Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1525/2021 14.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X46, iddiaçılar İddiaçı1 və İddiaçı2 (vəkil sonuncu prosesdə iştirak etmir) iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1yevna, Zaqatala 2 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(019)-336/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1yevna tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1yevna, Zaqatala 2 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Zaqatala rayon 2 saylı Notariat Kontoru tərəfindən Cavabdeh1yevnaya verilmiş 04.10.2013-cü il tarixli, 2V-268 nömrəli vərəsəlik şəhadətnaməsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 22.10.2013-cü il tarixli, RX ******* nömrəli Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Balakən Rayon Məhkəməsinin (hakim Z.Tahirov) 07 may 2021-ci il tarixli, 2(019)-336/2021 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Zaqatala rayon 2 saylı Notariat Kontoru tərəfindən Cavabdeh1yevnaya verilmiş 04.10.2013-cü il tarixli, 2V-268 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 22.10.2013-cü il tarixli, RX ******* nömrəli Çıxarışın ləğv edilməsi, cavabdehlər Cavabdeh1yevna, Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsindən 10 manat ödənilmiş dövlət rüsumunun alınaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1yevna apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, ərizəçi Cavabdeh1yevna ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, atası mərhum X11 məxsus olmuş əmlakdakı miras payının qəbulu üçün müddətin uzadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli, 2(019)-510/2013 nömrəli qətnaməsi ilə ərizəsi təmin edilərək, miras əmlakın qəbulu müddətinin uzadılması qərara alınmışdır. Həmin qətnamədən onlar- maraqlarına toxunan şəxslər İddiaçı1, X7 və İddiaçı2 apellyasiya şikayəti verərək, Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli, 2(019)-510/2013 nömrəli qətnaməsinin ləğv edilərək, ərizənin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Onlar atalarından miras qalmış ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evini miras əmlak kimi qəbul edib, ona sahiblik etmişlər və indi də həmin evdən istifadə edirlər. X33 20.10.1993-cü ildə vəfat etmişdir. X6 4 mart 1994-cü ildə vəfat etmişdir. X1 1999-cu ildən Rusiya Federasiyasına getmiş və 2007-ci ildə orada da ölmüşdür. Ən kiçik qardaşları olan Muhuma 1988ci ildə rəsmi nikaha daixl olmuş, 1991-ci ildə isə rəsmən boşanmış və həmin nikahdan xx.xx.1989cu il təvəllüdlü qız övladı Cavabdeh1yevna dünyaya gəlmişdir. Cavabdeh1yevna heç bir vaxt onlarla yaşamamış və miras əmlaka heç bir bağlılığı da olmamışdır. X19 miras qalmış ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi onlar, yəni İddiaçı1 Əbdülqadir qızı, X17, X12, İddiaçı2 və X8 tərəfindən fatiki qəbul edilmişdir. Qardaşları Muhuma ailə münasibətləri pozulduqdan sonra Rusiya Federasiyasına getmişdir. 2005-ci ildə atalarından qalan evi bacılar təmir etdirmişlər (Züleyxa və Ayşa). Evin əsaslı təmirinə 10- 15 min manata qədər pul xərcləmiş, təmir işlərinə isə bacısının əri Abdullayev Şamil rəhbərlik etmişdir. Hazırda həmin ev yenə də onların sahibliyindədir və tərəflərındən idarə olunur, evə baxmaq üçün qohumlarını yerləşdirmişlər. Qardaşı Muhuma öldükdən sonra ondan qalan miras torpaq sahəsinə də onlar faktiki idarəçiliyi həyata keçimişlər. İşin bütün bu halları Balakən rayonunda yaşayan və onları tanıyan hamıya bəllidir. Həmin ərazidə yaşayan bütün qonşuları işin bütün faktiki hallarını təsdiq edə bilərlər. Hesab edirlər ki, hazırki işdə Cavabdeh1yevnanın vərəsə kimi mirasın qəbulu müddətinin uzadılmasının üzürlü hesab edilməsi qanunauyğun olmamışdır. Cavabdeh1yevna heç bir vaxt onlara məxsus, yəni miras mülkdə yaşamamış və onu faktiki olaraq qəbul etməmişdir. Lakin işin qeyd edilən faktiki hallarının mövcudluğuna baxmayaraq, Şəki Apelyyasiya Məhkəməsi apellyasiya şikayətinə 11.12.2019-cu il tarixdə baxaraq, əsassız olaraq apellyasiya şikayətini təmin etməmişdir. Həmin qətnamədən narazı qaldıqlarından tərəflərindən kassasiya şikayəti verilmişdir. Ali Məhkəmənin 03.07.2020-ci il tarixli qərarı ilə Şəki Apellasiya Məhkəməsinin 11.12. 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsində iş obyektiv araşdırılmış və məhkəmə tərəfindən işin həqiqi halları düzgün müəyyən edilərək, iş üzrə ədalətli və qanuni qətnamə qəbul edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Balakən Rayon Məhkəməsinin qanunsuz və ədalətsiz olan 02 sentyabr 2013-cü il tarixli qətnaməsi ləğv edilmiş, ərizəçi Cavabdeh1yevnanın mirasın qəbulu müddətinin uzadılmasına dair ərizəsi isə baxılmamış saxlanılmışdır. Məhkəmənin diqqətinə çatdırılır ki, məhz həmin məhkəmə qətnaməsi ilə cavabdeh Zaqatala rayon 2 saylı Notariat Kontoruna müraciət edərək, miras əmlaka dair 04.102013-cü il tarixli, 2V- 268 nömrəli vərəsəlik şəhadətnaməsi almış, bundan sonra isə həmin vərəsəlik şəhadətnaməsi əsasında ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin 0.10 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən 22.10.2013-cü il tarixli, RX ******* nömrəli çıxarış almışdır. Həmin məhkəmə qətnaməsi ləğv edildiyindən həmin Vərəsəlik Şəhadətnaməsi və Torpağa Mülkiyyət hüququnun qeydə alınmasına dair Çıxarış da ləvğ edilməlidir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədən tam narazıdır. Balakən rayon məhkəməsi qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş, sübutları tam araşdırmamış və nəticədə işin həqiqi hallarına uyğun olmayan, qeyri-obyektiv və qərəzli qətnamə qəbul etmişdir. Ona görə də Balakən Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(019)- 336/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh hər dəfə müxtəlif xarakterli şikayətlər verməklə işin həllini süni şəkildə uzatmağa çalışır. Hesab edir ki, apellyasiya şikayəti tam əsassızdır. Ona görə də şikayətin təmin olunmamasını məhkəmədən xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh İddiaçı2 da apellyasiya şikayətinə etiraz edərək sonda birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh və digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(019)- 336/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: Şəki Apellyasiya Məhkəməsinin Müki Kollegiyasının 10.11.2020-ci il tarixli, 2(107)- 1707/2020 nömrəli qərardadından görünür ki, həmin qərardadla maraqlarına toxunan şəxslər İddiaçı1, X7 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli, 2(019)-510/2013 nömrəli qətnaməsi ləğv edilmiş, ərizəçi X25 maraqlı şəxs Balakən rayon Dövlət Notariat Kontoruna qarşı mirasın qəbulu üçün müddətin üzadılması tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. JN-1301 A KOD 40101004 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 2004-cü il tarixli, 02 nömrəli qərarı ilə X9 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Zaqatala rayon 2 saylı Notariat Kontoru tərəfindən 04 oktyabr 2013-cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 06 sentyabr 2007-ci ildə vəfat etmiş X10 vərəsəsi Balakən rayonu Gərəkli kəndində yaşayan Cavabdeh1yevnadır və o, mərhuma məxsus hər bir miras əmlakdan bərabər hissələrdə irs almalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 22.10.2013-cü il tarixdə verilmiş RX seriyalı, ******* №-li Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanında 0.10 ha torpaq sahəsi Cavabdeh1yevnanın adına daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 67 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 22.10.2013-cü il tarixdə verilmiş AA seriyalı, 000483 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 3 ünvanında yerləşən 0.10 ha torpaq sahəsi Cavabdeh1yevanının xüsusi mülkiyyətindədir. Balakən şəhər İƏD üzrə nümayəndəsi tərəfindən 28 mart 2014-cü il tarixdə verilmiş 1323 nömrəli arayışdan görünür ki, X4 vəfat etdiyi 1993-cü il tarixdə Balakən şəhəri, R.Cirinqov küçəsi, ev 3-də daimi qeydiyyatda olmuş, mərhumun aşağıda qeyd edilən vərəsələri olmuşdur;-yoldaşı-X39, oğlu-X21, gəlini-X40, nəvələri-X47, X3 Ömər Umaxan oğlu, qızı X12, nəvələri-X31, X48, X55, qızı X26, qızı X13, oğlu X22, gəlini X23, nəvəsi- Cavabdeh1 və qızı X14. Rusiya Federasiyası Krasnodar vilayəti, Krasnodar şəhəri VVAQ şöbəsi tərəfindən 18 sentyabr 2007-ci il tarixdə verilmiş İİ-AQ seriyalı, 884528 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X24 06 sentyabr 2007-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DƏDRX-nin Zaqatala rayon şöbəsi tərəfindən verilmiş 26 oktyabr 2007-ci il tarixli, 663 nömrəli arayışdan görünür ki, X2 adına Balakən şəhəri 1 may küçəsində yerləşən 3 nömrəli fərdi yaşayış evi DƏDRX-nin Zaqatala Rayon Ərazi idarəsində 1 nömrəli Reyestr kitabının 174-cü səhifəsində inventar uçotuna alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən İddiaçı1 ünvanlanmış 27 iyun 2019-cu il tarixli, **********22 nömrəli məktubdan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında’’ Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Həmin Qanunun 5.1.1-ci maddəsində qeyd olunur ki, qanunda nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanlarına, bələdiyyələrə və digər şəxslərə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları əsaslandırılmış yazılı sorğular əsasında verilir. Qeyd olunan Qanunun 5.5-ci maddəsinə əsasən dövlət reyestrindəki məlumatlardan hüquq sahibinin qanuni mənafelərinə ziyan vuracaq üsul və formalarda İstifadə edilməsi Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” 31 iyul 2009-cu il tarixli, 4 nömrəli qərarına əsasən daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi üçün xidmət haqqı nəzərdə tutulmuşdur. Odur ki, qeyd olunan məlumatların əldə edilməsi üçün mərhum X2 əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququnun olması barədə notariat qaydada təsdiq edilmiş bildirişi, şəxsiyyətini təsdiq edən sənədi və nəzərdə tutulmuş xidmət haqqının idarənin bank hesabına ödənilməsi barədə sənədi ərizəyə əlavə edərək, 18 saylı Zaqatala Ərazi İdarəsinin Balakən rayon şöbəsinə yenidən müraciət etdiyi təqdirdə dövlət reyestrindən məlumatların verilməsi məsələsinə baxıla bilər. Balakən Bələdiyyəsi tərəfindən verilmiş 23.09.2019-cu il tarixli, 218 nömrəli arayışdan görünür ki, Balakən şəhəri Cirinqov küçəsi ev 3-də əmlak və torpaq vergiləri 2016-cı ildən 2020-ci ilə qədər İddiaçı1 tərəfindən ödənilmişdir. Balakən Bələdiyyəsi tərəfindən verilmiş 11.05.2016-cı il tarixli, 92 nömrəli arayışdan görünür ki, Balakən şəhəri, Cirinqov küçəsi ev 3-də yerləşən mərhum atasına məxsus evin və torpağın, bütün kommunal xərcləri 2003-cü ildən X4 qızları İddiaçı1 Abğdulqədir qızı və X15 tərəfindən ödənilmişdir. Balakən Bələdiyyəsi tərəfindən 14.10.2014-cü il tarixdə verilmiş 350 nömrəli arayışdan görünür ki, mərhum X5 adına Balakən şəhəri (köhnə 1 May), indiki R.Cirinqov küçəsində 0.12. ha həyətyanı torpaq sahəsi vardır. Balakən Bələdiyyəsi tərəfindən verilmiş 23.09.2019-cu il tarixli, 217 nömrəli arayışdan görünür ki, Balakən şəhəri, Cirinqov küçəsi ev 3-də əmlak və torpaq vergiləri 2007-ci ildən 2012-ci ilə qədər X55 tərəfindən ödənilmişdir. Balakən şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 14.08.2019-cu il tarixli, 2334 nömrəli arayışdan görünür ki, mərhum X4 vəfat etdiyi 20.10.1993-cü il tarixdə Balakən şəhəri, R.Cirinqov küçəsi, ev 3-də daimi qeydiyyatda olmuşdur, mərhumun aşağıda qeyd edilən vərəsələri olmuşdur; oğlu X21, qızı X26, qızı İddiaçı1, oğlu X18, qızı X12 və qızı X7. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli əmlakla bağlı ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi də vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli, 2(019)-510/2013 nömrəli qətnaməsi ilə Cavabdeh1yevnanın mərhum X11 məxsus olmuş əmlakda miras payının qəbulu üçün müddətin uzadılması barədə ərizəsi təmin edilmişdir. Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli, 2(019)-510/2013 nömrəli qətnaməsi əsasında Zaqatala rayon 2 saylı Notariat Kontoru tərəfindən Cavabdeh1yevnaya 06 sentyabr 2007-ci ildə vəfat etmiş X10 vərəsəsi kimi onun miras əmlakından irs alması barədə 04 oktyabr 2013-cü il tarixli, 2V-268 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 22.10.2013-cü il tarixdə verilmiş RX seriyalı, ******* №li Çıxarışla ünvan 3 ünvanında 0.10 ha torpaq sahəsi Cavabdeh1yevnanın adına daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 67 nömrəli vərəqində qeydiyyata alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Müki Kollegiyasının 10.11.2020-ci il tarixli, 2(107)-1707/2020 nömrəli qərardadı ilə maraqlarına toxunan şəxslər İddiaçı1, X7 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli, 2(019)-510/2013 nömrəli qətnaməsi ləğv edilmiş, ərizəçi Cavabdeh1yevnanın maraqlı şəxs Balakən rayon Dövlət Notariat Kontoruna qarşı mirasın qəbulu üçün müddətin üzadılması tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. Göründüyü kimi Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli, 2(019)-510/2013 nömrəli qətnaməsi ləğv edildiyindən Zaqatala rayon 2 saylı Notariat Kontoru tərəfindən Cavabdeh1yevnaya 04.10.2013-cü il tarixli, 2V-268 nömrəli vərəsəlik şəhadətnaməsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən 22.10.2013-cü il tarixli, RX ******* nömrəli Çıxarışın verilməsi üçün hüquqi əsaslar da aradan qalxmışdır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin normanın təhlilindən göründüyü kimi, şəxslər məhkəmə müdafiəsindən istifadə etmək hüququna bu şərtlə malikdirlər ki, onların hüquq və azadlıqlarının, eləcə də maraqlarının qorunması qanunla nəzərdə tutulmuş olsun. Beləliklə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1yevna tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(019)-336/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1525/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1525/2021
14.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver