Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1472/2021 23.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və ərazinin təmizlənməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- qanunsuz tikilinin sökülməsi, ərazinin təmizlənməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, Cavabdeh və vəkili Vəkil iştirakları ilə, Ağdaş Rayon Məhkəməsinin 2(014)-74/2020 saylı, 24 noyabr 2020-ci il tаrixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və ərazinin təmizlənməsi” tələbinə dair iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək, Ağdaş rayonu, Xosrov kəndində onun xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin cənub-qərb tərəfindən 1.70 metr və şimal-qərb tərəfindən 1.20 metriliyində Cavabdeh tərəfindən qanunsuz olaraq tikdirdiyi mal-qara tövləsinin və kənd suvarma arxının kənarında tikdirdiyi ayaqyolunun onun öz hesabına sökülərək başqa yerə köçürlüməsinə və qanunsuz hərəkətlərinə birdəfəlik son qoyulmasına dair qətnamə qəbul edilməsini, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməklə həmin əməkdaşları barədə tədbir görülməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Rayon Prokurorluğuna məlumat verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, mülkiyyətində olan 0.13 hektar həyətyanı torpaq sahəsini və həmin ərazidə tikdirdiyi fərdi yaşayış evini tam mülkiyyət hüququ əsasında 18 iyun 2015-ci il tarixdə DƏDRX-nin 17 saylı Ərazi İdarəsində adına qeydə aldırmışdır. Bu barədə adına 18 iyun 2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Onunla qonşuluqda yaşayan Cavabdeh onun razılığı olmadan münasibətlərinə zidd və qanunsuz olaraq, “Sanitariya-Epidemioloji Salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun, X1 və Dövlət Tikinti Normalarının bir sıra tələblərini kobudcasına pozmaqla evinin həyətə giriş hissəsindən sağ tərəfində, yəni evin cənub-qərb tərəfindən 1,70 metr və şimal-qərb tərəfindən 1.20 metr məsafəsində mal tövləsi tikdirməklə tövlənin damına quru ot kipləri yığmaqla həmin tövlədə iri və xırda buynuzlu ev heyvanları saxlayır. Mal tövləsinin evinə yaxın məsafədə tikilməsi nəticəsində həyətdə, eləcə də evin yaşayış və yardımçı otaqlarında üfunət iyindən dayanmaq olmur. Bundan başqa cavabdeh həyətindən keçən kəndin su arxının tam kənarında ayaqyolu tikdirmişdir. Cavabdehin gigiyena və epidimologiya və yanğın təhlükəsizlik qaydalarını pozduğuna görə qonşu kimi onlara qarşı etdiyi belə qanunsuz və özbaşına hərəkətlərinə son qoyulması və dözülməz vəziyyətin aradan qaldırılması xahişi ilə Ağdaş rayon Gigiyena və Epidemologiya Mərkəzinə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə və Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X5 Yanğın Nəzarəti İdarəsinə müraciət etmişdir. Müraciəti əsasında Ağdaş rayon Gigiyena və Epidemologiya Mərkəzinin əməkdaşları 09 iyul 2019-cu il tarixdə hər iki həyətə baxış keçirmişdir. Baxış zamanı cavabdehin həyətində tikdirdiyi tövlənin yaşayış evinin 1.60 metrliyində tikilməsi, həmin tövlədə iri və xırda buynuzlu heyvanların saxlanması, heyvan ifrazatlarının evi ilə tövlə arasına sızması, ifrazatın sızması nəticəsində kəskin üfunət və qoxuların meydana gəlməsi, bunların ailə üzvləri arasında yoluxucu zoonoz infeksiyalarının yaranma təhlükəsi törətməsi, cavabdeh tərəfindən tikilmiş tövlənin Azərbaycan Respublikasının Dövlət Texniki Normalarına uyğun gəlməməsi, həmin normaya uyğun olaraq tövlənin yaşayış evindən 15 metr məsafədə tikilməli olduğundan həmin tövlənin sökülərək və ara məsafə gözlənilərək başqa sahədə tikilməli olduğu aşkar edilmişdir. Həmin əməkdaşlar tərəfindən bütün bunlar barədə Akt tərtib edilib imzalanmışdır. Bununla bağlı cavabdehə xəbərdarlıq edilmiş, ona isə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə və X5 Yanğın Nəzarəti İdarəsinə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X5 Yanğın Nəzarəti İdarəsinin əməkdaşları 16 iyul 2019-cu ildə yaşadığı həyətinə baxış keçirmişlər. Müayinə zamanı Cavabdeh evinin cənub-qərb tərəfindən 1,70 metr və şimal-qərb tərəfindən 1.20 metr məsafəsində mal tövləsi tikdirərək tövlənin damına quru ot kipləri yığmaqla cavabdeh tərəfindən X1 kobud şəkildə pozulması aşkar olunmuşdur. Ona görə də cavabdeh X2 riayət olunması barədə təlimatlandırılmışdır. Bu barədə əməkdaşlar tərəfindən akt tərtib edilərək imzalanmış, eyni zamanda müraciəti Rayon İcra Hakimiyyətinə göndərilərək mübahisənin həlli istiqamətində aidiyyati üzrə göstəriş verilməsi xahiş olunmuşdur. Müraciəti əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları hər iki həyətə baxış keçirən zamanı cavabdehin mərhum anasına məxsus təsərrüfatda yaşaması, guya evin texniki pasportuna uyğun olaraq həyətdə tikililər tikməsi, həyətyanı sahədə tövlə və ayaqyolu yaratması, saxlanılan mal-qaranın ifrazat tullantılarının qalaqlanmasının, uzun müddət ərazidə saxlanılması və həyətyanı sahədə tikilmiş ayaqyolunun ərazidən keçən suvarma arxına qoşulması hallarının “aşkar olunmaması” müəyyən edilmişdir. Halbuki, iddia ərizəsinə əlavə etdiyi foto şəkillərdən cavabdehə məxsus mal-qaranın ifrazat tullantılarının qalaqlanması açıq-aşkar görünür. Ona görə də o həmin idarənin əməkdaşlarının baxış və müayyinəsinin qeyri-obyektiv aparıldığı üçün təkrar həyətə baxış keçirilməsini idarədən və Nazirliyin qaynar xəttinə zəng edərək xahiş etmişdir, lakin bütün bunlara baxmayaraq həyətə baxış keçirən idarənin digər əməkdaşları da gəlib səthi araşdırma apararaq əvvəl gəlmiş əməkdaşların vəzifələrindən sui-istifadə edərək cavabdehin xeyrinə etdikləri qanunsuz hərəkətlərini örtbasdır edərək heç bir tədbir görmədən çıxıb getmişlər. Həmin əməkdaşların həyətlərə baxışının nəticələri barədə və görülmüş tədbirlər barədə ona heç bir rəsmi məlumat verilməmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının cavabdehə havadarlıq etdiklərinə və onun barəsində heç bir tədbir görmədiklərinə görə cavabdeh ona və ailə üzvlərinə qarşı özbaşına, qanunsuz, eləcə də qonşuluğa zidd hərəkətlərini bu gün də davam etdirməkdədir. Bütün bunlar da mülkiyyətçi və istifadəçi kimi qanunla qorunan hüquqlarını pozur. Cavabdeh özbaşına, qanunsuz hərəkətlərini bu gün də davam etdirdiyindən dözülməz və təhlükəli şəraitdə yaşayırlar. Ona görə də ona qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, tövlə və ayaqyolu mərhum anasının və qardaşının xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa olunmuşdur. Ayaqyolu həyətindən keçən kənd arxından xeyli aralıda yerləşir. Mal tövləsinin də iddiaçıya heç bir maneçiliyi və təhlükəsi yoxdur. O tövləni tikəndən sonra iddiaçı evinin ona tərəf hissəsində artırma etdərək tikilini onun mal tövləsinə yaxınlaşdırmışdır. Mal tövləsi və ayaqyolu xüsusi mülkiyyətdə yerləşdiyindən onu heç kəs sökə və ya sökdürə bilməz. Ona görə də iddianı əsassız hesab edir və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tаrixli, 2(014)-74/2020 saylı, qətnaməsi (N.Əliyev) ilə iddia təmin edilmişdir. Ağdaş rayonu, Xosrov kəndində iddiaçının xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin cənubqərb tərəfindən 1.70 metr və şimal-qərb tərəfindən 1.20 metrliyində Cavabdeh tərəfindən qanunsuz olaraq tikdirdiyi mal-qara tövləsi və kənd suvarma arxının kənarında tikdirdiyi ayaqyolu onun öz hesabına sökülərək başqa yerə köçürülməsi, cavabdehin qanunsuz hərəkətlərinə birdəfəlik son qoyulması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmiş, eyni zamanda aparılmış ekspertiza tədqiqatın dəyəri olan 100 (bir yüz) manat ekspertiza xərcinin Cavabdeh alınıb Dövlət xəzinədarlığı Agentliyinə, kod 210005, VÖEN ********** m/h AZ41NABZ********************4, SFİFT BİK CTREAZ22, benefisiarın adı: Məhkəmə Ekspertizası MƏRKƏZİ, benefisiarın hesabı AZ34CTRE********************, VÖEN ********** hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 18.06.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli ******* seriyalı, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın və texniki pasportun surətindən məlum olur ki, Ağdaş rayon, Xosrov kəndində yerləşən 0.13 hektar torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. Cavabdeh inşa etdirdiyi, iri buynuzlu mal-qara saxlanma, bəslənmə üçün nəzərdə tutlan tövlə ilə iddiaçının yaşayış evinin arasındakı məsafə 1.60 m olduğu, yaşayış sahəsi ilə tövləarası sahəyə mal-qara ifratlarının sızdığı və eləcə də ətrafa kəskin qoxu üfunət iyi yayıldığı müşahidə olunmuşdur. Azərbaycan Respublikasının Dövlət tikiniti Normalarının 2.6-1 (Az.DNT) 4.20 bəndinə əsasən 1-2 tövlə quş hini və s. ilə yaşayış mənzillərinin arasındakı aralıq məsafə minimum 15 metr təyin olunmuşdur. Halbuki qeyd edildiyi kimi bu məsafə 1.60 metr olmuşdur. Bu da ki, tikinti normalarının kəskin şəkildə pozulması deməkdir. Baxış zamanı (saat 12.30 radələrində) 3 seksiyalı tövlədə və ev heyvanlarına məxsus tövlə tikilən ərazidə 8 iri və xırda ev heyvaları aşkar olunmuşdur. Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X5 Yanğın Nəzarəti İdarəsi tərəfindən verilmiş 30 iyul 2019-cu il tarixli 37/C-00361 saylı məktubdan məlum olur ki, müraciətdə qeyd etdiyiniz məsələ yəni fərdi yaşayış evinə yaxın məsafədə inşa edilmiş mal tövləsinin yanğın təhlüksəziliyinin təmin olunması məqsədi ilə tərəflərindən Cavabdeh təlimatlandırılmış aidiyyatı üzrə göstərişin verilməsi barədə ünvan 1 ünvanlanmışdır. 19 iyul 2019-cu il tarixli aktın surətindən məlum olur ki, həqiqətən 16 iyul 2019-cu il tarixdə, İddiaçı Şimal-Qərb Regional DYNİ-nə daxil olmuş 15 iyul 2019-cu il tarixli C/0010-saylı ərizəsinə əsasən,Ş Ağdaş rayon Xosrov kənində yaşayan İddiaçı fərdi yaşayış həyətində olmuşlar, Fərdi yaşayış həyətinə baxış zamanı aşağıdakılar aşkar olunmuşdur, İddiaçı məxsus həyətyanı sahəsində olan yaşayış evi bir mərtəbə olmaqla, tikinti altı sahəsi 216 m2 -dir. Evin divarları mişar daşından, döşəməsi taxta materiallarından, tavana preslənmiş kardondan, çardağı taxta materialdan olmaqla üzəri azbest şiferlə örtülmüşdür, İİİ odadavamlılıq dərəcəlidir. Evin şimal, şərq və cənub tərəfləri həyətyanı bağ və əkin sahəsi, cənub-qərb tərəfdən 1.70 metr və şimal-qərb tərəfdən isə 1.20 metr məsafədə qonşusu Cavabdeh məxsus mal tövləsi ilə həmsərhəddir. Cavabdeh məxsus mal tövləsinin divarları mişar daşından hörülməklə çardağı taxta materiallarından ibarət olmaqla üzəri azbest şiferlə örtülmüşdür. İV odadavamlılıq dərəcəlidir. Tövlənin çardağı ot kipləri yığılmışdır. 18.06.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli ******* seriyalı, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın surətindən məlum olur ki, Ağdaş rayon, Xosrov kəndində yerləşən 0.25 hektar torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X3 və X4 mülkiyyətindədir. 18.06.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli ******* seriyalı, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın və texniki pasportun surətindən məlum olur ki, Ağdaş rayon, Xosrov kəndində yerləşən 0.25 hektar torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X3 və X4 mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 sentyabr 2020-ci il tarixli 366 saylı ekspert rəyindən məlum olmuşdur ki, Ağdaş rayonu, Xosrov kəndində yerləşən cavabdeh tərəfindən iddiaçı ilə arasında olan sərhəd hasarına bitişik inşa olunmuş mal-qara tövləsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.1 bəndinin tələblərinə uyğun olaraq ara məsafəsi saxlanılmadan inşa olunduğunu nəzərə alaraq, X6 məxsus mal tövləsi və ayaqyolu inşa edilərkən qanunvericiliklə müəyyən edilmiş tikinti norma və qaydalrına əməl edilmədən inşa olunmuşdur. Cavabdeh tərəfindən 1.5x1.7m ölçüdə inşa olunmuş ayaqyolu tikilisi su arxından təqribən 2.9 m kənarda inşa olunduğunu və həmin ayaqyolunun suyu tikilinin alt hissəsində inşa olunmuş quyuya axıdıldığını nəzərə alaraq, ayaqyolu tikilisi həyətyanı torpaq sahəsindən keçən su arxına qoşulmadığı müəyyən olunmamış, iddiaçının yaşayış evinin pəncərəsi ilə cavabdeh tərəfindən inşa olunmuş tövlə arasında məsafənin 6.0 təşkil etdiyini nəzərə alaraq, həmin tikililər arasında olan məsafə AzDTN 2.6-1 “Dövlət şəhərsalma Norma və Qaydaları”nın 4.20-ci bəndinə əsasən yanğın təhlükəsizliyi qaydalarının tələblərinə uyğun olmadığı müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci, 9.2-ci, 57.2-ci, 57.2.1-ci, 57.2.2-ci, 57.2.4-cü, 57.2.5-ci, 69.4cü, 69.5.1-ci, 69.5.2-1-ci, 69.7.1-ci, 69.7.3-cü, 69.7.4-cü, 70.1-ci, 72.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü, 170.2-ci, 172.2-ci, 180.4-cü, 1133.1ci, 1145-ci, 1146-cı, 1159.1.1-ci, 1243.1-ci, 1255.1-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydalarının 4.1 və 4.2-ci bəndləri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 25.10.2001-ci il tarixli 2718 nömrəli şəhadətnamə əsasında qeydə alınmış “Dövlət şəhərsalma norma və qaydaları”-nın 4.7-ci, 4.12-ci və 4.14-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi obyektiv və qərəzsiz qətnamə qəbul etməli olduğu halda buna əməl etməmiş, nəticədə qərəzli və əsassız qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsində onun tərəfindən hansı qanunsuz hərəkətlərə son qoyulması qeyd olunmamış, tərəfindən verilən izahatlara isə heç bir hüquqi qiymət verilməmişdir. Eyni zamanda qətnamədə qeyd olunan ərazi məhkəmə baxışı zamanı onun mülkiyyətində olmamış, həmin əraziyə dair vərəsəlik müəyyən olunmamışdır. Onun tövləsini normaya uyğun tikdirməsinə baxmayaraq, iddiaçı anasının mülkiyyətində olan ona tərəf hissəsində artırma edərək, öz tikilisini mal tövləsinə yaxınlaşdırmışdır. İşə əlavə edilmiş AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfidən verilmiş 19.08.2019-cu il tarixli məktubdan görünür ki “həyətyanı sahədə tikilmiş ayaqyolu sahəsinin ərazidən keçən suvarma arxına qoşulması hallarına rast gəlməyib. Əgər onun tövləsinin tikintisi qanunsuz idisə niyə bu sxemi DƏDRX təsdiq etmişdir. Eyni zamanda məhkəmə iclasına müvafiq orqandan mütəxəssis cəlb olunmalı olduğu halda buna əməl olunmamışdır. Qeyd olunanları nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tаrixli, 2(014)-74/2020 saylı qətnaməsinin ləğv olunaraq yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X8 və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tаrixli, 2(014)- 74/2020 saylı qətnaməsinin ləğv olunaraq yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tаrixli, 2(014)-74/2020 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 172.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4,69.5,69.5.1. bəndlərində göstərilir. 69.4. bəndi –ara məsafəsi divarın hündürlüynə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonunaqədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhəddinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 69.5. bəndi ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir. 69.5.1. divar hündürlüyünün 0.6 hissəsi. 69.5.2-1. bu məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə -divar hündürlüyünün 0.3 hissəsi. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.-cü maddəsində şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi və istiqamətləri müəyyənləşdirilir: 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Həmin məcəllənin 9.1. -ci maddəsinə görə Yanğından, təbii və ya texnogen xarakterli təhlükəli təsirlərdən müdafiə ilə bağlı tələblərə uyğunluğu baxımından tikinti ərazisinin və tikinti obyektinin təhlükəsizliyi təmin edilməlidir. 9.2.-ci maddisinə görə bu Məcəllədə və digər normativ hüquqi aktlarda müəyyən edilmiş tələblər əsasında şəhərsalma və tikintiyə dair normativ sənədlərdə tikinti ərazilərinin və obyektlərinin yanğından, təbii və ya texnogen xarakterli təhlükəli təsirlərdən mühafizəsi ilə bağlı təhlükəsizlik tədbirləri nəzərdə tutulmalıdır. Tikinti obyektinə dair tələblər irəli sürülməklə aşağıdakılar müəyyənləşdirilmişdir. 57.2. Tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir: 57.2.1 yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır; 57.2.2. sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasma.xidmət.etməlidir; 57.2.4. səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməlidir; 57.2.5. istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika (səs . fyasiyası Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4 və 69.5.1-ci maddələrinin tələbinə görə ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir və ara məsafəsi divar hündürlüyünün 0,6 hissəsi qədər olmalıdır. Həmin Məcəllənin 69.7.1, 69.7.3 və 69.7.4-cü maddələrinə əsasən mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması, layihəçilərin təklifi nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında obyektlərin tikintisinin yanaşı sərhəddəki ortaq divar və ya iki paralel divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü və yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərindən biridir. Həmin Məcəllənin 70.1-ci maddəsinin tələbinə görə tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə bu Məcəllənin 69.4-cü maddəsində müəyyən olunmuş məsafə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla azaldıla bilər. Bu halda qonşu sərhəddəki tikintidə layihə ilə nəzərdə tutulmayan boşluq olmamalıdır. Tərəflərdən biri bu qaydalara zidd olaraq, insolyasiya və təbii işıqlandırma şəraiti yaratmaq məqsədilə pəncərə boşluqları və ya digər boşluqlar aça bilməz. Həmin Məcəllənin 72.1-ci maddəsinə görə qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydalarının 4.1 və 4.2. bəndlərdində göstərilir. 4.1.- bəndi –(bina və qurğularda genişləndirmə, yenidən planlaşdırma və yenidənqurma işlərinin təşkili) sifarişçi, mülkiyyət sahibi və ya icarədar, ilk növbədə, mövcud obyektdə edəcək dəyişikliklərin məzmunu məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Azərdövləttikintikomunqərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və müətəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. 4.2. bəndi –şəhər (rayon) yerli icra hakimiyyətinin müvafiq memarlıq-tikinti xidməti mövcud obyektdə dəyişiklərin eskiz cizgilərini nəzərdən keçirməli və bu barədə öz rəyini yerli icra hakimiyyətinin rəhbərliyinə bildirilməlidir. 4.7. bəndinə görə, Yaşayış zonasında layihələndirilən binaların mərtəbəlik hündürlüyü (az-çoz hündürmərtəbəliyi) memarlıq-kompozisiya, sosial-məişət, gigiyena, demoqrafik tələblər, relyef və yerli şərait, tikintibazasının və mühəndis avadanlığı səviyyəsinin xüsusiyyətləri nəzərə alınmaqla, texniki-iqdisadi hesablamalar əsasında müəyyənləşdirilməlidir. 4.12-ci bəndinə görə Yaşayış, ictimai və istehsalat binaları arasında məsafələr bu normaların 9.22. bəndində və qüvvədə olan normativ sənəddə (CHИП İİ-4) göstərilən insolyasiya normalar əsasında bu normaların məcburi yanğın təhlükəsizliyinə aid tələblər nəzərə alınmaqla qəbul edilməlidir. 2-3 mərtəbəli yaşayış binalarının uzun tərəfləri arasında məsafə (məişət aralığı) 15 m-dən 4 mərtəbəlilərdə - 20 m-dən, bu binaların uzun tərəfləri və yaşayış otaqlarında pəncərələri olan yan divarları arasında isə məsafə 10 m-dən az olmamalıdır. Həmin qaydaların 4.14.-cü bəndinə görə Birinci mərtəbəsində mənzil olan yaşayış binalarını bir qayda olaraq, qırmızı xətdən- kənarda, ondan 6 m-dən az olmayan məsafədə yerləşdirmək lazımdır. Birinci mərtəbələrində yerləşən və ya onlara bitişdirilmiş ictimai təyinatlı otaqları olan yaşayış binaları, mövcud yaşayış zonasının yenidənqurulması şəraitində isə birinci mərtəbəsində mənzil olan yaşayış binalarnı da yerli əhəmiyyətli küçlərdə yerləşdirmək olar. Həyətyanı sahəsi olan tikililər rayonunda yaşayış evləri yerli ənənələr nəzərə alınmaqla qırmızı xətdə yerləşdirilə bilər. Bina tikilərkən ətraf mühitə, o cümlədən qonşuya təsirinin qiymətləndirilməsi, sanitar gigenik məsələlərin nəzərə alınmasını, yanğın təhlükəsizliyininin və digər Fors-major hadisələrinin diqqətə alınmasını zəruri edir. Həmçinin, mikroiqlimin tənzimlənməsinin qiymətləndirilməsi həyata keçirilməlidir. Eləcə də, yanğın əleyhinə tələblərə riayət edilməsi məcburi xarakter daşımaqla yaşayış və köməkçi binaların dam örtükləri odadavamlılıq- yanğıntəhlükəli olmayan binalarda ara məsafə 9 metr, dam örtüyü yanan materiallardan olduqda isə ara məsafə 15 metrdən əksik olmamalıdır. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, apellyator apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tаrixli, 2(014)-74/2020 saylı qətnaməsinin ləğv olunaraq yeni qətnamə çıxarılmasını xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tаrixli, 2(014)-74/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən Ağdaş rayon, Xosrov kəndində yerləşən mərhum anası və qardaşının mülkiyyətində olan 0.25 hektar torpaq sahəsinə yaxın Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tikinti işinin tələblərinə uyğun hazırlanmış layihə olmadan və həmin layihə əsasında yerli icra orqanları ilə razılaşdırılmadan inşa etdiyi mal tövləsi və ayaqyolu şəhərsalma və tikinti norma və qaydalarının və Azərbaycan Respublikasının Dövlət Tikiniti Normalarının 2.6-1 (Az.DNT) 4.20 bəndinnin tələbləri pozulmaqla aparılmışdır. Cavabdeh inşa etdirdiyi, iri buynuzlu malqara saxlanma, bəslənmə üçün nəzərdə tutulan tövlə ilə iddiaçının yaşayış evinin arasındakı məsafə 1.60 m olduğu, yaşayış sahəsi ilə tövləarası sahəyə mal-qara ifratlarının sızır. Bundan başqa cavabdeh torpaq sahəsində quraşdırdığı ayaqyolu iddiaçının istifadə etdiyi kənd arxının yaxınlığında tikildiyinə görə ifraazatın hər an su arxına sızması ehtimalı kifayət qədər çox olması sudan istifadə edən insanlar müxtəlif yolxucu xəstəliklərə yoluxa bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Kollegiya ilk növbədə şikayətin tikinti aparılan torpaq sahəsinin ona məxsus olmaması və vərəsəlik qaydasında payların müəyyən edilməməsi hissəsi ilə bağlı qeyd edir ki, şikayətin həmin dəlili şkayətin təmin, iddianın isə rədd edilməsi üçün əsas deyildir. Belə ki, vərəsə tərəfindən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Ona görə də şikayətin bu dəlili qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Bundan başqa şikayətin digər dəlili olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş 19 avqust 2019-cu il tarixli 1333 saylı məktuba qiymət verən kollegiya qeyd edir ki, həmin məktub şikayətin təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, işin bu halını müəyyən etmək və rəy vermək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyəti xaricindədir. Belə ki, mübahisə predmeti olan tövlə və ayaqyolunun mülkiyyətçiyə ziyan vurub-vurmaması məsələsinə qiymət verilməsi Gigiyena və Epidemiologiya Mərkəzinin səlahiyyətinə aid olan məsələdir. Ona görə də kollegiya hesab edir ki, Ağdaş Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin verdiyi rəy daha mötəbər sübut kimi qiymətləndirilməlidir. Ağdaş Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin verdiyi rəydən görünür ki, 23.08.2021-ci il tarixdə həm İddiaçı və həmdəki cavabdeh şəxs X6 məxsus həyətyanı sahələrinə tərəflərindən baxış keçirilmişdir. Araşdırmalarda Azərdövləttikintikomun 12 oktyabr 2021-ci il tarixli 05 saylı Kollegiya iclasının qərarı ilə təsdiq edilmiş və 01 yanvar 2002-ci ildə qüvvəyə minmiş Azərabayvcan Respublikasının Dövlət Tikinti Normaların (AZ.DTN2.6-l) 4.20-ci bəndi əsas götürülmüşdür. Belə ki,vətəndaş X8 həyətyanı sahəsində 13(on üç)m,2(iki) seksiyalı və ön hissəsi talvar olan iribuynuzlu malqara bəslənilməsi məqsədilə tövlə inşa etdirmişdir. Həmin tövlə ilə vətəndaş İddiaçı məxsus yaşayış mənzili arasındakı məsafə tikinti normalarına uyğun inşa edilməmiş, normattivlər kobudcasına pozulmuşdur. Tikinti normalarına görə mənzilin ən yaxşı pəncərəsi ilə 1- 2 tövlə arasındakı məsafə minimum 15(on beş) metrdən az olmamalıdır. Halbuki, həmin məsafə l,70m olmuşdur. Eləcədə tövlənin vətəndaş İddiaçı yaşayış mənzili istiqamətindəki daş divarının bünövrəüstü hissəsində mal-qara ifrazat izləri müşahidə olunmuşdur. Bütün bunların nəticəsidir ki, ətrafa kəskin, dözülməz iy-qoxu yayılmaqla yanaşı, sakinlər qarşında zoonoz infeksiyaların yaranma təhlükəsi doğurur. X7 həyatyanı sahəsindəki ayaqyoluna da baxış keçirilmişdir. Aydın olmuşdur ki, ayaqyolu vətəndaşların məişət təsərrüfat məqsədilə istifadə etdikləri həyətlərarası su axının 3 (üç) metrlik məsafəsində inşa olunmuşdur. Burada da arx ilə ayaqyolu arasındakı mühafizə məsafəsi gözlənilməmişdir. Quyunun tədricən dolması nəticəsində su arxı insan ifrazat məhsulları ilə fekal çirklənməyə məruz qala bilər. Eyni zamanda su axının tövlənin ərazisindən keçən hissələri ətrafına mal-qara tullantıları(çirkliot,ələf vəs.) yığılır. Hər iki halda su arxı çirkləndirilir. Buda ki, sudan istifadə edən vətəndaşlar arasında bağırsaq infeksiyaları (vəba, qarın yatalağı, parativ,mikrobezinteriyası), virus mənşəli (hepatit A, polimelit,adenovirus) və helimentozlara yoluxma təhlükəsi doğurur. Nəticə: İstər tövlə istərsədə ayaqyolu inşasında vətəndaş X8 dövlətin irəli sürdüyü normativləri kobud şəkildə pozmuşdur. Məhkəmə kollegiyası şikayətin digər dəlilinə münasibət bildirərək qeyd edir ki, mübahisə predmeti olan tikililərin sxemlərin DƏDRX tərəfindən təsdiq edilməsi barədə dəlilinə qiymət verən kollegiya hesab edir ki, mübahisə predmeti olan tikililərin sxemlərin DƏDRX tərəfindən təsdiq edilməsi tikililərin qanunsuz olmamasına dəlalət etmir. İş materiallarında olan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 sentyabr 2020-ci il tarixli 366 saylı ekspert rəyindən məlum olur ki, Ağdaş rayonu, Xosrov kəndində yerləşən cavabdeh tərəfindən iddiaçı ilə arasında olan sərhəd hasarına bitişik inşa olunmuş mal-qara tövləsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.1 bəndinin tələblərinə uyğun olaraq ara məsafəsi saxlanılmadan inşa olunduğunu nəzərə alaraq, X6 məxsus mal tövləsi və ayaqyolu inşa edilərkən qanunvericiliklə müəyyən edilmiş tikinti norma və qaydalarına əməl edilmədən inşa olunmuşdur. Cavabdeh tərəfindən 1.5x1.7m ölçüdə inşa olunmuş ayaqyolu tikilisi su arxından təqribən 2.9 m kənarda inşa olunduğunu və həmin ayaqyolunun suyu tikilinin alt hissəsində inşa olunmuş quyuya axıdıldığını nəzərə alaraq, ayaqyolu tikilisi həyətyanı torpaq sahəsindən keçən su arxına qoşulmadığı müəyyən olunmamış, iddiaçının yaşayış evinin pəncərəsi ilə cavabdeh tərəfindən inşa olunmuş tövlə arasında məsafənin 6.0 təşkil etdiyini nəzərə alaraq, həmin tikililər arasında olan məsafə AzDTN 2.6-1 “Dövlət şəhərsalma Norma və Qaydaları”nın 4.20-ci bəndinə əsasən yanğın təhlükəsizliyi qaydalarının tələblərinə uyğun olmadığı müəyyən olunmuşdur. Qanunsuz hərəkətlərə birdəfəlik son qoyulmasının nədən ibarət olmasına gəldikdə isə kollegiya qeyd edir ki, iddiaçının tələbi ayaqyolunun cirkab sularının arxa axıdılması, eyini zamanda heyvanların saxlandığı tövlədən ifunət iyinin qarşısının alınmasıdır. İşin bu halı iş materiallarında olan rəylərlə öz təstiqini tapır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Ağdaş Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tаrixli, 2(014)-74/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tаrixli, 2(014)-74/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1472/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1472/2021
23.09.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver