Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1432/2020 13.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(075)-89/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC ilə onun arasında xx xxxxxx 2015-ci il tarixdə bağlanmış və Şəki 1 saylı Dövlət Notariat Kontoru tərəfindən xx xxxxxx 2015ci ildə təsdiq edilmiş 037YASEV31871401 nömrəli ipoteka müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh3 ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 037CASA486471 saylı kredit müqaviləsinin, həmin kredit müqaviləsinin təminatı olaraq cavabeh Cavabdeh1 ASC ilə onun arasında xx.xx.2015-ci ildə qeydə alınmış 037YASEV31871401 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin həcminin artırılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Sonradan İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, Cavabdeh3 ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 037CASA486471 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ASC ilə onun arasında xx.xx.2015-ci ildə qeydə alınmış 037YASEV31871401 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin həcminin azaldılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(075)-89/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 ASC, Şəki 1 saylı Dövlət Notariat Kontoru və Cavabdeh3 qarşı Cavabdeh3 ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 037CASA486471 saylı kredit müqaviləsinin təminatı olaraq cavabeh Cavabdeh1 ASC ilə onun arasında xx.xx.2015-ci ildə qeydə alınmış 037YASEV31871401 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi və mülki iş üzrə keçirilmiş ekspertiza xərci olan 122 manat İddiaçı alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********,Dövlət Xəzinədarlıq Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı apelyаsiyа şikаyəti vermişdir. İşə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh tərəf heç bir üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı məhkəmə kollegiyasına ərizə təqdim edərək apelyasiya şikayətindən imtina etdiyini bildirmiş və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilməli və iş üzrə apelyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apelyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apelyasiya şikayəti verən şəxs apelyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apelyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apelyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilməli və iş üzrə apelyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 369, 384.0.4 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Ərizə təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 ASC, Şəki 1 saylı Dövlət Notariat Kontoru və Cavabdeh3 qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iş üzrəapelyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Vəzirxan Məlikov
Məhkəmə qərarları › İş №2(107)-1432/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1432/2020
13.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver