Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1482/2022 15.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı Əlmürsəl oğlunun cavabdeh “Azəriqaz” İB-nin X1 İstismar İdarəsinə qarşı “cərimənin silinməsi” tələbinə dair ilk, “Azəriqaz” İB-nin İddiaçı Əlmürsəl oğluna qarşı “borcun ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə Ağsu Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(016)-820/2021 nömrəli qərardadından ilk iddia üzrə iddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək abonent hesabına yazılmış 1.065,70 manat borcun və 769 manat dəymiş ziyanın silinməsini xahiş etmişdir. “Azəriqaz” İB qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Əlmürsəl oğlu tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 1.065,70 manat məbləğində dəymiş ziyanın, mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 769 manat debitor borcun, 30 manat 40 qəpik dövlət rüsumunun, ümumilikdə isə 1.865,10 manat pulun tutularaq onun hesabına ödənilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 2(016)-820/2021 nömrəli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akta əsasən qaz sərfinə görə ilk iddia üzrə iddiaçıya (Abonent kodu: **********00100) hesablanmış 878,50 (səkkiz yüz yetmiş səkkizi manat əlli qəpik) manat məbləğində borcun silinməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı Əlmürsəl oğlundan təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 187,20 (yüz səksən yeddi manat iyirmi qəpik) manat məbləğində dəymiş ziyan və istifadə edilmiş təbii qaza görə yaranmış 769 (yeddi yüz altmış doqquz) manat debitor borc, ümumilikdə 956,20 (doqquz yüz əlli altı manat iyirmi qəpik) manat pul tutularaq qarşılıqlı iddia üzrə iddiaçı “Azəriqaz” İB-nin X1 İstismar İdarəsinin hesabına ödənilməsi və qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı Əlmürsəl oğlu həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Ağsu Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli 2(016)-820/2021 nömrəli qərardadı ilə İddiaçı Əlmürsəl oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qaytarılmışdır. İddiaçı Əlmürsəl oğlu həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin icraata götürülməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(016)-820/2021 saylı qərardadı ilə İddiaçı Əlmürsəl oğlu tərəfindən verilmiş şikayət qaytarılmışdır. Ağsu Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(016)-820/2021 saylı qərardadından İddiaçı Əlmürsəl oğlu şikayət verərək qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin icraata götürülməsini xahiş etmişdir. İddiaçı Əlmürsəl oğlu şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Məhkəmə qərardaddan şikayəti geri qaytararkən, qərardadın ona rəsmi qaydada 17 sentyabr 2022-ci il tarixində təqdim olunduğunu, onun tərəfindən şikayətin isə 05 oktyabr 2022-ci il tarixində poçt vasitəsilə göndərildiyini əsas gətirmişdir. Məhkəmə həmin qərardadı qəbul edərkən prosessual hüquq normalarını pozmuşdur. Belə ki, Ağsu Rayon Məhkəməsinin, 09 avqust 2022-ci il tarixli, 2(016)-820/2021 saylı qərardadının 27 sentyabr 2022-ci il tarixində ona təqdim olunduğunu və onun tərəfindən qərardaddan şikayətin 05 oktyabr 2022-ci il tarixində poçt vasitəsilə göndərildiyi nəzərə almamışdır. Qanunvericiliyin tələblərindən və işin faktiki hallarından da görünür ki, məhkəmə tərəfindən 11 oktyabr 2022-ci il tarixli, 2(016)-820/2021 saylı qərardad qəbul olunarkən ciddi hüquqi səhvə yol verilmişdir. Belə ki, qərardaddan şikayət, şikayət üçün nəzərdə tutulmuş müddət ərzində verilməsinə baxmayaraq məhkəmə tərəfindən həmin fakt nəzərə alınmamışdır. Odur ki, Qanunvericiliyin tələblərini və işin faktiki hallarını nəzərə alaraq, Ağsu Rayon Məhkəməsinin, 11 oktyabr 2022-ci il tarixli, 2(016)-820/2021 saylı qərardadının ləğv olunaraq, sonuncu apellyasiya şikayətinin icraata götürülməsi barədə qərardad qəbul olunmasını məhkəmədən xahiş edir. Ağsu Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli 2(016)-820/2021 saylı qərardadı ilə şikayətin təmin olunmaması və şikayətin işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(016)-820/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Könül Namidar qızı Qəribovаnın şikаyəti ilə əlаqədаr Azərbаycаn Respublikаsı Ali Məhkəməsi MİÜMK-nın 16 аvqust 2006-cı il tаrixli qərаrının Azərbаycаn Respublikаsı Konstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yoxlаnılmаsınа dаir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 mаy 2008-ci il tаrixli qərаrındа göstərilmişdir ki, qаnunlа nəzərdə tutulmuş prosessuаl müddətin bərpаsı üçün yаlnız elə səbəblər üzrlü hesаb edilə bilər ki, onlаrın mövcudluğu prosessuаl hüquqlаrа və vəzifələrə mаlik şəxsin irаdəsindən аsılı olmаsın, özü tərəfindən onlаrın dəf edilməsi imkаnlаrındаn kənаrа çıxsın, müvаfiq hərəkətin yerinə yetirilməsinə mаneə törətsin və yа məhdudiyyət yаrаtsın. Müddətin burаxılmаsı ilə nəticələnmiş səbəbin üzrlü hesаb edilməsi bilаvаsitə məhkəmənin öz mülаhizələrindən аsılıdır. Bu mənаdа üzrlülük göstərilən meyаrlаrın sərhədində dаyаnаn elə inkаrolunmаz səbəblər bаrəsində qəbul olunmаlıdır ki, belə məsələ ilə əlаqədаr Mülki Prosessual Məcəllənin tələblərinə riаyət edilməklə çıxаrılmış məhkəmə аktı qаnunilik, obyektivlik və qərəzsizlik bаxımındаn şübhə аltınа аlınmаsın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.2-ci maddəsinə əsasən qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Ağsu Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(016)-820/2021 saylı qərardadı barədə İddiaçı Əlmürsəl oğlunun məlumatı olmuşdur. Belə ki mülki iş materiallarında olan Ağsu Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(016)- 820/2021 saylı qərardadının iddiaçı tərəfə rəsmi qaydada təqdim edilməsinə dair xəbərnamədən məlum olmuşdur ki, sözügedən qərardad 17 sentyabr 2022-ci il tarixdə İddiaçı Əlmürsəl oğlu tərəfindən, imzası qeyd edilməklə alınmışdır. Lakin İddiaçı Əlmürsəl oğlunun həmin qərardaddan şikayəti 05 oktyabr 2022-ci il tarixdə poçt rabitəsi şöbəsinə verilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Əlmürsəl oğlunun Ağsu Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(016)-820/2021 saylı qərardadı barədə məlumatı olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayətdə qeyd etdiyi dəlilləri əsassızdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(016)-820/2021 saylı qərardadı isə dəyişdirlmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsinin 398.0.1-c maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında;. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyrimümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263- 264, 397, 398.0.1 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Əlmürsəl oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(016)-820/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1482/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1482/2022
15.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver