Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1510/2021 05.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “akt əsasında hesablanmış borcun hesabından silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- borcun silinməsi, X1 hüququ) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Şəki Rayon Məhkəməsinin 05 may 2021-ci il tаrixli, 2(075)-776/2021 saylı qətnaməsindən cavabdeh “Azərişıq ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin X9 Şəbəkəsi MMC-nin əməkdaşlarının tərtib etdikləri 03 may 2020-ci il tarixli, 166729 nömrəli akt əsasında hesablanmış 450 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Şəki rayonu Baş Göynük kəndində yaşayır. Evinə verilən elektrik enerjisini hesab alan elektrik sayğacı onun adınadır. Həmişə işlətdiyi elektrik enerjisinin dəyərini vaxtı-vaxtında poçta ödəmişdir. Həmişə sayğac üzrə ödəniş aparmışdır. Lakin cavabdeh təşkilatın nümayəndələri 03 may 2020-ci il tarixdə onun evinə gələrək X5 adına 166729 nömrəli akt tərtib etmişlər. Halbuki, həmin evdə X7 adlı şəxs yaşamır. Həmin akt tərtib edilərkən cavabdeh təşkilatın əməkdaşları qanunvericilikdə nəzərdə tutulmuş tələbləri kobud şəkildə pozmuşlar. Yəni Akt tərtib edilərkən nəinki hal şahidlərinin iştirakı təmin edilmiş, ümumiyyətlə barəsində akt tərtib edilən şəxsin iştirak etməsi üçün hər hansı bir təşəbbüs irəli sürülməmişdir. Bütün bunlar deməyə əsas verir ki, cavabdeh təşkilatın əməkdaşları hər hansı bir araşdırma aparmadan illik planı bitirmək məqsədi ilə öz kabinetlərində oturaraq mərhum atası barəsində belə bir akt tərtib etmişlər. Odur ki, o, 03 may 2020-ci il tarixli, 166729 nömrəli akt əsasında hesablanmış 450 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 05 may 2021-ci il tаrixli, 2(075)-776/2021 saylı qətnaməsi ilə (hakim E. Mehdiyev) iddia təmin edilmiş, "xxxx" ASC-nin İddiaçı barəsində tərtib etdiyi 03 may 2020-ci il tarixli, R 166729 nömrəli akt əsasında hesablanmış 450 manat borcun İddiaçı hesabından silinməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Şəki EŞ-nin enerji satış bazasında **********02003 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş 03 may 2020-ci il tarixli, 166729 nömrəli aktda İddiaçı adına olan sayğaca baxış keçirilərkən elektrik sayğacından kənar xətt vasitəsi ilə X1 edildiyi göstərilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 03 may 2020-ci ildə Şəki rayonu, Baş Göynük kəndinə aid Balıyanı adlanan ərazidə xidmətdə olarkən İddiaçı yaşadığı ünvanda sayğacdan kənar X1 etdiyi, yəni sayğacdan kənar həyətdən keçən açıq xəttə qarmaq vasitəsi ilə qoşulma aşkar etmişlər. Kənar xəttə axan yük olmamışdır. Çünki, İddiaçı elektrik işlədicilərini xəttdən ayırmışdır. Həmçinin, İddiaçı həyətindən açıq naqilə qarmaqla qoşulduğu xətt onun həyətinə doğru gedirdi. Lakin, açıq xəttən qarmaqla götürülən xəttin İddiaçı məxsus evədək getməsini axıradək müşahidə etməmişlər. Çünki, xətt sonradan torpağın altı ilə gedirdi. Buna görə də həmin xətti tam axıradək izləyə bilməmişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 03 may 2020-ci ildə Şəki rayonu, Baş Göynük kəndinə aid Balıyanı adlanan ərazisində xidmətdə olarkən İddiaçı yaşadığı ünvanda sayğacdan kənar X1 etdiyi, yəni sayğacdan kənar həyətdən keçən açıq xəttə qarmaq vasitəsi ilə qoşulma aşkar etmişlər. Həmin vaxt İddiaçı iştirakı ilə həmin xəttlərə baxış keçirmişlər. Kənardan qoşulan xətdə yük var idi. Həmin vaxt İddiaçı bu barədə nə bildirdiyi yadında deyildir. Həmin ünvanda əsas xətt ağaclardan da hündürdən keçir və həmin xətt açıq idi. Kənar xətt sayğaca daxil olmadan quraşdırılmışdı. Buna görə də bu barədə akt tərtib etmişlər. Lakin, İddiaçı həmin akta imza atmamışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Şəki EŞ-nin enerji satış bazasında **********02003 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan İddiaçı sayğacından kənar X1 etməsi ilə bağlı cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin dedikləri əsaslı deyildir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən 03 may 2020-ci il tarixdə iddiaçının adına olan sayğacla bağlı X1 qaydalarına əməl edilməsinə riayət edilibedilməməsini yoxlamaq üçün baxış keçirilmiş, həmin ünvanda elektrik sayğacından kənar xətt vasitəsi ilə X1 edilməsi ilə əlaqədar “X1 qaydalarının” pozulması əsas götürülərək 03 may 2020-ci il tarixli akt tərtib edilmişdir. Cavabdeh təşkilatın əməkdaşları aktda onun tərtib edilməsinə “EEİQ”-nın tələblərinin pozulmasının əsas olduğunu göstərsələr də, aşkar edilmiş pozuntunun məhz istehlakçı tərəfindən törədilməsi əsaslandırılmamışdır. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları olan və 03 may 2020-ci il tarixli, 166729 nömrəli akt tərtib etmiş X6 və X4 məhkəmə iclası şahid qismində dindirilərkən onların hər ikisi ifadələrində müəyyən etdikləri açıq xətdən qarmaqla götürülən xəttin İddiaçı məxsus evədək getməsini axıradək müşahidə etmədiklərini bildirmişlər. Həmçinin həmin şahidlərdən X6 ifadəsində kənar xəttə axan yük olmadığını, digər şahid X4 isə ifadəsində kənardan qoşulan xətdə yük olduğunu bildirməklə həmin xətdə həqiqətən də yükün olub-olmaması ilə bağlı ziddiyətli ifadələr vermişlər. Bundan başqa şahidlər ifadələrində kənar xəttin torpağın altı ilə getdiyini bildirmişlər. Torpağın altı ilə gedən elektrik naqilindən yekunda kimin istifadə etməsi qeyri-müəyyən olduğu halda buna görə iddiaçı barəsində akt tərtib edilməsi və ondan akt üzrə ziyan tələb edilməsi əsaslı hesab edilə bilməz. Məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, cavabdeh "xxxx" ASCnin nümayəndələri tərəfindən 03 may 2020-ci il tarixdə İddiaçı yaşadığı Şəki rayonu, Baş Göynük kəndində yerləşən fərdi yaşayış evinə verilən elektrik enerjisi ilə bağlı quraşdırılmış elektrik hesablama sayğacına baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilən hallara dair video çəkiliş aparılmış və qeydə alınmış həmin video çəkilişə dair disk məhkəməyə təqdim edilmişdir. Qeyd edilən diskə məhkəmə iclasında baxış zamanı kənar xəttdən istifadə edildiyi müəyyən edilsə də, ətraflı görüntü olmadığına görə əlavə xəttin sayğacdan kənar xətt olub-olmadığını, kənar xəttin kimin mülkiyyətində, yaxud istifadəsində olan tikiliyə istiqamətləndiyini dəqiqləşdirmək mümkün olmamışdır. Cavabdeh təşkilatın əməkdaşları aşkar etdiklərini bildirdikləri, yəni iddiaçının yaşadığı ünvanda elektrik sayğacından kənar xətt vasitəsi ilə X1 etməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir başqa video çəkiliş, fotoşəkil, digər bir sübut təqdim edilməmişdir. Bundan başqa 03 may 2020-ci il tarixli aktın tərtibində nəinki istehlakçının, hətta hal şahidlərinin də iştirakı təmin edilməmişdir. İddiaçı iddia tələbində 03 may 2020-ci il tarixli, 166729 nömrəli akt əsasında hesablanmış 450 manat məbləğində borcun və hesabından silinməsini xahiş etsə də, cavabdehin nümayəndəsinin təqdim etdiyi etiraza əlavə edilmiş abunəçiyə aid sayğac göstəricilərini özündə əks etdirən cədvəldən iddiaçıya 03 may 2020-ci il tarixli, 166729 nömrəli akt əsasında hesablanmış məbləğin 400 manat deyil, 450,58 manat olması müəyyən edilir. Lakin, iddiaçı iddiasında məhz 450 manat məbləğin hesabından silinməsini tələb etmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia təmin edilərək "xxxx" ASCnin İddiaçı barəsində tərtib etdiyi 03 may 2020-ci il tarixli, R 166729 nömrəli akt əsasında hesablanmış 450 manat borc İddiaçı hesabından silinməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ və İİ hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”na 06 yanvar 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavə, “X1 qaydalarının” 7.6-cı, 7.9-cu, 8.33-cü bəndləri, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbinin təmin edilməsinə dair qətnaməsini əsaslandırmamış, pozuntunun məhz istehlahçı tərəfindən törədilməsinin tam təsdiqini tapmadığını əsas gətirərək əsassız qətnamə çıxarmışdır. Məhkəmə iş materiallarına əlavə edilmiş video çəkiliş disqindəki çəkiliş görüntülərini nəzərə almamışdır. Qeyd edirlər ki, abonentin fərdi yaşayı evini enerji ilə təmin edən elektrik xətlərinə və elektrik sayğacına əməkdaşlar tərəfindən baxış keçirilmiş və evə elektrik sayğacının sxemindən kənar xəttin daxil olduğu aşkarlanmışdır. Aşkar edilmiş pozuntu ilə əlaqədar cavabdehin əməkdaşları tərəfindən videoçəkiliş aparılmış və 03 iyun 2021-ci il tarixli, R 166729 saylı akt tərtib olunmuşdur. Aparılmış videoçəkilişdə abonentin kənar xəttən istifadə etdiyi aşkar şəkildə əksini tapır və iddiaçı kənar xəttən istifadə etdiyini etiraf edir. Göründüyü kimi aşkar edilmiş kənar xətt tam şəkildə məhkəməyə sübut edilmiş, lakin heç bir nəticə olmamışdır. Digər tərəfdən bu normanın tətbiqi üçün qüsurun xarakteri (sayğacdan kənar xətt) nəzərə alınmalıdır. Müəyyən edilmiş qüsurun xarakteri isə təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır. Habelə, iddiaçıya hesablanmış məbləğ məsuliyyətə cəlb etmə ilə bağlı olmamış, abonentin istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Məhkəmə iddia tələbinin təmin edilməsinin digər bir əsası kimi göstərmişdir ki, kənar xəttin kimin mülkiyyətində və ya istifadəsində olan tikiliyə istiqamətləndiyini dəqiqləşdirmək mümkün olmamışdır. Qeyd etmək lazımdır ki, videoçəkilişdə açıq-aşkar öz əksini tapdığı kimi iddiaçı orada iştirak edir və həmin kənar xəttin də onun istifadəsində olan həyətdən fərdi yaşayış evinə istiqamətləndiyini açıq-aşkar görür. Həmçinin EEİQ-nın 7.11-ci bəndinin ikinci abzasında göstərilir ki, mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) mülkiyyətçisi məsuliyyət daşıyır. Odur ki, onlar Şəki Rayon Məhkəməsinin 05 may 2021-ci il tаrixli, 2(075)-776/2021 saylı qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini və iddianın tamamilə rədd edilməsini xahiş edirlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kollegiyanın iclasında iştirak edən İddiaçı Şəki Rayon Məhkəməsinin 05 may 2021-ci il tаrixli, 2(075)-776/2021 saylı qətnaməsinin ləğv edilməməsini və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" İstehsalat Birliyinin nümayəndəsi heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın: 5.3.2-ci bəndində qeyd edilir ki, yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerjitəchizatı müəssisəsinin üzərinə düşür. 7.7. Bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna olmaqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.4-cü bəndinə əsasən istehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. 9.19-cu bəndinə əsasən istehlakçının təqsirindən baş vermiş qəza nəticəsində enerjitəchizatı müəssisəsinə ziyan dəydikdə (elektrik qurğularının, avadanlıqların zədələnərək yararsız hala düşməsi və s.), istehlakçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq enerjitəchizatı müəssisəsi qarşısında maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”na 06 yanvar 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir(göndərməlidir). Həmin “Qaydaların” 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğacla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin “Qaydaların” 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir, Şəki Rayon Məhkəməsinin 05 may 2021ci il tаrixli, 2(075)-776/2021 saylı qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini və iddianın tamamilə rədd edilməsini xahiş edir. Apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 05 may 2021-ci il tаrixli, 2(075)-776/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı Şəki EŞ-nin enerji satış bazasında **********02003 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş 03 may 2020-ci il tarixli, 166729 nömrəli aktda İddiaçı adına olan sayğaca baxış keçirilərkən elektrik sayğacından kənar xətt vasitəsi ilə X1 edildiyi göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, cavabdeh apellyasiya şikayətində videoçəkilişdə açıq-aşkar öz əksini tapdığı kimi iddiaçı orada iştirak edir və həmin kənar xəttin də onun istifadəsində olan həyətdən fərdi yaşayış evinə istiqamətləndiyini açıq-aşkar göründüyünü bildirsə də, həmin enerji itkisinin iddiaçının təqsiri üzündən baş verməsi sübut edilmir. Belə ki, ətraflı görüntü olmadığına görə əlavə xəttin sayğacdan kənar xətt olub-olmadığını, kənar xəttin kimin mülkiyyətində, yaxud istifadəsində olan tikiliyə istiqamətləndiyini dəqiqləşdirmək mümkün olmamışdır. Göründüyü kimi, cavabdeh təşkilatın əməkdaşları aşkar etdiklərini bildirdikləri, yəni iddiaçının yaşadığı ünvanda elektrik sayğacından kənar xətt vasitəsi ilə X1 etməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir başqa video çəkiliş, fotoşəkil, digər bir sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi lazım bilir ki, hazırkı iş üzrə cavabdeh enerji satışı sahəsində təbii inhisarçı olan dövlət müəssisəsidir. Tələb cavabdehin tərtib etdiyi akt əsasında zərər qismində hesablanmış pulun silinməsi ilə bağlıdır. MPMin 77.2-ci maddəsinə əsasən həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi cavabdehin üzərində olmuşdur. Məhkəmə kollegiyası cavabdehin əməkdaşları tərəfindən birtərəfli qaydada abonentin iştirakı olmadan tərtib edilmiş həmin aktı mötəbər sübut hesab etməyərək belə qənaətə gəlir ki, iddianı təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Eyni zamanda kollegiya qeyd edir ki, apellyasiya şikayəti formal mülahizələr əsasında hazırlandığından əsassızdır və birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Şəki Şəki Rayon Məhkəməsinin 05 may 2021-ci il tаrixli, 2(075)-776/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh “Azərişıq ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 05 may 2021-ci il tаrixli, 2(075)-776/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verə bilməz. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1510/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1510/2021
05.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver