Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1426/2022 13.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" ASC-nə və "xxxx" ASC-nin X1 və Satış İdarəsinə qarşı “cavabdeh tərəfindən tərtib olunmuş akt əsasında əsassız hesablanmış borc pulun silinməsi” tələbinə dair (Açar sözlər: elektrik borcunun silinməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" ASC-nə və "xxxx" ASC-nin X1 və Satış İdarəsinə qarşı “cavabdeh tərəfindən tərtib olunmuş akt əsasında əsassız hesablanmış borc pulun silinməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(025)-728/2022 nömrəli qətnaməsindən İddiaçı etibarnamə üzrə nümayəndəsi, həmçinin vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı «İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X7 Təchizatı və Satışı İdarəsinə qarşı “elektrik enerjisindən istifadəyə görə qanunsuz yazılmış aktın etibarsız hesab edilməsi və hesablanmış enerji sərfiyyatı borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 31 mart 2022-ci il tarixli, NDM 028108 №-li AKT etibarsız hesab edilməsi və əsassız hesablanmış 11452 (11427+16+9) (on bir min dörd yüz əlli iki) manat borcun Qəbələ rayonu, Nohurqışlaq kəndində adına olan **********00717 saylı abonent kodundan silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1954-cü il tarixində Qutqaşen (indiki Qəbələ) rayonu, Vəndam kəndində anadan olmuşdur. 1986-cı il tarixində Çernobıl AES-də baş vermiş qəzanın aradan qaldırılmasında iştirak etmiş və İİ qrup Çernobıl əlilidir. 2013-cü il tarixində Qəbələ rayonu, Nohurqışlaq kənd sakini Şahvələd adlı şəxsdən ona məxsus həmin kənddə yerləşən 2,14 ha torpaq sahəsini alqı-satqı edərək almışdır. Həmin tarixdən də başlayaraq torpaq sahəsində fərdi yaşayış evi və bir neçə digər tikililər inşa etdirmişdir. Fərdi yaşayış evinə müvafiq qaydada texniki şərt və lazımi sənədləşmə aparılmaqla, sayğac quraşdırılmış və elektrik xətti çəkilmişdir. Elektrik xəttinin çəkildiyi və sayğac quraşdırıldığı vaxtdan hal-hazıradək elektrik enerjisi sərfiyyatına görə bütün ödənişlər sayğac göstəricilərinə və şəbəkə tərəfindən verilmiş bildirişlərə uyğun olaraq vaxtlı-vaxtında ödənilmiş, tərəfindən sayğaca heç bir müdaxilə edilməmiş, o cümlədən sayğacdan kənar hər hansı xətt çəkilməklə şəbəkəyə qoşulma kimi hallar olmamışdır. Özü Sumqayıt şəhərində yaşamasına baxmayaraq mövsümü olaraq hərdən ailəsi ilə birlikdə Qəbələ rayonu, Nohurqışlaq kəndində yaşayır. Lakin kənddəki evdə daimi yaşamadığından oraya qohumu Rahim adlı şəxs nəzarət edir. xx.xx.2022-ci il tarixində "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin bir qrup əməkdaşları fərdi yaşayış evində quraşdırlmış elektrik sayğacna baxış keçirərək, sayğacın işləmədiyini bildirərək NDM №028108 akt tərtib etmişlər və akta etiraz olaraq qohumu onu imzalamaqdan imtina etmişdir. xx.xx.2022-ci il tarixində isə Qəbələ EŞ-nin əməkdaşları gələrək №1731300 protokol tərtib edərək sayğacı yenisi ilə əvəz etməkdən ötrü çıxarıb aparmışlar. Bir neçə gündən sonra tərtib edilmiş NDM № 028108 akta görə 87900 Kvt, 11427 manat (EİQ pozulması 0,13), 200 Kvt, 16 manat (AKT-ın yeni tarifi 0,08), 100 Kvt, 9 manat (EİQ pozulması 0,09) ümumilikdə 11452 manat elektrik enerjisindən istifadəyə görə borc (cərimə) yazılmışdır. Qeyd olunan akt iştirakı olmadan, hal şahidlərinin iştirakı təmin edilmədən tərtib edilmiş, sayğacın işləməməsi və birbaşa qoşulması barədə aktda göstərilənlər ilə əlaqədar isə hər hansı foto, video çəkiliş aparılmamış, ümumiyyətlə göstərilən pozuntunun mövcudluğunu təsdiq edən heç bir sübut əlavə edilməmişdir. Bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın tələbləri pozulmuşdur. Qeyd etdiyi elektrik enerjisindən istifadəyə görə əsassız yazılan aktın və hesablanmış borcun ləğv edilməsinə dair Rayon Elektrik Şəbəkəsinə müraciət etmiş, lakin qeyd olunan aktın ləğv edilməsi və akta görə hesablanmış borcun məhkəmə qərarı əsasında ləğv edə və borcu silə biləcəklərini bildirmişlər. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur.
3. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 31avqust 2022-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsilə ilə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçıya məxsus Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən fərdi yaşayış evi (fərdi yaşayış evi adı altında restoran) "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********00717 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları V.Cəlilov, X.Hacıbabayev, X.Abdullayev, T.Əzizov, F.Cavadov və R.Musayev tərəfindən Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə (fərdi yaşayış evi altında restoran) quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının nümayəndəsinin iştirakı ilə “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının işləmədiyi, işlədicilərin bir başa qoşularaq istifadə olunduğu və elektrik sayğacının keçən yükü qeyd etmədiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32 bəndinin tələbinə uyğun olaraq, yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2022-ci il tarixli, R0281108 saylı akt tərtib olunmuşdur. Tərtib edilmiş akta əsasən xx.xx.2022-ci il tarixində Şimal-Qərb RETSİ-nin əməkdaşları tərəfindən qüsur aşkar olunmuş sayğac yenisi ilə əvəz edilərək möhürlənmiş və bununla bağlı ******* saylı protokol tərtib olunmuşdur. Laboratoriyanın xx.xx.2022-ci il tarixli, 002590 saylı protokolu ilə elektrik sayğacının daxili qüsur nəticəsində dövrədən axan yükü qeyd etmədiyi barədə rəy verilmişdir. xx.xx.2022-ci il tarixli, R028108 saylı akta əsasən "xxxx" ASC-nin akt komissiyası tərəfindən xx.xx.2022-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 30 gün üçün 0,08 manatla 200 kvt.s (dəyəri 16.00 manat), 0,09 manatla 100 kvt.s (dəyəri 9.00 manat) və 0,13 manatla 87900 kvt.s (dəyəri 11427.00 manat) toplamda 11452.00 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq aşkar öz əksini tapır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən, İddiaçı "xxxx" ASC və "xxxx" ASC-nin Şimal-qərb RETSİ-nə qarşı “akt əsasında əsassız hesablanmış borc pulun silinməsi” tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Qəbələ Rayon Məhkəməsinin (hakim A.Əliyev) 29 sentyabr 2022-ci il tarixli, 2(025)-728/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar sübut olunmur. Tərtib olunmuş aktdan, həmçinin cavabdehin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş “CD” diskə baxış keçirilərkən istehlakçının, yəni İddiaçı məxsus Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən fərdi yaşayış evində (fərdi yaşayış evi adı altında restoran) elektrik sayğacının işləmədiyi, işlədicilərin bir başa qoşularaq istifadə olunduğu və elektrik sayğacının keçən yükü qeyd etmədiyi müəyyən edilmişdir. Bunun nəticəsində də "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32-ci bəndinin tələbinə uyğun olaraq xx.xx.2022-ci il tarixli, R0281108 saylı akt tərtib olunmuşdur. Beləliklə, İddiaçı xx.xx.2022-ci il tarixli, R0281108 saylı aktın qanunsuzluğunu sübut edə bilməmişdir.
6. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 77.2 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
7. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan İddiaçı etibarnamə üzrə nümayəndəsi, həmçinin vəkili Nümayəndə2 apellyasiya şikayəti vermişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2013-cü il tarixdə Qəbələ rayonu, Nohurqışlaq kənd sakini Şahvələd adlı şəxsdən 2.14 ha torpaq sahəsini alqı-satqı edərək almış və həmin tarixdən də başlayaraq torpaq sahəsində fərdi yaşayış evi və bir neçə digər tikililər inşa etdirmişdir.
9. Fərdi yaşayış evinə müvafiq qaydada texniki şərt və lazımi sənədləşmə aparılmaqla, sayğac quraşdırılmış və elektrik xətti çəkilmişdir. Elektrik xəttinin çəkildiyi və sayğac quraşdırıldığı vaxtdan hal-hazıradək elektrik enerjisi sərfiyyatına görə bütün ödənişlər sayğac göstəricilərinə və şəbəkə tərəfindən verilmiş bildirişlərə uyğun olaraq vaxtlı-vaxtında ödənilmiş, borcu qalmamış və tərəfindən sayğaca heç bir müdaxilə edilməmiş, o cümlədən sayğacdan kənar hər hansı xətt çəkilməklə şəbəkəyə qoşulma kimi hallar olmamışdır.
10. Lakin kənddəki evdə daimi yaşamadığından oraya qohumu Rahim, Naməddin adlı şəxslər nəzarət eləyir. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin bir qrup əməkdaşları fərdi yaşayış evində quraşdırılmış elektrik sayğacına baxış keçirərək, sayğacın işləmədiyini bildirərək NDM №028108 AKT tərtib etmişlər. AKT-a etiraz olaraq onu imzalamaqdan imtina edilmişdir.
11. xx.xx.2022-ci il tarixdə isə Qəbələ EŞ-nin əməkdaşları gələrək №1731300 protokol tərtib edərək sayğacı yenisi ilə əvəzetməkdən ötrü çıxarıb aparmışlar. Bir neçə gündən sonra tərtib edilmiş NDM № 028108 AKT-a görə 87900 Kvt, 11427 manat (EİQ pozulması 0.13), 200 Kvt, 16 manat(AKT-ın yenitarifi 0.08), 100 Kvt, 9 manat (EİQ pozulması 0.09) ümumilikdə 11452 manat elektrik enerjisindən istifadəyə görə ona borc (cərimə) yazılmışdir. Bildirir ki, qeyd olunan AKT iştirakı olmadan, hal şahidlərinin iştirakı təmin edilmədən tərtib edilmişdir. Sayğacın işləməməsi və birbaşa qoşulması barədə isə video çəkilişin nə vaxt və nə cürə aparılmasından isə məlumatsız olmuş və iştirakı təmin edilməmişdir (video görüntüdə bu hal bir daha öztəsdiqini tapır).
12. Bununla da enerji təchizat müəssisəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın tələbləri pozulmuşdur.
13. Məsuliyyət abonentin o zaman ola bilər ki, sayğaca müdaxilə olunsun və müdaxilə nəticəsində sayğac işləməsin. Qeyd olunanlara əsasən əyər sayğac işləmədiyi aşkar olunarsa elektrik şəbəkəsi sayğacı yenisi ilə əvəz etməli və itirilmiş elektrik enerjisinin sərfiyyatını 1 aydan çox olmamaq şərti ilə əvvəlki sayğac işlədiyi günlərin sərfiyyatı nəzərə alınmaqla müəyyən edilməlidir. 11452 manat elektrik enerjisindən istifadəyə görə ona yazılan borc isə ümimiyyətlə sayğac quraşdırılandan yəni 2015-ci il tarixindən istifadə edilən elektrik enerji sərfiyyatından 2 dəfə çox olmaqla, hətta kəndin 1 aylıq elektrik enerjisindən istifadəyə görə sərfiyyatından çox olmaqla, real olmayan astronomik bir elektrik enerjisindən istifadəyə görə yazılan borcdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, mübahisəli ərazidə fərdi yaşayış evi və bir neçə digər tikililər inşa etdirmişdir. Fərdi yaşayış evinə müvafiq qaydada texniki şərt və lazımi sənədləşmə aparılmaqla, sayğac quraşdırılmış və elektrik xətti çəkilmişdir. Elektrik xəttinin çəkildiyi və sayğac quraşdırıldığı vaxtdan hal-hazıradək elektrik enerjisi sərfiyyatına görə bütün ödənişlər sayğac göstəricilərinə və şəbəkə tərəfindən verilmiş bildirişlərə uyğun olaraq vaxtlı-vaxtında ödənilmişdir. İddiaçı tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Sayğac transformatorun icərisində yerləşdiyindən iddiaçı tərəfindən ora müdaxilə edilməsi qeyri-mümkündür. Sayğac işləmədiyinə görə kənar xətt də Azərenerjinin nəzarətçiləri tərəfindən çəkilib. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçı həmin ərazidən qeyri-yaşayış sahəsi (istirahət mərkəzi) kimi istifadə edir. Birinci instansiya məhkəməsi hazırki iş üzrə tam və obyektiv araşdırma aparmışdır. Hesab edir ki, apellyasiya şikayəti tam əsassızdır, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
Tətbiq edilən hüquq
17. «Elektrik enerjisidən istifadə Qaydaları»nın (NK-ın 2005-ci il 2 fevral tarixli 18 nömrəli)
4.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8 .14. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 8.16. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 8.18. İstehlakçı, o cümlədən məişət abonenti tutduğu ərazidən, binadan köçdükdə, öz fəaliyyətini dayandırdıqda və ya ləğv edildikdə o, on gün əvvəl enerjitəchizatı müəssisəsinə elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv olunması barədə müraciət etməli və sonuncu günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməlidir. Yeni istehlakçının, o cümlə-dən məişət abonentinin elektrik şəbəkəsinə qoşulması və sənədləşdirilməsi bu Qaydalara uyğun aparılır. 8.19. İstehlakçı (məişət abonenti istisna olmaqla) elektrik enerjisinin alqı-satqı müqaviləsindəki enerji sərfinin göstəricilərini artırmaq və ya azaltmaq istədikdə, o bu barədə enerji-təchizatı müəssisəsinə bir ay əvvəl müraciət etməlidir. Enerjitəchizatı müəssisəsi istehlakçının müraciətinə on gün ərzində baxır və razılıq verdikdə elektrik enerjisinin alqı-satqı müqaviləsində uyğun dəyişikliklər edir. 8.20. Yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır. 8.34. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar 10.18. Elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi aşağıdakıları yerinə yetirməyə borcludur: 10.18.9-1. Elektrik şəbəkəsinə qanunsuz qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə on iki ayda bir dəfədən az olmayaraq, paylayıcı qurğulara baxış keçirməyə
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya instansiyasında ləğv olunması əsaslarından biri maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər..
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətindən görünür ki, apellyator Qəbələ Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(025)-728/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Belə ki, kollegiyanın araşdırması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən fərdi yaşayış evi (fərdi yaşayış evi adı altında restoran) "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********00717 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları V.Cəlilov, X.Hacıbabayev, X.Abdullayev, T.Əzizov, F.Cavadov və R.Musayev tərəfindən Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə (fərdi yaşayış evi altında restoran) quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının nümayəndəsinin iştirakı ilə “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının işləmədiyi, işlədicilərin bir başa qoşularaq istifadə olunduğu və elektrik sayğacının keçən yükü qeyd etmədiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32-ci bəndinin tələbinə uyğun olaraq, yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2022-ci il tarixli, R0281108 saylı akt tərtib olunmuşdur. Tərtib edilmiş akta əsasən xx.xx.2022-ci il tarixində Şimal-Qərb RETSİ-nin əməkdaşları tərəfindən qüsur aşkar olunmuş sayğac yenisi ilə əvəz edilərək möhürlənmiş və bununla bağlı ******* saylı protokol tərtib olunmuşdur. Laboratoriyanın xx.xx.2022-ci il tarixli, 002590 saylı protokolu ilə elektrik sayğacının daxili qüsur nəticəsində dövrədən axan yükü qeyd etmədiyi barədə rəy verilmişdir. xx.xx.2022-ci il tarixli, R028108 saylı akta əsasən "xxxx" ASC-nin akt komissiyası tərəfindən xx.xx.2022-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 30 gün üçün 0,08 manatla 200 kvt.s (dəyəri 16.00 manat), 0,09 manatla 100 kvt.s (dəyəri 9.00 manat) və 0,13 manatla 87900 kvt.s (dəyəri 11427.00 manat) toplamda 11452.00 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır.
23. Apellyasiya şikayətinin dəlillərinə ayrı-ayrılıqda qiymət verən kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün qənaətə gəlmişdir.
24. Əvvəla ona görə ki, işin faktiki halları ilə müəyyən edilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçıya məxsus olan Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş, baxış zamanı sayğacının işləmədiyi, işlədicilərin bir başa qoşularaq istifadə olunduğu və elektrik sayğacının keçən yükü qeyd etmədiyi aşkar edilməsi barəsində xx.xx.2022-ci il tarixli, R0281108 saylı akt tərtib olunmuşdur.
25. İkincisi, iddiaçı həm birinci instansiya məhkəməsinə ünvanladığı mülahizəsində, həm də apellyasiya şikayətinin dəlillərində Elektrik enerjisindən istifadə Qayadlarının 8.33-cü bəndinə istinad edərək, “Akt”ın qaydalara uyğun tərtib olunmadığını bildirir.
26. Kollegiya apellyasiya şikayətini dəlilləri ilə bağlı bildirir ki, iddiaçının mübahisələndirdiyi elektrik enerjisindən istifadə Qayadlarının 8.33-cü bəndi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli 155 saylı qərarı ilə ləğv edilmişdir.
27. Üçüncü, iddiaçı tərəf gah həmin xəttin ümumiyyətlə çəkilmədiyini, gah da onun tərəfindən çəkilmədiyini, cavabdeh təşkilatın nümayəndələrinin onunla qərəzli münasibətdə olduğunu bildirsə də, bunu məhkəmə iclasında əsaslandıra bilməmişdir.
28. Kollegiya iddiaçının bu dəlilinə də aydınlıq gətirmək məqsədilə təqdim edilmiş diskə baxış keçirmiş və bu zaman iddiaçının yaşadığı ünvana və ünvana qoşulmuş elektrik sayğacından kənar xəttin aşkar edilməsi müəyyən edilmişdir.
29. Dördüncüsü, iddiaçı tərəf məhkəmə araşdırması zamanı həmin ünvanda yaşayış olmadığını qeyd etsə də, təqdim olunmuş fotoşəkil və video görüntülərdən həmin yerin iaşə obyekti kimi fəaliyyət göstərildiyi məlum olmuşdur. Sorğu –sual zamanı iddiaçının nümayəndəsi həmin obyektin yay aylarında fəaliyyət göstərdiyini bildirmişdir.
30. Beşincisi, kollegiya qeyd edir ki, Elektrik enerjisindən istifadə qaydalarının 10.18. və 10.18.9-1-ci bəndlərinin tələbinə görə Elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerji təchizatı müəssisəsi elektrik şəbəkəsinə qanunsuz qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə on iki ayda bir dəfədən az olmayaraq, paylayıcı qurğulara baxış keçirməyə borcludur.
31. Kollegiya sonda qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
32. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qətetdi:
İddiaçı nümayəndəsi, həmçinin vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(025)-728/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov