Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1408/2020 08.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı debitor borcun silinməsi və sayğacın dəyəri kimi ödənilmiş məbləğin geri qaytarılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-215/2020 nömrəli qətnaməsindən cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi Ömərov Ramil Şaiq oğlu tərəfindən verilmiş apelyasiya şikayətinin geri qaytarılması barədə İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(037)-215/2020 nömrəli qərardadından cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi Ömərov Ramil Şaiq oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “Cavabdeh” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək “Cavabdeh” İB-nin xx xxxx 2019-cu il tarixli qərarına əsasən hesablanmış 415 manat 80 qəpik məbləğinin silinməsi və qaz sayğacına görə ödənilmiş 92 manat məbləğinin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-215/2020 nömrəli qətnaməsi ilə, iddia tələbi təmin edilmiş, “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı **********00050 nömrəli abonent koduna vurulmuş 4158 kub metr təbii qazın dəyəri 415 (dörd yüz on beş) manat 80 (səksən) qəpik debitor borc məbləğinin silinməsi, dəyişdirilmiş qaz sayğacının dəyəri kimi ödənilmiş 92 (doxsan iki) manat məbləğinin “Cavabdeh” İstehsalat Birliyindən alınaraq İddiaçı ödənilməsi, “Cavabdeh” İstehsalat Birliyindən 20 (iyirmi) manat dövlət rüsumu məbləği alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. xx xxx 2020-ci il tarixdə həmin qətnamədən cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi Ömərov Ramil Şaiq oğlu tərəfindən verilmiş apelyasiya şikayəti İsmayıllı Rayon Məhkəməsinə daxil olmuşdur. İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) xx xxx 2020-ci il tarixli, 2(037)-215/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı debitor borcun silinməsi və sayğacın dəyəri kimi ödənilmiş məbləğin geri qaytarılması tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(037)-215 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi Ömərov Ramil Şaiq oğlu qərardaddan narazı qalaraq şikayət vermiş və şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının ərazisində tətbiq edilmiş karantin rejiminin qaydalarına uyğun olaraq cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin əməkdaşları məhdud şəkildə işdə olmuş, yalnız karantin rejimi xx xxx 2020-ci il tarixdə yumşaldıldıqdan sonra bütün sahələrin iş fəaliyyəti bərpa edilmişdir. Bundan başqa tərəflərin apelyasiya şikayəti rəsmi qaydada xx.xx.2020-ci ildə poçta təhvil verilmişdir. Hesab edir ki, qətnamədən apelyasiya şikayəti verilməsi üçün ötürülmüş müddət üzürlü hesab edilə bilər. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(037)-215/2020 nömrəli qərardadını ləğv edərək apelyasiya şikayətinin göndərilməsinə dair yeni qərardad çıxarılmasını xahiş edir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-215/2020 nömrəli qərardadı ilə İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(037)-215 nömrəli qərardadından “Cavabdeh” İB-nin nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclаsının vаxtı və yeri bаrədə tərəflər lаzımi qаydаdа məlumаtlаndırılmışdır. “Azərbaycan Respublikasinda Koronavirus (covid-19) infeksiyasinin yayilmasi təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun xx xxxx 2020-ci il tarixli məlumatında qeyd edilmişdir ki, təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, zəruri hallarda hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında müraciətlər, iddianın təmin tədbirləri ilə bağlı məsələlər, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınsın. Göstərilən səbəbdən məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(037)-215/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbаycаn Respublikаsı MPM-nin 1.1-ci mаddəsinə görə Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Həmin Məcəllənin 2.1 və 2.2-ci mаddəsinə görə mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Həmin Məcəllənin 128.1-ci mаddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci mаddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 360-cı maddəsinə görə məhkəmə qətnaməsindən apelyasiya şikayəti 1 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(037)-215 nömrəli qətnaməsinin surəti cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin və nümayəndəsi Ömərov Ramil Şaiq oğlunun ünvanına xx xxxx 2020-ci il tarixdə rəsmi qaydada göndərilmişdir. Məhkəməyə qaytarılmış xəbərnamələrdə “Cavabdeh” İstehsalat Birliyinə göndərilmiş məhkəmə sənədinin xx xxxx 2020-ci il tarixdə Həsənov soyadlı, Ramil Ömərova göndərilmiş məhkəmə sənədinin xx xxxxx 2020-ci il tarixdə Zülfüqarov soyadlı şəxs tərəfindən alındığı qeyd olunmuşdur. “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi qeyd olunan qətnamədən xx xxx 2020-ci il tarixdə apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayəti həmin tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdehin nümayəndəsi apelyasiya şikayətinin qanunla müəyyən edilmiş müddət bitdikdən sonra verilməsinin üzürlü səbəblərdən baş verdiyini qeyd etməmiş və buraxılmış prosessual müddətin bərpası haqqında vəsatətlə məhkəməyə müraciət etməmişdir. Birinci instansiya məhkəməsi qərara gəlmişdir ki, cavabdeh məhkəmənin xx xxxx 2020-ci il tarixli 2(037)-215 nömrəli qətnaməsindən qanunla müəyyən edilmiş müddət keçdikdən sonra apelyasiya şikayəti verdiyinə və buraxılmış prosessual müddətin bərpası haqqında vəsatətlə məhkəməyə müraciət etmədiyinə görə apelyasiya şikayəti geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh “Cavabdeh” İstehsalat Birliyi buraxılmış prosessual müddətin bərpası barədə birinci instansiya məhkəməsinə müraciət etməklə yenidən apelyasiya şikayəti verə bilər. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(037)-215/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi Ömərov Ramil Şaiq oğlu tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(037)-215/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1408/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1408/2020
08.07.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver