Məhkəmə qərarları › İş №2(107)-1437/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1437/2021

06.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1437/2021 06.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, cavabdeh “xxxx” ASCnin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “xxxx” ASC-nin İsmayıllı filialına qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(037)- 540/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikаyətə Şəki Apellyasiya Məhkəməsinin binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” ASC ilə aralarında bağlanmış 06 may 2015-ci il tarixli, **********18615 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin (hakim İ.Hüseynov) 26 may 2021-ci il tarixli, 2(037)-540/2021 saylı qərardadı ilə iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı şikayət verərək, İsmayıllı Rayon Məhkəməsinin 26 may 2021- ci il tarixli, 2(037)-540/2021 saylı qərardadından narazı olduğunu, həmin qərardadın ləğv edilməsini və sözügedən mülki işin İsmayıllı Rayon Məhkəməsinin icraatına qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 08 iyun 2021- ci il tarixli, 2(037)-540/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X3 şikayətə etiraz edərək, sonda birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümükünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsində qeyd olumuşdur ki, hüququ şəxs qanunla müəyyənləşdirilmış qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmiş elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və qeyri əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və cavabdeh qismində olmaq hüququna malikdir. Hüququ şəxsin müstəqil balansı olmalıdır. Mülki Məcəllənin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin; 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 50.1-ci maddəsində göstərilmişdir ki, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və cavabdeh qismində çıxış edə bilərlər. 50.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, iddia tələbin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 40.1-ci maddəsinin tələbinə görə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxmağa verir. 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası iclasında müəyyən müəyyən olunur ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” ASC ilə aralarında bağlanmış 06 may 2015-ci il tarixli, **********18615 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, cavabdeh “xxxx” ASC -nin hüquqi ünvanının Bakı şəhərində olması müəyyən edilir. Beləliklə də iddiaçı hazırkı tələblə bağlı İsmayıllı Rayon Məhkəməsinə deyil, cavabdeh hüquqi şəxsin hüquqi ünvanının olduğu yer üzrə məhkəməyə müraciət etməlidir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh “xxxx” ASC İsmayıllı filialı hüquqi şəxs olmadığından prosesdə cavabdeh ola və hazırki iddia tələbi ona yönəldilə bilməz. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edərkən onun gələcəkdə hansı prosedur hərəkəti həyata keçirəcəyini deyil, yalnız iddia ərizəsini və işdə olan sənədləri diqqətə almış və göstərilənlərə əsasən məhkəmə bununla bağlı qərardad qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikаyət əsassız olduğundan təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 26 may 2021- ci il tarixli, 2(037)-540/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin 263- 264, 357, 360, 398.0.1, 400, 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 26 may 2021- ci il tarixli, 2(037)-540/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi аndаn qüvvəyə minir. Qərardadan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar