Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1538/2020 08.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı və onun nümayəndəsi Nümayəndə, Cavabdehlər - Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə Şəki Rаyon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(075)-345/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Şəki Rаyon Məhkəməsinin (hakim Elçin Mehdiyev) xx xxx 2020-ci il tarixli, 2(075)- 345/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X18, Şəki Regional “Asan Xidmət” X6, Cavabdeh2 və Cavabdeh1 qarşı ünvan 1 ünvanında yerləşən əmlakın tərkibinə aid 0,06 hektar torpaq sahəsinin hədiyyə verilməsinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış və Şəki Rayon Notariat Kontorunda təsdiq edilmiş xx xxxx 2011-ci il tarixli, 4Ə-2/456 reyestr qeydiyyat nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh2 adına verilmiş MA seriyalı, ******* nömrəli, xx xxxx 2011ci il tarixli, RX seriyalı, ******* nömrəli, xx xxxx 2018-ci il tarixli çıxarışların və **********07- 10301 reyestr nömrəli, 14338 invertar nömrəli, xx xxxx 2018-ci il tarixli texniki pasportun, daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh1 ilə X4 adına verilmiş MA seriyalı, ******* nömrəli, xx xxxx 2011ci il tarixli çıxarışın və **********08-10301 reyestr nömrəli, 11949 invertar nömrəli, xx xxxx 2011-ci il tarixli texniki pasportun ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmiş, İddiaçı iddiası ilə bağlı ödədiyi 10 manat dövlət rüsumu xərcinin özünə aid edilməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X18, Şəki Regional “Asan Xidmət” X6, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 12 saylı X20 tərəfindən Cavabdeh2 adına verilmiş RX seriyalı, ******* nömrəli, 2018-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddianın dəyişdirilməsi barədə ərizə verərək, ünvan 1 ünvanında yerləşən əmlakın tərkibinə aid 0,06 hektar torpaq sahəsinin hədiyyə verilməsinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış və Şəki Rayon Notariat Kontorunda təsdiq edilmiş xx xxxx 2011-ci il tarixli, 4Ə-2/456 reyestr qeydiyyat nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh2 adına verilmiş MA seriyalı, ******* nömrəli, xx xxxx 2011-ci il tarixli, RX seriyalı, ******* nömrəli, xx xxxx 2018-ci il tarixli çıxarışların və **********07-10301 reyestr nömrəli, 14338 invertar nömrəli, xx xxxx 2018-ci il tarixli texniki pasportun, daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh1 ilə X4 adına verilmiş MA seriyalı, ******* nömrəli, xx xxxx 2011-ci il tarixli çıxarışın və **********08-10301 reyestr nömrəli, 11949 invertar nömrəli, xx xxxx 2011-ci il tarixli texniki pasportun ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianın dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini belə əsaslandırmışdır ki, o, doğulduğu tarixdən, yəni 1965-ci ildən bu günədək Şəki şəhəri, X16 küçəsi, 308 ünvanında yerləşən evdə yaşayır və həmin evdə pasport qeydiyyatındadır. Həmin ev artıq 54 ildir ki, onun daimi yaşayış yeridir. Həmin əmlak, yəni fərdi yaşayış evi və ona aid 0.37 ha torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ əsasında, yəni mülkiyyət hüququ üzərində hər birinə 1/2 hissə pay olmaqla iş üzrə cavabdeh olan anası Cavabdeh1 və X4 adına rəsmiləşdirilmişdir. Bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Ümumi əmlak üzərindəki hüquqda anası olan iş üzrə Cavabdeh1 aid 1/2 pay əvvəllər, yəni xx.xx.2007-ci ilə qədər mərhum atası Abid Rəhimova məxsus olmuşdur. Sözügedən əmlak valideynlərinin birgə nikahı dövründə deyil, ondan 25-30-il öncə əldə edilmişdir. Belə ki, 1949-cu ildə tərtib edilmiş ev dəftərindən aydın görünür ki, həmin evdə hələ 1940-cı illərdən pasport qeydiyyatında olan şəxslər olmuşdur. Onlardan biri də mərhum atası Abid Rəhimovdur. Anası Rəhimova (Laşkeviç) Nina Nikolayevna isə 1960-cı ildə, yəni atası ilə nikahları bağlandığı dövrdə mübahisə predmeti olan evə qeydiyyata alınmışdır. O, 1996-cı ildə rəsmi qaydada ailə həyatı qurmuşdur. Nikah bağlandıqdan sonra həyat yoldaşı və birgə nikahdan nikahdan dünyaya gəlmiş övladları onunla birgə Şəki şəhəri, X16 küçəsi, 308 ünvanında yaşayır və orada pasport qeydiyyatındadırlar. Onun və ailə üzvlərinin sözügedən əmlaka münasibətdə istifadə hüquqları yaranmışdır. xx xxxx 2011-ci il tarixli bağışlama müqaviləsindən bəlli olur ki, Cavabdeh1 Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 308 ünvanında yerləşən əmlakın tərkibinə aid 0.06 hektar torpaq sahəsini 2011-ci ildə Cavabdeh2 bağışlamışdır. Bunun əsasında xx xxxx 2011-ci il tarixdə dövlət reyesrtindən Cavabdeh2 adına çıxarış verilmişdir. Daha sonra həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi ilə birgə, vahid əmlak kimi xx xxxx 2018-ci ildə dövlət reyestrində Cavabdeh2 adına çıxarış verilmişdir. 2011-ci il tarixli bağışlama müqaviləsi və onun əsasında Cavabdeh2 verilmiş xx xxxx 2011-ci il tarixli çıxarış ona məhkəməyə müraciət etdikdən sonra məlum olmuşdur. Göründüyü kimi Cavabdeh1 Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 308 ünvanında yerləşən, ümumi paylı mülkiyyət hüququ rejimi altında olan əmlakın tərkibinə aid 0,06 ha torpaq sahəsini bağışlama yolu ilə özgəninkiləşdirərkən, həmin ünvanda qeydiyyatda olan şəxslərin-ailə üzvlərinin razılığını almamışdır. Bağışlama müqaviləsi bağlanarkən müqavilə tərəfləri notariat orqanını özgəninkiləşdirilən əmlakda qeydiyyatda olan şəxslər barədə məlumatlandırmaq əvəzinə, notariusa yalnız Cavabdeh2, yəni hədiyyə alanın yaşayış yerinə və ailə tərkibinə dair arayış təqdim etmişlər. Beləliklə onun rəsmi razılığı olmadan bağışlama müqaviləsibağlanmaqla qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh1 özünə məxsus payın müəyyən hissəsini bağışlamış, daha sonra bağışlanmış hissə digər paylı mülkiyyətçi olan Məryəm Salehovanın razılığı olmadan fiziki cəhətdən bölünmüş, ümumi əmlakdan naturada ayrılmış və bu yolla həmin hissə üzərində ümumi paylı mülkiyyət hüququna xitam verilməklə Cavabdeh2 xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Onlar ailədə 2 bacı və 1 qardaş olmuşlar. Atası 2013-cü ildə vəfat etdikdən sonra ailə üzvləri arasında mübahisələri yaranmışdır. Mübahisənin mahiyyəti atalarından qalmış torpaq sahəsindən bacısı olan iş üzrə Cavabdeh2 torpaq sahəsinin verilməsi ilə bağlı idi. O, özü də Cavabdeh2 torpaq sahəsi verilməsinə razılaşmışdır. Belə ki, o, atasından qalmış torpaq sahəsinin bir hissəsini sataraq Cavabdeh2 ev almağı təklif etmişdir. Mübahisəli torpaq sahəsi Cavabdeh2 bağışlanılmasından xəbəri olsa da, onun razılığı alınmamışdır. Həmçinin, aralarındakı razılığa əsasən qalan torpaq sahəsi də onun adına rəsmiləşdirilməli idi. Bununla da cavabdehlər tərəfindən həm qanunvericiliyin tələbləri, həm də onların hüquqları pozulmuşdur. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianı müdafiə edir və hesab edir ki, iddia əsaslıdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddaçı İddiaçı nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, onun atası vaxtıilə mübahisə predmeti olan torpaq sahəsinin bir hissəsinin alınması üçün onlara maddi köməklik göstərmişdir. Cavabdeh2 əvvəllər mübahisə predmeti olan torpaq sahəsində ev tikmək istəmişdir. Buna görə də Cavabdeh2 həmin ərazidən 0,03 hektar torpaq sahəsinin verilməsinə razılaşmışlar. Lakin, sonradan Cavabdeh2 0,06 hektar torpaq sahəsinin bağışlanmasından xəbərdar olmuşlar. Cavabdeh2 torpaq sahəsi verilərkən Cavabdeh1 qalan torpaq sahəsinin də İddiaçı adına rəsmiləşdiriləcəyinə söz vermiş, lakin verdiyi sözə əməl etməmişdir. Hətta, Cavabdeh1 digər qızı Tamellaya da ev almışdır. Buna görə də İddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, İddiaçı iddiası əsaslıdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 izahatında göstərdi ki, İddiaçı əvvəllər Rusiya Federasiyasında işləməklə kifayət qədər pul qazanmışdır. Bu yaxınlarda İddiaçı bağ, bir inək və bir dana satmışdır. İddiaçı satdığı inək onun inəyi olmuşdur. İddiaçı bu yaxınlarda onu itələyərək yerə yıxmış və həmin zamanı ayağı zədələnmişdir. Həmçinin, İddiaçı onun həyətindəki Göyrüş ağaclarını da kəsmişdir. Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 308 saylı fərdi yaşayış evinin 1/2 hissəsi onun mülkiyyətindədir. O, mülkiyyətində olan, Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 308 saylı evin 1/2 hissəsinin həyətində yerləşən 18,6 hektar torpaq sahəsinin 0,06 hektarına X8 bağışlamış, bununla bağlı onlar arasında Şəki rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən xx xxxx 2011-ci il tarixdə təsdiq edilmiş bağışlama müqaviləsi bağlanmışdır. Bundan sonra həmin torpaq sahəsinin 0,06 hektarı X7 adına sənədləşdirilmiş və X10 həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişdir. Həmin bağışlama müqaviləsi bağlanarkən qanunverivciliyin tələbləri pozulmamışdır. Hesab edir ki, İddiaçının iddiası əsassızdır və iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh X10 izahatında göstərdi ki, onun anası öz mülkiyyətində olan, Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 308 saylı evin 1/2 hissəsinin həyətində yerləşən 18,6 hektar torpaq sahəsinin 0,06 hektarını ona bağışlamış, bununla bağlı onlar arasında Şəki rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən xx xxxx 2011-ci il tarixdə təsdiq edilmiş bağışlama müqaviləsi bağlanmışdır. Bundan sonra həmin torpaq sahəsinin 0,06 hektarı onun adına sənədləşdirilmiş və o, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişdir. Artıq həmin torpaq sahəsi və üzərində inşa etdirdiyi tikili ilə bağlı adına texniki pasport işlənilmiş və çıxarış verilmişdir Həmin bağışlama müqaviləsi bağlanarkən qanunverivciliyin tələbləri pozulmamışdır. Hesab edir ki, İddiaçının iddiası əsassızdır və iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə cavabdehlərAzərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X17 və Şəki Regional “Asan Xidmət” X5 nümayəndəsinin iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən İddiaçı Apelyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instаnsiyа məhkəməsinin qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, o, doğulduğu tarixdən, yəni 1965-ci ildən bu günədək Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 308 ünvanda yerləşən evdə yaşayır və orada qeydiyyatdadır. Sözügedən ev artıq 54 ildir ki, onun daimi yaşayış yeridir. Həmin fərdi yaşayış evi və ona aid 0,37 ha torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ əsasında, yəni mülkiyyət hüququ üzərində hər birinə ½ pay olmaqla Cavabdeh1 və X4 adına rəsmiləşdirilmiş və buna dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli, xx.xx.2007-ci il tarixli çıxarış verilmişdir. Bildirir ki, ümumi əmlak üzərindəki hüquqda anası Cavabdeh1 aid ½ pay əvvəllər, yəni xx.xx.2007-ci ilə qədər mərhum atası Abid Rəhimova məxsus olmuşdur. Sözügedən əmlak valideynlərinin birgə nikahı dövründə yox, ondan 25-30 il öncə əldə edilmişdir. Bu faktı təsdiq edən bir çox sənədlər var. Belə ki, 1949-cu ildə tərtib edilmiş ev dəftərindən aydın görünür ki, həmin evdə hələ 1940-cı illərdən pasport qeydiyyatında olan şəxslər olmuşdur. Onlardan biri də mərhum atası Abid Rəhimovdur. Anası Rəhimova (Laşkeviç) Nina Nikolayevna isə 1960-cı ildə, yəni atası ilə nikahları bağlandığı dövrdə mübahisə predmeti olan evə qeydiyyata alınmışdır. Bir sözlə, mübahisə predmeti olan əmlak üzərində valideynlərinin birgə mülkiyyət hüququ olmamışdır və atasının vəfatından sonra miras əmlak digər vərəsələrin razılığı ilə anasının adına rəsmiləşdirilmişdir. O, ailə qurduqdan həyat yoldaşı və uşaqları da həmin ünvanında yaşayır və orada pasport qeydiyyatındadırlar. İş materialına əlavə olunmuş xx xxxx 2011-ci il tarixli 4ə-2/456 reyestr qeydiyyat nömrəli bağışlama müqaviləsindən bəlli olur ki, Cavabdeh1 Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 308 ünvanında yerləşən, ümumi paylı mülkiyyət hüququ rejimi altında olan əmlakın tərkibinə aid 0.06 ha torpaq sahəsini 2011-ci ildə Cavabdeh2 bağışlamışdır. Bunun əsasında, xx xxxx 2011-ci il tarixdə həmin torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və dövlət reyesrtindən onun adına MA seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Daha sonra, həmin torpaq sahəsi, onun üzərində inşa edilmiş fərdi yaşayış evi ilə birgə, vahid əmlak kimi xx xxxx 2018-ci ildə dövlət reyestrində Cavabdeh2 mülkiyyəti kimi qeydiyyata alınmış və buna dair RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Bildirir ki, 2011-ci il tarixli bağışlama müqaviləsi və onun əsasında Cavabdeh2 verilmiş xx xxxx 2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli çıxarış, o cümlədən Cavabdeh1 ilə X4 adına verilmiş MA seriyalı, ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarış və **********08 - 10301 reyestr nömrəli, 11949 inventar nömrəli, xx.xx.2011-ci il tarixli texniki pasport hazırkı işin gedişində məhkəmə sorğusu ilə alınmış sənədlərlə tanışlıqdan sonra ona məlum olmuşdur. Məhz, bu səbəbdən o, iddia tələbində müvafiq dəqiqləşdirmələr aparmışdır. Göründüyü kimi, Cavabdeh1 Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 308 ünvanında yerləşən, ümumi paylı mülkiyyət hüququ rejimi altında olan əmlakın tərkibinə aid 0.06 ha (600 kv.metr) torpaq sahəsini bağışlama yolu ilə özgəninkiləşdirərkən, həmin ünvanda qeydiyyatda olan şəxslərin - ailə üzvlərinin razılığını almamışdır. Məhkəmə sorğusu ilə notariat orqanından alınmış və iş materialına əlavə edilmiş sənədlərin təhlili onu deməyə əsas verir ki, bağışlama müqaviləsi bağlanarkən müqavilə tərəfləri notariat orqanını özgəninkiləşdirilən əmlakda qeydiyyatda olan şəxslər barədə məlumatlandırmaq əvəzinə, notariusa yalnız Cavabdeh2, yəni hədiyyə alanın yaşayış yerinə və ailə tərkibinə dair arayış təqdim etmiş və bununla da "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında" Təlimatın tələblərindən yan keçməyə müvəffəq olmuşlar. Ona görə də, Şəki Rаyon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-345/2020 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Nümayəndə apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Şəki Rаyon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-345/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Şəki Rаyon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-345/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər cavabdehlərAzərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X17 və Şəki Regional “Asan Xidmət” X5 nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Şəki Rаyon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-345/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Şəki 2 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx xxxxxx 2007-ci il tarixli, qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamədən görünür ki, xx xxxxxx 1963-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi X1 şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki 0,3828 hektar torpaq sahəsində yerləşən dörd otaqlı, yaşayış sahəsi 75,1 kvadrat metr, köməkçi sahəsi 144,47 kvadrat metr, ümumi sahəsi 189,57 kvadrat metr olan 308 saylı fərdi yaşayış evindən 1/2 hissədə pay almalıdır. İş materiallarına əlavə edilmiş Şəki 2 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx xxxxxx 2007-ci il tarixli, qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamədən görünür ki, xx xxxxxx 1963-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi Cavabdeh1 Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki 0,3828 hektar torpaq sahəsində yerləşən dörd otaqlı, yaşayış sahəsi 75,1 kvadrat metr, köməkçi sahəsi 144,47 kvadrat metr, ümumi sahəsi 189,57 kvadrat metr olan 308 saylı fərdi yaşayış evindən 1/2 hissədə pay almalıdır. İş materiallarına əlavə edilmiş DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxxxx 2007-ci il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində mülkiyyətində olan 0,37 hektar torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 75,1 kvadrat metr yaşayış, 17,3 kvadrat metr qeyri-yaşayış, 144,5 kvadrat metr köməkçi sahədən ibarət 308 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Cavabdeh1 1/2 hissə, X4 1/2 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 166 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən xx xxxx 2011-ci il tarixdə verilmiş MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində 0,31 hektar torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 75,1 kvadrat metr, köməkçi sahəsi 144,47 kvadrat metr, ümumi sahəsi 189,57 kvadrat metrdən ibarət 308 saylı fərdi yaşayış evinin 1/2 hissə və 0,185 hektar torpaq sahəsi ilə birgə X4, 1/2 hissə və 0,125 hektar torpaq sahəsi ilə birgə Cavabdeh1 adlarına daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 94 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh1 ilə X10 arasında bağlanmış və Şəki rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən xx xxxx 2011-ci il tarixdə təsdiq edilmiş bağışlama müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan, Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 308 saylı evin 1/2 hissəsinin həyətində yerləşən 18,5 hektar torpaq sahəsinin 0,06 hektarını X8 bağışlamışdır. İş materiallarına əlavə edilmiş DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən xx xxxx 2011-ci il tarixdə verilmiş MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində 0,06 hektar torpaq sahəsi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində qeydiyyata alınmışdır İş materiallarına əlavə edilmiş DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən xx xxxx 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 0,06 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 84,3 kvadrat metr sahəsi olan 1596 nömrəli fərdi yaşayış evi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 67 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş fərdi yaşayış evinə dair invertar nömrəsi 11949 olan texniki pasportdan görünür ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində 308 ünvanında yerləşən fərdi yaşayış evinin planı (texniki göstəriciləri) işlənilib hazırlanmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki 0,3828 hektar torpaq sahəsində yerləşən dörd otaqlı, yaşayış sahəsi 75,1 kvadrat metr, köməkçi sahəsi 144,47 kvadrat metr, ümumi sahəsi 189,57 kvadrat metr olan 308 saylı fərdi yaşayış evi X3 adına olmuşdur. Şəki 2 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx xxxxxx 2007-ci il tarixli, qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamələr əsasında vərəsələr Cavabdeh1 və X1 şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki 0,3828 hektar torpaq sahəsində yerləşən dörd otaqlı, yaşayış sahəsi 75,1 kvadrat metr, köməkçi sahəsi 144,47 kvadrat metr, ümumi sahəsi 189,57 kvadrat metr olan 308 saylı fərdi yaşayış evindən hər biri 1/2 hissədə pay almışlar. Bundan sonra DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən xx xxxx 2007-ci il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli çıxarışa əsasən Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində mülkiyyətində olan 0,37 hektar torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 75,1 kvadrat metr yaşayış, 17,3 kvadrat metr qeyri-yaşayış, 144,5 kvadrat metr köməkçi sahədən ibarət 308 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Cavabdeh1 1/2 hissə, X4 1/2 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin, DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən xx xxxx 2011-ci il tarixdə verilmiş MA seriyalı, ******* nömrəli çıxarışa əsasən Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində 0,31 hektar torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 75,1 kvadrat metr, köməkçi sahəsi 144,47 kvadrat metr, ümumi sahəsi 189,57 kvadrat metrdən ibarət 308 saylı fərdi yaşayış evinin 1/2 hissə və 0,185 hektar torpaq sahəsi ilə birgə X4, 1/2 hissə və 0,125 hektar torpaq sahəsi ilə birgə Cavabdeh1 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh1 mülkiyyətində olan, Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 308 saylı evin 1/2 hissəsinin həyətində yerləşən 18,5 hektar torpaq sahəsinin 0,06 hektarını cavabdeh X8 bağışlamış və bununla bağlı Cavabdeh1 ilə Cavabdeh2 arasında Şəki rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən xx xxxx 2011-ci il tarixdə təsdiq edilmiş bağışlama müqaviləsi bağlanmışdır. Bundan sonra Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində 0,06 hektar torpaq sahəsi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bununla bağlı DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən xx xxxx 2011-ci il tarixdə MA seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Həmçinin, X10 həmin torpaq sahəsində 84,3 kvadrat metr sahəsi olan olan fərdi yaşayış evi inşa etmişdir. Bundan sonra sahəsi Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 0,06 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 84,3 kvadrat metr sahəsi olan 1596 nömrəli fərdi yaşayış evi X7 adına daşınmaz əmlakın dövlət reyestrində 67 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmış, bununla bağlı sahəsi DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən xx xxxx 2018-ci il tarixdə RX seriyalı, ******* nömrəli çıxarış verilmiş, qeyd edilən torpaq sahəsi və evlə bağlı X7 adına **********07-10301 reyestr nömrəli, 14338 invertar nömrəli, xx xxxx 2018-ci il tarixli texniki pasport işlənilmişdir. Hazırda İddiaçı qeyd edilən bağışlama müqaviləsi bağlanılarkən onun və həmin ünvanda qeydiyyatda olan digər ailə üzvlərinin razılıqlarının alınmadığını əsas göstərərək ünvan 1 ünvanında yerləşən əmlakın tərkibinə aid 0,06 hektar torpaq sahəsinin hədiyyə verilməsinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış və Şəki Rayon Notariat Kontorunda təsdiq edilmiş xx xxxx 2011-ci il tarixli, 4Ə-2/456 reyestr qeydiyyat nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh2 adına verilmiş MA seriyalı, ******* nömrəli, 01iyul 2011-ci il tarixli, RX seriyalı, ******* nömrəli, xx xxxx 2018-ci il tarixli çıxarışların və **********07-10301 reyestr nömrəli, 14338 invertar nömrəli, xx xxxx 2018-ci il tarixli texniki pasportun, daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh1 ilə X4 adına verilmiş MA seriyalı, ******* nömrəli, xx xxxx 2011ci il tarixli çıxarışın və **********08-10301 reyestr nömrəli, 11949 invertar nömrəli, xx xxxx 2011-ci il tarixli texniki pasportun ləğv edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 isə iddianı qəbul etməmiş, digər cavabdehlər ƏMDK yanında DƏDRX-nin 12 saylı X20 və Şəki rayonu 2 saylı Notariat Kontoru birinci instansiya məhkəməsində təmsil olunmamış və iddiaya qarşı hər hansı bir münasibət bildirməmişlər. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbləri təmin edilməmiş, həmin qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "İnsan hüquqları Bəyannaməsi”-nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. X14 Məhkəməsi "Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən X14 Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-in 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri də bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Mülki Məcəllənin 397.2-ci maddəsinə əsasən müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Göründüyü kimi, qanunverici bağışlama müqaviləsini yalnız hədiyyə alanın hədiyyəni qəbul etdiyi andan bağlanmış sayır. Qeyd edilən normaların məzmunundan da göründüyü kimi, bağışlama müqaviləsi nəticəsində hədiyyə alan əvəzsiz olaraq zənginləşsə də, o, həmin zənginləşmə sayəsində bağışlayana (hədiyyə verənə) heç bir cavab xidməti vermək öhdəliyi daşımır. «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun 40-cı maddəsinə əsasən notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər hərəkətin aparılması qanuna zidd olduqda; hərəkəti başqa notarius və ya digər vəzifəli şəxs aparmalı olduqda; hərəkətin aparılması barədə fəaliyyət qabiliyyəti olmayan şəxs və ya lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etdikdə; hüquqi şəxsin adından bağlanan əqd onun nizamnamə və ya əsasnaməsində göstərilən məqsədlərə zidd olduqda; qanunun tələblərinə uyğun olmayan əqd bağlandıqda; notariat hərəkətinin aparılması üçün təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olduqda və ya həmin sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar olduqda; əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda, notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər. Göründüyü kimi nə mülki qanunvericilikdə, nə də «Notariat haqqında» Azərbaycan Respublikası Qanununda evdə qeydiyyatda olan digər şəxslərin razılığı olmadan evin bağışlanılması barədə əqdin təsdiq edilməsinin qeyri-mümkünlüyünə dair hər hansı müddəa öz əksini tapmışdır. Birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi qətnamədə göstərmişdir ki, İddiaçı iddia tələbinin əsaslı olduğuna istinad etdiyi hal kimi qeyd edilən bağışlama müqaviləsi bağlanılarkən onun və həmin ünvanda qeydiyyatda olan digər ailə üzvlərinin razılıqlarının alınmadığını bildirsə də, məhkəmə araşdırması nəticəsində aydın oldu ki, Cavabdeh1 öz mülkiyyətində olan torpaq sahəsini Cavabdeh2 bağışlayarkən öz konstitusion hüquqlarından istifadə etmişdir. Çünki, Cavabdeh1 mülkiyyətində olan ev və torpaq sahəsi ilə bağlı həmin evdə yaşayan və ya qeydiyyatda olan şəxslərin, o cümlədən iddiaçının və onun ailə üzvlərinin razılıqları olmadan bağışlama müqaviləsinin rəsmiləşdirilməsi hüququ vardır. Buna görə də iddiaçı Cavabdeh1 qanunla qorunan mülkiyyət hüquqları əsas götürülərək, qeyd edilən bağışlama müqaviləsi notariat orqanı tərəfindən təsdiq edilmişdir. Qeyd edilən bağışlama müqaviləsi əsasında da Cavabdeh2 adına çıxarış və texniki pasportlar verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə işin hallarına uyğun lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız sayır. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli, Şəki Rаyon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-345/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Rаyon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-345/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1538/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1538/2020
08.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver