Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1468/2021 04.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- borc tələbi, borcun silinməsi, X1 hüququ) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Şəki Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tаrixli, 2(075)-599/2021 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin X3 Şəbəkəsi MMC-nin tərtib etdiyi 16 fevral 2021-ci il tarixli, 215201 nömrəli akt əsasında hesablanmış 2470 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinə onunla əsaslandırmışdır ki, o, Ağdam rayonu, Poladlı kəndində qeydiyyatda olmaqla faktiki olaraq Şəki rayonu, Vərəzət kəndində yaşayır. O, həmişə istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəmişdir. Onun barəsində "xxxx" ASC-nin əməkdaşları tərəfindən 16 fevral 2021-ci il tarixdə akt tərtib olunmuşdur. Aktda guya onun elektrik enerjisindən sayğacdan kənar xətt vasitəsi ilə X1 etdiyi göstərilmişdir. Əslində isə, o, sayğacdan kənar xətt vasitəsi ilə X1 etməmişdir. Belə ki, o arıçıdır. O, həmin evdə ildə cəmi 2-3 ay olur. Ona görə də həmin evdə elektrik enerjisindən az həcmdə istifadə edilir. Onun evinə gələn elektrik naqili üzərində quraşdırılmış sayğac onun adınadır. Sayğacdan gələn elektrik xətti də onun evinə gəlir. Onun sayğacının yanında qonşusu olan qardaşı Süleymana məxsus sayğac vardır. Onun sayğacı sağda, qardaşının sayğacı isə sol tərəfdə quraşdırılmışdır. Sayğacdan kənar qonşusuna məxsus tövləyə tərəf elektrik naqilləri istiqamətlənsə də, həmin naqillərdə gərginlik yoxdur və həmin naqillər işlək vəziyyətdə deyildir. Həmçinin, həmin xəttlərin onunla hər hansı bir əlaqəsi də yoxdur. O, məhkəməyə müraciət etdikdən sonra "xxxx" ASC-nin Vidadi və Tural adlı əməkdaşları ilə görüşdükdə, həmin şəxslər onun barəsində əsassız olaraq akt tərtib etdiklərini etiraf etmişlər. Belə ki, həmin akt onun sayğacı ilə bağlı deyil, onun sayğacının yanında solda yerləşən sayğacla bağlı yazılmışdır. Barəsində akt tərtib edilərkən çəkilmiş görüntülərdən də sayğacdan kənar xəttin onun evinə tərəf getməsi görünmür, həmin xətlər ona aid olmayan tövlə istiqamətində gedir. Hətta, həmin xəttlərə kənd icra nümayəndəsi tərəfindən də baxış keçirilmişdir. Onun hər hansı bir xətası olmadan barəsində əsassız olaraq akt tərtib edilmiş və itirilmiş elektrik enerjisinin bərpası məqsədilə əlavə sərfiyyat hesablanmış və onun hesabına 2470 manat pul işlənilmişdir. Hər ay şəbəkənin nəzarətçisi sayğaca baxış keçirmiş və ba vaxta qədər heç vaxt belə bir pozuntu aşkar olunmamışdır. Akt qanunsuz tərtib edildiyindən hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianı müdafiə edir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tаrixli, 2(075)-599/2021 saylı qətnaməsi ilə (hakim E.Mehdiyev) iddia qismən təmin edilmiş, "xxxx" ASC-nin İddiaçı barəsində tərtib etdiyi 16 fevral 2021- ci il tarixli 215201 nömrəli akt əsasında hesablanmış 2269,79 manat borcun İddiaçı hesabından silinməsi, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh "xxxx" ASC-nin nümayəndələri tərəfindən 16 fevral 2021-ci il tarixdə İddiaçı yaşadığı Şəki rayonu, Vərəzət kəndində yerləşən fərdi yaşayış evinə verilən elektrik enerjisi ilə bağlı quraşdırılmış elektrik hesablama sayğacına baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilən hallara dair video çəkiliş aparılmış və qeydə alınmış həmin video çəkilişə dair disk məhkəməyə təqdim edilmişdir. Qeyd edilən diskə məhkəmə iclasında baxış zamanı elektrik hesablama sayğacından kənar xəttdən istifadə edildiyi müəyyən edilmişdir. Lakin, ətraflı görüntü olmadığına görə elektrik hesablama sayğacından kənar xəttin kimin mülkiyyətində, yaxud istifadəsində olan tikiliyə istiqamətləndiyini dəqiqləşdirmək mümkün olmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsindən məlum olmuşdur ki, o, "xxxx" ASC-də mühəndis vəzifəsində çalışır. O, 16 fevral 2021-ci il tarixdə iş yoldaşı olan Turan Əzizovla birlikdə Şəki rayonu, Vərəzək kəndinə getmiş və həmin kənddə İddiaçı məxsus yaşayış evinə verilən elektrik enerjisinə müdaxilənin olub-olmamasını yoxlamışlar. İddiaçı həyət darvazasının çöl tərəfində, yəni yol ərazisində 2 sayğac var idi. Soldakı sayğac İddiaçı, sağdakı isə başqa bir şəxs məxsus olmuşdur. Sağdakı sayğacın kimə məxsus olmasını bilmir. Onlar əvvəlcə İddiaçı məxsus sayğaca qədər xəttdən keçən yükü ölçmüşlər və yük çox olduğundan onlarda şübhə doğurmuşdur. Ona görə də həmin sayğacdan keçən yükü də ölçmüşlər və “sıfır” yük göstərmişdir. Lakin, sağ tərəfdə quraşdırılmış sayğacda yük olmamışdır. Buna görə də çəkilişlə İddiaçı həyətinə daxil olmuşlar və orada kənar xətt görmüşlər. Həmin xətlərdə ölçü apararaq yük olduğunu müəyyən etmişlər. Həmin kənar xəttlər evə və tövləyə tərəf gedirdi. Kənar xəttin getdiyi ev İddiaçı aid ev idi. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Şəki EŞ-nin enerji satış bazasında **********00377 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan İddiaçı sayğacından kənar X1 etməsi ilə bağlı cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin dedikləri əsaslı deyildir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən 16 fevral 2021-ci il tarixdə iddiaçının adına olan sayğacla bağlı X1 qaydalarına əməl edilməsinə riayət edilib-edilməməsini yoxlamaq üçün baxış keçirilmiş, həmin ünvanda elektrik sayğacından kənar xətt vasitəsi ilə X1 edilməsi ilə əlaqədar “X1 qaydalarının” pozulması əsas götürülərək 16 fevral 2021-ci il tarixli akt tərtib edilmişdir. Cavabdeh təşkilatın əməkdaşları aktda onun tərtib edilməsinə “EEİQ”- nın tələblərinin pozulmasının əsas olduğunu göstərsələr də, aşkar edilmiş pozuntunun məhz istehlakçı tərəfindən törədilməsi əsaslandırılmamışdır. Buna görə də məhkəmə tərəfindən Şəki şəhər İHB-nin Baş Zəyzid kənd İcra Nümayəndəliyinə sorğu verilərək həmin diskə baxdıqdan sonra mübahisə predmeti olan əraziyə baxış keçirilərək diskdə qeydə alınmış görüntülər əsasında müəyyən olunan elektrik xəttlərindən hansı kənd sakininin tikilisində istifadə edildiyi barədə ətraflı məlumatın və diskin məhkəməyə göndərilməsi xahiş olunmuşdur. Məhkəmənin həmin məktubuna cavab olaraq Şəki şəhər İHB-nin Baş Zəyzid kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 28 aprel 2021-ci il tarixli, 15 nömrəli məktubda göstərilmişdir ki, Şəki rayonu, Vərəzət kəndində yaşayan məcburi köçkün İddiaçı fərdi yaşayış evinə tərəfindən 28 aprel 2021-ci il tarixdə baxış keçirilmişdir. Baxış zamanı faktiki olaraq aşkar olunmuşdur ki, elektrik dirəyindən götürülən xətt hesablama sayğacına daxil olduqdan sonra paylanılır. Göründüyü kimi, cavabdeh təşkilatın əməkdaşları aşkar etdiklərini bildirdikləri, yəni iddiaçının yaşadığı ünvanda elektrik sayğacından kənar xətt vasitəsi ilə X1 etməsi üçün onun elektrik sayğacından kənar xətt vasitəsi ilə haradan və necə qoşulduğuna dair, ümumiyyətlə elektrik sayğacından kənar X1 etməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir başqa video çəkiliş, fotoşəkil, digər bir sübut təqdim edilməmişdir. Bundan başqa 16 fevral 2021-ci il tarixli 215201 nömrəli aktın tərtibində hal şahidlərinin də iştirakı təmin edilməmişdir. İddiaçı iddia tələbində 16 fevral 2021-ci il tarixli 215201 nömrəli akt əsasında hesablanmış 2470 manat məbləğində borcun hesabından silinməsini xahiş etsə də cavabdehin nümayəndəsinin təqdim etdiyi etiraza əlavə edilmiş abunəçiyə aid sayğac göstəricilərini özündə əks etdirən cədvəldən iddiaçıya 16 fevral 2021-ci il tarixli 215201 nömrəli akt əsasında hesablanmış məbləğin 2470 manat deyil, 2269,79 manat olması müəyyən edilir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, "xxxx" ASC-nin İddiaçı barəsində tərtib etdiyi 16 fevral 2021-ci il tarixli 215201 nömrəli akt əsasında hesablanmış 2269,79 manat borc İddiaçı hesabından silinməli, qalan hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ və İİ hissələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarına əsasən təsdiq edilmiş “X1 Qaydaları”na əsasən əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması hallarına yol verildiyindən 29 aprel 2021-ci il tarixli qətnamə qanunsuz və əsassız olduğu üçün ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Belə ki, məhkəmə iddia tələbinin təmin edilməsinə dair qətnaməsini əsaslandırmamış yalnız sayğaca cavabdehliyi enerji təchizatı müəsisiəsinin daşıdığını və pozuntunun məhz istehlakçı tərəfindən törədilməsinin tam təsdiqini tapmadığını əsas gətirərək əsassız qətnamə çıxarmışdır. Məhkəmə iş materiallarına əlavə edilmiş video çəkliş disqindəki çəkiliş görüntülərini nəzərə almamışdır. Qeyd etməyi zəruri hesab edirik ki. abonentin fərdi yaşayış evini enerji ilə təmin edən elektrik xətləmə və elektnk sayğacına əməkdaşlarımız baxış keçirmiş və evə elektrik sayğacının sxemindən kənar xəttin daxil olduğu aşkarlanmışdır. Aşkar edilmiş pozuntu ilə əlaqədar əməkdaşlarımız tərəfindən vıdeoçəkiliş aparılmış və 16.02.2021-ci il tarixli, R 215201 saylı akt tərtib olunmuşdur Aparılmış videoçəkilışdə abonentin kənar xəttən istifadə etdiyi aşkar şəkildə əksini tapır və iddiaçı kənar xəttən istifadə etdiyini etiraf edir (kənar xəttin uzun müddətdir kı o qaydada olduğunu söyləyir). Göründüyü kimi aşkar edilmiş kənar xətt tam şəkildə məhkəməyə sübut edilmiş lakin heç bir nəticəsi olmamışdır. Digər tətəfdən bu normanın tətbiqi üçün qüsurun xarakteri (sayğacdan kənar xətt) nəzərə alınmalıdır. Müəyyən edilmiş qüsurun xarakteri isə təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır. Habelə, iddiaçıya hesablanmış məbləğ məsuliyyətə cəlb etmə ilə bağlı olmamış, abonentin istehlak etdiyi lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Məhkəmə iddia tələbinin qismən təmin edilməsinin digər bir əsası kimi göstərmişdir ki, kənar xəttin kimin mülkiyyətində və ya istifadəsində olan tikiliyə istiqamətləndiyini dəqiqləşdirmək mümükün olmamışdır Qeyd etməyi zəruri hesab edirik ki, videoçəkilişdə açıq aşkar öz əksini tapdığı kimi iddiaçı orada iştirak edir və həmin kənar xəttin də onun istifadəsində olan həyətdən torpağın üzərindən çəkildiyi açq aşkar görünür. Həmçinin EElQ-nın 7.11-ci bəndinin ikinci abzasında göstərilir ki, mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə mənzil (xüsusi yaşayış evinin) mülkiyyətçisi cavabdehlik daşıyır. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tаrixli, 2(075)-599/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında iştirak edərək, apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarına əsasən təsdiq edilmiş “X1 Qaydaları”nın: - 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğacla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. -8.14-cü bəndinə əsasən, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. -8.15-ci maddəsinə əsasən ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında istehlakçının, o cümlədən məişət abonentinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə müəyyən olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır. -8.26-cı bəndinə əsasən, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar özünəxidmət üsuluna, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. -8.28-ci bəndinə əsasən məişət abonenti özünəxidmət üsuluna keçmədiyi halda, hesablaşma sayğacının göstərişinin qeyd edilməsi və elektrik enerjisi sərfinə görə ödəniş sənədinin yazılması enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yerinə yetirilir Səlahiyyətli nümayəndələr mənzilə gələrkən sakinlərin tələbi ilə xidməti vəsiqələrini təqdim etməyə borcludurlar. Məişət abonenti mənzilində olmadıqda ödəniş sənədi bildiriş, qəbz, onunla birgə yaşayan başqa sakinə təqdim edilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”na 06 yanvar 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tаrixli, 2(075)-599/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı iddia tələbində 16 fevral 2021-ci il tarixli 215201 nömrəli akt əsasında hesablanmış 2470 manat məbləğində borcun hesabından silinməsini xahiş etsə də cavabdehin nümayəndəsinin təqdim etdiyi etiraza əlavə edilmiş abunəçiyə aid sayğac göstəricilərini özündə əks etdirən cədvəldən iddiaçıya 16 fevral 2021-ci il tarixli 215201 nömrəli akt əsasında hesablanmış məbləğin 2470 manat deyil, 2269,79 manat olması müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, cavabdeh orqan baxış zamanı kənar xətdən istifadə etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdehin təbirincə desək qeyd edilən müdaxilənin iddiaçı tərəfindən edilməsi hər hansı sübutla təsdiqlənmir. Həmçinin məhkəmə qeyd edir ki, həmin sayğac demək olar ki, hər ay cavabdeh təşkilatın nəzarətçisi tərəfindən yoxlanılır və nəzarətçi həmin müdaxiləni bundan əvvəl də aşkar edə bilərdi. İkincisi, cavabdeh təşkilatın əməkdaşları X1 zamanı istehlakçı tərəfindən X1 qaydalarının müvafiq maddəsinin posulması səbəbindən akt tərtib edərkən özləri həmin qaydaların 8.33-cü maddəsinin tələblərini pozaraq hal şahidlərinin iştirakı olmadan akt tərtib etmişlər. Üçüncüsü, məhkəmə kollegiyası tərəfindən yerli baxış keçirilərkən müəyyən edildmişdir ki, cavabdeh təşkilatın qeyd etdiyi qanunsuz qoşulmanın iddiaçıya hər hansı bir aidiyyəti yoxdur. Belə ki, qoşulma xətti iddiaçının evinə yox, onun qonşuluğunda yerləşən iddiaçıya aid olmayan başqa şəxsə məxsus tovləyə istiqamətlənmişdir. Eyni zamanda həmin tövlədən iddiaçının evinə tərəf hər hansı bir elektrik naqili aşkar edilməmişdir. Dördüncüsü, kollegiya sonda qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İş materiallarından da göründüyü kimi iddiaçı təşkilat nə birinci instansiya məhkməsinə, nə də ki məhkəmə kollegiyasına qaz sayğacının cavabdeh tərəfindən qəsdən sıradan çıxarılmasını sübut edəcək mötəbər və təkzib olunmaz faktlar təqdim etməmişdir. Cavabdeh tərəfindən qeyd olunаn sаyğаcа hər hаnsı müdаxilənin edilməsi, onun tərəfindən sаyğаcdаn, onun işləmə prinsipindən və s. аnlаyışı olаn şəxsin tаpılаrаq, onun vаsitəsi ilə sаyğаcа müdаxilə etməsi barədə iddiaçı tərəfindən hər hansı sübut məhkəmə kollegiyasına təqdim etmədiyindən, apellyasiya şikayəti formal mülahizələr əsasında hazırlandığından əsassızdır və birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tаrixli, 2(075)-599/2021 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tаrixli, 2(075)-599/2021 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1468/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1468/2021
04.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver