Məhkəmə qərarları › İş №2(107)-1447/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1447/2021

03.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1447/2021 03.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsin Balakən rayon Filialına qarşı “hüquq müəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(019)-433/2021 nömrəli qətnaməsindən iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsin Balakən rayon Filialı tərəfindən verilmiş apellyasiya şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsin Balakən rayon Filialına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Balakən rayon Dövlət Arxivi tərəfindən verilmiş 16 fevral 2021-ci il tarixli, 16 nömrəli arxiv arayışının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Balakən Rayon Məhkəməsinin (hakim H.Səlimov) 05 may 2021-ci il tarixli, 2(019)-433/2021 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Balakən rayon Dövlət Arxivi tərəfindən verilmiş 16 fevral 2021-ci il tarixli 16 saylı arxiv arayışının İddiaçı məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Dövlət Sosial Müdafiə X10 şəxsin Balakən rayon Filialı apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1955-ci il tarixdə Balakən rayonu Tülü kəndində anadan olmuşdur, hazırda da həmin kənddə yaşayır. O, 1976-1977-ci illər ərzində Tülü kəndində fəaliyyət göstərmiş “Nəriman Nərimanov” adına kolxozda koxozçu işləmiş, onun həmin kolxozda işləməsi Balakən rayon Dövlət arxivi tərəfindən verilmiş 13 mart 2020-ci il tarixli 51 nömrəli arxiv arayışı ilə öz təsdiqini tapmışdır. Həmin arxiv arayışında göstərilmişdir ki, 1976-1977ci illərdə iddiaçının atasının adı qeyd edilməyib.O, iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək kolxozda, Balakən rayon Poçt filialında və Tülü kənd bələdiyyəsində işlədiyi illərin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsin Balakən rayon filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli 2-1 (116)-1002/2020 saylı qərarı ilə iddiası qismən təmin edilmiş,cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsinin Balakən rayon Filialının üzərinə İddiaçı 1976-1977-ci illərdə Balakən rayonu Tülü kəndində yerləşən N.Nərimanov adına kolxozda işlədiyi 8 ay ,04.05.1977-ci ildən 05.01.1999-cu il tarixədək Balakən Poçt filalında və 30.04.2001-ci ildən 01.11.2001- ci ilədək Tülü kənd bələdiyyəsində işlədiyi illərin sosial sığorta stajına daxil edlilməsi öhdəliyi qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin məhkəmə qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və şikayətdə göstərilmişdir ki, iddiaçının Tülü kəndi “Nəriman Nərimanov” adına kolxozda işləməsi ilə bağlı Balakən rayon Dövlət arxivindən əldə etdiyi arxiv arayışında şəxsin atasının adı qeyd edilməmişdir. Buradan da məlum olur ki, arxiv arayışında adı keçən şəxsin İddiaçı olması şübhə doğurur. Eyni zamanda arxiv arayışında şəxsin işlədiyi illər qeyd edilsə də, əmək haqqı qeyd edilməmişdir. Bu səbəbdən də o, hüquq müəyyənedici sənəd olan, Balakən rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışının özünə məxsus olması faktının müəyyən ediməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Dövlət Sosial Müdafiə X10 şəxsin Balakən rayon Filialı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədən də göründüyü kimi məhkəmə işin hallarına qiymət verərkən şahidin ifadəsinə əsaslanmış və şahid ifadələrinin həqiqətə uyğunluğunu yoxlamamışdır.Belə ki, "xxxx" MMC-nin Balakən Poçt filialının 03.09.2020-ci il tarixli 269 nömrəli Arayışından və Əmrlərdən çıxarışdan görünür ki, iddiaçı Tülü poçt şöbəsində 04 may 1977- ci il tarixli 66 saylı əmrlə poçtalyon işinə qəbul edilmiş, 05 yanvar 1999-cu il tarixli 02 saylı əmrlə işdən azad edilməsi məlumdur. İddiaçının poçtalyon vəzifəsinə qəbul edildiyi 04 may 1977-ci il tarix şahidin ifadəsində istinad etdiyi təsərrüfatbaşına kitablarda 1976-1979-cu illər aralığına düşdüyü üçün həmin illərdə kolxozda işləməsi ilə yanaşı poçtalyon işləməsinə dair qeydlərin də olub-olmaması yoxlanılmalı idi. Çünki, mübahisə predmeti iddiaçının kolxozda işləyib-işləməməsi deyil, kolxozda işlıəməsinə dair verilən arayışın ona məxsus olub- olmamasıdır. Təsərrüfatbaşına kitablarda iddiaçının həm kolxozda işləməsi, həm də poçtalyon işləməsi müəyyən olunmuş olsaydı həmin kitablardakı qeydlərin həqiqətə uyğunluğu, arxiv arayışının isə iddiaçıya məxsus olması təsdiq olunardı. Məhkəmə tərəfindən N.Nərimanov kolxozunun 7 №-li briqadasının 1976 və 1977-ci il tarixli əməyin ödənişi üzrə hesablama kitabında İddiaçı əməkhaqqı ödənilməsinə istinad olunmuşdur. Lakin, nəzərə alınmamışdır ki, İddiaçı həmin illərdə əməkhaqqı alması deyil, həmin şəxsin İddiaçı olub-olmaması mübahisə doğurur. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, sonda birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qəbul olunmuş qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(019)-433/2021 nömrəli qətnaməsi ləğv edilməlidir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Balakən rayon tülü kənd soveti tərəfindən 26 iyul 1972-ci il tarixdə verilmiş İ-JQ seriyalı 388104 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1955-ci ildə anadan olmuş, atası X7, anası X3 qeyd edilmişdir. Şəki İnzibati Məhkəməsinin 22.10.2020-ci il tarixli 2-1(116)-1002/2020 nömrəli qərarından görünür ki, həmin qərarla iddia qismən təmin edilmiş, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsinin Balakən rayon filalının üzərinə İddiaçı 1976-1977-ci illərdə Balakən rayonu Tülü kəndində yerləşən N.Nərimanov adına kolxozda işlədiyi 8 ay ,04.05.1977-ci ildən 05.01.1999-cu il tarixədək Balakən Poçt filalında və 30.04.2001-ci ildən 01.11.2001-ci ilədək Tülü kənd bələdiyyəsində işlədiyi illərin sosial sığorta stajına daxil edlilməsi öhdəliyi qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Balakən Rayon Dövlət Arxivi tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış 29 aprel 2021-ci il tarixli 31 nömrəli məktubda göstərilmişdir ki, Balakən rayonu Tülü kənd sakini İddiaçı 09 mart 2020-ci il tarixdə Balakən rayon Dövlət Arxivinə ərizə ilə müraciət edərək 1976-1977-ci illərdə Tülü kəndi “N.Nərimanov “adına kolxozda işlədiyini bildirmiş, iş stajı və gəliri haqqında arayış verilməsini xahiş etmişdir. Şifahi olaraq 7 nömrəli briqadada işlədiyini demişdir. Ərizəyə baxılaraq İddiaçı 1976-1977-ci illərdə Tülü kəndi “N.Nərimanov “adına kolxozda işlədiyi barədə 13 mart 2020ci il tarixli 51 nömrəli arxiv arayışı verilmişdir. İddiaçı 11.02.2021-ci ildə Balakən regional “ASAN XİDMƏT’mərkəzinə ərizə ilə təkrar müraciət edərək Tülü kəndi “N.Nərimanov” adına kolxozda 1976-1977-ci illərdə işlədiyi barədə arxiv arayışının verilməsini xahiş etmişdir.İddiaçı müraciətinə baxılaraq 16 fevral 2021-ci il tarixli 16 nömrəli arxiv arayışı ona Balakən regional “ASAN XİDMƏT” mərkəzi vasitəsilə təqdim edilmişdir. Hər iki arayış eyni məzmunludur. Dövlət Arxivində mühafizə olunan Tülü kənd ZDS və XDS İcraiyyə Komitəsinin 1974-1976,1979-cu illərə aid təsərrüfatbaşına kitablarında xx xxxxxxx 1955-ci il təvəllüdlü İddiaçı atası X4 təsərrüfatında qeydiyyatdadır. Tülü kənd ZDS və XDS İcraiyyə Komitəsinin 1974-1976,1977-1979-cu illərə aid təsərrüfatbaşına kitablarında eyni adlı, təvəllüdlü digər şəxsin qeydiyyatı aparılmamışdır. İddiaçı 1976-1979-cu illərdə harada işlədiyi barədə təsərrüfatbaşına kitablarda qeydiyyatı aparılmışdır. Balakən rayon Dövlət Arxivi tərəfindən 16 fevral 2021-ci il tarixli 16 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1976-1977-ci illərdə Balakən rayonu Tülü kəndi «N.Nərimanov» adına kolxozda işləmiş, 1976-1977-ci illərdə atasının adı qeyd edilməmiş, 1976-cı ilin sentyabr ayında yazılan 791 adam saatda qaralama var. İddiaçı Balakən rayon Dövlət Arxivinə ünvanlanmış ərizədən görünür ki, o, 1976-1977-ci illərdə Tülü kənd “N.Nərimanov” adına kolxozda işləmişdir. Onun iş stajı və gəliri haqqında arayış verilməsini xahiş edir. Balakən rayonu Tülü kənd X2 İcraiyyə Komitəsinin 06 nömrəli 1974, 1975, 1976-cı illərin 6 nömrəli təsərrüfatbaşına kitabından görünür ki, İddiaçı kolxozda kolxozçu işləmişdir. “N.Nərimanov” kolxozunun 7 №li briqadasının 1976-1977cı il tarixli əməyin ödənişi üzrə hesablama kitabından görünür ki, İddiaçı əmək haqqı ödənilmişdir. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsaslı olmaqla, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır. Belə ki, məhkəmə mübahisələri üzrə cavabdehin kimliyi məsələsinə aydınlıq gətirilməsi zəruri elementlərdəndir. Məhkəmə mübahisələri zamanı cavabdehin düzgün seçilməsi iddiaların, ona cavab verməli olan quruma yönəldilməsini təmin edir, gələcəkdə məhkəmə qərarlarının əsl cavabdehlər tərəfindən icra edilməsi zamanı əlavə problemləri aradan qaldırır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 01.02.2021-ci il tarixli, **********1 nömrəli məktubunun məzmunundan müəyyən edilir ki, Fond struktur bölmələrinin fəaliyyətinin optimallaşdırılması, habelə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il tarixli, 30 iyun 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş DSMFnin Nizamnaməsinin 4.5.6-cı və 4.5.7-ci yarımbəndlərini rəhbər tutaraq Fond tərəfindən 23.11.2020ci il tarixli **********2 nömrəli qərar qəbul edilmişdir. Həmin Qərara əsasən Fondun keçmiş rayon şöbələri (filialları) üzrə Regional Ərazi Filialları yaradılmış, onların Əsasnamələri təsdiq edilmişdir. Göründüyü kimi Fondun keçmiş rayon şöbələri (filialları) üzrə Regional Ərazi Filialları yaradılmaqla,məhkəmələrdə prosessual tərəflər olaraq Fondun ixtisaslaşmış mərkəzi və regional filiallarının iştirak etməsi nəzərdə tutulmuş, Qax, Zaqatala, Balakən inzibati ərazi dairəsi üzrə də Fondun 16 saylı regional ərazi filialı Fondun təyinat aparan qurumları siyahısına aid edilməklə mövcud səlahiyyət həmin quruma həvalə edilmişdir. Beləliklə kollegiya belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsin Balakən rayon Filialı hazırki tələb üzrə cavabdehlik daşımağa hüququ olmayan orqan olduğundan, iddia tələbi həmin orqana qarşı qaldırıla və iddia tələbi bu quruma qarşı münasibətdə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0 və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsin Balakən rayon Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Balakən Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(019)-433/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsin Balakən rayon Filialına qarşı “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Balakən rayon Dövlət Arxivi tərəfindən verilmiş 16 fevral 2021-ci il tarixli, 16 nömrəli arxiv arayışının ona məxsus olması faktının müəyyən edilməsi barədə” iddia tələbi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar