Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1554/2021 14.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, ilk iddia üzrə İddiaçı nümayəndəsi X1 iştirakı ilə İlk iddia üzrə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı təbii X3 üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş 928,80 manat zərərin əvəzin ödənilməsi barədə qarşılıqlı iddialarına dair mülki iş üzrə ünvan 3lax Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(039)-422/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İlk iddia üzrə İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 928,88 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (iddia tələbinin həcmi azaldılmışdır) Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı təbii X3 üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzin ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin rədd edilməsi, iddiaçının qanunsuz hərəkətləri nəticəsində 928,80 manat məbləğində dəymiş ziyanın Cavabdeh xeyrinə tutulması barədə qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. ünvan 3lax Rayon Məhkəməsinin(hakim G.Cavadova) 09 aprel 2021-ci il tarixli, 2(039)-422/2021 nömrəli qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, İddiaçı ünvan 1 ünvanda yerləşən fərdi evində istifadə olunan qaz istehlakına görə **********00000 abonent koduna hesablanmış 928 (doqquz yüz iyirmi səkkiz) manat 80 (səksən) qəpik borc məbləği silinməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti vermişdir. İşin halları: İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evində cavabdeh təşkilat tərəfindən qaz sayğacı quraşdırılmışdır. O və ailəsi həmin sayğac vasitəsilə verilən təbii qazdan istifadə edir və qaz sərfiyyatı haqqını ödəyir. Tərtər rayon qaz istismar idarəsinin ünvan 3lax xidmət sahəsinin əməkdaşları yaşadığı ünvanda quraşdırılmış ******* nömrəli qaz sayğacını sökərək bildirmişlər ki, sayğacdan əlavə xətt aşkar olunmuş və guya əlavə xətt tərəflərindən ləğv edilmişdir. Evinin mətbəxində 1 qaz sobası və evini qızdırmaq üçün 1 qaz sobasından istifadə edir və ay ərzində təxminən 20 manata qədər təbii qazdan istifadəyə görə poçt vasitəsi ilə ödəniş edir. Cavabdeh təşkilatın əməkdaşlarının tərtib etdikləri akt tamamilə qanunsuz və saxtadır. Onun və ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə edilməmişdir. Həmin ünvanda çox yaşlı və xəstə valideynləri yaşayırlar. Onların ailəsində şayğaca müdaxilə edə biləcək elə bir şəxs yoxdur. Eyni zamanda buna ehtiyac da hiss etməmişlər. Qaz sayğacı sərfiyyatını vaxtlı-vaxtında ödəmişlər. Habelə, sayğacın şübhəli görünməsini qaz idarəsinin əməkdaşları onunla əlaqələndirmişlər ki, guya sayğaca birləşdirilən borudan onlar əlavə xətt açıb istifadə edir. Çəkilən foto şəkillərdən də görünür ki, həmin xətt 20-30 il bundan qabaq çəkilmiş və fəaliyyəti olmayan qaz xəttidir. Göründüyü kimi, səbəb gülünc və tam mənqitsizdir. Təbii X3nın pozulması haqqında ******* nömrəli akt edilmişdir. Tərtər RQİİ-nin ünvan 3lax xidmət sahəsinin əməkdaşları özlərinə sərf edəcək qaydada riyazi düstur qurub ona 75.39 manat sayğacın dəyərini və 928.88 manat isə qaz xəttinə müdaxiləyə görə cərimə ödəməli olduğu bildirilmişdir. Buna dair dəymiş ziyanın bərpasına dair tələbnamə təqdim etmişlər. O, isə bir daha bildirir ki, nə qaz sayğacına nə də ki qaz xəttinə heç bir müdaxilə etməmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Müqavilənin 2.3.2- ci yarımbəndinin və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, sayğacdan kənar əlavə xətdən istifadə edərək təbii qazı talamışdır. Cavabdeh İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də iddiaçının fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar əlavə xətdən iddiaçının təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsdiqləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “təbii X3n pozulması haqqında” akt tərtib edilmişdir. Belə ki, 06.12.2020-ci il tarixli ******* saylı akt əsasında 928,80 manat Cavabdehnə ziyan dəymişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 928,80 manat məbləğində dəymiş ziyan hesablanmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Tərəflər arasında imzalanmış 08.10.2012-ci il tarixli, 8483 saylı müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı (bizim halda Cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının 14.03.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii X3nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qavdaları”na (Əlavə olunur) əsasən müəyyən edilmişdir. Beləliklə. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunun 2.9-cu maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi 258 nömrəli Fərmanla Nizamnaməsinə edilmiş dəyişikliklərə əsasən verilmiş səlahiyyətləri daxilində SOCAR qanuna zidd olmadan istehlakçılar tərəfindən təbii X3nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması üzrə münasibətləri tənzimləyə bilər. Bundan başqa, istehlakçılar tərəfindən təbii X3nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanmasının SOCAR-ın Şurasının 14.03.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənməsinə dair müddəa Müqavilənin 3.3-cü bəndində təsbit olunmuşdur. Həmin qaydalara əsasən, istehlakçılar tərəfindən X3nın pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir. Qeyd edilənlərə əsasən ünvan 3lax rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(039)- 422/2021 saylı qətnaməsini ləğv edilməsini, İddiaçı ilkin iddia üzrə iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edərək qarşıliqli iddia üzrə iddiaçı Cavabdeh İB-nin apellyasiya şikayətini təmin edilməsini xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, onlara məxsus olan fərdi yaşayış evində cavabdeh təşkilat tərəfindən qaz sayğacı quraşdırılmışdır. Qaz sərfiyyatı haqqını da vaxtı-vaxtında ödəmişlər. Qaz idarəsinin əməkdaşları onların ünvanına quraşdırılmış sayğacı sökərək bildirmişlər ki, sayğacdan əlavə xətt aşkar olunmuş və guya əlavə xətt tərəflərindən ləğv edilmişdir. Evinin mətbəxində 1 qaz sobası və evini qızdırmaq üçün 1 qaz sobasından istifadə edir və ay ərzində təxminən 20 manata qədər təbii qazdan istifadəyə görə poçt vasitəsi ilə ödəniş edir. Cavabdeh təşkilatın əməkdaşlarının tərtib etdikləri akt tamamilə qanunsuz və saxtadır. Çəkilən foto şəkillərdən də görünür ki, həmin xətt 20-30 il bundan qabaq çəkilmiş və fəaliyyəti olmayan qaz xəttidir. İddiaçı tərəf göstərilənləri nəzərə alaraq, sonda birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə ünvan 3lax Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(039)- 422/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Cavabdeh Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Qaz sayğacının təbii X3nın pozulması” haqqında 16.12.2020-ci il tarixli ******* nömrəli “Aktdan” görünür ki, iddiaçının yaşadığı ünvanda əlavə xətt aşkar edilmişdir. Birliyin 29.12.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, iddiaçının evində olan qaz işlədicilərindən 3 gözlü qaz plitəsinin maksimal saatlıq qaz sərfi - 0.8 m3 /saat, orta günlük iş rejimi -24 saat hesabat müddəti - 90 gün qəbul edilməklə, QSQ-32 maksimal saatlıq qaz sərfi qaz sərfi 1.5 m3 /saat orta günlük iş rejimi 24 saat hesabat müddəti 90 gün qəbul edilməklə qazanaltı maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat orta günlük iş rejimi 24 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və 9288 m3 əlavə sərfiyyata görə borcun hesablanaraq ödənilməsi qərara alınmışdır. Tələbnamənin qəbul edilməsi üçün əsas 16.12.2020-ci il tarixli ******* nömrəli akt olmuşdur. Abonentin saldosundan görünür ki, ünvan 3lax şəhəri, M.F.Axundov küçəsi ev 8 ünvanda yerləşən fərdi ev ünvanı üzrə İddiaçı 16.12.2020-ci il tarixli akt üzrə 928,80 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digrə təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir- 4 profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. «Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “X3”nın 3.2.1-ci bəndinə əsasən Qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Həmin qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh-iddiaçı apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyindən onun göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, işin faktiki hallarından görünür ki, abonentə hesablanmış 928,80 manat borc abonentin “qanunsuz hərəkətləri” nəticəsində, yəni fərdi yaşayış evinə kənar qaz xətti çəkməsi və təbii qazdan qanunsuz istifadə etməsi əsas gətirilərək hesablanmışdır və bu borc ilkin iddia tələbində mübahisələndirilir. Kollegiyanın qənaətinə görə İddiaçı tərəfindən əlavə xətt çəkilməsi və həmin xətt vasitəsilə qaz istifadə olunması halı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, cavabdeh orqan tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh-iddiaçının apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və ünvan 3lax Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(039)-422/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Mülki Prosessual Məcəllənin 404-1-ci maadəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 393, 404 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. ünvan 3lax Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(039)-422/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1554/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1554/2021
14.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver