Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1548/2020 11.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Məmmədov Fərhad Möhübbət oğlu və Cavabdeh nümayəndəsi X13 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “xx xxxx 1999-cu il tarixdə vəfat etmiş mərhum atası X4 qalmış Şəki şəhəri, Elşad Yəhyayev küçəsi, 22 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi faktının təsdiq edilməsi” tələbinə dair iddiası üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(075)-1513/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibatı binasında binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(075)-1513/2019 saylı qətnaməsi ilə (hakim Cahid İmanov) iddia təmin edilmiş, İddiaçı xx xxxx 1999-cu il tarixdə vəfat etmiş mərhum atası X4 qalmış Şəki şəhəri, Elşad Yəhyayev küçəsi, 22 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi hüquqi faktının müəyyən edilməsi, iddiaçının dövlətə ödədiyi rüsum xərcinin özünə aid edilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən cаvаbdeh Cavabdeh apelyаsiyа şikаyəti vermişdir. Şəki Аpelyаsiyа Məhkəməsinin Mülki kоllegiyаsının xx xxxxxx 2020-ci il tarixli 2(107)-339/2020 nömrəli qətnaməsinə əsаsən, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(075)- 1513/2019 saylı qətnаməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı miras əmlakın qəbul edilməsi faktının təsdiq edilməsi tələbinə dair iddiası təmin edilməməsi qərara almışdır. İddiaçı həmin qətnamədən kаssаsiyа şikаyəti vermişdir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti baxılması üçün xx xxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə Şəki Аpelyаsiyа Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(107)-339/2020 saylı qətnaməsi ləğv edilmiş və təkrar baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə qaytarılmışdır. İşin hаllаrı : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 1999cu il tarixdə vəfat etmiş mərhum atası X4 qalmış Şəki şəhəri, Elşad Yəhyayev küçəsi, 22 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi (vəkili) X25 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş, RX seriyalı, ******* nöməli çıxarışa əsasən Şəki şəhəri, Elşad Yəhyayev küçəsi, 22 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0326 ha torpaq sahəsi iddiaçının atası X4 miras qalmışdır. İddiaçının atasından miras qalmış fərdi yaşayış evi birmərtəbəli, iki yaşayış otağından ibarət olmaqla ümumi sahəsi 42.8 kv/metrdir. Həmin əmlak Şəki şəhəri, Elşad Yəhyayev küçəsi, 22 ünvanında yerləşən fərdi yaşayış evidir və həmin ev 0.0326 ha torpaq sahəsi üzərində yerləşir. Qeyd edilən mirasın vərəsələri iddiaçı, X14, Cavabdeh və iddiaçının digər bacısı X19 qizi olsalar da, həmin evdə atasının, anasının ölümündən sonra yalnız iddiaçı yaşamış və miras qalmış əmlaka faktiki sahiblik edərək həmin əmlakı idarə etməyə başlamışdır. Belə ki, iddiaçı qeyd edilən miras əmlakda yaşamış, 1999-cu ildə atası vəfat etmiş, ona yas vermişdir. Həmçinin anası vəfat etdikdən 3-4 il sonra həyat yoldaşı ilə birlikdə qeyd edilən miras əmlakda 2016-cı ilədək yaşamışdır. Belə ki, cavabdeh bacısı Cavabdeh uzun müddət kirayələrdə qaldığından onu öz yanına gətirərək həmin miras evində yaşamasına icazə vermişdir. 2016-cı ildə xəstə olduğundan və bacısı Cavabdeh ilə münasibətləri uyğun gəlmədiyindən Şəki rayonunun Kiçik Dəhnə kəndinə gedərək orada ərdə olan qızının yanında yaşamağa başlamış, lakin arada-bir olaraq miras əmlaka gedib gəlmişdir. İddiaçının məhkəməyə müraciət etməyinin əsası, böyüyüb boya başa çatdığı, rəhmətlik atası X8 və anası X3 miras qalmış əmlaka faktiki sahiblik və idarə etməyə başlamağına baxmayaraq 25 ildən artıq olar ki, ata evini tərk edərək ərdə olan və ər evində yaşamış bacısı Cavabdeh anası vəfat edəndən xeyli sonra övladı Günay ilə birlikdə evinə gələrək miras evini, əmlakını hər gün dağıtmaları, ən öncəsi isə miras qalmış evə daxil olmağına hər cür maneə yaradıb iddiaçını münaqişəyə cəlb etməklə polisə və dövlət orqanlarına əsassız şikayət verməklə başına olmayan işlər gətirməsidir. İddiaçının vərəsə olaraq yaşadığını miras qalmış evinə daxil ola bilmədiyi və bacısı olan Cavabdeh tərəfindən hüquqları əlindən aldığı üçün iddiaçı, ata yurdunda evi olan və iddiaçının evinin qonşuluğunda yaşayan qardaşı X14 və digər bacısı X19 qizi ilə dəfələrlə danışıb cavabdeh olan bacısı olanlara son qoymasını istəsə də, cavabdeh onlara məhəl qoymamış və bu gün də öz bildiyini etməkdədir. İddiaçı dəfələrlə miras evi zəbt etmiş bacısından onu qorumaq və atadan qalmış evinə yerləşmək üçün yaxınlarının və ya sahə müvəkkilinin yardımı ilə evinə daxil olsa da, cavabdeh və qızı tərəfindən ciddi hədə-qorxuya məruz qalaraq, təhqir olunaraq, həmin zorun və hədənin acı talehini yaşamışdır. Bundan sonra da iddiaçı, bu qanunsuzluqların aradan qaldırılması ilə bağlı dövlət orqanlarından kömək istəmişdir. Ancaq Cavabdeh və qızının özbaşına hərəkətləri qurtarmayaraq davam etdirilməkdədir. Digər qorxulu hal isə odur ki, miras əmlakı dağıdılır. Göründüyü kimi 25 ildən artıq ərdə olan iddiaçının cavabdeh bacısı vərəsə olduğunu iddia edərək hazırki hərəkəti ilə hüquqlarından qanuna zidd olaraq istifadə etdiyindən, iddiaçının miras evə mülkiyyət hüquqları hər gün qarış-qarış əlindən aldığına baxmayaraq iddiaçı, bacısı olduğu üçün fasiləsiz yaşadığı, miras qalmış və faktiki olaraq qəbul etdiyi 2 otaqlı mənzilə köçmüş Cavabdeh evdən çıxarılmasını belə istəməmişdir. Ancaq cavabdeh atalalarından qalma bütün miras əmlaklara sahiblik etmək istəyir. Bu səbəbdən də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə cаvаbdeh Cavabdeh iştirakı olmadan baxılmışdır İş materiallarına əlavə edilmiş xx xxxxx 2018-ci il tarixdə verilmiş arayışdan görünür ki, X1 şəhərində xx.xx.2011-ci ildə ürək-qan-damarı çatışmazlığı səbəbindən ölmüşdür. İş materiallarına əlavə edilmiş xx xxxxx 2018-ci il tarixdə verilmiş arayışdan görünür ki, X2 şəhərində xx xxxx 1999-cu ildə ürək-qan-damarı çatışmazlığı səbəbindən ölmüşdür. İş materiallarına əlavə edilmiş xx xxx 2018-ci il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Şəki şəhərində anadan olmuşdur. Atası X8, anası isə X5r. İş materiallarına əlavə edilmiş xx xxxxx 2018-ci il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, ******* nömrəli çıxarışın dublikatından görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayı evi X6 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş “Dağdibi” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx xxx 2018-ci il tarixli vərəsəliyə dair arayışdan görünür ki, Şəki şəhəri, E.Yəhyayev küçəsi, 22 saylı evdə yaşamış X10 xx xxxx 1999-cu il tarixdə vəfat etmiş və İddiaçı, X14, Cavabdeh və X11 ailə üzvləri qalmışdır. İş materiallarına əlavə edilmiş “Dağdibi” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Anası X7 ilə birlikdə həmin ünvanda yaşamışdır. Ananın ölümündən sonra o, həmin ünvanda yaşamış, faktiki olaraq ailə təsərrüfatını bir müddət idarə etsə də, sonra ailə münaqişəsi zəmnində həmin ünvanı tərk etmişdir. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. Аpelyаsiyа şikаyətinin dəlilləri : Cavabdeh аpelyаsiyа şikаyəti verərək bildirmişdir ki, Şəki Rayon Məhkəməsi iş üzrə toplanmış sübutları prosessual tələblərə uyğun qaydada araşdırmamış, qiymətləndirməmiş, işin nəticəsinə təsir edən və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, mülki məhkəmə icraatının prosessual qanunvericiliklə müəyyən edilmiş vəzifələrinə riayət etməməklə iş üzrə səhv nəticəyə gəlmiş, düzgün olmayan qətnamə çıxarmışdır. İddiaçı ünvan 4 ünvanında yerləşən miras əmlakı qəbul etdiyinə dair istinad etdiyi məqamlar hazırkı mübahisə ilə bağlı reallığı özündə əks etdirən təkzib olunmaz faktlarla qətiyyən uzlaşmır. Əbəs yerə deyil ki, iddiaçı miras əmlakı qəbul etdiyinə dair yürütdüyü əsassız mülahizələrini təkzib edən konkret sənədlər, faktlar barədə məhkəməni heç məlumatlandırmamış və bu yolla işin faktiki halları barədə yanlış təəssürat yaratmağa çalışmışdır. İddiaçı notarial qaydada təsdiq olunmuş xx xxxxxx 2017-ci il tarixli ərizəsində mübahisə predmeti olan miras əmlakı qəbul etmədiyini, vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində olmadığını və mirası qəbul etmək mövzusunda gələcəkdə məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. Mirası qəbul etməmək, öz hüquqi təbiətinə görə həmin mirasdan imtina etməyə bərabər tutulur. Təəssüflər olsun ki, üzrlü səbəbdən birinci instansiya məhkəməsində iştirak edə bilməmişdir. Həmin dövrdə qız övladının qəflətən vəfat etməsi onu ağır mənəvi sarsıntıya məruz qoymuşdur və bu səbəbdən məhkəmə proseslərindən xəbəri olmamışdır. Əgər iştirak etmiş olsaydı, təbii ki, iş üçün ciddi əhəmiyyət kəsb edən və iddiaçı tərəfindən gizlədilən faktları məhkəməyə təqdim edərdi. Hesab edir ki, birinci instansiya məhkəməsində yalnız onun iştirak etməməsi deyil, o cümlədən, məhkəmənin prosessual tələblərə laqeyd yanaşması da iddiaçıya öz əsassız mövqeyinə haqq qazandırmağa əlverişli şərait yaratmışdır. Belə ki, mübahisənin məğzi miras əmlakın vərəsə tərəfindən qəbul edilib-edilmədiyini müəyyən etməkdən ibarət olmağına baxmayaraq, məhkəmə işin həlli üçün ciddi əhəmiyyət kəsb edən mühüm məqamı diqqət dairəsindən kənarda qoymuş, sözügedən miras əmlaka dair müvafiq notariat reyestrində işin nəticəsinə təsir edə biləcək hər hansı məlumatın olub-olmadığını aşkar etmək üçün heç bir tədbir görməmişdir. Bu isə iddiaçının sübutedici material qismində məhkəməyə təqdim etdiyi məlumatların məhkəmə tərəfindən lazımi səviyyədə araşdırılmamasından xəbər verir. Məhkəmənin sübut olaraq istinad etdiyi və qətnamədə göstərdiyi sənədlərin məcmusundan aydın olur ki, iddiaçı məhkəməyə miras əmlakın vərəsəlik qaydasında qəbulu ilə bağlı notariat kontoruna müraciət edib-etmədiyinə dair heç bir sənəd təqdim etməmişdir. Qanunvericilikdən bizə yaxşı məlumdur ki, vərəsəlik işinin açılması, mirasın qəbulu məsələlərinin həlli ilk növbədə notariusun səlahiyyətlərinə aid olan işdir. Lakin, İddiaçının mirasın qəbulu faktını rəsmiləşdirmək üçün nəyə görə notariat kontoruna deyil, birbaşa məhkəməyə müraciət etməsi və bunun iş üzrə həqiqətə yol açan səbəbləri məhkəməni heç düşündürməmişdir ki, bu da araşdırma prosesinin işin reallıqlarına doğru dərinləşməsini mümkünsüz etmişdir. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli, 2(075)-1513/2019 saylı qətnaməsini tamamilə ləğv edərək iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi X22 apelyasiya şikayətinin məzmumuna uyğun izahat verərək, şikayətin təmin edilməsini və Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli, 2(075)-1513/2019 saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı İddiaçı nümayəndəsi (vəkili) Məmmədov Fərhad Möhübbət oğlu apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(075)- 1513/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələlər : Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpelyаsiyа şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəlir ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni Cavabdeh münаsibətdə düzgün həll etmişdir. Birinci instansiya məhkəməsin araşdırması nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş, RX seriyalı, ******* nöməli çıxarışa əsasən Şəki şəhəri, Elşad Yəhyayev küçəsi, 22 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0326 ha torpaq sahəsi iddiaçının atası X4 miras qalmışdır. İddiaçının atasından miras qalmış fərdi yaşayış evi birmərtəbəli, iki yaşayış otağından ibarət olmaqla ümumi sahəsi 42.8 kv/metrdir. Həmin Şəki şəhəri, Elşad Yəhyayev küçəsi, 22 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0326 ha torpaq sahəsi üzrə vərəsələri iddiaçı, X14, Cavabdeh və iddiaçının digər bacısı X19 qizi olsalar da, həmin evdə atasının, anasının ölümündən sonra iddiaçı yaşamış və miras qalmış əmlaka faktiki sahiblik edərək həmin əmlakı idarə etməyə başlamışdır. Atası və anası vəfat etdikdən 3-4 il sonra iddiaçı bacısı Cavabdeh kirayədə yaşadığı üçün mübahisə predmeti olan evə gətirmiş, iddiaçı özü isə qızı Əfsanə ilə birlikdə Şəki rayonu Kiçik Dəhnə kəndində yaşamağa başlamışdır. Hal-hazırda cavabdeh iddiaçını qeyd edilən mənzilə buraxmır. Buna görə də İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxx 1999-cu il tarixdə vəfat etmiş mərhum atası X4 qalmış Şəki şəhəri, Elşad Yəhyayev küçəsi, 22 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi faktının təsdiq edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, İddiaçı mirası faktiki olaraq qəbul etməsi nəzərə alınmalı, onun tərəfindən xx xxxx 1999-cu il tarixdə vəfat etmiş mərhum atası X4 qalmış Şəki şəhəri, Elşad Yəhyayev küçəsi, 22 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi hüquqi faktı müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən 2000-ci ilin sentyabr ayının 1dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (1965-ci il redaksiyası) 528, 552-ci, hal hazırda qüvvədə olan Mülki Məcəllənin 1151, 1243.1, 1243.2-ci maddələrini tətbiq etmişdir. 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (1965-ci il redaksiyası) 528-ci maddəsinə əsasən, vərəsəliyin açılması vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1269-cu maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)-3250/2020 saylı qərarındakı mövqeyindən çıxış edərək göstərir ki, iddiaçı qanun üzrə birinci növbə vərəsə olduğuna, digər vərəsələrdən heç birinin mirası qəbul etmədiyinə, yalnız onun əmlaka faktiki sahiblik etməklə mirası qəbul etdiyinə istinad edərək xx xxxx 1999-cu il tarixdə vəfat etmiş mərhum atasından qalmış miras əmlakın qəbul edilməsi faktının təsdiq edilməsi tələbini irəli sürmüşdür. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət iki aya qədər uzadılır. Göründüyü kimi, vərəsənin miras əmlak üzərində hüquqlarının yaranması üçün vərəsə ilk növbədə mirası qanunla müəyyən edilmiş müddətdə və qaydada qəbul etməlidir. Bununla bərabər, vərəsənin miras əmlakı qəbul etməsinin “yolverilən”liyi altı aylıq müddətlə məhdudlaşdırılmışdır ki, həmin müddət keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, iddiaçının miras əmlakı qəbul edibetmədiyini müəyyən etməli olduğu halda, iddiaçının notarial qaydada təsdiq edilmiş xx xxxxxx 2017-ci il tarixli ərizəsinə istinad edərək iddiaçının mirası qəbul etməkdən imtina etdiyi və bu ərizənin geri götürülməsinin mümkün olmadığı barədə nəticəyə gəlmək düzgün deyil. Əvvəla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.Həmin Məcəllənin 1269-cu maddəsinə əsasən, mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Sadalalan normaların məzmunundan göründüyü kimi, qanunvericilikdə müəyyən edilmiş müddət bitdikdən sonra mirasın qəbulundan imtina edilməsinə yol verilmir. Digər tərəfdən, cavabdeh apelyasiya şikayətində istinad etdiyi xx xxxxxx 2017-ci il tarixli ərizənin məzmunundan görünür ki, iddiaçı mərhum atasından qalmış miras əmlakın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddəti ötürdüyünü bildirərək mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. Göründüyü kimi, iddiaçı həmin ərizədə mirasdan imtina etdiyini deyil, mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddəti ötürdüyünü bildirmiş və bundan iki il sonra hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. O, həmin ərizədə miras əmlakdan kimin xeyrinə imtina etdiyini göstərməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırmışdır. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Ona görə də Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli,Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(075)-1513/2019nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxаrıdа göstərilənlərə əsаsən, məhkəmə kollegiyаsı Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 404-407-ci maddələrinin tələblərini rəhbər tutaraq qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(075)-1513/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Vəzirxan Məlikov Hаkimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1548/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1548/2020
11.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver