Məhkəmə qərarları › İş №2(107)-1531/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1531/2022

21.12.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1531/2022 21.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “kredit müqaviləsinin əhəmiyyətsizliyinin tanınması, ipoteka müqaviləsinin etibarsız sayılması, icra qeydinin və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi, keçirilmiş hərracın etibarsız sayılması və nəticələrinin ləğv edilməsi” tələbinə dair ilk, Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı “kredit borcun və çəkilmiş xərcin ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(051)-808/2022 nömrəli qətnaməsindən Cavabdeh etibarnamə üzrə nümayəndəsi, həmçinin vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 qızı Cavabdeh qarşı “Asan xidmət” mərkəzində notariat ofisində bağlanmış 3M22 №-li 31 yanvar 2017-ci il tarixli kredit müqaviləsinin əhəmiyyətsizliyinin tanınması, 3M-23 №-li 31 yanvar 2017-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka qeydinin ləğv edilməsi, icra qeydinin ləğv edilməsi, əmlakın hərracda satılmasına dair xx.xx.2021-ci il tarixdə keçirilmiş hərracın və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair ilk iddia ilə, Cavabdeh İddiaçı2 qarşı kredit borcun və çəkilmiş xərclərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişlər. Mingəçevir Şəhər Məhkəməsinin (hakim M.Kərimova) 7 oktyabr 2022-ci il tarixli, 2(051)- 808/2022 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin olunmuş, ipoeka predmeti olan Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzilinə dair "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş hərrac, hərracı yekunları üzrə əmlakın alqısatqısı barədə xx.xx.2021-ci il tarixli müqavilə etibarsız sayılması, ilk iddia qalan hissədə təmin olunmaması, qarşılıqlı iddia təmin olunmaması qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 7 oktyabr 2022-ci il tarixli, 2(051)-808/2022 nömrəli qətnaməsindən Cavabdeh etibarnamə üzrə nümayəndəsi, həmçinin vəkili Vəkil2n tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası tərəflər iştirakı olmadan prosesin keçirilməsini mümkün hesab etmişdir. Qeyd olunan mülki iş Şəki Apellyasiya Məhkəməsinin icraatında olan zaman birinci instansiya məhkəməsi tərəfindən işin geri qaytarılması barədə məktub daxil olmuşdur. Həmin məktubda Mingəçevir Şəhər Məhkəməsinin 7 oktyabr 2022-ci il tarixli, 2(051)- 808/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair ərizəsinə baxılması üçün zərurət olduğuna görə Şəki Apellyasiya Məhkəməsinə göndərilmiş 2(051)-808/2022 nömrəli mülki işin Mingəçevir Şəhər Məhkəməsinə qaytarılmasını xahiş edilmişdir. Məhkəmə kollegiyası sənədləri əlaqəli şəkildə araşdıraraq belə hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin 7 oktyabr 2022-ci il tarixli, 2(051)-808/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair ərizəsinə baxılması üçün mülki iş Mingəçevir Şəhər Məhkəməsinə göndərilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 364-cü mаddəsinə əsаsən, birinci instаnsiyа məhkəməsi аpellyаsiyа şikаyətinin bu Məcəllənin 361-ci mаddəsinin tələblərinə uyğunluğunu yоxlаyır. Bu Məcəllənin 361-ci mаddəsinin tələblərinə cаvаb verən аpellyаsiyа şikаyəti оnа əlаvə оlunmuş sənədlərlə və işlə birlikdə аpellyаsiyа şikаyətinin verilmə müddəti bitdikdən sоnrа 7 gün müddətində аpellyаsiyа instаnsiyаsı məhkəməsinə göndərilir. Yuxarıda sadalanan qanunvericiliyin tələbinə görə apellyasiya şikayəti işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Şikayətin baxılmağa qəbul edilməsi və yaxud geri qaytarılması məsələləri də məhz həmin məhkəmədə həll edilir. Göründüyü kimi, аpellyаsiyа şikаyətinin prоsessuаl tələblərə uyğunluğu birinci instаnsiyа məhkəməsi tərəfindən yоxlаnılmаlı və şikаyətin göstərilən tələblərə uyğunluğu müəyyən edildikdə iş аpelyаsiyа instаnsiyаsı məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(107)-1531/2022 nömrəli qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(051)-808/2022 nömrəli qətnaməsindən Cavabdeh etibarnamə üzrə nümayəndəsi, həmçinin vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmaqla Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunu müəyyən etmək üçün birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; . kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 408.1.4, 408.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərаrааldı: Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(107)-1531/2022 nömrəli qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(051)-808/2022 nömrəli qətnaməsindən Cavabdeh etibarnamə üzrə nümayəndəsi, həmçinin vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarmaqla, Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunu müəyyən etmək üçün birinci instansiyası məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar