Məhkəmə qərarları › İş №2(107)-1459/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1459/2022

22.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1459/2022 22.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Zaqatala rayonu 2 saylı Notariat Ofisi, üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: vərəsəlik hüququ, vərəsəliyin qəbul edilmə müddəti, sübutetmə yükü) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı1 iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(033)-669/2022 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə, Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Zaqatala rayonu 2 saylı Notariat Ofisi və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 01 noyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin fərdi yaşayış evinə dair hissədə etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın fərdi yaşayış evinə dair hissədə ləğv olunması və fərdi yaşayış evinə dair vərəsələrin paylarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddialarını onunla əsaslandırmışdır ki, mərhum ataları X18 24 aprel 2008ci il tarixdə vəfat etmişdir. Ataları vəfat etdikdən sonra atalarından miras qalmış, ünvan 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsinin mərhuma düşən hissəsinə və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontorunda vərəsəlik işi açılmış və 01 noyabr 2012-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən hüquqları Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala ərazi idarəsində xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmış, İddiaçı1, İddiaçı2, X13 Cavabdeh1 fərdi yaşayış evinin 1/5 hissəsi və torpaq sahəsinin 6/25 hissəsinə, X15 isə fərdi yaşayış evinin 1/5 hissəsi və torpaq sahəsinin 1/25 hissəsinə dair hüquqları qeydiyyata alınmışdır. Zaqatala rayon 2 saylı Notariat Kontoru miras qalmış fərdi yaşayış evinə dair vərəsələrin paylarını düzgün bölməmişdir. Belə ki, mərhum ataları X18 mərhum X3 ilə nikahlarını 24 avqust 1986-cı il tarixdə Zaqatala rayon Qeydiyyat şöbəsində rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsində 1989-cu il tarixdə fərdi yaşayış evi inşa olunmuşdur. X3 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsində yerləşən 1989-cu il tarixdə inşa olunmuş fərdi yaşayış evi birgə nikah dövründə inşa edildiyi üçün həmin fərdi yaşayış evinin ½ hissəsi mərhum analarına məxsus olmalıdır. Bunun üçün Notariat kontoru tərəfindən fərdi yaşayış evinin atalarının payına düşən hissəsinə yəni ½ hissəsinə vərəsəlik açılmalı olduğu təqdirdə fərdi yaşayış evinə tam şəkildə vərəsəlik açılmış və vərəsələrə pay verilmişdir. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarının 117-ci bəndində qeyd olur ki, nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, sağ qalmış ərə (arvada) ər-arvadın ümumi əmlakında paya mülkiyyət hüququ haqqında şəhadətnamə nikah dövründə əldə edilmiş ümumi əmlakın yarısına verilir. Ər-arvadın biri öldükdə, əmlak isə ər-arvadın birgə nikah dövründə əldə edilibsə və sağ qalan ərin (arvadın) adına rəsmiləşdirilibsə (qeydə alınıbsa), ölənin mirası qəbul etmiş vərəsələrinin ərizəsi əsasında sağ qalmış ərin (arvadın) razılığı ilə ölmüş ərin (arvadın) ümumi əmlakından pay da müəyyən edilə bilər. Bu pay əmlakın ½ hissəsindən ibarət olmalıdır. Həmin pay müəyyənləşdiriləndən sonra qanuni vərəsələrin vərəsəlik hüququ haqqında şəhadətnamə almağa hüququ var. Bunun üçün Notariat ofisi tərəfindən verilən qanun üzrə vərəsəlik şəhadətnamələri etibarsız hesab edilməli və onun əsasında verilmiş çıxarışlar ləğv olunmalıdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(033)-669/2022 saylı qətnaməsi ilə (hakim V.Məmmədov) iddianın rədd edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Zaqatala rayonu 2 saylı Notariat Ofisi, üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbi barədə iddia ərizəsinin təmin edilməməsi, iddiaçıların dövlət rüsumu olaraq ödədikləri 100 (bir yüz) manatı özlərinə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, vərəsəlik zamanı ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsini tələb etmək hüququ sağ qalmış ərə (arvada) aid olduğundan, X9 isə xx.xx.2002-ci il tarixdə ölmüş X10 əvvəl, xx.xx.2002-ci il tarixdə ölməklə sonucunun ölümü ilə əlaqədar mirasın açıldığı vaxt sağ olmadığından, eləcə də, iddiaçılar analarının ölümündən sonra onun ümumi əmlakdan payının müəyyən edilməsi barədə ərizə vermədiklərindən, X18 da sağlığında buna razılıq bildirmədiyindən X6 ümumi əmlakdan payı müəyyən edilməmiş və iddiaçıların sonuncunun vərəsələri olaraq vərəsəlik hüququ haqqında şəhadətnamə almaq hüquqları yaranmamışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə mülki iş materiallarını araşdırıb proses iştirakçılarını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək belə qənaətə gəllmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddiaçıların həmin dəlilləri üzrə onu qeyd etməyi zəruri saymışdır ki, qanunvericiyin tələbinə əsasən vərəsəlik zamanı ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsini tələb etmək hüququ sağ qalmış ərə (arvada) aid olduğundan, X9 isə xx.xx.2002-ci il tarixdə ölmüş X10 əvvəl, xx.xx.2002-ci il tarixdə ölməklə sonucunun ölümü ilə əlaqədar mirasın açıldığı vaxt sağ olmadığından, eləcə də, iddiaçılar analarının ölümündən sonra onun ümumi əmlakdan payının müəyyən edilməsi barədə ərizə vermədiklərindən, X18 da sağlığında buna razılıq bildirmədiyindən X6 ümumi əmlakdan payı müəyyən edilməmiş və iddiaçıların sonuncunun vərəsələri olaraq vərəsəlik hüququ haqqında şəhadətnamə almaq hüquqları yaranmamışdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata əsasən isə fərdi yaşayış evi bütövlükdə miras qoyan X14 öldüyü məqamadək malik olduğu əmlak olaraq ondan qalmış mirasa daxil olmuş və notariat orqanı miras əmlaka dair 01 noyabr 2012-ci il tarixli 2V1604 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni verərkən qanunvericiliyin tələblərinə riayət etmişdir. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlmişdir ki, mübahisəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunvericiliyə uyğun olaraq verildiyindən iddia tələbi rədd edilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1159.1.1, 1162-ci maddələri, Notariat haqqında Azərbaycan Respublikasında Qanununun 62-ci maddəsi, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 117-ci bəndini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.3-cü və 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırılmışlar ki, mübahisələndirdikləri fərdi yaşayış evi mərhum valideynlərinin birgə nikah dövründə (1989) əldə olunmuşdur. Mərhum X3 vəfat etdikdən sonra ataları X14 adına qeydiyyata alınmışdır. Mirası qəbul edən vərəsə mərhum X18 və onlar 3 övladlarıdır. Belə olan təqdirdə fərdi yaşayış evindən onların X1 hissəsinə pay almaq hüquqları vardır. Məhkəmə görünür ki, qərar qəbul edərkən səhv hüquqi nəticəyə gəlmiş, Nazirlər kabinetinin qərarına düzgün hüquqi qiymət verməmişdir. Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddədə məhkəmənin üzərinə bir çox vəzifələrin qoyulduğu göstərilir. Lakin bu işdə məhkəmə həmin vəzifələri yalnız cavabdehin mövqeyinə münasibətdə icra etmişdir. MPM 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olamalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Sözügedən maddənin tələbləridə məhkəmənin üzərinə kifayət qədər vəzifələr qoyur ki, hazırki işdə bu tələblərə əməl olunmamışdır. Qeyd edir ki, birinci instansiya məhkəməsində iddialarına qarşı cavabdeh etiraz ərizəsi ilə müraciət edərək iddia müddətinin tətbiq olunaraq iddianın rədd olunmasına dair qərar qəbul edilməsi xahiş etmişdir. Lakin məhkəmə qərarında cavabdehin etiraz ərizəsinə ümumiyyətlə münasibət bildirməmiş, qərarında iddia tələbinə qarşı yazılı etirazın olmadığını qeyd etmişdir. Görünür ki, məhkəmə mülki iş materiallarını tam araşdırmamış, məhkəməyə təqdim olunan sübutlara düzgün hüquqi qiymət verməməklə qanuni səhv təfsir etmişdir. Cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi ərizəsi onu deməyə əsas verir ki, cavabdeh iddialarının əsaslı olması ilə razılaşır, lakin məhkəmədən iddia müddətinin tətbiq olunmasını xahiş edir. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 117-ci bəndinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, sağ qalmış ərə (arvada) ər-arvadın ümumi əmlakında paya mülkiyyət hüququ haqqında şəhadətnamə nikah dövründə əldə edilmiş ümumi əmlakın yarısına verilir. Ər-arvadın biri öldükdə, əmlak isə ər-arvadın birgə nikah dövründə əldə edilibsə və sağ qalan ərin (arvadın) adına rəsmiləşdirilibsə (qeydə alınıbsa), ölənin mirası qəbul etmiş vərəsələrinin ərizəsi əsasında sağ qalmış ərin (arvadın) razılığı ilə ölmüş ərin (arvadın) ümumi əmlakından pay da müəyyən edilə bilər. Bu pay əmlakın 1/2 hissəsindən ibarət olmalıdır. Həmin pay müəyyənləşdiriləndən sonra qanuni vərəsələrin vərəsəlik hüququ haqqında şəhadətnamə almağa hüququ var. Lakin məhkəmənin mövqeyinə əsasən vərəsəlik zamanı ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsini tələb etmək hüququ sağ qalmış ərə (arvada) aid olduğundan, xx.xx.2002-ci il tarixdə ölmüş X2 Məmməd Camal oğlundan əvvəl, xx.xx.2002-ci il tarixdə ölməklə sonuncunun ölümü ilə əlaqədar mirasın açıldığı vaxt sağ olmadığından, eləcə də, iddiaçılar analarının ölümündən sonra onun ümumi əmlakdan payının müəyyən edilməsi barədə ərizə vermədiklərindən, X18 da sağlığında buna razılıq bildirmədiyindən X6 ümumi əmlakdan payı müəyyən edilməmiş və iddiaçıların sonuncunun vərəsələri olaraq vərəsəlik hüququ haqqında şəhadətnamə almaq hüquqları yaranmamışdır. Bildirir ki, anaları vəfat etdikdə onlar azyaşlı olmaqla, hüquq və vəzifələrini qanuni nümayəndələri tərəfindən həyata keçirilmişdir. Məhkəmənin mövqeyinə görə onlar azyaşlı olsalar da analarının ölümündən sonra ümumi əmlakdan payın müəyyən edilməsi barədə ərizə verə bilərdilər. Halbuki, həmin vaxtı azyaşlı olduqları üçün öz hüquq və vəzifələrini müstəqil şəkildə həyata keçirə bilməzdilər. X1 ümumi əmlakdan payının müəyyən olunmaması, hazırki iddia tələbilərinin rədd olunması üçün əsas ola bilməz. Fərdi yaşayış evi 0.03 ha torpaq sahəsində 1989-ci il tarixdə inşa olunduğu üçün birgə nikah dövründə əldə olunmuş əmlak kimi mərhum X6 əmlakdan payı müəyyən olunmalı idi. Kollegiyanın diqqətinə onuda çatdırırlar ki, 01 noyabr 2012-ci il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilərkən şəhadətnamədə qeyd olunur: Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında 0.03 ha torpaq sahəsində mərhuma düşən hissəsində yerləşən, 1989-cu ildə tikilmiş, 1 mərtəbəli, 73.2 kv m yaşayış, 42 kv.m yardımçı, 115 kv.m ümumi sahəsi olan 4 otaqlı fərdi yaşayış evindən ibarətdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən aydın olur ki, vərəsəlik mərhum ataları X14 payına düşən 1989-cu ildə tikilmiş fərdi yaşayış evinə dair hissədə açılmışdır. Digər hissədə (analarının payına münasibətdə) vərəsəlik açılmamışdır. Odur ki, Zaqatala rayon Məhkəməsinin 2(033)-669/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv olunması və iddiaçıların iddiasının təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kollegiyanın iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala rayon Məhkəməsinin 2(033)-669/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv olunması və iddiaçıların iddiasının təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər proses tərəfləri məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: (Yeni Məcəllə) 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1143.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; və s. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Belə ki, iddiaçılar Zaqatala Rayon Məhkəməsinin 2(033)-669/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv olunması və iddiaçıların iddiasının təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apelyasiya şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(033)-669/2022 saylı qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, mərhum X18 mərhum X9 ilə nikahlarını 24 avqust 1986-cı il tarixdə Zaqatala rayon Qeydiyyat şöbəsində rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Tərəflərin birgə nikahından xx xxxxxx 1988-ci ildə İddiaçı2 və xx xxxx 1987-ci il ildə İddiaçı1, xx.xx.1995-ci il tarixdə isə X17 adlı uşaqları anadan olmuşdur. Birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsində 1989-cu il tarixdə fərdi yaşayış evi inşa olunmuşdur. X9 11 may 2002-ci ildə vəfat etmişdir. X9 vəfat etdikdən sonra X18 ilə Cavabdeh1 nikahlarını 02 dekabr 2003-cü ildə rəsmi qaydada etdirməklər ailə qurmuşlar. X18 ilə Cavabdeh1 birgə nikahlarından 27 may 2005-ci ildə X19 adlı uşaqları anadan olmuşdur. X18 24 aprel 2008-ci ildə vəfat etmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, hazırda mübahisə predmeti olan əmlakın, yəni ünvan 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin ½ hissəsi üzrə iddiaçıların anası X7 məxsusdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd etməyi lazım bilir ki, mirasın qəbul edilməsi ilə bağlı tərəflər arasında hər hansı bir mübahisə yoxdur. Yəni tərəflər mirasın qəbul edilməsini mübahisələndirmirlər. Apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, mübahisələndirdikləri fərdi yaşayış evi mərhum valideynlərinin birgə nikah dövründə (1989) əldə olunmuşdur. Mərhum X3 vəfat etdikdən sonra ataları X14 adına qeydiyyata alınmışdır. Mirası qəbul edən vərəsə mərhum X18 və onlar 3 övladlarıdır. Belə olan təqdirdə fərdi yaşayış evindən onların X1 hissəsinə pay almaq hüquqları vardır. Məhkəmə görünür ki, qərar qəbul edərkən səhv hüquqi nəticəyə gəlmiş, işə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin bu dəlili əsaslıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instasiya məhkəməsində işə baxılan zaman tərəflərin məhkəmə iclası zamanı izahatları ilə müəyyən edilmişdir ki, hazırda mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi mərhum X18 ilə mərhum X6 birgə nikah dövründə tikilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Qeyd edilən maddələrin tələbindən məlum olduğu kimi hazırda mübahisə predmeti olan əmlakın, yəni ünvan 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin ½ hissəsi üzrə iddiaçıların anası X7 məxsusdur. İş materiallarına əlavə edilmiş Zaqatala rayon VVADQ Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx xxxxxx 1988-ci ildə doğulmuşdur. Valideynləri atası X18 və anası X8r İş materiallarına əlavə edilmiş Zaqatala rayon VVADQ Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx xxxx 1987-ci ildə doğulmuşdur. Valideynləri atası X18 və anası X8r. İş materiallarına əlavə edilmiş Zaqatala rayon VVADQ Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 27 may 2005-ci ildə doğulmuşdur. Valideynləri atası X18 və anası Cavabdeh1dır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1.-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Göründüyü kimi birinci instasiya məhkəməsi ünvan 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi üzərində yerləşən əmlakın ½ hissəsinin X7 məxsus olduğunu nəzərə almadan, iş materialların əlavə edilmiş 01 noyabr 2012-ci il tarixli 2V-1604 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni qanunvericiliyə uyğun olaraq verildiyini hesab edərək səhvə yol vermiş, nəticədə maddi hüquq normasının tələbinin pozulması ilə qətnamə qəbul etmişdir. İş materiallarında olan Zaqatala rayon VVADQ Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 088421 nömrəli “nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X18 ilə Cavabdeh1 nikahlarını 02 dekabr 2003-cü ildə bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Şabanova soyadı verilmişdir. Həmin nikahdan onların 27 may 2005-ci il tarixdə X19 adında bir uşaqları olmuşdur. Göründüyü kimi, 01 noyabr 2012-ci il tarixli 2V-1604 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə ünvan 3 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən yerləşən 1989-cu ildə tikilmiş, 1 mərtəbəli, 73,2 kv.m. yaşayış, 42 kv.m. yardımçı, 115 kv.m ümumi sahəsi olan 4 otaqlı fərdi yaşayış evinə X14 ikinci arvadı Cavabdeh1 vərəsəsi kimi tanınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, ünvan 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin ½ hissəsi X7 məxsus olduğundan, 01 noyabr 2012ci il tarixli 2V-1604 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə də etibarsız hesab edilməlidir. Mirasın bölünməsi ilə bağlı yekun olaraq kollegiya qeyd edir ki, 11 may 2002-ci il tarixdə X11 vəfat etdikdən sonra ünvan 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi üzərində yerləşən əmlakın ½ hissəsi X7 məxsus olduğundan, ondan miras qalmış əmlakdan İddiaçı1 1/8 hissədə, İddiaçı2 1/8 hissədə, İddiaçı3 1/8 hissədə, X14 1/8 hissədə payları olmuşdur. 24 aprel 2008-ci il tarixdə X18 vəfat etdikdən sonra ondan miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin X16 aid hissəsinə miras açılmışdır. Miras qalan fərdi yaşayış evindən X16 düşən evin ½ hissəsi, eyni zamanda mərhum arvadından qalan 1/8 hissədə olan payı vərəsələr arasında bölünməlidir. İlk növbədə Miras qalan fərdi yaşayış evindən X16 düşən evin ½ hissəsi üzrə bölgü aparılmalıdır. 1/2:5=1/10 hər birinə. Yəni İddiaçı1 1/10 hissədə, İddiaçı2 1/10 hissədə, İddiaçı3 1/10 hissədə, Cavabdeh1 1/10 hissədə, X15 1/10 hissədə. Bundan sonra miras qalan fərdi yaşayış evindən X14 mərhum arvadı X4 qalan 1/8 hissədə olan payı vərəsələr arasında bölünməlidir. 1/8:5=1/40 hər birinə. Yəni İddiaçı1 1/40 hissədə, İddiaçı2 1/40 hissədə, İddiaçı3 1/40 hissədə, Cavabdeh1 1/40 hissədə, X15 1/40 hissədə. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddia təmin edilməli, Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 01 noyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin fərdi yaşayış evinə dair hissədə etibarsız hesab edilməli, onun əsasında verilmiş çıxarış fərdi yaşayış evinə dair hissədə ləğv edilməli və fərdi yaşayış evinə dair vərəsələrin payları müəyyən olunmalıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(033)-669/2022 saylı qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(033)-669/2022 saylı qətnaməsi tamamilə ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia ərizəsi təmin edilsin. Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 01 noyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə fərdi yaşayış evinə dair hissədə etibarsız hesab edilsin. Azərbaycan Respublikası ƏMDK-ın yanında DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın xx.xx.2012-ci il tarixli ***- *******83-10301 reyestr nömərli ********** qeydiyyat nömərli dövlət reyestrindən çıxarış fərdi yaşayış evinə aid hissədə ləğv edilsin. Fərdi yaşayış evinə dair vərəsələrin payları müəyən edilsin. 11 may 2002-ci il tarixdə X5 miras qalan ünvan 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi üzərində yerləşən əmlakın ½ hissəsində İddiaçı1 1/8 hissədə, İddiaçı2 1/8 hissədə, İddiaçı3 1/8 hissədə payları müəyyən edilsin. X16 düşən evin ½ hissəsindən İddiaçı1 1/10 hissədə, İddiaçı2 1/10 hissədə, İddiaçı3 1/10 hissədə, Cavabdeh1 1/10 hissədə, X15 1/10 hissədə payları müəyyən edilsin. Fərdi yaşayış evindən X14 mərhum arvadı X4 qalan 1/8 hissəsindən İddiaçı1 1/40 hissədə, İddiaçı2 1/40 hissədə, İddiaçı3 1/40 hissədə, Cavabdeh1 1/40 hissədə, X15 1/40 hissədə payları müəyyən edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar