Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1478/2020 22.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi ilə, Ağdaş Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli 2(014)-671/2019 nömrəli qərardadından maraqlı şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X2 tərəfindən verilmiş şikayətə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Ərizəçi maraqlı şəxs Xocalı Rayon İcra Hakimiyyətinə qarşı 1991-ci ilin may ayından x xxxxxxx 1991-ci ilə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməyə dair faktın müəyyən edilməsi haqqında ərizəsi təmin edilmiş, Ərizəçi x xxx 1991-ci ildən x xxxxxxx 1991-ci ilə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi faktı müəyən edilmişdir. Qətnamədən narazı qalan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi R.Qasımov xx xxxxx 2020-ci il tarixdə apelyasiya şikayəti vermiş, eyni zamanda vəsatətlə müraciət edərək apelyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin (hakim Famil Nəsibov) xx xxx 2020-ci il tarixli 2(014)- 671/2019 nömrəli qərardadı ilə Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsindən imtina edilmişdir. Qərardaddan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi R.Qasımov xx xxxx 2020-ci il tarixdə apelyasiya şikayəti vermişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli 2(014)-671/2019 nömrəli qərardadı ilə Ağdaş Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli qərardadından Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi R.Qasımovun şikayəti təmin edilməmiş və MPM-in 269.3-cü maddəsinə əsasən şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya şikayətinin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi rəsmi qaydada xx xxxxxx 2020-ci il tarixdə alındıqdan sonra Xidmət tərəfindən xx xxxxxx 2020-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət edilərək iş üzrə Xidmətin maraqlı şəxs qismində xüsusi icraat qaydasında məhkəmə icraatına cəlb edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi xahiş edilmiş, həmin vəsatət Ağdaş Rayon Məhkəməsində xx xxxxxx 2020-ci il tarixdə araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci, 259.0.6-cı və 259.0.7-ci maddələrini rəhbər tutmaqla Xidmətin nəzərinə çatdırılmışdır ki, iş üzrə yekun qərar qəbul edildikdən sonra işə baxmış məhkəmə tərəfindən iş üzrə icraatın təzələnməsi nəzərdə tutulmamışdır. Həmin qərardad Xidmətin poçt ünvanına xx xxxx 2020-ci il tarixdə daxil olmuşdur. Hesab edirlər ki, qeyd olunanlar apelyasiya şikayətinin verilməsində buraxılmış müddətin üzrlü hesab edilməsinə əsas verir. Odur ki, göstərilənləri nəzərə alaraq Ağdaş Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(014)-671/2019 nömrəli qərardadının ləğv edilməsini xahiş edirlər. Məhkəmə kollegiyası iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraqƏrizəçi məhkəmə iclasına gəlməmiş, maraqlı orqanlar Xocalı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nümayəndəsinin iştirakını təmin etməmişlər. Maraqlı orqan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X2 məhkəmənin elektron ünvanına vəsatət göndərərək Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsini, həmin Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardaddan verilmiş apelyasiya şikayətini icraata qəbul edərək Məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-in 376.2-ci mаddəsinə əsasən, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli 2(014)-671/2019 nömrəli qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 360-ci maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Birinci instansiya məhkəməsi şikayətin geri qaytarılması barədə qərardadını onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi R.Qasımovun işdə olan xx.xx.2020-ci il tarixli 1311 №-li vəsatətindən görünür ki, qətnamənin surətini sorğu nəticəsində xx xxxxxx 2020-ci il tarixdə əldə etmiş, apelyasiya şikayəti isə xx xxxx 2020-ci il tarixdə verilmiş, məhkəmənin icraatına xx xxxxx 2020-ci il tarixdə, yəni qətnamənin surətinin alındığı vaxtdan iki ay keçdikdən sonra daxil olmuş, vəsatətdə şikayət verilməsi müddətinin buraxılması səbəbigöstərilməmişdir, apelyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi üçün hər hansı bir əsas yoxdur.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. İşdən görünür ki, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən rəsmi qaydada xx xxxxxx 2020-ci il tarixdə alındıqdan sonra Xidmət tərəfindən xx xxxxxx 2020-ci il tarixdə vəsatətlə Ağdaş Rayon Məhkəməsinə müraciət edilərək Xidmətin iş üzrə maraqlı şəxs qismində məhkəmə icraatına cəlb edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi xahiş edilmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Xidmətin nəzərinə çatdırılmışdır ki, iş üzrə yekun qərar qəbul edildikdən sonra işə baxmış məhkəmə tərəfindən iş üzrə icraatın təzələnməsi nəzərdə tutulmamış və verilmiş vəsatətlə bağlı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətli nümayəndəsinin nəzərinə çatdırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hüquq və vəzifələrinə toxunursa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 360-cı maddəsi ilə müəyyən olunmuş müddətdə apelyasiya şikayəti verə bilər, şikayət verilməsi müddəti üzrlü səbəblərdən buraxıldıqda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsinə müvafiq olaraq buraxılmış müddətin bərpa edilməsi barədə ərizə verə bilər. Bundan sonra Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xx xxxxx 2020-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2019cu il tarixli qətnaməsindən apelyasiya şikayəti və buraxılmış müddətin bərpa edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(014)-1171/2019 saylı qərardadı ilə həmin Məhkəmənin xx xxxx 2019-cu il tarixli qətnaməsindən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş apelyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsindən imtina edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsini aldıqdan sonra xx xxxxxx 2020-ci il tarixdə vəsatətlə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək Xidmətin iş üzrə maraqlı şəxs qismində məhkəmə icraatına cəlb edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişdir. Yəni Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qətnamənin surətini əldə etdikdən sonra vaxtında Ağdaş Rayon Məhkəməsinə müraciət etmişdir. Kollegiya hesab edir ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qətnamə ilə razılaşmadığını həmin vəsatətlə bildirmiş və şikayət vermə müddətinin axımı həmin tarixdən başlamışdır. Məhkəmə kollegiyası müvafiq qanunvericilik normalarını nəzərə alaraq belə qənaətə gəlir ki,Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddəti ötürmədiyindən birinci instansiya məhkəməsi şikayəti geri qaytarmaqda haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Kollegiyaya görə, birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin tələbləri pozulduğundan şikayət təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 398-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Ağdaş Rayon Məhkəməsi apelyasiya şikayətinin verilməsi üçün prosessual müddətin üzrsüz səbəbdən ötürülməsi nəticəsinə gəlməklə səhvə yol vermişdir. Ona görə də şikayət təmin edilməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli 2(014)-671/2019 nömrəli qərardadı ləğv edilməli və Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən verilən apelyasiya şikayətinə baxılması üçün mülki iş apelyasiya icraatına qəbul edilməklə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Göstərilənlərə əsasən və MPM-in 263-264, 397-398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X2 tərəfindən verilmiş şikayət təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli 2(014)-671/2019 nömrəli qərardadı ləğv edilsin. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X1Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayətinə baxılması üçün mülki iş apelyasiya icraatına qəbul edilməklə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. İş üzrə sədrlik edən hakim Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-1478/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1478/2020
22.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver