Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-152/2021 05.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsində, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı, müstəqil tələb irəli sürən üçüncü şəxs X16 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras payların onun payına birləşdirilməsi tələbinə dair” və müstəqil tələb irəli sürən üçüncü şəxs X16 “mirasın qəbul edilməsi və payın tanınması tələbinə dair” iddiaları ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-499/2020 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürən üçüncü şəxs X24 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Elçin Mehdiyev) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X16 iddiası isə qismən təmin edilmiş, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X16 mərhum ataları Paşayev Kamal Əlövsət oğlunun xx xxx 1968-ci il tarixdə vəfat etmiş öz atası Paşayev Əlövsət Paşa oğlundan qalmış Şəki şəhəri Ağvanlar məhəlləsi, Puşkin küçəsi, 15 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi, İddiaçı xx xxxxxx 1986-cı il tarixdə vəfat etmiş mərhum X28 Əlövsət oğlundan qalmış həmin (Şəki şəhəri Ağvanlar məhəlləsi, Puşkin küçəsi, 15 ünvanında yerləşən) fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X16 iddiasının X28 Əlövsət oğlundan qalmış Şəki şəhəri Ağvanlar məhəlləsi, Puşkin küçəsi, 15 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət mirası qəbul etməsi faktının müəyyən edilməsi və həmin miras əmlakın ¼ hissəsinə payının tanınması tələbinə dair hissəsinin təmin edilməməsi, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X16 dövlət büdcəsinə hər birinin ayrı-ayrılıqda ödədikləri 10 (on) manat məbləğində dövlət rüsumunun onların özlərinə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri Ağvanlar məhəlləsi, Puşkin küçəsi, 15 ünvanında yerləşən mərhum babası Paşayev Əlövsət Paşa oğlundan qalmış fərdi yaşayış evindən ibarət mirasın qəbulu faktının müəyyən edilməsi və miras payların onun miras payına birləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun xx xxxxxx 1986-cı il tarixdə vəfat etmiş mərhum X28 Əlövsət oğlundan, mərhum X28 Əlövsət oğlunun isə xx xxx 1968-ci il tarixdə vəfat etmiş öz atası Paşayev Əlövsət Paşa oğlundan qalmış Şəki şəhəri Ağvanlar məhəlləsi, Puşkin küçəsi, 15 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbinin həcminin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. X24 da müstəqil tələb irəli sürən üçüncü şəxs qismində ərizə ilə məhkəməyə müraciət edərək, onu İddiaçı Cavabdehnə qarşı “Şəki şəhəri Ağvanlar məhəlləsi, Puşkin küçəsi, 15 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi tələbinə dair” iddiası üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb etməyi və X28 Əlövsət oğlunun ünvan 2 ünvanında yerləşən, mərhum atası Paşayev Əlövsət Paşa oğlundan qalmış miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi və onun da X28 Əlövsət oğlundan qalmış həmin mirası qəbul etməsi faktının müəyyən edilərək mirasın 1/4 hissəsinə payının tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin xx xxxxxx 2019-cu il tarixli çıxarışına əsasən Şəki şəhəri Puşkin küçəsi, 15 ünvanında yerləşən fərdi yaşayış evi onun mərhum babası Paşayev Əlövsət Paşa oğlunun mülkiyyətidir. Babası Paşayev Əlövsət Paşa oğlu xx xxx 1968-ci il tarixdə Şəki şəhərində vəfat etmişdir. O, babasının vəfat etdiyi dövrü xatırlamır. Babası Paşayev Əlövsət Paşa oğlundan qalmış mirasa X28 Əlövsət oğlu sahiblənmişdir. Onun babası Paşayev Əlövsət Paşa oğlu sağlığında orada nənəsi Xoşqədəmlə yaşamışdır. Babası ilə nənəsinin vəfatından sonra onun vərəsələri kimi atası Kamal, əmiləri Camal, Paşa və bibisi Zivər qalmışlar. X28 Əlövsət oğlu xx xxxxxx 1986-cı il tarixdə vəfat etmişdir. Onun əmisi Paşayev Paşa Əlövsət oğlu Rusiya Federasiyasında yaşamış və orada da vəfat etmişdir. Digər əmisi Paşayev Camal Əlövsət oğlu gənc vaxtlarından Bakı şəhərində yaşamışdır. Bibisi Zivər də Şəki şəhərində başqa bir ünvanda yaşamışdır. Onun X28 Əlövsət oğlu isə vəfat etdiyi günədək öz ailəsi ilə birlikdə Şəki şəhəri Ağvanlar məhəlləsi, Puşkin küçəsi, 15 ünvanında yerləşən evdə yaşamışdır. O özü də həmin evdə yaşamışdır. Onun əmiləri və bibisi gənc yaşlarından həmin evdən çıxıb getmişlər. Bibisi babasının sağlığında hərdən həmin evə gəlib-getsə də, babası vəfat etdikdən sonra bibisi həmin evə gəlməmişdir. Bibisinin uşaqlarından hazırda 2-3-ü sağ qalmışdır. Miras qoyanlardan qalmış evlə bağlı vərəsəliyə dair arayış alarkən arayışda göstərilən məlumatları o özü bildirmişdir. Onun Rusiyada yaşayan əmisi ilə əlaqəsi olmamışdır. Əmisinin vəfatını sonradan eşitmişdir. Şəki şəhəri S.Rəhman küçəsi, 73/32 ünvanında yerləşən ev qardaşı Yusifin adına olmuş və özəlləşmədə onun adına sənədləşdirilmişdir. Onun ailə üzvlərindən bacıları Səmayə və Havva Şəki şəhəri Ağvanlar məhəlləsi, Puşkin küçəsi, 15 ünvanında yerləşən evdə onunla birlikdə yaşamışlar. X29 1978-ci ildən bəri həmin evdə yaşamamışdır. Çünki, X15 getmişdir. Anasının sağlığında anası çağırdıqda Əli elə-belə gəlib anasını görüb getsə də, anasının qayğısına qalmamışdır. Əli atasının yasında da iştirak etməmişdir. Çünki, atası 1986-cı ildə vəfat etmiş və həmin vaxt Əli Rusiyada olmuşdur. Hətta, anası da vəfat etməmişdən əvvəl xəbər göndərsə də, Əli anasını görməyə gəlməmişdir. Əli həyatını Rusiyada keçirmişdir. Əlini anası evləndirmişdir. Onun atası sağlığında öz atasının qulluğunda durmuş, atasına baxmış və atasının vəfatından sonra onun dəfn və bundan sonrakı yas mərasimlərində yaxından iştirak etmiş, bundan sonra atasından qalmış miras evdə yaşamaqla faktiki olaraq atasından qalmış mirası qəbul etdiyini nümayiş etdirmişdir. O, özü də atasından qalmış miras əmlakı faktiki olaraq qəbul etmişdir. Lakin, atasının digər vərəsəsi olan və hazırkı iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X24 atasının dəfn və yas mərasimlərində iştirak etməmiş, ümumiyyətlə atasının vəfatından sonra atasından qalmış mirası faktiki olaraq qəbul etməmişdir. Halbuki, o, atasından, atası isə öz atasından qalmış mirası faktiki olaraq qəbul etmişlər. Lakin, onlar mirasın adlarına qeydə alınmasının rəsmiləşdirilməsi ilə bağlı notarial əməliyyatları həyata keçirə bilmirlər. Onlar həmin mirasın adlarına rəsmiləşdirilməsi ilə bağlı Şəki Regional “Asan Xidmət” X9 müraciət etmişlər, lakin notariat kontoru tərəfindən mirasın qəbulu ilə bağlı müəyyən edilmiş müddətin ötürülməsi əsası ilə onların tələblərindən imtina edilmişdir. Ona görə də məcburiyyət qarşısında qalaraq hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Onun xx xxxxxx 1986-cı il tarixdə vəfat etmiş mərhum X28 Əlövsət oğlundan, mərhum X28 Əlövsət oğlunun isə xx xxx 1968-ci il tarixdə vəfat etmiş öz atası Paşayev Əlövsət Paşa oğlundan qalmış Şəki şəhəri Ağvanlar məhəlləsi, Puşkin küçəsi, 15 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsini, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X16 iddiasının təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı vəkili Vəkil da iddiaçı ilə eyni məzmunlu izahat verərək İddiaçı iddiasının təmin edilməsini, müstəqil tələb irəli sürən üçüncü şəxs X16 iddiasının təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X24 izahatında göstərmişdir ki, o, 2000-ci ilə kimi həmin evdə yaşamış və 2000-ci ildə ailə qurduqdan sonra hazırda yaşadığı evə köçmüşdür. Onun anası 2012-ci ilə kimi Şəki şəhəri Puşkin küçəsində yerləşən 15 nömrəli evdə yaşamışdır. Anasının sağlığında həmin evə gəlib-getmişdir. Lakin, İddiaçı 2014-cü ildə S.Rəhman küçəsi, 73/32 ünvanında yerləşən mənzili bütünlüklə öz adına rəsmiləşdirmişdir. Həmin mənzil anasıın, Xoşqədimin, Səmayə və qardaşı Yusifin adına olmuşdur. Onlar 1991-ci ildən həmin mənzildə qeydiyyatda olmuşlar. 2013-cü ildə mənzil Xoşqədəmin adına özəlləşdirildikdən sonra onunla bağlı məhkəmə mübahisəsi olmuşdur. O, doğulan gündən Şəki şəhəri Puşkin küçəsində yerləşən 15 nömrəli evdə yaşamışdır. Doğulan gündən həmin evdə o, qardaşı Yusif, bacıları Səmayə, Havva və Xoşqədəm yaşamışlar. Babası həmin evdə vəfat etmişdir. Həmin evdə əmisi, bibisi yaşamamışdır. Onun atası ölən gününə həmin evdə o, qardaşı, bacıları və anası yaşamışlar. Bacısı Havva 1989-cu ildə ərə getmiş, lakin 1989-cu ilə qədər həmin evdə yaşamış, qardaşı Yusif 1993-1994-cü illərdə Rusiyaya getmiş və 2010-cu ildə vəfat etmişdir. Lakin, Xoşqədəm və Havva həmin evdə yaşamaqda davam edirlər. O özü atasından qalmış, atası da öz atasından qalmış mirası faktiki olaraq qəbul etmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, Xoşqədəmin iddiasının onun özünün atasından qalmış mirası qəbul etməsi ilə bağlı hissəsi ilə razı deyildir. Çünki o özü atası vəfat etdikdən sonra atasından qalmış mirasa yiyələnmişdir. O, həmin həyətdə qaraj, tualet inşa etdirmişdir. Onun atasından qalmış mirasdan pay almaq fikri olmuş, lakin digər bacı-qardaşlarının ondan əvvəl müraciət etmələrini gözləmişdir. Qanunları yaxşı bilmədiyindən mirası qəbul etməsi ilə bağlı notariusa müraciət etməmişdir. Həmin evlə bağlı kommunal xərcləri 2000-ci ilədək orada yaşadığı müddətdə özü ödəmiş, 2013-cü ilədək isə anası ödəmişdir. Lakin, kommunal ödənişlərlə bağlı sənədləri saxlamamışdır. O özü 1981-ci ildən 1984-cü ilədək Şəki ticarətində fəhlə, 1984-cü ildən 1986-cı ilədək TER-də sürücü işləmişdir. Sonra Rusiyaya gedib-gəlirdi. Atası vəfat edəndə Rusiyada olmuş və atasının vəfatından 4 ay sonra, yəni 1987-ci ilin aprelində Rusiyadan gəlmişdir. Atası 1986-ci ilin noyabrında vəfat etmişdir. 1988-ci ilin may ayında onu axtarışla həmin evdə tutaraq Rusiyaya aparmışlar. Rusiyada 2 il həbs edilmşdir. 1990-cı ildə azadlığa çıxdıqdan sonra Azərbaycana gəlmişdir. Onun atası sağlığında öz atasının qulluğunda durmuş, atasına baxmış və atasının vəfatından sonra onun dəfn və bundan sonrakı yas mərasimlərində yaxından iştirak etmiş, bundan sonra atasından qalmış miras evdə yaşamaqla faktiki olaraq atasından qalmış mirası qəbul etdiyini nümayiş etdirmişdir. Lakin, o, mirasın adına qeydə alınmasının rəsmiləşdirilməsi ilə bağlı notarial əməliyyatları həyata keçirə bilmir. Onlar həmin mirasın adlarına rəsmiləşdirilməsi ilə bağlı Şəki Regional “Asan Xidmət” X9 müraciət etmiş, lakin notariat kontoru tərəfindən mirasın qəbulu ilə bağlı müəyyən edilmiş müddətin ötürülməsi əsası ilə onların tələblərindən imtina edilmişdir. Ona görə də məcburiyyət qarşısında qalaraq hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Odur ki, onun X28 Əlövsət oğlunun Şəki şəhəri Ağvanlar məhəlləsi, Puşkin küçəsi, 15 ünvanında yerləşən və mərhum atası Paşayev Əlövsət Paşa oğlundan qalmış miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi, onun da X28 Əlövsət oğlundan qalmış Şəki şəhəri Ağvanlar məhəlləsi, Puşkin küçəsi, 15 ünvanında yerləşən mirası qəbul etməsi faktının müəyyən edilməsi və həmin miras əmlakın 1/4 hissəsinə payının tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Şəki Regional “Asan Xidmət” X5 nümayəndəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X14 və X17 məhkəmə iclasına gəlməmişlər. Şəki Regional “Asan Xidmət” X5 notariusu xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş məktubunda işə nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 xx xxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş teleqramında göstərmişdir ki, babasından miras qalmış evin bacısı İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etmir. Lənkəranda olduğuna görə məhkəmədə iştirak edə bilməyəcəkdir. İşə onun iştirakı olmadan baxılmasını xahiş edir. X14 isə məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Birinci instansiya məhkəməsi cavabdeh Şəki Regional “Asan Xidmət” X5 nümayəndəsinin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X14 və X7 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, İddiaçı onun qonşusunun qızıdır. O, 1978-ci ildə ailə qurduqdan sonra keçmiş adı Şaumyan olan küçədə yerləşən evə gəlin köçmüş və 1979-cu ildə ayrılmışdır. Ayrıldıqdan sonra atası evinə qayıtmışdır. Onların evləri arasında 5-6 metr məsafə vardır. Kamal dayı Əlövsət dayının oğludur. O, uşaq vaxtı Əlövsət dayını görmüşdür. Əlövsət dayı vəfat etdikdən sonra həmin evdə Kamal dayını da bir müddət görmüşdür. Əlövsət dayının Kamal dayıdan başqa uşaqlarını görməmişdir. Əlövsət dayının vəfat etdiyi vaxt yadında deyildir və onun vəfatından sonra həmin evə gedib-gəlməmişdir. Əlövsət dayının yasında kimlərin iştirak etdiyi yadında deyildir. O, yalnız Əlövsət dayının həmin qapıdan çıxdığını xatırlayır. Əlövsət dayının başqa hansı uşaqlarının oubolmadığını bilmir. Kamal dayının vəfatından əvvəl onların evlərinə getməmişdir. Lakin, Kamal dayının yas mərasimində iştirak etmişdir. Həmin yasda ehsan verilmişdir. Kamal dayının arvadının adı Rəfiqə olmuşdur. Kamal dayının Əli, Həvva və Kamuş adlı uşaqları vardır, onun bir oğlu da vəfat etmişdir. Kamal dayının digər uşağı olan Xoşqədəm uşaqlıqdan həmin evdə yaşamışdır. Kamalın vəfatından sonra onun qızları həmin evdə yaşamışlar. Lakin, Əlövsətin vəfatından sonra həmin evdə kimlərin yaşadıqlarını bilmir. Kamalın yasında onun bacı-qardaşını görməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, İddiaçı onun qonşusudur. O, 1966-cı ildə ünvan 6 ünvanına gəlin düşmüşdür. Onların evləri arasında 50-60 metr məsafə vardır. Xoşqədimin Yusif adlı qardaşı vəfat etmişdir. Onun o biri qardaşının adı yadında deyildir. Onun iki bacısı Həvva və Kəmalə olmuşdur. Xoşqədəmin anasının adı Rəfiqə, atasının adı isə Kamal olmuşdur. O, Kamalın yasında olmamışdır. Kamalın bacı-qardaşlarından heç kimi tanımır. Kamalın atası Əlövsətdir. Əlövsəti yolda görmüşdür. Əlövsətin də yasında olmamışdır. Əlövsətin vəfatından sonra orada kimin yaşamasını görməmişdir. Onun bildiyinə görə, Əlövsətin başqa varisləri olmamışdır. O, həmin həyətdə olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2000-ci ildən Şəki şəhər İHB-nin Ağvanlar məhəllə nümayəndəsidir. Həmin məhəllə nümayəndəliyinin ərazisində 17 küçə və 2600-ə yaxın əhali, o cümlədən 600-610 təsərrüfat vardır. O, xx xxxx 2020-ci il tarixədək ictimai əsaslarla həmin vəzifədə işləmiş və bundan sonra işdən çıxmışdır. O, anadan olduğu vaxtdan Ağvanlar küçəsi 3/1 ünvanında yaşayır. Onun yaşadığı ev İddiaçı yaşadığı Puşkin küçəsində yerləşən 15 nömrəli evlə qonşuluqdadır. O, 2000-ci ildə Puşkin küçəsi 15 ünvanında yerləşən evi və digər evləri qeydiyyta götürəndə həmin evdə yaşayan Məhbubə Rəsulova ona həmin evdə Əli Paşayev, İddiaçı, Havva Paşayeva, Səmayə Paşayevanın yaşaması, Yusif Paşayevin isə Rusiya Federasiyasında vəfat etməsi yasının həmin evdə verilməsi barədə məlumatlar vermişdir. O, Kamal Paşayevi də tanımışdır. Kamal Paşayevi həmin evdə görmüşdür. Həmin evdə Kamal Paşayev öz arvadı ilə birlikdə yaşayırdı. Onun iki oğlu və 3 qızı var idi. Kamalın atası Əlövsət 1968-ci ildə vəfat etmişdir. Həmin evdə Kamalın bacı və qardaşlarının yaşadığını görməmişdir. O, vərəsəliyə dair arayış verərkən Kamal Paşayevin bacı və qardaşları barədə məlumatları İddiaçı dedikləri əsasında, lakin məhəllə sakinləri ilə dəqiqləşdirdikdən sonra yazmışdır. Hazırda həmin evdə Xoşqədəm də daxil olmaqla, üç bacı yaşayır və onlardan biri xəstədir. Məhbubənin yasında onun bütün övladları iştirak etmişlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 1972-ci ildən İddiaçı onun qonşusudur. Xoşqədəm ünvan 2 ünvanında yerləşən evdə yaşayır. Xoşqədəmin atası Kamal, anası isə Rəfiqə olmuşdur. Qoşqədəmin 2 qardaşı və 3 bacısı olmuşdur. Onun qardalarının adı Əli, Yusif, bacılarının adı isə Havva və Kəmalə olmuşdur. Onların qonşu kimi bir-birinin evlərinə get-gəli olmuşdur. Xoşqədəmin əvvəlcə atası, sonra isə anası vəfat etmişdir. Kamalın yasında uşaqları iştirak etsə də, həmin yasda Əli olmamışdır. Həmçinin, Xoşqədəmin anasının yasında da Əlini görməmişdir. Hazırda həmin evdə Xoşqədəm də daxil olmaqla, üç bacı yaşayır və onlardan biri xəstədir. Əli isə daha əvvəllər özünə ev alaraq həmin ünvandan çıxıb getmişdir. Onların evi ilə Xoşqədəmin evinin arasında 8-10 metr məsafə var idi. Əli özünə ev alana qədər onu həmin evdə görsə də, sonradan Əlini həmin evdə görməmişdir. Əlinin özünə nə vaxt ev aldığını bilmir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Əli Paşayevlə eyni məhəllənin uşağı olmaqla, eyni məktəbdə oxumuş və bir məhəllədə böyümüşlər. Xoşqədəmi də tanıyır. Xoşqədəm Əlinin bacısıdır. Xoşqədəmlə də bir-birini uşaqlıqdan tanımışlar. Onların ailəvi tanışlıqları olmuş, bir-biriləri ilə gediş-gəlişləri olmuşdur. O, 20 ildir ki, S.Rəhman küçəsində yerləşən evə köçmüşdür. Əligil Puşkin küçəsi 13-də yaşayırdılar. Aralarında, yəni yaşadıqları ünvan arasında 1 döngə fərqi vardır. Yəni, onlar bir döngədə, Əligil isə digər döngədə yaşayırdılar. Əli və Xoşqədəmdən başqa onların ailə üzvlərindən ataları Kamal, anaları Rəfiqə, bacıları Havva, qardaları Yusif və anadangəlmə əqli zəifliyi olan bacıları Kəmaləni tanıyır. Mərhum Yusif 1958-ci il təvəllüdlüdür və onun qardaşı Hüseynlə bir sinifdə oxumuşdur. O, həmin ərazidən çıxan ərəfədə orada Xoşqədəm, Moskvada yaşayan bacısı Havva, bacısı oğlu Nicat, anaları Kəmalə yaşayırdılar. Əli də orada yaşayırdı. Onların toyları 1990-1991-ci ildə olmuşdur. Havva Əvəz adlı şəxslə ailə qurmuş və o, Yevlax şəhərinə ərə köçmüşdür. Havvanın toyu şadlıq evində olmuşdur. Havvanın toyu zamanı onun ailə üzvlərinin hamısı həmin evdə yaşayırdılar. Onların anası Rəfiqə sağ idi. O, Rəfiqənin yasında da olmuşdur. Əlinin qardaşı Yusif 2010-cu ildə Rusiyada vəfat etmiş və Yusifi Şəki şəhərində dəfn etmişlər. O, Yusifin yas mərasimində iştirak etmişdir. Onların ataları Kamal çox zəhmətkeş adam olmuşdur və onun Şəki şəhərində yerləşən “Kinonun qabağı” adlanan ərazidə ayaqqabı təmizləyən budkası var idi. Kamal 1986-cı ildə vəfat etmiş və Kamalın da yasında iştirak etmişdir. Kamalın yası onun özünün yaşadığı evdə verilmişdir. Kamalın yasında qızları, mərhum Yusif və qohum-qardaş, həm də arvadı iştirak etmişdir. Həmin vaxt Əli Rusiyada yaşayırdı. Əli 1989-cu ildə bacısı Havvanın toyunda iştirak etməmişdir. 1990-cı ildə Əli artıq atası evində idi. Hətta o, Əlinin işlədiyi yeməkxanaya çayçı qoyulmasını xahiş etmişdir. 1990-cı ildən 2000-ci ilə qədər, yəni evlənənə qədər Əli Şəki şəhəri Puşkin küçəsində yerləşən evdə yaşamışdır. Həmin evdən bir kirəmit düşdükdə anası Əlini ora çağırırdı. Əlinin Rusiyaya necənci ildə getməsini bilmir. Lakin, Əli evlərinə Rusiyadan pul göndərməsini ona demişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Əlinin qonşusudur. Xoşqədəm də Əlinin bacısıdır. O, anadan olandan ünvan 7 ünvanında yaşayır. Evlərinin aralarında 50-60 metr məsafə vardır. Əli və Xoşqədəmin atası Kamal, anası Rəfiqə, bacıları Havva, Kəmalə və qardaşı Yusifi tanıyırdı. Onların ataları Kamal, anaları Rəfiqə, qardaşları Yusif vəfat etmişlər və onların hər birinin yas mərasimlərində iştirak etmişdir. Onlar Puşkin küçəsində yaşayırdılar. O, Əlini 40-50 ildir ki, tanıyır. Hazırda həmin evdə 3 bacı yaşayır. Əli 2000-ci ilin əvvəllərinə kimi həmin evdə yaşamışdır. Əli 1980-ci ilin axırlarında Rusiyaya gedib-gəlmiş, sonra bir müddət həmin evdə yaşamış və 2000-ci ilin əvvəllərində ailə qurduqdan sonra həmin evdən çıxmışdır. Əli Şəki şəhərində bazarda, Sovet dövründə “Aztorq”da, yəni Şəki ticarətində fəhlə işləmişdir. Əli Rusiyadan qayıdanda ata yurdunda yaşamışdır. O, Əlinin ata-anasının yasında olmuşdur. Əlinin atası 1980-ci illərdə, anası isə 2000-ci ildən sonra vəfat etmişdir. Əli ailə üzvlərindən hansınınsa yasında iştirak etmişdir. Bir sözlə, Əli həm atasının, həm anasının, həm də qardaşının yasında iştirak edmişdir. Əli hazırda təzə bazar tərəfdə yaşayır. 2000-ci ildən sonra Əlinin atası evində 3 bacısı və bacısı oğlu yaşayır. O, Əlinin Rusiyada tutulması barədə eşitmişdir, lakin nə vaxt tutulduğunu dəqiq xatırlamır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, Əlinin məhəllə uşağıdır. Əli 2000-ci ilədək məhəllədə olmuş və sonradan toy edib köçmüşdür. Onun ailə üzvləri Kamal, Rəfiqə, Xoşqədəm, Havva, Kəmalə olmuşdur. Əlinin atası, anası və qardaşı Yusif vəfat etmişdir. O, hər üç mərhumun yasında iştirak etmişdir. Əli ailə qurub həmin evdən köçənədək Rusiyaya gedib-gəlmişdir. Əli atasının yasında iştirak etməmişdir. Həmin vaxt Əli Rusiyada olmuşdur. Əlinin atasının vəfatından nə qədər vaxt sonra həmin evə gəlməsi yadında qalmamışdır. O, Əlinin birinci dəfə nə vaxt Rusiyaya getməsini bilmir. Lakin, Əli Rusiyaya gedib-gəldikdə atası evində qalırdı. Əli 2000-ci ildə ailə qurduqdan sonra atası evindən çıxmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-499/2020 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürən üçüncü şəxs X24 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri İş üzrə üçüncü şəxs X24 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə baxarkən işi tam, obyektiv və hərtərəfli araşdırmamış, buna görə də düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, babası Paşayev Əlövsət Paşa oğlu xx.xx.1968-ci ildə ölmüşdür. Babası ölməmişdən əvvəl də, sonra da o, babasına məxsus evdə yaşamışdır. X28 Əlövsət oğlu xx.xx.1986-cı ildə ölmüşdür. Onun ölümündən sonra da o, 2000-ci ilədək babasına məxsus Şəki şəhəri Puşkin küçəsi, 15 ünvanında yerləşən evdə yaşamış, 2000ci ildə ailə həyatı qurmuş və həmin vaxtdan ünvan 8 ünvanında yaşayır. Onu da qeyd edir ki, 2000-ci ildən babasına məxsus evdən çıxmasına baxmayaraq, 2014-cü ilədək, yəni bacısı İddiaçı ilə aralarında mübahisə yarananadək o, həmin evə gedib-gəlmiş, evin sökülən-dağılan yerlərini təmir etmiş, ata-baba yurdu kimi həmin evin əyər-əskiyi ilə maraqlanmışdır. Göründüyü kimi, babası Paşayev Əlövsət Pasa oğlundan qalmış Səki səhəri Puşkin küçəsi 15 ünvanında yerləşən miras əmlakı X28 Əlövsət oğlu, atasından da o, faktiki olaraq qəbul etmişdir. Bütün bu hallar birinci instansiya məhkəmə iclasında vəsatəti ilə dindirilmiş şahidlər tərəfindən də təsdiq edilmişdir. Lakin məhkəmə onun vəsatəti ilə dindirilmiş şahidlərin ifadələrini nəzərə almamış, hüquqi qiymət verməmiş, sübut kimi qəbul etməmiş, qəbul etməməyinin də səbəbini qətnamədə göstərməmişdir. İddiaçının vəsatəti ilə dindirilmiş şahidlərin isə ziddiyyətli ifadələrini mötəbər sübut kimi qəbul etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-1725/2020 nömrəli qərarının 3-cü səhifəsinin 3-cü abzasında qeyd edilir ki, X24 və bacısı İddiaçı mübahisəli mənzilin cavabdehin adına özəlləşdirilməsinə, mənzil özəlləşdirildikdən sonra İddiaçı həmin 4 otaqlı mənzili satması, satışdan əldə edilmiş puldan iddiaçıya 2 otaqlı mənzil alması və xərçəng xəstəliyindən əziyyət çəkən bacıları X10 müalicə etdirməsi şərti ilə razılığa gəlmişlər. Başqa iş üzrə apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında izahat verən İddiaçı 2000-ci ildən mübahisəli mənzildə deyil, atasından miras qalan evdə yaşadığını, mənzil özəlləşdirildikdən sonra həmin 4 otaqlı mənzili satması, satışdan əldə edilmiş puldan iddiaçıya 2 otaqlı mənzil alması və xərçəng xəstəliyindən əziyyət çəkən bacıları X10 müalicə etdirməsi ilə bağlı X24 ilə razılığa gəldiklərini, lakin sonradan aralarında baş verən anlaşılmazlıqlardan dolayı razılaşmadan imtina etdiyini bildirmişdir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı babası Paşayev Əlövsət Paşa oğlundan və X28 Əlövsət oğlundan miras qalmış ünvan 2 ünvanında yerləşən mübahisəli evdə 2000-ci ildən yaşadığı müəyyən edilmişdir. Odur ki, babasından atasına, atasından da onlara qalmış miras əmlakı İddiaçı deyil, 2000-ci ilədək orada yaşamaqla o, faktiki olaraq qəbul etmişdir. Buna görə də, iddiasının “X28 Əlövsət oğlundan qalmış Şəki şəhəri Ağvanlar məhəlləsi, Puşkin küçəsi, 15 ünvanında yerləşən mirası qəbul etməsi faktının müəyyən edilməsi və həmin miras əmlakın ¼ hissəsinə payının tanınması tələbinə dair” hissəsinin təmin edilməməsi hissəsində ləğv edərək iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X24 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-499/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə iddiaçının vəkili Vəkil, Cavabdehnə və digər üçüncü şəxslər X14 və X11 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahat və çıxışlarının dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs X24 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-499/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş reyestr nömrəsi 4***-*******2-10301, qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında çıxarışdan görünür ki, ünvan 12, yeni qaydalarla AZ5500, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evi Paşayev Əlövsət Paşa oğlunun mülkiyyətindədir. İşdə olan Şəki şəhər İHB-nin Ağvanlar məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 16 nömrəli arayışda göstərilmişdir ki, həqiqətən də Şəki şəhəri Puşkin küçəsi, 15-də yerləşən evdə yaşamış Paşayev Əlövsət Paşa oğlu xx xxxxxx 1968ci ildə vəfat etmiş, onun vərəsələri kimi Paşayeva Ziyvər Əlövsət qızı (vəfat etmişdir), Paşayev Camal Əlövsət oğlu (vəfat etmişdir), Paşayev Kamal Əlövsət oğlu (xx xxxxxx 1986-cı il tarixdə vəfat etmişdir) və Paşayev Paşa Əlövsət oğlu (vəfat etmişdir) qalmışlar. İşdə olan Şəki şəhər İHB-nin Ağvanlar məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 28 nömrəli arayışda göstərilmişdir ki, həqiqətən də Şəki şəhəri Puşkin küçəsi, 15-də yerləşən evdə yaşamış Paşayev Kamal Əlövsət oğlu xx xxxxxx 1986-cı ildə vəfat etmiş, onun vərəsələri kimi uşaqları - İddiaçı, X17, X14, X24, X20 (xx xxxxxxxx 2010-cu il tarixdə vəfat etmişdir) və arvadı X12 (xx xxxx 2012-ci il tarixdə vəfat etmişdir) qalmışlar. İşdə olan Şəki şəhər İHB-nin 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 35 nömrəli məktubda göstərilmişdir ki, Şəki şəhər İHB-nin 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2013-cü ildən fəaliyyətə başladığından Şəki şəhəri Puşkin küçəsi, 15 (yeni qaydalarla Ouşkin küçəsi, 29) ünvanında yerləşən evin mülkiyyətçisi olmuş Paşayev Əlövsət Paşa oğlunun vəfat etdiyi 1968-ci ildə və həmin tarixdən sonra bugünədək həmin evdə ardıcıllıqla kimlərin yaşamaları barədə məlumatlar olmadığından belə bir arayışın verilməsi mümkün olmamışdır. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2 (075)-1798/2019 saylı qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən Paşayev Əlövsət Paşa oğlunun ərizəçi İddiaçı X28 Əlövsət oğlunun atası olması, ərizəçi İddiaçı isə Paşayev Əlövsət Paşa oğlunun nəvəsi olması hüquqi faktı müəyyən edilmişdir. İşdə olan Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxxx 1959-cu il təvəllüdlü X16 X28 Əlövsət oğlu, anası X3r. İşdə olan Nuxa rayon VVAQ Bürosu tərəfindən xx xxxxxx 1961-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1961-ci il təvəllüdlü İddiaçı X28 Əlövsət oğlu, anası X3r. İşdə olan Nuxa rayon VVAQ Bürosu tərəfindən xx xxxxxx 1963-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxxx 1963-cü il təvəllüdlü X7 X28 Əlövsət oğlu, anası X3r. İşdə olan Nuxa rayon VVAQ Bürosu tərəfindən xx xxxx 1965-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 1965-ci il təvəllüdlü X4 X28 Əlövsət oğlu, anası X3r. İşdə olan Moskva VVAQ İdarəsinin Tver VVAQ Şöbəsi tərəfindən xx xxxxxxxx 2010cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx xxxxxxxx 2010-cu il tarixdə ölmüşdür. İşdə olan Şəki rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Paşayev Əlövsət Paşa oğlu xx xxx 1968-ci il tarixdə vəfat etmişdir. İşdə olan Şəki şəhər VVAQ şöbəsi tərəfindən xx xxxxxx 1986-cı il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Paşayev Kamal Əlövsət oğlu xx xxxxxx 1986-cı il tarixdə Şəki şəhərində ölmüşdür. İşdə olan Şəki rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2012-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx xxxx 2012-ci il tarixdə Şəki şəhərində ölmüşdür. İşdə olan Şəki şəhər İcra Hakimiyyəti başçısının xx xxxxxx 2019-cu il tarixli, 27 nömrəli sərəncamından görünür ki, ünvan 10 ünvanında yaşayan İddiaçı Şəki Rayon Məhkəməsinin 2 (075)-2978/2018 nömrəli qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilən, eyni ünvanda yaşayan xx xxxx 1965-ci il təvəllüdlü bacısı X14 üzərində qəyyum təyin edilmişdir. İşdə olan Cavabdeh xüsusi notariusu tərəfindən İddiaçı göndərilmiş xx xxxxxx 2019cu il tarixli, 3561 nömrəli məktubdan görünür ki, həmin məktubla İddiaçı mərhum babası Paşayev Əlövsət Paşa oğlundan miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qanunla müəyyən edilmiş müddəti buraxdığı və miras əmlak olan fərdi yaşayış evində qeydiyyatda olmadığı üçün miras əmlakı faktiki qəbul etməmiş hesab edildiyi bildirilmiş, buraxılmış müddətin bərpası və mirasın faktiki qəbulunun təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İşdə olan Cavabdeh xüsusi notariusu tərəfindən X21 göndərilmiş xx xxxxxx 2020-ci il tarixli, 1227 nömrəli məktubdan görünür ki, həmin məktubla X21 xx xxx 1968-ci il tarixdə ölmüş Paşayev Əlövsət Paşa oğlundan miras qalmış əmlakdan ona düşən miras paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən müvafiq notariat əməliyyatlarının aparılmasının mümkün olmadığı bildirilmiş, buraxılmış müddətin bərpası və mirasın faktiki qəbulunun təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materialları ilə müəyyən olunur ki, DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş reyestr nömrəsi 4***-*******2-10301, qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 12 (yeni qaydalarla AZ5500, ünvan 9) ünvanında yerləşən fərdi yaşayış evi Paşayev Əlövsət Paşa oğlunun mülkiyyətinə aiddir. Paşayev Əlövsət Paşa oğlu xx xxx 1968-ci il tarixdə vəfat etmişdir. Paşayev Əlövsət Paşa oğlunın vəfatından sonra onun vərəsələri kimi Paşayeva Ziyvər Əlövsət qızı (vəfat etmişdir), Paşayev Camal Əlövsət oğlu (vəfat etmişdir), Paşayev Kamal Əlövsət oğlu (xx xxxxxx 1986-cı il tarixdə vəfat etmişdir) və Paşayev Paşa Əlövsət oğlu (vəfat etmişdir) qalmışlar. Əlövsət Paşayevin 1968-ci ildə vəfatından sonra ondan miras qalmış evdə oğlu Kamal Paşayev və ailə üzvləri yaşamağı davam etdirmişlər. Paşayev Kamal Əlövsət oğlu xx xxxxxx 1986-cı il tarixdə vəfat etdikdən sonra onun vərəsələri kimi uşaqları - İddiaçı, X17, X14, X24, X20 (xx xxxxxxxx 2010-cu il tarixdə vəfat etmişdir) və arvadı X12 (xx xxxx 2012ci il tarixdə vəfat etmişdir) qalmışlar. Həmçinin müəyyən olunur ki, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X24 ayrı-ayrı vaxtlarda notariat orqanına müraciət edərək, xx xxx 1968-ci il tarixdə vəfat etmiş Paşayev Əlövsət Paşa oğlundan qalmış ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın tərəflərindən qəbul edilməsi ilə bağlı onlara vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişlər. Lakin, Cavabdeh xüsusi notariusu tərəfindən İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X21 ayrı-ayrı vaxtlarda göndərilmiş məktublarda onlara babaları Paşayev Əlövsət Paşa oğlundan miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qanunla müəyyən edilmiş müddəti buraxdıqları bildirilmiş, buraxılmış müddətin bərpası və mirasın faktiki qəbulunun təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bundan sonra İddiaçı məhkəməyə hazırkı iddia tələbi ilə müraciət etmiş və onun xx xxxxxx 1986-cı il tarixdə vəfat etmiş mərhum X28 Əlövsət oğlundan, mərhum X28 Əlövsət oğlunun isə xx xxx 1968-ci il tarixdə vəfat etmiş öz atası Paşayev Əlövsət Paşa oğlundan qalmış Şəki şəhəri Ağvanlar məhəlləsi, Puşkin küçəsi, 15 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X24 da məhkəməyə müraciət etmiş və X28 Əlövsət oğlunun Şəki şəhəri Ağvanlar məhəlləsi, Puşkin küçəsi, 15 ünvanında yerləşən, mərhum atası Paşayev Əlövsət Paşa oğlundan qalmış miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi, onun da X28 Əlövsət oğlundan qalmış həmin (Şəki şəhəri Ağvanlar məhəlləsi, Puşkin küçəsi, 15 ünvanında yerləşən) fərdi yaşayış evindən ibarət mirası qəbul etməsi faktının müəyyən edilməsi və miras əmlakın 1/4 hissəsinə payının tanınmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı iddiası tam təmin edilərək, onun və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X16 mərhum ataları Paşayev Kamal Əlövsət oğlunun xx xxx 1968-ci il tarixdə vəfat etmiş öz atası Paşayev Əlövsət Paşa oğlundan qalmış Şəki şəhəri Ağvanlar məhəlləsi, Puşkin küçəsi, 15 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etməsi və İddiaçı da xx xxxxxx 1986-cı il tarixdə vəfat etmiş mərhum X28 Əlövsət oğlundan qalmış həmin (Şəki şəhəri Ağvanlar məhəlləsi, Puşkin küçəsi, 15 ünvanında yerləşən) fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etməsi faktlarının müəyyən edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X16 iddiasının isə qismən, yəni onun və İddiaçı mərhum ataları Paşayev Kamal Əlövsət oğlunun xx xxx 1968-ci il tarixdə vəfat etmiş öz atası Paşayev Əlövsət Paşa oğlundan qalmış Şəki şəhəri Ağvanlar məhəlləsi, Puşkin küçəsi, 15 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi hissəsində təmin, qalan, yəni X28 Əlövsət oğlundan qalmış həmin (ünvan 13 ünvanında yerləşən) fərdi yaşayış evindən ibarət mirası qəbul etməsi faktının müəyyən edilməsi və miras əmlakın 1/4 hissəsinə payının tanınması tələbinə dair hissədə rədd edilməsi qət edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və belə nəticəyə gəlməsinin hüquqi əsaslandırılması ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X16 mərhum ataları Paşayev Kamal Əlövsət oğlu xx xxxxxx 1986-cı il tarixdə və babaları Paşayev Əlövsət Paşa oğlu xx xxx 1968-ci il tarixdə vəfat etdiklərindən, onların babalarından atalarına və atalarından özlərinə qalmış mirasın qəbul edilməsi ilə bağlı iddialarına 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin (1965-ci il redaksiyası) müvafiq müddəaları tətbiq edilməlidir. Həmin Məcəllənin 527-ci maddəsinə əsasən, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinə görə, miras açılan gündən altı ay müddətində vərəsə miras əmlakı faktiki idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə mirası qəbul etmiş hesab olunur. Göründüyü kimi, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X16 ataları Paşayev Kamal Əlövsət oğlu öz atası Paşayev Əlövsət Paşa oğlundan qalmış mirasa sahiblik etmiş, mirasa yiyələnmiş, atasının sağlığından başlayaraq vəfat edənədək atası ilə birlikdə miras evdən istifadə etmiş, atasının vəfatından sonra da miras əmlakı faktiki surətdə idarə etməyə başlamış, notariat orqanına müraciət edib vərəsəlik şəhadətnaməsi almasa da, mirası faktiki qəbul etdiyini həmin mirasa münasibətdə davranışı ilə nümayiş etdirmişdir. Bununla da İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X16 ataları öz atasından qalmış həmin mirası qəbul etmiş sayılsa da, o, həmin miras mülkün adına qeydə alınmasına təşəbbüs göstərməmişdir. ilə bağlı müddəti ötürmüşdür. Paşayev Kamal Əlövsət oğlunun mərhum atası Paşayev Əlövsət Paşa oğlundan qalmış fərdi yaşayış evindən ibarət mirası qəbul etməsi faktı məhkəməyə təqdim edilmiş sənədlərlə, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X16 izahatları, həmçinin şahid ifadələri ilə də öz təsdiqini tapır. Buna görə də məhkəmə İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X16 ataları Paşayev Kamal Əlövsət oğlunun öz atası Paşayev Əlövsət Paşa oğlundan qalmış mirası faktiki olaraq qəbul etməsinə baxmayaraq, qəbul etdiyi mirasa dair vaxtında notariat orqanından vərəsəlik şəhadətnaməsi almamasını üzrlü hal kimi qəbul edir. Qeyd edildiyi kimi, mərhum Paşayev Kamal Əlövsət oğlu İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X16 atasıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X16 izahatlarından, həmçinin şahid ifadələrindən müəyyən olunduğu kimi, İddiaçı da X28 Əlövsət oğlundan qalmış mirasa sahiblik etmiş, mirasa yiyələnmiş, atasının sağlığından başlayaraq atası vəfat edənədək onunla birlikdə yaşamış, atasının dəfn və yas mərasimlərində yaxından iştirak etmiş, atasının vəfatından sonra da həmin evdə yaşamağa davam etməklə miras evdən istifadə etmiş, miras əmlakı faktiki surətdə idarə etməyə başlamış, hal-hazırda da həmin evdə yaşayır, lakin qanunla müəyyən olunmuş müddətdə notariat kontoruna vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmişdir. Bununla da İddiaçı öz atasından qalmış mirası faktiki qəbul etmiş sayılsa da, o, həmin miras mülkün adına qeydə alınması ilə bağlı müddəti ötürmüşdür. Məhkəmə İddiaçı mərhum X28 Əlövsət oğlundan qalmış mirası faktiki olaraq qəbul etməsinə baxmayaraq, qəbul etdiyi mirasa dair vaxtında şəhadətnamə almamasını üzrlü hal kimi qəbul etmişdir. Eyni zamanda, məhkəmə kollegiyası İddiaçı məhkəmə qaydasında Paşayev Əlövsət Paşa oğlunun onun atası olması, özünün isə Paşayev Əlövsət Paşa oğlunun nəvəsi olması hüquqi faktlarını müəyyən etdirməsi, mübahisəli miras əmlakın (fərdi yaşayış evinin) mərhum atası Paşayev Əlövsət Paşa oğlunun mülkiyyəti olması barədə DƏDRXnin 12 saylı Ərazi İdarəsindən xx xxxxxx 2019-cu il tarixli, reyestr nömrəsi 4***-*******2- 10301, qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış alması kimi gördüyü işlər iddiaçının faktiki qəbul etdiyi miras daşınmaz əmlakı öz adına rəsmiləşdirmək üçün də səylər göstərməsinə dəlalət edir. Məhkəmə araşdırılmasında təqdim edilmiş sənədlərdən, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X16 izahatlarından, həmçinin şahid ifadələrindən göründüyü kimi, müstəqil tələb irəli sürən üçüncü şəxs X24 X28 Əlövsət oğlundan qalmış mirasa faktiki olaraq sahiblik etməmiş, mirasa yiyələnməmiş, ümumiyyətlə atasının dəfn və yas mərasimlərində iştirak etməmiş, təqdim etdiyi şahidin ifadəsindən onun atasının vəfatından bir neçə il keçdikdən sonra həmin evə qayıdıb gəlməsi müəyyən edilmiş, miras əmlakı faktiki surətdə idarə etməmiş, mərhum atasından qalmış mirasla son illərədək maraqlanmamış və orada yaşamamış (valideynlərinin sağlığı dövründən ailəsi ilə birlikdə Şəki şəhəri S.Rəhman küçəsi, 73/32 ünvanında yaşamış və bu ünvana qeydiyyatda olmuş), hal-hazırda da həmin evdə yaşamır, ümumiyyətlə mirası qəbul etməsini hər hansı bir şəkildə nümayiş etdirməmiş, nə də mirası qəbul etməsi üçün notariat kontoruna qanunla müəyyən edilmiş müddətdə müraciət etməmişdir. Bununla da müstəqil tələb irəli sürən üçüncü şəxs X24 öz atasından qalmış mübahisəli mirası faktiki qəbul etməmiş, digər tərəfdən də, miras şəriki olmaq üçün vərəsəlik şəhadətnaməsi almaqla bağlı qanunla müəyyən olunmuş müddəti üzrsüz səbəbdən ötürmüşdür. Məhkəmə araşdırmasında müstəqil tələb irəli sürən üçüncü şəxs X16 atasından qalmış mirası qəbul etməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpa edilməsi üçün üzrlü hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras vərəsəlik açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə kollegiyasının qənaətincə, işin şərh olunan faktiki halları və qanunvericiliyin müddəaları baxımından birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X16 mərhum ataları Paşayev Kamal Əlövsət oğlu xx xxx 1968-ci il tarixdə vəfat etmiş öz atası Paşayev Əlövsət Paşa oğlundan qalmış ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etmiş, həmçinin İddiaçı xx xxxxxx 1986-cı il tarixdə vəfat etmiş mərhum X28 Əlövsət oğlundan qalmış həmin (ünvan 13 ünvanında yerləşən) fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etmişdir. Məhkəmə bu hüquqi əhəmiyyətli faktları müəyyən olunmuş hesab etməkdə haqlı olmuşdur. Eyni zamanda, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X24 X28 Əlövsət oğlundan qalmış ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət mirası qəbul etməmişdir və ona münasibətdə həmin hüquqi əhəmiyyətli faktın baş verməsi təsdiqini tapmır. Belə olduğu halda üçüncü şəxs X16 iddiasının mübahisəli miras əmlakın ¼ hissəsinə payının tanınması tələbinə dair hissəsi də əsaslı deyildir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələri işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslıdır, həmin qətnamədən müstəqil tələb irəli sürən üçüncü şəxs X24 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə qəbuledilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs X24 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-499/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Müstəqil tələb irəli sürən üçüncü şəxs X24 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-499/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-152/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-152/2021
05.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver