Məhkəmə qərarları › İş №2(107)-1550/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1550/2020

05.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1550/2020 05.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İlk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 ilk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Şəki Regional Cavabdeh1toriat ofisi, Xəlilova (X9 qarşı “mirasın qəbuletmə müddətinin bərpası” tələbinə dair iddia ərizəsi və ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X7 ilk iddia üzrə iddiaçılar qarşılıqlı idda üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “mirasın yalnız onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-343/2020 nömrəli qətnaməsindən iddiaçı X10 nümayəndəsi və vəkili X53 tərəfindən verilmiş apelyasiya şikayətinə, Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli qətnaməsi ilə (sədrlik edən hakim Cahid İmanov) ilkin iddianın təmin edilməsi, İddiaçı1 və İddiaçı2 xx xxxx 2016-cı il tarixdə vəfat etmiş ataları X4 miras qalmış Şəki şəhəri, 26-cı rayon, M.Quliyev küçəsi, 14 saylı fərdi yaşayış evinin vərəsə kimi qəbulu ilə bağlı ölürülmüş müddətin bərpa edilməsi, ilkin iddiaçıların iddianın qaldırılması ilə bağlı dövlətə ödədikləri 10.40 manat rüsum xərci onların özlərinə aid edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, X8 xx xxxx 2016-cı il tarixdə vəfat etmiş mərhum X3ndan miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qaldırılması ilə bağlı dövlətə ödənilmiş 10.40 manat rüsum xərcinin X8 özünə aid edilməsi qət edilmişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2cavabdehlərCavabdeh1, Xəlilova (Hacızəkəryəyeva) Sevinc Tacəddin qızı və X9qarşı iddiaərizəsiiləməhkəməyəmüraciətedərək, onların xx xxxx 2016-cı il tarixdə vəfat etmiş mərhum ataları X4 qalmış və faktiki olaraq qəbul etdikləri miras əmlak olan Şəki şəhəri, 26-cı rayon, M.Quliyev küçəsi, 14 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət mirasın qəbul edilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş müddəti gecikdirmə səbəbinin üzrlü sayılması və mirası qəbuletmə müddətinin bərpası barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx xxxxxx 2020-ci il tarixdə məhkəmənin icraatında daxil olmuşdur. xx xxx 2020-ci il tarixdə cavabdeh X7 (nümayəndəsi) vəkili X53 məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdimedərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Şəki Regional '‘Asan Xidmət" X46 və qeyrilərinə qarşı "xx xxxx 2016-cı il tarixdə vəfat etmiş mərhum ataları X4 qalmış və faktiki olaraq qəbul etdikləri miras əmlak olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət mirasın qəbul edilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş müddəti gecikdirmə səbəbinin üzürlü sayılması və mirasın qəbuletmə müddətinin uzadılması barədə" ilk iddiasının təmin edilməməsi, X11 Cavabdeh1 və qeyrilərinə qarşı "xx xxxx 2016-cı il tarixdə vəfat etmiş mərhum X3ndan miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yalnız X17 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X11 (nümayəndəsi) vəkili X45 qarşılıqlı iddia ərizəsi xx xxx 2020-ci il tarixdə Azərbaycan Respublikası MPM-nin 155-ci maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, ataları X19 oğlu xx xxxx 2016-cı il tarixdə vəfat etmişdir. Atalarınn vəfatından sonra onun vərəsələri kimi övladları o, İddiaçı2, X13 və X14 qalmışlar. Onlar sağlığında ataları X6 qulluğunda durmuşlar, atalarına baxmışlar və atalarının vəfatından sonra onun dəfn və bundan sonrakı yas mərasimlərində yaxından iştirak etmişlər, eyni zamanda atalarının baş daşını da inşa etdirmişlər. Ümumiyyətlə atalarının yas mərasimini özləri yola vermişlər. Həmçinin, atalarının vəfatından əvvəl ona qulluq edilməsi üçün baxıcı tutmuşlar. Çünki, atalarının son vaxtlarda qayğıya daha çox ehtiyacı olmuşdur. Beləliklə də, onlar atalarından qalmış miras əmlakı faktiki olaraq qəbul etmələrini nümayiş etdirmişlər. Lakin sağlığında ataları qardaşı Rəfayel tərəfindən onun iradəsi əleyhinə xx xxxxxx 2014-cü ildə Şəki rayon 2 saylı Dövlət Notariat Kontoruna aparılaraq mülkiyyətində olan Şəki şəhəri, M.Quliyev küçəsi, 14 ünvanında yerləşən fərdi yaşayış evini onun övladı Tacəddinli Murad Rəfael oğluna bağışlanması barədə müqavilə bağlamış və həmin müqavilə notariat qaydasında təsdiqlənmişdir. Bağışlama müqaviləsi bağlandıqdan bir müddət sonra, yəni 2015-ci ilin aprel ayında ataları, insult xəstəliyi keçirmiş və vəfat edənədək həmin xəstəlikdən əziyyət çəkmişdir. Ataları xəstələndikdən sonra evi bağışladığı nəvəsi Tacəddinli Murad Rəfael oğlu və onun ata-anasının atalarına qarşı münasibətləri tamamilə dəyişmişdir. Atalarının bu xəstə halında Tacəddinli Murad Rəfael oğlu və onun ata-anası ataları ilə çox kobud rəftar etməyə başlamış, atalarının xəstəliyi, səhhəti ilə maraqlanmamış, onu yeməksiz, hətta susuz qoyub Bakı şəhərinə getmişlər. Bundan sonra atasına iki ay müddətində bacıları Cavabdeh2 öz evində baxmışdır. Lakin, bacısı oğluna toy etdiyi üçün atalarını xx xxxxxx 2015-ci il tarixdə yaşadıqları mənzilə gətirmişdir. Ataları həmin vaxtdan vəfat etdiyi günədək onlarla birlikdə yaşamış və ona vəfat edənək həmin evdə baxmışlar. Qeyd etmişdir ki, həmin evlə bağlı bağışlama müqaviləsinin formasından asılı olmayaraq, Tacəddinli Murad Rəfael oğlu ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrini atalarına münasibətdə kobudcasına pozduğuna görə ataları Şəki şəhəri, 26-cı rayon, M.Quliyev küçəsi, 14 ünvanında yerləşən fərdi yaşayış evinin tərəfindən Tacəddinli Murad Rəfael oğluna bağışlanması barədə Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda təsdiqlənmiş bağışlama müqaviləsinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və yekunda qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən atalarının iddiası təmin edilmişdir. Göstərmişdir ki, X3 cavabdehlər Tacəddinli Murad Rəfayıl oğluna və Şəki rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin tərəfindən cavabdeh Tacəddinli Murad Rəfayıl oğluna bağışlanması barədə xx xxxxxx 2014-cü il tarixdə Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş bağışlama müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(075)-5112/2015 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı X12 apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2016-cı il tarixli qətnaməsi ilə atasının apellyasiya şikayəti təmin edilmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(075)- 5112/2015 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, iddiaçı X6 cavabdehlər Tacəddinli Murad Rəfayıl oğluna və Şəki rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tərəfindən cavabdeh Tacəddinli Murad Rəfayıl oğluna bağışlanması barədə Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş xx xxxxxx 2014-cü il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2016-cı il tarixli qətnaməsindən cavabdeh Tacəddinli Murad Rəfayıl oğlunun nümayəndəsi X24 və vəkili Həsənov Tural Həsən oğlu kassasiya şikayəti vermişlər. İşə kassasiya qaydasında baxılarkən iddiaçı atası vəfat etdiyindən o, iddiaçı X6 hüquqi varisi qismində tanınması üçün ərizə ilə Apellyasiya Məhkəməsinə müraciət edərək iddiaçının vəfat etdiyini nəzərə alaraq onun iddiaçının hüquqi varisi kimi tanınmasını xahiş etmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2016-cı il tarixli qərardadı ilə iddiaçı X6 cavabdehlər Tacəddinli Murad Rəfayıl oğluna və Şəki rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tərəfindən cavabdeh Tacəddinli Murad Rəfayıl oğluna bağışlanması barədə Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş xx xxxxxx 2014-cü il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə kassasiya şikayəti baxışdan çıxarılmaqla apellyasiya məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli, 2(107)-397/2016 saylı qərardadı ilə iddiaçı X6 vəfat etdiyini nəzərə alaraq onun hüquqi varisi kimi tanınması barədə onun ərizəsi təmin edilmiş, o və İddiaçı2 iddiaçı X6 hüquqi varisləri müəyyən olunaraq mülki iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli qərarı ilə cavabdeh Tacəddinli Murad Rəfayıl oğlunun kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin qeyd etmişdir ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(075)- 3172/2018 saylı qətnaməsi ilə ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi ilə əlaqədar Tacəddinli Murad Rəfayıl oğlunun adına verilmiş RX seriyalı ******* saylı xx xxxxxx 2014cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Beləliklə də, ataları X6 vəfat etdiyi günə, yəni xx xxxx 2016- cı il tarixə ondan Şəki şəhəri, 26-cı rayon, M.Quliyev küçəsi, 14 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. Həmin miras evdən paylarının müəyyən edilməsi üçün notariat kontoruna müraciət etsələr də, notarisu tərəfindən tələblərinin icrasından imtina edilmiş və onlara aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Buna səbəb kimi müddətin ötürülməsi göstərilmişdir. Əslində, isə qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmələrinə səbəb miras qoymuş atalarından qalmış evlə bağlı atalarının adından verilmiş bağışlama müqaviləsinin ləğv edilməsi və artıq Tacəddinli Murad Rəfayıl oğlunun adına verilmiş çıxarışın ləğv edilməsim ilə bağlı uzun müddət məhkəmə mübahisəsinin getməsi olmuşdur. Göstərmişdir ki, hər iki iddia tələbi üzrə məhkəmə çəkişməsi Ali Məhkəməyədək mübahisələndirildiyindən mirasın qəbulu ilə bağlı müddəti üzrlü olaraq ötürmüşlər. Sonda məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı2 nümayəndəsi, həmçinin İddiaçı1 qarşılıqlı iddia ərizəsində münasibət bildirərək göstərdi ki, cavabdeh X13 da daxil olmaqla onlar hamısı atasına məxsus qeydn edilən mübahisəli evdə doğulmuş və həmin yaşamışlar. Sonradan hər biri ailə quraraq başqa ünvanlarda yaşamağa başlasalar da cavabdeh atasına məxsus evdə qalaraq orada yaşamış, hal-hazırda da həmin ünvanda yaşayır. Lakin qeyd etmişdir ki, cavabdeh atası sağ olarkən onu aldadaraq mübahisəli evi öz oğlunun adına rəsmləşdirmişdir. Lakin sonradan atası ilə cavabdeh arasında olan münasibətlər pisləşmiş, atası həmin evdən çıxaraq əvvəlcə bacısının sonra isə onun evində yaşamış və cavabdehə qarşı məhkəmədə iddia qaldırmışdır. Göründüyü kimi artıq atası sağ olarkən onun cavabdehlə münasibətləri kəskinləşdiyindən cavabdehin mirası qəbul etməsi sual altındadır. Cavabdehin atadan qalmış mirası qəbul etməsinə etiraz etmir. Lakin cavabdehin mirasın yalnız onun tərəfindən qəbul edilməsi ilə bağlı qarşılıqlı iddiasını qəbul etmir. Buna görə də məhkəmədən qarşılıqlı iddiaya münasibətdə müvafiq qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə iclasında cavabdeh X7 nümayəndəsi (vəkili) X53 ilkin iddianı qəbul etməyərək göstərmişdir ki, ilkin iddia tələbi tamamilə qanunsuz və əsassızdır. Belə ki, qarşılıqlı cavabdehin mərhum X3 cavabdehlə və onun ailəsi ilə birlikdə yaşamış və onun vəfatından sonra ondan miras qalmış əmlaka faktiki olaraq o, sahiblik etməyə başlamışam və həmin vaxtdan bu vaxta kimi həmin miras əmlakı idarə edir. Beləliklə də cavabdeh mərhum X3ndan miras qalmış əmlakı faktiki olaraq qəbul etmişdir. İlkin iddiaçılar İddiaçı1 və İddiaçı2 atasından miras qalmış əmlakı faktiki olaraq qəbul etməmiş, ona sahiblik etməmiş və həmin miras əmlakı idarə etməmişlər. Belə ki, İddiaçı1 və İddiaçı2 ilk iddia ərisində qeyd etmişlər ki, mirasın qəbul edilməsi müddətini üzrlü səbəbdən ötürmüşlər. Həmin müddətin ötməsinə səbəb isə miras qoyulmuş evlə bağlı atalarının adından verilmiş bağışlama müqaviləsinin ləğv edilməsi ilə bağlı uzun müddət məhkəmə mübahisəsinin getməsi olmuşdur. Lakin bu tamamilə əsassızdır. Belə ki, mərhum X3 xx xxxxxx 2014-cü il tarixdə Şəki rayon 2 saylı Dövlət Notariat Kontoruna gedərək Şəki şəhəri, M.Quliyev küçəsi, 14 ünvanında yerləşən fərdi yaşayış evini cavabdehin oğlu Tacəddinli Murad Rəfael oğluna bağışlanması barədə müqavilə bağlamış və həmin müqavilə notarial qaydada təsdiqlənmişdir. Bundan bir müddət sonra mərhum X12 cavabdeh Tacəddinli Murad Rəfael oğluna və qeyrilərinə qarşı “bağışlanma müqaviləsinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmrş və Şəki Riayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nm xx xxxxx 2016-cı il tarixli qətnaməsi ilə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddiaçı X6 cavabdeh Tacəddinli Murad Rəfael oğluna və Şəki rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tərəfindən cavabdeh Tacəddinli Murad Rəfael oğluna bağışlanması barədə Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş xx xxxxxx 2014-cü il tarixli bağışlanma müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin X12 tərəfindən Tacəddinli Murad Rəfael oğluna bağışlanması barədə Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş xx xxxxxx 2014-cü il tarixli bağışlanma müqaviləsi ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qərarı ilə cavabdeh Tacəddinli Murad Rəfael oğlunun kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin MK-nm xx xxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göstərmişdir ki, İddiaçı1 və İddiaçı2 ilk iddia ərizələrində müddəti üzrlü səbəbdən yəni məhkəmə mübahisələrinə görə ötürdüklərini qeyd etsələr də Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qərarı ilə həmin mübahisə xx xxxxxxxx 2017-ci il tarixdə bitmişdir. Lakin ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 xx xxxxxx 2020-ci il tarixdə ilk iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişlər. Beləliklə ilk iddia üzrə iddiaçılar həmin məhkəmə mübahisəsi bitdikdən 2 il 4 ay sonra hazırkı iddia tələbi ilə müraciət etmişlər. Lakin qanunvericilik mirasın qəbulu üçün 6 aylıq müddət müəyyən etmişdir. X15 xx.xx.2020-ci il tarixdə Ədliyyə Nazirliyi Səki Regional Asan Xidmət X44 müraciət edərək mərhum atası X5 miras qalmış Səki səhəri 26-cı rayon M.Oulivev küçəsi 14 ünvanında yerləşən fərdi yaşayış evinin onıın tərəfindən faktiki olaraq qəbul edildiyini və mərhumdan mirası qalmış əmlaka dair ona tam hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Ədliyyə Nazirliyi Səki Regional Asan Xidmət X42 xx.xx.2020-ci il tarixli 728 nömrəli məktubunda göstərilmişdir ki, mübahisə predmeti olduğundan qeyd olunan məsələlərin araşdırılması üçün məhkəməvə müraciət edilməsi tövsiyyə edilmişdir. Göstərmişdir ki, cavabdeh mərhum X3ndan miras qalmış əmlaka sahiblik etməyə və həmin əmlakı faktiki idarə etməyə başlamışdır. Buna görə də məhkəmədən ilk iddianın tamamilə rədd edilməsini, qarşılıqlı iddianın isə tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qətnaməsi qəbul eilmişdir. Cavabdeh-iddiaçı X7 nümayəndəsi (vəkili) X53 həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-343/2020 saylı qətnaməsini ilk iddia tələbinin tam, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi hissəsində qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edirəm. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamış və demək olar ki, heç bir araşdırma aparılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ‘'Məhkəmə qətnaməsi haqqında"’ 2005-ci il 24 noyabr tarixli, 04 saylı qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. 2000-ci ilin sentyabr ayının 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133cü maddəsində göstərilir ki, ölmüş şəxsin (miras qoyanın əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Göründüyü kimi, qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) üsullarını müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Bel bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq- aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi. Miras əmlakın faktiki idarə olunması dedikdə isə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki. bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımi vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), torpağın becərilməsi, ona qulluq edilməsi, əmlakın saxlanması üçün xərc çəkilməsi, vergi ödənilməsi və s. aiddir. Nəzərə almaq lazımdır ki, həmin hərəkətlər həm vərəsənin özü, həm də onun tapşırığına əsasən digər şəxslər tərəfindən də həyata keçirilə bilər. Miras əmlakın faktiki cəhətdən qəbulunun) :əsdiqlənməsinin və sübut edilməsinin böyük əhəmiyyəti vardır. Bu hal müxtəlif orqanlar tərəfindən sənədlərlə təsdiq oluna bilər. Məsələn, miras qoyan ölən anda və miras açılandan sonra vərəsənin miras evdə yaşaması mənzil orqanı tərəfindən verilən müvafiq arayışla təsdiq olunur. Yaxud, miras qoyana məxsus əmlaka görə vərəsənin vergi ödəməsi vergi orqanı tərəfindən verilən arayışla təsdiq oluna bilər və s. Lakin yuxarıda qeyd olunduğu kimi mirasın qəbuluna (istər rəsmi, istərsə də faktiki) yönələn bütün bu hərəkətlər qanunvericilikdə mirasın qəbul qdilmə müddəti kimi qeyd olunan müəyyən vaxt dövrü ərzində həyata keçirilməlidir. Mirasın qəbul edilmə müddəti dedikdə, qanunda nəzərdə tutulan elə bir vaxt dövrü başa düşülür ki, həmin dövr ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətlər edirlər. Bu müddət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsi ilə dəqiq müəyyən edilmişdir. Həmin maddəyə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. X2 mərhum X3ndan miras qalmış əmlaka sahiblik etməyə və həmin əmlakı faktiki idarə etməyə başlamışdır. İlk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 isə qanunverililikdə nəzərdə tutulmuş müddəti üzürsüz səbəbdən ötürməklə mərhum X3ndan qalmış faktiki olaraq mirası qəbul etməmişlər. Ona görə də X10 mərhum X3ndan qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət mirası yalnız onun tərəfimdən qəbul etməsi faktı tanınmalıdır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli, 2(075)-343/2020 saylı qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin təmin olunmamasını və qarşılıqlı iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında çıxış edən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X18 apelyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(075)-343/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(075)-343/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını və apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq digər tərəflər heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi hüquqi mövqeyi onunla əsaslandırmışdır ki, X12 həm iddiaçıların həm də cavabdehlərin atasıdır. X6 mülkiyyətində ünvan 6 ünvanında fərdi yaşayış olmuş və o, həmin evini xx.xx.2014-cü il tarixdə övladı iş üzrə cavabdeh X7 oğlu – həmçinin özünün nəvəsi Tacəddinli Murad Rəfael oğluna bağışlamışdır. Lakin sonradan tərəflər arasında mübahisə yaranmış və X12 cavabdehlər Tacəddinli Murad Rəfael oğluna və Şəki rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı məhkəmədə iddia qaldıraraq Şəki şəhəri, 26-cı rayon, M.Quliyev küçəsi, 14 ünvanında yerləşən fərdi yaşayış evinin tərəfindən cavabdeh Tacəddinli Murad Rəfael oğluna bağışlanması barədə Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda təsdiqlənmiş xx xxxxxx 2014-cü il tarixli bağışlama müqaviləsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxan Şəki rayon məhkəməsi xx.xx.2015-ci il tarixli, 2(075)-5112/2015 saylı qətnaməsi ilə X6 iddiasını təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2016-cı il tarixli, 2(107)-397/2016 saylı qətnaməsi ilə iddiaçı X6 nümayəndəsi X56 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(075)-5112/2015 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, iddiaçı X6 cavabdehlər Tacəddinli Murad Rəfayıl oğluna və Şəki rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tərəfindən cavabdeh Tacəddinli Murad Rəfayıl oğluna bağışlanması barədə Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş xx xxxxxx 2014-cü il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilmiş, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin X12 tərəfindən Tacəddinli Murad Rəfayıl oğluna bağışlanması barədə Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş xx xxxxxx 2014-cü il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərardadı ilə X6 vəfat etdiyini nəzərə alaraq İddiaçı1 və İddiaçı2 X6 hüquqi varisi kimi tanınmışlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(102)-5246/2017 saylı qərarı ilə cavabdeh Tacəddinli Murad Rəfayıl oğlunun kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sonradan Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(075)-3172/2018 saylı qətnaməsi ilə ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi ilə əlaqədar Tacəddinli Murad Rəfayıl oğlunun adına verilmiş RX seriyalı ******* saylı xx xxxxxx 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(107)-397/2016 saylı qətnaməsindən görünür ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(075)- 3172/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda Şəki şəhəri, Məmməd Quluyev küçəsi, ev 14 nömrəli fərdi yaşayış evi xx.xx.2019-cu il tarixli çıxarışa əsasən X6 xüsusi mülkiyyətindədir. Tərəflər ailələrində 3 qardaş 1 bacı olmuş, onlar hamısı sözügedən evdə doğulmuşlar. Həmçinin ataları X1 ona baxıcı da tutmuşlar. X12 2015-ci ildə insult xəstəliyi keçirdikdən sonra 2 ay qızı Cavabdeh2 evində yaşamışdır. X12 xx xxxxxx 2015-ci il tarixdən ölənədək İddiaçı1 evində yaşamışdır. X12 xx xxxx 2016-cı il tarixdə vəfat etmişdir. Mərhmun yas mərasimi iddiaçılar tərəfindən təşkil edilmişdir. Bununla da iddiaçılar atasından qalmış miras evi faktiki olaraq qəbul etmişlər. Həmçinin tərəflər arasında üzün müddət məhkəmə çəkişməsi olmuş və bu səbəbdən də iddiaçıların atalarına məxsus lazımı sənədlərlə birlikdə mirasın qəbulu ilə bağlı notariat kontoruna müraciət etmək imkanı olmamışdır. Buna görə də məhkəmə iddiaçıların atalarından qalma mirasın qəbulu ilə bağlı ötürülmüş müddəti üzürlü hesab etmək qənaətinə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X49 bildirmişdir ki, hər iki tərəfi yaxşı tanıyır. Göstərmişdir ki, mərhum Tacəddin kişi ömrünün sonlarında Rövzətin evində qalmış və müalicə almışdır. Tacəddin kişi Rövzətin evində vəfat etmiş, onun yas mərasimi də Rövzətin həyətində olmuşdur. Yas xərclərinin Rövzət tərəfindən qarşılandığının şahidiyəm. Yas mərasimində mərhumun bütün övladları, o cümlədən Rəfayel də iştirak etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X54 və X31 qızı digər şahid X49 ilə təxminən eyni məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X24 bildirmişdir ki, cavabdeh Rəfayelin həyat yoldaşıdır. Göstərmişdir ki, qaynatası Tacəddin 27 il onlarla birlikdə mübahisəli evdə yaşamışlar. Qaynatası son 4-5 ayı Rövzətgildə qalmışdır. Qayınları ilə münasibətləri həmişə yaxşı olub. Qaynatası Rövzətin evində vəfat etmiş, yas mərasimi də onun həyətində olmuşdur. Həmin yas mərasimlərinə özü getməsə də əri Rəfayel və uşaqları getmişlər. Qaynatası üçün öz həyətlərində də yas mərasimləri vermişlər. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X35 bildirmişdir ki, tibb bacısıdır. Rəfayelgilin, həmçinin Rövzətgilin ailəsini tanımışdır. Tacəddin kişinin sağlamlığına müəyyən fasilələrlə nəzarət etmişdir. Tacəddin kişinin dava-dərmanlarını həmşə Rəfayelgildə etmişdir. Tacəddin kişi ömrünü sonlarında Rövzətgildə qalmış, orada vəfat etmişdir. Həmin yas mərasimində iştirak etməmişdir. Belə ki, Rəfayelgildə də yas mərasimi verildiyindən həmin yasda iştirak etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X39 bildirmişdir ki, həm iddiaçlar, həm də cavabeh onun bacısı oğlanlarıdır. O, məhkəmə iclasında həm iddia tərəfinin, həm də cavabdeh tərəfin vəsatəti ilə dindirilmiş şahidlərin ifadəsinə oxşar olan ifadə vermişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X40 yaxın qohum olduqlarını bildirərək, o da X25 ifadəsinə oxşar izahat vermişdir. İş materiallarında olan АЗ-002355 seriya nömrəli nikah haqqında şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, X12 ilə X41 arasında xx xxxxxxx 1962-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 253 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Hacı-zəkəryəyeva soyadı verilmişdir. İş materiallarında olan АЗ-284619 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxx 1960-cı il təvəllüdlü İddiaçı1 X3, anası isə X16r. İş materiallarında olan AZ-İ 683836 seriya nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X21 xx xxxx 2014-cü il tarixdə uşaqlığın xərçəngi səbəbi ilə Şəki şəhərində ölmüşdür. İş materiallarında olan AZ-İ 821915 seriya nörəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X12 xx xxxx 2016-cı il tarixdə kəskin koranar çatışmazlıq səbəbi ilə Şəki şəhərində ölmüşdür. İş materiallarında olan 05/Q--1230/70 nömrəli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı2 xx.xx.1969-cu ildə Şəki şəhərində anadan olmuşdur. X3, anası isə X16r. İş materiallarında olan xx.xx.2019-cu il tarixdə tərtib edilmiş, 8635 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Şəki şəhəri, Məmməd Quluyev küçəsi, ev 14 nömrəli fərdi yaşayış evi X6 adına qeydə alınmışdır. İş materiallarında olan **********91-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəki şəhəri, Məmməd Quluyev küçəsi, ev 14 nömrəli fərdi yaşayış evi X6 xüsusi mülkiyyətindədir. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(107)-397/2016 saylı qətnaməsindən görünür ki, iddiaçı X6 nümayəndəsi X56 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Şəki rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(075)-5112/2015 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmışdır. Belə ki, iddiaçı X6 cavabdehlər Tacəddinli Murad Rəfael oğluna və Şəki rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı Şəki şəhəri, 26-cı rayon, M.Quliyev küçəsi, 14 ünvanında yerləşən fərdi yaşayış evinin tərəfindən cavabdeh Tacəddinli Murad Rəfael oğluna bağışlanması barədə Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda təsdiqlənmiş xx xxxxxx 2014-cü il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi tələbi təmin edilmiş və həmin bağışlama müqaviləsi ləğv edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(102)-5246/2017 saylı qətnaməsindən görünür ki, cavabdeh Tacəddinli Murad Rəfael oğlunun Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(107)-397/2016 saylı qətnaməsindən vermiş olduğu kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(075)- 3172/2018 saylı qətnaməsindən görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi ilə əlaqədar Tacəddinli Murad Rəfayıl oğlunun adına verilmiş RX seriyalı ******* saylı xx xxxxxx 2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(107)- 397/2016 saylı qətnaməsindən görünür ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli, 2(075)-3172/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan “Nöyülbulaq” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 316 nömrəli arayışdan görünür ki, Şəki şəhəri, M.Quluyev küçəsi, 14 saylı evdə yaşayan X12 2016-cı ildə vəfat etmişdir. Onun Hacızəkəryəyev Rövzət Tacəddin oğlu, X18, X14, İddiaçı2 adlı vərəsələri vardır. İş materiallarında olan Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 321 nömrəli məktubdan görünür ki, ünvan 8 ünvanında “Nöyülbulaq” məhəllə icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 094 nömrəli arayışa əsasən mərhum X6 vərəsələri X21, Hacızəkəryəyev Rövzət Tacəddin oğlu, X18, X14, İddiaçı2 ibarətdir. İş materiallarında olan “Dəyirmanarxı” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Şəki şəhəri, Nizami küçəsi, 57 saylı evdə yaşamış mərhum X12 xx xxxx 2016-cı il tarixdə vəfat etmiş və dəfn mərasimini oğlu İddiaçı1 təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından görünür ki, miras qoymuş şəxs X12 xx xxxx 2016-cı il tarixdə Şəki şəhərində ölmüşdür. Göründüyü kimi tərəflər arasındakı hüquq münasibətləri 2000-ci ilin sentyabr ayının 1-dən sonrakı dövrlərdə əmələ gəlmişdir. Ona görə də tərəflər arasındakı hüquq münasibətlərinə 2000-ci ilin sentyabr ayının 1-dən sonra qüvvədə olan maddi hüquq normaları tətbiq edilməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən X55 Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. -1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. -1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. - 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. -1159.2-ci maddəsinə əsasən İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “qanunverililikdə nəzərdə tutulmuş müddəti üzürsüz səbəbdən ötürməklə mərhum X3ndan qalmış faktiki olaraq mirası qəbul etməməsi” ilə bağlı dəlilinə kollegiya razılaşmayaraq qeyd edir ki, tərəflər arasında üzün müddət məhkəmə çəkişməsi olmuş və bu səbəbdən də iddiaçıların atalarına məxsus lazımı sənədlərlə birlikdə mirasın qəbulu ilə bağlı notariat kontoruna müraciət etmək imkanı olmamışdır. Ona görə də məhkəmə kollegiyası ötürülmüş məddəti üzürlü hesab edir. Belə olan halda apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-343/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X7 nümayəndəsi və vəkili X53 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-343/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar