Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1401/2021 05.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əsədli Mahir Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi X9, vəkili X2, Cavabdeh2 və onun vəkili X4 iştirakları ilə, Şəki Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(075)-95/2021 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mərhum atası X3 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0326 ha torpaq sahəsindən ibarət mirasın onun tərəfindən qəbul edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(075)-95/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı mərhum atası X3 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0326 ha torpaq sahəsindən ibarət mirasın onun tərəfindən qəbul edilməsi hüquqi fatkının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Şəki Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(075)-95/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Yusifov Qəzənfər Məhərrəm oğluna, Şəki Regional “Asan Xidmət“ mərkəzində Notariat ofisinə qarşı “mirasın qəbul edilmə faktının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(075)- 95/2021 saylı qətnaməsindən Cavabdeh2 verdiyi apellyasiya şikayəti qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh2 şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun xəbəri olmadan qərardan qəbul etmiş və tərəflərə göndərməmişdir. Bundan əlavə iş materiallarından görünür ki, onun tərəfindən vaxtında apellyasiya şikayəti verilməsinə baxmayaraq, məhkəmə apellyasiya şikayətinə əlavə edilən rüsumun Cavabdeh2 tərəfindən deyil, X6 tərəfindən ödəndiyini bildirərək bu halın iddia ərizəsinə görə rüsumun ödənilməməsi kimi qiymətləndirmişdir. Halbuki, X6 onun qızı və etibarnamə üzrə nümayəndəsidir. Odur ki, o, Şəki Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(075)- 95/2021 saylı qərardadının ləğv edilməsini xahiş edir. Şəki Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(075)-95/2021 saylı qərardadı ilə şikayət baxılması üçün Şəki Apellyаsiyа Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X14, vəkili X5 ədalətli qərar çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 və onun vəkili X7 şikayətin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Şəki Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(075)-95/2021 saylı qərardadı ləğv edilməklə, iş apellyasiya icraatına qəbul edilməklə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətini qaytaran birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 10 manat məbləğində dövlət rüsumunu ödəyən şəxs iş üzrə Cavabdeh2 yox, X6 adlı şəxsdir. Belə ki, məhkəmə bu halı iddia ərizəsinə görə rüsumun ödənilməməsi kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Belə ki, 10 manat məbləğində dövlət rüsumunu ödəyən şəxs iş üzrə Cavabdeh2 yox, X6 adlı şəxs olsa da, iş materiallarında olan 164509 saylı 05 oktyabr 2020-ci tarixli etibarnamədən görünür ki, X1 Qəzənfər Məhərrəm oğlunun etibarnamə üzrə nümayəndəsidir. Bu səbəblə də, bu hal rüsumun ödənilməməsi kimi qiymətləndirməməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(075)-95/2021 saylı qərardadı ləğv edilməli, Cavabdeh2 Şəki Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(075)-95/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilməklə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 398.0.3, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilsin. Şəki Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(075)-95/2021 saylı qərardadı ləğv edilsin. Cavabdeh2 Şəki Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(075)-95/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1401/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1401/2021
05.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver