Məhkəmə qərarları › İş №2(107)-1408/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1408/2023

11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1408/2023 11.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsi geri qaytarıldı, ləğv) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair sadələşdirilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsı barədə Şəki Rayon Məhkəməsinin 7 noyabr 2023-cü il tarixli 2(075)-2496/2023 nömrəli qərardadından İddiaçı QSC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı QSC Cavabdeh qarşı “pul tələbi”nə dair sadələşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 7 noyabr 2023-cü il tarixli 2(075)-2496/2023 nömrəli qərardadı ilə İddiaçı QSC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair sadələşdirilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə ********** saylı qəbz üzrə ödənilmiş 30 manat dövlət rüsumunun geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iş üzrə İddiaçı QSC şikаyət vermişdir. Şəki Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli 2(075)-2496/2023 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Şəki Rayon Məhkəməsinin 7 noyabr 2023-cü il tarixli 2(075)- 2496/2023 nömrəli qərardadı ləğv edilməli, mülki işin materialları iddia ərizəsi icraata qəbul edilməklə baxılması üçün Şəki Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddia ərizəsinə mübahisənin məhkəmədən kənar həll edilməsinə dair cavabdehə ünvanlanmış bildiriş və onun göndərilməsini təsdiq edən poçt reyestri əlavə edilsə də, həmin bildirişin cavabdeh tərəfindən alınmasını təsdiq edən sübut iş materiallarına əlavə edilməmişdir. - 150.1.6-cı maddəsinə görə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 284-3.5-ci maddəsinə əsasən, ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Şəki Rayon Məhkəməsinin 7 noyabr 2023-cü il tarixli 2(075)-2496/2023 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Qərardadın ləğv edilməsi üçün əsaslar vardır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarının 23-53-cü vərəqlərindən göründüyü kimi, iddia ərizəsinə mübahisənin məhkəmədən kənar həll edilməsinə dair cavabdehə ünvanlanmış bildiriş və onun göndərilməsini təsdiq edən poçt reyestri əlavə edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda, iddiaçı Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 150.1.6-cı maddəsinin tələbinə riayət etmiş hesab olunur. Ona görə də, şikayət təmin edilməli, Şəki Rayon Məhkəməsinin 7 noyabr 2023-cü il tarixli 2(075)-2496/2023 nömrəli qərardadı ləğv edilməli, mülki işin materialları kiçik iddia ərizəsi icraata qəbul edilməklə baxılması üçün Şəki Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-399 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı QSC tərəfindən verilmiş şikayət təmin edilsin. Şəki Rayon Məhkəməsinin 7 noyabr 2023-cü il tarixli 2(075)-2496/2023 nömrəli qərardadı ləğv edilsin. Mülki işin materialları sonrakı hərəkətlər edilməsi üçün Şəki Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar