Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1468/2020 17.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(075)-412/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı, ağır xəstəlikdən xx xxxxxx 2019-cu il tarixdə vəfat etmiş X5 ilə Cavabdeh arasında Şəki şəhərinin 2 saylı notariat kontorunda xx xxxxxx 2015-ci il tarixdə bağlanılmış onun ailəsinə məxsus Şəki şəhəri, X8 prospekti, 253 ünvanında yerləşən, ümumi sahəsi 253 kvadrat metr olan yaşayış evinin alqı satlqımüqaviləsinin, alıcının aldığı daşınmaz əmlakın dəyərini satıcıya ödəməməsi səbəbindən, ləğv olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(075)-412/2020 saylı qətnаməsi ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, həyat yoldaşı, ağır xəstəlikdən xx xxxxxx 2019-cu il tarixdə vəfat etmiş X5 xx xxxxxx 2015-ci il tarixdə ailələrinə məxsus Şəki şəhəri, X8 prospekti, 253 ünvanında yerləşən, ümumi sahəsi 253 kvadrat metr olan yaşayış evini Cavabdeh 50.000 (əlli min) manat, rəsmi müqavilədə 40.000 (qırx min) manat məbləğinə Şəki şəhərinin 2 saylı notariat kontoru vasitəsi ilə satmışdır. Alqısatqı zamanı məhrum həyat yoldaşı və Cavabdeh öz aralarında razılaşmışlar ki, sonuncu evin alınması üçün məhrum ərinə «xxxxxxxxxxın» vasitəsi ilə 40.000 (qırx min) manat, 10.000 (on min) manatını isə nəğd şəkildə, cəmi 50.000 (əlli min) manat pul ödəyəcəkdir. Alqısatqı müqaviləsi bağlanılan zaman cavabdehdən pul çox tutulmasın deyə, aralarında birgə gəlinmiş razılığa əsasən, müqavilədə alqı-satqının məbləğini 50.000 (əlli min) manat deyil, 40.000(qırx min) manat göstərmişlər. Cavabdeh həmin 40.000 (qırx min) manat məbləği «xxxxxxxxxxa» ödəmiş və onun məhrum həyat yoldaşına bildirmişdir ki, həmin pulu «xxxxxxxxxxın» Bakı şəhərində yerləşən filiallarından birindən götürsün. 10.000 (on min) manatını isə sonradan verəcəyini vəd etmişdir. Lakin məhrum həyat yoldaşı «xxxxxxxxxxın» Bakı şəhərində yerləşən filialına müraciət etdikdə, ona bildirmişlər ki, o, vətəndaş Cavabdeh etibarnamə vermiş və Cavabdeh da, 40.000 (qırx min) manat pulu «xxxxxxxxxxdan» götürmüşdür. Əslində isə mərhum həyat yoldaşı, Cavabdeh heç bir etibarnamə verməmişdir. Görünür evin alqı-satqı müqaviləsi bağlanılarkən, Cavabdeh onun həyat yoldaşının ağır xəstə olmasından istifadə edərək, müəyyən bir bəhanə ilə mərhum həyat yoldaşının adından özünə və ya başqa bir şəxsin adına etibarnamə də almış, ya da ki, hansısa bir bəhanə ilə alqı-satqı müqaviləsi üçün ödədiyi 40.000 (qırx min) manat pulu «xxxxxxxxxxdan» geri almışdır. 10.000 (on min) manat pulu isə onun mərhum həyat yoldaşına verməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Ona görə də iş üzrə apellyasiya şikayətinin təmin edilməsini və Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(075)-412/2020 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(075)-412/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq rədd etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Şəki şəhəri, X8 prospekti, dalan 6-da mülkiyyətdə olan 0,0584 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 79,15 kv.m yaşayış, 173,85 kv.m köməkçi sahədən ibarət 6 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X3-2/3, X1-1/3, adlarına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində qeydiyyata alnmışdır. X2 şəhəri, X8 prospekti, dalan 6-da mülkiyyətdə olan 0,0584 ha torpaq sahəsində yerləşən, 79,15 kv.m yaşayış, 173,85 kv.m köməkçi sahədən ibarət olan 4 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus olan 2/3 hissəsini Cavabdeh 40000 manata satmışdır. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etməyə, sahibkarlıq fəaliyyətini dəstəkləməyə, sərbəst bazar iqtisadiyyatının inkişafına yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının (qanunvericilikdə nəzərdə tutulan hədlərdə) tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir. MM-nin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-nin 568-ci maddəsinə əsasən isə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də ( texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Mülki Məcəllənin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Mülki Məcəllənin 423-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə şikayətin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlilləri ilə razılaşmır. Belə ki, Şəki rayon 2 saylı notariat kontorunda xx xxxxxx 2015-ci il tarixdə bağlanılmış daşınmaz əmlakın alqı-satqı müqaviləsindən məlum olur ki, X2 şəhəri, X8 prospekti, dalan 6-da mülkiyyətdə olan 0,0584 ha torpaq sahəsində yerləşən, 79,15 kv.m yaşayış, 173,85 kv.m köməkçi sahədən ibarət olan 4 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus olan 2/3 hissəsini Cavabdeh 40000 manata satmışdır. Məxaric orderinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh notariusun «xxxxxxxxxx» ASC-nin Şəki Filialındaki hesabına xx xxxxxx 2015-ci il tarixli ev alqı-satqısı ilə bağlı 40000 manat məbləğində pul təhvil vermişdir. İddiaçı xx xxxxxxx 2015-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, X8 prospekti, dalan 6 ünvanında olan 1 mərtəbəli, 4 otaqlı, 6 nömrəli fərdi yaşayış evinin X4 məxsus, 2/3 hissəsinin bağışlanmasına və ya satılmasına etirazının olmadığını bildirmişdir. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış və müqavilədən irəli gələn öhdəliklər qanunvericiliyin müddəalarına müvafiq olaraq realizə olunmuşdur. Müqavilədə evin 40 000 manat satılması qeyd edilmiş və bu məbləğ “xxxxxxxxx” ASC-nin Şəki Filialı vasitəsilə satıcıya ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbinin və apelyasiya şikayətinin hüquqi əsaslarını təşkil edəcək hər hansı bir mötəbər sübutunu məhkəmələrə təqdim edə bilməmişdir. Bundan başqa kollegiya qeyd etməyi lazım bilir ki, əgər cavabdeh tərəf onun mərhum ərinə on min manat pulu ödəmədiyini iddia edirsə iddiaçı tərəf 10 000 manat pulun ödənilməsi barədə iddia qaldıra bilərdi. Hazırkı halda isə müqavilənin ləğv edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onlarınç səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Beləliklə məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri birinci instanisya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 9.3-cü mаddəsinə müvаfiq olаrаq hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Qeyd olunаn Məcəllənin 14.2-ci mаddəsinə müvаfiq olаrаq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(075)-412/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 385, 392, 393, 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiаçı İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(075)-412/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1468/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1468/2020
17.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver