Məhkəmə qərarları › İş №2(107)-1534/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1534/2020

20.07.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1534/2020 20.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibаrət tərkibdə, x3 оğlunun katibliyi ilə, İddaçı İddiaçı Cavabdehnə qarşı “akta əsasən hesablanmış 270 manat cərimənin və yeni qaz sayğacına görə odənilmiş 93 manatın silinməsi” tələbinə dair ilk, Cavabdeh” x1 Sadiq Kərim oğluna qarşı “cavabdehdən evində istifadə olunmuş təbii qaza görə yaranmış 289 manat borc məbləğinin, qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 270 manat, ödənilmiş 30 manat dövlət rüsumunun, 40 qəpik xidmət haqqının, ümumilikdə 589.40 manat pul məbləğinin tutularaq Cavabdeh İB-in hesabına ödənilməsi” tələbinə dair qarşılıqlı iddia üzrə Göyçay Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli 2(046)- 342/2020 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi Ömərov Ramil Şaiq oğlu tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ağsu x4 idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş akta əsasən ona hesablanmış 270 manat cərimənin və yeni qaz sayğacına görə ödənilmiş 93 manatın silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İB cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq cavabdehdən evində istifadə olunmuş təbii qaza görə yaranmış 289 manat borc məbləğinin, qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 270 manat, ödənilmiş 30 manat dövlət rüsumunun, 40 qəpik xidmət haqqının, ümumilikdə 589.40 manat pul məbləğinin tutularaq Cavabdeh İB-in hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) 20 may 2020-ci il tarixli 2(046)-342/2020 nömrəli qətnaməsi ilə ilki iddia tələbi təmin edilərək, İddiaçı abonent koduna hesablanmış 270 manat məbləğində borc və yeni quraşdırılmış sayğaca görə 93 manat məbləğində pulun silinməsi, qarşılıqlı iddianın isə qismən təmin edilərək, İddiaçı qazdan istifadəyə görə 289 manat məbləğində pulun alınaraq Cavabdeh İB-nin hesabına ödənilməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir. Göyçay Rayon 20 may 2020-ci il tarixli 2(046)-342/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən apelyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu Göyçay Rayon Məhkəməsi tərəfindən çıxarılmış 20 may 2020-ci il tarixli qətnamədən xeyli əvvəlki tarixə, yəni 14 aprel 2020-ci il tarixdə ödənilmişdir. Habelə dövlət rüsumunun ödənilməsi barədə qəbz əsli olmamaqla kserosurətdir və qəbzdə müvafiq bank orqanının möhürü yoxdur. Bu isə öz növbəsində həmin ödəniş qəbzinin etibarlı olmağına şübhə doğurur. Ona görə də Göyçay Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli 2(046)-342/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması 20 iyul 2020-ci ilə təyin edilmiş, Cavabdehnə həmin vaxta kimi apelyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun qəbzinin etibarlı (həqiqi) olmasını təsdiq edən sübutlarıməhkəməyə təqdim etmələri təklif edilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və apelyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun qəbzinin etibarlı (həqiqi) olmasını təsdiq edən sübutlarını məhkəmə kollegiyasına təqdim etməmişdir. MPM-nin 185.1-cimaddəsində göstərilirki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə kollegiyası nümayəndənin iştirakı olmadan apelyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qeyrimümkün hesab edilərək mülki işlə birlikdə birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən, dövlət rüsumu - dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinə əsasən, dövlət rüsumları milli valyutada nağd, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə və köçürmə yolu ilə dövlət büdcəsinə ödənilir. Dövlət rüsumunun dövlət büdcəsinə nağd şəkildə ödənilməsi barədə ödəyiciyə müəyyən edilmiş formada bank və ya poçt qəbzinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi verilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə görə, iddia tələbi 500 manatdan çox olduqda iddia ərizələrinə görə ödənilən rüsumun məbləği 30 manat müəyyən edilmişdir. Həmin Qanunun 8.4-cü və 8.4.1-ci maddələrinə görə, apelyasiya və kassasiya şikayətlərindən birinci instansiya məhkəməsinə müraciət edilərkən həmin qanununun 8.1ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50% məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə əsasən, apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdirsa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edildikdə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Lakin birinci instansiya məhkəməsi prosessual qanunun qeyd olunan tələbini pozaraq, apelyasiya şikayətini geri qaytarmaq əvəzinə, həmin şikayətə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərmişdir. Beləliklə, məhkəmə kоllegiyаsı hesаb edir ki, Göyçay Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli 2(046)-342/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə аpelyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə аpelyаsiyа qeyri-mümkün hesаb edilməlidir. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 361, 363, 366 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı qərаrа аldı: Göyçay Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli 2(046)-342/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə аpelyаsiyа qeyrimümkün hesаb edilsin. Qərаrdаd, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar