi 120 kv.metr, ailə üzvünün sayının 5 nəfər olduğu qeyd edilmişdir.
7. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının 07/312 nömrəli 16 may 2022-ci il tarixli məktubundan müəyyən edilir ki, fərdi yaşayış evi 05 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş yaşayış evinin əvəzi olaraq AR Fövqəladə Hallar Nazirliyinin sifarişi əsasında inşa edilmişdir. İnşa edilmiş yaşayış evi Cavabdeh4 təhvil verilmişdir.
8. Volqoqrad vilayəti İlovlinsk bələdiyyə rayonu İlovlinsk şəhər qəsəbəsinin inzibatçılığı tərəfindən 18 aprel 2022-ci il tarixli təsərrüfat kitabından çıxarışdan müəyyən edilir ki, Cavabdeh4 İlovlya rayonu Pervomayskaya küçəsi ev 5 A ünvanında təsərrüfat sahibi olmaqla ailə tərkibi oğlanları - Cavabdeh3 və Osman Davidov, qızı - Cavabdeh2 ibarətdir və onların 1000 kv.metr əkin torpaq sahəsi vardır.
9. Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 09 avqust 2022-ci il tarixli 33/3142 saylı məktubundan müəyyən edilir ki, Cavabdeh4 2013-cü il tarixdə iki dəfə, 2014-cü il tarixdə iki dəfə, 2015-ci il tarixdə bir dəfə, 2016-cı ildə beş dəfə, 2017-ci ildə dörd dəfə, 2018-ci ildə dörd dəfə, 2019-cu ildə dörd dəfə, 2020-ci ildə bir dəfə, 2021-ci ildə bir dəfə dövlət sərhəddindən giriş-çıxış etmişdir.
10. İsmayıllı rayonun İHB-nın Qalagah kənd təsərrüfatbaşı kitabının 82-ci səhvəsinin 39 nömrəli şəxsi hesabdan çıxarışn surətindən müəyyən edilir ki, Cavabdeh1 ailə üzvü olmaqla İsmayıllı rayonun Qalagah kəndində qeydiyyatdadır.
11. Mərkəzi məlumat bazasından çıxarılmış çıxarışdan görünür ki, Cavabdeh1 qohumları barədə məlumatlar tapılmışdır.
12. İsmayıllı RİHB-nın Soltankənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 47 nömrəli 10 fevral 2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı1 İsmayıllı rayonun Soltankənd kəndində yaşamaqla ailə tərkibi özü - İddiaçı1 oğlu, gəlini - Cavabdeh1, nəvələri - Cavabdeh2 Həsən qızı və Cavabdeh3 ibarətdir. İsmayıllı RİHB-nın Soltankənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 49 nömrəli 16 fevral 2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı1 İsmayıllı rayonun Soltankənd kəndində yaşamaqla ailə tərkibi özü - İddiaçı1, oğlu - Cavabdeh4, gəlini - Cavabdeh1, nəvələri - Cavabdeh2 Həsən qızı və Cavabdeh3 ibarətdir.
13. İsmayıllı rayonun Soltankənd kənd sakinləri tərəfindən tərtib olunmuş 18 aprel 2022- ci il tarixli aktda qeyd edilmişdir ki, həmin kənd ərazisində yerləşən evdə Cavabdeh4, arvadı - Cavabdeh1, uşaqları - Cavabdeh2 Həsən qızı və Cavabdeh3 2016-cı ildən yaşayırlar. Əvəllər anası - İddiaçı1 da onlarla birgə yaşasa da iki ilə yaxın müddətdir ki, həmin evdə yaşamır. Qeyd edilən evdə həmin ailədən başqa heç kim yaşamır. Onlar ev sahibi kimi Cavabdeh4 tanıyırlar.
14. İddiaçı1, İddiaçı3 və İddiaçı2 İsmayıllı rayon notariat ofisinə təqdim etdikləri 12 may 2022-ci il tarixli ərizənin surətindən müəyyən edilir ki, onlar vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişlər. Qanun üzrə vərəsəlik hüququ haqqında 12 may 2022-ci il tarixli şəhadətnamənin surətindən müəyyən edilir ki, 23 yanvar 2013-cü il tarixdə vəfat etmiş X4 vərəsələri - arvadı İddiaçı1, oğlu - İddiaçı3, qızı - İddiaçı2dır. Onların hər birinə miras əmlakdan 1/3 pay ayrılmışdır.
15. Daşınmaz Əmlakın Dövlət Reyestri Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən müəyyən edilir ki, İsmayıllı rayonun Soltankənd kəndində yerləşən 0,16 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı3 adına rasmləşdirilmişdir İddiaçı1, İddiaçı3 və İddiaçı2 hər birinin 1/3 hissə payları müəyyən edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 184 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində 17 may 2022-ci il tarixdə qeydiyyata alınmışdır.
16. İsmayıllı rayon notariat ofisi tərəfindən Cavabdeh4 verilmiş 20 may 2022-ci il tarixli 413 nömrəli məktubunun surətindən müəyyən edilir ki, qanunvericiklə nəzərdə tutulmuş mirasın qəbulu üçün müəyyən edilmiş müddət ötürülmüşdür və inzibati ərazi nümayəndəliyinin verdiyi vərəsələrin dairəsi barədə arayışda adının qeyd olunmaması və mirasın faktiki qəbul olunması barədə sübutlar təqdim olunmamışdır. Qeyd olunan səbəblərə görə ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün hesab edilməmişdir.
Birinci instansiya məhkəməsinin iclasında Şahid qismində dindirilmiş:
17. X3 ifadə verərək göstərmişdir ki, o İsmayıllı rayon İHB-nın Soltankənd kənd İƏD üzrə nümayəndəsi vəzifəsində işləyir. Məlum hadisələrlə bağlı mərhum Yunus Davidov ailəsi ilə birlikdə Ermənistandan köçərək İsmayıllı rayonun Soltankənd kəndinə gəlmişlər və həmin vaxt evi erməni ilə dəyişmişlər. 2016-cı ildən Həsən ailəsi ilə birlikdə həmin evdə yaşayır. Zəlzələdən sonra dəyişdikləri ev yararsız vəziyyətə düşdüyündən sökülərək dövlət hesabına yeni ev inşa edilmişdir. Təsərrüfatbaşına kitabda əvvəl yalnız İddiaçı1 adı olmuşdur. Sonradan özlərinin xahişləri ilə Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adları da həmin kitaba qeyd edilmişdir. İsmayıllı RİHB-nın Soltankənd İƏD üzrə nümayəndəliyi tərəfindən onun imzası ilə verılmiş 47 nömrəli 10 fevral 2022-ci il tarixli arayışda İddiaçı1 İsmayıllı rayonun Soltankənd kəndində yaşamaqla ailə tərkibi özü - İddiaçı1, gəlini - Cavabdeh1, nəvələri - Cavabdeh2 Həsən qızı və Cavabdeh3 ibarət, 49 nömrəli 16 fevral 2022-ci il tarixli arayışda isə İddiaçı1 İsmayıllı rayonun Soltankənd kəndində yaşamaqla ailə tərkibi özü - İddiaçı1, oğlu - Cavabdeh4, gəlini - Cavabdeh1, nəvələri - Cavabdeh2 Həsən qızı və Cavabdeh3 ibarət olması qeyd edilmişdir. Əslində isə Cavabdeh4 özü, uşaqları Cavabdeh2 və Cavabdeh3 Rusiya vətəndaşıdır, onların Azərbaycan Respublikasında qeydiyyatları yoxdur. Arvadı Cavabdeh1 isə Qalagah kəndində qeydiyyatdadır.
18. X9 ifadə verərək göstərmişdir ki, mübahisəli fərdi yaşayış evi qardaşı İddiaçı3 mülkiyyətindədir. Hələ Ermənistandan köçərkən qardaşı Əfqan evi Soltankənd kəndində yaşayan erməni evi ilə dəyişmişdir. Qardaşı Həsən onlar Ermənistanda yaşadıqları vaxt Rusiyaya getmiş, hərbi xidməti də orada keçmişdir. Atası 2013-cü ildə vəfat etmişdir. Onlar atasının dəfn mərasimində iştirak etsələrdə qardaşı Həsən dəfn mərasiminə gəlməmiş, sonradan qısa müddətə gələrək hüzrdə iştirak edərək geri qayıtmışdır. Bir də qırx mərasiminə gəlmişdir. Gəldiyi vaxtda da həmin evdə qalmamış, Qalagah kəndində qaynatasının evində qalmışdır. Qardaşı Əfqan atasının dəfn və hüzür mərasimlərinin xərcini çəkmiş, atası vəfat etdikdən sonra altı ay anası ilə birlikdə qalaraq ona qulluq göstərmişdir. O da 2013-cü ildən 2015-ci ilədək həmin evdə onlarla birlikdə yaşamışdır. Bacısı Radə onlarla bərabər yaşamış, o geri qayıtdıqdan sonra bacısı 2016-cı ilədək həmin evdə anası Xəzəllə qulluq etmək üçün qalmışdır. Qardaşı Əfqan miras əmlakın saxlanılması üçün mütamadi olaraq Rusiyadan anasına və bacısına pul göndərmişdir. 2016-cı ildə həmin evə digər qardaşı Cavabdeh4 öz ailəsi ilə köçmüşdür. Anası xəstələndiyi üçün Əfqan anasını müalicə etdirmək üçün Rusiyaya aparmışdır. 2019-cu ilin may ayında anasının təkidi ilə qardaşı Osman anasını geri qaytarmışdır. Osman onlara bildirmişdir ki, qardaşı Həsən anasına yaxşı baxmır. Anası Xəzələ yaxşı baxmadıqlarına görə məcburiyyət qarşısında yaşamaq üçün bacısı Radənin yanına getmişdir. 2019-cu ildə təbii fəlakət nəticəsində ev yararsız vəziyyətə düşmüşdür. Dövlət hesabına həmin evin yerində yeni ev inşa edilmişdir. Yeni inşa edilmiş ev qardaşı İddiaçı3 məxsusdur. Atasından qalan mirası anası Xəzəl, bacısı Radə və qardaşı Əfqan qəbul edərək idarə edir.
19. X5 ifadə verərək göstərmişdir ki, o, İsmayıllı rayonunun Soltankənd kəndində yaşayır. X16 vəfat etdikdən sonra 2016-cı ildən həmin evdə mərhumun oğlu Cavabdeh4, arvadı Cavabdeh1, qızı Cavabdeh2 və oğlu Cavabdeh3 yaşayır. İki il əvvələ kimi Həsənin anası İddiaçı1 həmin evdə yaşasa da hazırda orada yaşamır. Onların yaşadığı ev qəzalı vəziyyətdə olduğundan dövlət tərəfindən yenidən inşa edilmişdir. Ev tikildikdən sonra da həmin evdə Həsənin ailəsindən başqa heç kim yaşamamışdır.
20. X1 ifadə verərək göstərmişdir ki, o, İsmayıllı rayonun Soltankənd kəndində yaşayır. X16 vəfat etdikdən sonra Həsənin hüzr məclisində iştirak etdiyini görmüşdür. Həmin vaxtlarda Həsən atası evində qalırdı. 2016-cı ildən həmin evdə mərhumun oğlu Cavabdeh4, arvadı Cavabdeh1, qızı Cavabdeh2 və oğlu Cavabdeh3 yaşayır. İki il əvvəl Həsənin anası İddiaçı1 da həmin evdə Həsən və ailəsi ilə birlikdə yaşamışlar. Lakin Xəzəl hazırda o evdə yaşamır. Onların yaşadığı ev qəzalı vəziyyətdə olduğundan dövlət tərəfindən yenidən inşa edilmişdir. Ev tikildikdən sonra da həmin evdə Həsənin ailəsindən başqa heç kim yaşamamışdır Həsən yaşadığı həyətdə öz hesabına tikinti işləri aparmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
21. Öyrənilən mülki işdən görünür ki, baxılan iş üzrə iki ayrı-ayrı iddia verilmiş və bu iddialar prosessual qənaət prinsipi baxımından bir icraatda biləşdirilmişdir.
22. Kollegiya iddia tələblərinin çoxluğunu və mürəkkibliyini nəzərə alaraq hər dəfə təkrarçılığa yol verməmək və qərarın oxunaqlı olmasını nəzərə alaraq iddia tələblərini şərti olaraq “1-2” rəqəmləri ilə işarələmişdir.
23. (1-ci iddia) İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh4 Yunus oğlu, Cavabdeh1, Cavabdeh2 Həsən qızı və Cavabdeh3 qarşı iddia ərizəsi ilə müraciət edərək, “JN-085F Kod 40710028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən birgə mülkiyyətlərində olan İsmayıllı rayonun Soltankənd kəndində yerləşən 0,16 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən İddiaçı3 adına qeydə alınmış fərdi yaşayış evindən cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 Həsən qızı və Cavabdeh3 əşyaları ilə birlikdə çıxarılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
24. (2-ci iddia) İddiaçı Cavabdeh4 Yunus oğlu cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi idarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsmayıllı rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə (sonradan tələbin dəqiqləşdirilməsi barədə ərziə verərək) müraciət edərək, “iddiaçı Cavabdeh4 Yunus oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək- mərhum atası X6 mülkiyyətində olmuş İsmayıllı rayonu Soltankənd kənd ünvanında yerləşən JN-085F Kod 40710028 olan, 0,16 hektar torpaq sahəsinin və onun üzərində yerləşən daşınmaz əmlakları atasına aid hissədə birinci növbə vərəsə kimi mirası faktiki qəbul etməyinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, buna uyğun olaraq ona vərəsəlik haqqnda şəhadətnamənin verilməsinin İsmayıllı Rayon Notariat ofisinə həvalə edilməsi, İsmayıllı Rayon Notariat ofisi tərəfindən cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 verilmiş 12 may 2022-ci il tarixli vərəsəlik haqqnda şəhadətnamələrin və eyni zamanda həmin şəhadətnamələr əsasında İddiaçı3 (1/3 pay İddiaçı1, 1/3 pay İddiaçı3, 1/3 pay İddiaçı2) Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 184 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində xx.xx.2022ci il tarixdə qeydə alınan **********74 saylı reyestr nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi), ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Məhkəmənin 31 avqust 2022-ci il tarixli qərardadı ilə hər iki mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən birlikdə baxılması üçün bir icraatda birləşdirilmiş, işə 2(037)-373/2022 nömrəsi verilmişdir.
26. (1-ci iddia) İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbi onunla əsaslandırılmışdır ki, JN-085F Kod 40710028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X11, İddiaçı1, X8 və İddiaçı3 birgə mülkiyyətinə İsmayıllı rayonun Soltankənd kəndində 0,16 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evinə dair İddiaçı3 adına texniki pasport hazırlanmışdır. Fərdi yaşayış evində İddiaçı1 yaşamışdır. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 Həsən qızı və Cavabdeh3 onların xəbəri olmadan ailəliklə birlikdə həmin evə köçərək İddiaçı1 ilə birlikdə yaşamışlar. Cavabdeh1 İddiaçı1 ilə yola getmədiyindən İddiaçı1 məcburiyyət qarşısında qalaraq qonşu kənddə yaşayan qızı İradənin yanına köçmüşdür. Özünün mülkiyyətində torpağı və həmin torpaq sahəsinin üzərində tikdirdiyi evin olmasına baxmayaraq 80-dən çox yaşı olan İddiaçı1 bir neçə müddətdir ki, başqa evdə yaşamağa məcbur olub. Həyətyanı torpaq sahəsi və fərdi yaşayı evi onlara məxsus olmasına baxmayaraq cavabdehlər özlərini həmin torpaq sahəsinin və evin sahibi kimi aparırlar. Ona görə də onlar ailə üzvləri ilə birlikdə həmin evdən və torpaq sahəsindən məcburi qaydada çıxarılmalıdırlar.
27. (2-ci iddia) İddiaçı Cavabdeh4 Yunus oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, atası X11 xx.xx.2013-cü il tarixdə İsmayıllı rayonu, Soltkənd kənd ünvanında vəfat etmişdir. X11 vəfat etdikdən sonra o ailə üzvləri ilə birlikdə atasına məxsus İsmayıllı rayonu, Soltkənd kənd ünvanında yaşamışlar. JN-085F, KOD 40710028 torpaq sahəsi üzərində yerləşən həmin ev faktiki olaraq o və ailə üzvlərinin mülkiyyətindədir. O və ailə üzvləri ilə birlikdə hazırda da həmin evdə yaşayırlar. Qeyd edir ki, İsmayıllı rayonu, Soltankənd kəndi ərazisində yerləşən, atasına məxsus ev zəlzələ nəticəsində tamamilə yararsız vəziyyətə düşmüşdür. Buna görə də, həmin ev dövlət hesabına yenidən inşa edilmişdir. Xüsusilə qeyd edir ki, zəlzələ nəticəsində yararsız vəziyyətə salınmış ev o və onun ailə üzvlərinin sayına uyğun olaraq dövlət tərəfindən yenidən inşa edilmişdir.
28. 05 fevral 2019-cu il tarixdə İsmayıllı rayonunda baş vermiş zəlzələ nəticəsində ziyan dəymiş və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyasının qərarına əsasən qəzalı olduğu təsdiqini tapmış yaşayış evləri barədə məlumat cədvəlində onun adı qeyd olunmuşdur.
29. İddia ərizəsinə əlavə edilmiş aktdan da göründüyü kimi qonşular da, orada yalnız o və onların ailə üzvlərinin yaşadığını təsdiqləyir. Yəni miras əmlak uzun müddətdir faktiki olaraq onun mülkiyyətindədir. Bir daha qeyd edirlər ki, atası X10 məxsus JN-085F, KOD 40710028, 016 ha torpaq sahəsi və onun üzərində yerləşən əmlakı hazırda faktiki olaraq o istifadə edir, atasının mirasını faktiki olaraq qəbul etmişdir.
30. Belə ki, tərəfindən atasına məxsun miras əmlaka dair İsmayıllı Rayon Notariat ofisinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edilmişdir. Lakin İsmayıllı Rayon Notariat ofisinin 413 nömrəli, xx.xx.2022- ci il tarixli cavab məktubuna əsasən, vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Cavab məktubu onunla əsaslandırılmışdır ki, o miras əmlakın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddəti ötürmüş, həmçinin inzibati ərazi nümyəndəliyi tərəfindən verilmiş vərəsələrin dairəsi barədə ərizədə onun adı qeyd edilməmişdir. Halbuki yuxarıda sadalan hallardan da göründüyü kimi torpaq sahəsi və onun üzərində yerləşən mənzil uzun müddətdir faktiki olaraq onun mülkiyyətindədir.
31. Müddətin ötürülməsinə dair hissədə onu qeyd etmək istəyir ki, o ailə üzvləri ilə uzun müddətdir mübahisəli evdə yaşayırlar. Cavabdehlərlə əvvəlcədən aralarında hər hansı mübahisə olmadığı üçün atasına dair əmlaka vərəsəlik haqqında şəhadətnamə almağı düşünməmişdir. Çünki onlar yaşadıqları ölkənin mentalitetində ata mülki uğrunda bacı-qardaşlarını mübahisə yaşaması, əmlakı bölüşdürməyə çalışması az rast gəlinən və qınağa məruz qalan bir haldır. Xüsusilə qeyd etməlidir ki, cavabdehlər tərəfindən miras əmlaka dair vərəsəlik haqqında şəhadətnamə almaq üçün notariat kontoruna müraciət edilərkən həmin evdə faktiki olaraq yaşamağına baxmayaraq, onun bundan xəbəri olmamış, bu haqda ona məlumat verilməmişdir. Halbuki, cavabdehlər onun həmin evdə yaşadığını bilmiş, hətta torpaq sahəsindən və evdən çıxarılmağım üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məlumatı olacağı təqdirdə o da vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün notariusa müraciət edəcəkdi. Lakin qeyd olunalardan da göründüyü kimi bu fakt ondan gizlədilmişdir.
32. İsmayıllı Rayon Məhkəməsinin (hakim R.Şirinov) 02 sentyabr 2022-ci il tarixli, 2(037)-373/2022 nömrəli qətnaməsi ilə; (1-ci iddia) İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh4 Yunus oğlu, Cavabdeh1, Cavabdeh2 Həsən qızı və Cavabdeh3 qarşı torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmasına dair iddia tələbi torpaq sahəsindən çıxarımaya dair hissədə təmin edilməsi, -Cavabdehlər Cavabdeh4 Yunus oğlu, Cavabdeh1, Cavabdeh2 Həsən qızı və Cavabdeh3 JN-085F Kod 40710028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin əsasında verilmiş və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində 184 nömrəli reyestr kitabında 17 may 2022-ci il tarixdə qeydə alınmış **********74 saylı reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 birgə mülkiyyətlərində olan İsmayıllı rayonun Soltankənd kəndində yerləşən 0,16 hektar həyətyanı torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılması, -İddia tələbinin fərdi yaşayış evindən çıxarılmasına dair hissədə İddiaçı3 münasibətdə təmin edilməsi, -Cavabdehlər Cavabdeh4 Yunus oğlu, Cavabdeh1, Cavabdeh2 Həsən qızı və Cavabdeh3 JN-085F Kod 40710028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin əsasında verilmiş və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində 184 nömrəli reyestr kitabında 17 may 2022-ci il tarixdə qeydə alınmış, **********74 saylı reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı1, İddiaçı2 və İddiaçı3 birgə mülkiyyətlərində olan İsmayıllı rayonun Soltankənd kəndində 0,16 hektar həyətyanı torpaq sahəsində yerləşən iddiacı İddiaçı3 məxsus yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması, İddia tələbinin fərdi yaşayış evindən çıxarılmasına dair hissədə iddiaçılar İddiaçı1, İddiaçı2 münasibətdə rədd edilməsi, (2-ci iddia) İddiaçı Cavabdeh4 Yunus oğlunun cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi idarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsmayıllı rayon Notariat Ofisinə qarşı vermiş olduğu iddianın təmin edilməməsi, -Cavabdehlər Cavabdeh4 Yunus oğlu, Cavabdeh1 və Cavabdeh2 Həsən qızından 100 (bir yüz) manat dövlət rüsumunun alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilməsi, -Cavabdeh4 Yunus oğlu tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir.
33. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər məlum hadisələrlə bağlı 1988-ci ildə Ermənistanda olan evlərini İsmayıllı rayonunun Sotankənd kəndində olan erməni evi ilə dəyişmiş və orada yaşamışlar. Yaşayış evinə dair 1988-ci ilin oktyabr ayında tərtib edilmiş, İsmayıllı RİH-nin 13 fevral 1998-ci il 45 saylı qərarına uyğun rəsmləşdirilmiş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu” İddiaçı3 adınadır. Yaşayış evinin yerləşdiyi 0,16 hektar torpaq sahəsi isə “JN-085F Kod 40710028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə İddiaçı3, atası Yunis Davidovun, anası İddiaçı1 və bacısı İddiaçı2 birgə mülkiyyətində olmuşdur.
34. Yunus Davidov 2013-cü ildə vəfat etmişdir. İddiaçı1, İddiaçı3 və İddiaçı2 İsmayıllı rayon Notariat ofisinə müraciətlərinə əsasən 12 may 2022-ci il tarixdə onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Onlar vəfat etmiş Yunus Davıdovun vərəsələri hesab edilərək hər birinə miras əmlakdan 1/3 pay müəyyən edilmişdir. “Qanun üzrə vərəsəlik hüququ haqqında” 12 may 2022-ci il tarixli şəhadətnaməyə uyğun olaraq 17 may 2022-ci il tarixdə qeydiyyata alınmış “Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa” əsasən 0,16 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı3 adına rəsmləşdirilməklə İddiaçı1, İddiaçı3 və İddiaçı2 hər birinin 1/3 hissə payları müəyyən edilmişdir.
35. Yunus Davidov 23 yanvar 2013-cü il tarixdə vəfat edən zaman qeyd edilən yaşayış evində Yunus Davidovla yanaşı onun arvadı İddiaçı1 və qızı İddiaçı2 yaşamışdır. Yunus Davidovun dəfn və hüzür mərasimlərinin xərcini Əfqan çəkmiş, atası vəfat etdikdən sonra altı ay anasının yanında qalmışdır.
36. 2016-cı ildə Cavabdeh4 öz ailəsi - arvadı Cavabdeh1, qızı - Cavabdeh2 və oğlu - Cavabdeh3 ilə müvəqqəti yaşamaq üçün həmin evə köçmüşlər. Onlar 2016-cı ildən İddiaçı3 məxsus evdə yaşasalar da evə və evin yerləşdiyi həyətyanı torpaq sahəsinə mülkiyyət və digər hüquqları olmamışdır. Cavabdeh4 Ermənistanda yaşadıqları vaxtdan yaşamaq və işləmək üçün Rusiyaya getmişdir. Cavabdeh4 özü, uşaqları Cavabdeh2 və Cavabdeh3 Rusiya vətəndaşıdır, onların Azərbaycan Respublikasında qeydiyyatları yoxdur. Arvadı Cavabdeh1 isə Qalagah kəndində qeydiyyatdadır. Cavabdeh4 Rusiya Federasiyası İlovlya rayonu Pervomayskaya küçəsi ev 5 A-da təsərrüfatı vardır. İddiaçı1 İsmayıllı rayonun Solktankənd kəndində təsərrüfatbaşına kitabda ailə başçısı kimi qeyd olunmuşdur. İsmayıllı RİHB-nin Soltankənd İƏD üzrə nümayəndəliyin 47 nömrəli 10 fevral 2022-ci il tarixli arayışında İddiaçı1 İsmayıllı rayonun Soltankənd kəndində yaşamaqla ailə tərkibi özü - İddiaçı1 oğlu, gəlini – Cavabdeh1, nəvələri - Cavabdeh2 Həsən qızı və Cavabdeh3 ibarət olduğu, həmin nümayəndəliyin 49 nömrəli xx.xx.2022-ci il tarixli digər arayışında isə İddiaçı1 ailə tərkibinin özü, oğlu - Cavabdeh4, gəlini - Cavabdeh1, nəvələri - Cavabdeh2 Həsən qızı və Cavabdeh3 ibarət olduğu qeyd edilmişdir.
37. 2019-cu ilin əvvəllərində Həsən və onun ailəsinin İddiaçı1 ilə münasibətləri pozulduğundan İddiaçı1 qonşu kənddə yaşayan qızı İddiaçı2 yanına köşmüşdür. 05 fevral 2019-cu il tarixdə İsmayıllı rayonunda baş vermiş zəlzələ nəticəsində İddiaçı3 fərdi yaşayış evinə ziyan dəymiş və Fövqaladə Hallar Nazirliyinin müvafiq komissiyasının qərarına əsasən qəzalı ev kimi qeydiyyata alınmışdır. Həmin vaxt qeyd edilən evdə Cavabdeh4 öz ailəsi ilə yaşadığından komissiya siyahıda Həsənin və onun ailəsinin də adını qeyd etmişdir. Komissiyanın siyahısına əsasən İddiaçı3 zəlzələ nəticəsində ziyan dəymiş fərdi yaşayış evinin əvəzində yeni yaşayış evi inşa edilmişdir.
38. Cavabdeh4 atası vəfat etdikdən sonra bir neçə dəfə hüzr mərasimlərində iştirak etmək üçün Azərbaycana gəlib-getsə də atasından qalan mirasın qəbulu ilə bağlı aktiv hərəkətlər aparmamış, qanunla müəyyən olunmuş müddət ərzində Notariat ofisinə müraciət etməmişdir. Bu faktı Cavabdeh4 etiraf edərək bunun səbəbini qanunu bilməməsi ilə əsaslandırmışdır.
39. 2022-ci ilin may ayında mirasın qəbul olunması ilə bağlı İsmayıllı rayon notariat ofisinə müraciət etsə də qanunvericiklə nəzərdə tutulmuş mirasın qəbulu üçün müəyyən edilmiş müddət ötürüldüyündən və mirasın faktiki qəbul olunması barədə sübutlar təqdim edilmədiyindən ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün hesab edilməmişdir.
40. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 161, 164.1, 165.1, 1133.1, 1133.2, 1134.1, 1159.1.1, 1243.1, 1243.2, 1245 və 1255-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2.4 bəndinə, Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2022-ci il tarixli fərmanının 1 və 2-ci bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1 və 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
41. Cavabdehlər Cavabdeh4 Yunus oğlu və Cavabdeh1 nümayəndəsi, həmçinin vəkili Nümayəndə2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı3 mübahisəli evdən Cavabdeh4, onun həyat yoldaşı Cavabdeh1 və övladları Cavabdeh2 Həsən qızı, Cavabdeh3 əşyaları ilə birlikdə çıxarılmasını tələb etmiş, məhkəmə isə həmin hissədə iddianı təmin etmişdir. İddiaçı3 mübahisəli evdən onların çıxarılmasına dair tələbi sərəncam hüququndan irəli gələn hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Lakin işin hallarından da göründüyü kimi mübahisəli evə dair İddiaçı3 mülkiyyət hüquqlarını təsdiq edən çıxarış yoxdur. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı üçün İddiaçı3 müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik deyildir. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə İddiaçı3 subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı idi.
42. İşin halları ilə tam təsdiq olunur ki, Cavabdeh4 və ailə üzvləri 2016-cı il tarixdən etibarən mübahisəli evdə yaşayır. Cavabdeh4 faktiki olaraq atasına məxsus miras əmlaka sahiblik etmişdir. Hazırda mübahisəli evin sahibi kimi hər kəs Cavabdeh4 tanıyır. İddiaçı3, Cavabdeh3, İddiaçı1 HəsənDavidov və ailə üzvləri miras əmlakı, həyətyanı sahəni vəi evi abadlaşdırdıqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi onların hüquqlarından sui-istifadə etdiyini təsdiqləyir. İsmayıllı Rayon İcra Hakimiyyətinin 19 aprel 2022-ci il tarixli, 06/619 saylı cavab məktubundan da göründüyü kimi 05 fevral 2019-cu il tarixdə İsmayıllı rayonunda baş vermiş zəlzələ nəticəsində mübahisəli evə ziyan dəymiş və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyasının qərarına əsasən qəzalı olduğu təsdiqini tapmış yaşayış evləri barədə məlumat cədvəlində Cavabdeh4 adı qeyd olunmuşdur. Məhz Cavabdeh4 ailə üzvlərinin sayına uyğun dövlət hesabına ev tikilmişdir. Bundan başqa fotoşəkilləri iş materiallarına əlavə edilmiş tikili də Cavabdeh4 tərəfindən inşa edilmişdir. Həmin torpaq sahəsi, dövlət reyestrində qeydiyyata alınmayan mübahisəli ev uzun müddətdir Cavabdeh4 və onun ailə üzvləri tərəfindən istifadə edilir. Buna görə də, Cavabdeh4, Cavabdeh1, əmlak hüquqları AR MM-nin 158.4cü maddəsinə əsasən qorunmalıdır.
43. Belə ki, işin hallarından da görüdüyü kimi tərəflərin atası X11 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Daha sonra 2019-cu il tarixdə İsmayıllı rayonu ərazisində zəlzələ baş vermiş və Cavabdeh4 ailə üzvlərinin sayına uyğun 3 otaqlı yeni ev inşa edilmişdir. Hətta Cavabdeh4 həmin evin inşa edilməsində fəhlə kimi xidmət etmiş, çalışan ustaların qida ehtiyacları Cavabdeh1 tərəfindən qarşılanmışdır. Bu günədək, yəni zəlzələ nəticəsində ev yararsız vəziyyətə düşdüyü zaman İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmişdir. Dövlət hesabına yeni ev inşa edildikdən sonra onların bu cür iddia tələbi ilə məhkəməyə müraciət etməsi yalnız və yalnız Yunis Davudovun vərəsəsi olmağına baxmayaraq Cavabdeh4 ziyan vurmaq niyyəti daşıyır. Yəni hazırda onlar hüquqlarından formal şəkildə sui-istifadə edirlər. Cavabdeh4 Yunus Davidovun İ növbə vərəsəsidir. Buna görə də o atasına məxsus torpaq sahəsindən çıxarıla bilməz. İşin halları ilə tam təsdiq olunur ki, Cavabdeh4 və ailə üzvləri 2016-cı il tarixdən etibarən mübahisəli evdə yaşayır. Cavabdeh4 faktiki olaraq atasına məxsus miras əmlaka sahiblik etmişdir. Hazırda mübahisəli evin sahibi kimi hər kəs Cavabdeh4 tanıyır. Cavabdehlərin Cavabdeh4 miras əmlakı,yəni evi və həyətyanı sahəni abadlaşdırdıqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi onların hüquqlarından suiistifadə etdiyini heç şübhəsiz təsdiqləyir. Lakin məhkəmə tərəfindən işin faktiki halları və AR MMnin 16.1-ci maddəsinin tələbləri nəzərə alınmamışdır.
44. Notariat qovluğundakı ərizələrdən də göründüyü kimi cavabdehlər tərəfindən 2022-ci ilin may ayında miras əmlakın bölüşdürülməsi ilə bağlı müraciət edilmişdir. Lakin İsmayıllı rayon notariat kontorunda şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat yoxdur. Buna baxmayaraq, 12 may 2022-ci il tarixdə cavabdehlərə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Yəni notariat orqanı tərəfindən 6 ay müddət gözləniləcəyi təqdirdə Cavabdeh4 da vərəsə kimi müarciəti nəzərə alınacaqdı. Lakin İsmayıllı rayon notariat kontoru tərəfindən AR MM-nin1322-ci maddəsində nəzərdə tutulmuş 6 ay müddət ötürülmüş, İsmayıllı Rayon Məhkəməsi tərəfindən isə müvafiq maddənin tələblərinin pozulduğu nəzərə alınmamışdır. Xüsusilə nəzərinizə çatdırmalıyam ki, iş materiallarından da göründüyü kimi İddiaçı1, İddiaçı3 və İddiaçı2 2022-ci ilin may ayında vərəsəlik haqqında şəhadətnamə əldə etmək üçün notariusa müraciət etmişdir. Onların müraaciəti əsasında dərhal vərəsəlik haqqında şəhadətnaamə tərtib edilmişdir. Onların müraciətindən bir neçə gün sonra, yəni elə may ayında vərəsəlik haqqında şəhadətnamə əldə edilməsi üçün Cavabdeh4 tərəfindən İsmayıllı rayon notariat kontoruna müraciət edilmiş, lakin cavab məktubunda onun qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürdüyü qeyd olunmuşdur. İsmayıllı Rayon Məhkəməsi də Cavabdeh4 tərəfindən miras əmlakın qəbul edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin ötürüldüyü qənaətinə gəlmişdir. İşin hallarından da göründüyü kimi eyni aylarda müraciət etmələrinə baxmayaraq məhkəmə yalnız Cavabdeh4 müddəti ötürdüyü qənaətinə gəlmişdir.
45. Odur ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-373/2022saylı, 02 sentyabr 2022ci il tarixli qətnaməsi ilə razı deyilik. Məhkəmə tərəfindən işinfaktiki halları araşdırılmamış, maddi hüquq normaları səhv təfsir və tətbiq edilmişdir. Aşağıda göstərilənlərə əsasən İsmayıllı Rayon Məhkəməsinin 2(037)-373/2022 saylı,02 sentyabr 2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edilməli və DavidovHəsən Yunis oğlunun iddia tələbinin təmin olunması, İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmalıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
46. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
47. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehlər (1-ci iddia üzrə) Cavabdeh4 Yunus oğlu və Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, işdən göründüyü kimi tərəflər qohumdurlar (anabacı-qardaş-gəlin münasibətindəirlər). Mübahisəli mənzil üzrə mülkiyyət hüququ qeydiyyata alınmamışdır. 0,16 hektar torpaq sahəsi məhkəmə prosesi ərəfəsində vərəsəlik qaydasında qarşı tərəfin mülkiyyətinə keçmişdir. Sonradan onlar notariusa sorğu edərkən məlum olmuşdur ki, həmin şəxslər mirası qəbul etmişlər. İş materiallarından və arayışdan görünür ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin 19 aprel 2022-ci il tarixli, 06/619 saylı cavab məktubundan da göründüyü kimi 05 fevral 2019-cu il tarixdə İsmayıllı rayonunda baş vermiş zəlzələ nəticəsində mübahisəli evə ziyan dəymiş və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyasının qərarına əsasən qəzalı olduğu təsdiqini tapmış yaşayış evləri barədə məlumat cədvəlində Cavabdeh4 adı qeyd olunmuşdur. Yəni burda 5 gün xaricə gedib-gəlməyi və burda olub-olmaması onun istifadəsində faktiki mirasın qəbul etməsi sayılır. İsmayıllı rayon məhkəməsi qanunsuz qərar qəbul etmişdir. Bu işlə bağlı hər kəsin hüququ var. Ona görə də hesab edilər ki, apellyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edir.
48. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçılar (1-ci iddia üzrə) İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli ev qardaşı Əfqana məxsusdur. Həmin evdə daim anası, Xəzəl, o və qardaşı Əfqan yaşamışdır. Torpaq sahəsi isə atası, Yunisə, anası Xəzələ, ona və Əfqana məxsus olmuş, atası öləndən sonra da onun payını onlar qəbul etmişdir. Həsən isə ailəsi ilə birlikdə uzun müddət Rusiyada yaşamış, orada evi, təsərrüfatı var. Apellyasiya şikayətini qəbul etmir, ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
49. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı3 nümayəndəsi Nümayəndə1 Yunis oğlu apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, onlar çoxuşaqlı ailədir. Mübahisəli torpaq sahəsi atası Yunisə, anası Xəzələ, bacısı Rdə və qardaşı Əfqanın adına verilmişdir. Üstündəki ev isə Əfqanın adına olmuş, daim həmin evdə anası Xəzəl, Radə və Əfqan yaşamışdır. Qardaşı Həsən gənc yaşlarından Rusiyada yaşamaqla, Rusiya vətəndaşıdır, orada evi və ayrıca təsərüfatı olmuşdur. X14 2013-cü ildə ölməsinə baxmayaraq, Həsən 2016-cı ildən anasının razılığı ilə həmin evdə yaşamağa başalmışdır. Həsən atasının 40 mərasiminə gəlmiş, ondan sonra gələndə isə bir-iki günlük gəlməklə heç bir təsərrüfat idarə etməmişdir. Hətta hazırki mübahisəni məhkəmədən kənar qaydada həll etməyə çalışsa da, sonuncu bununla razılaşmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.
50. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı1 və İddiaçı3 vəkili Vəkil apellyasiya şiakyətinə etiraz edərək bildirmişdir ki, qarşı tərəfin vəkili və nümayəndəsi izahatında birinci instansiya məhkəməsinin qətnaməsində hansı maddi və prosessual hüquq normalarının pozulmasını göstərməmiş, yalnız mənəvi tərəfə daha çox toxunmuşdur. Əvvəla miras qoyan 2013-cü ildə ölməsinə baxmayaraq cavabdeh tərəf qanunvericiliklə müəyyən olunmuş müddət ərzində mirasın nə rəsmi, nə də ki, faktiki qəbulu ilə bağlı hər hansı hərəkət etməmişdir. Bundan əlavə mübahisələndirilən ev ilkin sənədləşmə əsasında İddiaçı3 məxsus olmuş, zələzələdən sonra da həmin evin əvəzi olaraq inşa edilmişdir. Hesab edir ki, apellyasiya şikayəti tam əsassızdır, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
51. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər şəxslər səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər.
52. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
53. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.1-213.2 və 213.5-ci maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1-ci maddəsinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (MM-n 1133.2-ci maddə) Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar (maddə 1159.1.1). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243). 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır 1243-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Normadan görünür ki, qanunverici mirasın qismən qəbuluna yol vermir. Vərəsənin miras əmlakın bir hissəsini faktiki qəbul etməsi onun bütün mirası qəbul etməsinə bərabər tutulur və bununla bağlı eyni hüquqi nəticələrə səbəb olur. 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir.
54. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun:
2.4 bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərin siyahısına üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daxil edilmişdir. “Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2022-ci il tarixli fərmanının: 1-ci bəndindən müəyyən edilir ki, müvafiq inzibati ərazi vahidlərinin ərazisində baş vermiş təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilmiş və bu Fərman qüvvəyə mindiyi günədək tikinti-quraşdırma işləri başa çatmış və ya tikinti işlərinə başlanılmış yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzillərinin təqdim edildiyi şəxslərin siyahısını (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinə münasibətdə tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin surətini, istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarına münasibətdə isə həmin binanın tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin və istismarına icazə sənədinin surətini iki ay müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etməlidirlər. 2-ci bəndindən müəyyən edilir ki, bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş siyahıda adları qeyd olunan şəxslərin müraciətləri əsasında yaşayış sahələri, habelə yaşayış evlərinin həyətyanı torpaq sahələri üzərində onların mülkiyyət hüquqlarının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təmin etməlidirlər.
55. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
56. Apellyasiya şikayətindən görünür ki, apellyatorlar İsmayıllı Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2(037)-373/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək qətnamənin ləğv edilib yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
57. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən tam və obyektiv araşdırılma aparılmış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
59. Hazırki iş üzrə 1-ci iddia tələbinin (İddiaçı1 və qeyrilərinin tələbi) mahiyyətindən görünür ki, tələb cavabdehlərin torpaq sahəsindən və evdən çıxarılması barədədir.
60. 2-ci tələb isə (Həsən (Gasan) Davidovun tələbi) dörd hissədən- mirasın faktiki qəbulunun müəyyən edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin notariusa həvalə edilməsi, cavabdehlərin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədədir.
61. Kollegiya hesab edir ki, vərəsəlik, mirasın qəbulu, eləcə də mirasın qəbulu üçün buraxılmış müddətin uzadılması məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı, miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) məsələsinə, eləcə də müddətin məhz üzrlü səbəblərdən buraxılması hallarına xüsusi diqqət yetirilməlidir.
62. Kollegiya bildirir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir.
63. Məhkəmə kollegiyasının tədqiqi zamanı tərəflərin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, mübahisəsi gedən 0.16 ha torpaq sahəsi İsmayıllı rayon AİK-n 1999-cu il tarixli qərarı ilə dörd nəfərin- Yunis Davidov, İddiaçı1, Radə Davidova və İddiaçı3 mülkiyyətinə verilmiş, sonuncular həmin torpaq sahəsi üzərində əvəzsiz mülkiyyət hüququ əldə etmişlər. Həmin şəxslərin adına JN-085F Kod 40710028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir.
64. Həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evi isə ilkin sənədləşmə, yəni 1988-ci il tarixli (sonradan 2001-ci il tarixdə) “fərdi yaşayış evinin texniki pasporuna əsasən” İddiaçı3 məxsus olmuşdur. Göründüyü kimi sonuncu sözügedən fərdi yaşayış evi üzərində gözlənilən mülkiyyət hüququnun daşıyıcısı olmuşdur.
65. İşin mübahisəsiz halları ilə müəyyən olunur ki, Yunis Davidov xx.xx.2013-cü il tarixdə vəfat etmiş, sonuncudan miras əmlak kimi yalnız JN-085F Kod 40710028 olan 0.16 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən birgə mülkiyyət hüququ ilə ona məxsus olan ¼ pay hissəsi miras qalmışdır.
66. İsmayıllı rayon Notariat ofisi tərəfindən verilmiş 12 may 2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən Yunus Davidovdan miras qalmış əmlaka dair İddiaçı1, İddiaçı3 və İddiaçı2 vərəslik payı verilmiş və sonda hər üç vərəsənin payı ümumi əmlakdan (0.16 ha torpaq sahəsindən) 1/3 hissə müəyyən edilməklə, sonuncuların adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyat nömrəli çıxarış verilmişdir.
67. Öyrənilən işdən həmçinin müəyyən edilir ki, Yunus Davidov 2013-cü il tarixdə vəfat edən zaman qeyd edilən yaşayış evində onunla birgə arvadı İddiaçı1 və qızı İddiaçı2 yaşamışdır. Yunus Davidovun dəfn və hüzür mərasimlərinin xərcini onlarla birgə oğlu Əfqan çəkmiş, atası vəfat etdikdən sonra altı ay anasının yanında qalmışdır. İddiaçı1 İsmayıllı rayonun Solktankənd kəndində təsərrüfatbaşına kitabda ailə başçısı kimi qeyd olunmuşdur. Bundan əlavə araşdırma nəticində müəyyən edilmişdir ki, İddiaçı3 atası ilə birlikdə birgə mülkiyyət hüququna malik olduğundan və miras əmlak ayrılmaz olduğundan sonuncular tərəfindən birgə idarə olunmuşdur.
68. Cavabdeh4 isə həmin dövr daimi olaraq ailəsi ilə birlikdə Rusiyada yaşamış, orada, daha dəqiqi Rusiya Federasiyası İlovlya rayonu Pervomayskaya küçəsi ev 5 A-da təsərrüfat idarə etmişdir. Hətta işdən görünür ki, Cavabdeh4 Ermənistanda yaşadıqları vaxtdan daimi yaşamaq və işləmək üçün Rusiyaya getmiş, özü və ailə üzvləri Rusiya vətəndaşıdırlar (arvadı istisna olmaqla) və hazırda Cavabdeh1 istisna olmaqla Azərbaycan Respublikasında daimi qeydiyyatları yoxdur.
69. Bundan əlavə iş materiallarının 2-ci cildinin 80-ci səhifəsində olan AR DSX Sərhəd Nəzarəti xidməti tərəfrindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, sonuncu atası öləndən sonra xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikasına gəlmiş, xx.xx.2013-cü il tarixdə respublikadan çıxmışdır. Bundan sonra o bir neçə dəfə qısa müddətlərə gəlib-getmişdir.
70. 2016-cı ildə Cavabdeh4 öz ailəsi - arvadı Cavabdeh1, qızı - Cavabdeh2 və oğlu - Cavabdeh3 ilə müvəqqəti yaşamaq üçün mübhaisəli evə köçmüşdür. Onlar 2016-cı ildən İddiaçı3 məxsus evdə yaşasalar da evə və evin yerləşdiyi həyətyanı torpaq sahəsinə mülkiyyət və digər hüquqları olmamışdır.
71. 2019-cu ilin əvvəllərində Həsən və onun ailəsinin İddiaçı1 ilə münasibətləri pozulduğundan İddiaçı1 qonşu kənddə yaşayan qızı İddiaçı2 yanına köşmüşdür.
72. 05 fevral 2019-cu il tarixdə İsmayıllı rayonunda baş vermiş zəlzələ nəticəsində İddiaçı3 fərdi yaşayış evinə ziyan dəymiş və Fövqaladə Hallar Nazirliyinin müvafiq komissiyasının qərarına əsasən qəzalı ev kimi qeydiyyata alınmışdır. Həmin vaxt qeyd edilən evdə Cavabdeh4 öz ailəsi ilə yaşadığından komissiya siyahıda Həsənin və onun ailəsinin də adını qeyd etmişdir. Komissiyanın siyahısına əsasən İddiaçı3 zəlzələ nəticəsində ziyan dəymiş fərdi yaşayış evinin əvəzində yeni yaşayış evi inşa edilsə də, yeni yaşayış evi ilə bağlı Cavabdeh4 adına heç bir rəsmi mülkiyyət hüququnu təsdiq edən sənəd verilməmişdir.
73. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya qeyd edir ki, mübahisəli yaşayış evi ilə bağlı tərəflər arasında mübahisə olduğundan ilk növbədə həmin evin hüquqi statusu və tərəflərin həmin evə dair subyektiv hüuqu müəyyən edilmədir.
74. Belə ki, yuxarıda qeyd olunduğu kimi hazırki mübahisələndirilən evin yerində əvvəllər yaşayış evi mövcud olmuş, zələzələ nəticəsində yararsız hala düşdüyünə görə dövlət tərəfindən yenisi inşa edilmişdir. Məlum zəlzələdən qabaq sözügedən yaşayış evi ilkin sənədləşmə əsasında, yəni 1988-ci il tarixli (sonradan 2001-ci il tarixli) “fərdi yaşayış evinin texniki pasporuna əsasən” İddiaçı3 məxsus olmuşdur. Bundan əlavə araşdırma zamanı həm də müəyyən edilmişdir ki, mübahisəli yaşayış evinin yerləşdiyi torpaq sahəsi paylı mülkiyyət hüququ ilə İddiaçı3 məxsusdur. Göründüyü kimi sonuncu sözügedən fərdi yaşayış evi üzərində gözlənilən mülkiyyət hüququna malik olmaqla subyektiv hüququn daşıyıcısı olmuşdur.
75. Kollegiya qeyd edir ki, inşa edilmiş evin yerində əgər zəlzələdən qabaq yaşayış evi olmasaydı, şübhəsiz ki, hazırki ev də inşa edilməzdi, Çünki dövlət təminatı olaraq yalnız zəlzələdən zərər görmüş evlərin əvəzində yenisi dövlət tərəfindən inşa edilmişdir.
76. Ona görə də məhkəmənin qənaətinə görə Cavabdeh4 FHN-in müvafiq komissiyasının siyahısına daxil edilməsi, hələ mülkiyyət hüququnu qazandıran sənəd kimi qəbul edilməsi anlamına gəlmir. Bu cür siyahılar sadəcə məlum zəlzələ nəticəsində zərər görmüş evlərin statistikasını aparmaq üçün nəzərdə tutulmuşdur.
77. Kollegiyanın araşdırması zamanı, həm təqdim olunmuş sənədlərin bilavasitə tədqiqi, həm də tərəflərin izahatı ilə müəyyən edilmişdir ki, Həsən (Gasan) Davidov və onun ailə üzvləri 2016-cı il tarixdən mübahisəli evdə yaşamağa başlamışlar. Cavabdeh4 atası isə yuxarıda qeyd olunduğu kimi 2013-cü ilin yanvar ayında vəfat etmişdir.
80. Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 09 avqust 2022-ci il tarixli 33/3142 saylı məktubundan da müəyyən edilir ki, Cavabdeh4 2013-cü il tarixdə iki dəfə, 2014-cü il tarixdə iki dəfə, 2015-ci il tarixdə bir dəfə, 2016-cı ildə beş dəfə, 2017-ci ildə dörd dəfə, 2018-ci ildə dörd dəfə, 2019-cu ildə dörd dəfə, 2020-ci ildə bir dəfə, 2021-ci ildə bir dəfə dövlət sərhəddindən giriş-çıxış etmişdir.
81. Göründüyü kimi Cavabdeh4 atası vəfat etdikdən sonra bir neçə dəfə hüzr mərasimlərində iştirak etmək üçün Azərbaycana gəlib-getsə də atasından qalan mirasın qəbulu ilə bağlı aktiv hərəkətlər aparmamış, qanunla müəyyən olunmuş müddət ərzində Notariat ofisinə müraciət etməmişdir.
82. Apellyasiya şikayətinin dəlilləri də ümumən ondan ibarətdir ki, iddiaçı (Cavabdeh4) atasının ölümündən sonra mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etməsə də, 2016-cı ildən mübahisəli evdə daimi yaşamışdır. Kollegiya 2-ci tələb üzrə iddiaçının tələb və şikayətində qeyd etdiyi ikinci dəlil, yəni “mirası faktiki qəbul etməsi barədə” dəlili ilə bağlı araşdırma apararaq aşağıdakıları qeyd edir.
83. Belə ki, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.
84. Göründüyü kimi 2-ci tələb üzrə iddiaçının iddia tələbi ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlilləri mirasın faktiki qəbulu ilə bağlı da öz təsdiqini tapmır.
85. İşin mübahisəsiz hallarından göründüyü kimi iddiaçının atası 2013-cü ildə ölməsinə, həmin vaxtdan 9 ilə yaxın müddət keçməsinə baxmayaraq, iddiaçı (1-ci tələb üzrə cavabdeh) atasının öldüyünü bildiyi bir halda sonuncudan miras qalmış əmlakın qəbulu ilə bağlı hər hansı addım atmamış, bununla bağlı notarait ofisinə rəsmi qaydada müraciət etməmiş, mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsinə dair hər hansı iradəvi hərəkət etməmişdir.
86. Kollegiya qeyd edir ki, mirasın qəbulu müddəti 2016-cı il tarixdən deyil, xx.xx.2013-cü ildən xx.xx.2013-cü illəri əhatə edir. Bu faktı Cavabdeh4 etiraf edərək bunun səbəbini qanunu bilməməsi ilə əsaslandırmışdır. Belə olan halda 2-ci tələb üzrə iddiaçı tərəfin bu mövqeyi başa düşülən deyil.
87. Apellyasiya kollegiyası qeyd edir ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.).
88. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir.
89. Məhkəmə kollegiyası, vurğulayır ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.
90. Qeyd edilməlidir ki, mirasın qəbulu və qəbulundan imtina vərəsənin subyektiv mülki hüququdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi, məsələn: notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi ilə, ya da ki, müəyyən hərəkətlər vasitəsi ilə edilə bilər. Həmin hərəkətlərin məzmunundan vərəsənin əmlaka sahiblik etməsi və ya əmlakı idarə etməyə faktik başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi bəlli olmalıdır. Bu hallar, adətən mirası qoyanın sağlığında onun vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əşyalarla əlaqədar yaranır. Vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Əmlaka sahiblik etməyə və onu idarə etməyə faktiki başlamağa sübut kimi məsələn: vərəsənin miras qoyanla birgə yaşaması haqqında mənzil-istismar sahəsinin arayışı, əmlak üçün vergilərin, kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənilməsinə dair aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və ya bu ödənişlər barədə qəbzlər və digər ödəmə sənədləri ola bilər.
91. Göstərilən hallardan biri mövcud olarsa, vərəsə mirası qəbul etmiş sayılır. Eyni zamanda, vərəsə mirasın yalnız bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab olunur ki, o, mirası tamamilə qəbul etmişdir. Bu halda mirasın nədə ifadə edilməsinin və harada olmasının əhəmiyyəti yoxdur (Mülki Məcəllənin 1145, 1159.1.1, 1243.1-1243.3-cü maddələri).
92. Göründüyü Cavabdeh4 tərəfindən mirasın faktiki qəbulu qanunvericiliklə müəyyən olunmuş 3 ay və 6 aylıq müddətləri əhatə etmir. Çünki qanunvericilk miras qəbulunun hər iki halında, istər formal, istərsə də qeyri-formal halında eyni müddəti müəyyən etmişdir.
93. Qeyd olunan şahidlərin (qohum və qonşuların) ifadələrinə, o cümlədən qonşular tərəfindən imzalanmış “akta” gəldikdə isə kollegiya qeyd edir ki, həm şahid ifadələrində, həm də qeyd olunan “aktı” imzalamış şəxslərin ifadələrində də Cavabdeh4 və onun ailəsinin mübahisəsigedən evdə yaşaması və təsərrüfat idarə etməsi məhz 2016-cı ildən göstərilmişdir.
94. Apellyasiya şikayətinin dəlilləri baxımından araşdırmanı davam etdirən kollegiya bildirir ki, miras əmlaka, orada yaşayan şəxslərə hərdənbir baş çəkilməsi işin hazırki vəziyyətində heç də miras əmlakın faktiki qaydada qəbul edilməsi anlamına gəlmir.
95. Apellyator məhkəmə iclasında həm də atasının dəfn mərasimində iştirak etdiyini bildirir. Məhkəmə kollegiyası qeyd edir ki, miras qoyanın dəfn mərasiminin vərəsə (2-ci tələb üzrə iddiaçı) tərəfindən təşkil edilməsi və ya həyata keçirilməsi barədə məlumatlar mirasın vaxtında qəbul olunmasını təsdiqləyən fakt rolunu oynaya bilməz. Bu cür məlumatların həmin məsələ baxımından hüquqi əhəmiyyəti yoxdur. Çünki bu cür hallar milli-mənəvi dəyərlərdən irəli gəlir və mirasın qəbulu kimi qiymətləndirilə bilməz.
96. Göründüyü kimi bu kimi davranışlar heç də mirasın faktiki qəbuluna yönəlmiş hərəkət, eləcə də əmlak üzərində fiziki “ağalıq” etməsi kimi deyil, şəxsi münasibətlər zəmnindən irəli gələn hal kimi qiymətləndirilməlidir.
97. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
98. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehlər Cavabdeh4 Yunus oğlu və Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2(037)-373/2022 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov