Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1403/2021 09.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdeh2 qarşı «pul» tələbinə dair ilk və Cavabdeh2 İddiaçı1 qarşı «ev üçün verilmiş pul, evin yaxşılaşdırılması üçün çəkilmiş xərc və dəymiş ziyan» tələbinə dair mülki iş üzrə (Açar sözlər: ilk iddia-pul tələbi; qarşılıqlı iddia- ev üçün verilmiş pul, evin yaxşılaşdırılması üçün çəkilmiş xərc və dəymiş ziyan) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh2 və üçüncü şəхs X12 oğlunun iştirakları ilə, Şəki Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tаrixli, 2(075)-416/2021 saylı qətnaməsindən İddiaçı1 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı1 adından Cavabdeh2 ilə Şəki rayon 2 saylı Notariat Kontorunda bağladığı 15 oktyabr 2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Daha sonra İddiaçı1 nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbinin dəyişdirilməsi və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı1 adından Cavabdeh1 Cavabdeh2 ilə Şəki rayon 2 saylı Notariat Kontorunda bağladığı 15 oktyabr 2018-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi üzrə əmlakın satışı üçün müəyyənləşdirilmiş pul məbləğinin ödənilməmiş hissəsinin, yəni 15000 manat məbləğində pulun Cavabdeh2 alınıb İddiaçı1 verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəyişdirilməsi və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. 30 mart 2021-ci il tarixdə Cavabdeh2 İddiaçı1 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin alışı üçün tərəfindən cavabdehə ödənilmiş 20000 manatın, evin ipotekadan (girovdan) çıxarılması üçün cavabdehin əvəzinə "xxxx" ASC-nin Zaqatala filialına ödənilmiş 20000 manatın, evin yaxşılaşdırılması üçün çəkilmiş 30000 manat məbləğində xərcin, dəymiş ziyana görə 20000 manat olmaqla, ümumilikdə 90000 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdeh İddiaçı1 alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 mülkiyyətində ünvan 2 ünvanında birmərtəbəli, ikiotaqlı fərdi yaşayış evi var. Həmin evə İddiaçı1 xüsusi mülkiyyət hüququ 13 yanvar 2009-cu il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsində qeydə alınmışdır (Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış seriya MH, № 0009762, reyestr nömrəsi **********94-10301). İddiaçı1 mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən birmərtəbəli, ikiotaqlı fərdi yaşayış evini tanışı, ünvan 4ində yaşayan X9nun kredit öhdəliyinin təminatı kimi 18 noyabr 2014-cü il tarixdə Şəki şəhər 1 saylı notariat ofisində "xxxx" ASC ilə müqavilə bağlamaqla ipoteka qoymuşdur. İddiaçı Rusiya Federasiyasında olduğundan ipoteka qoyulmuş mənzildə uzun müddət yaşamamışdır. 2019-cu ilin oktyabr ayında Azərbaycana qayıdan İddiaçı1 eşitmişdir ki, Cavabdeh1 guya onun adından verilmiş etibarnamə əsasında ipoteka qoyulmuş fərdi yaşayış evini başqa şəxsə satmışdır. İddiaçının adından Şəki şəhəri, N.Nərimanov küçəsi 54 saylı evdə yaşayan Cavabdeh1 16 noyabr 2016-cı il tarixdə Şəki rayon 2 saylı notariat ofisində verilmiş etibarnamənin və həmin etibarnamə əsasında həyata keçirilmiş daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin, müqavilə bağlanarkən toplanmış sənədlərin təsdiq olunmuş surətlərinin alınması üçün Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə vəkil sorğusu ilə müraciət edilmiş və sorğuya verilmiş 28 yanvar 2020-ci il tarixli, 186 saylı cavab məktubuna əlavə edilmiş sənədlərdən aydın olmuşdur ki, Cavabdeh1 16 noyabr 2016-cı il tarixdə Şəki rayon 2 saylı Notariat Kontorunda iddiaçının adından verilmiş etibarnamə əsasında İddiaçı1 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən birmərtəbəli, ikiotaqlı fərdi yaşayış evini 15 oktyabr 2018-ci il tarixdə həmin notariat kontorunda alqı-satqı müqaviləsi bağlamaqla Cavabdeh2 satmışdır. Lakin İddiaçı1 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən birmərtəbəli, ikiotaqlı fərdi yaşayış evinin özgəninkiləşdirilməsi üçün Cavabdeh1 etibarnamə verməmişdir. Həmçinin, İddiaçı2 arvadı İddiaçı1 mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən birmərtəbəli, ikiotaqlı fərdi yaşayış evinin özgəninkıləşdirilməsinə razılıq verilməsi üçün Cavabdeh1 etibarnamə verməmişdir. İşin məhkəmə baxışı zamanı Cavabdeh2 məhkəməyə təqdim etdiyi, iddiaçıların notariat qaydada imzalarının təsdiq edildiyi iltizamlarından görünür ki, İddiaçı1 mülkiyyətində olan, ünvan 3 ünvanda yerləşən birmərtəbəli, ikiotaqlı fərdi yaşayış evini Cavabdeh2 35000 manata satmağa razılaşmış, bunun üçün əvvəlcədən beh kimi 20000 manat almış, qalan 15000 manatın isə ev "xxxx" ASCnin girovluğundan çıxdıqdan sonra alacağını, həmin evi Cavabdeh2 adına rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. Həmin iltizamlara dair fikrini bildirən iddiaçı məhz evin alqı-satqısı üçün Cavabdeh2 ilə razılaşdıqları 35000 manat məbləğdən qalan 15000 manat hissəsini sonuncunun ödəməməsi səbəbindən alqı-satqını mübahisələndirdiyini göstərərək hazırda alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 15000 manat məbləğin ödənilməsini tələb edir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh2 qarşılıqlı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASCnin Zaqatala filialı ilə Zaqatala rayonu Muxax kənd sakini X9 arasında bağlanmış 18 noyabr 2014-cü il tarixli, 002/KTL/14 saylı kredit müqaviləsinə əsasən X5 60 ay müddətinə illik 7% olmaqla 120000 manat məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı kimi X5 məxsus Zaqatala rayonu Muxax kəndində yerləşən 239.50 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi, X2 məxsus Zaqatala şəhəri 2 saylı bazar ətrafı ərazidə 0.0026 ha torpaq sahəsində yerləşən ikimərtəbəli qeyri-yaşayış binası, X9nun Zaqatala şəhəri 2 saylı bazar ətrafı ərazidə 0.00160 ha torpaq sahəsində yerləşən qeyriyaşayış binası (mağaza) və Şəki şəhəri, Məzahir Abbasov küçəsi, döngə 7 ünvanında yerləşən 10 nömrəli fərdi yaşayış evi "xxxx" ASC-nin Zaqatala filialında ipoteka qoyulmuşdur. İddiaçı2 X9 ilə razılaşma əsasında kreditin 20000 manat məbləğində hissəsini ondan almış və hər ay banka 580 manat ödəyəcəyinə söz vermişdir. 2016-cı ilin axırlarında İddiaçı1 mülkiyyətində olan Şəki şəhəri, Məzahir Abbasov küçəsi, döngə 7, ev 10 ünvanında yerləşən fərdi yaşayış evini 35000 manata ona satmağa razılaşmış, 20000 manat pulu əvvəlcədən ondan alaraq qalan 15000 manat pulu isə ev "xxxx" ASC-nin girovluğundan çıxarıldıqdan sonra ondan alaraq evi adına rəsmiləşdirməyi, 15 dekabr 2016-cı il tarixdə isə ö ailə üzvləri ilə birlikdə həmin evdən və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. İddiaçı1 əvvəlcədən ondan aldığı 20000 manat pulu 002/KTL/14 nömrəli müqaviləyə əsasən "xxxx" ASC-nin girovluğunda olan Şəki şəhəri, Məzahir Abbasov küçəsi, döngə 7, ev 10 ünvanında yerləşən fərdi yaşayış evini girovluqdan çıxarmaq üçün götürmüşdür. Bununla bağlı həm İddiaçı1, həm də onun əri İddiaçı2 16 noyabr 2016-cı il tarixdə Şəki rayon 2 saylı Notariat Kontorunda iltizam da təsdiqlətmişlər. Eyni zamanda həm cavabdeh İddiaçı1, həm də onun əri İddiaçı2 həmin tarixdə, yəni 16 noyabr 2016-cı il tarixdə ünvan 7 ünvanında yaşayan Cavabdeh1 etibarnamə verərək İddiaçı1 məxsus fərdi yaşayış evini zərurət yarandığı təqdirdə onun adına rəsmiləşdirməyi bildirmişlər. Bundan sonra "xxxx" ASC-nin Zaqatala filialı tərəfindən borcalan X5, ipoteka qoyanlar X5, X2 və İddiaçı1 05 oktyabr 2018-ci il tarixli, 350 nömrəli sonuncu xəbərdarlıq və 05 oktyabr 2018-ci il tarixli, 351 nömrəli ipoteka əmlakına tutmanın yönəldilməsinə dair bildiriş məktubları göndərilmişdir. Həmin məktublarla kredit vaxtında ödənilmədiyi üçün 05 oktyabr 2018-ci il tarixə filiala 37621.47 manat borcun olduğu, kredit üzrə gecikdirmənin 3 gün ərzində "xxxx" ASC-nin Zaqatala filialına ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun ödənilməsi kreditin təminatı kimi ipotekaya (girov) qoyulmuş əmlak hesabına ödənilməsi tələbi ilə müvafiq məhkəməyə müraciə olunacağı bildirilmişdir. Həmin məktublar poçt rabitəsi vasitəsi ilə Şəki şəhəri, Məzahir Abbasov küçəsi, döngə 7, ev 10 ünvanına çatdırıldığı zaman onun həmin xəbərdarlıq və bildiriş məktublarından xəbəri olmuşdur. Belə ki, o, hər gün həmin ünvanda olmuş və evlə bağlı yaxşılaşdırma işi aparmışdır. Borcun ipotekaya (girov) qoyulmuş əmlak hesabına ödənilməsi, fərdi yaşayış evinin hərraca çıxarılaraq satılması təhlükəsi olduğundan o, cavabdeh İddiaçı1 və onun əri İddiaçı2 axtarmağa başlamış, Şəki rayonu Kiçik Dəhnə kəndinə gedərək onları soruşmuş, lakin onların Rusiya Federasiyasında olduqlarını, əlaqə nömrələrinin isə olmadığını bildirmişlər. Şəki rayonu Pasport və Qeydiyyat Şöbəsindən isə onların hər ikisinin bir çox vətəndaşlara borcları olduğ üçün rəsmi qaydada axtarışda olduqları bildirilmişlər. Bundan sonra o, "xxxx" ASC-nin Zaqatala filialına gedərək bankın girovluğunda olan və İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin girovluqdan çıxarılması üçün 20000 manat məbləğində pul vəsaitinin ödənilməli olduğunu öyrənmiş və həmin məbləği 10 oktyabr 2018-ci il tarixdə bankın hesabına ödəmişdir. O, həmin məbləği ödəyərək sözügedən fərdi yaşayış evini girovluqdan çıxarmağa məcbur olmuşdur. Ona görə ki, həmin ev üçün cavabdehə əvvəlcədən 20000 manat pul ödəmiş, evin yaxşılaşdırılması üçün 30000 manat xərc çəkmişdir. Tərəfindən 20000 manat pul məbləği bankın hesabına ödənildikdən sonar "xxxx" ASC-nin Zaqatala filialı tərəfindən DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə 10 oktyabr 2018-ci il tarixli məktub göndərilmiş, X9 tərəfindən borcalan qismində "xxxx" ASC-nin Zaqatala filialından götürülmüş kreditin təminatı olaraq İddiaçı1 məxsus Şəki şəhəri, Məzahir Abbasov küçəsi, döngə 7, ev 10 ünvanında yerləşən fərdi yaşayış evinin yüklülükdən azad edilməsi xahiş edilmişdir. Həmin fərdi yaşayış evi girovluqdan çıxdıqdan sonra İddiaçı1 və onun əri İddiaçı2 etibarnamə üzrə nümayəndələri Cavabdeh1 ilə aralarında qanunvericiliyə uyğun olaraq 15 oktyabr 2018- ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Göründüyü kimi o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini almaq üçün 2016-cı ildə cavabdeh İddiaçı1 əvvəlcədən 20000 manat pul ödəmiş, həmin evin yaxşılaşdırılması üçün 30000 manat xərc çəkmiş, evin girovluqdan çıxarılması üçün cavabdehi 2 il gözləmiş, həmin müddət ərzində cavabdehin hərəkətsizliyi nəticəsində evin hərraca çıxarılaraq satılması təhlükəsi olduğundan banka cavabdehin əvəzinə 20000 manat pul məbləğini ödəyərək evi girovluqdan çıxarmış və qanunvericiliyə uyğun olaraq adına rəsmiləşdirmişdir. Halbuki, həmin dövrdə həmin məbləğə bundan da yaxşı və təmirli ev ala bilərdi. Hazırda cavabdehin belə vicdansızcasına iddiası səbəbli o, evin alışı üçün ödədiyi, evin girovluqdan çıxarılması üçün cavabdehin əvəzinə banka ödədiyi, evin yaxşılaşdırılması üçün xərclədiyi pulu və ona dəymiş ziyanın əvəzinin ödənilməsini tələb edir. İddiaçı1 tərəfindən ona və digər cavabdehlər Cavabdeh1 və Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, sonradan isə iddiaçı X1 nümayəndəsi məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək 15000 manat pulun ondan alınıb İddiaçı1 qızna verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bununla da məhkəmə baxışı zamanı qarşılıqlı iddianın verilməsi üçün əsas əmələ gəlmişdir. Odur ki, hazırkı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tаrixli, 2(075)-416/2021 saylı qətnaməsi ilə (hakim P. Hacıyev) İddiaçı1 «onun adından Cavabdeh1 Cavabdeh2 ilə Şəki rayon 2 saylı Notariat Kontorunda bağladığı 15 oktyabr 2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi üzrə əmlakın satışı üçün müəyyənləşdirilmiş pul məbləğinin ödənilməmiş hissəsinin, yəni 15000 manat məbləğində pulun Cavabdeh2 alınıb ona verilməsi» tələbinə dair ilk iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi; qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh2 tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ipotekadan (girovdan) çıxarılması üçün İddiaçı1 əvəzinə "xxxx" ASC-nin Zaqatala filialına ödənilmiş 5000 (beş min) manat pul İddiaçı1 alınaraq Cavabdeh2 ödənilməsi; ödənilmiş dövlət rüsumunun 28.5 manatı qarşılıqlı iddiaçının özünə aid edilməklə, 1.5 manatı İddiaçı1 alınaraq Cavabdeh2 ödənilməsi; qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Şəki şəhəri, Məzahir Abbasov küçəsi, döngə 7 ünvanında istifadədə olan 0.0096 ha torpaq sahəsində yerləşən 1-(1) mərtəbəli, 2 otaqlı, 38.4 kv.m yaşayış, 30.4 kv.m köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı1 məxsus olmuşdur. Həmin əmlak "xxxx" ASC ilə X9 arasında bağlanmış 18 noyabr 2014-cü il tarixli, 002/KTL/14 saylı kredit müqaviləsinin təminatı kimi ipotekaya qoyulmuşdur. Əmlak ipoteka yüklülüyündə olarkən Cavabdeh2 35000 manata satılmışdır. Həmin pulun 20000 manatı əvvəlcədən verilmiş, qalıq 15000 manatın əmlak yüklülükdən çıxarıldıqdan sonra mülkiyyətçiyə ödənilməsi ilə bağlı mülkiyyətçi İddiaçı1 və onun həyat yoldaşı İddiaçı2 tərəfindən notarial qaydada iltizamlar verilmişdir. 05 oktyabr 2018-ci il tarixdə bank tərəfindən ipoteka qoyan və borcalana ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərildiyindən 10 oktyabr 2018-ci il tarixdə Cavabdeh2 "xxxx" ASC-yə 20000 manat ödəyərək əmlakı ipotekadan çıxarmış və ipoteka predmeti yüklülükdən azad edilmişdir. Bundan sonra satıcı İddiaçı1 ilə alıcı Cavabdeh2 arasında əmlakın alqı-satqısı haqqında notarial müqavilə imzalanmışdır. İşin bu halları mülki proses tərəflərinin izahatları ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilir. İlk İddiaçı1 əmlakın satışından qalıq qalmış 15000 manatın Cavabdeh2 alınaraq ona verilməsini tələb edir. Qarşılıqlı iddiaçı Cavabdeh2 mübahisəli fərdi yaşayış evinin alışı üçün tərəfindən İddiaçı1 ödənilmiş 20000 manat, evin ipotekadan (girovdan) çıxarılması üçün İddiaçı1 əvəzinə "xxxx" ASC-nin Zaqatala filialına ödənilmiş 20000 manat, evin yaxşılaşdırılması üçün çəkilmiş 30000 manat məbləğində xərcin, dəymiş ziyana görə 20000 manatın İddiaçı1 alınaraq ona verilməsini xahiş edir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Tərəflər arasında 16 noyabr 2016-cı il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və əmlakın dəyəri olan 35000 manatın 20000 manat hissəsi alıcı Cavabdeh2 tərəfindən əvvəlcədən satıcı İddiaçı1 ödənilmişdir. İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş 16 noyabr 2016-cı il tarixli, 7E-16340 və 7E- 16341 reyestr nömrəli iltizamlara əsasən mülkiyyətçi və onun əri əmlakın ödənilməmiş qalan 15000 manat hissəsinin ev "xxxx" ASC-nin girovluğundan çıxarıldıqdan sonra Cavabdeh2 almağı, bundan sonra evin Cavabdeh2 adına rəsmiləşdirməklə 15 dekabr 2016-cı il tarixdə isə ailə üzvləri ilə birlikdə həmin evdən və pasport qeydiyyatından çıxmağı öhdələrinə götürmüşlər. İddiaçı əmlakın satışından qalan 15000 manatın cavabdehdən alınaraq ona verilməsini xahiş etsə də, 10 oktyabr 2018-ci il tarixli cari hesaba mədaxil qəbzindən görünür ki, məhz Cavabdeh2 18 noyabr 2014-cü il tarixli, 002/KTL/14 saylı kredit müqaviləsi üçün "xxxx" ASC-yə 20000 manat ödəmiş və əmlakı yüklülükdən çıxarmışdır. Halbuki tərəflər arasındakı razılığa əsasən əmlakın yüklülükdən çıxarılmasını mülkiyyətçi təmin etməli, bundan sonra qalıq 15000 manatı Cavabdeh2 alaraq əmlakın sonuncunun adına rəsmiləşdirilməsini həyata keçirməli idi. Göründüyü kimi tərəflər arasındakı razılaşma məhz satıcı tərəfindən pozulmuş, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə 05 oktyabr 2018-ci il tarixli bildiriş gəldikdən sonra Cavabdeh2 məcbur qalaraq 20000 manat ödəmiş və əmlakı ipotekadan çıxarmışdır. Beləliklə, tərəflər arasındakı razılaşmaya əsasən 35000 manata satılmalı olan əmlak alıcıya 40000 manata başa gəlmişdir. Odur ki, əmlakın dəyəri alıcı tərəfindən artıqlaması ilə ödənildiyindən İddiaçı1 15000 manatın Cavabdeh2 alınaraq ona verilməsini tələb etməkdə haqlı deyildir. Kreditor ("xxxx" ASC) borclunun (İddiaçı1) razılığı olmadan tələbi üçüncü şəxsə (Cavabdeh2) güzəşt edərək 20000 manat məbləğində pulu bankın 18 noyabr 2014-cü il tarixli, 002/KTL/14 saylı kredit müqaviləsi üçün cari hesabına mədaxil edərək əmlakı ipotekadan çıxarmışdır. Halbuki, mübahisə predmeti olan ev üçüncü şəxsə satılarkən evin ipotekadan çıxarılmasının təmin edilməsi öhdəliyi İddiaçı1 olmuşdur. Məhkəmə qeyd etmişdir ki, İddiaçı1 və Cavabdeh2 ilə əmlakın qiyməti 35000 manata razılaşdırıldığından, həmin pulun 20000 manatı əvvəlcədən ödənildiyindən və qalıq 15000 manat əvəzinə "xxxx" ASC-yə 20000 manat ödənilərək əmlak ipotekadan çıxarıldığından Cavabdeh2 həmin fərdi yaşayış evinin ipotekadan (girovdan) çıxarılması üçün İddiaçı1 əvəzinə "xxxx" ASC-nin Zaqatala filialına ödənilmiş 5000 manat pulu ondan tələb etməkdə haqlıdır. Cavabdeh2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin alışı üçün tərəfindən İddiaçı1 ödənilmiş 20000 manatın alınaraq ona verilməsini xahiş etsə də, məhkəmə qeyd etmişdir ki, sözügedən əmlak 16 noyabr 2016-cı il tarixdə faktiki, 15 oktyabr 2018-ci il tarixdə rəsmi olaraq Cavabdeh2 satılmışdır. Qanunvericiliyə əsasən Cavabdeh2 əmlakı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürdüyündən o, əmlakın alışı üçün ödədiyi pulu geri tələb edə bilməz. Həmçinin, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yaxşılaşdırılması üçün çəkilmiş 30000 manat məbləğində xərcin İddiaçı1 alınaraq ona verilməsini xahiş etsə də, daşınmaz əmlak artıq ona satıldığından o, öz əmlakına çəkilmiş xərclərin əvəzini satıcıdan tələb edə bilməz. Cavabdeh2 ona dəymiş ziyana görə 20000 manatın İddiaçı1 alınaraq ona verilməsini xahiş etsə də, iddiaçı öz tələbini təsdiq edən sübut qismində heç bir mötəbər sənəd təqdim etməmiş, onun göstərdiyi hallar şahid ifadələri ilə təsdiq olunmamışdır. Həmçinin, ona dəymiş ziyanın nədən ibarət olduğunu ifadə edə bilməmişdir. Qarşılıqlı iddiaçıya ziyan dəyməsini təsdiq edən hər hansı bir mötəbər sübut sonuncu tərəfindən məhkəməyə təqdim edilmədiyindən və sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən iddia tələbi həmin hissədə də əsaslı deyildir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci, 21.1-ci , 21.2-ci, 324.1-ci, 567-ci, 600.1-ci, 194.1-ci, 1096.1-ci, 1096.2-ci, 1097.1-ci maddələri, Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, İddiaçı1 iddia tələbini təmin etməyən məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1 -ci, 567-ci və 600.1-ci maddələrinə istinad etsə də, Cavabdeh2 İddiaçı1mn mülkiyyətində olan daşınmaz əmlakı alarkən alqı-satqı üçün razılaşdıqları məbləği satıcıya tam ödəməməklə MM-nin 567-ci və 600.1-ci maddələrinin tələblərini pozmuşdur. İş materiallarından da görünür ki, İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş 16 noyabr 2016-cı il tarixli, 7E-16340 və 7E-16341 reyestr nömrəli iltizamlara əsasən, mülkiyyətçi və onun əri əmlakın ödənilməmiş qalan 15000 manat hissəsinin ev "xxxx" ASC-nin girovluğundan çıxarıldıqdan sonra Cavabdeh2 almağı, bundan sonra evin Cavabdeh2 adına rəsmiləşdirməklə 15 dekabr 2016-cı il tarixdə isə ailə üzvləri ilə birlikdə həmin evdən və pasport qeydiyyatından çıxmağı öhdələrinə götürmüşlər. Lakin, 15 oktyabr 2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanarkən alıcı Cavabdeh2 qalan 15000 manat pulu satıcı İddiaçı1 ödəməmişdir. Məhkəmə əmlakın satışından qalan 15000 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi tələbini rədd edərkən 10 oktyabr 2018-ci il tarixli cari hesaba mədaxil qəbzini sübut kimi nəzərə almışdır. Halbuki həmin qəbzo əsasən ödənilmiş 20000 manat pul X9nun bağiadığı 18 noyabr 2014-cü il tarixli, 0Q2/KTL/14 saylı kredit müqaviləsi üzrə “TuranBank" ASC-yə yaranmış kredit borcudur. Tərəflər arasındakı razılaşmanın satıcı tərəfindən pozulması qənaətinə gələn məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə 05 oktyabr 2018-ci il tarixli bildiriş gəldikdən sonra Cavabdeh2 məcbur qalaraq 20000 manat ödəyib əmlakı ipotekadan çıxardığı üçün tərəflər arasındakı razılaşmaya əsasən, 35000 manata satılmalı olan əmlak alıcıya 40000 manata başa gəldiyindən əmlakın dəyərinin alıcı tərəfindən artıqlaması ilə ödənilməsi səbəbindən İddiaçı1 15000 manatın Cavabdeh2 alınaraq ona verilməsini tələb etməkdə haqlı olmadığını göstərir. Halbuki məhkəmənin sübut kimi istinad etdiyi "TuranBank“ ASC ilə X9 arasında bağlanmış 18 noyabr 2014-cü il tarixli, 002/KTL/14 saylı kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, bank tərəfindən X5 60 ay müddətinə illik 7% olmaqla 120000 manat məbləğində kredit verilmişdir. “TuranBank" ASC ilə İddiaçı1 arasında bağlanmış 18 noyabr 2014-cü il tarixli, 002/KTL/14-002(1) saylı ipoteka müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, 18 noyabr 2014-cü ii tarixli, 002/KTL/14 saylı kredit müqaviləsinin təminatı kimi İddiaçı1 tam mülkiyyətində olan Şəki şəhəri, Məzahir Abbasov küçəsi, döngə 7 ünvanında istifadədə olan 0,0096 ha torpaq sahəsində yerləşən 1-(1) mərtəbəli, 2 otaqlı, 38,4 kv.m yaşayış, 30.4 kv.m köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. İddiaçının əri İddiaçı2 “Turan Bank" ASC-yə kredit borcu olmamışdır və iddiaçının mülkiyyətində oları daşınmaz əmlak kredit aian X9nun kredit öhdəliyinin təminatı kimi ipoteka qoyulmuşdur. Göründüyü kimi Cavabdeh2 hazırkı iş üzrə İddiaçı1 və onun əri İddiaçı2 deyil, Vidadi Yaqubovun kredit borcundan ödəniş etdiyi üçün ödədiyi məbləği də İddiaçı1 deyil, Vidadi Yaqubov geri qaytatmalıdır. Məhkəmə qarşılıqlı iddiaya münasibətini bildirərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 194.1-ci maddəsinə əsaslanmış və göstərmişdir ki, kreditor (TuranBank ASC) borclunun (İddiaçı1) razılığı olmadan tələbi üçüncü şəxsə (Cavabdeh2) güzəşt edərək 20000 manat məbləğində pulu bankın 18 noyabr 2014-cü il tarixli, 002/KTL/14 saylı kredit müqaviləsi üçün cari hesabına mədaxil edərək əmlakı ipotekadan çıxarmışdır. Halbuki, mübahisə predmeti olan ev üçüncü şəxsə satılarkən evin ipotekadan çıxarılmasının təmin edilməsi öhdəliyi İddiaçı1 olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərti ə ki. həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın, ‘TuranBank" ASC ilə 18 noyabr 2014-cü il tarixdə bağlanmış 002/KTL/14 saylı kredit müqaviləsi üzro borclu İddiaçı1 deyil, X6r və mübahisəli ev də sonuncunun kredit öhdəliyinin təminatı kimi ipoteka qoyulmuşdur, Göründüyü kimi İddiaçı1 kredit müqaviləsi üzrə borclu olmadığı üçün fərdi yaşayış evinin ipotekadan (girovdan) çıxarılması üçün "xxxx"' ASC-nin Zaqatala filialına ödənilmiş 5000 manat pulu İddiaçı1 qaytarmamalıdır. Odur ki, o, Şəki Rayon Məhkəməsinin 16 aprel 2021 -ci ii tarixli 2(075)-416/2021 saylı qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh2 apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübаhisə prеdmеti bаrəsində müstəqil tələb irəli sürməyən üçüncü şəхs X12 oğlu ədalətli qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmələrinə baxmayaraq, İddiaçı1, nümayəndəsi Nümayəndə, üçüncü şəxs “Turan Bank" ASC-in nümayəndəsi və mübаhisə prеdmеti bаrəsində müstəqil tələb irəli sürməyən üçüncü şəхslər Cavabdeh1 və Şəki regional ASAN xidmət mərkəzində notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 27.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətində apelyator tələbini tam olaraq göstərməsə də birinci instansiya məhkəməsinin qətnaməsindən tam narazı olduğunu bildirir. Buradan belə başa düşülür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, Şəki Rayon Məhkəməsinin 16 aprel 2021 -ci il tarixli, 2(075)-416/2021 saylı qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam şəkildə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq düzgün olmayaraq ilk iddianı təmin etməmiş və qarşılıqlı iddianı isə qismən təmin etmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 16 aprel 2021 -ci ii tarixli 2(075)-416/2021 saylı qətnaməsi ilk iddiaya münasibətdə və qarşılıqlı iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, ilk iddia təmin, qarşılıqlı iddia tam rədd edlməlidir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Şəki şəhəri, Məzahir Abbasov küçəsi, döngə 7 ünvanında istifadədə olan 0.0096 ha torpaq sahəsində yerləşən 1-(1) mərtəbəli, 2 otaqlı, 38.4 kv.m yaşayış, 30.4 kv.m köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı1 məxsus olmuşdur. Həmin əmlak "xxxx" ASC ilə X9 arasında bağlanmış 18 noyabr 2014-cü il tarixli, 002/KTL/14 saylı kredit müqaviləsinin təminatı kimi ipotekaya qoyulmuşdur. Əmlak ipoteka yüklülüyündə olarkən Cavabdeh2 35000 manata satılmışdır. Həmin pulun 20000 manatı əvvəlcədən verilmiş, qalıq 15000 manatın əmlak yüklülükdən çıxarıldıqdan sonra mülkiyyətçiyə ödənilməsi ilə bağlı mülkiyyətçi İddiaçı1 və onun həyat yoldaşı İddiaçı2 tərəfindən notarial qaydada iltizamlar verilmişdir. 05 oktyabr 2018-ci il tarixdə bank tərəfindən ipoteka qoyan və borcalana ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərildiyindən 10 oktyabr 2018-ci il tarixdə Cavabdeh2 "xxxx" ASC-yə 20000 manat ödəyərək əmlakı ipotekadan çıxarmış və ipoteka predmeti yüklülükdən azad edilmişdir. Bundan sonra satıcı İddiaçı1 ilə alıcı Cavabdeh2 arasında əmlakın alqı-satqısı haqqında notarial müqavilə imzalanmışdır. İşin bu halları mülki proses tərəflərinin izahatları ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilir. İlk İddiaçı1 əmlakın satışından qalıq qalmış 15000 manatın Cavabdeh2 alınaraq ona verilməsini tələb edir. Qarşılıqlı iddiaçı Cavabdeh2 mübahisəli fərdi yaşayış evinin alışı üçün tərəfindən İddiaçı1 ödənilmiş 20000 manat, evin ipotekadan (girovdan) çıxarılması üçün İddiaçı1 əvəzinə "xxxx" ASC-nin Zaqatala filialına ödənilmiş 20000 manat, evin yaxşılaşdırılması üçün çəkilmiş 30000 manat məbləğində xərcin, dəymiş ziyana görə 20000 manatın İddiaçı1 alınaraq ona verilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia əsaslı olduğundan təmin edilməlidir. Şəki şəhəri, Məzahir Abbasov küçəsi, döngə 7 ünvanında istifadədə olan 0.0096 ha torpaq sahəsində yerləşən 1-(1) mərtəbəli, 2 otaqlı, 38.4 kv.m yaşayış, 30.4 kv.m köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evini İddiaçı1 Cavabdeh2 35000 manata satmışdır. Həmin pulun 20000 manatı əvvəlcədən verilmiş, qalıq 15000 manatın əmlak yüklülükdən çıxarıldıqdan sonra mülkiyyətçiyə ödənilməsi ilə bağlı mülkiyyətçi İddiaçı1 və Cavabdeh2 razılığa gəlmişlər. İşin bu halları mülki proses tərəflərinin izahatları ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilir. İddiaçı mübahisəli evi cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə həmin mənzildə təmir işləri aparmışdır. Yəni iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək alqı-satqı müqaviləsini imzalamış və evi cavabdehə təhvil vermişdir. Cavabdeh isə üzərinə düşən öhdəliyi yerinə yetirməyərək daşınmaz əmlakla bağlı alqı-satqı müqaviləsi üzrə 15000 manatı iddiaçıya, yəni mülkiyyətçi İddiaçı1 ödəməmişdir. Məhkəmə kollegiyası Cavabdeh2 tərəfindən "xxxx" ASC-nin Zaqatala filialına ödənilmiş 20000 manat pulla bağlı qeyd edir ki, bununla bağlı mülkiyyətçi İddiaçı1 ilə Cavabdeh2 arasında hər hansı bir razılaşma olmamışdır. Yəni Cavabdeh2 sərbəst olaraq mübahisə predmeti olan mənzili ipotekadan yüklülükdən çıxarmışdır. Yəni hazırkı işdə 3cü şəxs olan X9nun "xxxx" ASC-nin Zaqatala filialına olan kredit borcunu ödəmişdir. Yəni Cavabdeh2 "xxxx" ASC-in qarşısında hər hansı bir öhdəliyi olmadan ona 20000 manat pul ödəmişdir. Hazırkı işdə isə İddiaçı1 ilə Cavabdeh2 arasında imzalanmış alqı-satqı müqaviləsi hər iki tərəf üçün hüquq və vəzifələr yaratmışdır. İddiaçı üzərinə düşən vəzifəni yerinə yetirmiş cavabdeh isə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Kollegiya qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir; Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən qarşılıqlı iddiaya aid hissədə düzgün hüquqi qiymət verilməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, mübahisələndirilən hissə üzrə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Öhdəliklər əmələ gəlmə əsaslarına görə 3 yerə bölünür: müqavilədən əmələ gələn öhdəliklər; qanundan əmələ gələn öhdəliklər; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Mülki Məcəlləsinin xüsusi hissəsinin quruluşunda da bu qayda öz əksini tapmışdır. Habelə, Mülki Məcəllənin “Öhdəliklərin əmələ gəlmə əsasları” adlı 386-cı maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə və yaxud mülki hüquq pozuntusu (delikt) törədildikdə yarana bilər. İddiaçı ilə cavabdeh arasında "xxxx" ASC-nə Cavabdeh2 tərəfindən 20000 manatın ödənilməsi ilə bağlı öhdəlik hüquq münasibətinin yaranması üçün yuxarıda qeyd olunan əsasların heç biri mövcud olmayıb. Bu qənaətini məhkəmə aşağıdakılarla izah edir: Tərəflər arasında "xxxx" ASC-nə Cavabdeh2 tərəfindən 20000 manatın ödənilməsi ilə bağlı Müqavilənin bağlanmadığı şəksizdir. Tərəflərin heç biri müqavilənin bağlandığını iddia etmir. İddiaçı "xxxx" ASC-nə 20000 manatı öz maraqları naminə ödəyib. Cavabdeh İddiaçı1 əsassız varalanmayıb. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Cavabdeh mülki hüquq pozuntusu (delikt) tərətməyib. Belə ki, mülki hüquq pozuntularının (deliktlərin) anlayışı Mülki Məcəllənin 1096-cı maddəsində müəyyən olunmuşdur. Hazırkı mübahisədə bu anlayışa uyğun gələn heç bir əlamət yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni ilk iddianın təmin edilməmiş, qarşılqlı iddianın təmin edilmiş hissəsində maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq düzgün olmayaraq ilk iddianı təmin etməmiş və qarşılıqlı iddianı isə qismən təmin etmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 16 aprel 2021 -ci il tarixli, 2(075)-416/2021 saylı qətnaməsi qismən, ilk iddianın təmin edilməmiş, qarşılqlı iddianın təmin edilmiş hissəsində ləğv edilməli və ilk iddia təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 16 aprel 2021 -ci ii tarixli 2(075)-416/2021 saylı qətnaməsi ilk iddia tələbinə aid hissədə, eyni zamanda qarşılıqlı iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. Qarşılıqlı ididia ərizəsi rədd edilsin. İlk iddia təmin edilsin. 15000 manat məbləğində pul Cavabdeh2 alınıb İddiaçı1 verilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1403/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1403/2021
09.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver