Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1524/2021 08.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X10 iclas katibliyi ilə İddiaçı cavabdeh X14 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbulu üçün müddətin uzadılması tələbinə dair mülki işə baxan hakim X6 və ümumilikdə Balakən Rayon Məhkəməsində işə baxılmasına iddiaçı X11 tərəfindən verilmiş etiraza аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh X14 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06.09.2007-ci il tarixdə vəfat etmiş mərhum atası X1 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.10 hektar torpaq sahəsinə dair mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 07 iyun 2021-ci il tarixdə məhkəməyə mülki işə baxan hakim X6 və bütün məhkəmə tərkibinə etiraz vermişdir. Etiraz onunla əsаslаndırılmışdır ki o, Cavabdehnə, üçüncü şəxslər X2 və qeyrilərinə qarşı 06.09.2007-ci il tarixdə vəfat etmiş mərhum atası X1 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.10 hektar torpaq sahəsinə dair mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin uzadılması tələbinə dair iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin mülki iş Balakən Rayon Məhkəməsinin icraatında 2(019)-559/2021 saylı mülki iş olaraq qeydiyyata alınmışdır. Mülki işin məhkəmə baxışı iclası 11 iyun 2021-ci il tarixə saat 10:00-a təyin edilmişdir. O, hakim X5 sədrliyilə işə baxılmasına etiraz edir. Etirazını onunla əsaslandırır ki, iddiaçılar X3 və X4 cavabdehlər X7 və qeyrilərinə qarşı vərəsəlik şəhadətnaməsi və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin mülki iş Balakən Rayon Məhkəməsinin icraatında 2(019)-336/2021 saylı mülki iş olaraq qeydiyyata alınmışdır. Həmin işin həlli Balakən Rayon Məhkəməsinin icraatında olan hazırki 2(019)-559/2021 saylı mülki işin həllindən asılı olduğundan Balakən Rayon Məhkəməsinin icraatında 2(019)-559/2021 saylı mülki iş baxılıb həll edilənədək icraatda olan 2(019)-336/2021 saylı mülki işin icraatının dayandırılması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Lakin onlar onun həmin ərizəsini nəzərə almadan əsassız olaraq işə baxıb qətnamə qəbul etmişlər. Buna görə də onda belə bir şübhə vardır ki, hakim bilavasitə işin nəticəsində maraqlıdırlar və işə obyektiv və qərəzsiz baxmayacaqdır. Ona görə də işə onun sədrliyilə və ümumiyyətlə Balakən Rayon Məhkəməsində işə baxılmasına etiraz edir və etiraz məsələsinin həll edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli 2 (019)-559/2021 nömrəli qərardadı ilə İddiaçı Balakən Rayon Məhkəməsinin hakimi X6 və ümumən Balakən Rayon Məhkəməsinə verdiyi etiraz baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya tərəflərin iştirakı olmadan etiraza baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 19.2.3-cü maddəsinə görə, o, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa, hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər. 22.5-ci maddəsinə görə, əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. 21.3-cü maddəsinə əsasən, məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübüt etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. 182.2-ci maddəsinə əsasən etiraz əsaslı olmalı və yazılı formada verilməlidir. Etiraz etməyin səbəbləri prosesin hazırlıq mərhələsində deyil, müstəqil olaraq məhkəmə iclasında göstərilir. Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2.-ci bəndinə əsasən hakimə (məhkəmə tərkibinə) etirazlara baxıldıqda etirazın əsasları, habelə etiraz edən şəxsin marağı diqqətlə araşdırılmalı, qanuna uyğun olmayan etirazlar təmin edilməməlidir. Həmin Qərarın 5.3.-cü bəndinə əsasən bütün məhkəmə tərkibinə etiraz edildikdə, hər bir hakimə münasibətdə, etirazın əsasları konkret göstərilməlidir. Qeyd olunan Qərarın 5.4.-cü bəndinə əsasən etirazda konkret əsaslar olmadıqda, o, işə baxan hakim (məhkəmə tərkibi) tərəfindən müşavirə otağında qərardad (qərar) qəbul etməklə baxılmamış saxlanılır. Həmin Qərarın 6-cı bəndinin tələblərinə görə hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə ərizələrə onların verilməsindən dərhal sonra baxılmalı və müvafiq qərar qəbul edilməlidir. Etirazın əsasları məhkəmə iclas protokolunda öz əksini tapmalıdır Həmin qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, mülki və cinayət məhkəmə icraatında hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması və yaxud hakimin öz-özünə etiraz etməsi nəinki obyektiv, qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır, həmçinin proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırır. Hazırki iş üzrə etirazın dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, ədalətli məhkəmə aktının qəbul edilməsinə yönəlmiş heç bir şübhə mövcud deyildir. Belə ki, Balakən Rayon Məhkəməsinin işə baxan hakiminin bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olması, həmçinin onun obyektivliyi və qərəzsizliyi barədə hər hansı əsaslı şübhə müəyyən olunmur. Əvvəla ona görə ki, hakimə (məhkəmə tərkibinə) edilən etirazlara baxıldıqda etirazın əsasları, habelə etiraz edən şəxsin marağı diqqətlə araşdırılmalı, qanuna uyğun olmayan etirazlar təmin edilməməlidir. Əsaslar olduqda hakimin öz-özünə etiraz etməsi onun vəzifəsidir. Hüquqi əsaslar olduqda ona etiraz edilib-edilməməsindən asılı olmayaraq hakim öz-özünə etiraz etməyə borcludur. Bütün məhkəmə tərkibinə etiraz edildikdə hər bir hakimə münasibətdə etirazın əsasları konkret göstərilməlidir. Etirazda konkret əsaslar olmadıqda o, işə baxan hakim (məhkəmə tərkibi) tərəfindən müşavirə otağında qərardad(qərar) qəbul etməklə baxılmamış saxlanılır. Etiraz təmin edilərkən işin başqa məhkəməyə verilməsi o halda mümkün hesab edilməlidir ki, işə həmin məhkəmədə baxılması obyektiv səbəblərdən mümkün olmasın. Məhkəmə kollegiyası qeyd edir ki, hakim onun qərəzsizliyinə əsaslı şübhə yarada biləcək hallar olduqda özünü icraatında olan işin baxılmasından kənarlaşdırmalıdır. Hakim qərəzsiz olmaqla yanaşı, məhkəmə icraatına hər hansı şəxs tərəfindən müdaxilə edilməsinə yol verməməlidir. Mülki Prosessual Məcəlləsinin 22.6-cı maddəsinə görə, etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 18-23, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh X14 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbulu üçün müddətin uzadılması tələbinə dair mülki işə baxan hakim X6 və ümumilikdə Balakən Rayon Məhkəməsində işə baxılmasına iddiaçı X11 tərəfindən verilmiş etiraz təmin edilməsin və mülki iş baxılması üçün Balakən Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1524/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1524/2021
08.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver