Məhkəmə qərarları › İş №2(107)-1431/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1431/2021

12.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1431/2021 12.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Mülki Kоllegiyası hakim Əsədli Mahir Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İsmayıllı Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(037)-541/2021 saylı qərardadından cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək “Cavabdeh” İB tərəfindən **********00033 saylı hesabına işlənmiş 219102 kub.metr itirilmiş təbii qazın və onun dəyəri olan 43819,8 manat debitor borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı təmin etmək üçün tədbir görülməsi barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, cavabdeh tərəfindən qaza görə borcun yarandığını əsas gətirilərək 21 may 2021-ci il tarixdə tikilməkdə olan obyektə qaz verilişi dayandırılmışdır. Bu səbəbdən də obyektdə fəhlə kimi çalışan işçilərin fəaliyyətlərində müəyyən çətinliklər yaranmışdır. Ona görə də, iddia tələbinə mahiyyəti üzrə baxılıb qərar qəbul edilənədək tikilməkdə olan obyektin qaz verilişinin bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(037)-541/2021 saylı qərardadı ilə İddiaçı vəsatəti təmin edilmiş, İsmayıllı rayonun Tircan kəndi ərazisində tikilməkdə olan “Zəngəzur” İstirahət Mərkəzinə qaz verilişinin bərpa edilməsi və qərardadın icrasının Xətai rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, fiziki şəxs İddiaçı məxsus Zəngəzur” İstirahət Mərkəzinə quraşdırılmış Elster G-250 TRZ EK- 220 markalı qaz sayğacının göstəricisi əsasında həmin obyektdə sərf edilmiş 219102 m qaz sərfinə görə 43819.80 manat məbləğində qazdan istifadə edilmişdir. Bu real qazdan istifadə borcudur. Lakin məhkəmə qərardadında İddiaçı iddia ərizəsi ilə cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı İsmayıll rayon Məhkəməsinə müraciət edərək “Cavabdeh” İB tərəfindən **********00033 saylı hesabına işlənmiş 219102 kub.metr itirilmiş təbii qazın və onun dəyəri olan 43819,8 manat debitor borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdiyi qeyd olunmuşdur. Göstərilən məbləğ itirilmiş təbii qazın dəyəri deyil, real sayğac göstəricisi əsasında yaranmış borc məbləğidir ki, mübahisə edilməsi tamamı ilə əsassızdır. Fiziki şəxs İddiaçı məxsus “Zəngəzur” İstirahət Mərkəzində qazdan istifadə edilməsi ilə bağlı müvafiq qaydada qazın alqı-satqısı barədə müqavilə bağlanmamışdır. “Cavabdeh” İB-nin X1 İstismarı İdarəsinin İsmayıllı Xidmət Sahəsi tərəfindən fiziki şəxs İddiaçı “Zəngəzur” İstirahət Mərkəzində yaranmış borcun ödənilməsi ilə bağlı 17.05.2021-ci il tarixdə məktub göndərilmişdir. Eyni zamanda müvafiq qaydada müqavilə bağlanılması bildirilmişdir. Edilmiş xəbərdarlıq müddəti ərzində borc ödənilmədiyindən və müqavilə bağlanılmadığından Zəngəzur” İstirahət Mərkəzinin qaz təchizatı 25.05.2021-ci il tarixdə müvafiq akt əsasında dayandırılmışdır. Bu məqamın araşdırılmasını vacibdir. Belə olduğu təqdirdə yəni mübahisələndirilən məbləği məhdudlaşdırılmadan təbii qazın verilməsinin bərpa və “təbii qazın verilməsinin dayandırılmasına yönələn hər hansı hərəkətin edilməsi”nin Birliyə qadağan olunması barədə qərardadın çıxarılması “Qazdan istifadə Qaydaları”nın tələbləri ilə ziddiyyət təşkil edir. Qanunvericiliyin tələblərindən irəli gələrək iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırmamalı və əsaslı dərəcədə zərərdəyməsinə səbəb olmamalıdır. Mövcud qanunvericiliyin, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 14.03.2018-ci il tarixli Qərarının tələblərinə baxmayaraq, bəhs edilən qərardadların qəbul edilməsi neqativ tendensiyanın formalaşdırılmasına, o cümlədən istehlakçılar tərəfindən məhkəmə prosesinin aşkar surətdə uzadılmasına, məhkəmə prosesi başa çatanadək, hətta istifadə etdiyi qaza görə yaranmış cari borcun ödənilməməsinə, mövcud borcun ödənilməsi müddətinin suni surətdə uzadılmasına və bununla əlaqədar “Cavabdeh” İB üzrə debitor borcun şişirdilməsinə, yığım səviyyəsinin azaldılmasına, cari təmir-bərpa işlərinin maliyyələşdirilməsində ciddi sıxıntıların yaradılmasına səbəb olur. Bundan əlavə İddiaçı iddia tələbi Zəngəzur” İstirahət Mərkəzində istifadə edilmiş təbii qazın dəyəri ilə bağlıdır. Belə ki, “Zəngəzur” İstirahət Mərkəzində istifadə edilən təbii qazın abonent bazasında qeydiyyatının aparılması məqsədi ilə “Cavabdeh” İB tərəfindən fiziki şəxs İddiaçı adına qeyri-əhali istehlakçısı kimi **********00033 saylı abonent kodu açılmışdır. Bu isə əsassız qaldırılmış iddianın kommersiya məhkəməsinə aid olduğunu müəyyən edir. Belə ki, ərizə aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edilmişdir. Odur ki, İsmayıllı rayon Məhkəməsinin 04.06.2021ci il il tarixli, 2(037)-541/2021 saylı qərardadının ləğv edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş edilir. İsmayıllı Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(037)-541/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə2, İsmayıllı rayon Məhkəməsinin 04.06.2021-ci il il tarixli, 2(037)-541/2021 saylı qərardadının ləğv edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasına ərizə ünvanlayaraq məhkəmə kollegiyası iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını və müvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, cavabdehin şikayəti təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(037)- 541/2021 saylı qərardadı ləğv edilməli, iddiaçı İddiaçı iddianı təmin etmək üçün tədbir görülməsi barədə vəsatəti təmin edilməməlidir. Belə ki, qanunun mənasına görə iddianı təmin tədbiri çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyrimümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə kollegiyası, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Həmin Qərarda məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olubolmadığını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardadı müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1, 158.1.2, 158.1.3-cü mаddələrinə əsаsən iddiаnı təmin etmək üçün cаvаbdehdə və yа digər şəxslərdə olаn cаvаbdehə məxsus əmlаk üzərinə həbs qoyulа, müəyyən hərəkətləri etməyi cаvаbdehə qаdаğаn edə, mübаhisə predmetinə аid olаn müəyyən hərəkətləri etmək bаşqа şəxslərə qаdаğаn edilə bilər. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən, iddianı təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən, hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. Məhkəmə kollegiyası şikayətə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri əsaslıdır. Belə ki, fiziki şəxs İddiaçı məxsus Zəngəzur” İstirahət Mərkəzinə quraşdırılmış Elster G-250 TRZ EK- 220 markalı qaz sayğacının göstəricisi əsasında həmin obyektdə sərf edilmiş 219102 m qaz sərfinə görə 43819.80 manat məbləğində qazdan istifadə edilmişdir. Bu real qazdan istifadə borcudur. Lakin məhkəmə qərardadında İddiaçı iddia ərizəsi ilə cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı İsmayıll Rayon Məhkəməsinə müraciət edərək “Cavabdeh” İB tərəfindən **********00033 saylı hesabına işlənmiş 219102 kub.metr itirilmiş təbii qazın və onun dəyəri olan 43819,8 manat debitor borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdiyi qeyd olunmuşdur. Göstərilən məbləğ itirilmiş təbii qazın dəyəri deyil, real sayğac göstəricisi əsasında yaranmış borc məbləğidir ki, mübahisə edilməsi tamamı ilə əsassızdır. Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.6-cı maddəsinin 5-ci abzasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiqlənmiş “Qazdan istifadə Qaydaları”nın (Qaydalar) 6.1.4-cü bəndinə, hətta həmin Qaydaların 2-ci və 3-cü əlavəsində təsdiq olunmuş, məişət və sənaye qaz qurğusu istifadəçiləri ilə bağlanmış qazın alqı-satqısı müqavilələrinin müvafiq olaraq 2.2.6.4-cü və 2.2.7.4-cü yarımbəndlərinə əsasən, “qazpaylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə” qazın verilişinin dayandırılmasına dair müddəalar təsbit olunmuşdur. Məhkəmə kollegiyası şikayətin dəlili ilə razılaşaraq qeyd edir ki, mübahisələndirilən məbləği məhdudlaşdırılmadan təbii qazın verilməsinin bərpa və “təbii qazın verilməsinin dayandırılmasına yönələn hər hansı hərəkətin edilməsi”nin Birliyə qadağan olunması barədə qərardadın çıxarılması “Qazdan istifadə Qaydaları”nın tələbləri ilə ziddiyyət təşkil edir. Şikayətdə həmçinin göstərilmişdir ki, fiziki şəxs İddiaçı məxsus “Zəngəzur” İstirahət Mərkəzində qazdan istifadə edilməsi ilə bağlı müvafiq qaydada qazın alqı-satqısı barədə müqavilə bağlanmamışdır. “Cavabdeh” İB-nin X1 İstismarı İdarəsinin İsmayıllı Xidmət Sahəsi tərəfindən fiziki şəxs İddiaçı “Zəngəzur” İstirahət Mərkəzində yaranmış borcun ödənilməsi ilə bağlı 17.05.2021-ci il tarixdə məktub göndərilmışdir. Eyni zamanda müvafiq qaydada müqavilə bağlanılması bildirilmişdir. Edilmiş xəbərdarlıq müddəti ərzində borc ödənilmədiyindən və müqavilə bağlanılmadığından Zəngəzur” İstirahət Mərkəzinin qaz təchizatı 25.05.2021-ci il tarixdə müvafiq akt əsasında dayandırılmışdır. Məhkəmə kollegiyası şikayətin bu dəlilinə münasibət bildirərək qeyd edir ki, şikayətin həmin dəlili birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiqlənmiş “Qazdan istifadə Qaydaları”nın (Qaydalar) 6.1.5-ci bəndinə əsasən, Qaz paylayıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda Qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Bu yanaşma “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci və 158ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 14.03.2018-ci il tarixli qərarında (Qərar) da öz təsdiqini tapmışdır. Belə ki, Qərarın 1-ci hissəsində qqeyd olunmuşdur ki, “məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, cavabdehin şikayəti təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(037)- 541/2021 saylı qərardadı ləğv edilməli, İddiaçı iddianı təmin etmək üçün tədbir görülməsi barədə vəsatəti təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157, 159, 160, 264, 268, 398, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin şikayəti təmin edilsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(037)-541/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı iddianı təmin etmək üçün tədbir görülməsi barədə vəsatəti təmin edilməsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar