Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1531/2021 05.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin 17 may 2021-cu il tarixli, 2(075)-677//2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evə mirasın onun tərəfindən vərəsə kimi qəbulu ilə bağlı ötürülmüş müddətin bərpa edilməsi və mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının razılığı ilə X1, X2 və X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər. Şəki Rayon Məhkəməsinin 17 may 2021-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Şəki şəhəri, C.Hüseynov (keçmiş S.Vurğun) küçəsi, ev 35 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mirasın qəbul edilməsi hüquqi faktının müəyyən edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qətnamədən аpelyаsiyа şikаyəti verərək, birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv оlunmаsını və iddiаnın təmin оlunmаsı barədə qətnamə qəbul edilməsini xаhiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 İddiaçı ilə barışdıqları üçün məhkəmə kollegiyasına ərizə göndərərək, apellyasiya şikayətindən imtina etdiyini bildirmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilməli və iş üzrə apellyasiya icraatına cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 münasibətdə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 369, 384.0.4 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Ərizə təmin edilsin. Şəki Rayon Məhkəməsinin 17 may 2021-cu il tarixli, 2(075)-677//2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qızına münasibətdə xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1531/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1531/2021
05.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver