Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-147/2023 01.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə regional “ASAN-Xidmət” mərkəzində notariat ofisinə və Cavabdeh2 qarşı mirasın qəbul edilmə müddətinin uzadılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: mirasın qəbul edilmə müddətinin uzadılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X7 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə regional “ASAN-Xidmət” mərkəzində notariat ofisinə və Cavabdeh2 qarşı mirasın qəbul edilmə müddətinin uzadılması tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 2(039)-1286/2022 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Yevlax şəhəri Q.Quliyev küçəsi 2 saylı evin 3 saylı mənzil Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində verilmiş 08 iyul 2019-cu il tarixli ********** qeydiyyat nömrəli X1 mülkiyyəti olaraq qeydiyyata alınmışdır. X8 25 avqust 2014-cü ildə ölmüşdür. Miras qoyan X6 ölümündən sonra onun dörd vərəsəsi, yəni hazırki iş üzrə iddiaçılar xx xxxx 1965-ci ildə doğulmuş İddiaçı1, xx xxxxxx 1967-ci ildə doğulmuş İddiaçı2, xx xxxxxx 1970-ci ildə doğulmuş İddiaçı3 və hazırki iş üzrə cavabdeh 03 iyun 1973-cü ildə doğulmuş Cavabdeh2 adlı uşaqları qalmışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə regional “ASAN-Xidmət” mərkəzində notariat ofisinə və Cavabdeh2 qarşı «mirasın qəbul edilmə müddətinin uzadılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 məhrum ataları X5 miras qalmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair mirasın qəbul edilməsi vaxtının (müddətinin) uzadılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər.
3. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbini onunla əsaslandırmışdırlar ki, Yevlax şəhəri Q.Quliyev küçəsi 2 saylı evin 3 saylı mənzili Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində verilmiş 08 iyul 2019-cu il tarixli çıxarışla ataları X6 mülkiyyətidir. Qeyd olunan fərdi yaşayış evi əvvəl Yevlax şəhər İcra Hakimiyyətinin 01 dekabr 1995-ci il tarixli 137 saylı sərəncamı ilə mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının qanuna əsasən Yevlax şəhəri, Q.Quliyev küçəsi ev 2 nömrəli binanın 3 nömrəli mənzili ataları X6 şəxsi mülkiyyətinə keçirilmişdir. Bundan sonra qeyd olunan mənzilə dair 09 yanvar 1996-cı il tarixli 02 reyesterli müqavilə ilə X2nun adına qeydiyyat vəsiqəsi verilmişdir. Həmin mülkiyyət ataları öldüyü günədək 25 avqust 2014-cü il tarixədək X2nun tam mülkiyyətində olmuşdur. X2 25 avqust 2014-cü il tarixində vəfat etmişdir. X3 28 fevral 2000-ci il tarixində vəfat etmişdir. Atalar ilə analarının birgə nigahından onlar İddiaçı1 xx xxxx 1965-ci il təvəllüdlü, İddiaçı2 xx xxxxxx 1967-ci il təvəllüdlü, İddiaçı3 xx xxxxxx 1970-ci il təvəllüdlü, Cavabdeh2 03 iyun 1973-cü il təvəllüdlü olmuşlar. İddiaçı1 31 ildir ki, bu evdə yaşayır. Oğlum Abdulla bu evdə doğulmuş, hal-hazırki günədək həmin evdə yaşayırlar. İddiaçı2 və İddiaçı3 atalarınn ölümündən 6 ay əvvəl, ölümündən sonra isə 8-9 ay miras əmlakında mütəmadi olaraq yaşamışlar, mirası birgə idarə etmişlər. Miras əmlakının daşınar hissəsini bərabər qaydada bölmüşlər. İddiaçı2 X6 ölümündən əvvəl yəni xəstə olduğu ərəfədə və ölümündən sonra yəni 25 avqust 2014-cü ildən sonra 8 ay atasından qalmış miras əmlakında yaşamışdır. Valideynlərinin mirasını 3 bacı bərabər qaydada qəbul etmişlər. Hal-hazırda da atalarından qalmış mirası hazırki daşınmaz əmlakı 3 bacı onlar idarə edirlər. Mütəmadi olaraq mirasla bağlı miras əmlakının dağılmaması üçün üçünün vəsaiti hesabına həmin əmlak üzərində təmir işləri aparmışlar. Miras əmlakı ilə bağlı çəkilən xərcləri üçü müştərək olaraq edirlər. İddiaçı3 atasından miras qalmış Yevlax şəhəri, Q.Quliyev küçəsi ev 2 mənzil 3 və onun içərisində olan əşyalarını birlikdə onlar qəbul etmişlər. O atası xəstələnəndən əvvəl digər bacıları ilə növbəli qaydada atalarına baxmış, ataları yataq xəstəsi olduğundan mütəmadi qulluğunda olmuşlar. Atası öləndən sonra isə digər bacıları ilə birlikdə atalarından qalmış mirası qəbul edərək 9 ay bir yerdə yaşamışlar. Sonra isə fasiləli qaydada öz işləri ilə məşğul olmuş, ancaq miras əmlakı ilə bağlı əmlakın idarə edilməsində yaranmış bütün sərfiyyatı bərabər icra etmişlər. Bundan başqa evin təmirini onların birgə vəsaiti hesabına təmir etdirmişlər. Yəni bu günə kimi bu evi bu miras əmlakını onlar idarə edirlər. Cavabdeh2 onların qardaşıdır. Onların razılığı və istəyi olmadan bütün ata mirasını öz adına sənədləşdirib. Bütün mirası qəbul etmədiyinə baxmayaraq qanunsuz olaraq əldə etmiş, sonra isə başqasına satmışdır. Bu barədə onlar məlumatlandığı andan şikayət vermişlər. İddiaları təmin edilmiş və atalarının əmlakı əvəlki vəziyyətinə qayıtmışdır. Cavabdeh onların yaşadığı evdə qeydiyyatda olsa da, heç bir halda mirası qəbul etməmişdir.
4. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 vəkili Vəkil oğu məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, X8 25 avqust 2014-cü il tarixdə vəfat etmişdir. X5 Yevlax şəhəri, Q.Quliyev küçəsi 2 saylı evin 3 saylı mənzil miras qalmışdır. Yevlax Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli 2(039)-1692/2020 saylı qətnaməsi ilə Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən Cavabdeh2 adına verilmiş qanun üzrə vərəsəlik haqqında 03 noyabr 2016-cı il tarixli şəhadətnamə etibarsız hesab edilməsi; Yevlax şəhəri, Q.Quliyev küçəsi 2 saylı evin 3 saylı mənzili xüsusi mülkiyyət üzrə tam olaraq Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 15 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində 04 noyabr 2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeyd ləğv edilməsi; Cavabdeh2 ilə X20 arasında Yevlax şəhəri, Q.Quliyev küçəsi 2 saylı evin 3 saylı mənzilinə dair AN-İ ******* nömrəli, 30 iyul 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməsi; Həmin müqavilə əsasında ödənilmiş 8,000 (səkkiz min) manat Cavabdeh2 X16 xeyrinə tutulması; Yevlax şəhəri, Q.Quliyev küçəsi 2 saylı evin 3 saylı mənzili xüsusi mülkiyyət üzrə tam olaraq X16 adına Daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində 02 avqust 2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeyd ləğv edilməsi qət edilmişdir. İdidaçılar məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 məhrum ataları X5 miras qalmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair mirasın qəbul edilməsi vaxtının (müddətinin) uzadılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər.
6. Məhkəmə qeyd edir ki, Yevlax Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli 2(039)-1692/2020 saylı qətnaməsində İddiaçı1 Cavabdeh2 qalmış mirası qəbul etdiyi öz əksini tapmışdır. Bu səbəbdən də iddia ona aid hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə qeyd edir ki, İddiaçı2 və İddiaçı3 mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin üzürlü səbəbdən buraxılmasına dair məhkəməyə sübut təqdim etməmişlər.
7. Ona görə də, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə regional “ASAN-Xidmət” mərkəzində notariat ofisinə və Cavabdeh2 qarşı «mirasın qəbul edilmə müddətinin uzadılması» tələbinə dair iddiası rədd edilməlidir.
8. Yevlax Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 2(039)-1286/2022 saylı qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə regional “ASAN-Xidmət” mərkəzində notariat ofisinə və Cavabdeh2 qarşı mirasın qəbul edilmə müddətinin uzadılması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1134, 1159, 1243, 1246, 1247, 1248, 1255 və 1291ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
10. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə regional “ASAN-Xidmət” mərkəzində notariat ofisinin 23 dekabr 2021-ci il tarixli 2588/2021 saylı məktubundan məlum olur ki, İddiaçı3 mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etməsi bildirilmişdir.
11. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə regional “ASAN-Xidmət” mərkəzində notariat ofisinin 23 dekabr 2021-ci il tarixli 2587/2021 saylı məktubundan məlum olur ki, İddiaçı2 mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etməsi bildirilmişdir
12. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə regional “ASAN-Xidmət” mərkəzində notariat ofisinin 23 dekabr 2021-ci il tarixli 2586/2021 saylı məktubundan məlum olur ki, İddiaçı1 mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etməsi bildirilmişdir.
13. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 20 fevral 2019- cu il tarixli AZ-l 985461 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X8 25 avqust 2014-cü il tarixdə vəfat etmişdir.
14. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 29 may 1970ci il tarixli AZ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X9 xx xxxxxx 1967-ci il tarixdə anadan olmuşdur.
15. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli 2(039)-1692/2020 saylı qətnaməsi ilə bu qətnamənin 5-ci bəndində göstərilən hallar müəyyən edilmişdir.
16. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 аpellyаsiyа şikаyəti vermişlər.
Apellyasiya şikayətinin dəlilləri
17. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, Yevlax şəhəri Q.Quliyev küçəsi saylı evin 3 saylı mənzili Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində verilmiş xx.xx.2019-cu il tarixli çıxarışla atası X6 mülkiyyətidir. Qeyd olunan fərdi yaşayış evi əvvəl Yevlax şəhər İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 137 saylı sərəncamı ilə mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının qanuna əsasən Yevlax şəhəri, Q.Quliyev küçəsi ev 2 nömrəli binanın 3 nömrəli mənzili atası X6 şəxsi mülkiyyətinə keçirilmişdir. Bundan sonra qeyd olunan mənzilə dair xx.xx.1996-cı il tarixli 02 reyesterli müqavilə ilə mərhum atası X6 adına qeydiyyat vəsiqəsi verilmişdir. Həmin mülkiyyət atasının öldüyü günədək xx.xx.2014-cü il tarixədək mərhum onun tam mülkiyyətində olmuşdur. Mərhum atası X8 xx.xx.2014-cü il tarixində vəfat etmişdir. X4 xx.xx.2000-ci il tarixində vəfat etmişdir. Atası anasının birgə nigahından aşağıdakı şəxslər doğulmuşdur:
1. İddiaçı1İsmayıl qızı xx.xx.1965-ciiltəvəllüdlü; 2. İddiaçı2 xx.xx.1967-ciiltəvəllüdlü; 3. İddiaçı3İsmayıl qızı xx.xx.1970-ciiltəvəllüdlü; 4. Cavabdeh2 xx.xx.1973-cü iltəvəllüdlü;
18. Birinci İddiaçı1 31 ildir ki, bu evdə yaşayır, oğlu Abdulla bu evdə doğulmuş, halhazırki günədək həmin evdə yaşayırlar. Digər bacıları İddiaçı2 və İddiaçı3 atasının ölümündən 6 ay əvvəl, ölümündən sonra isə 8-9 ay miras əmlakında mütəmadi olaraq yaşamış, mirası birgə idarə etmişlər. Miras əmlakının daşınar hissəsini bərabər qaydada bölmüşlər.
19. İkinci İddiaçı2 atası X6 ölümündən əvvəl yəni xəstə olduğu ərəfədə və ölümündən sonra yəni xx.xx.2014-cü ildən sonra 8 ay atasından qalmış miras əmlakda yaşamışdır. Valideynlərinin mirasını 3 bacı bərabər qaydada qəbul etmişlər. Hal-hazırda da atasından qalmış mirası hazırki Daşınmaz Əmlakı 3 bacı idarə edirlər. Mütəmadi olaraq mirasla bağlı miras əmlakının dağılmaması üçün üçünün vəsaiti hesabına həmin əmlak üzərində təmir işləri aparmışlar. Miras əmlakı ilə bağlı çəkilən xərcləri üçü müştərək olaraq edir.
20. Üçüncü İddiaçı3 atasından miras qalmış Yevlax şəhəri, Q.Quliyev küçəsiev 2 mənzil 3 və onun içərisində olan əşyalarını birlikdə qəbul etmişlər. O atası xəstələnəndən əvvəl digər bacımlarıyla növbəli qaydada atasına baxmış, atası yataq xəstəsi olduğundan mütəmadi qulluğunda olmuşlar. Atası öləndən sonra isə digər bacılarıyla birlikdə mirası qəbul edərək 9 ay bir yerdə yaşamışlar. Sonra isə fasiləli qaydada öz işləriylə məşğul olmuş, ancaq miras əmlakı ilə bağlı əmlakın idarə edilməsində yaranmış bütün sərfiyyatı bərabər icra etmişlər.
21. Bundan başqa evin təmirini onların birgə vəsaiti hesabına təmir etdirmişlər. Yəni bu günə kimi bu evi bu miras əmlakını onlar idarə edirlər. Cavabdeh2 qardaşlarıdır. Onların razılığı və istəyi olmadan bütün ata mirasını öz adına sənədləşdirib. Bütün mirası qəbul etmədiyinə baxmayaraq qanunsuz olaraq əldə etmiş, sonra isə başqasına satmışdır. Bu barədə onlar məlumatlandığı andan şikayət vermiş, iddiaları təmin edilmiş, əmlakı əvvəlki vəziyyətinə qayıtmışdır. Cavabdeh onların yaşadığı evdə qeydiyyatda olsa da heç bir halda mirası qəbul etməmişdir. Bu barədə mövcud qətnaməni məhkəməyə təqdim etmişlər. Onlar üçü ataları X5 miras qalmış ünvan 1-ü biz mirasda yaşamaqla qəbul etmişlər. Onlar atalarından qalmış mirasla bağlı “ASAN-Xidmət” mərkəzinə müraciət etmişlər. Vəfat etmiş X5 miras qalmış Daşınmaz Əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün xahiş etmişlər. Bildirmişlər ki, onlar mirası, miras əmlakında yaşamaqla qəbul etmişlər. Bu baxımdan da hazırki əmlaka dair onlara vərəsəlik hüququna dair şəhadətnamə verilməsini istəmişlər. Bərdə regional “ASAN-Xidmət” mərkəzinin 23 dekabr 2021-ci il tarixli 2586, 2587, 2588 saylı məktublarına əsasən müddətin ötürülməsi ilə bağlı vərəsəlik hüququ haqqında şəhadətnamənin mümkünlüyü ilə bağlı məhkəmə orqanına müraciət etməyi bildirilmişdir. Bu səbəbdən də onlar üçü də məhkəməyə müraciət edərək hazırki tələblə çıxış etmək məcburiyyətində qalmışlar. Ancaq Yevlax rayon Məhkəməsi iradəsinin əleyhinə qərar qəbul etmişdir. Vərəsə miras əmlakını faktiki idarə etməyə başladıqda, mirasa yiyələndikdə o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə miras qəbul edilmiş hesab olunur.
22. Bu səbəbdən də onlar qanunvericiliyin tələbinə görə əmlakı idarə etməyə başladıqda, bununla da mirasın qəbul edilməsini qəbul etmiş sayılırlar. Onlar mirasda yaşamaqla bu mirası qəbul etmişlər. Qanunvericiliyin tələbinə görə onlar vərəsəlik haqqında şəhadətnaməni almaq üçün notariat orqanına müraciət etmişlər.
23. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 2(039)- 1286/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edirlər.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
25. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və cavabdehlər cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə regional “ASAN-Xidmət” mərkəzində notariat ofisinin nümayəndəsi və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
26. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçıların vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1133.1-ci maddəsindən məlum olur ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsindən məlum olur ki, Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsindən məlum olur ki, Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəsindən məlum olur ki, ölənin uşaqları birinci növbə vərəsədir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1247-ci maddəsinə əsasən Əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. 1248.1-ci maddəsinə əsasən Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras vərəsəlik açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır.
«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014cü il 18 iyul tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il 16 mart tarixli Qərarları: Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
29. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
30. İddiaçılar Yevlax Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 2(039)-1286/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddia tələbi təmin edilməlidir.
32. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Yevlax şəhəri Q.Quliyev küçəsi 2 saylı evin 3 saylı mənzil Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində verilmiş 08 iyul 2019-cu il tarixli ********** qeydiyyat nömrəli X1 mülkiyyəti olaraq qeydiyyata alınmışdır. X8 25 avqust 2014-cü ildə ölmüşdür. Miras qoyan X6 ölümündən sonra onun dörd vərəsəsi, yəni hazırki iş üzrə iddiaçılar xx xxxx 1965-ci ildə doğulmuş İddiaçı1, xx xxxxxx 1967-ci ildə doğulmuş İddiaçı2, xx xxxxxx 1970-ci ildə doğulmuş İddiaçı3 və hazırki iş üzrə cavabdeh 03 iyun 1973-cü ildə doğulmuş Cavabdeh2 adlı uşaqları qalmışdır.
33. Məhkəmə kollegiyasının tədqiqi zamanı tərəflərin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, miras qoyanın ölümündən sonra miras əmlak kimi Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində verilmiş 08 iyul 2019-cu il tarixli ********** qeydiyyat nömrəli X1 mülkiyyətinə verilmiş Yevlax şəhəri Q.Quliyev küçəsi 2 saylı evin 3 saylı mənzil qalmışdır.
34. Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Göründüyü kimi iddiaçı tərəf mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət ərzində hərəkətsizlik göstərsə də, cavabdeh miras qalmış mənzilə münasibətdə bu faktı mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, miras açıldığı anadan vərəsəlik hüquq münasibətləri yaranır. Bu münasibətlərin hüquqi məzmunu həm qanun, həm də vəsiyyət üzrə vərəsəliyə çağrılmış şəxslərin mirasın qəbulu və ya qəbulundan imtina etməsi hüququ və bu hüquqa qarşı duran hər bir şəxsin vərəsələrin hüququnu poza biləcək hərəkətlərdən çəkinmək vəzifəsindən ibarətdir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu və qəbulundan imtina vərəsənin subyektiv mülki hüququdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi, yəni notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi ilə, ya da ki, ayrı-ayrı hərəkətlər vasitəsilə edilə bilər. Məsələn: vərəsənin miras əmlaka sahiblik etməsi və ya miras əmlakı idarə etməyə faktik başlaması və bununla da miras əmlakı qəbul etməsini şəksiz nümayiş etdirməsi ilə bəlli olur. Bu hal, adətən, miras qoyanın sağlığında miras qoyanın vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əmlaklarla əlaqədar yaranır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Miras əmlakın qəbulu müddətinin ötürülməsi vərəsə tərəfindən üzürlü səbəblərə görə olarsa, bu halda məhkəmə mirasın qəbulu müddətini uzada bilər. Lakin, Mülki Məcəllənin 1248.1-ci maddəsində məhkəmənin ötürülmüş müddəti hansı vaxtadək uzada bilməsi haqqında düzünə göstəriş yoxdur.
35. Kollegiyanın qənaətinə görə mirası qəbul etmək müddətinin uzadılması yalnız gecikdirmə olduqda və belə gecikmənin səbəbləri üzrlü olduqda uzadılmalıdır. Hazırki işdə iddiaçılardan birinin – İddiaçı1 miras əmlakı faktiki qəbul etməsi Yevlax Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli 2(039)-1692/2020 saylı qətnaməsi ilə, digər iki iddiaçının həmin miras əmlakda miras qoyanın ölümündən əvvəl və sonra bir neçə ay yaşaması və həmin təsərrüfatı idarə etməsi ilə təsdiq olunur. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçılar notariat orqanına miras əmlakın qəbul edilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddət ərizndə müraciət etməsələr də, miras qoyanın ölümündən əvvəl, həmçinin onun ölümündən sonra 8 ay atalarından qalmış miras əmlakda yaşamaqla faktiki olaraq həmin əmlaka sahiblik etdiklərindən iddiaçıların notariat orqanına miras əmlakın qəbul edilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddət ərzində müraciət etməmələri üzrlü hesab edilməlidir.
36. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Yevlax Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 2(039)- 1286/2022 saylı qətnaməsi ləğv edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə regional “ASAN-Xidmət” mərkəzində notariat ofisinə və Cavabdeh2 qarşı mirasın qəbul edilmə müddətinin uzadılması tələbinə dair iddiası təmin edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 X5 miras qalmış Yevlax şəhəri Q.Quliyev küçəsi 2 saylı evin 3 saylı mənzildən ibarət mirasın qəbul edilməsi müddəti uzadılmalıdır.
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Yevlax Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 2(039)-1286/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə regional “ASAN-Xidmət” mərkəzində notariat ofisinə və Cavabdeh2 qarşı mirasın qəbul edilmə müddətinin uzadılması tələbinə dair iddiası təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 X5 miras qalmış Yevlax şəhəri Q.Quliyev küçəsi 2 saylı evin 3 saylı mənzildən ibarət mirasın qəbul edilməsi müddəti uzadılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev