Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1502/2020 01.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı iştirakı ilə İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(037)-188/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(037)-188/2020 saylı, qətnаməsi ilə (hakim Rəfayel Şirinov) iddia tələbi qismən təmin edilmiş, “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı **********02170 nömrəli abonent koduna vurulmuş 900 kub metr təbii qazın dəyəri 90 (doxsan) manat debitor borcun silinməsi, İddiaçı dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması, “Cavabdeh” İstehsalat Birliyindən 20 (iyirmi) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı (bundan sonra iddiaçı) “Cavabdeh” İstehsalat Birliyinə (bundan sonracavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək “Cavabdeh” İB-nin X5 İstismarı İdarəsinin xx xxxxxx 2019-cu il tarixdə yazılımış bildiriş-xəbərdarlığa əsasən qanunsuz olaraq qalıq borc kimi artıq hesablanmış 120 manat debitor borcun silinməsi, ona vurulmuş maddi zərərə görə 75 manat, vurulmuş mənəvi zərərə görə 5000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat - cəmi 5105 (beş min bir yüz beş) manat məbləğinin alınaraq ona verilməsi və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, o, İsmayıllı rayonun Kürdmaşı kəndində yaşayır. Yaşadığı evdə istehlak etdiyi təbii qazın dəyərini hər ay vaxtı-vaxtında ödəmişdir. xx xxxxx 2019-cu il tarixdə “Cavabdeh” İB-nin tabeçiliyində olan X5 İstismar İdarəsinin əməkdaşları tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş istismarda olan G-4 markalı 10046242 nömrəli sayğaca baxış keçirilmiş, qaz sayğacı keçən qaz sərfiyyatını qeyd etmədiyindən dövlət yoxlanılmasına göndərmək məqsədi ilə həmin tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilərək götürülmüş, əvəzində yeni sayğac quraşdırılmışdır. Bir müddət sonra cavabdeh tərəfindən ona bildirilmişdir ki, 10046242 nömrəli sayğac İnformasiya Texnologiyaları və Rabitə İdarəsində Dövlət Yoxlamasından keçirilmiş və verilmiş rəydə sayğacın hesablama mexanizminin keçən qazı qeydə almadığı aşkar olunmuş, sayğac istismara yararsız hesab edilmişdir. Ona görə də xx xxxx 2019-cu il tarixdə “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib olunmuş ******* nömrəli akt əsasında həmin tarixdə qərar qəbul edilərək 900 kub. metr itirilmiş təbii qaz onun hesabına işlənmiş, həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi ondan tələb edilmişdir. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən itirilmiş təbii qaz və dəyəri əsassız olaraq onun hesabına işlənmişdir. Onun tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamış və sayğacın zədələnməsi barədə heç bir məlumatı yoxdur. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdiyi üçün sayğacın işçi vəziyyətinə nəzarət etməsi mümkün olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə ona göndərilmiş bildirişxəbərdarlıqda limitdən əlavə istehlak etdiyi 230 kub.metr qaza görə 46 manat, qalıq borc 28,7 manat – cəmi 74,7 manat borc qeyd edilmişdir. 15 noyabr və xx xxxxxx 2019-cu il tarixlərində hər dəfə 30 manat olmaqla cəmi 60 manat ödəniş etmişdir. xx xxxxxx 2019-cu il tarixdə yazılmış bildiriş-xəbərdarlıqda limitdən əlavə istehlak etdiyi 182 kub.metr qaza görə 36,2 manat, qalıq borc 164,7 manat – cəmi 201,1 manat borc qeyd edilmişdir. Onun qalıq borcu 44,7 manat göstərilməli olduğu halda 164,7 manat qeyd olunmuşdur. Bununla da 120 manat əsassız olaraq qalıq borcu ondan tələb olunur. Bu barədə İsmayıllı rayon X3 məsul şəxslərinə bildirdikdə “qalıq borc olduğu qədər yazılıb” cavabını alımışdır. Bundan sonra xx xxxxxx 2020-ci il tarixdə cavabdeh təşkilata yazılı şəkildə müraciət etmiş, lakin bu günədək müraciətinə cavab verilməmişdir. O, dəfələrlə İsmayıllı rayon X4 gəlmiş, cavabdeh təşkilatın əməkdaşlarının ona qarşı davranışları nəticəsində əsəb gərginliyi keçirməklə səhhətində ciddi problemlər yaranmış, mənəvi iztirablara məruz qalmış, nəticədə həm maddi, həm də mənəvi zərər çəkmişdir. Yaşadığı Kürdmaşı kəndindən hər dəfə 15 manata maşın tutaraq rayon mərkəzinə gəlmiş, ümumilikdə yola 75 manat xərcləmişdir. Çəkdiyi mənəvi iztirablara görə ona dəymiş mənəvi zərəri 5000 manat məbləğində qiymətləndirir. Qeyd etdikləri nəzərə alınaraq “Cavabdeh” İB-nin X5 İstismarı İdarəsinin xx xxxxxx 2019-cu il tarixdə yazılımış bildiriş-xəbərdarlığa əsasən qanunsuz olaraq qalıq borc kimi artıq hesablanmış 120 manat debitor borcun silinməsi, ona vurulmuş maddi zərərə görə 75 manat, vurulmuş mənəvi zərərə görə 5000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat - cəmi 5105 (beş min bir yüz beş) manat məbləğinin alınaraq ona verilməsi və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi Ömərov Ramil Şaiq oğlu iddia tələbinə etiraz edərək göstərmişdir ki, xx xxxxx 2019-cu il tarixdə “Cavabdeh” İB-nin X5 X1 Xidmət Sahəsinin əməkdaşları tərəfindən iddiaçının İsmayıllı rayonun Kürdmaşı kəndində yerləşən fərdi yaşayış evinin qaz xəttinə qoşulmuş qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açılaraq götürülmüşdür. Bununla bağlı həmin tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Açılmış Elster-G4 markalı 10046242 nömrəli qaz sayğacı yoxlamadan keçmiş və AR DNŞ İTRİ tərəfindən tərtib edilmiş 29/1710-01393-1 nömrəli akta əsasən sayğacın hesablama mexanizminin keçən qazı qeydə almadığı aşkar olunmuş, sayğac istismara yararsız hesab edilmişdir. Bununla əlaqədar abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair xx xxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “Cavabdeh” İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş aktı iddiaçı imzalamqdan imtina etmişdir. Akta əsasən həmin tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə qəbul edilərək 900 kub.metr itirilmiş qazın dəyəri 90 manat məbləği hesablanaraq iddiaçının abonent bazasındakı koduna vurulmuşdur. İddiaçıya təqdim edilmiş saldoda da 2019-cu ilin iyun ayına 90 manat borcu olduğu göstərilmişdir. İddiaçının abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. İddiaçının iddia tələbində göstərdiyi məbləğlərdə maddi və mənəvi zərər tələb etməsinin isə heç bir əsası yoxdur. Ona görə də iddiaçının iddia tələblərini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnaməsini ədalətsiz hesab edir. Belə ki, o, İsmayıllı rayon Kürdmaşı kəndində yaşamaqla qaz istehlakçısıdır. İstehlak etdiyi təbii qazın pulunu hər ay vaxtı-vaxtında ödəmişdır. 2019-cu ilin noyabr ayının 6-da bildirişxəbərdarlıqda limitdən əlavə istehlak etdiyi 230 kub.metr qaza görə 46 manat, qalıq borc da 28,7 manat olmaqla, cəmi 74 manat 70 qəpik qeyd edilmişdir. O, xx.xx.2019-cu ildə ********* saylı mədaxil qəbzi ilə 30 manat və xx.xx.2019-cu ildə ********* saylı mədaxil qəbzi ilə də 30 manat olmaqla, cəmi “Cavabdeh” İstehsalat Birliyinin hesabına 60 manat limitdən əlavə istehlak etdiyi 182 kub.metr qaza görə 36,2 manat, qalıq borc isə 164,7 manat olmaqla, cəmi 201,1 manat qeyd edilmişdir. Onun xx.xx.2019-cu ildə ********* saylı mədaxil qəbzi ilə ödədiyi 30 manat isə bildirişdə əks edilməmişdir. Göründüyü kimi onun qalıq borcu 14,70 manat göstərilməli olduğu halda 164,70 manat qeyd edilmişdir. Beləliklə də 164,70 - 14,70 = 150 manat əsassız olaraq qalıq borcu kimi göstərilmişdir. Lakin texniki səhv olaraq iddiasında 120 manat göstərmişdir. Bundan başqa o, 79 yaşlı ahıl şəxs olaraq əsəb gərginliyi keçirməklə səhhətində ciddi problemlər əmələ gəlmiş, cavabdeh təşkilatın əməkdaşlarının və rəhbərliyinin ona qarşı sayğısızlığı və qaba davranışı nəticəsində mənəvi iztirablara məruz qalmışdır. Nəticədə həm maddi, həm də mənəvi zərəz çəkmişdir. O, 5 dəfə Kürdmaşı kəndindən 15 manata taksi tutaraq rayon mərkəzinə gəlmiş, ümumilikdə 75 manat yola görə xərci çıxmışdır. Eyni zamanda, çəkdiyi mənəvi iztirablara görə ona dəymiş mənəvi zərəri 5000 manat məbləğində qiymətləndirir. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(037)-188/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi, yəni “Cavabdeh” X2 Regional İdarəsinin 17.11. 2019-cu il tarixdə yazılmış bildiriş-xəbərdarlığa əsasən qanunsuz olaraq qalıq borc kimi artıq hesablanmış 150 manat məbləğində debitor borcunun silinməsi, ona vurulmuş maddi zərərə görə 75 manat, vurulmuş mənəvi zərərə görə 5000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat olmaqla, cəmi 5105 manat məbləğinin alınıb ona verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı apelyasiya şikayətinə iddia tələbinin artırılması barədə vəsatət əlavə edərək 17.11. 2019-cu il tarixdə yazılmış bildiriş-xəbərdarlığa əsasən qanunsuz olaraq qalıq borc kimi artıq hesablanmış 150 manat məbləğində debitor borcunun silinməsi, ona vurulmuş maddi zərərə görə 75 manat, vurulmuş mənəvi zərərə görə 5000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat olmaqla, cəmi 5105 manat məbləğinin alınıb ona verilməsinin və ərizə əlavə edərək apelyasiya şikayəti ilə əlaqədar Şəki şəhərinə getməsi üçün yol xərci kimi 100 manat pulun cavabdehin vurduğu ziyanın üstünə gələrək alınıb ona verilməsinin təmin edilməsini barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat vererək, şikayətin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(037)-188/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6cımaddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki apelyasiya şikayəti təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(037)- 188/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, iddiaçı İsmayıllı rayonun Kürdmaşı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli xx xxxxx 2019-cu il tarixli aktın surətindən müəyyən edilir ki, təşkilatın əməkdaşları tərəfindən həmin tarixdə iddiaçının İsmayıllı rayonun Kürdmaşı kəndində yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmışdır. Qaz saygacı keçən qazın sərfiyyatını qeyd etmədiyindən növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. Tərtib olunmuş aktı iddiaçı imzalamışdır. İş materiallarına əlavə edilmiş “Cavabdeh” İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxx 2019-cu il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, abonentin istifadəsində 1 ədəd PQ-2 tipli qaz piltəsi, 1 ədəd radiator və 1 ədəd axınlı su qızdırcı vardır. Dəymiş ziyanın hesablanması tələb olumuşdur. Tərtib olunmuş aktı iddiaçı imzalamaqdan imtina etmişdir. İş materiallarına əlavə edilmiş “Cavabdeh” İB-nin X5 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 900 kub metr müəyyən edilmiş və həmçinin iddiaçı tərəfindən sayğacın dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş Abonentin saldosundan görünür ki, 2019-cu ilin iyun ayının sonuna iddiaçının **********02170 nömrəli abonent koduna 90 manat borc vurulmuşdur. İş materiallarına əlavə edilmiş “Cavabdeh” İstehsalat Birliyi tərəfindın iddiaçının adına tərtib olunmuş xx xxxxxx 2019-cu il tarixli bildiriş – xəbərdarlıqdan görünür ki, həmin tarixə iddiaçının 230 kub.metr – 46 manat məbləğində limitdən əlavə, 28,7 manat qalıq borc – cəmi 74 manat 70 qəpik yekun borcu vardır. İş materiallarına əlavə edilmiş ********* nömrəli xx xxxxxx 2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən 30 manat qaz haqqı ödənilmişdir. İş materiallarına əlavə edilmiş “Cavabdeh” İstehsalat Birliyi tərəfindın iddiaçının adına tərtib olunmuş xx xxxxxx 2019-cu il tarixli bildiriş – xəbərdarlıqdan görünür ki, həmin tarixə iddiaçının 182 kub.metr – 36,4 manat məbləğində limitdən əlavə, 164,7 manat qalıq borc – cəmi 201 manat 10 qəpik yekun borcu vardır. İş materiallarına əlavə edilmiş ********* nömrəli xx xxxxxx 2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən 30 manat qaz haqqı ödənilmişdir. İş materiallarına əlavə edilmiş ********* nöməli xx xxxxxx 2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə kollegiyasının müəyyən edilmilşdir ki, “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən xx xxxxx 2019-cu il tarixdə iddiaçının fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən həmin tarixli ******* nömrəli akta əsasən 10046242 nömrəli sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzində isə yeni sayğac quraşdırılmışdır. Tərtib olunmuş həmin aktı iddiaçı imzalamışdır. İddiaçının yaşadığı evin qaz xəttindən açılmış 10046242 nömrəli sayğaca laboratoriyada baxış keçirilərkən sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyi və mexanizmi hərəkətə gətirən dişli çarxın yerindən çıxarıldığı aşkar olunmuşdur. “Cavabdeh” İB-nin X5 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 900 kub metr müəyyən edilmiş, həmin qazın dəyəri və qaz sayğacının dəyərinin ödənilməsi iddiaçıdan tələb olunmuşdur. "Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təhciz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların: 6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Belə ki, qaz sayğacı fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməlidir və sayğaclar qaz paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Həmçinin qazdan istifadə Qaydalarının 5.4-cü bəndinə əsasən istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Lakin cavabdeh tərəfindən itrilmiş qazın bərpası üçün apardığı hesabat 90 gün müddətin qanuni əsası əsaslandırılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış 10046242 nömrəli sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə cavabdeh tərəfindən məhkəmələrə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən hazırkı işin faktiki hallarına əsasən iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanının olmadığından, habelə həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən məhkəmə hesab edir ki, sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə iddiaçı məsuliyyət daşımır. Eyni zamanda, sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə qısa müddət ərzində 900 kub metr miqdarında, yəni 90 manat dəyərində təbii qazın sərf olunması da inandırıcı deyildir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, belə olduğu təqdirdə 900 kub metr itirilmiş təbii qazın istehlakçının hesabına işlənməsi və ondan təbii qazın dəyəri olaraq hər hansı məbləğdə debitor borcun tələb edilməsi əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir Məhkəmə kollegiyası apelyasiya şikayətinin iddiaçıya qalıq borc kimi artıq hesablanmış 150 manat məbləğində debitor borcunun silinməsi barədə dəlili ilə əlaqədar bildirir ki, əvvala iddiaçı iddia tələbində ona qalıq borc kimi artıq hesablanmış 120 manat məbləğində debitor borcunun silinməsini xahiş etmiş, birinci instansiya məhkəməsi isə öz növbəsində həmin borcun 90 manat olması qənaətinə gəlmişdir.Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının abonent koduna hesablanaraq vurulmuş 120 manat məbləğin sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəri olması iş materialları ilə sübut olunmur və həmin məbləğdə borcun silinməsi üçün əsas yoxdur. İkincisi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin cavabdehdən 75 manat maddi ziyan və 5000 manat mənəvi ziyan tələbinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı iddia tələbində ona 75 manat maddi ziyan və 5000 manat mənəvi zərər dəydiyini qeyd etsə də həmin faktları təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir. Eyni zamanda, iddiaçı ona maddi və mənəvi zərər dəyməsi ilə bağlı cavabdeh tərəfindən törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin konkret olaraq nədən ibarət olduğunu hər hansı sübutla izah edə bilməmişdir. Qeyd olunan xüsusatlar məhkəmə kollegiyasının araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası iddia tələbinin həcminin artırılması barədə vəsatətlə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin iddianın dəyişdirilməsindən bəhs edən 53-cü maddəsinin tələblərinə görə, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(037)-188/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(037)-188/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1502/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1502/2020
01.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver