Məhkəmə qərarları › İş №2(107)-1367/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1367/2021

05.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1367/2021 05.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "miras qalmış torpaq sahəsi və fərdi yaşayış evinə vərəsəlik paylarının müəyyən edilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- miras tələbi, vərəsəlik paylarının müəyyən edilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə, Qəbələ Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tаrixli, 2(025)-471/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "miras qalmış torpaq sahəsi və fərdi yaşayış evinə vərəsəlik paylarının müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 15.02.2021-ci il tarixində ünvan 1-də yerləşən 78.5 kv.m. fərdi yaşayış evinəvə 0.007 ha torpaq sahəsinə 1/6 payı X9, 1/6 payı Cavabdeh1, 1/6 payı Cavabdeh2, 1/6 payı Cavabdeh3, 1/6 payı Cavabdeh4 və 1/6 payı X10 adına mülkiyyət hüququ əsasında verilmiş qeydiyyat nömrəsi ********** olan Çıxarışda olan X16 və X5 ölümündən sonra onlara yəni- İddiaçı vəX14 çatası miras daşınmaz əmlak(yaşayış evi, torpaq sahəsi) üzrə qanun üzrə vərəsəlik paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun 2008-ci il tarixində X16 ilə toyları olmuş, ailə qurmuş və nikahları 29.07.2008-ci il tarixində Qəbələ rayon Qeydiyyat şöbəsində 72 nömrə ilə qeydə alınmışdır. Birgə nikahlarından 02.05.2009-cu il təvəllüdlü X17 anadan olmuşdur. Həyat yoldaşı X16 30.11.2009-cu ildə qara ciyərin serrozu koması xəstəliyindən vəfat etmişdir. O, X16 ilə ailə qurduqdan sonra el adəti üzrə mərhum ərinin yaşadığı evə gəlin köçmüş və həyat yoldaşı vəfat etdikdən sonra, təxminən 7 aya qədər həmin evdə yaşadıqdan sonra qarşı tərəfin təzyiqlərinə görə məcburiyyət qarşısında qalaraq qızı ilə birlikdə valideynlərinə məxsus evə köçmüşlər. O, cavabdehlərin də yaşadığı ünvan 2 gəlin köçərkən yaşayış evi 05.11.2019-cu ildə vəfat etmiş X9 ilə birlikdə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və mərhum həyat yoldaşı X10 adına olmuşdur. Həmçinin yaşayış evinin yerləşdiyi 0.07 ha torpaq sahəsi də X9,Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X10 adına qeydə alınmışdır. Qeyd olunan daşınmaz əmlaklara dair Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarı ilə torpağa dair JN-1018F, KOD 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12.03.2020-ci il tarixli həmin torpaq sahəsinə qeydiyyat nömrəsi ********** olan Çıxarış,sonradan müraciəti əsasında məhkəmə qətnaməsinə görə torpaq üzərində 1/6 paylar müəyyən edilərək, 15.02.2021-ci il tarixində həmin torpaq sahəsinə qeydiyyat nömrəsi ********** olan Çıxarış və həmin torpaq üzərində olan fərdi yaşayış evinə dair Daşınmaz Əmlakın Texniki pasportu əldə olunmuşdur. O, hal-hazırda qızı ilə birlikdə valideynlərinə məxsus evdə yaşayır, həmçinin digər ailə üzvləri ilə birgə yaşadığından onlarla tez-tez mübahisələr yaranır. Ona görə də ona və qızına mərhum həyat yoldaşı X7 vərəsə kimi ona və qızı X14 çatası miras payının və mərhum qaynatası X4 vərəsə kimi qızıX14 çatası miras payı müəyyənləşdirildikdən sonra yaşayış evinə köçərək orada yaşamaq istəyirlər. Notariat orqanına müraciət olunmuş vərəsəlik üzrə miras paylarını qəbul etmək istəsələr də, məhkəməyə müraciət etməkləri tövsiyyə olunmuş, ona görə məcbur olaraq məhkəməyə müraciət etməli olmuşdur. Həmçinin, o və qızı həmin evdə qeydiyyatdadırlar və onun cehiz əşyalarının bir hissəsi hal-hazıradək həmin fərdi yaşayış evindədir. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tаrixli, 2(025)-471/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, mərhum X11 və onun ailə üzvləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X6 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15.02.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********66-10301 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»la verilmiş ünvan 1 ünvanında yerləşən 0,07 ha torpaq sahəsindən İddiaçı və iddiaçının uşağı X12 hər birinin mirasdan qanun üzrə vərəsəlik qaydasında məcburi payı 1/18 hissə (0,0039 ha) müəyyən edilmiş və həmin torpaq sahəsi üzərində yerləşən 78.5 kv.m olan fərdi yaşayış evinin 1/18 hissəsinə (4,3611 kv.m) İddiaçı, 1/18 hissəsinə (4,3611 kv.m) isə iddiaçının uşağı X12 qanun üzrə vərəsəlik hüququnun tanınması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə X16 arasında nikah 29 iyul 2008-ci ildə Qəbələ rayon Qeydiyyat şöbəsində bağlanmışdır. X16 30.11.2009-cu il tarixdə “Qara ciyərin serrozu koması” xəstəliyindən vəfat etmişdir. X9 “kəskin miokard infarkt” xəstəliyindən 05.11.2019-cu il tarixdə Qəbələ rayonunda vəfat etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15.02.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********66-10301 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»a əsasən ünvan 1 ünvanında X10 adına 78.5 kv.m sahədə olmaqla xüsusi mülkiyyət və 0.07 ha yaşayış məntəqələrinin torpaqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Çıxarışda hüquq sahibləri olaraq X16, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X5 hər birinin 1/6 hissədə payları müəyyən olunmuşdur. Miras qalmış torpaq sahəsinə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün vərəsələrdən İddiaçı Qəbələ Regional «Asan Xidmət» mərkəzindəki notariat kontoruna müraciət etmiş, lakin qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddət buraxıldığından, o cümlədən notariat ofisinə mirasın faktiki qəbulu və ona sahiblik etməsi barədə sübutlar təqdim edilmədiyindən payların məhkəmə qaydasında müəyyən ounması üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Ölmüş şəxs (miras qoyan) X7 miras qalmış 15.02.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********66-10301 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»a əsasən X16, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X5 mülkiyyətinə verilmiş ünvan 1 ünvanında yerləşən 0,07 ha torpaq sahəsindən X10 vərəsələri İddiaçı və iddiaçının uşağı X12 hər birinin vərəsə kimi payının 1/18 hissə (0,0039 ha) (0,07 ha : 6 = 0,0116 ha; 0,0116 ha :3 = 0,0039 ha) müəyyən olunması və ölmüş şəxs (miras qoyan) X7 miras qalmış 15.02.2021ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********66-10301 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»a əsasən X16, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X5 mülkiyyətinə verilmiş ünvan 1 ünvanında yerləşən 0,07 ha torpaq sahəsi üzərində yerləşən 78.5 kv.m olan fərdi yaşayış evindənX10 vərəsələri İddiaçı və iddiaçının uşağı X12 hər birinin vərəsə kimi payının 1/18 hissə (4,3611 ha) (78,5 ha : 6 = 13,0833 ha; 13,0833 ha :3 = 4,3611 ha) müəyyən olunması daha ədalətli, qanuni və məqsədəmüvafiqdir. Bu həm də qanun üzrə vərəsəliklə pay almaq hüququna malik vərəsələrin qanunla qorunan mənafelərinə xələl yetirmir (huquqlarını məhdudlaşdırmır və ya pozmur) və məhkəmənin qənaətinə görə mübahisənin bu qaydada həlli qanuni olmaqla onların qanunla qorunan mənafelərinə zidd deyil, uyğundur. Məhkəmə eyni zamanda İddiaçı qanun üzrə vərəsəliklə 0,07 hektar torpaqdan və həmin torpaq sahəsində yerləşən 78.5 kv.m fərdi yaşayış evindən X4 qalmış miras əmlakdan paylarının müəyyən olunmasına dair bildirmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 fevral 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1145 və 1146-cı maddələrinə uyğun olaraq miras fiziki şəxsin öldüyü və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün onun ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır və miras qoyanın öldüyü anda sağ olmuş şəxslər vərəsə ola bilərlər. Eyni gündə ölən və biri digərindən sonra vərəsə olmaq hüququna malik şəxslərlə bağlı irsi transmissiyanın tətbiqi üçün miras qoyanın dəqiq ölüm anı müəyyən edilərək daha sonra ölən şəxs ondan əvvəl ölən şəxsə vərəsə hesab edilir. Göstərilənlərə əsasən X2 Zaməddin Bədrəddin oğlundan əvvəl öldüyündən X22 Tahirovun vərəsəsi ola bilməz. Bu səbəbdən də İddiaçı və iddiaçının uşağı X12X4 qalan miras payına vərəsə ola bilməzlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci, 1133.2-ci, 1134.1-ci, 1134.2-ci, 1145-ci, 1146-cı, 1159.1.1-ci, 1170.1-ci, 1243.1-ci, 1243.2-ci, 1262-ci, 1274-cü, 1282.1-ci, 1291-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, apelyatorun 2008-ci il tarixində X16 ilə toyları olmuş və nikahları 29.07.2008-ci İl tarixində Qəbələ rayon Qeydiyyat şöbəsində 72 nömrə ilə qeydə alınmışdır. Birgə nikahlarından 02.05.2009-cu il təvəllüdlü X17 anadan olmuşdur. Həyat yoldaşı X16 2019-cu ildə qara ciyərin serrozu koması xəstəliyindən vəfat etmişdir. O, X16 ilə ailə qurduqdan sonra el adəti üzrə mərhum ərinin yaşadığı evə gəlin köçmüş və həyat yoldaşı vəfat etdikdən sonra, təxminən 7 aya qədər həmin evdə yaşadıqdan sonra qarşı tərəfin təzyiqlərinə görə məcburiyyət qarşısında qalaraq qızı ilə birlikdə valideynlərinə məxsus evə köçmüşdür. O, cavabdehlərin də yaşadığı ünvan 2 ünvanına gəlin köçərkən yaşayış evi 05.11.2019-cu ildə vəfat etmiş X9 ilə birlikdə Cavabdeh1, Cavabdeh2 Zaməddiın oğlu, Cavabdeh3, Cavabdeh4 və mərhum həyat yoldaşı X10 adına olmuşdur. Həmçinin yaşayış evinin yerləşdiyi 0.07 ha torpaq sahəsi də X9, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X10 adına qeydə alınmışdır. Qeyd olunan daşınmaz əmlaklara dair Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarı ilə torpağa dair JN-l 018T, KOD 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12.03.2020-ci il tarixli həmin torpaq sahəsinə qeydiyyat nömrəsi ********** olan Çıxarış, sonradan müraciəti əsasında məhkəmə qətnaməsinə görə torpaq üzərində 1/6 paylar müəyyən edilərək, 15.02.2021-ci il tarixində həmin torpaq sahəsinə qeydiyyat nömrəsi ********** olan Çıxarış və həmin torpaq üzərində olan fərdi yaşayış evinə dair Daşınmaz Əmlakın Texniki pasportu əldə olunmuşdur. O, hal-hazırda qızı ilə birlikdə valideynlərinə məxsus evdə yaşayır, həmçinin digər ailə üzvləri ilə birgə yaşadığından onlarla tez-tez mübahisələr yaranır. Ona görə də mərhum həyat yoldaşı X8 vərəsə kimi ona- İddiaçı Telman qızına və qızı-X14 çatası miras payının və mərhum qaynatası X4 vərəsə kimi qızı-X14 çatası miras payını müəyyənləşdirildikdən sonra yaşayış evinə köçərək orada yaşamaq istəyir. Notariat orqanına müraciət olunmuş vərəsəlik üzrə miras paylarını qəbul etmək istəsələr də məhkəməyə müraciət etməkləri tövsiyyə olunmuş, ona görə məcbur olaraq məhkəməyə müraciət etmişdirlər. O, bildirir ki, iddia tələbi məhkəmə tərəfindən qismən təmin olunmuş, mərhum həyat yoldaşı X10 miras əmlakının qanuni vərəsələri arasında bölgüsü aparılsa da, mərhum həyat yoldaşının mərhum atası olan X4 vərəsə kimi qızı-X14 (yəni nəvəsi) çatası miras payı müəyyənləşdirilməmişdir. Hesab edir ki, mərhum həyat yoldaşı vəfat etdiyindən mərhum atası olan X4 ona çatası miras payı irsi transmissiya qaydasında nəvəsi X14 ölmüş valideyninə çatası qanuni vərəsəlik üzrə payı müəyyən edilərək ona verilməlidir. Ona görə də hesab edir ki, məhkəmə mülki iddiaya düzgün hüquqi qiymət verməmişdir. Odur ki, o, Qəbələ Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tаrixli, 2(025)- 471/2021 saylı qətnaməsinin dəyişdirilərək, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Qəbələ Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tаrixli, 2(025)-471/2021 saylı qətnaməsinin dəyişdirilərək, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 evdə artıq digər vərəsələr üçün yer olmadığını, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdirlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1246-cı maddəsinə əsasən Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirir, apelyator Qəbələ Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tаrixli, 2(025)-471/2021 saylı qətnaməsinin dəyişdirilərək, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apelyator iddia tələbinin X4 X13 çatası miras payı irsi transmissiya qaydasında nəvəsi X14 çatası qanuni vərəsəlik üzrə payının müəyyən edilməsi hissəsini mübahisələndirmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Bununla belə kollegiya hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tаrixli, 2(025)-471/2021 saylı qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsinın qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, lakin qətnamədə “iddia təmin edilsin” kimi qeyd edilməklə prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Odur ki, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tаrixli, 2(025)-471/2021 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə X16 arasında nikah 29 iyul 2008-ci ildə Qəbələ rayon Qeydiyyat şöbəsində bağlanmışdır. X16 30.11.2009-cu il tarixdə “Qara ciyərin serrozu koması” xəstəliyindən vəfat etmişdir. X9 “kəskin miokard infarkt” xəstəliyindən 05.11.2019-cu il tarixdə Qəbələ rayonunda vəfat etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15.02.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********66-10301 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»a əsasən ünvan 1 ünvanında X10 adına 78.5 kv.m sahədə olmaqla xüsusi mülkiyyət və 0.07 ha yaşayış məntəqələrinin torpaqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Çıxarışda hüquq sahibləri olaraq X16, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X5 hər birinin 1/6 hissədə payları müəyyən olunmuşdur. Miras qalmış torpaq sahəsinə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün vərəsələrdən İddiaçı Qəbələ Regional «Asan Xidmət» mərkəzindəki notariat kontoruna müraciət etmiş, lakin qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddət buraxıldığından, o cümlədən notariat ofisinə mirasın faktiki qəbulu və ona sahiblik etməsi barədə sübutlar təqdim edilmədiyindən payların məhkəmə qaydasında müəyyən ounması üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İddiaçı iki tələblə məhkəməyə müraciət etmişdir; 1) ünvan 1-də yerləşən 78.5 kv.m. fərdi yaşayış evinə və 0.007 ha torpaq sahəsinə 1/6 payı X9, 1/6 payı Cavabdeh1, 1/6 payı Cavabdeh2, 1/6 payı Cavabdeh3, 1/6 payı Cavabdeh4 və 1/6 payı X10 adına mülkiyyət hüququ əsasında verilmiş qeydiyyat nömrəsi ********** olan Çıxarışda olan X10 ölümündən sonra onlara yəni- İddiaçı vəX14 çatası miras daşınmaz əmlak(yaşayış evi, torpaq sahəsi) üzrə qanun üzrə vərəsəlik paylarının müəyyən edilməsi; 2) X4 X13 çatası miras payı irsi transmissiya qaydasında nəvəsi X14 çatası qanuni vərəsəlik üzrə payının müəyyən edilməsi. Məhkəmə kollegiyası iddia tələbinin birinci hissəsi ilə bağlı aşağıdakları qeyd edir; Qəbələ Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tаrixli, 2(025)-471/2021 saylı qətnaməsi ilə iddia tələbinin birinci hissəsi təmin edilmiş, mərhum X11 və onun ailə üzvləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X6 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15.02.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********66- 10301 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»la verilmiş ünvan 1 ünvanında yerləşən 0,07 ha torpaq sahəsindən İddiaçı və iddiaçının uşağı X12 hər birinin mirasdan qanun üzrə vərəsəlik qaydasında məcburi payı 1/18 hissə (0,0039 ha) müəyyən edilmiş və həmin torpaq sahəsi üzərində yerləşən 78.5 kv.m olan fərdi yaşayış evinin 1/18 hissəsinə (4,3611 kv.m) İddiaçı, 1/18 hissəsinə (4,3611 kv.m) isə iddiaçının uşağı X12 qanun üzrə vərəsəlik hüququnun tanınması qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mübahisələndirməyərək apellyasiya şikayəti verməmişlər. Eyni zamanda kollegiyanın iclasında iştirak edən cavabdehlər miras əmlakının bu qaydada bölünməsinə etiraz etmədiklərini bildirmişlər. Bundan başqa İddiaçı da qətnamənin həmin hissəsini mübahisələndirməmişdir. Ona görə də, kollegiya iddia tələbinin həmin hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia ərizəsi həmin hissədə təmin edilməlidir. Məhkəmə kollegiyası İddiaçı qanun üzrə vərəsəliklə 0,07 hektar torpaqdan və həmin torpaq sahəsində yerləşən 78.5 kv.m fərdi yaşayış evindən paylarının müəyyən olunmasına dair tələbini nəzərə alaraq hesab edir ki, ölmüş şəxs (miras qoyan) X7 miras qalmış 15.02.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********66-10301 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»a əsasən X16, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X5 mülkiyyətinə verilmiş ünvan 1 ünvanında yerləşən 0,07 ha torpaq sahəsindən X10 vərəsələri İddiaçı və iddiaçının uşağı X12 hər birinin vərəsə kimi payının 1/18 hissə (0,0039 ha) (0,07 ha : 6 = 0,0116 ha; 0,0116 ha :3 = 0,0039 ha) müəyyən olunması və ölmüş şəxs (miras qoyan) X7 miras qalmış 15.02.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********66-10301 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»a əsasən X16, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X5 mülkiyyətinə verilmiş ünvan 1 ünvanında yerləşən 0,07 ha torpaq sahəsi üzərində yerləşən 78.5 kv.m olan fərdi yaşayış evindən X10 vərəsələri İddiaçı və iddiaçının uşağı X12 hər birinin vərəsə kimi payının 1/18 hissə (4,3611 ha) (78,5 ha : 6 = 13,0833 ha; 13,0833 ha :3 = 4,3611 ha) müəyyən olunmalıdır. Məhkəmə kollegiyası iddia tələbinin ikinci hissəsi olan X4 X13 çatası miras payı irsi transmissiya qaydasında nəvəsi X14 çatası qanuni vərəsəlik üzrə payının müəyyən edilməsi hissəsi ilə bağlı onu qeyd edir ki, iddia tələbi və apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Miras qoyanın öldüyü tarixdə qüvvədə olmuş Mülki Məcəlləyə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi ilə açılır. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Göründüyü kimi fiziki şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Qanunun normasına görə, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə vərəsələrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin dəyişdirilməsi və iddiasının tam təmin edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, sübutetmə vəzifəsi ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulmuşdur, işdə iştirak edən hər bir tərəf istinad etdiyi hallarin mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir. Məhkəmə mövcud sübutlar əsasında işi mahiyyəti üzrə həll etməli və qətnamə qəbul etməlidir. İşdə olan Qəbələ regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05.08.2020-ci il tarixli, 37/69 №-li «Ölüm haqqında» arayışdan görünür ki, X9 “kəskin miokard infarkt” xəstəliyindən 05.11.2019-cu il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 12.11.2019-cu ildə 386 № ilə qeyd edilmişdir. İşdə olan Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 08 iyul 2020-ci il tarixli, 827 nömrəli məktubdan görünür ki, qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddət buraxıldığından, o cümlədən notariat ofisinə mirasın faktiki qəbulu və ona sahiblik etməsi barədə sübutlar təqdim edilmədiyindən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İşdə olan məhkəmənin sorğusuna cavab olaraq, Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 06 aprel 2021-ci il tarixli, 486 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı tərəfindən mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətin buraxılması, mirasın faktiki qəbulu və ona sahiblik edilməsi barədə sübutlar təqdim edilməməsi səbəbindən X10 adına vərəsəlik işi açılmamışdır. Vətəndaşın müraciəti 08.07.2020-ci il tarixli 827 nömrəli məktubla cavablandırılmışdır. X4 04.12.2009-cu il tarixdə ölmüş əri X13 çatası miras paydan yetkinlik yaşına çatmamış övladı X14 təmsilçilik qaydasında vərəsəlik hüququnun rəsmiləşdirilməsi ilə bağlı tərəflər arasında mirasın bölüşdürülməsi haqqında mübahisə olduğu səbəbindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçının əri öldükdən sonra iddiaçı mübahisəli evi tərk edərək valdeynlərinin yanına getmişdir. X3 öldükdən sonra miras əmlak nə rəsmi nə də ki, faktiki olaraq qəbul etməmişdir. Ona görə də iddia ərizəsi X4 X13 çatası miras payı irsi transmissiya qaydasında nəvəsi X14 çatası vərəsəlik üzrə payının müəyyən edilməsi hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Bununla belə kollegiya hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tаrixli, 2(025)-471/2021 saylı qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi qismən təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsinın qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, lakin qətnamədə “iddia təmin edilsin” kimi qeyd edilməklə prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Odur ki, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tаrixli, 2(025)-471/2021 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tаrixli, 2(025)-471/2021 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia ərizəsi qismən təmin edilsin. X1 və onun ailə üzvləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X6 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15.02.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********66-10301 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»la verilmiş ünvan 1 ünvanında yerləşən 0,07 ha torpaq sahəsindən İddiaçı və iddiaçının uşağı X12 hər birinin mirasdan qanun üzrə vərəsəlik qaydasında məcburi payı 1/18 hissə (0,0039 ha) müəyyən edilsin və həmin torpaq sahəsi üzərində yerləşən 78.5 kv.m olan fərdi yaşayış evinin 1/18 hissəsinə (4,3611 kv.m) İddiaçı, 1/18 hissəsinə (4,3611 kv.m) isə iddiaçının uşağı X12 qanun üzrə vərəsəlik hüququ tanınsın. İddia ərizəsinin X4 X13 çatası miras payı irsi transmissiya qaydasında nəvəsi X14 çatası qanuni vərəsəlik üzrə payının müəyyən edilməsi hissəsi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar