Məhkəmə qərarları › İş №2(107)-1479/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1479/2020

16.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1479/2020 16.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi x1 iştirakı ilə, Ağdaş Rayon Məhkəməsinin 14 may 2020-ci il tаrixli 2(014)-1171/2019 nömrəli qərardadından maraqlı şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi x3 tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli 2(014)-1171/2019 nömrəli qətnaməsi ilə Ərizəçi maraqlı şəxs Xocalı Rayon İcra Hakimiyyətinə qarşı 1991-ci ilin dekabr ayından 10 may 1992-ci ilə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsinə dair faktın müəyyən edilməsi haqqında ərizəsi təmin edilmiş, Ərizəçi 1991-ci ilin dekabr ayından 10 may 1992-ci ilə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi faktı müəyən edilmişdir. Qətnamədən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi Rəşad Qasımov 06 aprel 2020-ci il tarixdə apelyasiya şikayəti vermiş, vəsatətlə müraciət edərək apelyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin (hakim Famil Nəsibov) 14 may 2020-ci il tarixli 2(014)- 1171/2019 saylı qərardadı ilə Ağdaş Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsindən imtina edilmişdir. Qərardaddan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi R.Qasımov 12 iyun 2020-ci il tarixdə apelyasiya şikayəti vermişdir. Ağdaş Rayon Məhkəməsinin 15 iyun 2020-ci il tаrixli 2(014)-1171/2019 nömrəli qərardadı ilə Ağdaş Rayon Məhkəməsinin 14 may 2020-ci il tаrixli qərardadından Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi R.Qasımovun şikayəti rədd edilmiş və işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya şikayətinin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli (apelyasiya şikayətində qətnamənin tarixi səhvən 29 mart 2019-cu il tarixli kimi göstərilmişdir) qətnaməsi rəsmi qaydada 28 yanvar 2020-ci il tarixdə alındıqdan sonra Xidmət tərəfindən 12 fevral 2020-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət edilərək iş üzrə Xidmətin maraqlı şəxs qismində xüsusi icraat qaydasında məhkəmə icraatına qəbul edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi xahiş edilmiş, həmin vəsatət Ağdaş Rayon Məhkəməsində 20 fevral 2020-ci il tarixdə araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci, 259.0.6-cı və 259.0.7-ci maddələrini rəhbər tutmaqla Xidmətin nəzərinə çatdırılmışdır ki, iş üzrə yekun qərar qəbul edildikdən sonra işə baxmış məhkəmə tərəfindən iş üzrə icraatın təzələnməsi nəzərdə tutulmamışdır. Həmin qərardad Xidmətin poçt ünvanına 02 mart 2020-ci il tarixdə daxil olmuşdur. Hesab edirlər ki, qeyd olunanlar apelyasiya şikayətinin verilməsində buraxılmış müddətin üzrlü hesab edilməsinə əsas verir. Odur ki, göstərilənləri nəzərə alaraq Ağdaş Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli 2(014)-1171/2019 saylı qərardadının ləğv edilməsini xahiş edirlər. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Ərizəçi məhkəmə iclasına gəlməmiş, maraqlı şəxs Xocalı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nümayəndəsinin iştirakını təmin etməmişdir. Ərizəçi məhkəmənin elektron ünvanına məktub göndrərərək apelyasiya şikayətinə etiraz etdiyini, qərarın qüvvədə saxlanılmasını və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin 376.2-ci mаddəsi). Əsaslandırma hissəsi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 14 may 2020-ci il tаrixli 2(014)-1171/2019 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş 15 iyun 2020-ci il tаrixli nömrəli qərardad ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Birinci instansiya məhkəməsi şikayətin geri qaytarılması barədə qərardadını onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi R.Qasımovun işdə olan 12.02.2020-ci il tarixli 1311 №-li vəsatətindən görünür ki, qətnamənin surətini sorğu nəticəsində 28 yanvar 2020-ci il tarixdə əldə etmişdir, apelyasiya şikayəti isə 17 mart 2020-ci il tarixdə verilmiş, məhkəmənin icraatına 06 aprel 2020-ci il tarixdə, yəni qətnamənin surətinin- alındığı vaxtdan iki ay vaxt keçdikdən sonra verilmiş, vəsatətdə şikayət verilməsi müddətinin buraxılması səbəbigöstərilməmişdir, apelyasiya şikayət verilməsi müddətinin bərpa edilməsi üçün hər hansı bir əsas yoxdur.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. İşdən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli qətnaməsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən rəsmi qaydada 28 yanvar 2020-ci il tarixdə alındıqdan sonra Xidmət tərəfindən 12 fevral 2020-ci il tarixdə vəsatətlə Ağdaş Rayon Məhkəməsinə müraciət edilərək iş üzrə Xidmətin maraqlı şəxs qismində xüsusi icraat qaydasında məhkəmə icraatına qəbul edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi xahiş edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli qərardadı ilə Xidmətin nəzərinə çatdırılmışdır ki, iş üzrə yekun qərar qəbul edildikdən sonra işə baxmış məhkəmə tərəfindən iş üzrə icraatın təzələnməsi nəzərdə tutulmamışdır, Ağdaş Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli qətnaməsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin hüquq və vəzifələrinə toxunursa MPM-in 357.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 360-cı maddəsi ilə müəyyən olunmuş müddətdə apelyasiya şikayəti verilə bilər, şikayət verilməsi müddəti üzrlü səbəblərdən buraxıldıqda MPM-in 133-cü maddəsinə müvafiq olaraq buraxılmış müddətin bərpa edilməsi barədə ərizə verə bilərlər. Bundan sonra Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 06 aprel 2020-ci il tarixdə 24 iyun 2019-cu il tarixli qətnamədən apelyasiya şikayəti və buraxılmış müddətin bərpa edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli 2(014)-1171/2019 saylı qərardadı ilə Ağdaş Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli qətnaməsindən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş apelyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsindən imtina edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağdaş Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli qətnaməsini aldıqdan sonra 12 fevral 2020-ci il tarixdə vəsatətlə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək iş üzrə Xidmətin maraqlı şəxs qismində xüsusi icraat qaydasında məhkəmə icraatına qəbul edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişdir. Bununla da, Xidmət həmin qətnamənin onların hüquq və mənafeyini pozduğunu, qətnamə ilə razılaşmadığını bildirərək həmin vəsatətlə qətnamədən şikayət etməyə dair mövqeyini sərgiləmişdir. Belə olan halda, Xidmət qətnamənin surətini əldə etdikdən sonra vaxtında Ağdaş Rayon Məhkəməsinə müraciət etmiş və apelyasiya şikayətinin verilməsi üçün müddəti ötürməmişdir. Məhkəmə kollegiyası müvafiq qanunvericilik normalarını nəzərə alaraq belə qənaətə gəlir ki,Ağdaş Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddəti ötürmədiyindən birinci instansiya məhkəməsi şikayəti geri qaytarmaqda haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Kollegiyaya görə, birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin tələbləri pozulduğundan şikayət təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-in 398-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Ağdaş Rayon Məhkəməsi apelyasiya şikayətinin verilməsi üçün prosessual müddətin üzrsüz səbəbdən ötürülməsi nəticəsinə gəlməklə səhvə yol vermişdir. Ona görə də şikayət təmin edilməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 14 may 2020-ci il tаrixli 2(014)-1171/2019 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş 15 iyun 2020-ci il tаrixli nömrəli qərardadı ləğv edilməli və Ağdaş Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli qətnaməsindən verilən apelyasiya şikayətinə baxılması üçün mülki iş apelyasiya icraatına qəbul edilməklə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Göstərilənlərə əsasən və MPM-in 263-264, 397-398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərаrа аldı: Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi x3 tərəfindən verilmiş şikayət təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 14 may 2020-ci il tаrixli 2(014)-1171/2019 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş 15 iyun 2020-ci il tаrixli qərardadı ləğv edilsin. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi x2Ağdaş Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayətinə baxılması üçün mülki iş apelyasiya icraatına qəbul edilməklə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar